ABB-də 1,400-ə yaxın insan çalışır. İngiltərənin

Benzer belgeler
ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

UniMiles 3 illik 100 AZN və ekvivalenti

Marketinq. Mehdiyev Əkbər

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

Azər-Türk Bank ASC üzrə

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat. 1. Ümumi müddəalar

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

DebitMC/ Visa Electron. Visa İnternet

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

Unibank Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətində fiziki şəxslərə göstərilən Plastik kart xidməti üzrə tariflər (Yeni redaksiyada)

Unibank Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətində fiziki şəxslərə göstərilən Plastik kart xidməti üzrə tariflər (Yeni redaksiyada)

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Debit MC/ Visa Electron Əmək haqqı kartı. Lokal əmək haqqı kartı

Visa Gold / MC Gold 1 illik 40 AZN/USD/EUR/(GBP*) 2 illik 60 AZN/USD/EUR/(GBP*) 3 illik 80 AZN/USD/EUR/(GBP*) 4 illik 100 AZN/USD/EUR/(GBP*)

9. PLASTİK KARTLAR Plastik kartların əldə olunması üzrə şərtlər. MC Debit/Visa Electron MC Standard/Visa Classic.

BALANS HESABATI A-AKTİVLƏR

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

2014-cü ilin üçüncü rübünün nəticələri

İllik maliyyə hesabatlarının tərtib olunması üzrə kommersiya təşkilatları üçün nümunəvi formalar. Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı)

AZERCELL TELEKOM MMC. 31 dekabr 2017-ci il tarixinə bitən il üzrə Konsolidə edilmiş maliyyə hesabatları

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

Expressbank Açıq Səhmdar Cəmiyyətinin 2016-ci il üzrə YARIMİLLİK HESABATI

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

Finansist Təqdimat. Ramil Bağırov EY: Şirkətin ən dəyərli sərvəti onun əməkdaşlarıdır

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar


BÖYÜK BRİTANİYANIN VERGİ SİSTEMİ

IZAHATII STATISTİKA. olmaqla, 60. qanun, 91. prezident sərəncamı,167. Demək olar. ki, ilin hər. edilən. izah ediləcək.

ADA Universitetində təhsil alan tələbələrin təhsil. haqqının maliyyələşdirilməsi üçün Təhsil krediti

İqtisadiyyat nazirinin 2017-ci il 15 mart tarixli F-44 nömrəli əmri ilə təsdiq edilmişdir

AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ. AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKIN İDARƏ HEYƏTİNİN QƏRARI Qəbul edildiyi

Vergi Məcəlləsinə ci il tarixinə edilmiş son dəyişikliklərin müzakirəsi

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

Azərbaycana gələn xarici vətəndaşlar üçün Vergi Təlimatı 2014

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ

YAPI KREDİ BANK AZƏRBAYCAN QSC-də. İstehlakçıların müraciətlərinə baxılmasına dair Qaydalar

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

Yaponiyanın Azərbaycan Respublikasına göstərdiyi Rəsmi İnkişaf Yardımı (RİY)

«E-BANK» SİSTEMİNİN İSTİFADƏ ŞƏRTLƏRİ VƏ QAYDALARI

İNTERNET BANKÇILIQ SİSTEMİ ÜZRƏ İSTİFADƏÇİ TƏLİMATI

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

YERLİ BANKLARIN ŞÖBƏLƏRİNİN VƏ YERLİ NÜMAYƏNDƏLİKLƏRİNİN AÇILMASI ÜÇÜN İCAZƏ ALINMASI VƏ İCAZƏNİN LƏĞV EDİLMƏSİ QAYDALARI

Kredit bürosu borcalanlar üçün əla imkanlar

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair PROQRAM

Biz eyni dalğadayıq TİRAJLI STİMULLAŞDIRICI LOTEREYADA İŞTİRAK ŞƏRTLƏRİ

Açıq bazar əməliyyatları. Banklardan kənar nağd pul. Baza inflyasiya. Çərçivə alətləri. Deflyasiya. Dezinflyasiya. Dollarlaşma

