Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Benzer belgeler
Respublikanın ümumtəhsil məktəblərinin 9-cu sinifləri üçün Fransız dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Təsviri incəsənət fənni üzrə müəllim üçün metodik vəsait

Respublikanın tədris rus dilində olan ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün İnformatika dərsliyi YEKUN RƏY

Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün Azərbaycan dili dərsliyi

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

Respublikanın təlim rus dilində olan ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün İnformatika dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün İnformatika dərslik komplekti

Respublikanın ümumtəhsil məktəblərinin 8-ci sinifləri üçün İnformatika dərslik komplekti. Müəlliflər: Ramin Mahmudzadə İsmayıl Sadıqov Naidə İsayeva

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Riyaziyyat dərsliyi

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli respublika xüsusi internat məktəbinin müəllimi HƏSƏNOVA SVETA DADAŞ QIZI

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün İnformatika dərslik komplekti

AZƏRBAYCAN DİLİ. 4-cü sinif. Müəlliflər: Rafiq İsmayılov Solmaz Abdullayeva Dilrüba Cəfərova Xanım Qasımova

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Texnologiya dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün Təsviri incəsənət dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Həyat bilgisi dərsliyi

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

YENİ DƏRSLİKLƏR VƏ "YENİLİKLƏR"

V SİNİFDƏ DİL QAYDALARI MƏZMUN XƏTTİNİN REALLAŞDIRILMASI İMKANLARI

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

BÖYÜK DƏCCAL Amerika

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

X sinifdə fonetik bilik və bacarıqların tədrisi metodikası

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün Həyat bilgisi dərsliyi

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır

Ümumtəhsil məktəblərində istifadədə olan 8-ci sinif Coğrafiya dərslik komplektinə dair İLKİN RƏY

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Həyat bilgisi dərsliyi

Marketinq. Mehdiyev Əkbər

Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün Azərbaycan dili dərslik komplekti

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

1 xal. arasında yerləşən neçə ixtisara düşməyən kəsr vardır? Məxrəci 24-ə bərabər olan və 1 5 -lə 3 4 ა) 3 ბ) 4 გ) 5 დ) 6

A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014,

Biologiya tədrisi sisteminin formaları

1. ƏDƏDİ BƏRABƏRSIZLİKLƏR VƏ ONLAR ÜZƏRİNDƏ ƏMƏLLƏRİN YERİNƏ YETİRİLMƏSI METODİKASI


İBTIDAI SINIFLƏRDƏ RIYAZIYYAT TAPŞIRIĞI ÜZRƏ KARTOÇKALAR. İstifadə təlimatı

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allahın Güclü Adamı - Şimşon

Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Ən yeni tarix dərsliyi

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Pedaqoji elmlər dоktoru, professor YƏHYA KƏRİMOV ŞƏFİ OĞLU

Ana kart (Motherboard)

Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Ədəbiyyat dərsliyi

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu

Gözəl anlarını Azercell 4G ilə paylaş! Instagram müsabiqəsinin qaydaları

TİTUL VƏRƏQİ MƏKTƏBLİLƏRİN KİMYA FƏNNİ ÜZRƏ RESPUBLİKA OLİMPİADASI FİNAL MƏRHƏLƏSİ IX SİNİF. İştirakçı S.A.A. Şəhər, məktəb

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

Milli tədris planı. Giriş

AZЯRBAYCAN DИLИ. METOДИK ВЯSAИTИ (дювлят дили) LAYİHƏ

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

HTML İLK ANLAYIŞLAR. HTML - Hyper Text Mark-up Language (Hiper Mətn Hazırlamaq üçün Dil)

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

TƏŞKİLAT KOMİTƏSİ / TEŞKİLAT KOMİSYONU

Respublikanın ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün Ədəbiyyat dərsliyi

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

TÜRÜK Uluslararası Dil, Edebiyat ve Halkbilimi Araştırmaları Dergisi 2014 Yıl:2, Sayı:4 Sayfa: ISSN:

MsDos (Microsoft Disc Operation System) - əməliyyatlar Sistemi. üzərində Windows əməliyyatlar sistemi qurulmuşdur. Onu bilmədən

Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı cü il. Sədr. Elman Rüstəmov

DAVETLİSİ

SərniĢinlərin icbari fərdi qəza sığortası üzrə sığorta Ģəhadətnaməsinin forması, çap olunması və doldurulması QAYDALARI

Bakalavr. Tədris semestri Payız Kəmalə Əliyeva. Telefon: N

1. Təhsil qanunvericiliyi, ümumi təhsilin məqsəd və vəzifələri Ümumi təhsilin hüquqi əsasları

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

IV Zirvə Oyunlarının ƏSASNAMƏSİ

Acronis True Image Home 2012

Kredit bürosu borcalanlar üçün əla imkanlar

1. Yaddaşın növləri 2. Yaddaşın idarə olunması Əməli yaddaş (RAM) haqqında

2015-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında Biologiya fənni üzrə istifadə olunmuş test tapşırıqları

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

HӘDӘF KURSLARI IX-X SİNİF I QRUP

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

VRF KONDİSİONER SİSTEMLERİNƏDİR

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

MÜASİR ƏDƏBİYYATŞÜNASLIQDA ŞƏRQ-QƏRB KONTEKSTİNİN TƏDQİQİ

Azərbaycan Respublikası Prezidenti yanında. Dövlət İdarəçilik Akademiyası. Fəlsəfə və sosial psixologiya kafedrası.

İSTİFADƏ QAYDALARI. «Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi sistemi»

Transkript:

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Azərbaycan dili dərsliyi Müəlliflər: Rafiq İsmayılov Solmaz Abdullayeva Gülşən Orucovа Dilrüba Cəfərova Bakı: Altun Kitab, 2012. Dərsliklə bağlı TQDK-ya daxil olan qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış YEKUN RƏY

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 1. Dərsliyin məzmunu baxımından; 2. Dərsliyin dil və üslubu baxımından; 3. Dərsliyin bədii tərtibatı, dizaynı baxımından; 4. Çalışmaların məzmuna uyğunluğu baxımından; 5. Müəllim üçün metodik vəsait in (MMV) məzmunu baxımından. 1. Dərsliyin məzmunu baxımından Dərsliyin 13-cü səhifəsində belə çalışma verilib: Şəkillərə uyğun nitq etiketləri seç. Yenicə məktəbə qədəm qoyan şagirdi bu cür çalışma ilə qarşı-qarşıya qoymaq (2-ci dərsdən), pedaqoji və psixoloji baxımdan səhvdir. Çünki nitq etiketi ifadəsinin qavranılması şagirdin yaş və fizioloji xüsusiyyətlərinə uyğun deyil. Görünür, müəlliflər 1.2.2 standartının adından ( Dialoqlarda sadə nitq etiketlərindən istifadə edir.) çıxış edərək bu çalışmanı veriblər. Amma onlar bilməli idilər ki, işlətdikləri nitq etiketi ifadəsi şagird üçün yox, müəllim üçündür. Əgər müəlliflər bu cür çalışmanın verilməsini istəyirdilərsə, onda şagird üçün daha anlaşıqlı ifadə (lər) tapmalı idilər. Digər tərəfdən, şərtdə seç sözü uğursuz işlənib. Seç tələbi ortada bir neçə variant olduqda qoyula bilər. Bu çalışma isə test xarakterli deyil. Burada seç əvəzinə de və ya söylə sözlərindən birinin işlənməsi daha məntiqli və məqsədəuyğun olardı. Dərsliyin 15-ci səhifəsindəki 1-ci çalışmaya aid 4 canlı varlıq rəsmi verilib (fil, dəvəquşu, pələng, kenquru) və deyilir: Dördündən biri fərqlidir. Əvvəla, 1-ci sinif şagirdinin qarşısına bu cür dolaşıq tələbin qoyulması düzgün deyil. İkincisi isə, belə başa düşülür ki, burada hansısa (daha doğrusu, məchul) əlamətə görə digərlərindən fərqlənən canlının müəyyənləşdirilməsi istənilir. Bu əlamət bəlli olmadığından, şəkildəki canlılardan istənilən birini cavab kimi götürmək olar. Bunu izah etməyə çalışaq. Özümüzdən belə əlamətlər seçək: 1) xortumlu; 2) quş; 3) yırtıcı; 4) kisəli. Göründüyü kimi, birinci halda cavab fil, ikinci halda dəvəquşu, üçüncü halda pələng, dördüncü halda isə kenqurudur. Deməli, çalışmanın birmənalı cavabı yoxdur. Bu, ciddi elmi-metodiki səhvdir. 7 dərsdən, yəni 18 tədris saatından sonra (dərs ilinə başlanandan 2 həftə keçmiş) 2

