Azərbaycan Ölkə Tərəfdaşlığı Strategiyası. Sentyabr 2014

Benzer belgeler
AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Azərbaycan Ölkə Tərəfdaşlıq Çərçivəsi (ÖTÇ)

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri Milli iqtisadiyyat

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Yaponiyanın Azərbaycan Respublikasına göstərdiyi Rəsmi İnkişaf Yardımı (RİY)

Biryerdə nəticələrə doğru: AİB-nın Asiya və Sakit Okean Regionunda əməkdaşlığı haqqında 50 məqalə

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

Marketinq. Mehdiyev Əkbər

SEKTORUN QİYMƏTLƏNDİRMƏSİ (İCMAL): ENERJİ 1

Üçüncü yol şəbəkəsinin inkişafına investisiya proqramı

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

2014-cü ilin üçüncü rübünün nəticələri

ÖZƏL SEKTORUN QIYMƏTLƏNDIRILMƏSI (XÜLASƏ) 1

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

ÖLKƏ VƏ FƏALIYYƏT SAHƏLƏRI ÜZRƏ GÖSTƏRICILƏR. Cədvəl 1: Minilliyin İnkişaf Məqsədləri və Hədəflərinə Doğru Tərəqqi

Azərbaycan: Dəmir Yolu Sektorunun İnkişafı Proqramı

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

Oktyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Zeynalova Sevinc III kurs

Layihə Məlumat Hesabatı

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

Layihə Sənədi üçün Məlumat Cədvəli

2017-Cİ İL ÜZRƏ İLLİK MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ HESABATI

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

Avqust 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

ÖLKƏ ÜZRƏ YENİLƏNMİŞ STRATEGİYA VƏ PROQRAM AZƏRBAYCAN RESPUBLİKASI

KONSEPSIYA SƏNƏDLƏRİNİN QƏBULU NO. ITB/AZE/009/2012

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

TƏHSIL. AZƏRBAYCANDA Aİ TƏRƏFİNDƏN MALİYYƏLƏŞƏN LAYİHƏ VƏ PROQRAMLAR Aprel May 2015

İllik maliyyə hesabatlarının tərtib olunması üzrə kommersiya təşkilatları üçün nümunəvi formalar. Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı)

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

AZƏRBAYCAN RESPUBLİKASININ 2011-Cİ İL DÖVLƏT BÜDCƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

Azərbaycanda sosial müdafiə və sosial inteqrasiya

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

ABŞERON AQROPARKI İNVESTİSİYA LAYİHƏSİ

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Asiya və Sakit okean regionunda Yoxsulluqla Mübarizə: Yoxsulluğun Azaldılması Strategiyası

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

STRATEJİ PLANLAŞDIRMA

2016-cı il Azərbaycan tarixində dərin islahatlar ili kimi yadda qalacaq! Vusal Musayev

Azərbaycan Texniki Universiteti. Maşınqayırma texnologiyası kafedrası

AZƏRBAYCANIN İQTİSADİ SİYASƏTİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

AVROPA KOMİSSİYASI PRESS-RELİZ

Asiya və Sakit okeanı ölkələrində davamlı inkişafın miqyasının genişləndirilməsi: daha yaxşı, güclü, və çevik AİB

Azərbaycan Respublikasının Nəqliyyat Sektorunun İnkişafı Strategiyası

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu


Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi nin icra vəziyyəti

PE 100 BORULARI. su və qaz xətləri üçün POLİETİLEN BORU (PE 100) Keyfiyyətə üstünlük ver!!!

Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

AZƏRBAYCANIN DÜNYA İQTİSADİYYATINA İNTEQRASİYA PROSESİ

Protokolundan Çıxarış aprel 2016-cı il

İdarəçiliyi. AQS ölkələri üzrə Çərçivə

Q A N U N U. Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsi haqqında

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

ŞIRKƏTIN INKIŞAFıNıN RƏQABƏT STRATEGIYALARı VƏ ONLARıN TƏSNIFLƏŞDIRILMƏSI

İyul 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi Layihəsi, Azərbaycan Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsinin Əlavəsi

AZƏRBAYCAN. Iqtisadi Fəaliyyətin Nəticələri

ERMƏNİSTAN, AZƏRBAYCAN VƏ GÜRCÜSTANDA SOSİAL MÜDAFİƏ VƏ SOSİAL İNTEQRASİYA QISA İCMAL İCMAL HESABATI. Avropa Komissiyası

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI AZƏRBAYCAN TEXNIKI UNIVERSITETI. KREDİT SİSTEMİ İLƏ BaKALAVR HAZIRLIĞININ Tədris planı

AZƏRBAYCAN. Vətəndaş cəmiyyəti: Ümumi məlumat. Ölkə və dövlət haqqında məlumat VƏTƏNDAŞ CƏMIYYƏTI HAQQINDA QISA MƏLUMAT

Azər-Türk Bank ASC üzrə

Azərbaycanda gələcək qaz ehtiyatlarının kəşfiyyatı: Qlobal texnologiyalar və yerli əməkdaşlıq

İqtisadiyyat nazirinin 2017-ci il 15 mart tarixli F-44 nömrəli əmri ilə təsdiq edilmişdir

Dünya Bankının Sənədi YALNIZ RƏSMI ISTIFADƏ ÜÇÜN

Azərbaycan: Cənubi Qaz Dəhlizi

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair PROQRAM

AZƏRBAYCAN RESPUBLİKASININ 2009-CU İL DÖVLƏT BÜDCƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ SU STRATEGİYASI

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

Transkript:

Ölkə Tərəfdaşlığı Strategiyası Sentyabr 2014 Azərbaycan 2014 2018 Bu sənədin Direktorlar Şurası tərəfindən təsdiq edilməyənədək yayımlanması məhduddur. Bu sənəd təsdiq edildikdən sonra AİB-in 2011 il ictimai kommunikasiya qaydalarına uyğun olaraq ictimaiyyətə təqdim ediləcəkdir.

VALYUTA EKVİVALENTLƏRİ (29 avqust 2014 tarixinə) Valyuta vahidi manat (AZN) AZN1.00 = $ 0.7846 $1.00 = AZN 1.2745 İXTİSARLAR AİB Asiya İnkişaf Bankı CAREC Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq ÖTS Ölkə tərəfdaşlığı strategiyası ÖƏBP Ölkə əməliyyatlarının biznes planı ÖSPY Ölkə strategiyası proqramının yeni versiyası AYİB Avropa Yenidənqurma və İnkişaf Bankı ÜDM Ümumi Daxili məhsul ÜMG İKT Ümum-milli gəlir Informasiya və kommunikasiya texnologiyası MK Məcburi köçkün MQD Müstəqil Qiymətləndirmə Departmenti AƏS Aralıq Əməliyyat Strategiyası MİM Minilliyin İnkişaf Məqsədləri MMM Multitranş maliyyə mexanizmi Ə/İ əməliyyat və istismar AKE Adi Kapital Ehtiyyatları DÖT Dövlət və Özəl sector tərəfdaşlığı KOS Kiçik və orta sahibkarlıq ARDNŞ Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ARDNF Azərbaycan Respublikası Dövlət Neft Fondu RİDP Regionların İnkişafı üzrə Dövlət Proqramı YADİDP Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf üzrə Dövlət Proqramı Əməliyyat Məsləhət Xidməti ƏMX TMP Ticarət Maliyyəsi Proqramı UNICEF BMT-nin Uşaq Fondu QEYD (i) Bu hesabatda, "$" ABŞ dollarını bildirir.

Vitse-Prezident V.Jang, Əməliyyatlar 1 Baş Dİrektor K. Gerhaeusser, Mərkəzi və Qərbi Asiya Departamenti (MQAD) Ölkə üzrə O. Norojono, Azərbaycan Nümayəndəliyinin Rəhbəri, MQAD Nümayəndə Qrup rəhbəri Qrup üzvləri Rəyçilər D. Oldfield, Baş İqtisadçı, MQAD Z. Abbas, Ətraf Mühit Mütəxəsisi, MQAD G.Abel, Portfel üzrə Baş mütəxəssis (Araşdırma), MQAD E. Araneta, Əməliyyatların Koordinasiyası üzrə Baş Mütəxəsis, Özəl Sektor Əməliyyatları Departamenti R. Bathula, Nəqliyyat üzrə Baş Mütəxəsis, MQAD A. Bruun, Əməliyyatların Koordinasiyası üzrə Baş Mütəxəsis, ÖSƏD S.Kampbel, Sosial İnkişaf üzrə Baş mütəxəssis (Gender), MQAD M. Delos Santos, Proqramlar üzrə Analitik, MQAD Y. Elhan-Kayalar, Dövlət İdarəçiliyi üzrə Baş Mütəxəsis, MQAD C. Espina, Baş İqtisadi Müşavir, MQAD B. Goalou, Şəhərlərin İnkişafı üzrə Mütəxəsis (Nəqliyyat), MQAD F. Huseynbeyov, Baş Layihə Müşaviri, MQAD R. Yayevardene, Sosial İnkişaf üzrə Baş mütəxəssis (təminat), MQAD S. Joshi, Şəhərlərin İnkişafı üzrə Baş Mütəxəsis, MQAD C. Losenno, Ətraf Mühit Dəyişkənliyi üzrə Baş Mütəxəsis, MQAD T. Luo, Enerji Məsələləri üzrə Baş Mütəxəsis, MQAD I. Martinez, Özıl Sektorun İnkişafı üzrə Mütəxəsis, MQAD V. Tan, Direktor, MQAD J. Taylor, Satınalmalar üzrə Baş Mütəxəsis, ƏMİŞ A, Torres, Dövlət və Özəl sector Əməkdaşlığı üzrə Mütəxəssis, MQAD N. Valiyev, İqtisadçı, MQAD K.Lao-Araya, Nəticələri İdarəetmə üzrə Mütəxəssis, Strategiya və Siyasət Departamenti K. Naqvi, İqtisadçı, İqtisadiyyat və Tədqiqat Departamenti W. Um, Baş Direktorun Müavini, Regional və Davamlı İnkişaf Departamenti R. Vasudevan, Qiymətləndirmə üzrə Mütəxəsis, Müstəqil Qiymətləndirmə Departamenti (müstəqil rəyçi ) İstənilən ölkə tərəfdaşlıq strategiyası hazırlanarkən, istənilən layihənin maliyyələşdirilməsi, və ya bu sənəddə hər hansı konkret əraziyə və ya coğrafi areala istinad edilərkən və ya onun hüdüdlarını göstərərkən, Asiya İnkişaf Bankı hər hansı belə ərazi və ya sahə üzərində heç bir hüquqi və də digər bir statusla bağlı mühakimə vermək niyyətini daşımır.

