AZƏRBAYCAN TEATRLARI VƏ DÜNYA DRAMATURGİYASI

Benzer belgeler
NAZIM HİKMƏTİN ƏSƏRLƏRİ NAXÇIVAN DÖVLƏT MUSİQİLİ DRAM TEATRININ SƏHNƏSİNDƏ

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

İbtidai icma quruluşunun bölündüyü dövrlər. Bilet 1. Azığ mağarasında insanlar necə yaşayırdılar? İbtidai icma quruluşu dövründə cədvəlini doldurun.

AZƏRBAYCAN DRAMATURGİYASI DÜŞƏNBƏ SƏHNƏSİNDƏ

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ F. KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ-METODİKA ŞÖBƏSİ

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014,

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allahın Güclü Adamı - Şimşon

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Gözəl Mələkə Ester

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

IV Zirvə Oyunlarının ƏSASNAMƏSİ

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

Səhnəmizin unuldulmaz Leylisi və Ərəbzəngisi

xazarinshaat.az Ünvan: Nizami Rayonu, Özbəkistan küçəsi 23/34

Biryerdə nəticələrə doğru: AİB-nın Asiya və Sakit Okean Regionunda əməkdaşlığı haqqında 50 məqalə

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

AZERBAYCAN OPERA TİYATROSUNUN ORTAYA ÇIKMASINA ZƏMİN VE OPERA REJİSSÖRLÜĞÜNÜN İLK TECRÜBESİ

Azərbaycan tarixi- İmtahan sualları

MÜASİR ƏDƏBİYYATŞÜNASLIQDA ŞƏRQ-QƏRB KONTEKSTİNİN TƏDQİQİ

Ədəbiyyatın əbədiyaşarlıq ünvanı

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Finansist Təqdimat. Ramil Bağırov EY: Şirkətin ən dəyərli sərvəti onun əməkdaşlarıdır

ŞƏFFAFLIQ AZƏRBAYCAN KORRUPSİYAYA QARŞI MÜBARİZƏ İCTİMAİ BİRLİYİ

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

TÜRÜK Uluslararası Dil, Edebiyat ve Halkbilimi Araştırmaları Dergisi 2014 Yıl:2, Sayı:4 Sayfa: ISSN:

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Azərbaycan diasporu: Müasir çağırışlar və sistemli fəaliyyətin təşkili

MƏTBUAT ÜÇÜN HESABAT

Gedək biz olmayan yerə

KƏND TƏSƏRRÜFATI ÜZRƏ ELEKTRON QİYMƏT İNFORMASİYA PORTALININ STRUKTURUNA VƏ FƏALİYYƏTİNƏ DAİR TƏLİMAT. I. Ümumi bölmə

Qəlbi Turan olan insan Azər Turan

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

Vəli Əliyev. Qarabağ. (Qədim dövr)

F.Köçərli adına Respublika Uşaq Kitabxanası. Əlisa Nicat 80-illik yubileyi münasibəti ilə hazırlanmış metodik vəsait. Söz xəzinədarı Əlisa Nicat

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

İqtisadiyyat nazirinin 2017-ci il 15 mart tarixli F-44 nömrəli əmri ilə təsdiq edilmişdir

Azərbaycan Xalq Cümhuriyyətinin Quruluşu və Fəaliyyəti

MƏTBUAT ÜÇÜN HESABAT

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

EDİTÖR DEN. Aşk olsun böyle dostluğa ve kardeşliğe. Eşq olsun belə dostluğa. və qardaşlığa

2014-cü ilin üçüncü rübünün nəticələri

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

QAFQAZ UNİVERSİTETİ Oktyabr 2012-ci il, Bakı, Azərbaycan

BİZ BİRLİKDƏ GÜCLÜYÜK! HESABAT 2017

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

FƏRHAD BƏDƏLBƏYLİ Həyat və yaradıcılıq yolu

Naxçıvan : inkişafın yeni mərhələsi

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

İllik maliyyə hesabatlarının tərtib olunması üzrə kommersiya təşkilatları üçün nümunəvi formalar. Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı)

Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Ədəbiyyat dərsliyi

SƏRHƏDLƏR AŞAN POEZİYA. (medodik vəsait)

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam

VALUE-SITE HEDEFİMİZE KOŞAR ADIM İLERLİYORUZ VALUE-SITE HƏDƏFİMİZƏ DOĞRU İRİ ADDIMLARLA İRƏLİLƏYİRİK

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ-METODİKA ŞÖBƏSİ

PRÉSIDENCE DE LA RÉPUBLIQUE. Service de Presse AZƏRBAYCAN RESPUBLĐKASI PREZĐDENTĐ ZATI ALĐLƏRĐ CƏNAB ĐLHAM ƏLĐYEV VƏ XANIM MEHRĐBAN ƏLĐYEVANIN

ŞƏFFAFLIQ AZƏRBAYCAN KORRUPSİYAYA QARŞI MÜBARİZƏ İCTİMAİ BİRLİYİ

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Realist romanlar banisi Daniel Defo

Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat. 1. Ümumi müddəalar

BAKÜ DE ULUSLARARASI ŞAH HATAYİ-SULTAN SELİM SEMPOZYUMU GERÇEKLEŞTİRİLDİ

Azərbaycan fəlsəfəsinin sönməz günəşi Siracəddin Urməvi

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Şair başdan başa yanan ürəkdir.

