Babaşova Turan Əjdər qızı

Benzer belgeler
Azərbaycan tarixi- İmtahan sualları

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

İbtidai icma quruluşunun bölündüyü dövrlər. Bilet 1. Azığ mağarasında insanlar necə yaşayırdılar? İbtidai icma quruluşu dövründə cədvəlini doldurun.

Marketinq. Mehdiyev Əkbər

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Biryerdə nəticələrə doğru: AİB-nın Asiya və Sakit Okean Regionunda əməkdaşlığı haqqında 50 məqalə

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Elmi tədqiqatların təsnifatı. Məqsədli təyinatı üzrə: Fundamental; Tətbiqi; Axtarış; Işləmə.

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

IV Zirvə Oyunlarının ƏSASNAMƏSİ

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

[18] 1. Ümumi müddəalar

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

BÖYÜK DƏCCAL Amerika

Yaponiyanın Azərbaycan Respublikasına göstərdiyi Rəsmi İnkişaf Yardımı (RİY)

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

Yaşıl Kart Sistemi. Maddə Yaşıl Kart Sistemi ilə bağlı ümumi müddəalar

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı cü il. Sədr. Elman Rüstəmov

KƏND TƏSƏRRÜFATI ÜZRƏ ELEKTRON QİYMƏT İNFORMASİYA PORTALININ STRUKTURUNA VƏ FƏALİYYƏTİNƏ DAİR TƏLİMAT. I. Ümumi bölmə

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

H E S A B A T Q E Y D Ə A L I N D I!

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

Protokolundan Çıxarış aprel 2016-cı il

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI YANINDA MALİYYƏ MONİTORİNQİ XİDMƏTİNİN HÜQUQ VƏ METODOLOGIYA ŞÖBƏSİ HAQQINDA ƏSASNAMƏ

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Sabancı Universiteti

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

2014-cü ilin üçüncü rübünün nəticələri

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

II. Test imtahanının təşkili və keçirilməsi

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

Azərbaycanda turizmin vəziyyəti

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Haqsız rəqabət haqqında Azərbaycan Respublikasının Qanunu

Korporativ idarəetmə. Ruslan Atakişiyev İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri. Məruzəçi:

UniMiles 3 illik 100 AZN və ekvivalenti

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında. Azərbaycan Respublikasının Qanunu

AVRASİYA SOSİAL ELMLƏR FORUMU

Bakı Modern Məktəbi. Yaddaş kitabçası. Azərbaycan tarixi- 6

KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ FƏNN SİNİF TARİX VARİANT ŞAGİRD

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

YERLİ BANKLARIN ŞÖBƏLƏRİNİN VƏ YERLİ NÜMAYƏNDƏLİKLƏRİNİN AÇILMASI ÜÇÜN İCAZƏ ALINMASI VƏ İCAZƏNİN LƏĞV EDİLMƏSİ QAYDALARI

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

yetrildikdə 2,3 və 4 -cü hadisələr onun fəaliyyəti ilə bağlı deyildir. Cavab B variantıdır.

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

MƏTBUAT ÜÇÜN HESABAT

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı ci illər üçün Fəaliyyət Planı

Azərbaycan diasporu: Müasir çağırışlar və sistemli fəaliyyətin təşkili

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Finansist Təqdimat. Ramil Bağırov EY: Şirkətin ən dəyərli sərvəti onun əməkdaşlarıdır

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

Zeynalova Sevinc III kurs

2016-cı ildə Rioda keçiriləcək Olimpiya oyunlarının ən yaxşı anlarından zövq alın! TİRAJLI STİMULLAŞDIRICI LOTEREYA QAYDALARI VƏ ŞƏRTLƏRİ

Beynəlxalq aləmdə tanınmaq uğrunda mübarizə

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

Bilet 1. Azərbaycanda Ulu icma: məskənlər və inkişafı. Xəritə üzərində Azərbaycanda Daş dövrünə aid yaşayəş məskənlərini müəyyən edin.

Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

KORPORATİV SOSİAL MƏSULİYYƏT ÜZRƏ BEYNƏLXALQ

QEYRİ-QANUNİ YOLLA ƏLDƏ EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN VƏ YA DİGƏR ƏMLAKIN BANKLAR VASİTƏSİLƏ LEQALLAŞDIRILMASININ QARŞISININ ALINMASINA DAIR

AZƏRBAYCANIN İQTİSADİ ƏLAQƏLƏRİ VƏ DÜNYA TƏSƏRRÜFAT SİSTEMİNƏ İNTEQRASİYA PROSESLƏRİ

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

Biz eyni dalğadayıq TİRAJLI STİMULLAŞDIRICI LOTEREYADA İŞTİRAK ŞƏRTLƏRİ

TİTUL VƏRƏQİ MƏKTƏBLİLƏRİN KİMYA FƏNNİ ÜZRƏ RESPUBLİKA OLİMPİADASI FİNAL MƏRHƏLƏSİ IX SİNİF. İştirakçı S.A.A. Şəhər, məktəb

Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında

Kredit bürosu borcalanlar üçün əla imkanlar

Transkript:

Bakı Dövlət Universiteti TARİX fakültəsi Babaşova Turan Əjdər qızı Kurs işi: Mövzu: Qarabağ probleminin tarixşünaslığı Bakı 2012 1

Plan: I Fəsil: Dağlıq Qarabağ probleminin yaranma səbəbləri II Fəsil: Qarabağ problemi Azərbaycan tarixşünaslığında III Fəsil: Dağlıq Qarabağ problemi beynəlxalq münasibətlər sistemində 2

I Fəsil Dağlıq Qarabağ probleminin yaranma səbəbləri Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, öz taleyinin, təbii sərvətlərinin tam hüquqlu sahibinə çevrilməklə bərabər, həm də öz keçmiş tarixini və müasir siyasi tarixinin bütün problemlərini araşdırmaq imkanı qazandı. Azərbaycan dövlət müstəqilliyini bərpa etməsi, Sovetlər birliyinin və soyuq müharibənin sona çatması və dünyada sürətlə cərəyan edən qlobal siyasi proseslər fonunda baş verdi. Nəhəng imperiyanın tarixin arxivinə atılması müttəfiq respublikaların hamısı üçün müstəqil dövlətçiliyin qurulması yolunda tarixi şans vermiş oldu. İmperiyanın süquta uğraması eyni zamanda etnik və siyasi konfliktlərin alovlanmasına rəvac verdi. SSRİ-nin süqutu ərəfəsində yaranmış vəziyyətdən istifadə edən ermənilər 1988-ci ilin əvvəlində Azərbaycana qarşı açıq hərbi təcavüzkarlıq siyasətinə başladılar. İki yüz ildən artıqdır ki, Azərbaycan xalqı ermənilərin vaxtaşırı ərazi iddiaları, soyqırım və etnik təmizlənmə kimi, ağır cinayətlərə məruz qalmışdır. Yerli xalq olan azərbaycanlılar ermənilər tərəfindən təşkil edilən amansız hücumların obyekti olaraq öz doğma ocaqlarından qovulur, qaçqına və köçkünə çevrilirlər. Ermənilərin ərazi iddiaları azərbaycanlılara qarşı planlı şəkildə həyata keçirdikləri qırğınlar və soyqırımlarla dəhşətli faciələrlə nəticələnir. 1988-ci ildə erməni ideoloqları Böyük Ermənistan uydurmasını yenidən ortaya atmaqla Dağlıq Qarabağ problemini yaratdılar. Həmin ilin əvvəlində Azərbaycana qarşı hərbi təcavüzkarlıq siyasəti başlandı. Əsas məqsəd Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağın 3

