ELM VƏ TƏHSİL MƏRKƏZİ TƏFƏKKÜR UNİVERSTETİ MÖVZU: RELYEFİN İNKİŞAF TARİXİ TƏLƏBƏ: MƏMMƏDOVA ÜLKƏR KURS: I QRUP: 410 İB

Benzer belgeler
Mənbə- A V R O P A Ümumi icmal Qərbi Avropa Coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Dərinlik, sm. Kəsimlərin qoyuluduğu düzənlik əraziləri. Humus Azot CO2 C/N

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Azərbaycanın fiziki coğrafiyası İzahat vərəqəsi

Mənbə- AFRİKA

AZƏRBAYCANIN FAYDALI QAZINTILARI

Mündəricat. Giriş...3

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

B) I - 2; II - 1; III - 3; IV - 4 C) I - 5; II - 4; III - 2; IV - 1 D) I - 3; II - 5; III - 4; IV - 1 E) I - 4; II - 3; III - 2; IV

Azərbaycanda gələcək qaz ehtiyatlarının kəşfiyyatı: Qlobal texnologiyalar və yerli əməkdaşlıq

Vəli Əliyev. Qarabağ. (Qədim dövr)

MAGİSTR DİSSERTASİYASI AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ MAGİSTRATURA MƏRKƏZİ.

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

KƏND TƏSƏRRÜFATI ÜZRƏ ELEKTRON QİYMƏT İNFORMASİYA PORTALININ STRUKTURUNA VƏ FƏALİYYƏTİNƏ DAİR TƏLİMAT. I. Ümumi bölmə

AZƏRBAYCAN HAVA YOLLARI QAPALI SƏHMDAR CƏMİYYƏTİ MİLLİ AVİASİYA AKADEMİYASI REFERAT İXTİSAS: QRUP: FƏNN:

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

ELBRUS ƏLİZADƏ, NƏRMİNƏ SEYFULLAYEVA İRKƏN AKTOPRAK, YELENA ŞABANOVA

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

2014-cü ilin üçüncü rübünün nəticələri

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ

IV Zirvə Oyunlarının ƏSASNAMƏSİ

Biryerdə nəticələrə doğru: AİB-nın Asiya və Sakit Okean Regionunda əməkdaşlığı haqqında 50 məqalə

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

PE 100 BORULARI. su və qaz xətləri üçün POLİETİLEN BORU (PE 100) Keyfiyyətə üstünlük ver!!!

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

BİOSFER. Talıblı Pərviz Qrup: 400

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Ġstanbul METROBUS BRT. Ümumdünya Ehtiyatları Ġnstitutundan/EMBARQ Sibel Köylüoğlu və Dario Hidalgonun təqdimatlarından istifadə edilmiģdir

RESPUBLİKA FƏNN OLİMPİADALARI

C OĞRAFİYA. (II ixtisas qrupu üçün) Coğrafiya

RESPUBLİKA FƏNN OLİMPİADALARI

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014,

BİOLOGİYA YEKUN IMT( AZ)

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

BİOSFER

1 Giriş. Mündəricat. Şəkillərin siyahısı. Cədvəllərin siyahısı

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ. Kafedra: Metrologiya, standartlaşdırma və keyfiyyətin idarəə olunması

11-ci sinif Coğrafiya. Respublika Fənn Olimpiadaları. Rayon (Şəhər) mərhələsi. Soyad. Məktəb

Marketinq. Mehdiyev Əkbər

TƏŞKİLAT KOMİTƏSİ / TEŞKİLAT KOMİSYONU

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

BÖYÜK DƏCCAL Amerika

Fəsil 11 Kumulyati v və transsərhəd təsi rlər

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Mühazirə 6: Kation və Anion polimerləşmənin xüsusiyyətləri

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

MÜASİR ƏDƏBİYYATŞÜNASLIQDA ŞƏRQ-QƏRB KONTEKSTİNİN TƏDQİQİ

xazarinshaat.az Ünvan: Nizami Rayonu, Özbəkistan küçəsi 23/34

TÜRÜK Uluslararası Dil, Edebiyat ve Halkbilimi Araştırmaları Dergisi 2014 Yıl:2, Sayı:4 Sayfa: ISSN:

Azərbaycanda Nəzərdə tutulan milli səviyyədə müəyyən edilmiş töhfələrin hazırlanası üzrə Milli Seminar/ İşçi Qrupunun 3-cü iclası

AVRASİYA SOSİAL ELMLƏR FORUMU

9-cu sinif Coğrafiya. Respublika Fənn Olimpiadaları. Rayon (Şəhər) mərhələsi. Soyad. Məktəb

Ekologiyanın müasir problemləri fənnindən II kollokvium üçün suallar Esgerova Mehriban 258m

EFİOPİYA VƏ SOMALİNİN KƏND TƏSƏRRÜFATININ MÜQAYİSƏLİ SƏCİYYƏSİ

Bakı Modern Məktəbi. Yaddaş kitabçası. Azərbaycan tarixi- 6

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

Melikov Behruz. Mühazirə 1

ERMƏNİSTAN, AZƏRBAYCAN VƏ GÜRCÜSTANDA SOSİAL MÜDAFİƏ VƏ SOSİAL İNTEQRASİYA QISA İCMAL İCMAL HESABATI. Avropa Komissiyası

Yaponiyanın Azərbaycan Respublikasına göstərdiyi Rəsmi İnkişaf Yardımı (RİY)

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

Azərbaycanda sosial müdafiə və sosial inteqrasiya

Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı cü il. Sədr. Elman Rüstəmov

Baltik dənizi hövzəsi.

BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK

Fəsil 5 Layi həni n təsvi ri

Su duz mübadiləsinin endokrin tənzim mexanizmləri

Ümumtəhsil məktəblərində istifadədə olan 8-ci sinif Coğrafiya dərslik komplektinə dair İLKİN RƏY

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Kredit bürosu borcalanlar üçün əla imkanlar

NOBEL QARDAŞLARI VƏ ONLARIN AZƏRBAYCANDA FƏALIYYƏTLƏRI

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir MÜHAZİRƏ 1.

ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ QƏBUL İMTAHANI

EDİTÖR DEN. Aşk olsun böyle dostluğa ve kardeşliğe. Eşq olsun belə dostluğa. və qardaşlığa

Əlavə D Ətraf Mühitin və Sosial Sahənin İdarə Edilməsi və Monitorinqi Planı

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

Azərbaycan Respublikası Prezidentinin

10-cu sinif Coğrafiya. Respublika Fənn Olimpiadaları. Rayon (Şəhər) mərhələsi. Soyad. Məktəb

TİTUL VƏRƏQİ MƏKTƏBLİLƏRİN KİMYA FƏNNİ ÜZRƏ RESPUBLİKA OLİMPİADASI FİNAL MƏRHƏLƏSİ IX SİNİF. İştirakçı S.A.A. Şəhər, məktəb

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

İllik maliyyə hesabatlarının tərtib olunması üzrə kommersiya təşkilatları üçün nümunəvi formalar. Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı)

SĐYAHIYAALMA VƏRƏQƏSĐ

çevrilməklə biz eyni zamanda regionların sosial-iqtisadi inkişafını çox sürətlə və effektiv şəkildə həyata keçirə bilərik. Bİr vətəndaş olaraq

1 xal. arasında yerləşən neçə ixtisara düşməyən kəsr vardır? Məxrəci 24-ə bərabər olan və 1 5 -lə 3 4 ა) 3 ბ) 4 გ) 5 დ) 6

Ana kart (Motherboard)

Transkript:

ELM VƏ TƏHSİL MƏRKƏZİ TƏFƏKKÜR UNİVERSTETİ MÖVZU: RELYEFİN İNKİŞAF TARİXİ TƏLƏBƏ: MƏMMƏDOVA ÜLKƏR KURS: I QRUP: 410 İB Azərbaycan relyefinin müasir xüsusiyyətlərini dərk etmək, ayrı-ayrı böyük formaların əmələ gəlməsini müəyyənləşdirmək və onların inkişafını aydınlaşdırmaq relyefin inkişafı prosesini izləməyi tələb edir. Bir sıra geoloji və xüsusi geomorfoloji tədqiqatların təhlili göstərir ki, çox qədim geoloji dövrlərdə (məsələn, paleozoydan əvvəl, paleozoyda, mezozoy erasında) mövcud olmuş relief formaları sonrakı dövrlərdə baş vermiş endogen və ekzogen proseslərin fəaliyyəti nəticəsində yox olmuş və müasir relyefdə onların kiçik reliktlərində belə rast gəlmək mümkün deyil. Bununla belə, ayrı-ayrı yerlərdə qədim keçmişdə əmələ gəlmiş süxur kompleksləri relyefin quruluşunda iştirak edir (məsələn, Naxçıvan Muxtar Respublikasının qərb hissəsində paleozoyun mərmərləşmiş əhəngdaşlarından və başqa süxurlarından qurulmuş alçaq massiv və təpələr və s.). Lakin bu fakta əsasın paleozoy erasının reliyef formalarının dövrümüzə qədər saxlanmasını söyləmək səhv olardı. Azərbaycan ərazisinin relyefinin inkişafında iki böyük mərhələ ayırmaq mümkündür: 1. Neogendən əvvəlki mərhələ; 2. Neogen-dördüncü dövr mərhələsi. Məşhur coğrafiyaçı akademik İ.P. Gerasimov yerin inkişafında mezozoy və kaynozoy eralarını " Geomorfogen era" adlandırır. Bu geomorfologiya elmində Yeni Qlobal Tektonika nəzəriyyəsi ehkamlarından irəli gələn fikirdir. Yerin planetar morfostrukturlarının (materiklərin və okean çökəkliklərinin ) müasir konfiqurasiyası mezozoy erasında Hondvana və Lavrasiya super-materiklərinin qlobal qırılmaıar sistemləri üzrə parçalanması və dreyfi nəticəsində yaranmışdır. Lakin bunu, əslində düzgün fikri, Qafqazın, həmçinin Azərbaycan ərazisinin müasir, relyefinin böyük formalarına aid etmək olmaz. Azərbaycanda müasir morfostruktur planın əsası yalnız paleogendə qoyulsa da, geomorfogen mərhələ, əsasən kaynozoyun ikinci yarısında başlanır. Respublika ərazisində, bütövlükdə Qafqaz dağlıq ölkəsində olduğu kimi, müasir relyef oliqosenin axırından, xüsusilə neogen və pleystosendə əmələ gəlmişdir. Relyefin inkişafında bu iki mərhələ kəskin ayrılır. Geoloji tədqiqatlar göstərir ki, mezozoy erasında Azərbaycanın ərazisi tamamilə (Arazyanı zonada çox kiçik sahələrdən başqa) Tetis okeanı suları altında idi. Böyük və Kiçik Qafqaz sahələrində o zaman əmələ gəlmiş geosinklinal əyilmələr zonasında tektonik çökmə prosesi "Kür massivinə" nisbətən daha sürətlə getmişdir. Bu geosinklinallarda çox qalın və müxtəlif litofasial komplekslər toplanmışdır. Böyük və Kiçik Qafqaz geosinklinal zonalarında əyilmənin intensivliyi, dəniz hövzəsinin dərinliyi, onları terrigen materiallarla təmin edən qonşu quru sahələrinin geomorfoloji xüsusiyyətləri çox müxtəlif olmuşdur. Kiçik Qafqaz 1