F. Köçərli adına Respublika Uşaq Kitabxanası Dövrünə güzgü tutan Əli Nəzmi

Görkəmli maarif və mədəniyyət xadimi

Bakı Tədris proqramı. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Təhsil Problemləri İnstitutu

Dünya miqyaslı ziyalımız Anar

Protokolundan Çıxarış aprel 2016-cı il

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

Uşaqları sevindirən, böyükləri düşündürən şair

F. Köçərli adına Respublika Uşaq Kitabxanası Bəşər tarixinin möhtəşəm siması Corc Bayron

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

Mobil cihazların qeydiyyatının aparılması Qaydası nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Musa Cəlilin anadan olmasının 110 illik yubileyi münasibəti ilə hazırlanmış metodik vəsait

Uşaqların maraq dünyasında əlamətdar tarixi günlər

Azərbaycanın görkəmli uşaq yazıçısı. Qəşəm İsabəylinin anadan olmasının 65 illiyi münasibətilə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

PE 100 BORULARI. su və qaz xətləri üçün POLİETİLEN BORU (PE 100) Keyfiyyətə üstünlük ver!!!

Kredit bürosu borcalanlar üçün əla imkanlar

Transkript:

AZƏRBAYCAN TEATRLARI VƏ DÜNYA DRAMATURGİYASI Ələkbər QASIMOV * Özet Bildiride dünya dramaturjisinin antik, klasik ve çağdaş örnekleri yer almışdır. Söz edilen eserlerin Azerbaycan tiyatrosunun gelişmesindeki rolü göz önüne çekilmiştir. Aynı zamanda Bakü tiyatroları ile beraber bölgelerdeki Nahçıvan, Gence, Şeki, Ağdam, Lenkeran, Sumqayıt ve bunun gibi tiyatroların faaliyetleri de araştırılmıştır. Anahtar kelimeler: Bildiri, klasik, Nahçivan, Gence, Şeki Summary The article covers ancient, classical and modern samples of the world drama. Furthermore, this article covers the role of these works in the formation and prosperity of Azerbaijan theatres. Effective activities of Baku theatres, as well as Nakhchivan, Ganja, Shaki, Aghdam, Lankaran, Sumgait and other theatres in this field are broadly elucidated in this article. Key words: Article, classic, Nakhchivan, Ganja, Shaki * AMEA Naxçıvan Bölməsinin əməkdaşı, Azərbaycan Teatr Xadimləri İttifaqının və Jurnalistlər Birliyinin üzvü 25

