Respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün Həyat bilgisi dərsliyi

Benzer belgeler
3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Təsviri incəsənət fənni üzrə müəllim üçün metodik vəsait

Respublikanın ümumtəhsil məktəblərinin 9-cu sinifləri üçün Fransız dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün İnformatika dərsliyi YEKUN RƏY

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Həyat bilgisi dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün İnformatika dərslik komplekti

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Həyat bilgisi dərsliyi

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Biologiya tədrisi sisteminin formaları

Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Ümumtəhsil məktəblərində istifadədə olan 8-ci sinif Coğrafiya dərslik komplektinə dair İLKİN RƏY

4-CÜ SİNİF ŞAGİRDLƏRİ ÜÇÜN

AZƏRBAYCAN DİLİ. 4-cü sinif. Müəlliflər: Rafiq İsmayılov Solmaz Abdullayeva Dilrüba Cəfərova Xanım Qasımova

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Respublikanın təlim rus dilində olan ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün İnformatika dərslik komplekti


Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

Respublikanın ümumtəhsil məktəblərinin 8-ci sinifləri üçün İnformatika dərslik komplekti. Müəlliflər: Ramin Mahmudzadə İsmayıl Sadıqov Naidə İsayeva

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

BÖYÜK DƏCCAL Amerika

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

Respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün Azərbaycan dili dərsliyi

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Texnologiya dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Riyaziyyat dərsliyi

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Kredit bürosu borcalanlar üçün əla imkanlar

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

KONSEPSIYA SƏNƏDLƏRİNİN QƏBULU NO. ITB/AZE/009/2012

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün İnformatika dərsliyi

Marketinq. Mehdiyev Əkbər

BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

Respublikanın tədris rus dilində olan ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Elmi tədqiqatların təsnifatı. Məqsədli təyinatı üzrə: Fundamental; Tətbiqi; Axtarış; Işləmə.

Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Ən yeni tarix dərsliyi

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

Nüşabə Məmmədova Könül Mahmudova Sevil Bəhrəmova. Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün Həyat bilgisi fənni üzrə dərsliyin METODİK VƏSAİTİ

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

X sinifdə fonetik bilik və bacarıqların tədrisi metodikası

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ FƏNN SİLLABUSU

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

V SİNİFDƏ DİL QAYDALARI MƏZMUN XƏTTİNİN REALLAŞDIRILMASI İMKANLARI

3. əyanilik 4. ifadəlilik 5. mənbələrin gostərilməsi 6. fəal təlim ucun şəraitin yaradılması 36. Multimediya nədir? 37.Fənn kurikulumunun təlim

Bakı Tədris proqramı. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Təhsil Problemləri İnstitutu

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

AZЯRBAYCAN DИLИ. METOДИK ВЯSAИTИ (дювлят дили) LAYİHƏ

TƏHSİL MÜƏSSİSƏLƏRİ ÜÇÜN MEBEL KATALOQU

2. Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

Bakı Ali Neft Məktəbinin tələbələrinin HESABATLARIN YAZILMASI QAYDALARI ÜZRƏ TƏLİMAT KİTABÇASI

A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014,

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün Azərbaycan dili dərslik komplekti

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ

2014-cü ilin üçüncü rübünün nəticələri

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün Təsviri incəsənət dərsliyi

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam

1. Didaktika anlayışına verilən şərhlər

CARİ MƏNFƏƏT VERGİSİ ÜZRƏ KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 3 li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTI

Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat. 1. Ümumi müddəalar

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Gözəl anlarını Azercell 4G ilə paylaş! Instagram müsabiqəsinin qaydaları

TÜRÜK Uluslararası Dil, Edebiyat ve Halkbilimi Araştırmaları Dergisi 2014 Yıl:2, Sayı:4 Sayfa: ISSN:

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

Bakalavr. Tədris semestri Payız Kəmalə Əliyeva. Telefon: N

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

Ülkər Bayramova

1. Standardizasyon ve Kalite. Orhan Küçük. Mart 2004 / 1. Baskı / 208 Səh.

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Azərbaycan dili dərsliyi

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

2. Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

İbtidai icma quruluşunun bölündüyü dövrlər. Bilet 1. Azığ mağarasında insanlar necə yaşayırdılar? İbtidai icma quruluşu dövründə cədvəlini doldurun.