hərflərin təliminə başlanır. Təbii ki, buna qədər bəzi ön hazırlıq işləri aparılmalı şagirdə hərflərin yazılışındakı elementlərin (cizgilərin) çəkilməsini öyrətmək lazım idi. Bu zaman ən sadə elementlərdən (şaquli, üfüqi, maili xətlər) başlayaraq, yavaşyavaş məqsədli surətdə mürəkkəb elementlərin (cürbəcür əyri xətlər) çəkilməsinə keçilməli idi. Dərslikdə bu prinsipə qətiyyən riayət olunmayıb. 11-ci səhifədən başlayaraq, aşağıda verilən qəliz əyri yazı nümunələri bunun danılmaz sübutudur. Bu, çox ciddi elmi-pedaqoji-psixoloji xətadır. Hərflər aydın təsvir olunaraq şagirdlərə çox tanış olan şəkillərin köməyi ilə təqdim edilsə idi, daha yaxşı olardı. Bu, uşağın qavramasını asanlaşdırmaqla yanaşı, hərflərin və səslərin yaddaşa həkk olunmasına kömək edərdi. Lakin dərslikdə bir çox hərflər elə şəkillərin müşayiəti ilə təqdim olunur ki, onları tanımaq nəinki şagirdlər, hətta böyüklər üçün də çətinlik yaradır (Bax: səh. 20, 24, 26, 34, 36, ). Birinci sinif şagirdlərinin oxu vərdişlərinə rahat yiyələnmələrinə əngəl olan ciddi səbəblərdən biri də şagirdlərə hələ tanış olmayan hərflərdən müəlliflərin öncə istifadə etməsidir. Saitlər və samitlərin yaxşı tanıdılması və dərki üçün əlifba təliminin sonunadək hərflərin ilkin təqdimatı zamanı və bəzi digər hallarda onları fərqli rənglərdə vermək düzgün olardı. Lakin bu ciddi məqam dərslikdə nəzərə alınmayıb. Bir çox tapşırıqlarda isə şagirdlərdən nə tələb olunduğu, onların nə etməli olduğu ümumiyyətlə göstərilməyib (Bax: səh. 22 (1), 28 (1), 31 (3), 34 (1), 64 (1), 66 (1), 68 (1), 72 (2,3), 74 (2,3), 80 (2), ). Bu tipli tapşırıqların heç olmasa birincisində şərt verilməli idi. Dərsliyin 22-ci səhifəsindən başlayaraq hərf birləşmələri yaratmaq məqsədi ilə n na a kimi sxemlərdən istifadə olunur. Belə sxemlərə bir çox xarici dərsliklərdə də rast gəlinir. Əgər bu cür sxemlər nəyi isə ifadə edirsə, onda buna dərslik boyu dərsin eyni məqamında məzmun və formaca sadədən mürəkkəbə doğru inkişaf etdirilərək axıracan riayət olunmalı idi. Bundan başqa, 32-ci səhifədə eyni sxem fərqli məqsədlər üçün istifadə edilmişdir. Burada əvvəlcə t t i ta tə it (1-ci sxem) a ə t 3

sxemləri, bir az aşağıda isə a i t (2-ci sxem) ə sxemi verilir. Əgər əvvəlki sxemlər qayda kimi qəbul edilmişdisə, onda, məntiqə görə, 2-ci sxem aiə, yaxud aiət kimi oxunmalıdır və əmələ gələn sözlərin heç bir mənası olmur. Yox, əgər 2-ci sxem, müəlliflərin düşündüyü kimi, at, it, ət hərf birləşmələrini ifadə edirsə, onda 1-ci sxemlər tta, ata ; ttə, ətə ; iit, tit hərf birləşmələrini ifadə etməlidir. Bu, çox ciddi pedaqoji qüsurdur. 23-cü səhifədə yazı hissəsində ilk hərfi böyük yazılmış Nan sözü işlədilmişdir. Nan farsca çörək deməkdir. 6 yaşlı uşaq bunu mütləq bilməlidirmi? Bu sözün, eləcə də növbəti səhifədəki (24-cü) ənənə sözünün öyrədilməsi həm pedaqoji, həm də psixoloji baxımdan düzgün deyil. Dərslikdə ənənə sözü hecalara düzgün ayrılmayıb. Bundan əlavə 23-cü səhifədə a və n hərflərindən başqa heç bir hərf öyrədilmədiyi halda şagirddən meymun, fındıq, köynək, limon şəkillərinə baxaraq n hərfinin yerini müəyyən etmək tələb olunur. Buna oxşar tapşırığa səhifədə 37-də də rast gəlinir. 29-cu səhifədəki mətndə şəklə uyğun olaraq ana Ləman! deyə qızını çağırır. Bu xitab uşaqlar tərəfindən tam başa düşülmür. Eyni zamanda Ana, Leylaya alma alma cümləsində omoqraf-vurğusu dəyişməklə mənası dəyişən sözlərin yanaşı işlənməsi hərfləri təzə öyrənməyə başlayan uşaqlarda çaşqınlıq yaradır. Burada anaları ilə birlikdə bazara çıxan uşaqlar təsvir edilir. Qardaş bacısına alma alınmasını istəmir. Uşaqlar arasında bu cür konfliktin təqdim olunması tərbiyəvi nöqteyinəzərdən düzgün deyil. Yaxşı olardı ki, Ana, Ləmana alma alma cümləsi ya dəyişdirilsin, ya da mətndən çıxarılsın. MMV-də mətnlə bağlı Danışma adlanan hissədə verilən Sizcə, qız quzuya nə deyir? sualı da qeyri-korrektdir (səh. 43). 33-cü səhifədə Gəzinti adlı mətndə Tələt atasından Mətanətə at almasını istəyir. Lakin Mətanətin cavabı olduqca kobud və yersiz səslənir: Nə at? Mən at minənəm? Bunlar azyaşlı bir uşağın dilindən səslənə biləcək sözlər deyil. Bu fikri bir qədər nəzakətlə demək olardı. Bu mətndə atlan ifadəsinin işlənməsi də məqsədəuyğun deyil. Gəzinti mətninin adındakı g, z hərfləri keçilməyib. Ümumiyyətlə, bu hala 4