Vətənpərvərlik prinsipləri əsasında yaranan, daim xalqına bağlı olan, onu hər bir dövr- də milli azadlığa səsləyən, yeniliyə, gözəl işlərə ruhlandıran 136 yaşlı Azərbaycan teatrının ideya mənbəyi həm də Avropa və Rusiyanın mütərəqqi teatr sənəti, o cümlədən dünya dramaturgiyası olmuşdur. 1873-cü il martın 10-da, yeni təqvimlə 22-də - Novruz bayramının ikinci günündə, Bakıda M.F.Axundovun Lənkəran xanı vəzirinin sərgüzəşti komediyasının tamaşası ilə Yaxın Şərqin ilk teatrı Azərbaycan teatrı doğuldu. Elə həmin gündən, 20 ildən artıq vaxt ərzində Azərbaycan teatrı Axundov komediyaları ilə kövrək addımlarını atdı, Nəcəf bəy Vəzirovun, Sultanməcid Qənizadənin, Əbdürrrəhim bəy Haqvrdiyevin pyeslərilə formalaşdı. Nəhayət, 1894-cü ilin mayında, Bakıda L.Tolstoyun Əvvəlinci şərabçı pyesinin tamaşası göstərildi. Həmin pyesi tərcümə edən S.Qənizadə Azərbaycan səhnəsinə ilk dəfə olaraq rus dramaturgiyasını gətirmiş oldu. Bu hadisədən bir neçə il sonra, 1896-cı ildə, yenə Bakıda Nəriman Nərimanov N.V.Qoqoldan tərcümə etdiyi Müfəttiş əsərinə özünün rejis- sorluğu ilə ilk dəfə Azərbaycan dilində səhnə həyatı verir. Tamaşaçılar tərəfindən çox bəyə- nilən və rəğbətlə qarşılanan bu tamaşa bir neçə il dəfələrlə nümayiş etdirilmişdir. 1900-cü ildə Kaspi qəzeti 17 sentyabr tarixli nömrəsində Azərbaycan səhnə həvəskarlarının bu tama şadakı uğurlu çıxışlarının bəyənildiyini, xüsusən də Qorodniçi rolunda N.Nərimanovun oyu- nunun yüksək qiymətləndirildiyini bildirərək, bu tamaşanın tez-tez, heç olmasa, ayda iki dəfə göstərilməsini arzu edirdi. Qəzetlər həmin tamaşanın Tağıyev Teatrı nda göstərildiyini də vurğulayırdılar. Bəli, Bakıda belə bir teatr binası 1880-ci ildən mövcud idi. Milyonçu-messanat Hacı Zeynalabdin Tağıyev dəniz kənarına yaxın bir ərazidə, özünün buğda anbarının yerində, xüsusi layihə əsasında gözəl bir teatr binası tikdirmişdi. Bina elə belə də adlanır dı Tağıyev Teatrı. Bakıya ara-sıra qastrola gələn müxtəlif teatr truppaları ilə yanaşı, vaxt aşırı yerli teatr truppaları da tamaşalalarını bu binada göstərmək imkanı əldə etmişdilər. XIX əsrin sonlarında Bakıda Azərbaycan milli teatrının formalaşması və inkişafı əyalətlərdə də yerli ziyalıları teatr təşkil etməyə həvəsləndirirdi. 1883-cü ildə Naxçıvanda, 1884-cü ildə Şuşada, daha sonralar Şəkidə, Gəncədə, Qubada yerli teatr truppaları yarandı. Maraq lıdır ki, bu əyalət teatr truppaları arasında ilk dəfə olaraq Şuşada tərcümə pyesinə müraciət olunmuş və 1884-cü ildə burada V.Şekspirin Otello faciəsi tamaşaya qoyulmuşdur. Hətta dünyaşöhrətli bəstəkarımız Üzeyir Hacıbəyov Kaspi qəzetində bu barədə belə məlumat vermişdi: Otello ya mən təxminən 20 il bundan qabaq, Şuşa Şəhər Teatrında, tatar dilində (Azərbaycan dilində - Ə.Q.) tamaşa eləmişəm ( Kaspi - 260, 25 noyabr 1917-ci il). Şuşada, 1904-cü il avqustun 22-də göstərilən Otello tamaşası isə elə böyük uğur qa- zanmışdı ki, onun əks-sədası müxtəlif yerlərdən gəlirdi. Bakıda Kaspi (7.IX.1904), Tiflis- də Kafkaz (26.IX.1904), Moskvada Novosti dnya (8.IX.1904) qəzetləri Azərbaycanın bir əyalət teatrında hazırlanan bu müvəffəqiyyətli tamaşa barəsində oxucularına geniş məlumat vermişdilər. XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan teatrının budaqları daha da şaxələnə rək geniş coğrafi miqyas alır. Belə ki, bu dövrdə Tiflisdə, İrəvanda, 26