Protokolundan Çıxarış aprel 2016-cı il

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri Milli iqtisadiyyat

Milli tədris planı. Giriş

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Mobil cihazların qeydiyyatının aparılması Qaydası

Respublikanın ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün Ədəbiyyat dərsliyi

Transkript:

Respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün Həyat bilgisi dərsliyi Müəlliflər: Gülər Mehdiyeva Bahar Kərimova Bakı: Aspoliqraf, 2013. Dərsliklə bağlı TQDK-ya daxil olan qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış YEKUN RƏY

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 1. Struktur və inteqrasiya baxımından; 2. Standartların dərslikdə əks olunması baxımından; 3. Məzmun, dil və üslub baxımından; 4. Bədii tərtibat və dizayn baxımından; 5. Müəllim üçün metodik vəsait in (MMV-nin) məzmunu baxımından. 1. Struktur və inteqrasiya baxımından Tədris planına görə 4-cü sinifdə Həyat bilgisi fənninin tədrisinə həftədə 2 saat vaxt ayrılıb. Tədris ili 15 sentyabrda başlayıb, 31 mayda başa çatdığına və 32 həftədən ibarət olduğuna görə, il ərzində fənnə ümumilikdə 64 saat vaxt verilir. Deməli, müvafiq dərslik komplektindəki tədris materialları da 64 saata uyğun olmalıdır. Lakin bu dərslikdə cəmi 48 mövzu var. Ona görə də qalan 16 saat dərsin təşkili tamamilə müəllimin öhdəsinə düşür. Müəlliflər həmin saatları aşağıdakı kimi istifadə etməyi tövsiyə edirlər: Diaqnostik qiymətləndirmə 1 saat Ümumiləşdirici dərs 6 saat Kiçik summativ qiymətləndirmə 7 saat Böyük summativ qiymətləndirmə 2 saat Tədris prosesində bəzi çətin qavranılan mövzulara iki saat ayırmaq, ümumiləşdirici dərslər təşkil etmək, mənimsənilən bilik, bacarıq və dəyərlərin qiymətləndirilməsinə əlavə saatlar ayırmaqla bu problemin müəyyən hissəsini həll etmək mümkündür. Ancaq belə məsələlərə 16 saat (ümumi saat miqdarının 25 faizini) ayırmaq pedaqoji, metodiki baxımdan doğru deyil. 4-cü siniflər üçün Həyat bilgisi kurikulumu 15 standart və 37 alt-standartda təsbit olunmuş çoxlu sayda bilik, bacarıq və dəyərləri əhatə edir. Bu mərhələdə şagirdin əldə etdiyi nailiyyətləri sinif, məktəb kollektivi və ya hansısa geniş çərçivəli tədbirlərdə şifahi, yazılı və yaxud maddi formada təqdimetmə bacarığına böyük əhəmiyyət verildiyinə görə alt-standartlardan 11-i (1.1.1, 1.4.1, 1.4.2, 2.1.2, 2.4.2, 3.1.2, 3.3.2, 3.4.1, 4.1.2, 4.2.3, 4.3.1) şagirdin təqdimetmə bacarıqları ilə bağlıdır. Lakin təəssüflə qeyd etmək lazımdır ki, müəlliflərin tövsiyə etdikləri dərs 2