bir çox başlıqlarda rast gəlinir. Bu, elmi-pedaqoji və psixoloji baxımdan düzgün deyil. Belə vəziyyətlər yarananda vacib deyildi ki, mətnə başlıq qoyulsun. 35-ci səhifədə Baba ilə Nəbi və Nənə ilə Nəbi mətnlərində Nəbi tərəfindən deyilən Məni tənbəl bilmə və ya Məni tənbəl bilmə, nənə, Al 10 manat cümlələri məntiq və üslub baxımından qüsurludur. 6 yaşlı uşaq belə danışa bilməz. Azərbaycan danışıq nitqində biz məni tənbəl bilmə demirik. Belə ifadə uğurlu və məqsədəuyğun deyil. Mətndə baba nəvəsinə Mənim tənbəl Nəbim deməklə onu aşağılayır. Bu ifadənin işlədilməsi etik və tərbiyəvi baxımdan doğru deyil. Mətndə nənəsinin Nəbiyə 10 manat verməsi qeyd olunur. Təxminən 6 yaşında uşaq mağazadan nanə ilə ət ala bilərmi? Bu yaşda uşağa pul vermək nə dərəcədə doğrudur? Uşağın sonda Məəən? deməsi mətnin məzmununa uyğun deyil. Təəccüb və çaşqınlıq mənasında işlənmiş Məəən sözündən görünür ki, mətn şagirdə heç nə vermir, Nəbi hələ də tənbəl olaraq qalır. Mətn adi mexaniki və məzmunsuz oxu üçün nəzərdə tutulub. Beləliklə, bu səhifədəki Baba ilə Nəbi və Nənə ilə Nəbi mətnlərində çağdaş təhsilin təməl tələblərindən olan şəxsiyyətyönümlüyün əksinə olaraq, uşaq şəxsiyyətinin aşağılanması, hüququnun pozulması halı var. Bu, uşaqda hansı müsbət keyfiyyət formalaşdıra bilər? MMV-nin 5-ci səhifəsində müəlliflər ilk bölmələrdə bəzi məzmun standartlarına yer verilməməsini təbii qəbul etməyi lazım bilirlər. Düzdür, səkkiz hərfin vasitəsilə dolğun məzmuna malik mətn qurmaq çətindir. Lakin bu, o anlama gəlmir ki, məzmunsuz, uydurma mətnlər düzəldərək, şagirdin psixologiyasını zədələyəsən. Vacib deyil ki, şagird səkkiz hərfdən sonra mətn oxusun. Oxu qabiliyyətini formalaşdırmaq üçün müəyyən müddətə qədər təkcə sözlərdən də istifadə etmək olar. Məsələn, r hərfi 9-cu hərf olsa da, orada mətndən yox, ancaq sözlərdən və illüstrasiyalardan istifadə olunub (səh.36, 37). Eləcə də 16-cı hərf olan k yə aid də mətn yoxdur (səh. 50, 51). 38-ci səhifədəki 1-ci çalışmada soruşulur: Hansı rəngin adında ı hərfi daha çoxdur? Burada da analoji çalışmalarda olduğu kimi, hərfi yox, səsi sözü işlənilməli idi (Bax: səh. 20, 35, 36, 48). Bu irad 41-ci səhifədəki 3-cü çalışmaya da aiddir. 42-ci səhifədəki 2-ci çalışmanın şərti belədir: Sözlərin düzgün ardıcıllığını tap və cümlələri oxu. Məntiq və üslub baxımından şərt doğru deyil. Əvvəla, burada qeyd olunmayıb ki, sözlər hansı ardıcıllıqla düzülməlidir: baş hərfinin əlifbadakı sırasına, yoxsa ad, yaxud hərəkət bildirdiyinə görə? Eyni qüsura 54-cü və 62-ci 5

səhifələrdəki 2-ci çalışmalarda da rast gəlinir. Düzgün şərt belə olmalıdır: Sözlərdən cümlə qur (düzəlt). Həmin səhifədə o hərfi keçilmədiyi halda, yolda sözü verilib. 43-cü səhifədə Bayramlar ayı sərlövhəli mətn verilib. Mətnlə sərlövhə birbirinə uyğun gəlmir. Burada söhbət may ayının bayramlar ayı olmasından yox, bir ailənin talada dincəlməsindən gedir. Bu mətnə aid şəkil də bayrama aid olmalı idi, amma talaya aiddir. Bu mətndə də şagirdə heç bir tərbiyəvi, əxlaqi fikir çatdırılmır. Şagirdin nitqi və təfəkkürü məzmunsuz sözlərlə necə inkişaf edə bilər? Mətndən də görünür ki, tədris materialının sadədən mürəkkəbə doğru ardıcıllığı prinsipi istər məzmunca, istərsə də, formaca gözlənmir. Bunu izah etməyə çalışaq. Nümunə üçün 33, 35, 39, 42, 43-cü səhifələrdəki mətnlərə baxaq. 33-cü səhifədəki mətn 43-cü səhifədəkindən kifayət qədər böyük, 34-cü səhifədəki mətn onların ikisindən də böyük, 39-cu səhifədəki mətn isə bu mətnlərin hamısından kiçikdir. Bir sözlə, materialların verilməsində, demək olar ki, həcm və qavramaya görə sadədən mürəkkəbə prinsipi pozulub. Dərslikdəki bütün çalışmalar ikinci şəxsin təkində olduğu halda, 43-cü səhifədəki 4-cü çalışmada bu qayda pozulub. Müəlliflərin qəbul etdikləri qaydaya görə, burada yazın yox, yaz olmalıdır. Çalışma şagird üçün çətin olduğundan mütləq ona aid nümunə verilməli idi. 43-cü səhifədəki yazı hissəsində 20 ədədinin hərflərlə yazılışı verilib. 1-ci sinif şagirdi bu ədədi çox-çox sonralar öyrənir. Onun burada verilməsi elmi-pedaqoji baxımdan düzgün deyil. 44-cü səhifədəki 1-ci çalışmada çox iri o hərfinin içərisinə qoyulmuş qaş, göz, kirpik, burun ağız rəsmlərinin verilməsi məqsədəmüvafiq hesab edilmir. Bu şagirdlərin fikrini yayındırır. 46-cı səhifədə sa-ya-lı sözünün dərslikdə olması məqsədəuyğun deyil, çünki bu söz dilimizdə, əsasən, ayrılıqda işlənmir, birləşmə tərkibində işlənir. 47-ci səhifədəki mətndə saat 11-in (əslində 23-ün) verilməsi tərbiyəvi və uşaqların gün rejimi nöqteyi-nəzərindən düzgün deyil. Saat 11-də (23-də) uşaq yatmalıdır. Burada fənlərarası inteqrasiya da gözlənməyib. Mətndə şagirddən saatı bilmək tələb olunur. Mətnə aid şəkildə, soruşulan tapşırıqda da bu, əks olunub. Amma saatların öyrənilməsi keçilən riyaziyyat dərsində 11 ədədi və tam saatların müəyyənləşdirilməsi çox-çox sonralar öyrədilir. Bu, pedaqoji baxımdan ciddi səhvdir. 50-ci səhifədəki 1-ci çalışmada k səsi əvəzinə k hərfi yazılmalıdır. Burada 6

deyilir: Hər sütundakı sözlərdən birində k səsi fərqli tələffüz olunur. Həmin sözü tap. K səsi fərqli tələffüz oluna bilməz, çünki səs artıq tələffüz olunub qurtarıb. 51-ci səhifədə Tülkü və leylək mətninin adındakı ü, v, e hərfləri keçilməyib. 53-cü səhifədə Polis və uşaqlar mətninin adında v, ş və q hərfləri keçilməyib. Deyilən irad 55-ci səhifədəki mətnin adındakı ( Ad günündə ) keçilməyən g və ü hərflərinə də aiddir. 55-ci səhifədə birinci cümlədə 1-də yazmaq düz deyil. Ayın tarixini hərflə yazmaq lazımdır. 56-cı səhifədə e hərfi keçilərkən eynək şəkli verilib. Halbuki müəlliflərin özləri qeyd edirlər ki, bacardıqca biradlı əşyalardan, yəni adının sinonimi olmayan əşya şəkillərindən istifadə edilsin (Bax: MMV, səh. 7). Bu səhifədəki 2-ci çalışma 1-ci sinif şagirdlərinin yaşına uyğun deyil. 57-ci səhifədəki Etibar inam deməkdir adlı mətndə dialoqlar zamanı işlədilən etibar sözü dırnaqda yazılmalıdır. 60 və 78-ci səhifələrdə tapmaca sözü əvəzinə tap-tapmaca işlənib. Amma səh.140-da tapmaca gedib. Xalq ədəbiyyatı janrının adı tapmaca dır. Elmiliyi gözləmək üçün əvvəlki variantlarda da belə verilməli idi. 60-cı səhifədə ü hərfi keçilmədiyi halda, üzüm sözü verilib. 63-cü səhifədə də c hərfi keçilmədiyi halda, Azərbaycan sözü verilib. Bu, elmi-pedaqoji baxımdan düzgün deyil. Həmin səhifədəki Üzümlükdə mətnində bir söz (yarımadasıdır) altı hecalıdır. 1-ci sinif şagirdi üçün bu sözü oxumaq çətindir. Bu səhifədə 4-cü cümlədə on-on beş qeyri-müəyyən miqdar sayı verilmişdir. Əvvəla, lüğətdə bu say on-onbeş şəklində verilib (Azərbaycan dilinin orfoqrafiya lüğəti, Bakı, Lider nəşriyyat, 2004, səh.494). İkincisi, bu sayı 1-ci siniflər hələ keçməyib. 65-ci səhifədə Könülün ördəkləri mətnində öncə vurğulanır ki, tülkü səkkiz ördəyin dördünü yeyir. Sonra deyilir: Tülkü o qədər ördək yemişdi ki, əməlli-başlı kökəlmişdi. Dörd ördək ifadəsini o qədər ifadəsi ilə əvəzləmək nə dərəcədə düzgündür? Digər tərəfdən, q hərfi keçilmədiyi halda, mətndə həmin hərfdən (o qədər sözü) istifadə olunub. Bu, elmi-pedaqoji baxımdan düzgün deyil. 66-cı səhifədəki hecalara bölünmə hissəsində göyərçin sözündə ç hərfi keçilmədiyi halda şagird bu hecanı necə oxuyacaq? Burada hecaları müəyyənləşdirmək tələb olunur. Yanaşı, ard-arda gö və ta hecaları verilib. Hər heca müəyyən sistemli sxemdə pazlla verilsə də, 1-ci sinif şagirdi hecalaya-hecalaya 7