Təbrizdə, Aşqabadda Azərbaycan teatr truppaları təşəkkül tapır və formalaşır. XX əsrin ilk illərindəndən, xüsusən də 1905-ci ildən sonra Türkiyə yazıçıları arasında dramaturgiyaya meyl xeyli güclənmişdi. Həmin dövrdə Azərbaycan teatrlarında da Türkiyə dramaturgiyasına maraq artdı. Türkiyə- dən gətirilən pyeslər bəzən tərcümə olunmadan belə Bakıda və əyalətlərdə tamaşaya qoyu- lurdu. N.Kamalın Vətən, yaxud Silistrə pyesi ilk dəfə 1907-ci ilin dekabrında, gəncəli mü əllim M.Axundzadə tərəfindən tərcümə edilərək, 1908-ci ilin yanvarında Gəncə teatr truppa sının ifasında nümayiş etdirilmişdi. Bundan sonra 1912-ci ildə həmin əsər Bakıda, Nicat Cəmiyyətinin aktyorları tərəfindən Vətən, yaxud Osmanlı müharibəsi adı ilə tamaşaya qo yulmuş, baş rolda Hüseyn Ərəblinski, bir neçə gün sonra isə Abbasmirzə Şərifzadə çıxış et- mişlər. Bu vaxt Nicat Cəmiyyətinin sədri Məmmədəmin Rəsulzadə idi. 1918-ci ildə isə həmin pyesə Naxçıvan Teatrı da müraciət etdi. O zaman burada olan Türkiyə qoşunlarının komandanı Kazım Qarabəkir paşa Vətən, yaxud Silistrə tamaşasının baş məsləhətçisi olmuş, rejissor Rza Təhmasibə və rəssam Bəhruz Kəngərliyə dəyərli tövsi- yələr verərək, tamaşanın real və gözəl alınmasında yaxından köməklik göstərmişdir. Məhz həmin dövrdə - 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasında Bakıda və əyalətlərdəki teatrlara diqqət və qayğı xeyli dərəcədə artmışdı. Teatrların repertua rına şəxsən M.Rəsulzadə ciddi fikir verir, Azərbaycanın klassik, o cümlədən dünya və rus dramaturgiyasının ən yaxşı nümunələrinin tamaşaya qoyulmasını tövsiyə edirdi. Azərbaycanda 1920-ci ilin 28 aprel çevrilişindən sonra ictimai-siyasi vəziyyətin kökün- dən dəyişməsi bütün sahələr kimi teatrlara da öz təsirini göstərdi. 1921-ci ildə Tağıyev Teatrı əsaslı təmir olunaraq, 1922-ci ilin yanvarından təntənəli açılışla D.Bünyadzadə adı- na Türk Dövlət Akademik Dram Teatrı adı ilə fəaliyyətə başladı. 1923-cü ildə isə Bakıda Yaxın Şərqin ilk Teatr Texnikumu açıldı. Bu dövrdə teatrın repertuarında əsasən klassik milli dramaturgiya nümunələləri və yeni quruluşu təbliğ edən müasir pyeslər, səhnələşdirmələr və səhnəciklər əsas yer tuturdu. Tərcü mə əsərlərindən isə əsasən Türkiyə dramaturgiyasına üstünlük verilirdi. Lakin 1924-cü ildən Türkiyə dramaturqlarının əsərləri repertuara daxil edilmədi və 1925-ci ildən bütün teatrların repertuarında olan belə pyeslər pantürkizm i, panislamizm i təbliğ edən əsərlər damğası ilə qadağan edildi. 1937-ci ildə isə belə əsərlərin müəllifləri, rejissorları və aktyorlar (baş rol ların ifaçıları) repressiya burulğanında məhv edildilər. 37-ci il fırtınasında milli səhnəmiz Hüseyn Cavid kimi dramaturqunu, Abbasmirzə Şərifzadə, Ülvi Rəcəb kimi aktyorlarını itir-di. 1929-cu ildə Bakıda Uşaq Teatrı yarandı. Görkəmli sənət xadimləri N.Vəzirov, Ə.Haq-verdiyev, C.Məmmədquluzadə, N,Nərimanov hələ 20-ci illərin əvvəllərindən Bakıda uşaqlar üçün bir teatr yaradılması təklifini irəli sürürdülər. Yaranan yeni teatr Azərbaycan və rus böl mələrindən ibarət idi. Azərbaycan bölməsi ilk tamaşasını 1930-cu il yanvarın 30-da göstərdi Bu Qırmızı qalstuk (müəllif İvanter) tamaşası idi. Bakı Uşaq Teatrı 1936-cı ilin iyun ayın dan 27