geosinklinalında (bu evgeosinklinal tipə aid edilir) yura və tabşir dövrlərində Böyük Qafqaz geosinklinalından (bu miogeosinklinal tipli olmuşdur) fərqli olaraq, maqmatizm prosesi çox fəal olmuş və qalın vulkanogen, vulkanogen-çökmə süxur qatları toplanmışdır. Hər iki dağlıq vilayətin müasir relyefi, əsasən yura və tabaşir dövrlərində toplanmış gillər, şistlər, vulkanogen(tuflar,lavalar) və karbonat süxur qatlarından qurumuşdur. Lakin mezozoy erasının nə sualtı, nə quru relyefinin izləri belə Azərbaycanın müasir geomorfoloji quruluşunda iştirak etmir. Bununla belə müasir relyefin bir sıra xassələri həmin süxur komplekslərinin xarakterindən çox aslıdır. Şahdağ və Qızılqaya massivlərinin, Kəpəzin, Şuşa laylasının müasir formada mövcudluğu və görkəmi hər şeydən əvvəl çox qalın karbonat süxur qatının mürəkkəb endogen və ekzogen proseslərə qarşı durumu ilə bağlıdır. Kaynozoyun əvvəlində (paleogendə) Böyük və Kiçik Qafqaz geosinklinallarında tektonik hərəkətlərin inversiyası (əyilmənin qalxma və qırışıqlıq prosesi ilə əvəz olması) başlayır. Hər iki geosinklinal zonada yer qabığının sıxılması ilə bağlı olan bu inversiya və qırışıqlıq nəticəsində meqantiklinoriumlar(tufan və Vəndam, Şəmkir, Ağdam) və bəzi sinklinoriumlar artıq dəniz suları səviyyəsindən yuxarı qalxır və ekzogen proseslərin (abraziya, denudasiya) təsiri altına düşür. Paleogendə Böyük və Kiçik Qafqaz geosinklinallarının sinklinoriumlarında (məsələn, Zaqatala-Qovdağ sinklinoriumu, Kiçik Qafqaz da Şahdağ sinklinoriumu) dəniz çöküntüləri toplanırdı. Bu çöküntülərin, əsasən gillərdən ibarət olması o zaman cavan qırışıq dağların (Tufan və Vəndam zonasında) alçaqdağlıq tirələrdən olmasına dəlalət edir. Paleogendə Arazyanı zona Talış sinklinoriumunda dəniz və vulkanogen çöküntülər kompleksi toplanmaqda davam edirdi. Bəzi tədqiqatçılar bu fikirdədilər ki, Şəmkir və Murovdağ antiklinoriumundakı düzəlmə səthləri eosendə əmələ gəlmişdir. Bu dövrə aid çöküntülər çox nazik olmaqla yanaşı, narın terrigen çöküntülərdir və onlar Şəmkir antiklinoriumunun ayrı-ayrı qalxmalarını əhatə edən dayaz boğazlarda, körfəzlərdə toplanmışdır. Kür deressiyası ilə onu şimaldan və cənubdan əhatə edən Böyük və Kiçik Qafqaz geosinklinalları arasında tektonik inkişafın istiqamətipaleogendən etibarən ciddi dəyişməyə başlamışdır. Mezozoyda Kür depressiyasının əsasını təşkil edən aralıq massiv intensiv əyilən şimal və cənub geosinklinal zonalarla müqayisədə nisbi qalxma zonası olaraq qalırdı. Şüphəsiz, qonşu geosinklinallardan bu sahəyə dəniz sularının transqressiyası baş verirdi. Lakin bura mezozoyda Böyük və Kiçik Qafqaz mütləq əyilmə zonalarından fərqli olaraq zəif çökürdü və morfostruktur cəhətdən zəif diferensiasiyaya uğramışdır. Depressiyanın şərq hissəsinin cənubu isə mezozoyda intensiv əyilməklə, fəal vulkanizim sahəsi olmuşdur. Paleogendə isə ətraf geosinklinalların inversiyası fonunda Kür depressiyasının əyilməsi sürətlənir (Orta Kür depressiyasında tək maykop çöküntülərinin qalınlığı 2 km-dən, Naftalan sahəsində isə 3 km-dən artıqdır) Paleogendə əyilməkdə davam edən Arazyanı zona və Talış dağları sinklinoriumlarında bu dövrün axırına qədər tektonik inversiya, qırışıqlıq və qalxma baş vermişdir. Bu dövrün axırlarına qədər, xüsusilə oliqosen və miosenin əvvəllərində Baş Qafqazın, Kiçik Qafqaz silsilələrinin suayrıcı zonalarında hələ alçaq təpəli-tirəli düzənliklərin mövcud olması haqda fikirlər söylənmişdir. Dağların suayrıcı zonasının müasir relyefinin təhlili göstərir ki, həmin zonalar 2