oxuyur, bu isə etik səslənmir. 67-ci səhifədəki Göy göldə mətnində c hərfi keçilmədən yenə də Azərbaycan sözü verilib. Həmin mətndə eyni modellə yaranan sözlərin yazılışı müxtəlif cür verilir: Göy göl, Maralgöl, Güzgügöl. Nə üçün? Səbəbi bilinmir. 69-cu səhifədə Quşların dostları mətninin ikinci cümləsində deyilir: Quşlar artıq isti ölkələrə getmişdilər. Üçüncü cümlə isə belədir: Lakin bəzi quşlar qalıb qışlayırdı. Digər bir cümlə isə Quşlar dən tapa bilmirdilər kimidir. Yaxşı olardı ki, vahid qaydadan istifadə edilsin, yəni xəbərlərin hamısı ya təkdə olsun, ya da cəmdə. 70-ci səhifənin 1-ci çalışmasında yanıltmacda qırx ədədi verilib. Xatırladaq ki, 1-ci sinifdə şagirdlər 20 dairəsində ədədləri öyrənirlər. Həmin səhifədə verilmiş qırqovul haqqındakı yanıltmac çətin olmaqdan başqa həm də dərsə ( x hərfi) uyğun deyil. 76-cı səhifədə h hərfi keçilmədiyi halda hamı sözü işlənmişdir. 78-ci səhifədəki 2-ci çalışmada şeir şəklində tap-tapmaca verilib. Əslində burada şeirdən əsər-əlamət yoxdur. Digər tərəfdən, 2-ci misrada Əl vurantək əziləcək ifadəsində tək qoşması yerinə düşməyib. Tək bənzətmə mənasını bildirən qoşmadır. Burada zaman mənasını yaratmaq üçün başqa morfoloji vasitədən istifadə edilməli idi. Bu tapmaca uğursuz seçilib, dərslik üçün yaramır. 79-cu səhifədəki Adı ilə böyüsün mətnində deyilir: Qızım, Heydər vüqarlı, qüdrətli deməkdir. Əvvəla, burada Heydər sözündən sonra tire olmamalıdır. İkincisi, vüqarlı və qüdrətli sözləri dırnaq arasında yazılmalıdır. Həmin səhifədəki 3-cü çalışmada bilirsiz sözü yazılış yox, tələffüz formasında verilib, bu söz bilirsiniz kimi yazılır. Bu, ciddi elmi qüsurdur. 80-ci səhifənin sol hissəsində fanar yazılıb. Orfoqrafiya lüğətinə əsasən isə fənər olmalıdır. 81-ci səhifədəki Özümüz oxuyarıq adlı şeirdən sonrakı 3-cü çalışmada şeirdə hansı kitabın adının yarımçıq yazıldığı sual edilir. Amma bu suala konkret cavab tapılmır. Görəsən, Şəngülüm..., Cırtdan nağılları nə vaxtdan kitab olub? Elə MMV-də də bu sualın cavabı verilmir, sadəcə səbəb qeyd edilir: Misralarda hecaların sayı bərabər olmalıdır. Halbuki bunun özü də düzgün fikir deyil. Belə ki, misralarda hecaların sayı bərabər olmaya da bilər. 86-cı səhifədəki Uşaq və buz şeirində bir neçə yerdə orfoqrafiya səhvi var: 1. Birinci beytdən sonra nöqtəli vergülün qoyulması düzgün deyil. 2. Dördüncü beyt dialoqa nümunədir və buna görə də ondan əvvəl dırnaq işarəsi deyil, tire qoyulmalı 8

idi. 3. Beşinci beytdən sonra qoşa nöqtənin qoyulması doğru deyil. 89-cu səhifədəki 4-cü çalışmada iki yerdə 24 ədədi verilib. Halbuki 1-ci sinifdə 20 dairəsində ədədlər öyrədilir. Bu, elmi-pedaqoji cəhətdən ciddi nöqsandır. 100-cü səhifədəki 3-cü çalışmada belə sual verilir: Hansı cümlədən sonra Anamı incitmirəm ifadəsi gələ bilər? Həmin cümlələri dəftərinə köçür. Burada iki cümlə (1-ci və 4-cü) sualın cavabına uyğun gəlir. Ona görə də sualda hansı cümlədən yox, hansı cümlələrdən ifadəsi işlənməli idi. Elə sualın davamında da bu, cəm halında verilib. MMV-də də bu cür təkrarlanıb. 113-cü səhifədəki Nə alındı? mətninin ikinci cümləsində səhvən hətta ədatından həm əvvəl, həm də sonra vergül qoyulub. 117-ci səhifədəki yazı hissəsində tülkü, dovşan, ayı sözləri arasında vergül qoyulmayıb, amma 111-ci səhifədəki eyni məzmun və formalı nümunədə hiyləgər, zalım, ağıllı sözləri arasında vergül qoyulub. 112-ci səhifədəki mətnin verilməsi məqsədəuyğun deyil. Dərslik müxtəlif təyinatlı məktəblərdə istifadə olunduğundan bu mətn uşaqların psixikasını zədələyə bilər. Şeirdə 7-ci misradakı tək qoşması doğru deyil. Bunun yerinə zaman mənalı başqa söz verilməli idi. 118-ci səhifədəki şeirin müəllifi yoxdur. Bu səhifədə Neft Daşları mürəkkəb adının ikinci tərəfinin ilk hərfi kiçik gedib (Neft daşları). 125-ci səhifədəki 3-cü çalışmada nitq etiketi ifadəsi işlənməməlidir. 131-ci səhifədəki mətndə Sağolu mənə yox, bu ağaca de cümləsində sağ ol sözü dırnaqda yazılmalıdır. 132-ci səhifədəki Nəzakətli dovşan mətnində aşağıdakı dedi sözündən sonra əvvəlcə nöqtə, sonra isə tire qoyulub. Amma əvvəlcə vergül, sonra tire qoyulmalı, sonrakı söz isə kiçik hərflə başlamalıdır. Bu hala 134 və 151-ci səhifələrdə də rast gəlinir. 136-cı səhifədəki Yaxşı nədir, pis nədir? şeirinin üçüncü bəndinin 4-cü misrasının önündə isə tire qoyulmalıdır. 139-cu səhifədə yazı hissəsində şeirin müəllifi verildiyi halda (səh. 106 və 159- da da müəllif), 105-ci səhifədə həmin hissədə bayatı sözü yazılmayıb. Halbuki tapmaca janrının adı əvvəllərdə verilib. Burada vahid sistem gözlənməyib. Eyni hal 98, 105, 130, 140-cı səhifələrdə də təkrar olunur. Burada da nə müəllif, nə də janr göstərilib. 141-ci səhifədə yazı hissəsində böyüməsinə əvəzinə böyüməşinə verilib. 158-ci səhifədə mətnin son cümləsində min dəfə ifadəsi var. Min sayı 1-ci 9