28 KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı adlandırıldı. Bakıda yaranan yeni teatrlar (Bakı İşçi Teatrı, Bakı Uşaq Teatrı) müəyyən yaradıcılıq nailiyyətləri əldə etsələr də, bu dövrdə (30-cu illərin əvvəllərində) milli səhnə sənətimiz öz yüksəlişini Azərbaycan Dövlət Akademik Dram Teatrının fəaliyyətilə büruzə verirdi. Həmin illərdə A.Korneyçukun Platon Kreçet ( Polad Qartal, rej. A.İskəndərov), J.B.Molyerin Skapenin kələkləri (rej. R,Darablı), V.Şekspirin Romeo və Cülyetta, Maqbet (rej. A. Tuqanov) kimi tərcümə pyesləri tamaşaya qoyulyr. 30-cu illərdə Naxçıvan, Gəncə və Ağdam teatrları da məhsuldar yaradıcılıq yolu keç-mişlər. 1922-ci ildə dövlət dram teatrı statusunu alan Naxçıvan Teatrı elə həmin ildə N.V. Qoqolun Evlənmə komediyasını uğurla tamaşaya qoymuşdu. 1931-ci ildə görkəmli səhnə xadimi Sidqi Ruhulla Naxçıvan Dövlət Dram Teatrının direktoru və baş rejissoru təyin edilir. O, buradakı fəaliyyəti dövründə milli dramaturfgiya ilə yanaşı xarici əsərlərə də quruluş verir. Onun rejissoru olduğu Otello tamaşası (1932) böyük uğur əldə etmiş və geniş əks-səda doğurmuşdu. Həmin tamaşada baş rolda yerli aktyor (sonralar xalq artisti) İsa Musayevlə ya naşı A.Şərifzadə də bir neçə dəfə çıxış etmişdi. 1935-ci ildə isə Naxçıvana dəvət olunan rejissor İsmayıl Hüseynov Hamlet tamaşası na quruluş verir. Moskvada ali rejissor təhsili almış Həsən Ağayev də Naxçıvan DTD-dakı fəaliyyəti dövründə (1936-1939) A.Ostrovskinin Günahsız müqəssirlər, K.Trenyovun Lyubov Yarovaya, G.Mdivaninin Vətən namusu, V.Şekspirin Otello, Hamlet əsərlə rini də tamaşaya qoymuşdur. 1932-ci ildən fəaliyyətə başlayan Gəncə Dövlət Dram Teatrı 30-cu illərdə A.Korney- çukun Polad Qartal, V.Vişnevskinin Nikbin faciə, V.Şkvarkinin Özgə uşağı kimi tər- cümə əsərlərinə də müraciət etmişdir. 1937-ci ildə təşkil edilmiş Ağdam Dövlət Dram Teatrında həmin illərdə belorus dra- maturqu K.Krapivanın Son gülən və G.Mdivaninin Vətən namusu pyesləri tamaşaya qo yulmuşdu. Böyük Vətən müharibəsinin başlanması Azərbaycan teatrlarının da repertuar siyasəti- nə öz təsirini göstərdi. Bu dövrdə Bakı teatrları kimi, Naxçıvan, Gəncə, Ağdam teatrları da əsasən vətənpərvər ruhlu əsərlərə müraciət edərək arxa cəbhədə, həm stasionar, həm də səy- yar tamaşalar, səhnəciklər göstərir, xalqı mübarizəyə ruhlandırır, qələbəyə inam yaradırdılar. 1941-1945-ci illər arası teatrlar tərcümə pyeslərinə də müraciət etmiş və bu zaman həmin əsərlərin dövrlə səsləşməsini əsas götürmüşlər. Azərbaycan Dövlət Akademik Dram Teatrının bu qəbildən ilk quruluşu K,Simonovun Bizim şəhərli oğlan əsəri əsasında hazırladığı Vətən oğlu tamaşası olmuşdur. Bundan sonra V.Kokkun Mühəndis Sergeyev pyesi tamaşaya qoyuldu. Teatr həmçini qeyrimüha- bə mövzulu, klassik tərcümə əsərlərinə də müraciət etmişdir. 1943-cü ildə A.Ostrovskinin Tufan əsəri əsasında hazırlanmış tamaşa bu qəbildəndir. Müharibə illərində Naxçıvan Dövlət Dram Teatrı da tərcümə pyeslərini tamaşaya qoy muşdur. Burada müharibə mövzulu tamaşaların hazırlığında milli dramaturgiyaya müraciət olunsa da V.Şekspirin Otello, Hamlet, F.Şillerin Qaçaqlar, K.Qoldoninin İki ağanın bir nökəri əsərləri də vaxtaşırı nümayiş