Pərakəndə Bankçılıq üzrə Standart Şərtlər

AZƏRBAYCAN RESPUBLİKASI MÜVƏKKİL BANKLARININ AÇIQ VALYUTA MÖVQEYİ LİMİTLƏRİNİN MÜƏYYƏN EDİLMƏSİ VƏ TƏNZİMLƏNMƏSİ Q A Y D A L A R I

POS-terminal vasitəsilə ödənişlərin qəbul edilməsi ("retail əməliyyatı ) QAYDALARI. 1. Ümumi qaydalar

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

Zeynalova Sevinc III kurs

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycanda sosial müdafiə və sosial inteqrasiya

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

KARTLARLA ƏMƏLİYYAT ÜZRƏ TARİFLƏR:

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında. Metodoloji Rəhbərlik

2006-cı ilin yekunları üzrə pul siyasətinin yerinə yetirilməsi vəziyyəti haqqında

Klirinq fəaliyyətinin həyata keçirilməsi Qaydalarından çıxarış. 1. Ümumi müddəalar

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri Milli iqtisadiyyat

Nümunəvi. A müəssisəsinin taxıl məhsullarının emalı yönümlü. B i z n e s -p l a n ı. Xaçmaz rayonu 2002

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

QEYRİ-QANUNİ YOLLA ƏLDƏ EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN VƏ YA DİGƏR ƏMLAKIN BANKLAR VASİTƏSİLƏ LEQALLAŞDIRILMASININ QARŞISININ ALINMASINA DAIR

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

2016-CI İLDƏ ƏSAS MƏQSƏD VƏ FUNKSİYALARIN HƏYATA KEÇİRİLMƏSİ BARƏDƏ

MƏNZIL HAQQINI VƏ MƏNZİL-KOMMUNAL XİDMƏTLƏRDƏN İSTİFADƏ HAQQINI ÖDƏYİRİK

xazarinshaat.az Ünvan: Nizami Rayonu, Özbəkistan küçəsi 23/34

BANK O F BAKU AÇ IQ SƏHMDAR CƏ MİYYƏ Tİ İ darəetmə hes abatı

2016-cı ildə Rioda keçiriləcək Olimpiya oyunlarının ən yaxşı anlarından zövq alın! TİRAJLI STİMULLAŞDIRICI LOTEREYA QAYDALARI VƏ ŞƏRTLƏRİ

Rabitəbank ASC-də maliyyə xidmətləri istehlakçılarının şikayət xarakterli müraciətlərinə baxılması və cavablandırılmasına dair.

Bu xidmətə qoşularaq, Siz 24 saat ərzində İnternet vasitəsilə kart hesabını yoxlamaq,

AZƏRBAYCANIN İQTİSADİ SİYASƏTİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

Transkript:

14 YANVAR 2014

Təqdimat Finansist "Azərbaycan Beynəlxalq Bankı"ASC 1992-ci ilin yanvarın 10-dan fəaliyyətə başlayıb. Azərbaycan Beynəlxalq Bankı, Azərbaycan Respublikasında dövlət nəzarətində olan və bank fəaliyyəti göstərən bir qurumdur. Bankın mənzil qərargahı Bakı şəhərində yerləşir.azərbaycan Beynəlxalq Bankının 35 filialı və 41 şöbəsi var. Cənubi Qafqaz regionunda olan banklar arasında, ABB ən çox aktivə, müştəri bazasına və beynəlxalq əməliyyatlar portfelinə malik bir qurumdur. ABB-nin hüquqi şəxs kimi 14 minə yaxın və fiziki şəxs kimi 1 milyona yaxın müştərisi mövcuddur. Demək olar ki, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən əksər böyük və orta ölçülü müəssisələr ABB-nin müştərisidir. Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Baş Direktoru cənab Elmir Həbibullayev ilə müsahibə ABB-də 1,400-ə yaxın insan çalışır. İngiltərənin The Banker jurnalının reytinqinə əsasən, Azərbaycan Beynəlxalq Bankı dünyanın ən iri və dayanıqlı 1000 bankından biridir. Azərbaycan Beynəlxalq Bankı Azərbaycanda və azərbaycanlıların yaşadığı digər ölkələrdə fərd və qurumlar üçün geniş çeşidli, yüksək keyfiyyətə malik bank xidmətlərindən səmərəli şəkildə istifadə etmək imkanı yaradan universal və yeni texnologiyalar tətbiq edən bankdır. Daha ətraflı məlumat əldə etməyiniz üçün diqqətinizə "Azərbaycan Beynəlxalq Bankı"ASC-nin Baş Direktoru cənab Elmir Həbibullayevin jurnalımıza verdiyi müsahibəni təqdim edirik. FİNANSİST: İlk sualım Azərbaycan Beynəlxalq Bankının maliyyə göstəriciləri ilə bağlıdır. Son 1 ildə bankın maliyyə göstəricilərini qənaətbəxş saymaq olarmı? E.H. Azərbaycan Beynəlxalq Bankı artıq bir neçə ildir ki, aktivlərini artırır. Bu gün aktivlərlə və mənfəətlə bağlı göstəricilərin daimi artımı nəzərə çarpandır. Azərbaycan Beynəlxalq Bankının aktivləri son bir ildə 22 % artaraq 2014-ci il yanvarın 1-nə 7,172 mlrd. manat həcmində ölçülür. Aktivlərin artması ilə yanaşı kapitallaşdırılma bank üçün aktual məsələdir və son bir neçə ildə dinamik artım müşahidə olunur. Bankın məcmu kapitalı il ərzində 18 milyon 374 min manat artaraq 904 mln. manat təşkil edib. ABB nizamnamə kapitalını 44 % artıraraq 475,037 mln. manata çatdırıb. Hesabat dövründə ABB-nın kredit portfeli 31% artaraq 5 milyard manat təşkil edib. Halhazırda fiziki şəxslərə verilmiş kreditlərin həcmi isə 555,3 mln. manat təşkil edir. Azərbaycan Beynəlxalq Bankının depozit portfeli 2014-cü ilin əvvəlinə 2,933 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 266 mln. manat çoxdur. ABB 2013-cü ili 51 milyon manat xalis mənfəətlə başa vurub. 2013-cü ildə Bankın gəlirləri 474,174 mln. manat, xərcləri isə 408,379 YANVAR 2014 15