Ölkə üzrə Əsas Göstəricilər MÜNDƏRİCAT Səhifə I. İNKIŞAF İSTIQAMƏTLƏRI VƏ MƏSƏLƏLƏRİ 1 A. Ölkə üzrə məlumat 1 B. İqtisadi Qiymətləndirmə və Faktlar İcmalı 1 C. AİB-in Ölkə üzrə Əvvəlki Strategiyasının Əsas Məqamları 2 II. ÖLKƏ STRATEGİYASI 3 A. Hökumətin Milli Strategiyası 3 B. AİB-in Ölkə Strategiyası 3 III. STRATEGIYANIN ICRASI 9 A. İndikativ Resurs Parametrləri 9 B. Proqramın Xülasəsi 9 IV. NƏTİCƏLƏRİN İDARƏ OLUNMASI 10 A. Monitorinq 10 B. Risklər 10 ƏLAVƏLƏR 1. Ölkə Tərəfdaşliq Strategiyasi Nəticələr Çərçivəsi 12 2. Qoşma Sənədlərin Siyahısı 13.

ÖLKƏ ÜZRƏ ƏSAS GÖSTƏRİCİLƏR İqtisadi 2009 2010 2011 2012 2013 ÜDM ($ mlrd, hazırda ) 44.3 52.9 66.0 69.7 73.6 ÜDM /adam başına düşən pay($, cari) 5,018.2 5,922.0 7,285.0 7,594.3 7,912.5 ÜDM artımı (%, sabit qiymətlərlə ) 9.3 5.0 0.1 2.2 5.8 Kənd təsərrüfatı 3.5 2.0 5.8 6.6 4.9 Sənaye 10.3 3.4 (4.3) (2.3) 1.2 Xidmətlər 7.8 3.3 6.5 7.6 7.2 Ümumdaxili investisiya (% ÜDM ) 18.9 18.1 19.9 22.6 23.7 Ümum Daxili əmanətlər (% ÜDM) 45.5 47.6 50.4 50.0 İstehlakçı Qiyməti İndeksi (illik % dəyişiklik) 1.5 5.7 7.9 1.1 2.4 Liqvidlik (M2) (illik % dəyişiklik ) 1.5 34.5 32.5 25.5 19.0 Ümumi fiskal izafi artım (defisit) (% ÜDM) (0.5) (0.9) 0.6 (0.25) 0.66 Mal üzrə ticarət balansı (% ÜDM)...... 36.9 32.3 28.2 Cari Hesab balansı (% ÜDM) 23.0 28.4 27.0 21.7 16.8 Xarici borc xidməti (% malların və xidmətlərin ixracları 1.5 1.4...... Xarici Dövlət Borcu (% ÜDM) 7.7 7.3 7.3 8.2 8.0 Yoxsulluq və Sosial 2000 2013 Əhali (milyon) 8.0 9.4 Əhali artımı (illik % dəyişiklik ) 1.1 1.3 [2012] Ana ölümü əmsalı (hər 100,000 canlı doğuşa görə) 37.6 14.9 [2012] Uşaq Ölümü əmsalı (1 yaşdan aşağı /hər 1,000 canlı doğuşa) 16.4 10.8 [2012] 5 yaşdan aşağı uşaq ölümü (hər 1,000 canlı doğuşa) 68.6 44.7 [2011] Orta həyat müddəti (illik) 71.8 73.9 [2012] Böyüklərin savadlılığı (%) 98.8 [1999] 99.8 [2009] İbtidai məktəbə ümumi qeydə alınanlar (%) 94.3 96.8 [2004] Uşaqların az qidalanma göstəricisi (% 5 yaşdan aşağı) Yoxsulluq həddindən aşağıda yaşayan əhali (%) 49 [2001] 6.0 [2012] Əhalinin təmiz içməli su əldə edən hissəsi (%) 74.0 91.3 [2012] Əhalinin kanalizasiya xidmətindən istifadə edən hissəsi (%) 89.3 [2012] Ətraf Mühit Karbon iki-oksid tulluntıları (ton) 49,075.0 [2009] Karbon iki-oksid tullantıları adam başına (ton) 5.5 [2009] Meşə sahəsi (milyon hektar) 0.9 [2010] Şəhər Əhalisi (% ümumi əhalidən ) 52.9 [2011] AİB-in Portfeli (dövlət zəmanətli kreditlər, 31 Dekabr 2013-cü il tarixinə) AKE AİF Cəmi Kreditlərin ümumi sayı a 7 1 8 Xalis kredit məbləği ($ milyon, toplam) 1,229.55 10.07 1,239.61 Ödənişlər Çıxarış üçün mövcud olan vəsaitlər ($ milyon) 1,229.55 10.07 1,239.61 Ödənilmiş məbləğ ($ milyon, toplam) 470.89 6.25 477.15 Ödəmələrin faizi (köçürülmüş məbləğ /ümumi qalıq) 38.30% 62.11% 38.49% = yoxdur, ( ) = neqativ, [ ] = məlumat mövcud olan ən son il, AİB = Asia İnkişaf Bankı, AİF = Asiya İnkişaf Fondu, ÜDM = ümumi daxili məhsul, M2 = böyük pul kütləsi, AİK = Adi Kapital Ehtiyyatları. a 2013-cü il ərzində imzalananç qüvvəyə minən və bağlanan kredirlər daxildir. Mənbələr: Asiya İnkişaf Bankı, Karbon İki-oksid İnformasiya Analizi Mərkəzi, AR Mərkəzi Bankı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Təbiətin Qorunması üzrə Beynəlxalq İttifaq, AR Dövlət Statistika Komitəsi, BMT-nin Uşaq Fondu, BMT-nin İnkişaf Proqramı, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı, BMT-nin Ətraf Mühit Proqramı, BMT-nin Statistika Şöbəsi, Dünya Bankı, Dünya İnkişaf Göstəriciləri, Dünya Səhiyyə Təşkilatı, Dünya Əhalisi Perspektivləri, Dünya Şəhərləşmə Perspektivləri.

