AZƏRBAYCAN XALQ MAHNI JANRLARININ ÖYRƏNİLMƏSİ VƏ TƏSNİFATI HAQQINDA

Benzer belgeler
3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Marketinq. Mehdiyev Əkbər

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

ANADOLU XALG MAHNILARI HAQQINDA

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Elmi tədqiqatların təsnifatı. Məqsədli təyinatı üzrə: Fundamental; Tətbiqi; Axtarış; Işləmə.

TÜRÜK Uluslararası Dil, Edebiyat ve Halkbilimi Araştırmaları Dergisi 2014 Yıl:2, Sayı:4 Sayfa: ISSN:

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

MÜASİR ƏDƏBİYYATŞÜNASLIQDA ŞƏRQ-QƏRB KONTEKSTİNİN TƏDQİQİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

Azərbaycan Dövlət İqtİsad Unİversİtetİ Qİda məhsullarının texnologiyası kafedrası Fənn: İaşə müəssisələrinin avadanlıqları

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

İbtidai icma quruluşunun bölündüyü dövrlər. Bilet 1. Azığ mağarasında insanlar necə yaşayırdılar? İbtidai icma quruluşu dövründə cədvəlini doldurun.

A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014,

PE 100 BORULARI. su və qaz xətləri üçün POLİETİLEN BORU (PE 100) Keyfiyyətə üstünlük ver!!!

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu Azərbaycan Müəllimlər İnstitutu

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

VALEH HACILAR, AZƏRBAYCAN FOLKLORU ANTOLOGIYASI. (Borçalı-Qarapapaq Folkloru)

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

Azərbaycan Texniki Universiteti. Maşınqayırma texnologiyası kafedrası

BÖYÜK DƏCCAL Amerika

Cahid Ġsmayıloğlu. Gənc yazarın e-kitabı N 46 ( ) Milli Virtual Kitabxananın təqdimatında

FOLKLORŞÜNASLIĞA GİRİŞ

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Təsviri incəsənət fənni üzrə müəllim üçün metodik vəsait

Bakı Tədris proqramı. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Təhsil Problemləri İnstitutu

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

TƏŞKİLAT KOMİTƏSİ / TEŞKİLAT KOMİSYONU

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

H E S A B A T Q E Y D Ə A L I N D I!

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

Kredit bürosu borcalanlar üçün əla imkanlar

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri Milli iqtisadiyyat

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

İSMAYIL ŞIXLININ ƏDƏBİ TƏNQİDİ GÖRÜŞLƏRİ

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

TƏHSİL MÜƏSSİSƏLƏRİ ÜÇÜN MEBEL KATALOQU

ƏLİBABA MƏMMƏDOVUN MAHNILARI

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

OSMAN TÜRKAYIN POETİK İRSİ

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

IV Zirvə Oyunlarının ƏSASNAMƏSİ

AZERBAYCAN OPERA TİYATROSUNUN ORTAYA ÇIKMASINA ZƏMİN VE OPERA REJİSSÖRLÜĞÜNÜN İLK TECRÜBESİ

CARİ MƏNFƏƏT VERGİSİ ÜZRƏ KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 3 li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTI

haqqında ətraflı məlumat

Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı cü il. Sədr. Elman Rüstəmov

ERMƏNİSTAN, AZƏRBAYCAN VƏ GÜRCÜSTANDA SOSİAL MÜDAFİƏ VƏ SOSİAL İNTEQRASİYA QISA İCMAL İCMAL HESABATI. Avropa Komissiyası

Bakı Ali Neft Məktəbinin tələbələrinin HESABATLARIN YAZILMASI QAYDALARI ÜZRƏ TƏLİMAT KİTABÇASI

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI AZƏRBAYCAN TEXNIKI UNIVERSITETI. KREDİT SİSTEMİ İLƏ BaKALAVR HAZIRLIĞININ Tədris planı