Finansist Təqdimat mln. manat təşkil edib.bankın aktivlərinin gəlirlik əmsalı (ROA) 0,78%, kapitalın gəlirlik əmsalı (ROE) isə 8,02% təşkil edib. FİNANSİST: Azərbaycan Beynəlxalq Bankının depozit portfelinin həcmi Sizi qane edirmi? Əhali bankda əmanətlərini hansı valyutada saxlamağa üstünlük verir? E.H. Məlum olduğu kimi, Azərbaycanda əmanət portfeli getdikcə artır. Məlumat üçün deyim ki, ölkədə ümumi əmanət portfeli təxminən 8 milyard manat təşkil edir. Fiziki şəxslərin əmanətləri təxminən 6 milyard manat civarındadır. Ölkədə olan əmanət portfelinin 2 milyard manata yaxını məhz Azərbaycan Beynəlxalq Bankında (ABB) cəmləşib və bu göstərici hər il getdikcə artır. Məlumat üçün qeyd edim ki, bir neçə il əvvəl bankımızda əmanət portfeli 1 milyard manata yaxın idisə, indi bu göstərici 2 milyarda yaxınlaşır. Aydın məsələdir ki, bu da Azərbaycan Beynəlxalq Bankını qane edir. Ümumiyyətlə, bu göstəricilərin artması nə ilə bağlıdır? Bu ABB-də əhalinin hər təbəqəsi üçün həm yeni depozit məhsullarının təklif olunması, həm də əhalinin ABB-yə olan inamının getdikcə artması ilə bağlıdır. Ümumiyyətlə, ölkədə banklara qoyulan əmanətlərin həcmi artır. Yəni digər banklarda da əmanətlərin həcmi artır. ABB-da isə bu artım, inkişaf daha sürətlə gedir. Bu isə əhalinin imkanlarının, banklara olan etibarının artmasının real göstəricisidir. Əmanətlərin valyuta strukturuna nəzər salsaq görərik ki, əgər bir neçə il bundan qabaq əmanətlərin əksər hissəsi xarici valyutada qoyulurdusa, artıq bu tendensiya dəyişib. Yəni indi ABB-də olan əmanətlərin əksər hissəsi artıq manatla yerləşdirilir. Bu da ölkədə yerli valyutaya inamın artmasının, eyni zamanda milli valyutanın dayanıqlılığının və, sabitliyinin bariz nümunəsidir. FİNANSİST: İndi Azərbaycan Beynəlxalq Bankı hansı xidmətləri təklif edir və yaxın gələcəkdə yeni xidmətlərin tətbiqi planlaşdırılırmı? E.H. Əvvəla, Sizə ümumi məlumat verim ki, ABB bank xidmətləri bazarına geniş çeşiddə bank məhsulları təklif edir. Bunların arasında son dövrlərdə daha çox inkişaf edən bank məhsulları birbaşa elektron xidmətlərlə bağlıdır. Hal-hazırda elektron bank məhsulları - Mobil- Bank, İnternetBank və s. əhali tərəfindən daha çox istifadə edilməkdədir. Son zamanlarda ABB bazarda olmayan, xüsusi yeni bank məhsulları təqdim etməyə başlayıb. Bu DSMF ilə ABBnin birgə layihəsidir. Bu layihə çərçivəsində hər bir pensiyaçıya avtomatik olaraq kredit xətti açılacaq. Bu layihənin əsas üstünlükləri ondan ibarətdir ki, bazarda bu məhsulun analoqu yoxdur. Bu nə ilə bağlıdır? Birincisi, ABB-nin pensiyaçılara təklif etdiyi kredit xətti faizsizdir. Soruşa bilərsiniz: ABB nəyə görə bunu faizsiz edir? Bəs qazancı hardadır? Burada ABB-nin qazanc mənbəyi satış nöqtələriticarət obyektləridir. Çünki bu