keçmişdə eyni hipsometrik səviyyəli düzəlmə səthləri olmuşdur. Bunların əmələ gəlməsi eosendə başlamış. Bəzi sahələrdə oliqosenin axirina kimi davam etmiş, miosenin ortalarında başa çatmışdır. Bununla yanaşı müasir dağların yerində oliqosendə dağlıq relyefin mövcud olması haqda da mülahizələr söylənmişdir. Lakin bu zaman Böyük və Kiçik Qafqazın müasir yüksək dağlıq zonaları yerində yalnız alçaqdağlığın mövcud olmasını söyləmək mümkündür. Oliqosenin axırında Azərbaycanın dağsistemlərinin relyefinə, xüsusilə onların hündürlüyünə aid fikirlərin bir-birini təkzib etməsinin əsas səbəbi həmin dövrə aid çöküntülərin litofasial tərkibinin müxtəlifliyidir. Bir tərəfdən oliqosendə çox narın gillər, digər tərəfdən qaba tərkibli çöküntülərin toplanması dinudasiya zonasında həm dağlıq, həm də düzənlik relyefin inkişaf etməsini göstərir. Orta Kür çökəkliyinin ox zonasında (Yaylacıq, Çobandağ tirələri sahəsi) maykop çöküntüləri təbəqəli gillərdən, bir qədər qərbdə isə daha qaba tərkibli çöküntülərdən ibarətdir. Naftalan sahəsində həmin əsrin çöküntüləri. əsasən gillərdən ibarət olsa da, tərkibində qaba qırıntılı qatlar da (məsələn, Qaraçinar laydəstəsi və s.) aşkar edilmişdir. Böyük Qafqazın cənub-şərq bölgəsində oliqosen çöküntülərinin, əsasən gil tərkibli olması, o zaman burada alçaqdağlıq və düzənlik relyefin hakim olmasını sübut edir. Orta Kür çökəkliyinin qərb hissəsindəki oliqosen çöküntüləri içərisində çox qaba tərkibli qatların mənşəyi həmin dövrdə Mərkəzi Qafqazın şərq hissəsinin daha yüksək relyefi haqda məlumat verir. O zaman olduğu kimi, Böyük Qafqazın çox qısa və dik cənub yamacında relyefin enerjisi böyük idi. Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, Kaxetiya-Vəndam antiklinoriomunun mərkəz hissəsi indi olduğu kimi Alazan depressiyasına gömülməmişdi və fəal denudasiya sahəsi olmaqla, özündən cənubda yerləşən hövzəni iri qırıntılı allüvi, prolüvi ilə təmin edirdi. Göstərilən paleogeomorfoloji şərait oliqosendən sonra gələn miosen dövründə o qədər də ciddi dəyişikliyə məruz qalmamışdır. Başqa sözlə, dəniz suları ilə örtülü dağarası əyilmə sahəsində çökmə, əsasən zəyif surətlə və zəyif sahəvi diferensial şəkildə baş verirdi. Dağlarda isə textonik qalxma hərəkətləri o qədər fəal deyildi. Bəzi sahələr hətta zəyif əyilmə rejimində idi. Bu şəraitdə dəniz suları dağlıq ərazilərin xeyli hissəsinə transqressiya etmişdi. Bunu dağlıq ərazilərdə çox böyük yüksəkliklərdə sarmat əsrinin dəniz çöküntülərinin aşkar edilməsi sübut edir(böyük Qafqazın şimal yamacında 3600-2300 metr, Cənub yamacında 1100-1200m yüksəkliklərdə, Naxçıvan çökəkliyində 800-1400m və i.a.) Yuxarıda göstərilən faktlar(eləcə də bir sıra regionlarda, o cümlədən Mərkəzi Asiya fəallaşma zonalarında oliqosenin textonik cəhətdən o qədər də fəal olmaması), xüsusilə Qafqaza aid paleocoğrafi məlumatların təhlili neogenpleystoseni müasir relyefin əmələ gəlməsi dövrü kimi xarakterizə etməyə imkan verir. Azərbaycanın (eləcə də Qafqazın) müasir relyefində neogendən əvvəlki dövrlərdə mövcud olmuş müxtəlif mənşəli relyef formalarından yalnız dağ silsilələrinin suayrıcı zonalarında yaşına görə oliqosenə aid edilən düzəlmə səthlərinin (denudasion mənşəli hamar səthlərin) fraqmentləri saxlanmışdır. Bir sıra tədqiqatçılar, o cümlədən Qafqazın neotextenikası və geomorfologiyası ilə məsqul olmuş məşhur rus alimlərindən Y.Y.Milanovski, N.V.Dumitraşqo bu faktlara 3