Ermənistana birləşdirilməsi idi. Beynəlxalq hüquq qaydalarına və BMT qərarlarına məhəl qoymayan Ermənistan parlamenti 1989-cu il dekabrın 1-də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında bədnam qərar qəbul etdi. Erməni separatizminin dünyanın müxtəlif ölkələrindəki erməni lobbisi, dini mərkəzləri və bəzi iri dövlətlərin irticaçı qüvvələri tərəfindən dəstəklənməsi azərbaycanlılara məxsus kəndlərin və qəsəbələrin dağılmasına, minlərlə günahsız insanın ölümünə, bir milyondan çox vətəndaşımızın öz tarixi etnik ərazilərindən qovulmasına gətirib çıxardı. Erməni silahlı birləşmələri Dağlıq Qarabağ ərazisini tam nəzarətə aldıqdan sonra onun hüdudlarından kənarda Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını işğal etdi. Hərbi əməliyyatlara zamanı dinc əhali kütləvi surətdə qırıldı, işğal edilmiş ərazilərdə etnik təmizləmə aparıldı və dəhşətli dağıntılar törədildi. Beləliklə erməni silahlı qüvvələri Rusiya Federasiyasının hərbi-siyasi köməyinə əsaslanaraq Azərbaycana təcavüz etməklə ərazimizin 20%-ni işğal etdi. 30 mindən çox adam öldürüldü, 200 min nəfərdən çox adam yaralandı və ya şikəst edildi. 4 min nəfərdən çox insan əsir alındı. Yaxud girov götürüldü, 1 milyon azərbaycanlı ev-eşiyini itirdi, 100 mindən çox yaşayış evi milyondan çox iqtisadi obyekt, 600-dən çox məktəb və tibb müəssisəsi yandırıldı, talan edildi və Azərbaycana bütövlükdə 60 milyard dollar ziyan vuruldu. Dünya dövlətlərin hadisələrə ikili standartlara yanaşmasından şirniklənən ermənilər heç bir beynəlxalq təşkilatı tələblərinə məhəl qoymadılar. Ermənistan dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı olan BMT-nin TŞ-nin silahlı qüvvələrinin zəbt edilmiş Azərbaycan torpaqlarından çıxarılmasına dair qətnaməni yerinə yetirmədi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün ATƏM-in 1992-ci ildə Minsk qrupu yaradıldı. Münaqişənin həlli bu beynəlxalq missiyaya həvalə edildi. Azərbaycan Respublikası rəhbərliyi Budapeşt sammitindən sonra Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox fəal iş aparmaqla Minsk qrupuna daxil olan və ATƏT-ə üzv olan başqa ölkələrin Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyünün təmin etmək yolu ilə həll oluna bilməsi prinsipinin təsdiqinə nail ola bildi. ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyəti 1996-cı ilin dekabrında keçirilən ATƏT-in Lissabon zirvə toplantısında özünü daha qabarıq büruzə verdi. Lissabon zirvə görüşündə Azərbaycan Respublikasının prezidenti H.Əliyev demişdi: Dağlıq Qarabağın müstəqilliyi haqqında qanunsuz iddialar beynəlxalq hüququn hamı tərəfindən bəyənilmiş normaları ilə bir araya sığmır. Biz həmin iddialarla heç 4

vaxt razılaşmayacağıq, biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verməyəcəyik Ümumiyyətlə, ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon, 1999-cu il İstanbul zirvə görüşlərində problemin ədalət müstəvisində çözülməsi istiqamətində Azərbaycan diplomatiyasının qazandığı uğurlar danılmazdır. Azərbaycan rəhbərliyinin Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində daha qətiyyətli və sərt mövqe tutması və hücum diplomatiyasına üstünlük verməsi son vaxtlar bu məsələyə daha çox barmaqarası baxan ATƏT-in və onun Minsk qrupunun fəaliyyətinin canlanması ilə nəticələnmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi və münaqişənin ədalətli şəkildə araşdırılaraq qiymətləndirilməsi hazırda Azərbaycan tarix elmi qarşısında duran ən aktual problemlərdəndir. İstər münaqişənin aktiv dövründə, istərsə də atəşkəs elan olduqdan sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir çox əsərlər yazılıb. Mövzunun aktuallığını nəzərə alaraq onu tarixşünaslığının işlənilməsi problemin sistemli şəkildə öyrənilməsinə kömək ola bilər. Ümumiyyətlə erməni tarixşünaslığına nəzər salsaq görərik ki, bu tarix qədim dövrdən başlayaraq müasir dövrə qədər Azərbaycan ərazilərinə qarşı yalan iddialarla doludur. II Fəsil Qarabağ problemi Azərbaycan tarixşünaslığında Bütün bunlara baxmayaraq, zaman-zaman Azərbaycan tarixşünaslığında ermənilərin bu hərəkətlərinə tutarlı əsərlərlə cavab verilmişdir. Bunlardan F.Məmmədova, Z.Bünyadov, R.Göyüşov, T.Məmmədovun, V.Piriyevin və bir çox başqa Azərbaycanlı tarixçilərini göstərmək olar. F.Məmmədovanın 1993- cü ildə nəşr olunmuş Albaniyanın siyasi tarixi və tarixi coğrafiyası əsəri Azərbaycanın müstəqilliyinin ilk illərində erməni millətçilərinə təbliğat sahəsində uduzduğumuz bir şəraitdə meydana gəlib. Əsərdə antik və orta əsr mənbələri əsasında antik və erkən orta əsrlər Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələr, onun mədəniyyət və ideologiya məsələləri işıqlandırılır. Müəllif həmçinin ölkənin siyasi-inzibati strukturu, etnik və siyasi sərhədləri, müxtəlif alban kilsəsinin və alban ədəbi tarixi ənənələrinin təşəkkülü və s. məsələlərdən bəhs edib. Görkəmli Azərbaycan alimi, mərhum akademik Z.M.Bünyadov özünün Azərbaycan VII-IX əsrlərdə monoqrafiyasında yurdumuzun siyasi tarixinin bir sıra məsələlərini, sosial-iqtisadi 5

inkişafını çoxsaylı yazılı qaynaqlara əsaslanaraq ilk dəfə ətraflı işıqlandırılmışdır. Z.M.Bünyadov bu əsərində VII əsrin sonu-viii əsrin əvvəllərində erməni katalikosluğunun ərəb xilafəti ilə ittifaqa girərək alban katalikosluğunu erməni kilsəsindən asılı vəziyyətə salınması, iki katalikosluqarasında gedən mübarizəni, Albaniyada əhalinin bir hissəsinin qriqoryanlaşdırılması və digər məsələlərə toxunulub. Qafqaz Albaniyasının IV-VII əsrlərdə dinini araşdırarkən mərhum R.Göyüşovun 1984-cü ildə nəşr olunmuş (rus dilində) Qafqaz Albaniyasında xristianlıq 3 monoqrafiyasını xüsusi qeyd etmək lazımdır. O arxeoloji materiallar əsasında ilk orta əsrlər dövrünün xristian dininin bir sıra məsələlərinə toxunmuşdur. Onun tərəfindən bir çox kilsə, məbəd, monastırlar aşkar edilmiş və tədqiqata cəlbedilmişdir. Azərbaycan tarixində orta əsrlər dövrü (XIII-XIV) Qarabağ tarixinin işıqlandırılmasında Vaqif Piriyevin Azərbaycan XIII-XIV əsrlərdə monoqrafiyası da əhəmiyyətlidir. Əsərin II fəslində Qarabağın sərhədlərindən, ərazisindən və tariximövqeyindən bəhs olunur. Bu hissədə müəllif Qarabağ adının etimologiyasınatoxunaraq qeyd edir ki, Arran Qarabağı termininə ilk dəfə Fəzlullah Rəşidəddinin Came ət təvarix əsərində 1284-cü ilin hadisələrindən bəhs olunarkən təsadüfedilir. Burada XIII əsrdə mövcud olmuş Xaçın knyazlığı və onun knyazı HəsənCəlalın etnik mənsubiyyətinə toxunulur və mənbələr əsasında sübuta yetirilir ki,xaçın alban knyazlığı H.Cəlal isə alban knyazı olub Qarabağ ərazisində Azıx mağarasından başlamış, XX əsrin I rübünədək baş verən etnoproseslər Xəliyəddin Xəlillinin 2006-cı ildə nəşr olunmuş Qarabağ: etnomənəvi inkişaf tarixi əsərində işıqlandırılıb. Monoqrafiyada alban türklərinin etnos kimi formalaşlamsından geniş bəhs olunur. Kitabda həmçinin ermənilərin Avropa imperialistlərinin xristian təssübkeşliyi ilə ermənilərdən istifadə etmək məqsədilə onların Qarabağa və Qafqaza köçürülməsindən mənbələr əsasında bəhs edilir. Orta əsrlər dövrünə aid Qarabağın tarixi yazılan ayrı-ayrı əsərlərin tərkibində özünə yer alıb. Bu dövr Qarabağın tarixində xüsusi əsər həsr edilməyib. Yalnız 6