1 A. Ölkə üzrə məlumat I. İNKIŞAF İSTIQAMƏTLƏRI VƏ MƏSƏLƏLƏRİ 1. Azərbaycan ümumi milli gəlirin (ÜMG) adam başına düşən payının 2001-ci ildə $660 dən 2013 1 -ci ildə $7,350-ə artmasına görə orta-gəlirli ölkələr qrupunun yuxarı pilləsinə sıralarına sürətlə qalxmışdır. Belə cəld transformasiya hidro-karbon ehtiyyatlarının hasilatı, dövlət xərclərinin yüksək səviyyəyə qaldırılması, və bazar-əsaslı iqtisadiyyata dəstək verən köklü islahatların aparılması nəticəsində mümkün olmuşdur. Son onillikdə müşahidə olunan yüksək artım templəri nəticəsində ölkə üzrə yoxsulluq həddi 2001-ci ildə 49%-dən 2012-ci ildə 5.0%-ə qədər aşağı düşmüşdür. Yoxsulluğun əhəmiyyətli dərəcədə düşməsi, regionlarda yoxsulluq üzrə bərabərsizliyin azalması, kənd rayonlarında məşğulluğun artması, əhalinin yoxsul təbəqəsinin sosial yardımla yüksək səviyyədə əhatə olunması və iqtisadi artımın şəhər və kənd ərazilərində ailələrin istehlakına geniş əsasda təsir etdiyi səbəbindən iqtisadi artımın qismən də olsa cəmiyyətin bütün təbəqələrinin inkişafı ilə xarakterik olduğunu qeyd etmək olar 2. 2. Azərbaycanın əhalisi 2014-ci ildə 9.48 milyon nəfər olmuşdur ki, bunun 51%-i 30 yaşdan aşağı olanlardır. Təxminən 53%-ə qədəri şəhər ərazilərində (Azərbaycanlıların beşdə biri Bakıda yaşayır) yaşadığı halda kənd ərazlərində yaşayanların 47% təşkil edir. Azərbaycan insan inkişafı indeksinə görə 2013-ci ildə 82-cı yeri tutmuşdur və hazırda yüksək insan inkişafı 3 olan ölkədir. Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinin (MİM) əksəriyyətinə nail olunması istiqamətində yaxşı nümunə göstərir və 2013-ci ildə Azərbaycan 21 MİM göstəricisindən (tərəfdaşlığa aid olan MİM 8-i çıxmaq şərtilə) 15-ni əldə etməyə nail olmuşdr. Azərbaycan təhsil və savadlılıq göstəricilərində gender bərabərliyinə nail olmuşdur və siyasi institutlarda, idarəetmə vəzifələrində və biznesə sahib olmalarında qadınların iştirakının təmin edilməsi üçün səylərini artıracaqdır. Karbon iki-oksid (CO 2 ) istilik qazları tullantıları üzrə əsas mənbədir və 2010-cu ildə Azərbaycan hər nəfərə 5 ton qaz tullantı sərf etmişdir. 3. Neft və qaz sənayesi ölkədə yuxsulluğun aradan qaldırılması üçün əhəmiyyətli rol oynayır. Buna görə də iqtisadiyyatın diversifikasiyası Hökumətin əsas prioritetlərindən biridir. Bununla bağlı olaraq kiçik və orta sahibkarlığın (KOS) ÜDM-də çəkisinin artırılması, gənclər üçün iş imkanlarının genişləndirilməsi, daha çox işçi qüvvəsi cəlb etmək üçün KOS-ların təşviq edilməsi, biznesin inkişafında rəqbətin gücləndirlməsi, ticarət xərclərinin azaldılması, yüksək məhsuldarlıq və yüksək məvacibli işlərdə işçı qüvvəsinin artırılması, neft və qeyri neft sektorunda çalışanların məvacib fərqlərinin azaldılması, infrastrukturun inkişafı, qurumların potensialının artırılması, tələbələrin ixtisasının özəl sektrda tələb olunan ixtisasa uyğunlaşdırılması üçün xüsusi səylər göstəriləcəkdir. 4 B. İqtisadi Qiymətləndirmə və İcmal 4. Azərbaycanın iqtisadi siyasəi dayanıqlı iqtisadi inkişafa, qeyri-neft sektoruna, qlobal inteqrasiya və ölkə boyu balanslı inkişafa malik diversifikasiya olunmuş iqtisadiyyata nail olmaqdır. Eyni zamanda, neft və qaz sektoru iqtisadiyyat üçün vacibdir. Karbohidrogenlər ÜDMin təqribən 50%-ni və ixracların isə 93%-ni təşkil edir. Növbəti ən böyük sektorlar əsasən tikinti 1 Dünya Bankı. Dünya İnkişaf Göstəriciləri İnternetdə. http://data.worldbank.org/country/azerbaijan Dünya Bankı yuxarı sırada olan orta-gəlirli ölkələri ÜMM-in adam başına düşən payının $4,036 - $12,475 civarında olması ilə (Atlas metodu) təsniifatlaşdırır. 2 H. Onder. 2013. Azərbycan: Resurslarla zəngin ölkədə Hərtərəfli Artım. Dünya Bankı: Vaşinqton KƏ.; və BMF. 2012. Azərbaycan Respublikası : Seçilmiş məsələlər. BMF-in Ölkə Hesabatı 12/6. Vaşinqton KƏ, 3 Birləşmiş Millətlər İnkişaf Proqramı. 2013. Human Development Report 2013. Nyu York. 4 Daha ətraflı məlumat üçün, İqtisadi İnkişaf Bölməsinə isnad edin (Xülasə) (Əlavə 2-də əldə etmək mümkündür).

2 və nəqliyyat, anbar və kommunikasiyadır. Kənd təsərrüfatı işçi qüvvəsinin 38%-ni təşkil etsə də ÜDM-in 5.3%-ni təşkil edir. Karbohidrogenlərdən asılılıq ölkənin davamlı inkişafını risk altına qoyur və uzun müddətli dayanıqlı və sabit artımla bağlı narahatlıqlar yaradır və bu neft hasilatında son vaxtlarda müşahidə olunan azalmalarda özünü sübut etdi. 5 5. Yüksək neft gəlirlərinin əldə edilməsi ciddi dövlət investisiya proqramlarının aparılmasına imkan yaratdı ki, bununla maaşlar və sosial yardımlar artdı və beləliklə yoxsulluq həddlərinin sürətlə azalmasına kömək etdi. Büdcə xərclərində illik artımlar Azərbaycan Respublikası Dövlət Neft (ARDNF) Fondundan əhəmiyyətli məbləğdə köçürmələrin edilməsi ilə mümkün olmuşdur ki, bu 2013-cü ildə ümumi dövlət büdcəsi gəlirlərinin 58%-ni təşkil tmişdir. Neft gəlirləri Azərbaycana xarici borcun ÜDM-in 8.0%-nə bərabər olan ekvivalentində dövlət borcunun aşağı həddə saxlamasına imkan yaratdı. 6. Orta müddətdə artım dərəcələri 2000-ci illərin ortalarında olan yüksək səviyyələrlə müqayisədə elə də yüksək olmayacaqdır. ÜDM-in artım proqnozları 2014-ci will il üçün 5.2% və 2015-ci il üçün isə 5.8% təşkil edir. Artıma səbəb olan sektorlarda əvəzləmə davam etməklə öz yerini neft sektorundan qeyri-neft iqtisadiyyatına verəcəkdir və 2014-ci ildən sonra neft hasilatının azalması proqrnozlaşdırılır. İqtisadiyyatda nisbətən yavaş artımın olması inflyasiyanın məhdudlaşmasına kömək edəcək lakin inflyasiyaya olan təzyiqlər neft gəliri nəticəsində yaranmış daxili tələbat, yüksək dövlət xərcləri və daxili kreditləşmənin genişlənməsi səbəbindən mövcud olaraq qalacaqdır. Nisbətən aşağı artım mühitində lazim gələcəkdir ki, sürətli və dayanıqlı məşğulluq yaradan sahələr aşkar olunsun. İqtisadi diversifikasiyada inkişaf çox ehtimal ki, yüksək məşğulluq potensialına malik sektorların stimullaşdırılması, əlavə işçi götürmək üçün mövcud olan de-motivasiyaların azaldılması, ticarətçilərin sayını məhdudlaşdıran qeyri-tarif maneələrinin azaldılması, peşə hazırlığının gücləndirilməsi və məhsuldarlığın artırılması kimi bir sıra strateji tədbirlərin həyata keçirilməsindən asılı olacaqdır. C. AİB-in Ölkə üzrə Əvvəlki Strategiyasının Əsas Məqamları 7. AİB-in Azərbaycanda əməliyyatları ilkin olaraq 2000-ci ildə qəbul edilmiş Aralıq Əməliyyat Strategiyası(AƏS) ilə idarə olunurdu. 6 AƏS-in əsas məqsədi Azərbaycanda yoxsulluğun azaldılması, insan inkişafının artırılması, davamlı inkişafın təşviq edilməsi və yaxşı idarəçilik və institusional quruculuğa dəstək vermək olmuşdir. 2001-2006-ci illərdə AƏS Ölkə Strategiya Proqramlarının beş dəfə əlavələr edilmiş və 2010-cu ildən sonra ölkə əməliyyatları biznes planı təsdiq edili. AƏS-dən sonra əsasən iki səbəbə görə AİB formal ölkə strategiyasını hazırlamamışdır: (i) AİB-in Azərbaycanda əməliyyatlarının birinci onilliyində iqtisadi şərait və dövlətin ehtiyacları sürətlə dəyişməsi, və (ii) AİB bu yeni üzv ölkədə daha dərindən çalışmaq imkanlarına malik olmaq üçün öz əməliyyatlarını qurmağa başlayır və kifayət qədər elastiklik nümayiş etdirirdi. 8. Yekun qiymətləndirmə hesabatı AƏS-in, ÖSP-nin Yenilənmiş Variantlarının, və Ölkə Əməliyyatları üzrə Biznes Planlarının fəaliyyətini qənaətbəxş hesab etmişdir. 7 Müstəqil Qiymətləndirmə Departamenti (MQD) tərəfindən aparılan son qiymətləndirmə hesabatı da yekun qiymətləndirmə hesabatını və ümumilikdə proqramın icrasını müvəffəqiyyətli kimi qimətləndirmişdir. Yekun qiymətləndirmə hesabatı yeni Ölkə Tərəfdaşlıq Strategiyası (ÖTS) üçün üç əsas amilləri müəyyən etmişdir.: (i) dövlətin inkişaf ehtiyaclarına cavab vermək və fəaliyyət üçün müvafiq sektorlar seçmək, (ii) görülən işlərinin keyfiyyətinin artırmaq, və (iii) özəl 5 İqtisadi Təhlil (Xülasə) (Əlavə 2-də olan sənədlərin siyahısından əldə oluna bilər) 6 AİB. 2000. İqtisadi Hesabat və Azərbaycan üzrə Aralıq Əməliyyat Strategiyası Manila. 7 AİB-in Azərbaycan üzrə Yardım Strategiyasının Yekun Qiymətləndirilməsi (Əlavə 2-də göstərilən sənədlərin siyahısından əldə etmək olar)