əsaslanaraq Qafqazda neotextonik mərhələnin başlanğıcını sarmat əsrinə aid edirlər. Bu məsələdə Alp-Qafqaz və dağlıq Mərkəzi Asiya regionlarının tədqiqatçılarının əksəriyyətinin fikirləri arasında ciddi uyğunsuzluq yoxdur. Yuxarıda göstərilənlərdən çıxan əsas nəticə neogen-pleystosen dövrünün Azərbaycanın relyefinin inkişafında xüsusi bir mərhələ kimi ayrılmasıdır. Azərbaycan geoloqlarının və geomorfoloqlarının böyük əksəriyyəti belə hesab edir ki, neogen-pleystosendə diferensial textonik hərəkətlər planetin bütün orogen qurşaqlarında olduğu kimi, Azərbaycanda da çox fəallaşmış və nisbətən qısa geoloji vaxt ərzində uca silsilə dağlar sistemi, böyük və kiçik dağətəyi və dağarası depressiyalar əmələ gətirmişdir. Bu fəallaşma, əsasən sarmat əsrindən etibarən başlayır. Depressiya zonalarında aşağı sarmat çöküntüləri hələ əsasən gillərdən ibarətdi. Orta sarmat dənizlərində gillərlə yanaşı qumlarda toplanır. Yuxarı sarmatda isə textonik hərəkətlərin surətinin ritmik olaraq artması və zəifləməsi baş verir, bununla əlaqədar depressiyalarda gil və qumdaşı laylarının növbələşməsindən ibarət olan qalın qatlar əmələ gəlir. Azərbaycan müasir ortadağlıq zonasında tipik düzəlmə səthlərinin (dağüstü platoların) miosendə, xüsusilə sarmat əsrinin əvvəlində əmələ gəlməsinə aid mülahizələri geomorfoloqların əksəriyyəti dəstəkləyir. Bəzi müəlliflərin fikrinə görə hətta yüksəkdağlıq qurşaqdakı, düzəlmə səthləri də sarmat əsrində əmələ gəlmişdir. Sarmat əsrinin ortalarında, xüsusilə yuxarı sarmatdan başlamış dağlıq vilayətlərdə qalxmanın surətlənməsi dağların yüksəkliyinin artmasına səbəb olur. Textonik qalxma nəinki dağları, müəyyən dərəcədə depressiyaları da əhatə edir. Bunun nəticəsində sarmat əsrində dəniz suları Orta Araz çökəkliyini, Kür depressiyasını, Qusar-Dəvəçi dağətəyi əyilməsini tərk edir. Buna tək qalxma prosesi nəticəsi kimi baxmaq olmaz. Sarmat əsrindən etibarən Xəzər dənizinin Qara dənizlə Cənubi Qafqaz (Zaqafqaziya) depressiyası zonasında əlaqəsi kəsilir (bu Suram dağlarının qalxması nəticəsində baş vermişdir). Bu hadisə şübhəsiz okeanla əlaqəsini itirmiş Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinə öz təsirini göstərmişdir. Dənizin səviyyəsinin düşməsinə təsir göstərən bir də onun (Xəzərin) dibinin çökməsinin intensivləşməsidir. Beləliklə, sarmat əsrindən sonra gələn meotis əsrində Azərbaycanın müasir qurusunu, şərqdə bəzi kiçik sahələrindən başqa, dəniz suları tərk etmiş, depressiyalarda alçaq qırışıq tirə, uval və vadilər əmələ gəlmişdir (məsələn, Orta Kür və Naxçıvan çökəklərində). Textonik fəallaşma nəticəsində dağlıq vilayətlərin yüksəkliyi tədricən artmış, ayrı-ayrı morfostrukturlar morfoloji cəhətdən birbirindən artıq fərqlənməyə başlamışdır (antiklinorium silsilələr, sinklinorium vadilər və s.) Pont əsrində dənizin depressiyalara transqressiyası baş verir. Bu textonik hərəkətlərin bir qədər zəyifləməsi və Xəzər dənizi səviyyəsinin qalxması nəticəsində mümkün olmuşdur. Lakin pont əsrindən sonra-aşağı plisonde( klassik Xəzər-Qara dəniz geoxronologiya görə orta pliosendə) yenidən dağlar intensiv qalxır və onların yüksəkliyi artır. Qusar-Dəvəçi dağətəyi əyilməsi zonasında, Orta Kür depressiyasında qalın və qaba tərkibli ( çaqıldaşı, qum və s.) çöküntü kompleksi toplanır. Bu vaxt (aşağı pliosenin axırına yaxın) Böyük Qafqaz 4

dağlarının yüksəkliyi 2000 metrdən bir qədər artıq idi. Kiçik Qafqaz silsilələrinin hündürlüyü 1500-2000m-ə çatırdı. Qalxmanın intensivliyinin artması dağlarda eroziya-denudasiya proseslərinin güclənməsinə səbəb oldu. Bu proseslərə Xəzər Dənizinin səviyyəsinin 500-600 m aşağı düşməsi də xeyli təsir göstərmişdir. Bu təsir özünü hər şeydən əvvəl eroziya bazisinin kəskin aşağı düşməsi nəticəsində dərinlik eroziyasının güclənməsində və relyefin nisbi amplitudunun 500-600 m artmasında göstərmişdir. Nəticədə dağ çayları öz dərələrini xeyli dərinləşdirmiş və depressiyalarda, əsasən qaba tərkibli terrigen məhsullar gətirib çökdürmüşlər. Bu çöküntülər Qusar-Quba dağətəyi əyilməsi sahəsində, Orta Kür çökəkliyində (Kaxetiya-Acınohur zonası) qalın çaqıldaşı qatlarından ibarətdir. Qobustan və Abşeronda, Bakı və Abşeron arxipelaqlarında, Abşeron astanasında və Cənubi Xəzər çökəkliyinin qərb yamaclarında bu vaxt məhsuldar qat adı ilə tanınan və özünün zəngin neft, qaz yataqları ilə məşhur olan (2-4,5 km) çöküntüləri kompleksi toplanmışdır. Aşağı pliosendə Azərbaycanın düzənlik, dağətəyi və alçaqdağlıq sahələrində çox isti və quru iqlim şəraitində arid-denudasion relyef formaları inkişaf etmiş, dağların intensiv qalxması ilə yanaşı depressiya zonalarında hələ miosenin axırlarında özünü göstərmiş və alçaq antiklinal uvallar əmələ gətirmiş qırışıqlıq hərəkətləri baş vermişdir. Bunun nəticəsində Orta Kür depressiyasında bir sıra tirələr əmələ gəlmişdir. Aşağı pliosenin axırlarına yaxın yan eroziya və denudasiya proseslərinin təsiri altında bəzi dağətəyi zonalarda geniş hamar səthlər yaranmışdır. (Girdmançaydan şərqdə yerləşən Gürcüvan, Şamaxı Mərəzə platoları və s.) Bu dövrdə Qarabağ və Gəncə-Qazax düzündə də relyefdə denudasion planasiya prosesləri üstün olmuşdur. Kiçik Qafqazın daxili zonalarında hələ paleogendə başlamış vulkanizm prosesi miosen və pliosendə öz fəallığından düşməmiş və Qarabağ vulkan yaylasının relyefinin evolyusiyasına, diferensial textonik hərəkətlərlə yanaşı, böyük təsir göstərmişdir. Aşağı pliosendən yuxarı pliosenə keçid zamanı geoloji və geomorfoloji proseslərin gedişində sanki bir dönüş, dəyişiklik baş vermişdir. Belə ciddi bir dəyişikliyin bütün fiziki coğrafi proses və hadisələrdə də baş verməsi aşkar edilmişdir. Bu keçid zamanı Xəzər dənizinin səviyyəsi Dünya okeanı səviyyəsinə qədər qalxmışdır. Bununla əlaqədar olaraq artıq akçaqıl əsrində Cənubi Qafqazın depressiya zonası və Ön Qafqazın ovalıq sahələri Qara dənizə qədər, həmçini bütün şimali xəzəryanı ovalıq dəniz suları altında qalmışdır. Kür depressiyası sahəsində dəniz suları qərbdə Tbilisi şəhərinin şərq ətraflarına qədər sahələri basmış, Kiçik Qafqazın kap ətəklərinədək əraziləri örtmüşdür. Məşhur gürcü coğrafiyaçısı L.İ.Maruaşvili bu körfəzi Alban körfəzi adlandırmışdır. Şimal yamacda akçaqıl əsrində dəniz suları Şahdağ və Qızılqaya massivlərinin dik şimal ətəklərinə çatmışdır. Böyük Qafqazın cənub-şərq batımı vilayətində də dəniz suları müasir hündürlüyü 300-500 m, Şamaxı-Mərəzə platoları sahəsində isə 600-1000 m-ə qədər olan əraziləri örtmüşdür. Bu dövrdə, xüsusilə akçaqıl əsrinin əvvəllərində textonik hərəkətlərin, surəti xeyli azalmışdır. Ümumiyyətlə, akçaqıl əsri çöküntülərinin aşağı pliosen çöküntüləri ilə müqayisəsi göstərir ki, aşağı pliosen çöküntüləri çox qaba tərkibli olduğu halda, akçaqıl çöküntüləri əksər regionlarda xırda tərkibli olmaqla yanaşı, əsasən gillərdən ibarətdir. Yalnız hündür və dik yamaclı dağların ətəyində bu çöküntülərin tərkibində qaba məhsullar 5