AVRASİYA SOSİAL ELMLƏR FORUMU

İnformasiya məhsullarını Beynəlxalq bazarı

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

Sentyabr 2013 HƏYAT TƏRZİ HESABAT

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

BÜLBÜL VE HALK MÜZİĞİ БЮЛЬБЮЛЬ И НАРОДНАЯ МУЗЫКА

İSMAİL HİKMET ERTAYLAN VE ONUN TÜRK EDEBİYATI TARİHİ ESERİ

Ġntellektual-Elektron Kitabxananın təqdimatında

Protokolundan Çıxarış aprel 2016-cı il

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK

Azərbaycan diasporu: Müasir çağırışlar və sistemli fəaliyyətin təşkili

Bakı Modern Məktəbi. Yaddaş kitabçası. Azərbaycan tarixi- 6

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ. F.KÖÇƏRLİ adına RESPUBLİKA UŞAQ KİTABXANASI. Uşaq Kitabxanasında Reklam işinin təşkili

FƏRHAD BƏDƏLBƏYLİ Həyat və yaradıcılıq yolu

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Səth Su Keyfiyyətinin Monitorinqi. Qərar Qəbul Edən Tərəflər üçün Rəhbər Sənəd

1- Forex bazarı nədir?

ALİ TƏHSİL PİLLƏSİNİN DÖVLƏT STANDARTI T Ə H S İ L P R O Q R A M I AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

Gözəl anlarını Azercell 4G ilə paylaş! Instagram müsabiqəsinin qaydaları

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu Azərbaycan Müəllimlər İnstitutu

Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Ədəbiyyat dərsliyi

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ. Kafedra: Metrologiya, standartlaşdırma və keyfiyyətin idarəə olunması

İllik maliyyə hesabatlarının tərtib olunması üzrə kommersiya təşkilatları üçün nümunəvi formalar. Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı)

RƏNG BİLDİRƏN SÖZLƏRİN ETNOQRAFİK SƏCİYYƏSİ

BİZ BİRLİKDƏ GÜCLÜYÜK! HESABAT 2017

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

Transkript:

AZƏRBAYCAN XALQ MAHNI JANRLARININ ÖYRƏNİLMƏSİ VƏ TƏSNİFATI HAQQINDA ABOUT STUDYING OF GENRES OF NATIONAL SONGS OF AZERBAIJAN AND THEIR CLASSIFICATION ОБ ИЗУЧЕНИИ ЖАНРОВ НАРОДНЫХ ПЕСЕН АЗЕРБАЙДЖАНА И ИХ КЛАССИФИКАЦИЯ Meyser KAYA * Özet Makalede; Azerbaycan janr (tür) musikisinin tasnifihde öğrenilen ve var olan esaslar hakkında görüşler ve analizler yapılmıştır. Evvelce Azerbaycanın dahi alim, musikişinaslarının tasniflerine bakılarak onlar hakkında çeşitli yazılar versiyonlar dile getirilmiştir. Anahtar kelimeler: Janr ( tür), ninni, türkü, mahnı,lad (makam), intonasyon. Abstract In this article, analysis has been made about the learned and existing bases in the classification of Azerbaycan genre music. Classifications of previous scholars and music enthusiasts have been investigated and various versions of the texts have been stated. Keywords: Genre, lullaby, folk song, mahnı, intonation. * Azerbaycan Milli Konservatuvarı 441