3 banklarla işi davam etdirmək. MQD-in son hesabatı yekun hesabatda müəyyən edilən amilləri və tövsiyyələri təsdiqləyir, lakin aşağıdakıları da diqqətə çatdırmışdır: (i) prioritetlərin dəyişməsi şəraitində AİB-in dəstəklədiyi proqramda dövlətin iştirakını təmin edən mexanizmin olması, (ii) investisiya maliyyəsini təmin etməkdən daha çox bilik xidmətləri və texnologiya təminatına keçid, və (iii) qeyri-fiziki komponentlərə, xüsusilə institusional quruculuq sahəsinə diqqət yetirmək. Son hesabatda tövsiyyə olunur ki, yeni ÖTS AİB-in ölkə strategiyasının həmin ölkənin inkişaf siyasətinə uyğunlaşdırsın, ikinci dərəcəli şəhərləri və kənd əhalisinə fayda verən böyük məbləğdə investisiyalar və təşəbbüslər vasitəsilə hərtərəfli inkişafa diqqəti artırsın və iqtisadiyyatı diversifikasiya etməyə yardım edən özəl sector əməliyyatlarını prioritetləşdirsin. II. ÖLKƏ STRATEGİYASI A. Hökumətin Milli Strategiyası 9. 2012-ci ildə, hökumət yeni konsepsiya strategiyası olan Azərbaycan 2020: Gələcəyə baxış sənədini qəbul etmişdir ki, bu sənəd bilik-intensivli məhsulların meydana gəlməsi daxil olmaqla ənənəvi iqtisadiyyatdan biliyə-əsaslanan iqtisadiyyata keçid üçün zəmin yaradır. 8 2020 gələcəyə baxış strategiyası Azərbaycanın beynəlxalq səviyyədə rəqabətli, iqtisadi və siyasi cəhətdən inkişaf etmiş ölkəyə çevrilməsi və ÜDM-in adam başına düşən payının iki dəfə artırılması ilə $13,000-ə çatdırılması məqsədlərini daşıyır. Sənəd həmçinin iqtisadi diversifikasiyanı və qeyri-neft sektorunun inkişafı vasitəsilə imkanların artırılmasını nəzərdə tutur. Hərtərəfli inkişaf hədəfləri yüksək sosial rifah, dayanıqlı iqtisadi artım, hamı üçün geniş imkanlar və müvafiq iş yerləri, regiodal qeyri-bərabərliyin azaldılması və hətta uzaq kəndlərdə belə kommunikasiyanın, səhiyyə, təhsil və maliyyə xidmətlərinin olması məsələləri əhatə edir. 10. Hökumət hazırda bütün sektorları əhatə edən təxminən 60 dövlət proqramları və strategiyaları üzərində işləyir. Əsas proqramlar 2008-2015-ci illər üzrə Yoxsulluğun Azaldılması və Dayanıqlı İnkişaf üzrə Dövlət Proqramıdır (YADİDP) 9. Bu proqram, Azərbaycan 2020 Gələcəyə Baxış Strategiyası ilə birlikdə hərtərəfli inkişaf, yoxsulluğun azaldılması, infrastrukturun inkişafı, ətraf mühitin dayanıqlılığı, iş yerlərinin yaradılması, sosial müdafiə, təhsil, özəl sektorun inkişafı, yaxşı idarəçilik və potensial inkişaf, gender bərabərliyi və biliyə əsaslanan həll yolları məsələlərinə əsas diqqət verir. Buna əlavə olaraq hökumət iqtisadi zonalar yaratmaqlaq, kiçik sahibkarlara güzəştli kreditlər verməklə, kən təsərrüfatı bizneslərinə subsidiyalar verməklə və ekoloji təmiz layihələr üçün investisiya şirkəti yaratmaqla qeyri neft sektorunun inkişafına təkan verir. 11. Azərbaycanda inkişaf sahəsində tərəfdaş təşkilatlar bir neçə sektorlarda, əsasən nəqliyyat, enerji, su təchizatı, özəl sektorun inkişafı, maliyyə, və dövlət idarəçiliyi sektorlarında fəaliyyət göstərirlər (15 paraqrafa da isnad edin). AİB-in donorlarla koordinasiyası nümayəndəlik tərəfindən həyata keçirilir ki, bu da təkrarlanma hallarının qarşısını alır. Təqdim olunan cədvəl Azərbaycanda əsas inkişaf tərəfdaşlarının fəaliyyəti yekun variantda təqdim edilmişdir 10. B. AİB-in Ölkə Strategiyası 12. ÖTS Azərbaycanın diversifikasiyalı, biliyə əsaslanan iqtisadiyyata keçidinə dəstək verəcək və diversifikasiyaya töhfə verəcək seçilmiş sektorlara və sahələrə diqqət verməklə dayanıqlı və qeyri-neft iqtisadiyyatına əsaslanan artıma yardım edəcəkdir. Diversifikasiya 8 Gəcəyə Başıx Strateji Konsepsiya. Əlavə 2-də göstərilən sənədlərin siyahısından əldə etmək olar. 9 Azərbaycan Hökuməti, 2008. Yoxsulluğun aradan qaldırılması və Davamlı İnkişaf Dövlət Proqramı 2008 2015. Bakı 10 İnkişaf təşkilatlarının koordinasiya matrisi Ölkə və Portfel Göstəriciləri olan 5-ci Cədvəldə verilmişdir (Əlavə 2-də göstərilən sənədlərin siyahısından əldə etmək olar)

4 olunmuş və biliyə əsaslanan iqtisadiyyat yeni iqtisadi imkanları və qeyri-neft sektorlarında ixracları stimullaşdıracaqdır ki, əvəzində hərtərəfli artıma yardım edəcək və şəhər-kənd arasında olan qeyri-bərabərsizliyi azaldacaqdır. Daha möhkəm və qeyri-neft iqtisadiyyatına əsaslanan iqtisadiyyat bir çox yüksək sırada orta gəlirli ölkələrin təcrübəsindən fərqli olaraq Azərbaycanın orta-gəlirli ölkə statusunu itirməməsinə kömək edəcəkdir. 13. Bir neçə strateji prioritetlər hökumətin milli strategiya və inkişaf proqramları, AİB-in 2020 Strategiyası, CAREC 2020 Strategiyası və digər inkişaf tərəfdaşları ilə birgə fəaliyyətlər daxil olmaqla ÖTS üçün prioritet sektorların seçilməsinı formalaşdırmışdır. 11 AİB-də mövcud olan resurslara olan məhdudiyyətlər hökumətlə olan yüksək səviyyəli konsultasiyalar zamanı müəyyən olunduğu kimi sektorların ehtiyyatla seçilməsini zəruri edir. 12 Seçilmiş sektorların tələb-əsaslı ehtiyaclara, dövlətin strategiyasına, digər donorların iştirak etmədiyi boşluq olan sektorlara və ya sektorlarda onlara birgə fəaliyyətlərə, və AİB-in öz strateji prioritetlərinə və müqayisəli üstünlüyünə uyğunluğu təmin edilməli və Azərbaycan bu uyğunluğa nail olunmuşdur. 14. Ölkə strategiyasının konkret diqqət sahəsi vardır və əsas diqqət diverisfikasiya olunmuş, biliyə-əsaslanan iqtisadiyyat vasitəsilə dayanıqlı inkişafı təşviq etməklə hərtərəfli artıma, daha tarazlı (qeyri-neft) iqtisadiyyatı inkişaf etdirməklə iş yerlərinin yaradılmasına, ikinci dərəcəli şəhərlərdə və kənd rayonlarımda qadınlar və uşaqlar üçün iqtisadi imkanlardan istifadə yollarını artırmağa nail olmaqdır. Bu ÖTS sənədi nəqliyyat, şəhər infrastrukturu və xidmətləri, və enerji sahələrini prioritetləşdirir. İnfrastruktur əhatəli inkişafın və diversifikasiyanın vacib elementidir, belə ki, iqtisadi imkanları genişləndirir və onları çıxışı asanlaşdırır. Nəqliyyat infrastrukturu kəndlərin magistrala qoşulmasını, digər infrastruktur və xidmətlərin, o cümlədən electron ödəniş maşınlardan istifadı kimi sosial müdafiə şəbəkələrindən istifadəni asanlaşdırmaqla istehsal və nəqliyyat xərclərinin azalmasını təmin edir. Etibarlı elektrik təchizatının olması həm iş saatının həm də məhsuldarlığın artırmaqla iş yerlərinin yaradılmasına yardım edir və şəhər infrastrukturu və xidmətləri isə yoxsul əhaliyə su, təhsil və səhiyyət kimi əsas xidmətlərdən istifadə imkanı təmin edir və sərf olunan vaxt itkisini və xərcləri azaldır. 15. Biliyə əsaslanan iqtisadiyyatın inkişaf etdirilməsi üçün Hökumətin qarşıya qoyduğu məqsəd hökumət və özəl təşkilatlarda informasiya və kommunikasiya infrastrukturunun yaradılması və peşəkar kadrların yetirişdirilməsini tələb edir. Dünya Bank, UNİCEF, USAİD və Koreya EximBankı peşə hazırlığının keyfiyyətini təkmilləşdirmək üçün təhsil sahəsində Hökumətə dəstək verirlər. Hökumətdə öz növbəsində dövlət xidmətlərinin təkmilləşdirilməsi üçün kommunikasiya və informasiya texnologiyalarının müasirləşdirilməsi üçün böyük investisiyalar qoyur. AİB-in müasir infrastrukturun inkişafında fəaliyyəti elm, texnologiya və tədqiqata innovasiya və sərmayə üçün şəratim yaradılması və qabaqcıl təcrübənin tətbiq edilməsini təşviq edir. Müasir infrastrukturun layihələndirilməsi və layihənin həyata keçirilməsi texniki bilik, yeni yanaşma və idarəçilik məsələlərini ehtiva edir ki, inkişaf etməkdə olan ölkələr qazanılan bu təcrübəni digər investisiya layihələrində tətbiq edə və təkmilləşdirə bilər. Bundan əlavə, ÖTS-in bilik komponentləri iqtisadi artıma nail olmaq üçün bilik və informasiyada istifadədə hökumət təşkilatlarına dəstək verəcəkdir. 16. Nəqliyyat. AİB qeyri-neft sektorunun inkişafına töhfə verə bilən münasib nəqliyyat infrastrukturu şəbəkəsinin inkişaf etdirilməsi üçün sistemli yanaşma siyasətini yürüdəcəkdir. Şərq-Qərb (CAREC dəhlizi 2) və Şimal-Cənub dəhlizləri hökumətin əsas prioriteti olaraq qalir, 11 2020 Strategiyasının 2014-cü ildə aralıq yoxlaması zamanı AİB-in ümumi strategiyasında edilən dəyişikliklərə əsasən bu strategiyanın ictasında da müəyyən dəyişiklilər gözlənilə bilər. 12 Məsələ, digər inkişaf donorları bilik iqtisadiyyatının əsas elementi kimi təhsilə dəstək verirlər və ona görə hökumət AİB-ə başqa sektorlar üçün müraciət etmişdir.