sinifdə keçilmir. Yazı hissəsində bəzi sözlər məqsədsiz və yanlış olaraq böyük hərflə başlayıb (səh. 23, 25, 27). Mətn müəlliflərinin adları, əsasən, tam verilib (səh. 74, 76, 81, 86, 92, 98, 100, 104, 108, 112, 116, 117, 123, 136, 137, 140, 141, 153, 155 ), səhifə 147-də isə bu qayda pozularaq müəllifin adı ixtisarla verilib. Səslənməsinə görə yaxın hərflər ardıcıl (d-t, b-p, s-ş, z, q-k, g-ğ-x, ı-i, o-ö) verilməyib, yalnız o-u, q-x, ğ, c-ç ardıcıllığı gözlənib. Belə ardıcıllıq səslərin tələffüzünü və hansı hərflərlə ifadə olunduğunu müqayisə etməyə imkan verir, uşaqlar onları asanlıqla və dərindən öyrənirlər. Dərslik mündəricata əsasən 7 bölməyə ayrılıb. Amma onun içərisində cəmi 3 bölmə ayrılıb və bu bölmələrə ad qoyulub: Səh. 9, 85, 107. Bir çox yerlərdə cümlə bağlayıcılarla başlayır: lakin (səh. 69, 93), ancaq (səh. 75, 81, 99, 102, 137, 138), amma (səh. 94, 110, 111, 116, 119, 124, 126, 128, 143, 151,152, 155), çünki (səh. 121). Bu, 1-ci sinif üçün metodiki cəhətdən düzgün deyil. Hecalar üzrə məşqlər düzgün təşkil olunmayıb: a. İlk yaranan hər bir hecanın (məsələn, da) əksi də əks heca (ad) verilməli idi. Əslində hər samit səs öyrədilərkən hecalar da verilməli idi. b. Mətnin asanlıqla oxunmasına kömək edəcək hecalar üzrə iş, demək olar ki, aparılmayıb. Hərfin təqdim olunduğu səhifədə sistemsiz də olsa, bir neçə heca verildiyi halda, ikinci səhifədə heç bir heca, mətndə işlənəcək yeni sözlər verilməyib. Belə olsa idi bu, şagirdin mətni daha yaxşı oxumasına və dərkinə kömək edə bilərdi. c. Yeni öyrədilən hərfin əl yazısı nümunələri təqdim olunmur (a hərfi istisna olunmaqla). Əvvəl hərfin kiçiyinin, sonra böyüyünün kalliqrafiya qaydaları (elementləri, onların yazılması, bitişdirilmə qaydası) öyrədildikdən sonra sözlər yazılmalıdır. Səhifələrin aşağısında verilən yazı nümunələrində ciddi səhvlər var (bəziləri lazımsız yerə böyük hərflə, yaxud səhv yazılıb). Bütün bunlar dünyanın hər yerində əlifba təliminin əsas prinsipləri sayılır. Əslində savad təlimi bunlarla başlanır. Bu dövrdə buraxılan səhvlər uşaqları savadsızlığa sürükləyir, sonradan düzəliş, korreksiya aparılması çətinləşir. Dərslikdə yeni hərflər keçiləndə tərkibində onların olduğu, vətənimizi təmsil edən Vətənçilik-Azərbaycançılıq ideyasını ifadə edən zəruri adlar verilməyib: C Azərbaycan, Gəncə; Ç Borçalı, Naxçıvan; K Bakı; Q Sumqayıt; V Şirvan; Ü Kür; Z Araz; X Xəzər. Maraqlıdır ki, Azərbaycan sözü c hərfi keçilməyəndə təqdim olunub, bu hərf keçiləndə yox. Ümumiyyətlə, dərslikdə 10

Vətənimizin yer-yurd adları (Qarabağ istisna olmaqla) çox xəsisliklə verilib. Bu yolverilməzdir. Dərslikdə, xüsusilə əlifba təlimi dövründə ümumiləşdirici dərslər verilməyib. Bir neçə sait öyrəniləndən sonra belə dərslərin verilməsi yoxlama, qiymətləndirmənin aparılması, yaddasaxlama ilə əlaqədar əlverişli şərait yaradır. Əlifba təlimi başa çatdıqdan sonrakı 53 mətndən 27-si insanlara, 19-u heyvanlara, quşlara, cücülərə, 7-si isə ayrı-ayrı hadisələrə həsr olunub. Vətənimizin təbiəti, təbii sərvətlərimiz, cəmiyyət, insanların əməyi, tarixi günlər, uşaqların əyləncələri və istirahəti haqqında çox az material verilib. Dərslikdə bir çox məqamlarda 1-ci sinif şagirdlərinin yaş səviyyəsinə görə çətin sözlər təqdim olunub: liman, təlaş, karate, dolab, modelyer, problem, Avstraliya, Sidney, final, burunduq, nikbinlik, nan, ənənə, təməl, artım, ləl, barı, mamır, örnək, tarım, lövbər, münasib, bağrı, qışlaq, calaq, cəhrə, jest, nalə, rejim, obraz və s. Yazı taxtası əvəzinə lövhə sözü işlənib (səh.138). Lövhə tamamilə başqa məna daşıyır. Sual cümləsi (səh. 88, 112, 117, 128, 154, 157, 159), nida cümləsi (səh. 114, 148, 156, 159), əlamət bildirən sözlər (səh. 66, 110, 120, 129), eynimənalı sözlər (15 yerdə), həmçinin sait və samit, tək və cəm sözlər heç bir izahat olmadan təqdim olunub. Bəzi mətnlər həcmcə böyük olduğundan, yaxud süni şəkildə hissələrə ayrıldığından hər hissə bir dərs üçün təqdim olunub: Ad günü (səh. 124-125), Ağac hər dərdə əlac (səh. 128-131), Pis rəsm (səh. 138, 139), Dostluq köməyi (səh. 142-145), Əvəzini çıxdı (səh. 148, 149), Kələm yarpağı (səh. 150, 151), Nuru (səh. 154, 155), Ayoqa (səh. 156, 157). Bədii əsər müəllim tərəfindən bütöv oxunmalı, əsərin ideya məzmunu, mahiyyəti şagirdlərə tam çatdırılmalı, ifadəlilik, şüurluluq təmin edilməli, hadisə haqqında onlarda təsəvvür yaradılmalı, sonra şagirdlər tərəfindən hissə-hissə oxunmalı və təhlil olunmalıdır. Bəzi mətnlərin başlıqları sual cümləsi şəklində verildiyi halda, sual işarəsi qoyulmayıb (səh. 29, 99, 115, 119, 135, 136 və s.). Mətnlərdə feli bağlamalardan sonra vergül unudulub (səh. 43, 45, 48, 49, 93, 96, 113, 116, 117, 122, 128, 134, 136, 137, 138, 146, 158). Standartlarda 1-ci sinfin sonunda şagirdin zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirməsi tələb kimi qoyulub. Dərslikdə bu qədər yanlış ifadə, durğu işarəsi ola-ola şagird nəyi yaxşı bildiyini nümayiş etdirəcək? Standart 4.1.1-də Şagirdin səs və hərfi fərqləndirməsi tələbi qoyulur. Dərslikdə 11