Qarabağ xanlığı ilə bağlı Zenfira Hacıyeva, Mais Əmrahovun Qarabağ xanlığına həsr olunmuş əsərlərini göstərmək olar. Tarixdə mərhələ -mərhələ davam edən çirkin xislətli erməni siyasətinin Azərbaycana və azərbaycanlılara qarşı yeni mərhələsi-işğalçılıq, deportasiya və tarixdə misli görünməmiş soyqırım mərhələsi 80-cı illərin sonlarından başlandı. 1985-ci ildən başlayaraq keçmiş SSRİ rəhbərliyinin havadarlığı ilə Ermənistanın ölkəmizə əsassız ərazi iddiaları daha azğın şəkil almış azərbaycanlıların kütləvi qırğın və tarixi ərazilərdən deportasiyası şəhər və kəndlərimizin yerlə-yeksan edilməsi, maddi mədəniyyət abidələrimizin dağılması kimi qəsdlərlə müşayiət olunmuşdur. Dünya ictimaiyyətinə özlərini əzabkeş xalq kimi qələmə verən ermənilər azərbaycanlılara qarşı bəşər tarixinin ən amansız qəddar cinayətlərini törətmişlər. Azərbaycan tarixşünaslığında 80-cı illərin sonu 90- cı illərin əvvəllərində baş verən hadisələrlə bağlı bir çox əsərlər, monoqrafiyalar, xatirə ədəbiyyatları, məqalələr yazılıb. Bu tarixi ədəbiyyatları isə iki qisimdə qruplaşdırmaq olar. I. 1988-ci ilin fevralından -1991-ci ilin oktyabrına qədər Azərbaycanda, xüsusən onun paytaxtı Bakı şəhərində baş verən hadisələr mitinqlər, küçə yürüşləri, piketlər, tətillər, meydanlarda və salonlarda keçirilən müxtəlif yığıncaqlar o cümlədən 1988-ci ildən başlayaraq Ermənistan SSRİ-dən azərbaycanlıların sonuncu deportasiyası bir dövr təşkil edir. II. 1992- ci ildən Dağlıq Qarabağda hərbi əməliyyatların aktiv fazasının başlanması, Dağlıq Qarabağ və ətraf 7 rayonun itirilməsi, 1994-cü ildə imzalanan Bişkek protokolu ilə atəşkəsin elan olunması hadisələrin növbəti mərhələsi kimi dəyərləndirmək olar. Bəhs etdiyimiz dövrdə Azərbaycanda, xüsusən Dağlıq Qarabağ ətrafında cərəyan edən proseslərlə tanış olmaq üçün Ədalət Tahirzadənin 1997-ci ildə nəşr olunmuş 2 cildlik Meydan 4 il 4 ay əsəri xüsusi qeyd olunmalıdır. Əsər 1988-ci ilin fevralından- 1992- ci ilin iyun ayına qədərki xronoloji çərçivəni əhatə edir. Əsərin özünəməxsus cəhəti odur ki, burada müəllif heç nəyə subyektiv müdaxilə etmir, yalnız gördüklərinin təsviri ilə kifayətlənir, nəticə çıxarmağı isə oxucunun 7

özünə saxlayır. Müəllif yazısına Dağlıq Qarabağda nə olmuşdu? Adlı başlıqla başlayır. Əslinə baxılarsa ermənilərin Dağlıq Qarabağ ətrafında təxribatçı fəaliyyətləri müxtəlif qəzet, jurnal, kitab səhifələrində hələ 80-cı illərin I yarısından start götürmüşdür. 1982-ci ildə Oqonyok jurnalında (50-ci sayında) belə bir yazı getmişdi ki, (müəllifi Aşot Arzumanyan) heykəltəraş Akop Gürcüyan Şuşa şəhərində- Ermənistanın gözəl guşəsi Dağlıq Qarabağın mərkəzində anadan olub. 10 fevral 1983-cü il tarixdə isə Komsomolskaya pravda qəzetində dərc olunan yazıda qeyd edilir ki, (müəllifi Ağacanyan) Dağlıq Qarabağda kənd təsərrüfatı problemləri ilə bağlı vəziyyəti öyrənmək üçün Ermənistan rəhbərliyinin fikri öyrənilir. 1984-cü ilin oktyabrında 5 erməni dığası Bakıda 106 nömrəli avtobusu partlatmaq istədi... Məqsəd azərbaycanlı tələbələri qırmaq olub. Özü də hadisə ermənilərin genosidi ilə bağlı təşkil edilmişdi. Bu hadisədən yarım il qabaq -17 aprel 1984-cü ildə böyük xərclə təmir edilmiş Akademik opera və balet teatrı binasını da ermənilər yandırdılar. 1984-cü ilin oktyabrında Sovet İttifaqı K.P M.K. Ermənistan SSRİ-də Mərkəzi Komitənin iyun plenumu qərarların yerinə yetirilməsinin gedişi barədə qərar qəbul etdi. Bəs bu qərara ermənilər hansı işlərlə cavab verdilər? Bu suala cavab Literaturnaya qazeta nın Ermənistan SSRİ üzrə müxbiri Zori Balayanın Yerevanda 1984-cü ildə buraxılan Ocaq kitabı oldu. Kitab belə bir epiqrafla başlayır: Bütün xalqlar üçün günəş şərqdən doğur, ermənilər üçün günəş Qarabağdan doğacaq. Nəfis tərtibatla buraxılan əsərdə türklər (azərbaycanlılar da onların içində) vəhşi, barbar adlandırılır, onların ünvanına küçə söyüşləri yağdırılır... Ancaq Moskvada bunların heç birinə fikir verilmədi. Literaturnaya qazeta nın redaktoru A.Çakovski Z. Balayanı açıq-açığına müdafiə etdi. Ara bərk qarışanda isə televiziyanın Zaman xəbərlər proqramında Z.Balayanın müsahibəsini təşkil etdilər. Ermənistanda isə onun cızmaqarası respublika jurnalistlər ittifaqının mükafatını aldı. Bizdə isə Mərkəzi Komitə bütün kütləvi informasiya vasitələrinə ən ciddi tapşırıq verdi ki, nəbadə birdən o əsərə qarşı çıxış verəsiniz! 80-cı illərin sonunda cəmiyyətdə əks səda doğuran hadisələrdən biri də 1987-ci ilin noyabrında M.S.Qarbaçovun iqtisadi məsələlər üzrə köməkçisi Abel Aqanbekyanın Fransada, Fransa Kommunist partiyasının orqanı Humanite qəzetinə müsahibəsi oldu. O, qeyd edir, Azərbaycan Respublikasına birləşdirilmiş qədim erməni torpaqları olan Qarabağ və Naxçıvan haqqında soruşanda 8