Резюме В данной статье анализируется жанры и классификация Народной музыки Азербайджана. Исследуется труды ведущих азербайджанских музыковедов и ученых и их взгляд на данный предмет. Ключевые слова: Жанр,ступени,песня,мугам,интонации. Xalq mahnı yaradıcılığına göstərilən maraq keçən əsrin əvvəllərindən başlanıb bir çox bəstəkar və musiqişünasların diqətini özünə cəlb etsə də,bu sahədə əldə olunmuş nailiyyətlər şifahi ənənəli professional musiqi janrı muğamların öyrənilməsindən geri qalır.hətta ötən əsrin ikinci yarısından ciddi tədqiqatlara uğradılmış aşıq musiqisi (Ə.Eldarova)sahəsində də diqqətə layiq işlər yerinə yetirilmişdir. (T.Məmmədov, A. Ozan Kərimli, K.Dadaşzadə,N.Bağırov və b.).azərbaycan xalq mahnı yaradıcılığına gəldikdə isə kəmiyyət göstəricilərinin hələ də keyfiyyətə keçmədiyini qeyd etmək olar.yetərli toplama və nəşr işləri görülmüş və çoxsaylı mahnı nümunələri nəzəri təhlillərə böyük və əlverişli material vermişdir. Lakin metodoloji prob-lemlər üzündən həmin imkanlar hələ də gerçəkləşdirilməmiş, etnomüzikiloji tədqiqatın prespektivlərindən lazımınca istifadə olunmamışdır. Yaxşı məlum olduğu üzrə,azərbaycan xalq mahıları özünün melodik zənginliyi, ritmik bitkinliyi və forma quruluşunun aydınlığı ilə seçilir. Onlar əsil bədii sənət inciləri olmaqla nəinki yaxın qonşu xalqların böyük rəğbeğtini qazanmış,hətta uzaq ölkələrin dinləyicilərini də valeh etmişdir. Mahnı yaradıcılığı hər bir xalqın musiqi folklorunun ən qədim janrlarından birini təşkil edir. Lakin bu janr da dialektikanın qanunauyğunluqlarına uyğun olaraq, daima tarixi təkamül prosesi keçirmiş, başlıca inkişaf mərhələrində onun müəyyən tipləri formalaşmışdır. Həmin tiplərə folklor elmində laylar və ya, Türkiyə də olduğu kimi, təbəqələr deyilməkdədir. Xalq mahnıları uzun əsrlər boyu şifahi şəkildə mövcud olmuş, ağızdan-ağıza ötürülərək sonraki nəsillərə ötürülmüşdür. Buna görə də ötən əsrlərin mahnı yaradıcılığını əks etdirən yazılı mənbələrin olmaması janrın tarixi inkişaf prosesini öyrənməyi xeyli çətinləşdirir və dolayı vasitələrə müraciət etməyi irəli sürür. Bununla əlaqədar olaraq, müəyyən elimi müddəalardan çıxış etmək olar. Əvvəla, mahnı nümunələri nəsildən nəsilə olduğu kimi örtürülmür və zaman keçdikcə müəyyən dəyişikliklərə uğrayır. Buna görə də şifahi ənənələrə əsaslanan musiqi sənətində, o cümlədən mahnı yaradıcılığında qədim və yeni ünsürlər bir-biri ilə üzvi şəkildə qaynayıb-qarışırlar. Lakin həmin cəhətləri ayırd etmək üçün bir çox məlumatlar, məsələn, musiqi və şeir dilinin təkamülü, gerçəklik hadisələrnin təsiri ilə əlaqədar yeni mövzuların sənətdə inikası,dəyişən məzmunun tələbi ilə bəddi forma elementlərinin təkmilləşməsi, musiqi ifaçılığının və alətlərin təkamülü və s. diqqətlə nəzərə alınmalıdır. İkincisi, hər hansı bir tarixi dövrdə yaşadılan xalq mahnı nümunələri eyni bir zamanın məhsulu olmayaraq, nisbətən köhnə və yeni tiplərə ayrılır. Bu cəhəti janr 442