nümunələrində bununla bağlı bəzi nəzəri məlumatlardan başqa heç bir praktiki fəaliyyətə rast gəlinmir. Halbuki çox mühüm praktiki əhəmiyyəti olan bu standartları reallaşdırmaq üçün yuxarıda göstərilən saatlardan 4 saat ayırmaq və hər məzmun xətti üzrə heç olmasa, bir təqdimat dərsi təşkil etmək olardı. Bu təqdimatların daha maraqlı və effektiv hazırlanması və yerinə yetirilməsi üçün şagirdlərə əvvəlcədən nümunələr təqdim etmək, təqdimat-dərsə valideynləri, FHN və DYP nümayəndələrini, tibb işçilərini də dəvət etmək olardı. 2. Standartların dərslikdə əks olunması baxımından Dərslik komplektində 9 alt-standart tamamilə reallaşdırılmamışdır. Belə ki, nə dərslikdə, nə də metodik vəsaitdə bu alt-standartlarla bağlı heç bir məlumat verilməyib. Həmin alt-standartlar aşağıdakılardır: 1.1.3. İşıq, səs və enerji anlayışlarını sadə şəkildə izah edir. Bu alt-standartda formalaşdırılması nəzərdə tutulan bacarıqlar gələcəkdə tədris olunacaq fizika fənni üzrə bəzi təməl anlayışların aşılanması ilə yanaşı, həm də şagirdin gündəlik həyatda qarşılaşdığı fərqli suallara cavab tapmasında mühüm əhəmiyyət kəsb edir. Bu alt-standartın reallaşdırılması ilə şagird işıq, səs və enerji anlayışları, onların təbiəti və həyati əhəmiyyətləri barədə ilkin bilgilər əldə edir. Məsələn, hər gün rastlaşdığı rənglərin işıqla bağlı olmasını, rənglərin bəzilərinin yaxşı, bəzilərinin pis əks olunmasını, səsin yaranması və yayılmasını, insanın yaşaması və fəaliyyət göstərməsi üçün lazım olan fərqli enerji mənbələrini öyrənir. 1.2.1. Azərbaycanın sadə coğrafi təsvirini verir. Bu alt-standartın reallaşdırılması nəticəsində şagird xəritədən və qlobusdan istifadə etmədən öz həmsöhbətinə Azərbaycanın dünyadakı yerini Xəzər dənizinin qərb sahilində yerləşməsi, şimaldan Böyük Qafqaz dağları, cənubdan Kiçik Qafqaz və Talış dağları ilə əhatə olunması, Kür çayının onun ərazisini qərbdən şərqə doğru iki hissəyə ayırması, paytaxtının Abşeron yarımasında yerləşməsi, qonşu ölkələr və s. barədə sadə məlumatlar çatdıra bilir. 1.2.3. Coğrafi obyektləri xəritədə göstərir. İlk baxışda çox adi görünən bu alt-standartın reallaşdırılması nəticəsində şagird fiziki xəritənin Yer səthinin və ya onun bir hissəsinin şərti işarələrin köməyi ilə kiçildilmiş təsviri olduğunu anlayır. Belə təsvirlərdə (fiziki xəritələrdə) dağlıq ərazilərin qəhvəyi, yüksəkliklərin sarı, düzənliklərin yaşıl, dəniz, göl və çayların göy, 3