Aqanbekyan birinci bu haqda özünün şəxsi nöqteyi-nəzərini ifadə etdi: mən istərdim ki, respublikanın şimal-şərqində yerləşən Qarabağ Ermənistanın olsun. İqtisadçı kimi mən belə hesab edirəm ki, o, Ermənistanla Azərbaycandan daha çox bağlıdır. Bu istiqamətdə mən bir təklif irəli sürmüşəm. əminəm ki, bu problem yenidənqurma və demokratiya şəraitində öz həllini tapacaq. Bu hadisədən sonra Azərbaycanda müxtəlif ictimai təşkilatlar bu bəyanatla bağlı etirazlarını bildirdilər. Bunlardan 1987-ci il 17 dekabrda Akademiya partiay komitəsinin XVII konfransında Ziya Bünyadov, yazıçı Anar başda olmaqla Yazıçılar İttifaqının üzvləri və bir çox təşkilatlar vardı. Ermənilər isə bu dövr Qarabağ problemi ətrafında daha çox təşkilatlandılar. Hələ 1987-ci ilin oktyabrında Yerevanın Puşkin meydanında Qarabağ komitəsinin ilk açıq mitinqi keçirildi. Artıq 1988-ci ilin fevralında istər İrəvanda, istərsə də Xankəndində ermənilər siyasi aksiyalarını daha fəal şəkildə keçirməyə başladılar. Əgər həqiqətən də bu münasibətlərdə təzahür edən ziddiyyətlərin qarşısı vaxtında alınmış olsaydı, kütləvi mübarizəyə təhrik edilənlər cəzalandırılsaydı, şübhəsiz Qarabağ məsələsi uzanıb indiki faciələrə səbəb olmazdı. Bütün bunların qarşısının alınmadığını görən ermənilər gündən-günə yeni tədbirlərə əl atıb, öz avantürist siyasətlərini davam etdirməyə imkan tapdılar. 20 fevral 1988-ci ildə Vilayət Soveti deputatları növbədənkənar sessiyada (azərbaycanlılar istisna olmaqla) Qarabağ vilayətinin Azərbaycan SSRİ tərkibindən çıxarılıb Ermənistan SSRİnin tərkibinə daxil olmasına səs verdilər. Ə.Tahirzadənin əsərində Sovetski Karabax qəzetinin 21 fevralda çıxan sayından götürülmüş Dağlıq Qarabağ Muxtar Vilayəti XX çağırış Xalq Deputatları Sovetinin növbədənkənar sessiyasının qərarından çıxarış belə səslənir. Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında Azərbaycan SSRİ qanunu nun 39-cu maddəsinə uyğun olaraq vilayət sovetinin 87 deputatı Dağlıq Qarabağ Muxtar Vilayəti XDS-nə növbədənkənar sessiya çağırmaq xahişi ilə müraciət edib....sessiya...qərara alıb: Dağlıq Qarabağ Muxtar Vilayəti zəhmətkeşlərinin 9

arzusunu yerinə yetirərək Dağlıq Qarabağ əhalisinin istəklərinə dərin həssaslıq göstərmək və Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycan SSRİnin tərkibindən Ermənistan SSRİ-nin tərkibinə vermək haqqında məsələni həll etmək üçün Azərbaycan SSRİ Ali Sovetindən xahiş edilsin ki, eyni zamanda Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSRİ-nin tərkibindən Ermənistan SSRİnin tərkibinə verilməsi haqqında məsələni müsbət həll etmək üçün SSRİ Ali Sovetinin qarşısında vəsatət qaldırılsın. Müəllifin kitabın I cildinin II bölümündə On doqquz günün dastanı ilə bağlı qeyd etmiş olduğu hadisələr 1988-ci ilin noyabrından -5 dekabrınadək ermənilərin Qarabağda törətdikləri azğınlıqlara qarşı azadlıq meydanında xalqın etirazını və meydan hərəkatının canlı şahidi kimi gündəlik qeydləri ilə bu prosesin başlanması, gedişi və nəticələrini oxucunun diqqətinə çatdırır. Əsərin II cildi 1990-cı ilin yanvarından -1992-ci ilin iyununa qədərki dövrü əhatə edir. Bu cildin ilk bölümü əsasən 20 yanvar hadisələrinə həsr olunub. Burada yanvarın 19-dan 20-nə keçən gecə rus ordusu tərəfindən azərbaycan xalqına qarşı törədilmiş cinayət hadisələrinin canlı şahidi kimi müəllifin şəxsi müşahidələrinə əsasən təsvir edilir. Ümumiyyətlə əsərdə bəhs olunan dövrdə Azərbaycanın paytaxtında baş verən hadisələr Qarabağda cərəyan edən hadisələrlə paralel işıqlandırılır. Xüsusən müəllif Dağlıq Qarabağda mühüm strateji əhəmiyyət kəsb edən Şuşa və Laçının işğalına toxunur və buna səbəb olan bir çox daxili və xarici faktorları göstərir. Əsər 1992-ci ilin iyununda AXC-nin hakimiyyətə gəlməsilə bitir. Azərbaycanda xalq hərəkatının ideya siyasi təkamülünü izləmək baxımından Əbülfəz Elçibəyin 1992-ci ildə nəşr olunmuş Bu mənim taleyimdir və Deyirdim ki, bu quruluş dağılacaq əsərləri əhəmiyyətlidir. Birinci əsərdə Ə.Elçibəyin müxtəlif mitinq, nümayiş və yığıncaqlardakı çıxışları, televiziya və mətbuata verdiyi müsahibələri əks olunub. Göstərilən əsərdə müəllifin əsasən milli hərəkatdakı fəaliyyəti və bu haqda düşüncələri yer alsa da, lakin Dağlıq Qarabağ problemi ilə bağlı ayrı-ayrı çıxışlarında söylədiyi fikirlər və bu problemlə bağlı fəaliyyətinə də toxunulur. Bu haqda 1990-cı ilin yanvarında Ə.Elçibəyin Türkiyə televiziyasına müsahibəsində Qarabağ məsələsinə toxunaraq qeyd edir ki, əgər ermənilər verilən qərarlara əməl etmirlərsə, yəni hələlik ordu oradadırsa, sərhədlərdə adamöldürülürsə, bu məsələni qaydasına salmaq 10

üçün dövlət hələ fəaliyyət göstərməlidir... Qarabağdan çıxan ermənilər keçib Ermənistana, oradan da Qazax, Naxçıvan, Gədəbəy sərhədlərinə hücum edirlər. Erməni silahlılarını susdurmayınca vəziyyət düzəlməyəcək. Müxbirin erməni təbliğatı ilə bağlı sualını müəllif belə cavablandırır: Bu adi bir şeydir.ermənilər həm Moskvada, həm Avropada, həm də ABŞda nüfuz sahibləridir ; qəzet, mətbuat, televizor bunların əlindədir. Moskva televiziyasının rəhbərlərindən biri, Fransa televiziyasının bir kanalının sahibi ermənidir. Hətta Moskvanın Oqonyok jurnalının müxbiri az-çox düzgün məlumat yazmışdı, onu da heç bir qəzet və jurnalda çap etdirə bilmədiermənilər ona imkan vermədilər. Belə olan halda Azərbaycanda baş verən hadisələrdən dünya necə xəbər tuta bilər? Əsərdə Ə.Elçibəyin 1991-ci ilin avqustunda Azadlıq qəzetində çıxan bəyanatında Dağlıq Qarabağ ətrafında cərəyan edən siyasi proseslərə münasibət baxımından maraqlıdır. Bəyanatda qeyd olunur ki, Son vaxtlar sərhədlərə və Qarabağda baş verən faciəli hadisələr erməni təcavüzü nəticəsində ölən, yaralanan girov götürülən adamlarımızın taleyinə laqeyidik, İttifaq müqaviləsi adı altında gələcəyimizin Moskvada hərraca qoyulmasına əhəmiyyət verilməməsi, başlıcası isə torpaqlarımızın itirilməsinin səssizcə qarşılanması AXC-ni narahat etməyə bilməz... Referendumun nəticələrini saxtalaşdırmaqla İttifaqın yaradılmasına hamıdan əvvəl razılıq verən Azərbaycan rəhbərliyi Nova- Oqoryovdakı danışıqlarda respublikamızın işğal olunmuş əraziləri, əhalimizin təhlükəsizliyinin təmin edilməsi məsələsini ciddi şəkildə qoymamış, əksinə, İttifaq müqaviləsini də hamıdan əvvəl bəyənmişdir... Ermənistanı İttifaq müqaviləsinə cəlb etmək məqsədilə əvvəlcə Azərbaycanın kommunist rejiminin mövqeyini müdafiə edən Kreml bu gün yenidən ustalıqla ermənilərin hərbi əməliyyatlarını müdafiə edir. Nüvədidən azərbaycanlıların qovulması, sərhədlərdə və Qarabağda vəziyyətin gərginləşməsi Azərbaycana qarşı qanlı təxribatların hazırlanmasından xəbər verir. Dövrün ictimai-siyasi proseslərini və bu proseslərin tərkib hissəsi olan Dağlıq 11

