Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün İnformatika dərsliyi

Benzer belgeler
Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün İnformatika dərsliyi YEKUN RƏY

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Təsviri incəsənət fənni üzrə müəllim üçün metodik vəsait

Respublikanın ümumtəhsil məktəblərinin 9-cu sinifləri üçün Fransız dili dərsliyi

Respublikanın təlim rus dilində olan ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün İnformatika dərslik komplekti

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Texnologiya dərsliyi

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün İnformatika dərslik komplekti

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Riyaziyyat dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 8-ci sinifləri üçün İnformatika dərslik komplekti. Müəlliflər: Ramin Mahmudzadə İsmayıl Sadıqov Naidə İsayeva

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Həyat bilgisi dərsliyi

Respublikanın tədris rus dilində olan ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün Təsviri incəsənət dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Həyat bilgisi dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Ümumtəhsil məktəblərində istifadədə olan 8-ci sinif Coğrafiya dərslik komplektinə dair İLKİN RƏY

Respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün Həyat bilgisi dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün Azərbaycan dili dərsliyi

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

AZƏRBAYCAN DİLİ. 4-cü sinif. Müəlliflər: Rafiq İsmayılov Solmaz Abdullayeva Dilrüba Cəfərova Xanım Qasımova

Marketinq. Mehdiyev Əkbər

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Azərbaycan dili dərsliyi

e-hesabat proqramının (ehp) İstifadəçi Təlimati

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

V SİNİFDƏ DİL QAYDALARI MƏZMUN XƏTTİNİN REALLAŞDIRILMASI İMKANLARI

Acronis True Image Home 2012

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün Azərbaycan dili dərslik komplekti

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Smart Baby Watch Q50 -nin istifadə instruksiyası

BÖYÜK DƏCCAL Amerika

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Ədəbiyyat dərsliyi

YENİ DƏRSLİKLƏR VƏ "YENİLİKLƏR"

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

Respublikanın ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün Ədəbiyyat dərsliyi

haqqında ətraflı məlumat

Elektron müraciət formasının doldurulması qaydalarına dair TƏLİMAT. Əsas anlayışlar:

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Ən yeni tarix dərsliyi

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

HTML İLK ANLAYIŞLAR. HTML - Hyper Text Mark-up Language (Hiper Mətn Hazırlamaq üçün Dil)

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

1 xal. arasında yerləşən neçə ixtisara düşməyən kəsr vardır? Məxrəci 24-ə bərabər olan və 1 5 -lə 3 4 ა) 3 ბ) 4 გ) 5 დ) 6

İBTIDAI SINIFLƏRDƏ RIYAZIYYAT TAPŞIRIĞI ÜZRƏ KARTOÇKALAR. İstifadə təlimatı

X sinifdə fonetik bilik və bacarıqların tədrisi metodikası

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

İSTİFADƏ QAYDALARI. «Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi sistemi»

Bakı Tədris proqramı. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Təhsil Problemləri İnstitutu

Bakı Ali Neft Məktəbinin tələbələrinin HESABATLARIN YAZILMASI QAYDALARI ÜZRƏ TƏLİMAT KİTABÇASI

Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı cü il. Sədr. Elman Rüstəmov

Güzəştli mənzil elektron sistemindən istifadəyə dair TƏLİMAT

Mobil cihazların qeydiyyatının aparılması Qaydası nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

DAŞINMA) ƏMLAK AGENTLİKLƏRİ ÜÇÜN ƏMLAK BAZASI. atışda, i a ədə olan əmlaklar barədə məlu atla ın dağı ı fo ada dəftərdə, kompyuterdə qovluqlarda və s.