etdirilmişdir. Fərəhli haldır ki, Naxçıvan Teatrın- dan cəbhəyə yollanan 15 nəfərdən biri aktyor Abbas Quliyev müharibədən Sovet İttifaqı Qəhrəmanı kimi qayıtmışdı. Bu dövrdə muxtar respublikada ikinci bir teatr da Ordubad Dövlət Dram Teatrı fəaliyyət göstərirdi. 1944-cü ildə bu teatra Məmmədsəid Ordubadinin adı verilmiş, elə həmin ildə Naxçıvan Teatrının 60 illiyi də təntənə ilə qeyd olunmuşdur. 1946-cı ilin fevralında Bakıda Klassik rus dramaturqlarının əsərlərinə Ümumittifaq baxışı keçirildi. Baxışın yekunlarına həsr olunmuş konfransda SSRİ Nazirlər Soveti yanında İncəsənət İşləri Komitəsinin komissiyası Azərbaycan DADT-nın Tufan və Cehizsiz qız tamaşalarını böyük nailiyyət kimi qeyd etmiş (hər iki tamaşanın quruluşçu rejissoru Ələsgər Şərifov olmuşdur), Gəncə Teatrının Müfəttiş tamaşasını qənaətbəxş hesab etmiş, Azərbay can Dövlət Rus Dram Teatrının Qurdlar və qoyunlar, Azərbaycan Dövlət Gənc Tamaşaçı- lar Teatrının Müfəttiş tamaşalarını isə zəif quruluş kimi qiymətləndirmişdi. Həmin ildə gənc rejissor Mehdi Məmmədov Azərbaycan DAD Teatrında V.Şekspirin On ikinci gecə komediyasına uğurlu quruluş verir. Müharibədən sonrakı illərdə də əyalət teatrlarında kollektivləri canlandırmaq, yaradıcı lıq ruhunu yüksəltmək işinə xüsusi diqqət yetirilirdi. Müharibə dövründə Azərbaycan İncəsə nət İşləri İdarəsinin sərəncamı ilə Quba Dövlət Dram Teatrının direktoru və baş rejissoru tə- yin olunmuş Naxçıvan Teatrının aparıcı aktyoru və rejissoru İsa Musayev artıq doğma teatrı na qayıtmışdı. 1948-ci ilin martında isə Naxçıvan DDT-nın direktoru və baş rejissoru İbra- him Həmzəyev Qaryagin (indiki Füzuli) Dövlət Dram Teatrına qısamüddətli rəhbər təyin olunur. Burada milli dramaturgiya ilə yanaşı opera və operettalara da quruluş verən və de- mək olar ki, bütün baş rollarda arvadı Z.Həmzəyeva ilə birlikdə çıxış edən İ.Həmzəyev J.B. Molyerin Jorj Danden əsərini də tamaşaya qoymuşdur. 1948-ci ilin yayında isə Gəncə DDT Naxçıvana qastrol səfəri edir, klassik və müasir milli əsərlərdən ibarət repertuarla yanaşı, Lope de Veqanın Bostan iti, V.Şkvarkinin Öz- gə uşağı tamaşalarını da nümayiş etdirir. Ümumiyyətlə, demək olar ki, 1950-ci illərdən başlayaraq Naxçıvan və Gəncə teatrları repertuarında xarici dramaturgiyanın zənginliyilə digər əyalət teatrlarından fərqlənir. Bu dövrdə Naxçıvan Teatrında Lope de Veqanın Sevilya ulduzu, A.Ostrovskinin Cehizsiz qız, Fiqeyredonun Ezop, G.Mdivaninin Konsulu ogurladılar, R. Kauqverin Ağır cəza, N.Hikmətin Kor padşah, V.Lavrenyovun Hücum, K.Qoldoninin Mehmanxana sahibəsi, Ə.Nesinin Toros canavarı, A.Makayonokun Tribunal kimi yaddaqalan tamaşaları rəğbətlə qarşılanmışdır. Teatr 1970-ci ildə Mehmanxana sahibəsi tamaşası ilə Bakıda olmuş, tamaşa televiziya ilə bütün respublikaya translyasiya edilmişdir. Mətbuatda bu tamaşa haqqındakı resenziyalarda rejissor (B.Qələndərli), rəssam (M.Qasımov) işi və baş rolun Ifası (Z.Həmzəyeva) xüsusilə yüksək qiymətləndirilmişdir. Gəncə Dövlət Dram Teatrı bu illərdə N.Hikmətin Kəllə (bu tamaşaya müəllif özü də baxmışdır), Ə.Nesinin Buraya gəlin, F.Şillerin Məkr və məhəbbət, A.S.Puşkinin Qara- çılar, Fiqeyredonun Tülkü və üzüm, Evripidin Medeya, 29