Qarabağ probleminin yaranması və inkişafını Aydın Balayevin Azərbaycanda kütləvi hərəkat :Müsavatdan Xalq cəbhəsinədək əsərində izləmək olar. Kitabda mövzumuzla bağlı hadisələr sonuncu bölümdə Azərbaycan Xalq Cəbhəsi tarixi xronika : 1988-1992 adlı başlıq altında verilib. 80-cı illərin sonunda milli hərəkatın inkişafını xarakterizə edən müəllif 1989- cu ilin yayında hərəkatın yeni mərhələyə qədəm qoyduğunu qeyd edir. 1989-cu ilin sonu avqustun əvvəllərində milli hərəkatda keyfiyyətcə yeni mərhələ başladı 29 iyul, 5 və 12 avqustda, Bakının baş meydanında kütləvi mitinq baş tutdu. Azərbaycan rəhbərliyi AXC-nin köməkliyi ilə Ermənistan SSRİ və mərkəzə təzyiq göstərməyə cəhd edirdi. Bunu göstərən fakt odur ki, rəhbərlik kütləvi mitinqlərə müdaxilə etmirdi. Bu mitinqlərdə AXC respublika Ali Sovetinin növbədənkənar sessiyasının çağırılmasını, Dağlıq Qarabağ Muxtar Vilayətindəki XKS-nin ləğvini müzakirə etmək, Azərbaycanın suverenliyi, iqtisadi müstəqilliyi haqqında qanunu qəbulu, Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayəti üzərindəki suverenitetini bərpa etmək, Azərbaycan SSRİdə xalq deputatları seçkilərinin yeni formasını tətbiq etmək, fövqəladə vəziyyət və komendant saatının Bakı və Respublikanın başqa rayonlarında ləğvi və əsas AXC-nin tanınması tələbini irəli sürülürdü. Bütün bu etiraz çıxışlarına başlıca səbəb isə Dağlıq Qarabağda hələ 1988-ci ildən başlamış separatist hərəkətləri idi. 1989-cu ildə erməni daşnaklarının Dağlıq Qarabağdakı qanunsuz hərəkətlərinə daha da rəvac verən hadisə Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi İdarəçilik Komitəsinin yaradılması oldu. Bu haqda müəllif qeyd edir ki, Dağlıq Qarabağ Muxtar Vilayətində respublikada 1989-cu ilin başlanğıcında vəziyyət həyəcanlı idi. 1989-cu ilin yanvarında Dağlıq Qarabağ Muxtar Vilayətində guya vəziyyəti normallaşdırmaq üçün A.Volskinin rəhbərliyi ilə xüsusi idarəçilik komitəsi yaradıldı ki, əslində bu respublika orqanlarının muxtar vilayətdən uzaqlaşdırılması demək idi. Xüsusi İdarəçilik Konitəsi Dağlıq Qarabağ Muxtar Vilayətinin bütün siyasi-iqtisadi və mədəni əlaqələrini respublikadan ayırdı. A.Volski erməni quldurlarına imkan yaratdı ki, Dağlıq Qarabağ Muxtar Vilayətində azərbaycanlıları sıxışdırmaq kompaniyasına başlasınlar. Bu 12

məqsədlə Dağlıq Qarabağ Muxtar Vilayətində bütün azərbaycanlı kəndləri mühasirəyə alındı, vilayətin azərbaycanlı əhalisinə qarşı şiddət və terror başlandı. Ümumiyyətlə mərkəzin Dağlıq Qarabağda cərəyan edən proseslərdəki siyasi manevrlərindən biri kimi İttifaq müqaviləsinin imzalanacağı ərəfədə onun Dağlıq Qarabağ problemindən Ermənistan və Azərbaycana təsir vasitəsi kimi istifadə cəhdi oldu. İttifaqın saxlanması ilə bağlı Azərbaycanın referendumda müvəfəqiyyətli iştirakı nı, Ermənistansa ondan imtina etdiyini anlayan mərkəz növbəti dəfə Qarabağ kartı ndan öz məqsədləri üçün istifadə etmək qərarına gəlir. Qarabağ konfliktinin gərginləşdiyi 3 il ərzində hər zaman seyirci mövqe tutan Sovet ordusu 1991-ci ilin aprelin sonlarında M.S.Qarbaçovun qeyri-qanuni silahlı birləşmələri ləğv etmək əmri ilə Çaykənd və bir neçə erməni kəndlərində əməliyyatlara başlayır və qısa müddətdə erməni yaraqlılarının yaxşı möhkəmləndirilmiş bir neçə bazasını ləğv edir. Bu əməliyyatların məqsədi aydın idi: bir tərəfdən Kremlə bağlı kommunist rejimini Azərbaycanda möhkəmləndirmək, A.Mütəllibova İttifaq müqaviləsini rahat surətdə imzalamağa şərait yaratmaq, digər tərəfdən Ermənistana təzyiq etməklə onu nova-oqaryova prosesinə qoşmaq. Azərbaycanda 80-cı illərin sonu 90-cı illərin əvvəllərində ictimai-siyasi, iqtisadi proseslərin kompleks tədqiqə cəlb edildiyi əsərlərdən biri də O.B.Sultanovun 80-cı illərin sonu, 90-cı illərin əvvəllərində Azərbaycanda siyasi mübarizə adlı monoqrafiyasıdır. Azərbaycanda siyasi mübarizənin başlanmasının səbəbləri və onun inkişafına təsir edən amillər adlı I fəsildə 80-cı illərin sonundan 1991-ci ilin dekabrına qədərki dövrdə Azərbaycanda siyasi mübarizənin daxili və beynəlxalq iqtisadi və siyasi şərtləri nəzərdən keçirilir, ümumxalq hərəkatının inkişaf mərhələlərinin xüsusiyyətləri göstərilir. Azərbaycanda siyasi mübarizənin daxili şərtləri və onun inkişafına təsir göstərən beynəlxalq iqtisadi-siyasi amillər adlı I paraqrafda 80-cı illərin sonunda keçmiş SSRi-dəki sosial-iqtisadi böhranın Azərbaycandakı ictimai-siyasi vəziyyətlə əlaqəsi araşdırılır. Qeyd edilir ki, Çoxməsrəfli ekstensiv sosialist iqtisadiyyatının inkişaf imkanları tükəndiyindən sosial-iqtisadi böhran dərinləşdi. Rubl sürətlə 13

məzənnədən düşürdü, əhaliyə hətta kartoçka sistemi üzrə satılmalı olan gündəlik ərzaq məhsullarının istehsal həcmi aşağı düşürdü. Vahid xalq təsərrüfatı kompleksinin tərkib hissəsi olan Azərbaycan iqtisadiyyatı böhranın zərbələrinə daha ciddi məruz qalır, əhalinin rifahı gündən-günə pisləşirdi. Beləliklə 80-cı illərin sonunda Azərbaycanda başlamış siyasi mübarizə üzvi surətdə SSRİ-dəki social iqtisadi böhran, mərkəzin başladığı siyasi və iqtisadi islahatlar, bazar iqtisadiyyatına keçid istiqamətli tədbirlər, təkpartiyalı cəmiyyətdən çoxpartiyalı cəmiyyətə keçid və s. ilə sıx bağlı idi. Müəllif Azərbaycanda mübarizənin genişlənməsinin mühüm şərtlərindən biri kimi beynəlxalq iqtisadi və siyasi dəyişiklikləri göstərir. 80-cı illərin II yarısında ABŞ və Qərbi Avropanın inkişaf səviyyəsi arasında nisbət pozulmuşdu. Qərbi Almaniya istehsal həcminə görə ABŞ-ı getdikcə sıxışdırırdı. Belə bir şəraitdə həm Qərbi Avropa, həm də ABŞ xammal mənbələrinə və satış bazarlarına ciddi ehtiyac hiss edirdi. İqtisadi böhran keçirən Sovet respublikaları, xüsusən Azərbaycan bu nöqteyi nəzərdən ABŞ və Qərbi Avropanın mənafelərinin kəsişmə nöqtəsi idi. Məhz bu kəsişmə amili bütün respublikalarda olduğu kimi Azərbaycanda da siyasi müstəqilliyin uğrunda mübarizəyə stimul verir, güclü təsir rolunu oynayırdı. Dağlıq Qarabağı ilhaq etmək və Ermənistandan azərbaycanlıların didərgin salınması siyasətinin Azərbaycanda ictimai-siyasi vəziyyətə təsiri adlı II paraqrafda ermənilərin, onların Moskvadakı və xaricdəki himayədarlarının Böyük Ermənistan yaratmaq xülyasına xidmət edən təcavüzkar siyasətinin mahiyyəti və tarixi kökləri şərh edilir. Dağlıq Qarabağ probleminin beynəlxalq mahiyyəti açılır. Problemə münasibətdə dünya dövlətlərinin mövqeyi, problemin həlli mərhələsində onların öz aralarındakı ziddiyyətləri analiz edilir. O.B.Sultanov qeyd edir ki, Dünyanın nəhəng dövlətləri milli zəmində törədilən Ermənistan-Azərbaycan münaqişəsinə ilk gündən göz yumaraq, onun regional müharibə səviyyəsinə yüksəlməsinə mane olmadılar. Çünki Dağlıq Qarabağ münaqişəsinin süni surətdə şişirdilməsi dünya dövlətlərinin bu regiona olan iqtisadi və siyasi marağı ilə sıx bağlı idi. Burada həmçinin Türksüz Ermənistan yaratmaq kimi təcavüzkar niyyəti ilə azərbaycanlıların Ermənistandan kütləvi surətdə qovulması, onlara qarşı fiziki və mənəvi zor tətbiq edilməsinə dair materiallar şərh edilir. Azərbaycanda sosial-iqtisadi və siyasi böhranın getdikcə dərinləşdiyi bir şəraitdə Ermənistandan didərgin salınaraq, yaşayış üçün ən zəruri vasitələrdən mərhum olmuş 191 14