olan bəzi tapşırıqların şərtində bu tələb pozulub (səh. 38, 50 və s.). Dərsliyin 144-cü səhifəsində oxuyuruq: Mən isə q hərfinin yerinə d deyirdim. Cümlədən aydın görünür ki, müəlliflər səslə hərfi fərqləndirməmiş, mətndəki səhvi düzəltməmişlər. Belə misallar çoxdur. Bu halda şagird onları necə fərqləndirə biləcək? Standart 4.1.3-də Böyük və kiçik hərfləri fərqləndirir tələbi qoyulub. Yazı hissəsində yeri gəldi, gəlmədi bəzi sözlər böyük hərflə verilib (səh. 23, 25, 27). Şagird nəyin nə vaxt böyük, nə vaxt kiçik hərflə yazıldığını müəyyənləşdirə biləcəkmi? Burada bir ciddi məqamı da qeyd etmək lazımdır. 1-ci sinif şagirdinə öyrədilir ki, xüsusi ad bildirən, eləcə də cümlənin əvvəlində gələn sözün baş hərfi böyük yazılır. İlk dövrlərdə bu qaydaya ciddi riayət olunmalıdır ki, şagirdlərin təfəkküründə çaşqınlıq və ziddiyyət yaranmasın. Amma dərslikdə bütün başlıqların yazılışında, eləcə də bəzi çalışmaların mətnində sözlər böyük hərflə yazılıb (səh. 30, 38, 40 və s.). Bu, ciddi pedaqoji qüsurdur. 2. Dərsliyin dil və üslubu baxımından Dərsliyin 9-cu səhifəsində birinci bölmənin adı kimi verilən Mən məktəbliyəm cümləsi belə olmalıdır: Mən artıq məktəbliyəm. Bu bölmə yuxarı sinif dərsliklərində Mən məktəbliyəm formasında ola bilər, amma 1-ci sinif şagirdləri ilk dəfə məktəbə gəldikləri üçün cümlə daha dəqiq və konkret olmalıdır. 25-ci səhifədə Əsmərin gəlinciyi adlı şəkilli hekayədə Əsmər gəlincik istəyən kimi onun arzusu yerinə yetirilir (2-ci şəkil). Bu, heç də yaxşı nümunə deyil. Buna baxaraq bütün uşaqlar evdə bu istəklə çıxış edə bilərlər. Digər tərəfdən, hekayəyə aid sonuncu şəkildə atasının aldığı gəlinciyə Əsmərin olduqca laqeyd bir şəkildə yanaşdığı təsvir olunur. Bu, düzgün münasibət deyil, uşaq atasının aldığı hədiyyəyə belə münasibət göstərməməlidir. Elə MMV-də deyilir ki, Əsmərin artıq iki gəlinciyi var, lakin o daha çox nənəsi ilə düzəltdiyi gəlinciklə oynayır. Vəsaitdə deyilənlərlə şəkildəki təsvir üst-üstə düşmür. Bundan başqa, MMV- də Əsmərin gəlinciyi (səh. 39) başlıqlı mətnin sonuncu abzasında o əvəzliyindən sonra ədat ( daha ) gəldiyi üçün vergül olmamalı idi. Bu səhifədə kukla əvəzinə gəlincik işlənib (eləcə də 124, 125-ci səhifələrdə). Belə çıxır ki, qoca qadının, oğlanın, heyvanların təsvirindən ibarət kuklalar da gəlincik adlandırılmalıdır. 45-ci səhifədəki Yardım başlıqlı mətndə belə cümlələr var: Talada olan yaralı dovşan idi, Ramil yaralını əlinə alıb.... Quruluş baxımından olduqca qüsurlu 12

cümlələrdir. Dovşan yaralı adlandırılır. Bu ifadə doğru deyil. Ümumiyyətlə, Yardım mətni uğursuzdur. 48-ci səhifədə ulduz kimi səkkizguşəli ulduzumuz olsa idi, daha yaxşı olardı. Dərsliklərdə milli-mənəvi dəyərlərin, dövlət rəmzlərimizin təbliği əsas şərtlərdən biridir. Bu dərslikdə isə bunlara, əsasən, rast gəlinmir. Ümumiyyətlə, bu dərslikdə Azərbaycan Respublikasının dövlət rəmzləri mövcud qanunvericilik aktlarına uyğun verilməyib. Belə ki, dərsliyin forzas səhifəsində Dövlət Himni Azərbaycan Respublikasının Dövlət Himni haqqında 1992-ci il 27 may tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb. Himnin adı ( Azərbaycan marşı ) ixtisar olunub. Himnin musiqisinin müəllifinin soyadı (Hacıbəyov) redaktə ilə (Hacıbəyli) verilib. Həmçinin forzas səhifəsində və səhifə 66-da Dövlət Gerbinin rəngli təsviri Dövlət Gerbi haqqında Əsasnamənin təsdiq edilməsi barəsində Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb. 49-cu səhifədəki Nurlan mətnində şagirdlər üçün (eləcə də böyüklər üçün) çətin anlaşılan barı sözünün işlədilməsi doğru deyil. Burada ananın Nurlana Utanmırsan, Nurlan? deməsi etik nöqteyi-nəzərdən qəbul oluna bilməz. Bundan başqa, Nurlanın işlətdiyi Nuru baba, nə buyurursan? ifadəsi də tərbiyəvi baxımdan düzgün deyil, uşaqların yaş səviyyəsinə uyğun gəlmir. Burada buyurursan əvəzinə buyurursunuz olmalı idi. Dərslikdə işlənən bu cür qeyri-etik ifadələr şagirdləri düzgün istiqamətə yönləndirmir. İkinci cümlədə Birdən o dayanıb ifadəsindən sonra vergül qoyulmalıdır. Mətndə uşağın danlanması təsvir olunub, daha doğrusu, babasının çağırışına cavab verməyən Nurlan anası tərəfindən danlanır. Belə çıxır ki, valideynləri Nurlanı düzgün tərbiyə etməyiblər. Hər dəfə danlanan uşaq şəxsiyyət kimi formalaşa bilərmi? 51-ci səhifənin yazı hissəsində belə cümlə var: Kərəm kostyuma ləkə saldı. Axı necə olur ki, uşaq hər dəfə səhv hərəkət edir?! Həmin cümləni Kərəm kostyumundakı ləkəni sildi şəklində də vermək olardı. 53-cü səhifədəki Polis və uşaqlar mətnində uşaqlar (Pəri ilə Polad) yol qırağında top oynadıqları üçün polis tərəfindən danlanırlar: Bir də yolun kənarında topla oynamayın. Bu, çox kobud ifadədir. Əslində, polis daha mədəni və tərbiyəli davranmalı, uşaqlara məsləhət verməli idi. Yaxşı olardı ki, o, uşaqlara yol kənarında top oynamağın nə üçün təhlükəli olduğunu bir-iki cümlə ilə izah etsin. Məsələn, buna bənzər bir mətn 61-ci səhifədə var. Bu mətndə daha yaxşı təsvir verilib. Belə ki, burada Zeynal baba nəvəsini danlamır, ona düzgün məsləhət verir. Həmin səhifənin sonunda belə cümləyə rast gəlinir: Piri babanın piyaləsi sındı. Burada isə baba və 13