və üslub keyfiyyətlərinin təkamülü əsasında müəyyənləşdirmək mümkündür. Belə ki, əmək və mərasim nəğmələri mənşəyi və üslubu ətibarı ilə daha qədimdirsə, lirik xalq mahnılarının təşəkkülü nisbətən sonrakı dövrlərə aiddir. Bundan başqa sırf vokal formada oxunan mahnı tipləri instrumental müşayətli nümunələrdən öncə meydana gəlmişdir.mütəxəssislər bu günki mənada mahnı janrının təşəkkülünü tarixi inkişafın nəticəsi kimi qəbul etməklə, folklorun daha erkən çağlarını mahnıya qədərki dövr kimi adlandırırlar. Qeyd olunan mərhələlər, yəqin ki, Azərbaycan və Türk mahnı yaradıcılığının tarixində də olmuşdur.tədqiqatçıların fikrincə (Ə. Abid) mahnı sözü yeddi hecalı misralardan əmələ gələn dörd misralı bənd mənasını bildirən mani şeir formasının adından törəmişdir. Azərbaycan xalq mahnılarının ibtidai tipinin tarixini elə həmin vaxtdan hesab etmək olar. Azərbaycan mədəniyyətinin özəlliklərinə görə, mahnı termini bir qədər məhdud mənada işlənilir və müəyyən ölçülü vokal oxumalara deyilir. Sərbəst ritmli və qeyri-müəyyən quruluşlu ağı, layla və bayatı oxumaları adətən mahnı hesab olunmurlar. Bir sıra aşıq havalarının xanəndə versiyaları xalq mahnısı kimi səciyyələndirilir. Məsələn, Baş dübeyti Sarı bülbül Mirzəcani Yaxan düymələ Bayramı - Üç gül və s. Deməli, Azərbaycan musiqisi mədəniyyəti reallıqlarında mahnı sözü müəyyən hallarda işlənilirsə, onun Pesnya Rus, Türkü (Türkcə) Song (İngiliscə) kimi qarşılıqları daha geniş mənada şərh olunaraq, vokal şəkildə ifa olunan xalq mahnı yaradıcılığının bir çox növlərini əhatə edə bilirlər. Azərbaycan xalq mahnıları milli mədəniyyətin qiymətli inciləridir. Xalq özünün ən ülvi arzularını, acısını və sevincini, zəngin mənəvi aləmin və incə zövqünün mahnılarda olduqca səmimi şəkildə dilə gətirmişdir. Mahnı janrı musiqi folklorunun gözəl örnəkləri olduğu kimi, milli şeir sənətinin də tükənməz mənbəyini təşkil edir. Janrın rəngarəng məzmun xususiyyətləri şeirlə musiqinin vəhdəti sayəsində özünün parlaq təcəssümünü tapmışdır. Azərbaycanın maarif pərvər ziyalıları H. Zərdabi, F. Köçərli, R. Əfəndiyev, V. Xuluflu, A. Səhhət, A. Əliverdibəyov və başqaları xalqın mənəvi həyatında mahnıların tutduğu mühüm yeri dəfələrlə qeyd etmiş, böyüyən nəslin estetik tərbiyəsində onların çox böyük rola sahib olduqlarını nəzərə alaraq uşaqlar üçün nəğmə məcmuələri tərtib etmişdirlər. Həmin məcmuələrdə M. Ə. Sabir, A. Səhhət, M. S. Ordubadi kimi şairlərin sözlərinə qoıulmuş mahnılar əsasında təqdim olunurdu. Azərbaycan mətbuatının banisi, əkinçi qəzetinin naşiri Həsən bəy Zərdabi özünün Nəğmələrimiz adlı məqaləsində yazırdı; Bizim Qafgaz müselmanlarına her bir yazı ve dil ile deyilen söz o qeder əsər etmez,nece ki, şeir ile deyilen söz, elel xüsus neğmeler ile ki xoş sovt ilə oxunur Dahi Azərbaycan bəstəkarı və musiqişünas alimi Ü. Hacıbəyli Xalq mahnılarına yüksək qiyymət vərirdi. Sənətkarın fikirincə, el mahnılarının musiqi dili nəzəri cəhətdən öyrənilməli, milli bəstəkar yaradıcılığında istifadə olunmalı, təhsil sistemində öz layiqli yerini tutmalıdır. Bundan başqa, el nəğmələrimiz ədəbiyyatşünaslıq, tarix, etnoqrafiya, pisxolgiya kimi qonşu elm sahələrinin tədqiqat obyektinə çevrilə bilər. Ü. Hacıbəyli özünün bəddi və elmi yaradıcılığında xalq mahnılarından bəhrələnmənin müxtəlif yollarını göstərmişdir. O, özünün opera və operattalarında xalq mahnı və rəqs melodiyalarından ustalıqla yararlanmış, öz yaxın dostu və 443