min 175 nəfərin, yaxud 4687 ailənin qaçqın vəziyyətində Azərbaycana pənah gətirməsi, qovularkən 217 adamın vəhşicəsinə öldürülməsi, 1154 nəfərin yaralanması, milli təhqirlər respublikada ictimai-siyasi vəziyyəti daha da kəskinləşdirdi. Sovet siyasi sisteminin böhranın daha da dərinləşməsi və süqutu dövründə milli müstəqillik uğrunda mübarizə adlı II fəsildə 80-cı ilərin sonundan 1991-ci ilin dekabrına qədər, yəni SSRİ-nin iflasının başa çatdığı dövrə qədər davam edən ictimai-siyasi proseslər təhlil olunur.ermənistanın təcavüzkar siyasətinin təsiri altında yüksələn ümumxalq narazılığının mühüm siyasi məqsədlərin xalqı siyasi müstəqillik uğrunda mübarizəyə qaldırmaq, bu mübarizə dalğası üzərində hakimiyyətə gəlmək kimi məqsədlərin həyata keçirilməsi üçün əlverişli şərait yaratdığı qeyd olunur. Siyasi mübarizədə iştirak edən qüvvələrin tərkibini analiz edən müəllif onları 3 qrupa ayırır: I müxalifət və onun ətrafında cəmləşənlər, II iqtidarın öz daxilindən hakimiyyətə can atan qüvvələr, III uzun müddət Respublika Partiya komitəsinin I katibi, SSRİ Nazirlər sovetinin sədrinin I müavini işləmiş H.Əliyevin hakimiyyətə gətirilməsini tələb edən qüvvələr. Bu qüvvələrin hər birinin hakimiyyətə gəlmək məqsədinə baxmayaraq, iqtidara qarşı mübarizədə vahid mövqedən çıxış edirdilər. Əsərdə 17 noyabr 1988-ci ildə Ermənistanın təcavüzkarlığına, vilayət ermənilərinin Azərbaycanın qədim Topxana meşəsində törətdiyi vəhşiliyə və hadisələrə etinasız yanaşan respublika rəhbərliyinin mövqeyinə etiraz olaraq əvvəlcə Respublika Elmlər Akademiyasında, daha sonra on doqquz gün davam edib Meydan hərəkatına çevrilən hadisələr əks olunub. Bu hərəkatın özülündə Azərbaycan xalqının Ermənistanın təcavüzünə, Qarabağa qarşı olan qəsdinə qarşı meydan etirazı dururdu. Coğrafiya elmləri namizədi Ənvər Əliyevin başçılığı altında Respublika Elmlər Akademiyasında başlanan mitinq Azadlıq meydanına qədər davam edən nümayişlə, daha sonra həmin meydanda gecə-gündüz davam edən 19 günlük Meydan epopeyası ilə əvəz olundu. Noyabrın 18-də mitinqdə 3 mühüm problem: Ermənistandan didərgin salınan azərbaycanlıların və hələ də orada yaşamaqda davam edənlərin taleyi, Dağlıq Qarabağ münaqişəsini törədən təcavüzkarların gizli məqsədlərinin açılması, 15

nəhayət problemin həlli yolları barədə təkliflər səsləndi. Bu paraqrafda həmçinin 1989-cu ildə AXC-nin təsis konfransının keçirilməsi və onun fəaliyyətinin rəsmiləşdirilməsi, 1990-cı ilin 20 yanvarında Bakıda rus ordusunun dinc əhaliyə qarşı törətdiyi vəhşiliklər ətraflı şərh edilir. Milli müstəqillik uğrunda mübarizənin kəskinləşməsi və iqtidar müxalifət qarşıdurmasının daha da dərinləşməsi adlı paraqrafda isə keçmiş SSRİ-nin iflasının başa çatdığı 1991-ci ilin sonuna qədərki proseslər tədqiq edilir. 20 yanvar faciəsindən sonra respublikada hakimiyyət başına gəlmiş yeni rəhbərliyin özündən əvvəlki iqtidarın siyasət xəttini davam etdirən, respublikanın sərhədlərinin qorunması ilə əlaqədar qəti addım atmayan, fövqəladə vəziyyətin saxlanılmasına tərəfdar olan mövqeyi göstərilir. Ermənistanın Azərbaycana qarşı törətdiyi təcavüzkar siyasət və bunun ümumxalq hərəkatına olan təsiri araşdırılır. 1990-cı ilin sentyabr ayında keçiriləcək seçkilər ərəfəsində yaranmış siyasi abhavaya toxunan müəllif qeyd edir. 1990-cı ilin sentyabr seçkiləri ərəfəsində qarşıdurma yeni start götürdü. Seçkilərdə uduzacağından ehtiyat edən iqtidar respublikada bu zaman mövcud olan 35-ə dək partiya, cəmiyyətin və s. rəsmi qeydiyyata alınmasının qəsdən ləngidirdi. Gərgin ictimai-siyasi vəziyyət və fövqəladə şəraitdə keçirilən seçkiqabağı kompaniya dövründə Dağlıq Qarabağda erməni təcavüzünün güclənməsi, iqtidarın buna qarşı əməlli tədbir görməməsi iqtidar-müxalifət ziddiyyətlərini daha da kəskinləşdirdi. Seçkilər zamanı 320 deputat yerindən 30-dan artığını əldə edən müxalifət siyasi mübarizənin küçə mitinqlərindən parlament daxilinə keçirmək şansı əldə etdi. Beləliklə siyasi mübarizənin tarixində keyfiyyətcə yeni olan parlament daxili mübarizə dövrü başlandı. Müstəqil milli dövlət quruculuğunun ilkin mərhələsində Azərbaycanda ictimai-siyasi və hərbi böhran adlı III fəslin I paraqrafında Azərbaycanın siyasi 16