krediti nağdlaşdırmaq mümkün deyil.layihənin üstünlüyü odur ki, pensiyaçılarda olan kartlara avtomatik kredit xətti açılır. Yəni bunun üçün kredit kart almağa ehtiyac yoxdur, sadəcə banka yaxınlaşıb, bir səhifəlik müqavilə bağlamaq kifayətdir. Hər bir pensiyaçının mövcud kartına kredit xətti açıla bilər. Həmin şəxs vəsaiti bankomatdan nağdlaşdırmamaq şərtilə həmin kredit xəttini Azərbaycan BeynəlxalqBankının tərəfdaşı olan şirkətlərdə- supermarket, aptek və digər ticarət obyektlərində həmin vəsait hesabına istədiyi məhsulu ala bilər. Bilirsiniz ki, cənab Prezident İlham Əliyevin nağdsız hesablaşmaların stimullaşdırılması ilə bağlı fərmanı və tapşırıqları var. İlk olaraq,siz təsəvvür edin ki, Azərbaycanda nə qədər pensiyaçı var. Bu pensiyaçıların bu layihəyə qoşulması ölkədə olan külli miqdarda vəsaitin nağd şəkildə deyil, nağdsız şəkildə dövriyyəyə çıxarılmasına gətirib çıxara bilər. Mən sizə Azərbaycan Beynəlxalq Bankının timsalında təqribi rəqəmi demək 16 YANVAR 2014

Təqdimat Finansist istəyirəm. Məsələn: ABB tərəfindən pensiyaçılara ödənilən aylıq ödəniş haradasa 120-140 milyon manat civarındadır. Bu gün nə baş verir? Bu gün həmin vəsait pensiyaçıların pensiya kartlarına köçürülür və həmin şəxslər gedib 3 gün ərzində bankomatlardan o vəsaitləri çıxarırlar. Siz təsəvvür edin ki, bu layihənin tətbiqi bankomatların qarşısındakı növbələrin sayının azalmasına gətirib çıxara bilər. Çünki pensiyaçılar artıq kartlarından pul çıxarmağa məcbur olmayacaq, kartdan istifadə edərək hər hansı məhsulu ticarət obyektlərindən ala biləcək. Eyni zamanda, pensiya pulu karta oturmadan da pensiyaçı gedib o vəsaiti istifadə edə bilər. Yaranmış borc növbəti ay pensiyaçının kartına mədaxil olunacaq pensiya vəsaiti hesabına ödəniləcək. Yalnız bundan sonra kredit limiti yenidən avtomatik olaraq aktivləşəcək. Azərbaycan Beynəlxalq Bankında xidmət olunan bütün pensiya kartları (yalnız Dövlət Sosial Müdafiə Fonduna məxsus olan kartlar) layihəyədə iştirak edə bilər. Bütün bunlar bu layihənin üstünlükləridir. Eyni zamanda, bayaq qeyd etdiyim kimi, bu gün bazarda olan istehlak kreditlərinin faizi kifayət qədər yüksəkdir. ABBnin bazara çıxardacağı bu məhsul, ümumiyyətlə, faizsizdir. Kredit limiti yalnız nağdsız alış-veriş zamanı istifadə oluna bilər və bu xidmətə görə pensiyaçılardan hər hansı xidmət haqqı tutulmayacaq. Pensiya+ xidməti çərçivəsində ABByə məxsus bütün pensiya kartlarının sahibləri üçün minimum 100 manat məbləğində hər ay yenilənən faizsiz kredit limitindən istifadə imkanı yaradılır. Bu məbləğ pensiyaçının müraciəti əsasında artırıla bilər. Pensiyaçı öz pensiya vəsaitini tam xərclədikdən sonra və ya şəxsin hesabına vəsait oturmadan, ona təyin olunmuş kreditdən yararlana biləcək. Sonra pen- YANVAR 2014 17