444 KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE məsləkdaşı M. Maqomayevlə birlikdə Azərbaycan türk el nəğmələri (1927) adlı məcmuəni hazırlayıb nəşr etdirməklə bu isiqamətdə ilk addımı atmış, həmçinin xalq mahnılarının bədii məzmunu, üslub və ifa xüsusiyyətləri barədə qiymətli mülahizələr söyləmişdir. Dissertasiyamızın mövzusu ilə biləvasitə əlaqədar olaraq bir cəhəti vurğulamaq lazımdır ki, Ü. Hacıbəyli el mahnılarını özünün bəhrli adlandırdığı dəqiq ritmik quruluşlu janrlara aid etmişdir.ü Hacıbeyli Behri ile havası mevcud ve müeyyen olan musiqiye geldikde bunlarda: tesnif, renk, reqs,el mahnılrıdır. Dahi sənətkarın ideyalarının layiqli davamçısı professor M. S İsmayılov özünün təqdim etdiyi üç hissəli təsnifat sistemində bəhrli janr qrupuna daxil olan xalq mahnıları barədə maraqlı fikirlər söyləmiş və onlara qarşı öz münasibətini bir sıra not misalları əsasında bildirmişdir. Toplanılıb nota yazılmış yüzlerle mahnıdan ve folklor nümunelerinden melum olur ki, Azerbaycan xalq mahnı yaradıcılığı çox janrlı olduğu kimi (zehmet,qehremanlıq, meişet mahnıları, lirik, mezhekeli mahnılar) metn ve mezmun etibarı ile de çox cehetlidir. Məlum olduğu kimi, xalq mahnılarının elmi tədqiqi bu janrın yüzlərlə nümunələrini toplayıb nəşr etdirmək işi ilə sıx bağlıdır. Ü. Hacıbəyli və M. Maqomayevin bu istiqamətdə göstərdikləri ilk təşəbbüs 1930-cu illərdə böyük səylə davam etdirilmişdir. Xalq musiqi nümunələrini toplanılması sayəsində böyük sənətkar professor Bülbülün yaratdığı və rəhbərlik etdiyi Elmi tədiqat musiqi kabinetinin fəaliyyəti xüsusilə təqdirə layiqdir. Kabinetin işinə gənc bəstəkarlardan Q. Qarayev, C. Hacıyev, Z. Bağırov, A. Zeynallı, S. Rüstəmov, T. Quliyev cəlb olundular və həm ekspedisiyalar zamanı, həm də stasionar şəraitdə xanəndələrin sazəndələrin, aşıqların, zurna ifaçılarının repertuarından külli miqdarda xalq musiqi numunələri və dastanlar yazıya köçürüldü. Azərbaycanın bir sıra zonalarına (Qarabağ, Lənkəran, Nuxa, Gəncə, Quba) habelə qonşu Ermənistan və Gürcüstanın azərbaycanlılarla məskunlşdırılmış rayonlarına) təşkil olunan uzunmüddətli ekspedisiyalar olduqca səmərəli keçdi. 1930-cu illərdə həmçinin xalq musiqisi nümunələrinin (mahnı, oyun havaları və rənglərin ) nota yazılması və nəşri sayəsində təqdirəlayiq işlər görüldü. Bizi maraqlandıran mövzu ilə əlaqədar xüsusilə qeyd olunmalıdır ki, bəstəkar, dirijor və folklorçu Səid Rüstəmov böyük Azərbaycan xanəndəsi Cabbar Qaryağdı oğlunun və görkəmli musiqi tarixçisi, muğam təsnif və mahnıların gözəl bilicisi Ağalar bəy Əliverdibəyovun ifasından yüzlərlə mahnı nümunələrini notlaşdırmaqla məşğul olmuşdur. 1938-ci ildə nəşr olunmuş 50 Azərbaycan el mahnıları məcmuəsinə C. Qaryağdı oğlunun oxuduğu mahnılar daxil olmuşdursa, A. Əliverdibəyovun təqdim etdiyi nümunələr daha sonralar nəşr olunmuş mahnı toplularında yer aldı. Hər iki sənətkar Qarabağ oxuma məktəbinin nümayəndələri olaraq, sənətin sirlərinə dərindən bələd idilər. Eyni zamanda qeyd olunan məcmuələrdəki mahnı materiallarının nəzərdən keçrilməsi belə qənaətə gəlməyə əsas verir ki, onların arasında sırf xanəndələrə məxsus nümunələrlə yanaşı, o zamanlar xalq arasında şöhrət tapmış və həvəskarlar tərəfindən oxunan məişət mahnılarına da yer vermişdir. Bülbül Məmmədovun redaktorluğu ilə nəşr olunmuş Azərbaycan xalq mahnıları məcmuəsinin hər iki cildində S. Rüstəmovun nota aldığı nümunələr üstünkük təşkil etsələrdə, burada görkəmli bəstəkarlar F. Əmirov və T. Quliyevin