görmək mümkündür (Böyük Qafqazın cənub və şimal ətəklərində). Akçaqıl əsrində Xəzər dənizinin səviyyəsinin qalxması və textonik hərəkətlərin qismən zəyifləməsi ilə yanaşı, iqlimdə rütubətlik xeyli artmış, flüvial morfogenez geniş yayılmış, dağ yamaclarında meşə landşaftının genişlənməsi eroziya və denudasiya proseslərini bir qədər zəyiflətmişdir. Hələ yuxarı pliosendən əvvəl əmələ gəlməyə başlamış düzəlmə səthlərinin inkişafı akçaqıl transqressiyası zamanı daha geniş sahələri əhatə etmişdir. Bu zaman Şamaxı, Gürcüvan yaylalarında Şimali və Qərbi Qobustanda geniş düzəlmə səthləri əmələ gəlməsi üçün çox əlverişli şərait olmuşdur. Yuxarı pliosendə Qarabağ vulkan yaylasında maqmatik proseslər xeyli fəallaşmış və relyefin inkişafında-geniş qalxanvari vulkan massivlərinin, tuf-lava yaylalarının əmələ gəlməsində vulkanizmin fövqəladə rolu olmuşdur. Burada güclü püskürmələr zamanı atmosferə atılmış vulkan külü hava cərəyanları ilə Kür körfəzinə, Qobustana aparılmış və orada dəniz çöküntülərinin tərkibində toplanaraq, nazik təbəqələr əmələ gətirmişdir. Akçaqıl əsrinin axırında Azərbaycanın dağ silsilələrinin hündürlüyü xeyli artmış və yüksək dağlıq qurşaq əmələ gəlməyə başlamışdır. Bu zaman Böyük Qafqazın mütləq yüksəkliyi 2500 metri, Kiçik Qafqazınki isə 2000 metri ötmüşdür. Böyük Qafqazın cənub və şimal yamacı, xüsusilə Vəlvələçaydan qərbdə indiki kimi dik idi. Murovdağ, Şahdağ, Zəngəzur silsilələri dik yamaclı olmaqla, ətraf alçaqdağlıq üzərində nisbi yüksəklik fərqi 1000 metri ötən silsilələr idi. Çayların dərələrinin dərinliyi o zaman müasir dərinliyin yarısından artıq deyildi. Eopleystosendə (Abşeron əsrində) tektonik hərəkətlərin istiqamətində (əyilmə, qalxma), xarakter sürətində ciddi dəyişiklik olmamışdır. Lakin dağlıq vilayətlərdə qalxma və eroziya-denudasiya prosesləri bir qədər fəallaşmışdır. Kür depressiyasında dənizin sahil xətti 50-60 km şərqə çəkilmiş və onun yerində dalğalı-tirəli düzənlik əmələ gəlmişdir. Lakin bir-birindən Çobandağ-Eldarovuğu tirələri ilə (bunlar Akçaqıl dənizində ensiz və uzun adalar və yarımadalar əmələ gətirirdilər) ayrılan Ceyrançöl və Qabırrı körfəzlərində dayaz dəniz suları abşeron əsrinin axırlarına qədər qalmaqda idi. Bu körfəzlər şərqdə bütün Kür-Araz ovalığını tutan daha geniş Alban körfəzinə qovuşurdular. Erkən abşeronda Qanıx-Həftəran vadisinin qərb və mərkəz hissəsində əyilmə prosesi başlayır. Burada əmələ gəlməkdə olan cavan depressiya Tsiv-Qonbor dağlarını və Şirək yaylasını Cənub yamacdan təcrid edir. Bu zaman Daşüz- Əmirvan tirəsi və bütövlükdə Acınohur cənub yamaca söykənən geniş allüvialprolüvial düzənlik idi. Acınohurun mərkəz və cənub hissəsi arabir dəniz suları ilə örtülürdü. Bu zonada, eləcədə Qanıx vadisində və Həftəran maili düzənliyində çayların Böyük Qafqazın cənub yamacından yuyub gətirdikləri qaba tərkibli allüvi və prolüvi toplanırdı. Böyük Qafqazın şimal ətəklərində relyefin böyük kontrastı (3 km-ə yaxın) burada da çox qalın qırıntılı allüvi-prolüvi qatının toplanmasına şərait yaratmışdır. Bütün Kiçik Qafqazətəyi maili düzənliklərin bu zaman yanlız dağətəyindən aralı zonası arabir dəniz suları altında qalırdı. Qalan sahələrdə zəif əyilmə şəraitində alçaq allüvial-prolüvial düzənliklər əmələ gəlməkdə davam edirdi. Böyük və Kiçik Qafqazın dik yamacları ətəyinə söykənən maili düzənliklərin 6