Finansist Təqdimat siya karta köçürüldükdə həmin məbləğ kredit xəttini bağlayır.ilk mərhələdə layihənin icrasına Bakının Nəsimi və Səbail rayonlarında başlanacaq, daha sonra xidmət Bakının digər rayonlarında və Sumqayıtda göstəriləcək. Tədricən layihənin əhatəsi genişləndiriləcək və ABB tərəfindən xidmət olunan bütün pensiyaçıları əhatə edəcək. Eyni zamanda, layihədə iştirak edən ticarət və xidmət şəbəkələrinin sayı və dairəsi genişləndiriləcək. Bir sözlə, bu həcmi və partyorları baxımından çox iri layihədir. Eyni zamanda, bu pensiyaçılar üçün imtiyazlı bir layihədir. Çünki heç bir faiz ödəmədən bu gün Azərbaycanda heç bir yerdə kredit verilmir. Bu məhsullar bazarda əməliyyatların strukturunu dəyişə bilən məhsullardır. ABB-nin təklif etdiyi məhsullardan biri də Pensiya əmanəti dir. Pensiya əmanəti nin digər əmanətlərdən fərqi nədədir? Məsələn, bazarı təhlil etsək görərik ki, bu gün ölkədə təklif olunan əmanət məhsulları 1 illik, 3 illik, 5 illik depozitlərdir. Azərbaycanda yeganə olaraq ABB 10 illik depozit təklif edir. Yəni bazarda cəmi 1-2 bank uzunmüddətli depozit məhsulları təklif edir. ABB-nin yeni yaratdığı Pensiya əmanəti müəyyən mənada pensiya yığımına bənzəyir. İnsan 18 yaşı çatdıqdan sonra bankda xüsusi pensiya əmanəti açır və ora vəsaiti toplamağa başlayır. Əgər vəsait 15 il müddətinə yığılıbsa, gələcək potensial pensiyaçının hər qoyduğu 1 manata görə, ABB onun yığım hesabına əlavə 1 manat pul qoyur. Yəni şərti olaraq deyək, hər hansı bir şəxs ayda 100 manat həmin hesaba vəsait yığsa, bu gəlib cəmdə 18 min manat pul eləsə, ABB 15 il bitdikdən sonra 18 min manatın üzərinə əlavə olaraq 18 min manat ödəyərək həmin əmanətçiyə, potensial pensiyaçıya, ümumilikdə 36 min manat pul verir. Siz soruşa bilərsiniz ki, bu nəyin hesabınadır? Bu həmin vəsaitlərin bankda qaldığı müddətdə onların düzgün idarə olunmasından əldə olunan gəlir hesabına mümkün olur. Yəni indi artıq Azərbaycanda sabit şərait yaranıb.. Bir neçə il əvvəllə müqayisə edəndə, insanlar yetərincə sabit əmək haqqı alırlar və ABB gələcəkdə problemlərini həll etmək üçün insanlara əmək haqlarının bir hissəsini yığmaq imkanı yaradır. Artıq müştəri bilir ki, ayda 100 manat ödəməklə 15 ildən sonra onun bankda 36 min manat pulu olacaq. Qeyd edim ki, Pensiya əmanəti üçün hər ay ödənilən məbləğ 10 manat da, 100 manat da ola bilər. Yəni bu insanların imkanından, yığmaq istədiyi vəsaitdən asılı olacaq. Eyni zamanda ABB əmanətin götürülməsinin də bir neçə formasını təklif edir. Müştəri var ki, o, 15 il bitdikdən sonra yığılan məbləği tam götürə bilər. Digər tərəfdən bankın müştərisi bu vəsaiti 15 il yox, 20 il də saxlaya bilər. Bununla da, o, məbləğin 100% deyil, 160%-ni alır və müddət 30 ilə gəlib çatsa, bu məbləğ 350%-ə gəlib çatır; və müştəri bu vəsaiti göturəndə bir dəfəyə yox, hissə - hissə göturə bilər. Hissə-hissə götürəndə belə əmanətin yerdə qalan hissəsinə yenə də yüksək faizlə faiz hesablanır. Qeyd edim ki, bazarda belə əmanət forması yoxdur.bu əmanətin üstünlüklərindən biri də odur ki, əmanətçi vəfat etdiyi halda, bütün ayırmalar və hesablanmış faizlər tam həcmdə miras kimi varislərinə ötürülür. Bununla yanaşı, bədbəxt hadisə zamanı, yəni müştəri əmək qabilliyətini itirdiyi halda, bank yığılmış vəsaiti faizlərlə birlikdə müddətdən aslı olmayaraq, müştəriyə tam həcmdə qaytarır. Pensiya -nın daha bir üstünlüyünü qeyd edim: yığım müddəti ərzində, əgər müştəri öz işini itiribsə, o ödəmələri dayandıra bilər. Bu zaman faizlər hesablanmaya davam edir. Əmanət üzrə müddət başa çatandan sonra əmanətçi yığılan vəsaitləri həm geri götürə, həm də əmanəti saxlaya bilər. FİNANSİST: Azərbaycan Beynəlxalq Bankı Elektron banking əməliyyatlarının genişləndirilməsi istiqamətində hansı işlər görülür? E.H. Bildiyiniz kimi, bazarda ilk dəfə olaraq müştərilərinə elektron xidmətləri məhz 18 YANVAR 2014