də əməyi qeyd olunmalıdır. Xüsusilə, F. Əmirovun notlaşdırdığı mahnılar içərisində toy mərasimi nəğmələri öz məzmunu və ifa forması etibarı ilə lirik xanəndə mahnılarından seçilir. Arasında üslubi ve eyni zamanda muxtelif janrlı bənzərliklər də az deyildir. Lad-intonasiya məzmunu və metroritmik quruluş, mərasim və lirik məhəbbət mahnılarını birləşdirən ümumi cəhətdir. Misal Xoş qeldin, Ay mübarək, Toyun mubarək olsun, Ay yol açın qəlin qəlir, Aparmağa qəlmişik, Almanı alma qəlin, Xına yaxdı havası, Eylən qelən (Az Xalq Mahnıları Bakı 1981) Digər tərəfdən, F. Əmirovun not yazısında təqdim olunmuş bir sıra janrlar (halay mahnıları, yar-yar toy nəğmələri, can gülüm və nanaylar) xüsusi bir qrupda birləşir, və bir qayda olaraq qadınların toy və nişan məclislərində oxunurlar. Autentik folklor, yəni yerli xalqın doğmaca malı olan bu janrlar arxaik qatlara aiddir və buna görə də Anadolu ilə başqa türk ellərinin folkloru ilə bənzər xüsusiyyətlərə malikdir. Yar-yar düyün mahnıları bir sıra türk xalqlarının folklorunda təsadüf olunur.(azərbaycan,türkiyə,özbəkistan,qazaxistan,türkmənistan,qırğızistan uyğurların yaşadığı Qərbi Çinin Ksincan əyaləti vb.) Bu janr haqqında mövcud olan yazılı mənbələr (Əlişir Nəvai, Babur) onun hələ Orta əsrlərdə məlum olduğunu danılmaz şəkildə sübut edir; Kaysı çemenden isip kıldı saba, yar-yar Kim demedim tüştü ot canım ora, yar-yar Əlişir Nəvai Mizan-ül evzan əsərdəki nəğməni çengə adlandırmış və onun vəznini Münsərihi-matvi-məvkuf bəhri kimi müəyyən etmişdir. Böyük şair həmçinin janrın tətbiqi funksiyalarınıda açıqlamışdır Görkəmli Rus musiqişünasalimi V.M.Balyayev SSRİ xalqlarının musiqi tarixindən oçerklər kitabının I. buraxılışında Qırğızistan, Qazaxistan, Türkmenistan, və Özbəkistandan behs ederken bu barədə yazır Onlar toy şənliyində növbə ilə kişi və qadın dəstələri tərəfindən oxunur. Məzmunu ciddi, əzəmətli və nəsihətamiz xarakterlərdən ta məzəli zarafata qədər olduqca rəngarəng olur. Azərbaycan musiqisində formalaşmış mahnı yaradıcılığının növlərini Türkiyə mahnıları ilə, ölkədə qəbul olunmuş terminlərlə desək türkülər və şarkılarla müqayisə etməzdən öncə ortaq məxrəcə gəlmək, müvafiq istilahların daşıdığı məna tutumunu aydınlaşdırmaq lazımdır.sovet musiqi elminde janr nezeriyyesi kifayet qeder yüksek seviyyede işlenilib hazırlanmışdır. Bele bir şerait,milli musiqişünaslıq eserleri ile yanaşı,azerbaycan musiqisinin eyni mövqeden ciddi şekilde öyrenilmesine de yol açmışdır.azerbaycan şifahi xalq ve professional musiqisinin umumi planda janr tesnifatı dahi alim Üzeyir Hacıbeyli ve professor M.S.İsmailovun, elmi eserlrine kimi görkemli musiqişünaslarına borcludursa, bunun ardınca ayrı-ayrı yaradıcılıq sahələrində də tədqiqi dəmək olar, təsnifat məsələsindən başlanılmışdır. Bələ ki, R.Zöhrabov klassik muğam sənətini üç əsas növə ayırmış, folklorşünas- alim B.Hüsəynli xalq reqs musiqisini, R.İsmayılzadə isə mahnı yaradıcılığını müəyyən təsnifata uğratmışdılar. Bundan başqa əmək nəğmələri ve qadın musiqi folkloru kimi spəsifik sahələrin araşdırıcıları (müvafiq olaraq A.Abduləliyəv ve T.Kərimova)əldə ətdikleri faktiki matərialları müvafiq 445