E.Braqinski və E.Ryazanovun Həmişə təmizlikdə kimi əsərlərinə müraciət edərək maraqlı tamaşaların hazırlanmasına nail olur. Xüsusən Medeya tamaşası (rej. Yusif Bağırov) nəinki respublika, hətta Ümumit- tifaq miqyasında geniş əkssəda doğurmuşdu. Bu barədə Teatr jurnalının 1970-ci il tarixli 8-ci nömrəsində yazılır ki, Kirovabad (Gəncə - Ə.Q.) Teatrının Medeya tamaşasının əsas mövzusunu insanların ədalət uğrunda mübarizəsi təşkil edir. Bu mübarizə yalnız ərlə arvad arasında getmir. Medeya rolunu ifa edən gənc aktrisa Zemfira Əliyeva temperamentə və ca- zibədarlığa malikdir. O,... iradəli, qorxmaz, ehtiraslı və incikliyə görə intiqam almağı baca- ran bir qadının sonsuz və dəhşətli qəzəbini inandırıcılıqla göstərir. 1968-ci ildə Ağdam Dövlət Dram Teatrı yenidən bərpa edildi, Sumqayıt və Mingəçevir, 1973-cü ildə Lənkəran şəhərlərində dövlət dram teatrları fəaliyyətə başladılar. 1975-ci ildə isə Şəki Dövlət Dram Teatrı bərpa edildi. Yarandığı ilk illərdən tərcümə pyeslərinə, xüsusən də dünyaşöhrətli əsərlərə maraq gös- tərən N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına Tartüf (J.B.Molyer), Qış nağılı (V.Şekspir). Nikbin faciə (V.Vişnevski), Qaçaqlar (F.Şiller), Müfəttiş (N.V.Qoqol), Soldat Şveykin macəraları (Y.Qaşek), kimi tamaşalar böyük uğur və şöhrət qazandırdı. S.Rəhman adına Şəki Dövlət Dram Teatrı 1981-ci ildə Bakıya qastrol səfəri edərək milli və dünya dramaturgiyasından nümunələrlə paytaxt tamaşaçılarına uğurlu hesabat ver- mişdir. Kollektivin təqdim etdiyi Arturo Uinin karyerası (B.Brext), Pələng və kaftar (Ş.Petefi), Meteor (F.Dürrenmatt) tamaşaları da teatr tənqidi tərəfindən yüksək qiymətlən- dirilmişdir. Şəki Teatrı 1984-cü ildəki Moskva qastrolunda da böyük müvəffəqiyyət qazandı. Həmin ilin Pravda qəzetinin 201-ci nömrəsində şəkililərin nümayiş etdirdikləri 17 tamaşa haqqında Moskva sənətşünaslarının və teatr tənqidçilərinin müsbət fikirləri geniş dərc olun- du. Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının 1989-cu ilin noyabrında Bakı qastrolunda digər tamaşalarla bərabər Qismət (A.Kamyu) tamaşası da böyük rəğbətlə qar- şılandı. 1960-70-ci illərdə Azərbaycan Dövlət Akademik Dram Teatrında tərcümə əsərlərinin tamaşaya qoyulması daha məhsuldar olmuşdur. Vanya dayı (A.P.Çexov), Canlı meyid (L.Tolstoy), Cehizsiz qız (A.Ostrovski), Zıkovlar, Meşşanlar (M.Qorki), Unudulan adam, Məhəbbət əfsanəsi (N.Hikmət), Şeytanın şagirdi (B.Şou), Mariya Tüdor (V.Hüqo), Antoni və Kleopatra, Hamlet, Fırtına, Heç nədən hay-küy (V.Şekspir), Məkr və məhəbbət, Orlean qızı (F.Şiller), Nazirin xanımı (B.Nuşiç), Qızıl (Y.O* Nil), Darıxma, ana! (N.Dumbadze) kimi gözəl, məzmunlu tamaşalar indi də xatirələrdə, yaddaşlarda yaşamaqdadır. 60-cı illərdə Dövlət Gənc Tamaşaçılar Teatrı da dünya dramaturgiyasından bəhrələn- miş, bir sıra baxımlı tamaşalar ərsəyə gətirmişdir. O zaman baş rejissor olan Zəfər Neməto- vun məhz bu sahədə xidmətləri danılmazdır. Hələ 1961-ci ildə onun quruluş verdiyi və Ə.İs- mayılovla birgə V.Hüqonun eyniadlı əsəri əsasında səhnələşdirdiyi Qavroş tamaşası və 1966-cı ildə tamaşaya qoyduğu V.Şekspirin Romeo və Cülyetta əsəri böyük maraq və rəğ- bətlə qarşılanmış, yüksək 30

qiymətləndirilmişdir. Maraqlı haldır ki, 80-ci illərdə paytaxt teatrlarında dünya dramaturgiyasına, xüsusən də klassikaya müraciət say etibarı ilə xeyli azalsa da əyalət teatrlarında bu ənənə davam et- mişdir. 70-ci illərin ikinci yarısında Gəncə Teatrında hazırlanmış Antiqona (Sofokl) və Otello (V.Şekspir) tamaşaları öz uğurları ilə böyük əks-səda doğurmuş, uzun illər teatrın repertuarında olmuşdur. Bu baxımdan C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının da o dövrdə və xüsusən 80-ci illərdəki fəaliyyəti çox səmərəli qiymətləndirilir. Həmin illərdə teatrın səhnəsində Dördüncü (K.Simonov), Zirehli qatar 14-69 (V.İvanov), Məzəli hadisə (K.Qoldoni), Bayramın birinci günü (N.Hikmət), Dörd ekiz haqqında nağıl (P.Pancev), Qaraağaclar altında məhəbbət (Y.O*Nil), Sükut divarı (P.Messina), Gülən adam (G.Vayzenborn), Günahsız müqəssirlər (A.Ostrovski) kimi tamaşalara quruluş verilmişdir. 1987-ci ildə isə özünün gecikmiş 100 illiyini qeyd edən Naxçıvan Teatrının həyatında daha bir əlamətdar hadisə baş verir. Teatrda yenicə tamaşaya qoyulmuş Sofoklun Elektra faciəsi həmin il Tbilisidə keçirilən Ümumittifaq Teatr Festivalında nümayiş etdirilir və xüsusi diploma layiq görülür. Mərkəzi Televiziya tərəfindən lentə alınan həmin tamaşanı bir neçə gündən sonra bütün sovet tamaşaçıları seyr etmək imkanı qazanmışdılar. 90-cı illərdə Naxçıvan Teatrı heç bir tərcümə pyesinə müraciət etməmişdir. 20 ilə yaxındır ki, böyük sənət ənənələrinə malik olan bu qədim teatrın səhnəsində dünya klassik dramaturgiyasından heç bir nümunə görünmür. 90-cı illərin əvvəllərində respublikadakı ictimai-siyasi vəziyyət, o cümlədən Ermənistanla müharibə bütün sahələr kimi teatrlara da öz təsiri-ni göstərdi. Əyalətlərdəki xüsusən döyüş bölgələrindəki teatrlar iflic vəziyyətə düşdülər. İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Şuşa və Ağdam teatrları bu gün Bakıda Qaçqın te- atr statusu ilə fəaliyyət göstərirlər. 1991- ci ilin sonlarından Azərbaycan Akademik Milli Teatrı adlanan ana teatrımız həmin ildə K. Fiqeyredonun Məhəbbət və azadlıq (rej.m.fərzəlibəyov) tamaşasını hazırlamışdı. 1944-cü ildən ölkədə əmin-amanlıq və sabitlik yarandıqdan sonra Milli Teatrın bu dir çəliş dövrü başlandı. Bu dövrdə Qaraağaclar altında ehtiras (Y.O*Nil), Şah Edip (Sofokl), Kral Lir (V.Şekspir) kimi əsərlər tamaşaya qoyuldu. Hətta Kral Lir (rej. Bəhram Osma- nov) 1966-cı ilin mayında Moskvada A.P.Çexovun şərəfinə hər il keçirilən Beynəlxalq Teatr Festivalında uğurla nümayiş etdirildi. Bağlanmaq təhlükəsilə üzləşmiş Dövlət Rus Dram Teatrı və Musiqili Komediya Teatrı da 90-cı illərin ortalarından fəaliyyətlərini tam bərpa etdilər. Yenicə yaradılmış Bakı Bələdiyyə, Kamera və Gənclər teatrlarına dövlət statusu verildi. XXI əsrin ilk illərindən paytaxt teatrlarında dünya dramaturgiyasına, xüsusən də klassikaya müraciət meyli geniş vüsət aldı. Bir neçə teatr müxtəlif illərdə V.Şekspir əsərlərinə yeni səhnə həyatı verdi. Akademik Milli Teatrda Hamlet (rej. Azərpaşa Nemətov), Dövlət Rus Dram Teatrında Kral Lir (rej. Aleksandr Şarovski), Bakı Kamera Teatrında Otello (rej. İrina Perlova) tamaşaya qoyuldu. Uzaq sahillərdə filminin Mixaylosu xalq artisti Nodar Şaşıqoğlu kral Liri 31