1. Təhsil qanunvericiliyi, ümumi təhsilin məqsəd və vəzifələri Ümumi təhsilin hüquqi əsasları

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

2015-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında Biologiya fənni üzrə istifadə olunmuş test tapşırıqları

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014,

MsDos (Microsoft Disc Operation System) - əməliyyatlar Sistemi. üzərində Windows əməliyyatlar sistemi qurulmuşdur. Onu bilmədən

Milli tədris planı. Giriş

Bakalavr. Tədris semestri Payız Kəmalə Əliyeva. Telefon: N


Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Kredit bürosu borcalanlar üçün əla imkanlar

Mobil cihazların qeydiyyatının aparılması Qaydası

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

Nüşabə Məmmədova Könül Mahmudova Sevil Bəhrəmova. Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün Həyat bilgisi fənni üzrə dərsliyin METODİK VƏSAİTİ

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

Biologiya tədrisi sisteminin formaları

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli respublika xüsusi internat məktəbinin müəllimi HƏSƏNOVA SVETA DADAŞ QIZI

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

Sistem inzibatçıları üçün təlimat

[18] 1. Ümumi müddəalar

Respublikanın ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün Ümumi biologiya dərsliyi

IV Zirvə Oyunlarının ƏSASNAMƏSİ

1. Yaddaşın növləri 2. Yaddaşın idarə olunması Əməli yaddaş (RAM) haqqında

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

POS-terminal vasitəsilə ödənişlərin qəbul edilməsi ("retail əməliyyatı ) QAYDALARI. 1. Ümumi qaydalar

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ FƏNN SİNİF TARİX VARİANT ŞAGİRD

TİTUL VƏRƏQİ MƏKTƏBLİLƏRİN KİMYA FƏNNİ ÜZRƏ RESPUBLİKA OLİMPİADASI FİNAL MƏRHƏLƏSİ IX SİNİF. İştirakçı S.A.A. Şəhər, məktəb

Rabitəbank ASC-də maliyyə xidmətləri istehlakçılarının şikayət xarakterli müraciətlərinə baxılması və cavablandırılmasına dair.

Transkript:

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün İnformatika dərsliyi Müəlliflər: Ramin Mahmudzadə İsmayıl Sadıqov Naidə İsayeva Bakı: Bakı Nəşr, 2012. Dərsliklə bağlı TQDK-ya daxil olan qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış YEKUN RƏY

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 1. Məzmun baxımından; 2. Şagirdlərin yaş və fizioloji xüsusiyyətləri və elmi-pedaqoji baxımından; 3. Dizayn və bədii tərtibat baxımından. 1. Məzmun baxımından Dərslik komplektinin strukturu barədə müəllim üçün metodik vəsaitdə izahat verilmişdir. Bu komplektdə fənn üzrə təhsil proqramında olan bütün standartlar demək olar ki, öz əksini tapmışdır. Bununla belə, dərsliyin mövzuları üzrə strukturunda bəzi qüsurlar var. Belə ki, dərslikdə mövzular bölmələrdə, bölmələr isə tədris vahidlərində komplektləşib. Məntiq bölməsinin Hadisələr və hərəkətlər ardıcıllığı tədris vahidində verilməsi müəyyən çaşqınlıq yaradır. Birincisi, şagirdlər sadə məntiqi mühakimələri təkcə hərəkət və hadisələr ardıcıllığında yox, həm də əşyaların əlamətləri və onlar arasındakı münasibətlərdə də aparmağı bacarmalıdır. Necə ki, dərsliyin özündə 2.2 məzmun standartını formalaşdırmaq üçün hadisələr və hərəkətlər ardıcıllığından daha çox, əşyaların təsviri və müqayisəsinə aid nümunə və tapşırıqlar verilib. Ona görə də Məntiq i ayrıca tədris vahidi kimi vermək daha məqsədəuyğundur. Gələcəkdə məhz informatika fənni çərçivəsində məntiqi mühakimələrin aparılması və inkişaf etdirilməsi baxımından onun ayrıca verilməsi yaxşı olardı. Bu, həm də yarana biləcək çaşqınlığı aradan qaldırardı. Dərslikdəki mövzuların başlıqları məzmun standartlarına uyğundur. Amma dərslik komplektində həmin mövzular üzrə verilmiş şəkillər, tapşırıqlar, nümunələr, izahlar heç də bütünlüklə tələb olunan məzmun standartlarının formalaşmasını təmin etmir. Bu qüsurlar aşağıdakılardır: 8-ci səhifədə əşyaların rəngi və forması haqqında məzmun standartının formalaşdırılmasına yönəlmiş dairə, düzbucaqlı, üçbucaq və oval həndəsi fiqurları verilib. İlk dərsdən düzbucaqlı və ovaldan danışmaq elmi-pedaqoji baxımdan düzgün deyil. 1-ci sinifdə riyaziyyat dərsində bu sadə həndəsi fiqurlarla ilk dərslərdə yox, sonrakı dərslərdə tanış olurlar. Bu da öz növbəsində fənlərarası inteqrasiya baxımından qüsurdur. Bu qüsuru 9-cu səhifədəki 3-cü tapşırığa da aid etmək olar. 2