hamısında çayların gətirmə konusları formalaşırdı. Lakin dağətəyi depressiyaların çökməsi gətirmə konuslarının relyefdə özlərini açıq-aydın göstərməsinə imkan vermirdi. Orta və yuxarı Abşeronda dəniz suları tədricən Kür depressiyasının mərkəz zonasına və şərq hissəsinə çəkilir, dağlarla Alban körfəzi sahilləri arasında allüvialprolüvial düzənliklərinin sahəsi genişlənir, dağ çaylarının dərələri xeyli dərinləşir, silsilələrin maksimal hündürlüyü Böyük Qafqazda 3-3,5 km-ə, Kiçik Qafqazda 2,5-3 km-ə çatır. Bu zaman depressiyaların bəzi zonalarında inversion qırışıqlıq nəticəsində antiklinal uvallar əmələ gəlir (Ceyrançöl, Acınohur, Qobustan). P l e y s t o s e n Azərbaycanın relyefinin inkişafında xüsusi yer tutur. Pleystosendə baş vermiş geomorfoloji proseslərdən ən mühümlari aşağıdakılardır: Dağlıq sahələrdə tektonik hərəkətlərin fəallaşması və əsil yüksəkdağlıq qurşağın əmələ gəlməsi. Bu geoloji baxımdan qısa dövrdə Böyük və Kiçik Qafqaz, ələcədə Talış dağlarında qalxma sürətlənir, yüksəkdağlıq relyef əmələ gəlir. Əgər pleystosenin başlanğıcında Böyük Qafqazın suayrıcı zonasında və Şahdağ massivində maksimum yüksəklik 3000-3500 m-dən artıq deyildisə, pleystosenin axırına yaxın bu rəqəm 4000 metri ötür (Bazardüzü 4466 m, Şahdağ 4243 m, Tufan 4191 m və s.). Kiçik Qafqazda Murovdağ, Şahdağ və Zəngəzur silsiləri də pleystosendə əsl yüksəkdağlığa çevrilmişdir. Bu dövrdə həmin dağ silsilərinin hündürlüyü ən azı 600-800 m artmışdır. Qarabağ və Talış dağlarında qalxma bu göstəriləndən bir qədər az olmuşdur. Dağların hündürlüyü artdıqca dağdaxili tektonik və tektonikerozion çökəklərlə dağ silsilələri arasında yüksəklik fərqi (amplitudu) və relyefin enerjisi də artmışdır. Bu əlamətlər özünü Arazboyu çökəklərlə silsilələr arasında, Umidlu çökəkliyi ilə Murovdağı arasında, Baş suayrıcı silsilə və Şahdağ massivilə Şahdüzü, nəhayət Gilgilçay, Xaltan, Lahıc çökəklikləri ilə onları əhatə edən orta və yüksəkdağlıq silsilələr arasında daha aydın göstərir. Pleystosendə geoloji və geomorfoloji baxımından qeyd edilməsi zəruri hesab edilən mühüm proseslərdən biridə, depressiya və dağətəyi əyilmə sahələrində baş verən qırışıqlıq hərəkətləridir. Dağlıq vilayətlərdə tektonik hərəkətlər özünü qırılmalar üzrə ayrı-ayrı morfostrukturların qalxmasında və nisbi enməsində göstərdiyi halda, depressiya zonalarında və Xəzərin dibində qırışıqlı hərəkətlər kimi göstərmişdir. Bu hərəkətlər nəticəsində Ceyrançöl-Acınohur və Ləngəbiz-Ələt zonasının, Abşeron-Qobustanın, Qusar-Dəvəçi əyilməsinin qırışıq strukturları və onlara müvafiq gələn antiklinal tirələr, sinklinal çökəklər, vadilər əmələ gəlmişdir. Kür-Araz ovalığı sahəsində qırışıqlıq ümumi əyilmə və akumliyasiya şəraitində özünü zəif göstərməklə, morfoloji baxımdan az-çox effektli relyef formaları əmələ gətirə bilməmişdir. Depressiya zonasında qırışıqlı hərəkətlərlə yanaşı üfiqi hərəkətlərdə baş vermişdir. Buna ən tipik misal, tektonika bölməsində göstərildiyi kimi, Ceyrançöldə (birinci dəfə geoloq M.H.Ağabəyovun aşkar etdiyi) Ağtaxtatəpə antiklinalının şimal qanadının qırılma üzrə cənuba sürüşərək həmin antiklinalın cənub qanadını və ondan cənubdakı Herik dərə sinklinalını örtməsi nəhayət Gürzədağ antiklinalının şimal qanadına dirənənə qədər cənuba hərəkət etməsidir. Burada üfiqi hərəkətin amplitudu 2 km-ə çatır və bu yalnız yuxarı pleystosendə (eopleystosendən sonra) baş verən tektonik prosesdir. Başqa yerlərdə də üfiqi tektonik hərəkətlərin baş 7