prinsiplər əsasında növlərə ayırmışlar.son iki sahə mahnı yaradıcılığına (qəniş mənada)daxil olduğu üçün mövzumuzla əlaqədardır. Janr araşdırmalarının nə qədər önəmli olduğunu bir nəçə delille sübuta yətirmək olar.evvəla rus sənət nəzəriyyəçilərinin qənaətinə görə düzgün təyin olunmuş janr tədqiqatların istiqamətini müəyyən edir.folklor sahəsinə gəldikdə isə onu vurğulamaq lazımdır ki, çox sayda matəriallarla işləyerkən ayrı-ayrı nümunələrin nəzəri təhlillərindən öncə onlar müəyyən məyarlar əsasında növlərə və növ şəkillerinə bölünməlidirlər.xüsusilə, müxtəlif xalqların musiqi folklorunu müqayisə edərken nümuneleri tek-tek yox,qruplar ve ya tiplər halında götürüb, qarşılaşdırmaq daha əlvərişli hesab olunur.azərbaycan xalq mahnılarının və Anadolu türkülərinin müqayisəli təhlilinə kəçmezdən öncə, onlardan hər birinin janr təsnifatı, laylar (təbəqələr müəyyən olduqdan sonra musiqi dilinin nəzəri təhlillərinə başlamaq mümkündür. R.İsmayılzadenin Azerbaycan xalq mahnıları timsalında işlədiyi təsnifat sistəmi əsas növlərden ve onların çəşidlərinden ibarətdir.esrler boyu böyük inkişaf yolu kəçərək zengin növlərini yaratmış el mahnıları xəzinəsini bütöv halda öyrənmək üçün,əlbəttə ki, bu tesnifatın möhüm rolu vardır. Bu tesnifatdan daha yaxşı faydalanmaq üçün onun şərhinə və mənalandırılmasına müəyyən əhtiyac vardır.evvela, R.İsmayılzade öz tedqiqat işinde mahnı terminini geniş menada tefsir etmişdir.bele ki, laylalar, ağılar kimi behrsiz ritmli janrlar bu tesnifatda özlerine yer alaraq,bir növ mahnı kimi şerh olunmuşdur. Neticede xalq musiqisinde oxumaqla elaqedar olan janrları neinki bir-birinden ayırd etmeye, hemde onlar arasında mövcud olan sıx ve qırılmaz bağları görmeye ve çox cehetli obyekte qarşı baxışların çevikcesine deyişdirilmesine imkan yaranmışdır. R.İsmayılzadenin tesnifatı mahnı yaradıcılığına bütöv şekilde yanaşmaqla böyük maraq doğurur.lakin xalq musiqisinin bu sahesi,dıger bütün saheler kimi daimi inkişaf prosesinde olduğu üçün janr sistemi de zaman-zaman yenilenmeli ve ya müeyyen düzelişler edilmelidir.xalq mahnılarını şeir metni baxımından ciddi şekilde tehlil etmiş filologıya elmleri namizedi Naibe Rzayeva mentiqi deliller esasında mahnı tesnıfatına müeyyen düzelişler vermişdir. Araşdırıcı R.İsmayıl-zadenin tesnifatından çıxış etse de, janrlar barede derinden düşünülüb-daşınılmış meselelere de toxunur. Bir maraqlı ceheti de qeyd etmek lazımdır ki, R.İsmayılzadenin tesnifatında mahnı anlayışının geniş menada şerh olunmasına baxmayaraq aşıq havalarına yer ayrılmamışdır.şifahi eneneli musiqi yaradıcılığının bu sahesine aid behrli havaların bəzən mahnı kimi janr xüsusiyyetlerine baxmayaraq senetin daşıyıcıları olan ustad aşıqların dilinden o nümuneler barede mahnı kelmesinin işlenildiyini görmek çetindir.bunun da sebebi, yeqin ki, mahnı enenelerinin çox zaman recitativ terzli eski nümuneler üçün seciyyevi olmaması ile izah etmek olar.bu verdişlerin möhkem kök salması neticesinde mahnı formasına yaxın olan behrli aşıq musiqi nümunelerine de ma hnı termini yaraşdırılmamışdır.halbuki onlardan bir çoxu xanendelerin ifaçılıq tefsirinde oxunarken heç bir tenqid ve ya etiraz doğurmur ve hemin terminle, yani mahnı deye deyerlendirilir.bu yolla gözel xalq mahnılarına çevrilen aşıq havalarına misal olaraq Dübeyti ( Sarı bülbül ), Mirzecanı ( Yaxan düymele ), Şeşenqi ( Sarı köynek ) Baş sarıtel ( Sonam keçdi ) ve s. numuneleri qeyd etmek olar.belelikle, Azerbaycan aşıq havalarının öz 446