özünə məxsus tərzdə, böyük uğurla ifa etdi, Otello tamaşaçılara tamamilə müasir variantda, yeni traktovkada təqdim olundu və böyük rəğbətlə qarşılandı. 2002-ci il dekabrın 7-də, Milli Teatrda Hamlet ə baxdıqdan sonra yaradıcı heyətlə görüşən ümummilli lider Heydər Əliyev tamaşadan aldığı təəssüratı bölüşərkən demişdir:...əsərlər var ki, müəyyən dövrə həsr olunub, ancaq o dövrdə yaşayır, klassiklərin əsərlərisə həmişə yaşayır. Xüsusilə Şekspir yaradıcılığı, onun əsərləri...şekspir həmişə ona görə yaşayır ki, onun hər bir əsəri özündə fəlsəfi fikirlər daşıyır. Ona görə də mən çox məmnunam ki, siz bu əsəri səhnəyə qoymusunuz. Əgər siz gələcəkdə də belə əsərləri unutmasanız yaxşı olar... Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində Bakıda və bölgələrdə olan bütün dövlət teatrlarının maddi-texniki bazası tamamilə yeniləşdirilərək möhkəmləndirilir, binaları, xüsusən səhnələri dünya standartlarına uyğun şəkildə əsaslı təmir olunur. Ötən il 125 illik yubileyi qeyd olunan Naxçıvan Dövlət Musiqili Dram Teatrında da muxtar respublika rəhbərliyinin təşəbbüsü ilə səhnənin və tamaşa zalının yenidənquraşdırılması, binanın isə əsaslı təmirinə bu günlərdə start veriləcəkdir. İnanırıq ki, dövlətin bu diqqət və qayğısına teatrlarımız yeni yaradıcılıq uğurları, sanballı səhnə əsərləri və möhtəşəm tamaşalarla cavab verəcəklər. ƏDƏBİYYAT 1. Azərbaycan teatrının salnaməsi 1975, Bakı Azərnəşr, 584 s. 2. İ.Kərimov 2002, Azərbaycan peşəkar teatrının tarixi və inkişaf mərhələləri, Bakı, Maarif, 576 s. 3. İ.Kərimov 1978, Azərbaycan Dram Teatrı, Bakı, İşıq, 200 s. 5. M.Məmmədov 1966, Teatrlar, aktyorlar, tamaşalar,bakı, Azərnəşr,220 s. 6. C.Səfərov, A.Babayev 1974, Şərəfli yol Bakı, Azərnəşr, 155 s. 7. Ə.Qəhrəmanov 2004, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Bakı, Min bir mahnı, 414 s. 32