buzlaqların ağ rəngdə göstərildiyini, siyasi xəritələrdə isə fərqli rənglərdən ayrı-ayrı dövlətlərin ərazilərini göstərmək istifadə edildiyini və s. öyrənir. 1.3.1. Canlı və cansız təbiət arasındakı əlaqələri sadə şəkildə izah edir. Bu alt-standartın reallaşdırılması nəticəsində şagird həm cansız təbiətlə (Günəş, su, hava, torpaq) canlı təbiət (bitki, göbələk, heyvan və insan) arasındakı, həm də bunların öz aralarındakı həyati əlaqələri öyrənib mənimsəyir. Müəlliflər bu altstandartı yay fəslinin canlı və cansız təbiətə təsirini izah etməklə reallaşdırmağa çalışmışlar. 1.3.2. İnsanın əsas orqanlarının funksiyalarını sadə şəkildə izah edir. Şagird bu alt-standartın reallaşdırılması nəticəsində qan-damar və sinir sistemləri, tənəffüs və həzm orqanları, onların fəaliyyəti barədə sadə bilgilər əldə edir, gündəlik həyatında-sağlamlığının möhkəmləndirilməsi və şəxsi təhlükəsizliyinin mühafizəsində bu bilgilərdən yararlanır. Məsələn, Sağlamlıq və təhlükəsizlik məzmun xətti üzrə bilik və bacarıqların mənimsənilməsində fəndaxili inteqrasiyaya uyğun olaraq bu məlumatlardan istifadə edir. 3.2.1. Nağıl, film və tamaşa qəhrəmanlarının nümunəsində mənəvi keyfiyyətləri izah edir. Bu alt-standart çərçivəsində şagirdlər hansısa filmə (Məsələn, Qaraca qız a) və ya uşaq tamaşasına (Məsələn, Göyçək Fatma ya) baxmalı, yaxud da bir nağıl (Məsələn, Xeyir və Şər i) oxuyub oradakı qəhrəmanların sahib olduqları mənəvi dəyərlər barədə öz fikirlərini ifadə etməlidirlər. 3.3.1. İslam dininin böyük şəxsiyyətlərini tanıyır. İslam dininin böyük şəxsiyyətləri dedikdə, mütəxəssislər ilk növbədə bu dinin yayılması və bir dünya dini olmasında böyük xidmətlər göstərmiş dörd böyük xəlifəni Əbu Bəkr, Ömər, Osman və Əlini, eləcə də İmam Hüseyni nəzərdə tuturlar. Dərslikdə bu şəxsiyyətlərdən ikisinin Əbu Bəkr və Əlinin adı yalnız epizodik olaraq çəkilir. Haqlarında isə heç bir məlumat verilmir. 4.1.1. Əsəbi halların və digər emosional gərginliklərin insan sağlamlığına mənfi təsirini izah edir. Şagird bu alt-standart çərçivəsində əsəbi hallar və emosional gərginliklər barədə ilkin biliklərə yiyələnir, onların insan sağlamlığına mənfi təsirinin qarşısını almaq üçün idarə olunmasının əhəmiyyətini anlayır. Öz emosiyalarını düzgün idarə edə bildiyi halda bunun tibbi və sosial faydasını görəcəyini dərk edir. 4