bedii enenelerini uzun müddet qoruyub saxlaya bilmesi aşıqların şüuruna tesir göstermiş,aşıq havalarının ferqlendirilmesi meqsedi ile onlara mahnı deyilmemişdir. Bu baxımdan Türkiye aşıqlarının da musiqi repertuarlarına havacat deyilmesi senetin oxşar estetik prinsiplerini eks etdirir.eyni zamanda türk aşıqlarının musiqi yaradıcılığı türkülerle daha yaxın temaslarda ve qarşılıqlı elaqelerde bulunmuş ve oxuduqları bir sıra havalar türkü biçimine getirilmişdir. Diger terefden onların heca veznine dayalı olaraq yaratdıqları eyni melodiyalar xalq arasında türkü kimi intişar tapmışdır. Rauf İsmayılzadənin məqaləsində Azərbaycan xalq mahnılarının geniş əhatəli təsnifata əsasən Azərbaycan mədəniyyətində xalq mahnı yaradıcılığı dörd əsas qrupa bölünür. 1.Əmək mahnılar 2. Mərasim mahnıları 3.Məişət mahnıları 4. Tarixi mahnılardır. Hər nə gədər Azərbaycan musiqisinin janr təsnifatı dəqiq işlənilib tam bir sxemaynan subuta yetirilmiş və öz yerinin tapmişsada Türk musiqisindede janr tesnifatlari işlənilmişdir. Bu təsnifatların aralarındaki uzagliglar yaxınlıglar elmi cəhətdən marag dairəsində davamlı olmalıdır. Bu tədgigat işlərinin aparılması zennimizce hem Azərbaycan hem Türkiye alimleri üçün əhəmiyyət kəsb etməkdədir. Beləliklə, türkologiya elmi üzrə də olacax gəlişmələr, irəlləyişlər gələcək nəsillərə buraxılmış ən gözəl nümunə olacagdır. Muzıkoloji baxımından da önəmli nümunələr elmi yeniliklərə və gəlişmələrə yol açacakdir. ƏDƏBİYYAT SIYAHISI : 1. H.Zerdabi Bizim Nəğmələrimiz Həyat gəzəti 1906 yanvar 2. Azerbaycan Xalq Mahnıları Bakı 1981 3. M.S.İsmayılov Azərbaycan Xalq musiqsinin Janrları Bakı 1984 4. Ü.Hacıbeyli Seçilmiş eserleri, Azerbaycan musiqi heyatına bir nezer 5.Azərbaycan xalq mahnıları I- və II cild, Bakı, 1956,1958 6. E.Nevai,Mizan-ül Evzan vezinlerin terazisi Ankara 1993 hazırlayan Prof. Dr. Kemal Eraslan 447