müstəqillik əldə etdikdən sonrakı ictimai-siyasi vəziyyəti təhlil edilir. SSRİ dağıldıqdan sonra keçmiş Sovet respublikalarından ibarət MDB münasibətdə iqtidarmüxalifət münasibətləri analiz edilir. Xocalı faciəsinə xarici siyasətdə buraxılan ciddi səhvlərin nəticəsi kimi baxan müəllif faciəyə dair yeni faktları elmi dövriyyəyə cəlb edərək, onun acı nəticələrini təhlil edir. Hakimiyyət uğrunda mübarizədə faciənin nəticələrindən bacarıqla istifadə edən siyasi qüvvələrin mövqeyini göstərir. Prezident A.Mütəllibovun istefasını prosesini, hakimiyyətə gəlmiş Y.Məmmədovun qısa müddətli hakimiyyəti dövründə ictimai-siyasi və hərbi vəziyyət ətraflı əhatə olunur. Qarabağ münaqişəsi yarandığı dövrdən problemin tarixi kökləri yaranması, inkişafı, nəticələri haqda həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən mühüm tədbirlərdən biri də Qarabağın tarixi mədəniyyəti, abidələri müharibənin nəticələri barədə yazılmış kitabların əhatəsini, keyfiyyət və kəmiyyət baxımından artırmaqdır. Bu istiqamətdə yazılmış əsərlərdən biri də Yaqub Mahmudov və Kərim Şükürovun 2005-ci ildə nəşr olunmuş Qarabağ: real tarix, faktlar, sənədlər kitabıdır. Bu kitab 2005-ci ildə Moskvada keçirilmiş MDB dövlətləri Kitab sənəti II Beynəlxalq müsabiqəsinin qalibi olmuşdur. Kitabda Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın tarixi yığcam şəkildə şərh olunur. Müəlliflər ilk mənbələrə əsaslanaraq əsərdə ən qədim zamanlardann yaşadığımız günlərədək Qarabağın tarixini bütöv halda əks etdirmişlər. Kitaba əlavə olunan arxiv sənədləri, xəritələr, foto materiallar əsərin dəyərini daha da artırır. Kitab Qarabağın etimologiyası, ərazisi və sərhədləri haqda məlumatlarla başlayır. Qarabağ ən qədim zamanlardan xanlıqlar dövrünədək adlı II fəsildə 1,5 milyon il əvvəl Quruçay mədəniyyətindən başlayaraq eramızın 18-ci əsrində xanlıqlar dövrünədək hadisələr tarixi faktlar əsasında təhlil olunur. Burada ermənilərin Cənubi Qafqaza gəlişi ilə bağlı qeyd edirlər ki, ermənilərin ilk dəfə cənubi Qafqazda (Zaqafqaziyada) peyda olmaları təxminən e.ə II əsrdən sonralara təsadüf edir.kitabda Qarabağ xanlığı adlı başlıqla verilən hissədə 1747- ci ildə Pənahəlixan tərəfindən Qarabağ xanlığının əsasının qoyulması, həyata keçirdiyi 17

tədbirlər və Qarabağda mövcud məlikliklər barədə məlumat verilir. Qarabağ Rusiya imperiyasının tərkibində adlı növbəti hissədə 1805- ci ildə Kürəkçay müqaviləsi ilə Qarabağ xanlığının Rusiyaya ilhaqı, Rus- İran (1804-1813; 1826-1828) və Rus-Türk (1828-1829) müharibələrinin nəticəsində ermənilərin müntəzəm və məqsədyönlü şəkildə Şimali Azərbaycana, xüsusən Qarabağa köçürülməsi öz əksini tapıb. Qarabağ Azərbaycan Xalq Cümhuriyyəti dövründə adlı növbəti hissədə AXC dövründə Dağlıq Qarabağda ermənilərin həyata keçirdikləri separatçı hərəkətlər və buna qarşı X.Sultanovun başçılığı altında Qarabağ generalqubernatorluğunun yaradılmasından bəhs olunur. Bununla bağlı müəlliflər qeyd edirlər ki, ermənilər Qarabağı ələ keçirmək üçün əvvəllər başladıqları soyqırımlarını Azərbaycan Xalq Cümhuriyyəti dövründə də davam etdirdilər. Azərbaycan hökuməti yaranmış vəziyyəti nəzərə alaraq, 1919-cu ilin yanvarında Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur qəzalarını əhatə edən Qarabağ generalqubernatorluğu yaratdı.x.sultanov Qarabağ general-qubernatoru təyin edildi. 1920-ci ilin aprelində ermənilərin də xüsusi köməkliyi ilə bolşeviklər Azərbaycanda hakimiyyəti zəbt etdilər. Artıq bu dövrdən erməni daşnakları Qarabağı ələ keçirmək istiqamətində daha fəal işə başlayırlar. Bu zamandan Dağlıq Qarabağ anlayışı yalnız coğrafi deyil, siyasi maraq da kəsb etməyə başladı. Bolşeviklər Şimali Azərbaycanda hakimiyyəti ələ keçirəndən sonra bu anlayış inzibati siyasi məna kəsb etməyə başladı, Azərbaycan-Ermənistan münasibətlərində və ona müdaxilə edən Rusiyanın siyasi leksikonunda əsas anlayışlardan birinə çevrilir. Burada 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması ərəfəsində gedən siyasi proseslər, muxtar vilayətin yaradılması və onun xalqımız üçün nəticələri göstərilir. Qarabağın 1923-80-cı illər tarixi haqda danışarkən göstərilir ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinin real tarixini əks etdirən Elmi-coğrafi prinsiplər əsasında deyil, xüsusi məqsəd güdən valyuntarist yanaşma əsasında formalaşdırılıb. Yəni o, erməni yaşayış məskənlərinin üstün olduğu lokal əraziləri muxtar qurum adı altında birləşdirmək yolu ilə təmsil olunub - deyə müəlliflər regionun inzibati siyasətini təhlil edib qənaətə gəlirlər. 18

1920-30-cu illərdə istəklərinə nail ola bilməyən ermənilər 1941-45-ci illər müharibəsindən sonra yenidən fəallaşdılar. 1945-ci ilin noyabrında Ermənistan Kommunist partiyası Mərkəzi Komitəsinin katibi Q.Arutinov İ.Stalinə müraciət edərək Azərbaycan SSRİ-nin Dağlıq Qarabağ muxtar vilayətinin Dağlıq Qarabağ adı altında Ermənistan SSRİ-nin tərkibinə daxil edilməsi haqqında məsələ qaldırdı. Lakin M.C.Bağırovun fəal siyasəti ilə qarşısı alındı. Ermənistanın və Dağlıq Qarabağ erməni separatçılarının Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün işğalçılıq müharibəsi adlanan sonuncu hissədə 1985-ci ildən başlayaraq erməni separatçılarının Dağlıq Qarabağda yenidən fəallaşması buna zəmin yaradan hadisələr və proseslərin baş vermə ardıcıllığını təhlil edir. Hadisələr 1988-ci ilin fevralından daha aqressiv məcraya yönəldi. Fevral günlərində İrəvanda və Xankəndində separatçılar və erməni millətçilərinin mitinqlər dalğası başladı. Fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Sovetinin sessiyası vilayətin statusuna baxılması haqqında Azərbaycan SSRİ Ali Sovetinə müraciət etdi. Fevralın 24-də Əsgəran rayonunda ermənilər tərəfindən 2 azərbaycanlı gəncin qətlə yetirilməsi, 19 nəfərin yaralanması da ermənilərin planlarına qarşı düşünülmüş siyasi xətt hazırlanması ilə nəticələnmədi...fevralın sonunda artıq Azərbaycanın böyük sənaye şəhəri olan Sumqayıtda erməni xüsusi xidmət orqanları və DTK orqanlarının iştirakı ilə əvvəlcədən hazırlanmış qəsdlər törədildi. Əvvəlcədən planlaşdırıldığı kimi, bu hadisədən dərhal Ermənistanda yaşayan Azərbaycanlılara qarşı və Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSRİ-nin tərkibindən qoparılıb çıxarılması üçün istifadə edildi. Tarixdə azərbaycanlılara qarşı dəfələrlə təkrar olunmuş erməni vəhşilikləri və soyqırımları yenidən tüğyan etməyə başladı... Nəhayət Moskvada Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycan SSRİ tərkibindən çıxarmaq istiqamətində daha bir addım atıldı, SSRİ Ali Soveti Rəyasət heyəti 1989-cu il yanvarın 12-də Azərbaycan SSRİ Dağlıq Qarabağ Muxtar vilayətində xüsusi idarəçilik formasının tətbiqi haqqında qərar qəbul etdi 1 1991-ci ilin sonlarında SSRİ-nin dağılması ilə keçmiş sovet məkanında yeni geosiyasi şərait yarandı. Ermənistan faktiki olaraq Azərbaycana qarşı açıq və ədalətsiz müharibəyə başladı. Müharibənin gedişi, nəticələri Azərbaycanın dövlət müstəqilliyi əleyhinə qəsd: Ermənistanın Azərbaycan Respublikasına qarşı elan edilməmiş müharibəsi. 19