4.3.3. Yerli şəraitə uyğun süni yaradılmış ekstremal vəziyyətlərdə mühafizə və tibbi yardım bacarıqları nümayiş etdirir. Bu alt-standart çərçivəsində şagird yerli şəraitə uyğun süni yaradılmış ekstremal vəziyyətlərdə həm özünü, həm yoldaşlarını mühafizə etmə, onlara ilk tibbi yardım göstərmə bacarıqlarını praktiki şəkildə nümayiş etdirməlidir. Məsələn, zədələnmiş yoldaşını hadisə yerindən uzaqlaşdırmaq, ona respirator taxmaq, süni nəfəs vermək, yarasını sarımaq və s. Buradan açıq-aydın görünür ki, nəzərdə tutulan süni yaradılmış ekstremal vəziyyət sinifdən kənarda yaradıla bilər. Bu dərsə məktəbin mülki-müdafiə üzrə səlahiyyətli şəxsini və həkimini də dəvət etmək olardı. Bundan başqa, müəlliflər bir sıra alt-standartlarda nəzərdə tutulmuş bilik, bacarıq və dəyərlərin bir hissəsini özləri istədikləri kimi ixtisar etmişlər ki, bu da nəticədə həmin alt-standartların tam şəkildə formalaşmasına imkan vermir. Məsələn, 1.2.2 alt-standartı şagirdin Yerin təbii zonalarını sadə şəkildə təsvir etməsini nəzərdə tutur. Dərsliyin 74-75-ci səhifələrində verilmiş İqlim və canlılar aləmi sərlövhəli mövzuda tundra, çəmənliklər və cəngəlliklər kimi, təbii zonalar haqqında isə ümumiyyətlə məlumat yoxdur. Müəlliflərin, haqqında danışdıqları zonaların bəzilərinin yalnız heyvanlar aləmi, bəzilərinin isə yalnız bitkilər aləmi ilə bağlı məlumatlar vermələri də təəssüf doğurur. Belə təsəvvür yaranır ki, təbii zonalar dedikdə, bəzi heyvanların və ya bitkilərin yayılma arealı nəzərdə tutulur. Halbuki bu məsələdə iqlimi, bitkilər və heyvanlar aləmini bir-birindən ayırmaq qeyrimümkündür. Burada bəzi anlayışlar da qarışdırılıb. Məsələn, Şimal və Cənub qütblərində əbədi qış hökm sürür. Bu ərazilər arktik səhralar adlanır (səh.74) fikri tamamilə səhvdir. Birincisi, Qütblərdə yay fəsli də olur. Qış fəslindən (uzun sürən Qütb gecələri) fərqli olaraq Qütb yayı günəşli günlərlə fərqlənir. İkincisi də həmin ərazilər bütünlüklə arktik səhra deyil. Çünki qütblər daimi buzlaqlardan və artik səhralardan ibarətdir 1. 3. Məzmun, dil və üslub baxımından Bəzi mövzuların dərsliyə daxil edilməsinin məntiqi anlaşılmır. Məsələn, səhifə 64-65-də Kompyuter və insanlar mövzusunun hansı zərurətdən dərsliyə daxil edilməsi başa düşülmür. Burada aşılanan bilik və bacarıqların Həyat bilgisi kurikulumu ilə heç bir əlaqəsi yoxdur. Belə ki, bunlar hamısı İnformatika fənninin 1 http://ru.wikipedia.org/wiki/%d0%90%d1%80%d0%ba%d1%82%d0%b8%d1%87%d0%b5%d1%81%d0%ba %D0%B0%D1%8F_%D0%BF%D1%83%D1%81%D1%82%D1%8B%D0%BD%D1%8F 5