5 çünki bu dəhlizlər qonşu ölkələrə beynəlxalq bağlantının əsas magistrallarıdır. Buna görə də, AİB-in maliyyə yardımı hökumətə prioritet olan nəqliyyat dəhlizlərinin tamamlanmasında kömək edəcəkdir. Yerli yollar bazarlara, təhsil obyektlərinə, və kənd əhalisi üçün sağlamlıq və sosial mərkəzlərə giriş imkanlarını təkmilləşdirmək üçün iki prioritet dəhlizlər üzrə görüləcək işlərə əlavə ediləcəkdir. Nəqliyyat layihələrində qadınlar tərəfindən idarə olunan təsərrüfatların köçürülmə məsələlərinə adekvat diqqətin verilməsi, onların yol təhlükəsizliyi ilə bağlı təhsil və təlimlərə cəlb olunması, QİÇS(HIV/AIDS)-ə dair məlumatlandırma və xəbərdarlıq kampaniyalarının aparılmasında, eləcə də gender mövzusu ilə bağlı tədqiqat işlərində iştirakı təmin edələcəkdir. 17. AİB hazırda icrada olan yol sektorunda multi-tranş maliyyə mexanizmi (MFFs) 13 əsasında bilik komponentlərini daxil etməklə bu işə dəyər əlavə edəcək, və bununla da bütün ödənişli yollar üçün (mümkün PPP mexanizmlər daxil olmaqla) hüquqi və tənzimləyici çərçivə və əməliyyat prosedurlarının işlənib hazırlanmasına, yolun təhlükəsizliyinin artırılmasına, investisiyaların dayanıqlığını təmin etmək üçün kommersiya maşınlarının çəkilməsi üçün tərəzilər və səmərəliliyə əsaslanan istismar kontraktlarının təqdim edilməsi, layihə dizayn və standartları üçün ən yaxşı praktikaların tətbiq olunmasına, tənzimləyici islahatlar və yol şəbəkəsi aktivlərinin idarə edilməsinə, özəl sektorun iştirakının təşviq edilməsi və yolun istismar xidmətinə yardım edəcəkdir. Bu təşəbbüslərin çoxu sektorda maliyyə menecmentliyi və dayanıqlığının təkmilləşdirilməsinə yardım edəcəkdir. 18. Şəhər infrastrukturu və xidmətləri. AİB ölkə boyu xidmətin əhatə dairəsini və keyfiyyətini artırmaq, və ətraf mühit idarəçiliyini təkmilləşdirmək üçün şəhər infrastrukturu və xidmətlərinin keyfiyyətinin artırılması və genişlənməsinə (su təchizatı və kanalizasiya, şəhər nəqliyyatı, bərk tullantıların idarə edilməsi) yardım edəcəkdir. AİB-in hazırda icrada olan MFF 14 maliyyə mexanizmi vasitəsilə su və kanalizasiya sektoruna dəstəyi əhali sıxlığı nisbətən az olan mərkəzi və şimal rayonları, eləcə də Naxçıvan Muxtar Respublikası daxil olmaqla bir sıra şəhərlərdə mövcud ehtiyaclara və layihələrə dəstək verir. Bakıdan kənarda şəhər ərazilərində kanalizasiya sisteminin əhatə dairəsi 32%-dir və buna görə də kanalizasiya sisteminin təkmilləşdirilməsi xəstəlik sayını azaltmağa və qadınların öz ailələrinin sağlamlığı və gigiyenası üçün iş yükünü azaltmağa kömək edəcəkdir. Bərk tullantıların idarəedilməsi üçün Dünya Bankının Baş Planının tamamlanmasından sonra AİB-in ölkədə bərk tullantıların idarəedilməsi sahəsində yeni rola başlaması gözlənilir. 19. Bakı şəhər nəqliyyatı layihəsi Bakıda yol hərəkəti vəziyyətini təkmilləşdirəcək və mümkün PPP layihələrini nəzərdən keçirəcəkdir. Layihə havanın çirklənməsi, yol hərəkəti tıxacları, yol təhlükəsizliyi sahələrinə müsbət təsir edəcək və avtomobillərin dayanacaq xidmətindən potensial gəlir əldə edəcəkdir. Bundan əlavə effektiv, aşağı-xərcli nəqliyyat alternativlərinin seçilməsi ilə Böyük Bakı ərazisində yaşayan məcburi köçkünlərin ümumi sayının 31% -i daxil olmaqla ölkə əhalisinin böyük seqmentinə fayda verəcəkdir. 15 20. AİB-in bilik komponentləri su təchizatı sahəsində istismar və texniki ximət (İ və TX) və inventarın idarəedilməsini möhkəmləndirəcəkdir. Institusional effektivlik eləcə də republika və yerli səviyyədə planlanlaşdırma, idarəetmə, istismar və idarəetmə potensialını möhkəmləndirmək, sayğac şəbəkəsinin genişləndirilməsi, hesablaşma və tariff dəyişiklikləri vasitəsilə xərclərin ödənilməsi səviyyəsinə qaldırmaq üçün təşəbbüslər irəli sürüləcəkdir. Su 13 AİB 2007, Yol Şəbəkəsinin İnkiaşf Proqramı, Manila, AİB. 2012. İkinci Yol Şəbəkəsinin İnkiaşf Proqramı. Manila 14 ADB. 2009. Təklif olunan MFF Su Təchizatı və Kanalizasiya üzrə İnvestisiya Proqramı. Prezidentin Direktorular Şurasına hesabatı. 15 Təqribən 31% MƏcburi KöçkünBakıda yaşayır. Onlar 1988 və 1994 illər arasında Azərbaycan və Ermənistan arasında baş vermiş ərazı münaqişəsi zamanı köç etmişlər. Ərazı mübahisəsi hələ həll olunmamışdır.

6 təchizatı və kanalizasiya sahəsində, AİB su qurumları ilə kənar su istismarı xidmət operatorları arasında tvinninq razılaşması həyata keçirəcəkdir ki, bu sistemlərin istismarı və texniki xidməti, eləcə də maliyyə menecmentliyi sahəsində institusional effektivliyinə nail olunsun. Digər dəstək isə bərk tullantılar sistemlərinin planlaşdırılması və idarə olunmasının möhkənləndirilməsini təmin etmək üçün göstəriləcəkdir və yerli icmaları əhatə edəcəkdir. 21 Enerji. AİB Azərbaycanda bərpaolunan enerji ehtiyyatlarının inkişafna dəstək verəcəkdir. ÖTS çərçivəsində görüləcək təşəbbüslər biokütlə, külək, günəş su enerjisi və bərpaolunan enerjinin digər formaları, kimi enerji mənbələrinin diversifikasiya olunmasına kömək edəcək, maya dəyərinin geri götürülməsinə və dayanıqlığa kömək edəcəkdir. Bərpaolunan enerji sahəsində pilot layihəsinə (biokütlənin alınması) dövlət və özəl sector investisiyaları (mümkün PPP) üçün mümkün potensialı qiymətləndirmək və parallel olaraq bərpaolunan enerji üçün institusional, strateji və hüquqi-tənzimləyici çərçivələrin işlənib hazırlanması məqsədilə başlanılacaqdır. Bu təşəbbüslər karbondan intensiv istifadəni azaldacaq və enerji səmərəliliyini artırılması və təmiz enerji texnologiyalarının təqdim edilməsi vasitəsilə iqlim dəyişikliyinin kəskinləşməsinin qarşısını alacaqdır. 22. AİB həmçinin enerji səmərəliliyini və əməliyyatların səmərəliliyini artıracaqdır ki, bununla ölkə boyu adekvat və etibarli enerji təchizatı təmin ediləcəkdir. Kiçik şəhərlərdə və kənd rayonlarında mövcud paylaşdırma şəbəkələri köhnə və zəif olmaqla ev təsərrüfatlarının həyat şəraitinə pis təsir göstərir və yeni iqtisadi fəaliyyətlər üçün motivasiyanı öldürür. AİB paylaşdırma şəbəkəsinin səmərəliliyini artırmaq üçün enerjinin paylaşdırması sahəsinə investisiya proqramı ilə maliyyələşdirməni nəzərdə tuta bilər və bunun üçün hökumətlə və icraçı qurumlarla AİB-in satınalma prosedurları və maliyyə tələbatlarının icrasının təminatı üzrə əlavə müzakirələr aparılmalıdır. 23. AİB hökumətlə tariff məsələləri və enerji sektorunda islahatlar, potensial quruculuğu və yaxşı idarəçilik məsələlərinin təkmilləşdirilməsi üçün dialoq davam etdirməlidir. AİB hazırda investisiya prioritetlərin aşkar edilməsi, tariflərin qiymətləndirilməsi və maliyyə ehtiyyatlarının optimallaşdırılması üçün 2013-2025-ci illər üzrə Enerji Sektoru üzrə Baş Planın işlənibhazırlanmasında hökumətə yardım göstərir. Planlaşdırma, maliyyə menecmentliyi, satınalmalar inventarın istismar və texniki yardımı, eləcə də layihənin idarəedilməsi kimi biliyə əsaslanan həll yolları və kadr quruculuq dəstəyi müvafiq dövlət qurumlarına və enerji müəssisələrinə göstəriləcəkdir. Əsas təşəbbüslərdən biri elektrik paylayıcı şəbəkəsində, sonradan elektrik enerjisinin istehsalında özəl sektorun inkişafını təmin etmək üçün qanunvericilik mexanizmin hazırlanmasında TY təklif olunacaqdır. 24. ÖTS-nin gündəliyi və aparıcı qüvvələri. AİB-in 2020 aralıq yoxlamasında müəyyən edilmiş hədəflər Azərbaycanda əməliyyatları istiqamətləndirəcək və sektor əməliyyatlarını sürətləndirəcək və ölkənin inkişaf məqsədlərinə nail olunmasına kömək edəcəkdir. 25. Əhatəli inkişaf. Azərbaycanda yoxsulluq həddinin aşağı olduğunu nəzərə alaraq, AİB-in əməliyyatları Abşeron yarımadasından kənarda olan regional infrastrukturun keyfiyyətini yaxşılaşdırmaq və onların daha yaxşı istismarını təmin etməklə inkişafa dəstək verəcəkdir. İnfrastrukturun inkişafı ilə (i) bazarlara, social xidmətlərə və maliyyə xidmətlərinə çıxışın asanlaşdırılması; (ii) regionlarda qeyri neft sektorunda yeni imkanların təşvil edilməsi; (iii) xərcləri azaltmaqla və istehsal imkanlarını genişləndirməklə istehsala dəstək verilməsi; (iv) su və elektrik enerjisi ilə bağlı ev təsərrüfatlarının xərclərini azaldılması əldə ediləcəkdir. Həmçinin nəqliyyat, enerji və idarəçilik sahəsində islahatlar aparmaqla, dövlət strukturlarının kadr potensialını gücləndirməklə səmərəlilik artırılacaqdır.