10-cu səhifədə 2-ci mövzunun başlığı elmi-pedaqoji cəhətdən qüsurludur. Azərbaycan dilinin izahlı lüğətində 1 əşya cansız varlıqlara şamil olunan söz kimi xarakterizə olunub. Yəni bu söz dilimizin lüğət fondunda cansız varlıqları ifadə edir. Bu mənada başlıqda verilən Əşyaların hissələri və hərəkəti ən azı mübahisəlidir. Hərəkətin cansıza yox, canlıya xas əlamət olduğu məlumdursa, əşyanın hərəkətindən danışmaq səhv hesab oluna bilər. Artıq neçə ildir ki, Həyat bilgisi fənninin tədrisində varlıq sözündən istifadə olunur. Burada əşya mübahisə yaradır. Eyni fikirləri metodik vəsait üçün də demək olar. 10-cu səhifədə verilmiş çalışmada tanqramın hissələrindən müxtəlif heyvan fiqurları düzəltmək 1-ci sinif şagirdləri üçün ilk dərslərdən çətinlik törədə bilər. Bundan başqa ikinci və dördüncü fiqurda hansı heyvanın təsvir olunması şagirdlər üçün aydın deyil. Bu şəkillərin yerinə daha aydın başa düşülən heyvan fiqurlarının verilməsi yaxşı olardı. 11-ci səhifədəki nümunədə eyni səhvlər təkrarlanıb. Gəmi və onun hissələri verilib. Şagirdlər sarı və qırmızı rəngdə olan trapesiya haqqında bilgiyə malik deyillər. Riyaziyyatla fənlərarası əlaqə gözlənilməyib. 11-ci səhifədə Hər bir canlı və cansıza xas olan hərəkətlər var cümləsinə uyğun pişiyin (canlının) və topun (cansızın) hərəkətinə (?) aid müxtəlif situasiyalı rəsmlər verilib. Hərəkət cansıza yox, canlıya xas əlamətdir. Topu doldurmaqla, yaxud onunla futbol və ya voleybol oynamaqla hərəkəti ona xas əlamət hesab etmək olarmı? Bu isə elmi-pedaqoji cəhətdən səhvdir. Bu səhifədəki tapşırıqda verilmiş Topla nə edirlər? sualına cavab olaraq yazılmış Topu doldururlar. cümləsinin əvəzinə Topu hava ilə doldururlar. yazılsa, daha anlaşıqlı olar. 16-cı səhifədəki tapşırıqda şagirdlərdən bir-birlərini müqayisə etmək tələb olunur. Burada verilmiş "Kim böyükdür? Kim kiçikdir?" suallarının cavabı tam anlaşılmır. Şagirdlər nəyi müqayisə edəcəklər? Boylarınımı, yaşlarınımı və s. Bu tapşırıq üzrə Azərbaycan və rus bölməsi üçün verilmiş dərslikdə uyğunsuzluq var. Belə ki rus bölməsində şagirdlərə 2 sual yox, dörd sual təklif olunur ki, bu da doğru hesab oluna bilməz. 20-ci səhifədə 3-cü tapşırıq dəqiq qoyulmayıb. Çünki şalvarlar arasında 1 yox, 2 fərq (rəng və cib) olduğu halda, onlar arasında fərqin (tək halda) tapılması tələb olunur. Əslində tapşırıq İki əşya arasındakı fərqləri tap şəklində ifadə olunmalı idi. 1 Azərbaycan dilinin izahlı lüğəti (II cild). Bakı, Şərq-Qərb nəşriyyatı, 2006. 3