Təqdimat Finansist Azərbaycan Beynəlxalq Bankı təklif edib. Bankımız xeyli bank məhsullarının elektron formada müştərilərə çatdırılmasını təmin edir. ABB-da əvvəlcədən Elektron bank, MobilBank olub. MobilBank vasitəsilə bir kartdan digərinə vəsaitin köçürülməsi, işıq pulu, qaz pulunun ödənilməsi və digər ödənişlərin həyata keçirilməsi mümkündür. Bu gün Azərbaycan Beynəlxalq Bankı Cash by Code deyilən xidməti öz müştərilərinə təklif edir. Bu nədir? Bu kart hesabından kartı mövcud olmayan şəxslərə bankomat vasitəsilə nağd vəsaitlərin göndərilməsi deməkdir. Yəni hər hansı bir şəxs kart vasitəsilə pul köçürür. Vəsaiti alanın, hətta kartı olmasa belə, göndərilən vəsaiti əldə edə bilir. Təsəvvür edin, yaxınlaşırsınız bankomat vasitəsilə kartınızı daxil edirsiniz, həmin xidməti seçirsiniz, sizə avtomatik kod verilir. Həmin kodun bir nüsxəsi vəsait alanın telefon nömrəsinə göndərilir. Həmin şəxs artıq kartı olmasa da, ABB-nin istənilən bankomatına və ya Azericard Prossesinq Mərkəzi çərçivəsində olan bankomatlara yaxınlaşıb həmin kodu yığmaqla, kartdan istifadə etmədən ATM-dən həmin vəsaiti götürə bilir. Bilirsiniz ki, ABB-nin 700-ə yaxın bankomatı var. Yəni bank hər yerdə yoxdur, amma ABB-nin ucqar kəndlərdə də bankomatları var. Bu, Rusiyadan Azərbaycana, Azərbaycandan Rusiyaya, eləcə də ölkə daxilində vəsaitlərin köçürülməsinin çox rahat yoludur. Çünki Rusiyada işləyən azərbaycanlılar həmin vəsaiti köçürürlər, onların yaxınları kodu yığmaqla bankomatdan bu vəsaiti götürə bilir. ABB-nin təklif etdiyi yerdə qalan məhsullar birbaşa əməliyyatların rahatlığını, növbələrin aradan qaldırılmasını, daha cəlbedici xidmətlərin təşkili ilə bağlıdır. FİNANSİST: Bildiyimiz kimi, Ödəniş kartları ilə fırıldaqçılıq əməliyyatlarının qarşısının alınması üzrə Tövsiyələr hazırlanıb banklara göndərilib. ABB bu istiqamətdə hansı tədbirlər görür? E.H. Ümumiyyətlə, məlumat üçün sizə deyim ki, ABB Azərbaycanda kart buraxan, prossesinq mərkəzi yaradan, kartlarla əməliyyatlar aparan ilk banklardandır. ABB skimming, yəni, kartın saxtalaşdırılmasına qarşı mübarizə aparan ilk banklardandır. Bununla bağlı, ABB kartın əməliyyatlarından asılı olaraq, bir neçə preventiv tədbirlər həyata keçirir. Birincisi, ABB SMS Notification, yəni SMS-məlumatlandırma sistemi üzrə xidmətlər göstərir. Bu xidmәt vasitәsi ilә müştəri plastik kart hesabındakı bütün әmәliyyatlar barәdә real vaxt rejimindә xəbərdar edilir operativ şəkildə müştərinin mobil telefonuna SMS göndәrilir. Belәliklә, müştəri әmәk haqqının ödәnildiyini, pul köçürmәsinin gәldiyini vә digәr kart әmәliyyatları barədə dərhal xәbәrdar edilir. Başqa sözlə, hәftәnin yeddi günü vә günün 24 saatı mәkandan vә zamandan asılı olmayaraq plastik kart hesabı nәzarәt altında olur. Eyni zamanda, ABB bu sahədə riskləri azaltmaq üçün əməliyyatlara xüsusi nəzər yetirir. Misal üçün: əgər bir kart vasitəsilə ardıcıl olaraq bir neçə dəqiqə ərzində bir neçə ölkədə əməliyyat aparılırsa, bu əməliyyatlar dərhal dayandırılır. Çünki aydın məsələdir ki, insan bir neçə dəqiqə ərzində bir ölkədən digərinə gedə bilməz. Amma skimming -də bu mümkündür. Yəni,Azərbaycanda kartın surəti çıxarılır və digər ölkədə bu əməliyyatlar həyata keçirilir. Məhz buna görə də, ABB belə preventiv tədbirlərdən istifadə edir. Eyni zamanda, ABB daha böyük riskli ölkələrlə bağlı müəyyən məhdudiyyətlər tətbiq edir. Bir sözlə, ABB Ödəniş kartları ilə fırıldaqçılıq əməliyyatlarının qarşısının alınması ilə bağlı tədbirlərini davam etdirir. FİNANSİST: Bilmək istərdik ki, ABB öz kadrlarını necə seçir? İşçilərinizin qarşısında təhsil səviyyəsi baxımından hansı tələblər var? E.H. Bilirsiniz, artıq həm ölkəmiz, həm dünyada hər şey qloballaşmağa doğru gedir. Bank sistemi isə daha çox bir-biri ilə inteqrasiya olunmuş bir sistemdir. Çünki bankın inkişa- YANVAR 2014 19