piyalə sözləri tərbiyəvi və əxlaqi baxımdan bir-birilə uyğun gəlmir. 59-cu səhifədə Baba və nəvə adlı mətndə deyilir: Natəvan kənddə babasının yanında idi. Onlar meşəyə yollandılar. Yəni kimlər? Həmin səhifənin aşağısındakı sonuncu cümlə ( Nənə meyvəni nəvəyə verdi ) o qədər də uğurlu deyil. Bunun əvəzinə Nənə nəvəsinə meyvə verdi cümləsi işlənsə idi, daha yaxşı olardı. 61-ci səhifədə Dənizdə adlı mətndə ləpə sözü işlədilir. Yaxşı olardı ki, MMV-də bunun omonim söz kimi izah edilməsi tapşırıla idi. 71-ci səhifədə Xəzri nədir? mətnində işlənən qum qalası ifadəsi uğurlu deyil. 73-cü səhifədə Qayğı mətni düzgün qurulmayıb. Burada Baba oğlu Toğrulu Qarabağ döyüşlərində itirmişdi ifadəsi münasib deyil. İkincisi, həmin mətndə şəhid atasına yönəlmiş kimsəsiz yaşlılara ifadəsi var. Şəhid atasının belə adlandırılması doğru deyil. Onlara kimsəsiz yaşlı demək şagirddə hansı tərbiyəni formalaşdıra bilər? Digər tərəfdən, mətndən belə çıxır ki, şəhid atası olan Nağı babanın yeməyə heç nəyi yox imiş. Olmazdımı, ana isti yemək bişirsin, ata ilə oğul isə onu Nağı babaya aparsın? Ata da sonda bu cür insanların qayğısına qalmağın savab yox, bir borc olduğunu vurğulasın. 77-ci səhifədə Çörək bərəkətdir mətnində artıq qalan çörək tikələrini kolluğa atması Çingizə irad tutulur. Olmazdımı, Çingiz yaxşı bir iş görsün və bu, digər uşaqlara örnək kimi göstərilsin? Məsələn, o, yerə tökülmüş çörək tikələrini yığa bilərdi. 88-ci səhifədə Onlar əl-ələ verdilər və birlikdə məktəbə getdilər cümləsi Onlar əl-ələ verib məktəbə getdilər kimi işlənsə idi, bu, üslub və yığcamlıq baxımından daha düzgün olardı. 90-cı səhifədə Nənənin eynəyi mətnində nənəsinin eynəyini vaxtında axtarmayan Sənan nənəsi tərəfindən məzəmmət olunur. Yenə də danlanmaq və uşağın pərt olması (qızarması). Yaxşı olardı ki, Sənan dünən nənəsinin eynəyini tapıb versin və həmin zaman da nənə qiymətinə baxıb onunla fəxr etdiyini bildirsin. Mətnin ikinci cümləsindən hələ sözü çıxarılmalıdır. Həmin səhifədə eynək sözünün sinonimi olan gözlük sözü ilə bağlı çalışma (3-cü) verilsə də, mətndə bu sözə müraciət olunmur. Sonrakı səhifədə də eynək sözünə üstünlük verilməsi ən azı təəccüb doğurur. 91-ci səhifədəki mətndə həkimin eynəkdən başqa sağlamlıqla bağlı məsləhəti yoxdurmu? Axı sağlamlıqla (həmçinin göz sağlamlığı ilə) bağlı: təmizlik, vaxtında yemək, yatmaq, istirahət etmək və s. kimi məsləhətlər ola bilər. Niyə məhz eynək? 14

92-ci səhifədəki T. Mütəllibovun Himnimiz şeiri Sovet Azərbaycanına aiddir. Bunu dərsliyə salmaq məqsədəuyğun deyil. Çünki ən azından, müasir dövrümüzün ruhuna uyğun gəlmir. 94-cü səhifədə Kərəm adının Kələm şəklində verilməsi doğru deyil. Bu, Kərəm adlı 1-ci sinif şagirdlərinə dərs zamanı, eləcə də, məktəbdə diskomfort yarada bilər. Əslində bu mətnin adı Kərim olmalı idi. 96-cı səhifədə Tap görüm şeirinin müəllifinin kim olduğu göstərilməyib. 99-cu səhifədə Səbiş adlı mətnin əvvəlində bildirilir ki, Səbinə qoluna saat taxırdı. (Burada qolbaqdan söhbət getmir.) Axırda isə yazılır ki, Səbinə indi nə saat, nə də qolbaq taxır. Sual olunur: qolbaq haradan peyda oldu? Bu mətnlə bağlı MMV-də qeyd edilir ki, biz uşaqların adlarını qısaldırıq, amma onlar böyüklərə xas ağıllı hərəkət edəndə adlarını qısaltmırıq. Axı biz yeri gəldikcə böyüklərin də adlarını qısaldırıq. Digər tərəfdən, məgər balacalar yaxşı iş görən kimi biz onların adını bütöv deyirik?! Əslində bu məsələdə fərdi düşüncə, fərdi davranış daha böyük rol oynayır. 102-ci səhifədəki mətndə işlənən ana qayıtdı ifadəsi uğurlu deyil. Bu ifadənin ədəbi dildə, yazılı nitqdə işlənməsi məqbul sayıla bilməz. 103-cü səhifədəki Əkiz bacılar mətnində gələn qonaqlar bacıların birinə gül alıblar, digərinə isə yox. Bu, normal insani hərəkət hesab edilə bilməz. Mətn reallığı əks etdirmir. 148-ci səhifədəki Əvəzini çıxdı mətni uğursuzdur. 152-ci səhifədəki Yaxşı hərəkət mətnindən belə çıxır ki, hər cür qüsurlu hərəkət edib, sonra doğru danışsaq, bu, normal qarşılanacaq. Mətni üzündən köçür (səh. 93, 96, 102, 105, 106, 112, 118, 121, 122, 125, 130, 131, 136, 137, 139, 141, 143, 149, 152, 156, 159) tipli cümlələri Mətni köçür şəklində vermək daha yaxşı olar. Ümumiyyətlə, dərslikdə mətnlərdə milli-mənəvi dəyərlər çox sönük verilib, yerli-yersiz əcnəbi mətnlərin ( Ayoqa nanay nağılı, Nəzakətli dovşan meksika nağılı, Niyə ayın donu yoxdur serb nağılı və s.) verilməsi başa düşülən deyil. Dərsliyə gen-bol salınmış anonim (görünür, müəlliflər özləri quraşdırıblar )mətnlər, şeir parçaları istər bədiilik, istərsə də üslub baxımından çox qüsurlu və tərbiyəvi nöqteyi-nəzərdən nöqsanlıdır. 3. Dərsliyin bədii tərtibatı, dizaynı baxımından 16-cı səhifədə baba, nənə və nəvə şəkilləri münasib deyil. 15

29-cu səhifədə mətnə aid şəkildə qarpız satanın fikrə dalmış şəkildə verilməsi məqsədəuyğun deyil. Burada bütün obrazlar ağzıaçıq təsvir edilib. 33-cü səhifədə rəndə şəkli uğursuzdur, çəkməyə bənzəyir, dəqiq və asanlıqla müəyyənləşdirmək olmur ki, bu, nə şəklidir. 34-cü səhifədə Dövlət Bayrağının təsvirinin altında göbələk şəklinin verilməsi məqsədəuyğun deyil. 36-cı səhifədəki kartof rəsmi çörəyə (batona) bənzəyir, uğursuz rəsmdir. 57-ci səhifədə atanın da, oğulun da ağzı açıq təsvir edilib. 61-ci səhifədəki şəkildə qarpızın cəmi üç dilimi verilib. Deməli, İzzət qarpızın qalan hissəsini artıq dənizə atıb. 66-cı səhifədə tələblərə uyğun çap olunmamış Dövlət Gerbinin təsvirinin altında süpürgə şəklinin verilməsi məqsədəuyğun deyil. 104-cü səhifədəki şəkil qüsurludur. Uşaqlar yaşca böyük görünür. 109-cu səhifədəki nənə və baba şəkilləri çox qorxuncdur. Bu irad bəzi səhifələrdəki digər şəkillərə də aiddir. 124, 125-ci səhifələrdəki şəkillər 1-ci sinif şagirdlərinin yox, böyük uşaqların şəkilləridir. Dərslikdə Azərbaycanın tarixi-mədəni abidələrinin təsvirinin yeri gəldikcə verilməməsi narazılıq doğurur. 4. Çalışmaların məzmuna uyğunluğu baxımından Dərsliyin 30-cu səhifəsindəki 1-ci çalışmanın şərti verilməyib. Çox qəribədir ki, sonrakı bu tipli çalışmaların bəzilərinin şərti verilir (səh. 36, 46, 62, 78), bəzilərininsə verilmir (səh. 52, 66, 68). Əslində isə burada şərt mütləq verilməli idi, sonrakılarda verilməsə də olardı. Bu, pedaqoji baxımdan ciddi qüsurdur. Həmin çalışmada İ hərfi ilə iki hecanı birləşdirmək olar: İ-MAN, İ-LAN. İ hərfinə ikinci hecanın qoşulmasında pazl şəkillərindən istifadə edilsə də, iki uyğunluq meydana çıxır ki, bu da şagirdlərdə çaşqınlıq yaradır. Qeyd: Əgər burada şagirdin işləməsini hecaların həkk olunduqları fiqurların çıxıntılarına uyğun şəkildə aparması nəzərdə tutulursa, onda çalışmanın mahiyyəti, düşünməyə istiqamətlənməsi heçə enir. Ona görə də çalışmada mütləq dəyişiklik edilməlidir. 17-ci səhifədəki 1-ci və 2-ci çalışmaların şərti düzgün verilməyib. 1-ci çalışmanın mətni belə daha düzgün olardı: Gəlin adları hecalara bölməyi öyrənək. 16