23-cü səhifə 1-ci tapşırıqda Əvvəl nə olub, sonra nə? sualı soruşulur. Şəkildə isə toyuq və yumurta verilib. Bu isə indiyə qədər mübahisə doğuran məsələdir. Əgər orada toyuq yox cücə şəkli nəzərdə tutulubsa onda, şəkildə dəqiqləşmə olmalıdır (rəngində, ölçüsündə). 27-ci səhifədə kağızdan romb kəsmək tələb olunur ki, şagirdlər hələ rombun nə olduğunu bilmirlər. 29-cu səhifədəki 4-cu çalışmada Uşaqlar volanı ağacdan necə götürə bilər? şəklində sual qoyulub ki, bu da pedaqoji cəhətdən doğru deyil. Belə çıxır ki, uşaqlar volanı götürmək üçün ağaca çıxmalıdırlar? Görünür, müəlliflər uşaqların ağacdan yıxılma riskini nəzərə almayıblar. 32-ci səhifədəki 4-cü çalışmada əşyanın yox, həndəsi fiqurun tapılmasından söhbət gedə bilər. Şərtin isə yumru və göy deyil şəklində olması dil-uslub və dəqiqlik baxımından daha məqbul olardı. Digər tərəfdən, yumru sözü müstəvi yox, fəza fiqurlarına aiddir. 38-ci səhifədə verilmiş İnformasiya deyərkən xəbər, məlumat və ya bilik başa düşülür cümləsində və ya bağlayıcısının yerinə və bağlayıcısı olmalıdır. Çünki cümlə bu şəkildə verilərkən mahiyyətini itirir. 40-cı səhifədəki 3-cü çalışma Hansı şəkil məktəb ləvazimatlarına aiddir? şəklində qoyulsa, daha dəqiq olardı. 52-ci səhifədə verilmiş şəkildəki əşyaların kompyuterin hansı hissələrinə oxşaması ilə bağlı tapşırıq kompyuterin əsas hissələri mövzusundan sonra verilsə yaxşı olardı. Çünki, şagird kompyuterin əsas hissələri ilə səhifə 54-də tanış olacaq. 60-cı səhifə Paint proqramını açmaq üçün verilmiş göstərişdə "siçanın sol düyməsini çıqqıldat və proqramı başlat" cümləsində siçanın sol düyməsinin qoşa çıqqıldatmaq lazım gəldiyi qeyd olunmalıdır. Çünki proqramı açmaq üçün siçanın sol düyməsini bir dəfə yox, qoşa (aramsız) çıqqıldatmaq lazımdır. Eyni irad 64-cü səhifədə olan 2-ci tapşırığa da aiddir. 68-ci səhifədəki tapşırıqda sinfin nömrəsi deyiləndə nə nəzərdə tutulduğu anlaşılan deyil. Bu tapşırıq 1-ci sinif şagirdləri üçün çətindir. 70-ci səhifə kalkulyatorun tanıdılması mövzusunda qüsur var. Belə ki, kalkulyatorun üzərində olan C düyməsi ekrandakı rəqəmi silir yazılıb. Halbuki, bu düymə ekranda olan bütün məlumatları silir. 4