predmetidir. Həmin fənnin kurikulumuna görə, burada nəzərdə tutulan bilik, bacarıq və vərdişlər 1-ci sinifdən başlayaraq 4-cü sinfə qədər artıq aşılanıb. İnformatika kurikulumunda kompüterin həyatımızdakı rolu, ondan istifadə qaydaları və təhlükəsizliklə bağlı hətta ayrıca alt-standartlar da var. İnsanların səhv və dərindən düşünülməmiş fəaliyyəti nəticəsində ekologiyaya, ümumiyyətlə, təbiətə vurulmuş zərbələrə nümunə olaraq səhifə 90-91-də Aral gölünün harayı mövzusu seçilmişdir. Sovet hakimiyyəti illərində neft bataqlıqlarına çevrilmiş Abşeron torpaqlarının mövzu kimi seçilməsi daha məqsədəmüvafiq olardı. Niyə şagirdlərə ekoloji problemləri və onun həlli üçün Azərbaycan dövlətinin hər il həyata keçirdiyi böyük layihələrin mahiyyəti öyrədilmir? Bu, həm də kurikulumda təsbit olunmuş konkret alt-standartın ( Təbiətimizin qorunmasında Azərbaycan dövlətinin rolunu izah edir ) daha yaxşı formalaşdırılmasına yardım etməzdimi? Yox, əgər müəlliflər bu problemi mütləq şəkildə hansısa gölün quruması nümunəsində izah etmək istəyirdilərsə, yenə də sahəsinin 60 faizdən artığı qurumuş, yalnız Cənubi Azərbaycan ərazisini deyil, bütün bölgəni duz dumanları ilə təhdid edən Urmiya faciəsi var. Hazırda bu problem Aral problemindən də aktualdır. Belə olmasaydı, BMT Urmiya gölünün qurumasının qarşısını almaq məqsədi ilə 135 milyon dollar maliyyə yardımı ayırmazdı! Digər bir tərəfdən, bu mövzudan istifadə etməklə Cənubi Azərbaycanda yaşayan soydaşlarımız, onların yurdları, həyat şəraitləri haqqında vacib məlumatlar da vermək olardı. 4.1.1 alt-standartını (Əsəbi halların və digər emosional gərginliklərin insan sağlamlığına mənfi təsirini izah edir) Yoluxucu xəstəliklər (MMV-də səh. 54-55) mövzusunun əvvəlinə əlavə ediblər. Əsəbi hal, emosional gərginlik hara, yoluxucu xəstəliklər hara? Dərslikdə bəzi rəsmi təşkilat adları düzgün verilməmişdir. Bir sıra anlayışların mənası təhrif olunmuş və ya ümumiyyətlə dəyişdirilmişdir. Dərslikdə həmçinin bir sıra elmi-metodiki və üslubi səhvlərə yol verilmişdir. Məsələn: Səhifə 9-da dərinin funksiyalarını qeyd edərkən müəlliflər yazıblar: Günəşlənmək, qaralmaq dərinin sağlamlığına yaxşı təsir edir. Bədənimizdə günəş şüalarının təsiri ilə D vitamini yaranır. Lakin qeyd etmək lazım idi ki, günün ancaq səhər saatlarında (saat 7-10) qəbul edilən günəş şüaları dəri üçün xeyirli olub, D vitamininin yaranmasına səbəb olur. Səhifə 43-də müəlliflər Məhəmməd Peyğəmbərin həyatından bəhs edərkən çoxlu sayda mötəbər mənbələrə yox, Hind yazıçısı Bilkiz Ələddinin çox aşağı 6

səviyyədə və savadsızcasına yazdığı, dilimizə də aşağı səviyyədə tərcümə edilmiş Məhəmməd Peyğəmbərin hekayəti adlı kitabına ( Gənclik, 1991) əsaslanıblar. Elə ilk cümləsində Səudiyyə Ərəbistanını kiçik yarımada (?!) adlandıran müəllifin bu əsəri vaxtilə Azərbaycanda həm sıravi oxucular, həm də ilahiyyatçılar tərəfindən ciddi şəkildə tənqid olunmuşdu 2. Müəlliflər unudublar ki, Ümumtəhsil məktəblərində dərslik siyasəti sənədinin 3.1-ci maddəsi dərsliklərdə yoxlanması mümkün olan və səlahiyyətli mənbələrdən götürülmüş məlumatların əksini tapması tələbini qoyur. Səhifə 59-da oynaq sözü verilib, lakin sözün izahı verilməmişdir. Səhifə 69-da Svetofor yox, işıqfor olmalıdır. Bu söz MMV-də də svetofor kimi verilib. Səhifə 83-də Meşələrində 435 növ ağac və kol bitir. Əslində 450 növ ağac və kol olmalıdır 3. Dərslikdəki az sayda sualların böyük əksəriyyəti bərpaedici və bir çox hallarda da şagirdin cavabını hələ əvvəlki siniflərdə dəfələrlə verdiyi suallardır ( Nə üçün insanlar təhsil almalıdırlar?, Kitabxana nədir?, Büdcə nədir?, İstehsal nədir?, İstehlak nədir?, Sığorta nə deməkdir?, Kompyuter insanlara nə üçün lazımdır? və s.). Şagirdi müstəqil tədqiqata yönəldən, onun tənqidi təfəkkürünü inkişaf etdirən suallar isə yox dərəcəsindədir. Halbuki müasir dərsliyi fərqləndirən başlıca xüsusiyyətlərdən biri də məhz budur. 4. Bədii tərtibat və dizayn baxımından Səhifə 23-də sonuncu şəkildə şagirdlərin geyimi düzgün təsvir olunmayıb. Məktəbli şagirdlərin hərəsi bir geyimdə təsvir olunub. Səhifə 34-də Qarşılıqlı anlaşma mövzusunda Maymağın biri maymaq! ifadəsini dərsliyə gətirmək pedaqoji baxımdan məqsədəuyğun deyil. Səhifə 58-də II abzasda eşələmək sözü verilib. Bu, dərslik üçün pedaqoji baxımdan düzgün ifadə deyil. Səhifə 61-də şəkillərdə uşaqlar təsvir olunsaydı daha yaxşı olardı. 2 http://www.azadliq.org/content/article/2120929.html 3 http://www.eco.gov.az/m-meshe.php 7