7 26. Özəl sector əməliyyatları. AİB Azərbaycanda özəl sector əməliyyatlarını genişləndirəcək və bununla sənaye, ticarət, KOS və infrastrukturun inkişafında böyük rol oynayacaqdır. AİB eləcə də iqtisadiyyatda böyük miqyasda təsirə malik neft-kimya email sektorunda seçilmiş layihələri maliyyələşdirməyi nəzərdə tuta bilər lakin bunu ənənəvi maliyyələşmə vasitələri ilə maliyyələşdirmək çətindir. AİB-in iştirakı regionda layihələrə adətən ehtiyyatlı yanaşma göstərən kommersiya kredit mənbələrinin cəlb olunmasında həll edici olacaqdır. 16 AİB-in bu layihələrdə iştirakı beynəlxalq praktikaların, idarəçilik və şəffaflıq standartlarının qəbul edilməsini asanlaşdıracaqdır. Digər sektorlardakı layihələrdə AİB-in iştirakı Azərbaycanda bu sektorlarda mövcud olan nisbətən yeni maliyyə mənbələrinin birini təmin edə bilər. Qeyri-neft sektoruna əlavə olaraq, AİB hazırda enerjinin səmərəliliyinin artırılmasında və ətraf mühitə təsirlərin azaldılmasında Azərbaycana kömək etmək üçün hasilat sənayesində imkanları tədqiq etməkdədir. Özəl sektor əməliyyatları mümkün olduğu qədər üçüncü tərəfin maliyyələşmə öhdəliyini və özəl sektorun iştirakını təmin etmək imkanları araşdıracaqdır. AİB-in özəl sector əməliyyatları fərdi bankları və qeyri bank qurumlarını da əhatə edəcəkdir Burada (i) kənd yerlərində inkişafı təmin etməklə paytaxtdan kənarda KOS və fermrlərə dəktəs vermək üçün maliyyə qurumlarına maliyyə dəstəyinin göstərilməsi, (ii) KOS üçün kredit mexanizmlərin yaradılması, (iii) ev almaq üçün ipoteka imkanlarının genişləndirilməsi, (iv) lizing və sığortanın inkişaf etdirilməsi nəzərdə tutulur. Əlavə olaraq, Ticarətin maliyyələşdirilməasi proqramı vasitəsilə Azərbaycanda seçilmiş banklara maliyyə boşluqları doldurmaq və zəmanət vasitəsinə capital cəlb etmək üçün inkanlar veriləcəkdir. 27. Özəl sektorun inkişafı və DÖƏ-lər. Özəl sektorun inkişafı çərçivəsdə kifayət qədər maliyyə xidməti ilə təmin olunmayan ev təsərrüfatları və bizneslər, o cümlədən, qadınlar üçün iqtisadi fəaliyyətə cəlb olunmaq məqsədilə özəl sektora, xüsusli kiçik və orta sahibkarlara geniş imkanlar yaradılacaqdır. Bakıdan kənarda az gəlirli şəxslərə və mikro bizneslə məşğul olan sahibkarlara geniş çeşidli maliyyə xidmətlərini göstərmək məqsədilə Azərbaycan Mərkəzi Bankında mikromaliyyə mühitinin yaxşılaşdırılması üçün dəstəyin verilməsi nəzərdə tutulur. DÖƏ üzrə əməliyyat strategiyanın icrası vasitəsilə, 17 AİB DÖƏ-lər üçün münasib şəraitin yaradılmasına dəstək verəcək və nəticə etibarilə AİB tərəfindən maliyyələşdirilən layihələrin hazırlanmasına yardım edəcəkdir. Bu sahədə əsas görülən işlərə daxildir: (i) DÖƏ-lər üçün hüquqi və tənzimləyici çərçivələrin işlənib-hazırlanması, (ii) DÖƏ üzrə layihələrin işlənibhazırlanması üçün dövlət sektoru qurumlarının yaradılması (e.g., DÖƏ qurumları və risk menecmentliyi qurumları) (iii) DÖƏ üçün potensial partnyorların kadr potensialının gücləndirilməsi. AİB belə layihələrinin hazırlanması üçün hökumətə və onun qurumlarına əməliyyat məsləhət xidmətlərinin göstərilməsini təmin etmək üçün inkanları təşviq edəcəkdir. Bu xidmət vasitəsilə AİB dövlət strukturlarına özəl sektorda potensial investorun müəyyən edilməsini təmin edəcəkdir ki, burada belə layihələrdə iştirak etmək üçün AİB-in Özəl Sektorla İş Departamenti də cəlb edilə bilər. 28. Regional əməkdaşlıq. Hazırda AİB-in yol sahəsində icrada olan ÇMM kreditləri ilə maliyyələşən və tamamlanmasının davamlı surətdə hökumətin tərəfindən ifadə edildiyi iki əsas nəqliyyat dəhlizləri Gürcüstanla və Avropa və Orta Şərqdə olan qonşu ölkələrlə fiziki əlaqələri genişləndirəcəkdir. Bundan əlavə Azərbaycan CAREC Proqramında, CAREC İnstitutunun təlim proqramları və tədqiqatlarında və iştirakçı dövlətlərdə ticarətin genişlənməsi və rəqabətin artırılması məqsədi daşıyan 2020-ci il CAREC Strategiyasının icrasında iştirak etməkdə davam edir. 16 Bu sektorda fəaliyyətlər hələ AİB və hökumət arasında müzakirə edilməmişdir lakin sektorda hazırda elan edilmiş böyük layihələr özəl sektorun maliyyələşməsində AİB-in potensial iştirakı üçün müvafiq hesab oluna bilər. 17 AİB. Dövlət-Özəl Tərəfdaşlığı üzrə Əməliyyat Planı 2012 2020. Manila.