33-cü səhifədəki 2-ci çalışma düzgün deyil. Burada tərəzinin şəkli olmalıdır. Əks halda çalışmanın cavabını tapmaq şagird üçün çox çətindir. 36-cı səhifədəki r səsi ilə bitən tərəvəz adlarını sadala şərtli çalışma verilib (2-ci çalışma). Burada şəkillərə ehtiyac yoxdur. Daha doğrusu, əgər adları şagird özü sadalayacaqsa, şəklə nə ehtiyac var? Şərt belə olmalı idi: Tərəvəzlərdən hansının adı r səsi ilə bitir? 40-cı səhifədəki 1-ci çalışma öyrədici deyil. 42-ci səhifədəki 1-ci çalışmada ya hecası iki sözə ( ya-la, ya-tar ) uyğun gəlir. Ona görə çalışmada dəyişiklik etmək lazımdır. Həmin çalışmanın (eləcə də 58- ci səhifədəki 1-ci çalışmanın) şərti belədir: Çatışmayan hecaları tap. Burada hecalar gözümüzün önündə olduğundan tap yox, seç olmalıdır. Çalışmaların bəziləri dolaşıqdır. Bir neçə çalışmada şəkillərin adlarında... hərfinin yerlərini müəyyən edin sözləri gedib (səh. 17, 20, 23, 36, 37, 51, 69, 104). Əslində belə olmalıdır: Əşyaların (və ya varlıqların) adlarında... hərfinin yerlərini müəyyən edin. Nağıla əsasən şəkillərin düzgün ardıcıllığını müəyyən et (səh. 27, 42, 54, 62, 87, 91, 127) şərtində düzgün ardıcıllıq nə deməkdir? Düzgün sözü artıqdır. Ardıcıllıq sözünün içərisində düzgünlük də var. Bəzi şəkillərə aid çalışma yoxdur: Tülkü və leylək (səh. 51), Qar adam (səh. 87). Bəzi çalışmalar düşündürücü deyil (Nöqtələrin yerinə qoyulacaq sözləri şagirdlər hazır alırlar.): səh. 95, 111, 117, 151. 5. Müəllim üçün metodik vəsait in (MMV) məzmunu baxımından MMV-nin 2-ci dərsə aid Danışma hissəsində Ailə şəkil-kompozisiyasının dərsliyin 10-11-ci səhifələrində olduğu göstərilir, amma bu, 12-13-cü səhifələrdədir. MMV-də Zooparkda dərsində 28-ci səhifədə ilk abzasdan sonra verilən mötərizədə nöqtə mötərizənin içində olmalı idi, çünki mötərizənin daxilindəki cümləyə aiddir. MMV-nin 29-cu səhifəsinin Yazı hissəsində Şagirdlər 11-ci səhifənin aşağısında... yazılıb. Mövzu dərsliyin 15-ci səhifəsinə aid olduğundan burada 11- ci yox, 15-ci olmalı idi. Metodik vəsaitdə dərsliyin bütün səhifələrinin şəkli verildiyi halda, 89 və 95-ci səhifələr unudulub. Bu, vahidlik prinsipinin pozulmasıdır. 17

Metodik vəsaitdə də dərslərin əksəriyyəti böyük qrupla tədris olunur. Məişət istəklərini düz-əməlli bilməyən və birinci gün dərsə gələn şagirdləri qruplara bölüb necə işlətmək olar? Birinci dərsdə şagirdlərə məktəbin şəklini çəkmək tapşırılır. Əli normal şəkildə qələm tuta bilməyən şagirdlər bu gün məktəbə gəlib, hələ məktəbi düz-əməlli tanımır. Bu təqdirdə onlar necə şəkil çəkəcək?! Nəticə 1. Dərslik məzmun baxımından qüsurludur: əlifbanın öyrədilməsi, oxu və yazı texnikası üzrə ilkin bacarıqların mənimsənməsi, şagirdlərin lüğət ehtiyatlarının zənginləşdirilməsi, ən zəruri qrammatik qaydaların öyrədilməsi, tətbiq olunması, dövlət rəmzləri, xalqımızın dili, tarixi, əxlaqi-mənəvi keyfiyyətləri, mədəniyyəti, adət-ənənələri haqqında şagirdlərdə ilkin anlayışların yaradılması və təbliği baxımından dərslikdə bir sıra ciddi qüsurlara yol verilib. Dərslikdə Azərbaycançılıq, türkçülük və milli-mənəvi dəyərlər epizodik verilib, çox hallarda isə unudulub. 2. Fənlərarası inteqrasiyaya bir çox məqamlarda əməl edilməyib, keçilməyən hərflərdən və ədədlərdən istifadə olunub. Hərf və səs anlayışları bəzi çalışmalarda qarışıq salınıb. Mətnlərin düzülüşündə sadədən mürəkkəbə doğru təqdimat prinsipi pozulub. 3. Əxlaqi, etik məsələlərin əks olunmasında da çoxsaylı qüsurlar var. Demək olar ki, bütün mətnlərdə sonda birincilər ya polisdən, ya nənədən, ya babadan, ya müəllimdən, ya da hansısa heyvandan qorxur, utanır, qızarır və pərt olurlar (səh.53, 59, 61, 90, 146, 149, 155-dəki mətnlər). Əksinə, indiki uşaqlarımız daha hazırcavab, çevik və məntiqlidirlər, yaxud biz onların buna nail olması üçün çalışmalıyıq. Dərsliyə elə mətnlər salınmalıdır ki, onların bu keyfiyyətləri daha qabarıq görünə bilsin. 4. Dərslikdə dil və üslub cəhətdən bir sıra nöqsanlar vardır: mətnlərin dili və üslubu şagirdlərin yaş səviyyəsinə uyğun deyil, mütənasiblik gözlənməyib: ya daha azyaşlı uşaqlar üçün, ya da yuxarı yaşlı uşaqlar üçün mətnlər seçilib. Cümlələrin quruluşu bir çox hallarda Azərbaycan dilinin praktiki işlənməsinə və quruluş xüsusiyyətlərinə uyğun gəlmir. Şifahi xalq yaradıcılığımızdan həddən artıq az istifadə olunub. Vətənpərvərlik haqqında şəkil və mətnlər, demək olar ki, yoxdur. 5. Dərsliyin bədii tərtibatı, dizaynı şagirdlərin yaş psixologiyası baxımından kifayət qədər qüsurludur: vətənpərvərlik mövzusunda şəkil və mətnlər, demək olar ki, yoxdur. Mətnlərə uyğun gəlməyən, aydın seçilməyən şəkillərdən geniş istifadə olunub. Əksər hallarda şəkillər karikaturaya bənzəyir. 6. Dərslikdə verilmiş tapşırıqların şərti bir sıra hallarda düzgün deyil, tam 18

qavranmır. 7. Rəydə göstərilən çoxlu sayda iradlardan yalnız 18-i müəlliflər tərəfindən qəbul edilib. 19