2. Şagirdlərin yaş və fizioloji xüsusiyyətləri və elmi-pedaqoji baxımdan 16-cı səhifədə ikinci sualda kimin kök, kimin arıq olmasını soruşmaq şagirdlərin yaş psixologiyası baxımından düzgün hesab olunmur. Çünki, bu kiçik yaşlı uşaqlarda böyük kompleks yarada bilər ki, bunun da istənilməsi psixoloji cəhətdən düzgün deyil. 56-cı səhifədə verilmiş təhlükəsizlik və davranış qaydalarını ayırmaq daha məqsədəuyğundur. Davranış qaydalarına Kompyuter otağında qaçmamaq, kəskin hərəkətlər etməmək, kompyuter arxasında əyləşərkən su içməmək və yemək yeməmək, klaviatura və siçanla zərbələr endirməklə davranmamaq, yoldaşının işinə icazəsiz müdaxilə etməmək, Power və Reset düymələrinin iş zamanı sıxılmasına yol verməmək və s. kimi qaydaların əlavə edilməsi tövsiyə edilir. 3. Dizayn və bədii tərtibat baxımından 9-cu səhifədəki 4-cü çalışmada şəkillər arasında 4 fərqin tapılması tələb olunduğu halda, onlar arasında 5 fərqin olduğu üzə çıxır. 14-cü səhifədəki 2-ci çalışmada verilmiş limon, top və xoruz şəkillərinin hansı əlamətə görə günəşə uyğun olması soruşulur. Rəsmdə isə günəş sarı, limon narıncı rəngdə verilib ki, bu da ciddi dizayn xətasıdır. Yəni şəkildə limonun hansı əlamətinə görə günəşə uyğun olması bilinmir. 16-cı səhifədəki çalışma 1-də verilmiş oyuncaq qatarların rels üzərində verilməsi daha yaxşı olardı. 20-ci səhifədəki çalışma 1-də şəkildən sarı rəngli və düzbucaqlı formalı əşyanı tapmaq tələb olunur. Lakin şəkildə düzbucaqlı formalı əşya yoxdur. Əgər burada tapşırığın doğru cavabı kimi çanta nəzərə alınıbsa, bildirək ki, çanta düzbucaqlı formasında deyil. Bunun yerinə düzbucaqlı formasında olan başqa bir əşya verilsə daha məqsədəuyğun olar. 30-cu səhifədə qırmızı rəngli əşyaları torbaya yığmaq tələb olunur. Burada tapşırıq çaşdırıcıdır. Çünki əşyalar arasında topun, maşının, təyyarənin, həlqələrin, kuklanın (ayaqqabıları) qırmızı rəngindən əlavə mavi, qara, narıncı, sarı rəngləri də var ki, bu da uşaqlarda çaşqınlıq yarada bilər. 5

31-ci səhifədəki 1-ci tapşırıqda əks əlamət kimi verilən gecə və gündüz rəsmlərindən gecənin təsvirində dizayn xətası var. Gecə vaxtı bulud ağ rəngdə yox, ən yaxşı halda boz rəngdə görünür. 38-ci səhifədə 1-ci şəkildən bayırda qış olduğu görünür. Divardan asılan saatın əqrəbləri isə 7-ni göstərir. Qış vaxtı saat 7-də havanın qaranlıq olmasını verilmiş şəkildə sezmək olmur. Bu da dizayn xətasıdır. 42-ci səhifə 4-cü çalışma şagirdlər üçün maraqlı olsa da dizayn baxımından qüsurlar var. Burada uçan quşların şəkli, sayının sözlə və rəqəmlə ifadəsi, cədvəldə göstərilməsi eyni rənglə, yəni göy rənglə verilmişdir. Bu təqdirəlayiq hal olsa da nədənsə bu qanunauyğunluq qalan quşlar üçün analoji olaraq gözlənilməmişdir. Komplektdə rəsmlərin bir çoxu estetik cəhətdən xoşagələn deyil. Eyni iradı dərsliyin texniki tərtibatı haqqında da demək olar. Nəticə 1. Dərsliyin forzas səhifəsində Dövlət Himni Azərbaycan Respublikasının Dövlət Himni haqqında 1992-ci il 27 may tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb. Himnin adı ( Azərbaycan marşı ) ixtisar olunub.. Himnin musiqisinin müəllifinin soyadı (Hacıbəyov) redaktə ilə (Hacıbəyli) verilib. Həmçinin forzas səhifəsində Dövlət Gerbinin rəngli təsviri Dövlət Gerbi haqqında Əsasnamənin təsdiq edilməsi barəsində Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb. 2. Ümumilikdə, ümumtəhsil məktəblərin ibtidai sinifləri üçün İnformatika 1 dərsliyi fənn üzrə məzmun standartlarını reallaşdırmağa imkan verir. 3. Məzmun baxımından dərsliyə 17 irad bildirilib və onlardan 11-i müəlliflər tərəfindən qəbul olunub. 4. Şagirdlərin yaş və fizioloji xüsusiyyətləri və elmi-pedaqoji baxımından dərsliyə 2 irad bildirilib və onlar müəlliflər tərəfindən qəbul olunub. 5. Dizayn və bədii tərtibat baxımından dərsliyə 9 irad bildirilib və onlardan 7-si müəlliflər tərəfindən qəbul olunub. 6