verməsi müəyyən edilmişdir. Bunun nəticəsidir ki, cavan qırışıqlıq zonalarının əksəriyyətində antiklinal strukturları cənub qanadları tektonik pozulmalar üzrə qırılıb düşmüş, şimal qanadlar isə cənuba meyl etmiş və relyefdə asimmetrik dağlar və tirələr əmələ gətirmişdir. Təngi-Beşbarmaq antiklinoriumu zonasında strukturların Siyəzən qırılması üzrə şimala aşması və ön əyilmə üzərinə hərəkəti təmayülü aşkar edilmişdir. Bu Təngi-Beşbarmaq silsiləsinin morfologiyasında öz əksini tapır. Pleystosendə göstərilənlərlə yanaşı depressiya zonalarında mütləq əyilmə prosesləridə baş vermişdir. Bunun nəticəsində depressiyaların bəzi zonalarında əyilmə həddi 100-200 m-dən artıq olmuşdur (tək əvvəlki vaxt çərçivəsində Qarğalıq sinklinalında 1400-1600 m, cənubi Xəzər çökəkliyinin qərb yamacında 2000 m-dən artıq çökmə baş vermişdir). Geomorfoloji baxımdan pleystosen dövrünün ən əlamətdar hadisələrindən biri iqlimin təkrarlanan tərəddüdləridir. Bu tərəddüdlərin soyuqlaşma fazasında Azərbaycanın yüksəkdağlıq sahələri buzlaşmaya məruz qalmış və bir neçə dəfə təkrarlanan dağ buzlaşmaları, xüsusilə axrıncı buzlaşma yüksək dağlığın müasir alp morfologiyasını (böyük kontraslı nival-buzlaq relyefini) əmələ gətirmişdir. Pleystosendə Qarabağ vulkan laylasında maqmatizm prosesləri çox fəal olmaqla, yaylanan müasir morfologiyasının yaranmasında böyük rol oynamışdır. Qobustanda və Abşeronda isə palçıq vulkanlarının fəaliyyəti dünyada misli olmayan və morfologiyasına, görkəminə görə təkrarlanmayan relyef formaları yaratmışdır. Bütün dağlıq ölkələrdə olduğu kimi, pleystosendə Azərbaycanın dağ və dağətəyi sahələrinin çayları çoxsaylı terraslar yaratmaqla, dərələrinə xüsusi görkəm vermişlər. Bu sözlər bütün dünya dəniz və göllərindən fərqlənən Xəzər dənizinə də aid edilə bilər. Heç bir dənizin sahillərində Xəzərin Azərbaycan sahillərində olduğu qədər çox saylı dəniz terraslarına rast gəlmək mümkün deyil. Burada (Dəvəçi rayonu ərazisində) çoxsaylı (17-18) dəniz terraslarınadan ən qədimləri 350-400 m-dək dəniz səviyyəsindən yüksəyə qalxaraq, sanki bir nəhənglər pilləkanı yaratmışdır. Azərbaycanın dağətəyi və alçaqdağlıq zonasında, bəzi dağdaxili çökəklərdə, Arazboyu silsilə və çökəklərdə geniş yayılmış arid-denudasiyon relyef formaları əsasən pleystosendə iqlimin aridləşməsi təmayülünün artması ilə əlaqədar əmələ gəlmiş və hazırda inkişaf etməkdədir. Relyefin inkişafı prosesinə ən son zamanlar qoşunlar antropogen amildir. Keçən yüzilliklərdə, hətta minilliklərdə insanın təsərüfat fəaliyətinin relyefə təsiri yalnız lokal sahələrdə mümkün idi. Bunu düzənlikdə suvarma əkinçiliyi rayonlarında yaradılan qədim kurqanlar, şəhər yerləri, magestral kanallar (məsələn, V əsrdən dövrümüzə qədər qalan Gourarx), dağlıq sahələrdə isə torpaq eroziyasının qarşısını almaq üçün yamaclarda düzəlmiş qədim terraslar sübut edir. Lakin XX əsrə qədər insanın relyefə təsiri onda ciddi dəyişiklik yarada bilməmişdir. XX əsrdə, xüsusilə əllinci illərdən başlanmış müasir texniki vasitələrdən istifadə edən insan cəmiyyəti relyefə öz həcminə görə müasir eroziya denudasiya proseslərinin təsirindən güclü təsir göstərir. Antropogen relyef formaları ən çox Kür-Araz ovalığında iriqasiya və meliorasiya işləri ilə əlaqədar çəkilmiş ümumi uzunluğu 90 min km-i ötən yüzlərlə böyük və orta, minlərlə qısa kanal, arıx və kollektorlardan ibarətdir. Antropogen 8

relyef formalarının çox sıx yerləşdiyi ikinci region Abşeron və Cənub-Şərqi Qobustandır. İnsanın təsərrüfat fəaliyyəti nəticəsində relyefdə az-çox böyük dəyişiklik yaranması böyük hidrotexniki tikintilər və irimiqyaslı dağ mədən işləri yerinə yetirməsi ilə bağlıdır. Orta Kür vadisində Mingəçevir, Şəmkir, Yenikənd bəndlərinin, Araz qovşağının və başqa iri hidrotexniki komplekslərin tikintisi zamanı milyon kub metrlərlə torpaq və qruntun yeri dəyişdirilmiş, çay dərələrini köndələn kəsən böyük bəndlər yaradılmışdır. Daşkəsəndə, Gədəbəydə, çox qiymətli divar və üzlük daşlarla zəngin olan Abşeronda, Cənub-Şərqi Qobustanda, Kiçik Qafqazətəyi monoklinal dağ-mədən rayonlarında və bir sıra başqa sahələrdə çınqıl, gil, qum karxanalrında böyük həcmli mənfi və müsbət antropogen relyef formaları yaradılmışdır. 9