5. Müəllim üçün metodik vəsait in (MMV) (2011) məzmunu baxımından Müəllim üçün metodik vəsait in yaradılmasında başlıca məqsəd komplektə daxil olan dərslikdə müəlliflərin nəzərdə tutduğu fikir və ideyaları müəllimlərə daha aydın şəkildə çatdırmaq, kurikulumda təsbit edilmiş bilik, bacarıq və dəyərlərin formalaşdırılması üçün onlara nümunəvi, həm də orijinal dərslər təqdim etməkdir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, bu nümunə lərin içərisində orijinallığı ilə seçilən və yadda qalan bircə dərsə belə rast gəlmək mümkün deyil. Bütün dərslər istisnasız olaraq, ancaq hər bir müəllimin bildiyi, dərsin necə təşkil olunması ilə bağlı yeknəsəq tövsiyələrdən və söz yığınlarından ibarətdir. Hətta burada müəllimlər üçün mövzularla bağlı əlavə məlumatlara belə yer verilməyib. MMV-də mündəricat yoxdur. Müəllimlərə dərs nümunələri bəzən lazımi formada təqdim olunmur. Məsələn, 4-cü mövzu ( Müəllim günü ) ilə bağlı dərs nümunəsi guya 3.2.1 alt-standartının ( Nağıl, film və tamaşa qəhrəmanlarının nümunəsində mənəvi keyfiyyətləri izah edir ) reallaşdırılması üçün nəzərdə tutulub. Halbuki nə mövzunun, nə də tövsiyələrin bu məsələyə heç bir aidiyyəti yoxdur. Belə ki, alt-standartda söhbət müəllimin mənəvi keyfiyyətlərinin izahından yox, nağıl, film və tamaşa qəhrəmanlarının mənəvi keyfiyyətlərinin izahından gedir. Müəlliflər isə dərs üçün belə tədqiqat sualı təklif edirlər: Müəllim kimdir və onun bizim həyatımızda rolu nədir?. Sual olunur: Şagirdlər bu sual ətrafında tədqiqat və müzakirələr apardıqdan sonra alt-standartda nəzərdə tutulan hansı bilik və bacarığı mənimsəyəcəklər? Bəzən alt-standartla dərs nümunəsi arasında uyğunsuzluqlar aydın şəkildə gözə çarpır. Buna nümunə olaraq Kitabxana mövzusunun təqdimatını göstərmək olar. Müəlliflər 3.2.2 alt-standartının reallaşdırmaq üçün məqsəd olaraq kitabxananın mahiyyətini izah etmək, kitabxanada olan qaydaları sadalamaq və kitabxanada qəbul olunmuş qaydaları nümayiş etdirməyi əsas götürüblər. Amma nə dərslikdəki mətnin (D. 16-17), nə də bu məqsədlərin heç birinin təsbit olunmuş bilik və bacarıqların ( Yiyələnmiş olduğu mənəvi keyfiyyətləri müzakirə və diskussiyalarda nümayiş etdirir ) formalaşdırılması ilə heç bir əlaqəsi yoxdur. 8