8 29. Gender bərabərliyi. Azərbaycan bəzi sahələrdə (təhsil və savadlılıq səviyyəsində) gender bərabərliyini nümayiş etdirir, lakin ümumilikdə qadınların səlahiyyətləndirilməsi və qərarvermə sahələrində aydın qeyri-bərabərlik vardır. Gender bərabərliyi layihələrdə və proqramlarda qadınların iştirakını artıracaqdır. Daha çox diqqət gender göstəricilərinin və hədəflərinin layihə və proqram nəticələri çərçivələrinə və onların monitorinq edilməsi işinə daxil edilməsinə veriləcəkdir. AİB-in əməliyyatlarında gender məsələrinin önə çəkilməsi hərtərəfli artıma nail olmağa dəstək verəcək və AİB-in gender hədəflərinə və daha yaxşı inkişaf nəticələrinin əldə edilməsinə yardım edəcəkdir. 30. İdarəçilik və potensial inkişaf. AİB-in idarəçilik islahatlarına və potensial quruculuğa yardımı hökumətin iradəsinin və dəstəyinin əhəmiyyətli olduğu sahələrə yönələcəkdir. Hökumət qurumlarına ayrılan TY-ların satınalma islahatları 18, audit və maliyyə hesabatlılığının gücləndirilməsi və prioritet sektorlarda kəsişən digər idarəçilik məsələləri sahələrinə təmin olunması gözlənilir. Bir çox idarəçilik konsepsiyaları və beynəlxalq standartlar nazirliklər və dövlət qurumları üçün yenidir və buna görə də inkişafın tədricən baş verməsi gözlənilməlidir. Sektor sahəsində idarəçiliyə dəstək və islahatlar (i) planlaşdırma, proqnozlaşdırna, sector investisiya programları, İ və TX, gəlir və xərc təhlili və satınalma planları sahəsində potensial quruculuq, (ii) maya dəyəri mexanizmləri istiqamətində hökumətlə dialoq, və (iii) potensial quruculuğu mərhələsində hökumət kadrlarına dəstək vermək üçün satınalma konsultantlarının təminatına səbəb olacaqdır. 31. Ətraf Mühitin Dayanıqlılığı və İqlim Dəyişikliyi. Ətraf mühit sahəsində üzləşilən çətinliklərə Xəzər Dənizi səviyyəsinin qalxmaqda davam etməsi, suvarilan torpaqların şoranlaşmasının artması, torpağın keyfiyyətinin azalması, enerji, yanacağa tələbatın artması və sənayenin çirklənməsi, çirkli suların emalının və bərk tullantıların idarə edilməsi mexanizmlərinin və praktikalarının qənaətbəxş olmaması daxildir. AİB-in bütün layihələri ətraf mühitə olan təsirlərin azaldılması üçün fəaliyyət sahələrində ekoloji şəraitə uyğun olmalıdır. Bundan əlavə, AİB bərpa olunan enerji investisiyalarının formalaşması və iqlim dəyişikliyini azaldan investisiya imkanlarının prioritetləşdirilməsinə dəstək vermək üçün iki TY layihəsi təmin edir 19. AİB-in iqlim dəyişikliyinə yardımı əsasən bu sahələri əhatə edəcəkdir: (i) investisiyaların dayanıqlığının artırılması və ölkənin bu sahədə qüdrətinin artırılması üçün infrastruktur layihələrinin tərtibatında iqlim dəyişikliyi riskinə adekvat cavab vermək, və (ii) istilik qazlarının atmosferə buraxılmasının azaldılması üçün bilik bazasının artırılması. 32. Tərəfdaşlıq. Donorların koordinasiyası AİB-in Azərbaycandakı Nümayəndəlik Ofisi tərəfdindən davam etdiriləcəkdir ki, təkrarlığa yol verilməsin və hər bir qurum tərəfindən görülmüş işlər bir-birini tamamlasın. Birgə-maliyyələşdirmə imkanlarından AİB-in insfrastruktur investisiyalarında istifadə olunacaqdır. Nümayəndəlik Ofisi həmçinin yerli universitetlər və vətəndaş cəmiyyəti təşkilatları ilə bilik məhsullarının inkişaf etdirilməsi istiqamətində əlaqələrini dərinləşdirəcəkdir. 33. Biliyə-əsaslana həll yolları. ÖTS-in icrası zamanı biliyə-əsaslanan həll yollarına böyük yer veriləcək və bununla gələcəkdə davamlı artıma və yuxarı sıralı orta gəlirli ölkə statusunu itirmək təhlükəsindən qorunmağa kömək edəcəkdir. ÖTS-in bilik komponentləri (paraqraf 17, 20 və 23) inkişaf hədəflərinə nail olmaq üçün bilik və məlumatların əldə edilməsi və ondan istifadə olunmasında hökumət təşkilatlarına kömək olacaqdır. AİB-in Azərbaycan üzrə bilik məhsulları 18 AİB. 2012. Satınalma Sahəsində daha təkmil nəticələrin əldə edilməsi üçün Satınalmalar Potensialının işlənibhazırlanması Manila. 19 AİB. 2009. Mərkəzi və Qərbi Asiyada İqlim Dəyişikliyi sahəsində fəaliyyətlər üçün Texniki Yardımı. Manila; AİB. 2012. Mərkəzi və Qərbi Asiyada İqlim Dəyişikliyi iqtisadiyyatı sahəsinətexniki Yardımı. Manila.

9 sector üzrə olmaqla islahat yönümlü və layihə tipli olacaqdır. Bilik məhsulları AIB-in Azərbaycanda sektorlardakı əməliyyatların həlledici hissəsi olacaqdır və bilik planı planı ÖTS-in ilkin mərhələsində işlənib-hazırlanacaqdır 20. Bilik həll yollarının planlaşdırılması və icrası zamanı hökumət yaxından iştirak edəcəkdir. Nəqliyyat, şəhər su təchizatı və kanalizasiya sektorlarında görüləcək biliklə bağlı görüləcək işlər əsasən hökumət tərəfindən götürülən kreditlər hesabına maliyyələşdiriləcəkdir ki, bununla hökumətin layihələrə sahib çıxmaq və onlardan istifadə etmək marağı artacaqdır. Azərbaycanın inkişafı ilə bağlı təcrübə digər inkişaf etmiş ölkələr üçün faydalı olacaqdır. AİB ilə hökumət arasında birgə bilik və təcrübə mübadiləsi proqramı üçün potensial ÖTS icrası ərzində də təşviq ediləcəkdir. 21 III. STRATEGIYANIN ICRASI A. İndikativ Resurs Parametrləri 34. Azərbaycanın 2013-cü ilin avqust ayında AİB-in ölkə təsnifatlaşdırma sistemində B qrupundan C Qrupa qaldırılmışdır. Buna görə də maliyyələşmə mənbələri AKE və DÖƏ formasında olan özəl sektor vəsaitləri olacaqdır. Azərbaycanın AKE-dan istifadəsinin başa çatması da ÖTS-nın icrası zamanı izləniləcəkdir. 22 35. AİB tərəfindən 2014-2017-cı illər üzrə dövlət layihələri üçün adi kapital ehtiyyatları fondundan (AKE) $752 milyon yardım ayırmağı nəzərdə tutur. Resursların planlaşdırılmasına çevik yanaşmanı təmin etmək məqsədilə əlavə resurslar mövcud olduğu halda onların təmin edilməsi üçün ehtiyyat layihələr də əlavə olunacaqdır. Layihələrin siyahısı hər il Ölkə Əməliyyatlarının Biznes Planının yenilənməsi zamanı dəqiqləşdiriləcəkdir. 36. Xərclərin maliyyələşdirilməsi razılaşması və Azərbaycanın maliyyə imkanları parametrlərinə əsasən AİB portfeldə olan bütün kredit layihələrinin ümumi məbləğinin 75%-ni və TY layihələrinin 80%-ni təmin edəcəkdir. B. Proqramın Xülasəsi 37. 2020 aralıq yoxlamasında müəyyən edilmiş prioritetlərə uyğun olaraq, ÖTS iqtisadi, xüsusilə də qeyri-neft sektorunda imkanların artırılması, bu imkanlardan kənd rayonlarındakı əhali, qadınlar və məcburi köçkünlərin geniş surətdə istifadəsinin təmin olunması vasitəsilə əhatəli inkişafa dəstək verəcəkdir. Proqram yol nəqliyyatı, enerji və şəhərlərin kommunal xidmətlərinə kredit layihələrindən və dəmiryolu nəqliyyatı, şəhərlərin kommunal xidmətlər üçün texniki yardımlardan, eləcə də özəl sektorun inkişafı layihələrindən ibarət olacaqdır. 23 Strategiyanın icrası zamanı digər sahələrdə də, o cümlədən enerji səmərəliliyi, sığorta, lizinq, bank sektoru, təhsil, kənd təsərrüfatı və təbii ehtiyatların idarəolunması kimi sahələrdə yeni imkanlar araşdırılacaqdır. 38. Donorlar tərəfindən maliyyələşdirilən bir çox layihələrin kifayət qədər hazırlanmaması və bu səbəbdən də gecikdirmələrə və köçürmələrin aşağı dərəcədə olması kimi əvvəlki təcrübələrə əsasən hökumətin hazırda əməliyyat planı belədir ki, yalnız layihə hazır olanda və torpağın 20 AİB-in 2013. Biliyin İdarəolunmasının istiqamətləri və tədbirlər planı (2013-2015) sənədinə uyğun olaraq. (2013 2015). Manila. 21 Kamboca, İndoneziya, Hindistan, Kazaxıstanda davam edən AİB-in bilik proqramlarından dərslər. 22 AİB 2008, AİB in təsnifatlandırma Qaydaları, manila, AİB-dən yardım alma üzrə təsnifatlandırma üzrə təsnifat meyarları aşağıdakılardır (i) ümum milli gəlir Atlas metodu ilə 2012-ci ildə $7115-dan yuxarı olması, (ii) uyğun şərtlərlə nəğd vəsaitin olması və (iii) iqtisadi və sosial qurumların inkişaf səviyyəsi. 23 Bu sahələr 2020 strategiyasının aralıq yoxlaması zamanı müəyyən edilmiş prioritetlərə uyğundur.