Finansist Təqdimat fı, bankın fəaliyyəti lokal ola bilməz. Burda təkcə ABB-dən söhbət getmir. İstənilən bankın fəaliyyəti qloballıqla bağlıdır. Ona görə də, ABB istənilən əməkdaşın, işə götürülən şəxslərin dünyagörüşünə, onların xarici dilləri, informasiya texnologiyalarını hansı səviyyədə yiyələnməsinə, eləcə də, bank sistemi haqqında məlumatlı olmasına xüsusi diqqət verir. Eyni zamanda, ABB-nin banka götürülən işçilərə əsas tələblərindən biri düzgünlük və şəffaflıqdır. Bank işçiləri bu tələblərə uyğun olmalıdır. Çünki bilik səviyyəsinin qənaətbəxş olması, şəffaflığın olması, insanlarda banka qarşı hörmətin olması, bankın imicini hər zaman dəstəkləməsi ABB üçün vacib tələblərdən biridir. FİNANSİST: Bildiyiniz kimi, APFM yarandığı gündən etibarən maliyyə hesabatlarının beynəlxalq standartlarına keçidlə bağlı layihələrdə fəal iştirak etmiş, geniş təcrübə toplamış və hal-hazırda ölkədə ən öndə gedən və beynəlxalq akkreditasiyalara malik olan qurum kimi fəaliyyətini uğurla davam etdirir. Sertifikatlaşdırılmış Maliyyə Menecerləri Assosiasiyasının Azərbaycanda nümayəndəsidir və eyni zamanda bir sıra digər nüfuzlu təşkilatları (IAB, ICB/ICFM, ICM, LİNK və s.) ilə beynəlxalq mühasibat uçotu, audit, və menecmentin tədrisi üzrə əməkdaşlıq edir. Azərbaycanda fəaliyyət göstərən assosiasiyaların xarici qurumlar ilə bilik mübadiləsini necə qiymətləndirilsiniz? E.H. Bildiyiniz kimi, Azərbaycanda Banklar Assosiasiyası yaradılıb. Assosiasiya geniş fəaliyyət göstərir. Azərbaycanda banklarla bağlı müəyyən tədbirlərin keçirilməsi, banklar arasında münasibətlərin qurulması, bankların üzləşdiyi çətinliklərin müzakirə olunub, dövlət səviyyəsinə çıxarılması ilə məşğul olur. Amma mən istərdim ki, bankların öz aralarında, eləcə də, xarici maliyyə qurumları ilə münasibətləri yalnız Banklar Assossiasiyası səviyyəsində olmasın. Yəni bu gün Azərbaycanda bu istiqamətdə işlərin görülməsi üçün böyük potensial mövcuddur. Mən hesab edirəm ki, Azərbaycanda banklarda çalışan əməkdaşların xarici banklarla təcrübə keçməsi, bank işçilərinin inkişafı üçün onların müəyyən kurslara, təlimlərə cəlb olunmasını yüksək səviyyədə təşkil eləmək olar. Fikrimcə, bu istiqamətdə daha effektiv işin qurulması məqsədəuyğun olar. FİNANSİST: Sonda ənənəvi sualımız: inkişaf baxımından jurnalımızda hansı mövzuların işiqlandırmasını istərdiniz? E.H. FİNANSİST jurnalı peşəkar maliyyəçilər, iqtisadçılar üçün nəzərdə tutulub. Geniş auditoriya üçün nəzərdə tutulmadığı üçün, bu jurnalda verilən məlumatlar sırf maliyyə, bank işçiləri, iqtisadçıların marağında olmalıdır. Bununla bağlı, mən hesab edirəm ki, jurnalda ümumi məlumatlardansa, konkret olaraq bank məhsulları, ölkədə olan yeniliklər, qanunverici bazada müəyyən dəyişikliklər barədə məlumat vermək daha yaxşı olar. Çünki indi əsas problemlərdən biri bank işçilərinin, iqtisadçıların yetərincə maarifləndirilməməsi ilə bağlıdır. Ölkədə qanunvericilikdə, vergi sahəsində olan dəyişikliklərin düzgün izah olunmasına ehtiyac var. Yəni jurnalda hər hansı bir dəyişikliklərin mahiyyətinin izah olunması, yeniliklərlə bağlı məsləhətlərin verilməsi daha yaxşı olar. Çünki belə olan halda,insanlar bu dəyişiklikləri daha yaxşı anlaya və öz işlərində tətbiq edə bilərlər. Məsələn, qanunvericiliklə bağlı qanunu hazırlayan ekspertlərin və ya banklarla bağlı dəyişiklikdirsə, Mərkəzi Bank mütəxəssisinin bununla bağlı məlumat verməsi daha məqsədəuyğun olar. Mən hesab edirəm ki, sizin daha çox məhz bu istiqamətdə məlumat verməyiniz, bu boşluğu aradan qaldırar və jurnal peşəkar insanlar üçün daha maraqlı olar. Musa Əhmədov 20 YANVAR 2014