10 alınması və insanların köçürməsi tamamlandıqdan sonra hökumət inkişaf tərəfdaşlarına vəsait üçün müraciət edəcəkdir. Bu yanaşma əsasında, bəzi layihələrin icra üçün vaxtından qabaq hazır olduğu və dərhal maliyyələşmə tələb etdikləri halda digərləri əksinə olaraq vəsait çatışmamazlığına gecikdirilə bilirlər. Planlaşdırma və investisiya planının hazırlanması üçün kadr potensialının gücləndirilməsi layihə hazırlığını təkmilləşdirəcəkdir. 39. AİB ÖTS mərhələsinin əvvəlində Ölkə üzrə Mühafizə Tədbirləri Çərçivəsi (CMÇ) hazırlayacaqdır. CMÇ sosial və ətraf mühitin mühafizəsi ilə bağlı milli səviyyədə mövcud olan qanunları və siyasətləri və onların icrası ilə əlaqədar milli institusional quruculuq məsələlərini sənədəşdirəcəkdir. Bu sənəddə həmçinin əsas boşluqlar müəyyən ediləcək və AİB-in Mühafizə Siyasəti Sənədinə (SPS 2009) uyğunluğunu təmin etmək üçün bu boşluqların aradan qaldırılması üçün texniki dəstək təmin ediləcəkdir. CSF AİB və hökumət arasında qarşılıqlı razılaşdırılacaq və beləliklə həm AİB-in SPS sənədinin həm də milli qanunların və siyasətlərin tələblərinin yerinə yetirilməsinin təmin edilməsi üçün AİB-in maliyyələşdirdiyi layihələrdə mühafizə məsələlərinin effektiv bə səmərəli icrasını təmin edəcəkdir. 40. Portfeldə fəal investisiyaların ümumi məbləği 1.2 milyard ABŞ dollarına bərabərdir. (2013-cü ilin dekabr ayının sonuna olan tarixə görə 8 kredit), və bu onu göstərir ki, ÖTS-in icrası zamanı əsas diqqət layihələrin icrasına veriləcəkdir. AİB-in Baş Qərargahı və Azərbaycandakı Nümayəndəlik Ofisi layihələrin birgə idarəolunması yanaşmasını davam etdirəcəkdir ki, bu da əməliyyat və inzibati səviyyələrdə yaxından və kəsilməz əməkdaşlıq qurulması və kadr ehtiyyatlarının səmərəliliyindən maksium istifadə ediməsini təmin edəcəkdir. 41. Layihələrin müəyyən olunmasında fəal iştirak etmək, qarşı tərəfin maliyyə öhdəliyinin vaxtında təmin etməsi və ödənişlərin icrası baxımından AİB layihələrində hökumətin fəaliyyəti qənaətbəxş olmuşdur. Bu səbəbdən, 34 bəndə göstərilən maliyyə bölgüsü real hesab olunur. IV. NƏTİCƏLƏRİN İDARƏ OLUNMASI A. Monitorinq 15. Nəticələr çərçivəsi AİB-in korporativ nəticələr çərçivəsinə uyğundur və ÖTS-in icrasını təmin edəcəkdir. 24 Nəticələr çərçivəsi hər il ölkə porfelinin qiymətləndirmə missiyaları və illik əsasda ÖƏBP (COBP)-in hazırlanması zamanı baxışdan keçiriləcək və yenilənəcəkdir. Rüblük əsasda portfelin yoxlanılması zamanı müqavilələrin bağlanılması və ödnişlərin edilməsinə əlavə olaraq icraçı qurumların kadr potensialının təkmilləşməsi məsələsinə də nəzər salınacaqdır. Bundan əlavə AİB layihələrin hazırlanması işlərinin keyfiyyətinə və layihəyə nəzarətin gücləndirilməsi daha çox diqqət verəcəkdir. Hökumətin özünün monitorinq bacarıqlarının artırılması üçün imkanlar ÇMM-lər vasitəsilə araşdırılacaqdır. B. Risklər 16. Riskin qiymətləndirilməsi və idarəedilməsi planı dövlət maliyyə idarəçiliyi, dövlət satınalmaları və anti-korrupsiya ilə bağlı riskləri aşkar etmiş və Azərbaycanda AİB-in əməliyyatları üçün müxtəlif cür riskin azaldılması tədbirləri tövsiyyə etmişdir. 25 Dövlət maliyyə idarəçiliyində planlama, büdcənin hazırlanması və monitorinq sistemlərinin zəif olması resurslardan səmərəli istifadəni məhdudlaşdırır. Yeni investisiya qoyulmuş sahələrdə və 24 Ölkə Tərəfdaşlığı Strategiyası Nəticələr Çərçivəsi (Əlavə 1). 25 Riskin Qiymətləndirilməsi və Risk Menecmentliyi Plan (Əlavə 2-də göstərilən sənədlərin siyahısından əlavə sənədlər əldə etmək olar).

mövcud infrastruktuda istismar və texniki xidmətin qeyri adekvat maliyyələşdirilməsi onların dayanıqlığını azaldır. Daxili nəzarət və auditin zəif olması xərclərin idarəedilməsinin səmərəliliyini azaldır və maliyyə itkiləri ilə nəticələ bilər. Dövlət satınalmaları istiqamətində institusional quruculuq hələ davam etməkdədir və gecikmələrə, səmərəsizliyə səbəb olur və müqavilələrin bağlanmasının optimallığını azaldır. Yerli satınalma mexanizmləri qeyri-adekvatdır və rəqabəti məhdudlaşdırır. Anti-korrupsiya sahəsində hüquqi və strateji çərçivənin təkmilləşdirməklə Əhəmiyyətli dərəcədə irəliləyiş əldə edilmişdir, lakin resursların səmərəli istifadəsini təmin etmək və planda olan inkişaf nəticələrini əldə etmək üçün daha güclü icra mexanizmlərinə ehtiyac vardır. AİB satınalmalar, audit və maliyyə hesabatı və investisiya planlaması və xərclərin prioritetləşdirilməsi üçün TY layihələri təmin etməklə sektorlar arasında idarəçilik məsələlərinin həlli üçün hökumət tərəfindən həyata keçirlən təşəbbüslərə dəstək verəcəkdir. Sektorlarla bağlı digər idarəetmə tədbirləri də 17, 20 və 23-cü bəndlərdə qeyd edildiyi kimi aparılacaqdır. Layihə səviyyəsində riskin azaldılması tədbirlərinə auditlərin aparılması, tender sənədlərinin etibarlı hesab edilməsi, şirkətlərə sahibliyi təsdiq edən şəhadətnamələrin alınması və baxışdan keçirilməsi, düzgünlüklə bağlı digər zəruri tədbirlər və daha ciddi monitorinq və qiymətləndirmə ilə bağlı müvafiq kredit şərtlərinin salınması əlavə ediləcəkdir. 11

12 Əlavə 1 ÖLKƏ TƏRƏFDAŞLIQ STRATEGİYASI NƏTİCƏLƏR ÇƏRÇİVƏSİ Ölkənin İnkişaf Məqsədləri 1. Bilik əsaslı iqtisadiyyata keçid və insan kapitalının prioritetləşdirilməsi (Azərbaycan 2020) 2. ÜDM adam başına düşən payının 2 dəfəç 13000 ABŞ dollardək artırılması (Azərbaycan 2020) 3. 2020-ci ilə qədər (Azərbaycan 2020) orta illik qeyri-neft ÜDM artımının 7% əldə edilməsi (Azərbaycan 2020) 4. Qeyri neft ixracının hər nəfərə 1000 ABŞ dollarına çatdırılması (Azərbaycan 2020) 5. Yaşayış tərzi, adam başına düşən istehsal və investiya həcmi baxımından qeyri bərabərliyin aradan qaldırılması (Azərbaycan 2020) 6. Minimum əmək haqqının orta aylıq əmək haqqının 60%-nə çatdırılması (Azərbaycan 2020) AİB-in Dəstəyi üçün Seçilmiş Sektorlar Növbəti Proqramda AİB-in Resurslarının İndikativ Hökumət Sektorunun AİB-in töhfə verdiyi Sektorlarda AİB-in Fəaliyyət Paylaşdırılması və Məqsədləri Gözlənilən Nəticələr və Göstəricilər Sahələri Tematik Prioritetlər a 1. Nəqliyyat (2020 Əsas sahə 1: İnfrastruktur və Əsas Sahə 3I Regional Əməkdaşlıq və İNteqrasiya) Təhlükəsizliyin artırılması, daha yaxşı İnsanların və malların daha səmərəli və təhlükəsiz daşınması artırılmışdır Respublika əhəmiyyətli yollar loqistika dəhlizləri, və daxili və beynəlxalq Yerli yollar bazarlara çıxş ENV 14% Yolun təhlükəsizliyi imkanlarının artırılması GEN 55% ilə dayanıqlı və Yolun istismarı səmərəli nəqliyyat PSD 25% Dəmiryol İnfrastrukturu şəbəkəsi xidmətlərinin RCI 55% işlənib-hazırlanması Yol hərəkəti qaydalları Avtomobil nəqliyyatı ilə yük daşımaları 2020-ci ildə 25% artım (2010 baza məlumatı: 11,325 million ton-km) Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 2020 ildə 20% artım (2010 baza məlumatı 16633 mln sərnişin km) Yol nəqliyyat hərəkətində ölənlərin sayı 100,000 əhalidən 2020-də 25% azaldımışdır (7.5-ə) (2010 baza məlumatı: 10.3) Şəhər mərkəzində avtobus sayının 700 dən 2018-ildə 400 dək azaldılması Şəhər nəqliyyatı infrastrukturu Şəhər Nəqliyyatı planlaması 2. Enerjy (2020 Əsas Sahə 1: İnfrastruktur və Əsas Sahə 2: Ətraf Mühit ) Bərpa olunan enerji Bərpa olunan enerji daxil olmaqla resursları daxil enerji ehtiyyatları artmış və daha olmaqla enerji sistemi səmərəli istifadə olunur genişləndirilmiş və enerjidən istifadə səmərəliliyi artmışdır Əhalinin elektrik xidməti ilə əhatə olunması 2020-ci ildə 99.9%-ə qədər artmışdır. of the population by (baza məlumatı 2011: 85%) Enerji təchizatından istifadə 2018- ci ildə hər nəfərə 2500 kwh (2011 baza məlumatı: 1650 kwh) Elektrik satışlarında ümumi gəlir 2017-ci ildə $900 milyon artmışdır (2011 baza məlumatı: $862 milyon) Atmosferə CO 2 buraxılması (ildə tco 2 olmaqla) 2020-ci ildə 24,000 ton azalmışdır 2020 (2011 baza məlumatı: 0) Enerjinin bölüşdürülməsi Bərpa olunan enerji Enerji sektoru siyasəti və qaydaları Neft və qaz email və saxlanması Qazın ötürülməsi (qaz xətti) 2015 2017-cı illərdə layihələr üçün $350 milyon, o cümlədən: 2015 2017-cı illər üçün layihələr üçün $140 milyon, o cümlədən: ENV 100% GEN + EGM 0% PSD 25% RCI 0% 3. Su və digər şəhər infrastukturu (2020 Əsas Sahə 1: İnfrastruktur və Əsas Sahə 2: Ətraf Mühit) Səmərəli, dayanıqlı və ətraf mühit üçün təsirsiz şəhər mühiti Şəhər sakinləri tərəfindən şəhər infrastrukturu və xidmətlərindən istifadə artmışdır Su Təchizatı və Kanalizasiya Bərk Tullantıları 2015 2017-cı illər üzrə layihələr $225 milyon o cümlədən: Sakinlərin adam başına düşən su