Qarabağın işğalı adlı başlıq altında kitabda öz əksini tapıb. Burada 1992-ci ilin əvvəllərindən başlayaraq Kərkicahan, Malıbəyli, Quşçular kəndlərinin işğalı, 1992- ci ildə törədilmiş Xocalı faciəsi və yaranmış hakimiyyət boşluğundan istifadə edən düşmənin 1992-ci ilin mayında Şuşa və Laçını işğal etməsi, ardından Dağlıq Qarabağ ətrafındakı 6 rayonun işğalı qeyd edilir. Kitabın növbəti bölümündə e.ə. IV əsrdən başlayaraq Qarabağın tərkibində olduğu Azərbaycan dövlətlərinin xəritələri verilir və Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan rayonlarının təbiəti, maddi mədəniyyəti, tarixi abidələri barədə oxucuya məlumat verilir. Əsərin Sənədlər adlanan sonuncu hissəsində Qarabağ tarixinin müxtəlif dövrlərinə aid faktoloji materiallar toplanıb. Bu hissədə 1724-cü ildə rus çarı Pyotrun ermənilərin cənubi Qafqaza köçürülməsi ilə bağlı fərmanı Qafqaz arxeoloji komissiyasında Qarabağın tarixi ilə bağlı bir sıra məlumatlar, Kürəkçay müqaviləsi, Erməni vilayətinin yaradılması barədə I Nikolayın fərmanı öz əksini tapıb. Həmçinin kitabda Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasının 40 və 50 illiyi ilə əlaqədar çap olunmuş, vilayətin sosialiqtisadi, mədəni durumunu əks etdirən statistik məlumatlar öz əksini tapıb. Sənədlər bölməsinin sonunda Avropa Şurasında Dağlıq Qarabağla bağlı qəbul olunmuş sənədlər və İlham Əliyevin qurumda Dağlıq Qarabağ problemi ilə bağlı çıxışları yerləşdirilib. Erməni yalanlarının dünya ictimaiyyətinə çatdırılmasında, onların əsrlər boyu törətdiyi cinayətləri, vandalizim, aktlarını, üzə çıxarıb, tədqiq edilməsində QarabağAzadlıq Təşilatının fəaliyyəti xüsusi vurğulanmalıdır. Belə ki, 2002-ci ildən bəri bu təşilatın təşkilatçılığı ilə Qarabağ problemi ilə bağlı elmi konfranslar keçirilir və onların materialları nəşr edilir. Boran Əzizin müəllifi olduğu 2008-ci ildə nəşr olunan Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri adlı kitab özünün tərtibatı, faktoloji zənginliyi və təhlili baxımından daha zəngindir. XX əsrin sonlarında Azərbaycanda və onun tərkib hissəsi olan Qarabağda baş verən hadisələrin dərsliklərdə dolğun təhlili xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə görülən işlərdən biri XX əsr Azərbaycan tarixi adlı ali məktəblər üçün yazılmış ilk dərslikdir. Dərsliyin Müstəqil Azərbaycan Respublikası. Siyasi və iqtisadi həyat adlı XVII fəslində 1991-ci ilin sonlarından başlayaraq 1994-cü ilin 20

mayına qədər Dağlıq Qarabağla bağlı cərəyan edən hadisələr işıqlandırılıb. Xüsusən də müharibənin gedişində Azərbaycanda aparılan ordu quruculuğu və buna mane olan səbəblər şərh edilir. Müharibənin ilk illərində yaradılan özünümüdafiə batalyonlarına toxunularaq qeyd edlir ki, 1991-ci il noyabrın 19-da 22 rayon və şəhər özünümüdafiə batalyonu yaradılması haqqında əmr verildi... Özünümüdafiə batalyonlarının komandirləri, onların müavinləri, rayonların hərbi komissarları tərəfindən seçilir, icra hakimiyyəti başçılarının razılığı ilə təyin edilir və Müdafiə Nazirliyinə təqdim olunurdu. Özünümüdafiə batalyonlarına rəhbərlikdə ikili tabeçilik kimi yolverilməz bir vəziyyət yaranmışdı 1. Daha sonra burada 1992-93-cü illərdə Dağlıq Qarabağda gedən ağır döyüşlər, birbirinin ardınca torpaqların itirilməsi və mərkəzdə cərəyan edən proseslər işıqlandırılır. Ermənistada aparılan etnik təmizləmə və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın 20 % ərazisinin işğalı nəticəsində yaranmış 1 milyonadək qaçqın və məcburi köçkünlər haqqında məlumat. (1988-2005). Bakı, 2005. III Fəsil Dağlıq Qarabağ problemi beynəlxalq münasibətlər sistemində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yarandığı dövrdən beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olubdur. Düzdür, bunu da qeyd edə bilər ki, heç də dünya birliyi o cümlədən dünyanın aparıcı dövlətəri 90-cı illərin əvvəllərində Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələrə adekvat və həqiqi qiymət vermirdilər. Bunuda özünə məxsus obyektiv və subyektiv səbəbləri olub və biz bununla bağlı irəlidə bəhs edəcəyik. Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salsaq qeyd edə bilərik ki, bu münaqişə yalnız Ermənistan- Azərbaycan arasında mübahisəli vəziyyət və münagişə və ya regional konfilikt kimi düzgün dəyərləndirmək olmazdı. Artıq sübuta ehtiyac yoxdur ki, dünyanın müxtəlif regionlarında baş verən münagişələrin əsasında dünyanın böyük dövlətlərinin həmin regionlarda nüfuz uğrunda mübarizələri dayanır. Məhz bu 21

münaqişənin subyektlərindən olan Ermənistanın istər XIX əsrin sonunda istərsədə XX əsrdə regionda baş verən proseslərdə özünəməxsus katalizator kimi çıxış etməsi müxtəlif tarixi dövrlərdə böyük dövlətlərin ermənilərdən istifadə edərək regiona təzyiq göstərməsinə şərait yaradıb. Əslinə baxılsa erməni millətçilərin türklər yaşayan geniş ərazilərə iddiaları və böyük dövlətlərin regiona erməni məsələsindən istifadə edərək təzyiq etməsi yeni bir hadisə deyil. Yenilik nədir? Çoxdan unudulmuş köhnəlik. Son bir neçə əsrdə Qafqaz, Yaxın və Orta Şərq regionunda baş vermiş tarixi hadisələri araşdırsaq görərik ki, Qarabağ məsələsi adlandırılan məsələ erməni məsələsinin yalnız bir hissəsidir. Erməni məsələsi ilə bağlı bir sıra əsərlər yazılıb. Tarixçi V.Qurko-Kryajinin 1926-cı ildə nəşr edilmiş Böyük Sovet Ensklopediyasında dərc olunan məqaləsi bu əsərlər sırasına aiddir. Müəllif bu məsələnin mahiyyətinə toxunarkən qeyd edir ki, Erməni məsələsi Şərq məsələsi adlandırılan məsələnin bir hissəsidir və ona iki nöqtəyi nəzərdən baxmaq lazımdır. Zahiri mahiyyət: böyük dövlətlər Türkiyəni daha asanlıqla istismar etməkdən ötrü onun mərkəzdən qaçma qüvvələrini gücləndirməyə, beləliklə ölkəni zəiflətməyə çalışırdılar. Daxili mahiyyət: öz burjuaziyasının rəhbərliyi altında ermənilər milli müqəddəratın müstəqil təyin edilməsi uğrunda, elə siyasi-iqtisadi amillər əldə olunması uğrunda mübarizə aparırdılar ki, bu amillərin təsiri altında burjuaziya sərbəst inkişaf edə bilsin. XIX əsrin II yarısı üçün Türkiyə ərazisində ermənilər 2 istiqamətdə qruplaşırdılar. Birincisi Konstantinopoldakı patriarxlar və ikincisi erməni maliyyə aristokratiyası idi. Erməni məsələsinin zəmini hələ XVIII əsrdə, Konstantinopolun maliyyə aristoksatiyası erməni millətinə rəhbərlik etməyə başlayanda yaranmışdı. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında da məhz əsas kimi beynəlxalq hüququn jus cogens prinsipləri əsas götürülməlidir. Beynəlxalq hüququn əsas prinsipləri jus cogens norma kimi, yəni imperativ xarakterli olmaqla, digər beynəlxalq hüquq qaydalarının yaradılması üçün hüquqi baza təşkil edir. Onlar məcburedici xarakter daşıyır və ayrı-ayrı dövlətlərarası müqavilələrlə dəyişdirilə və ya ləğv edilə bilinməz. Başqa sözlə bu prinsiplər məcburilik mənasında bütün dövlətlər üçün universal xarakter daşıyır... Jus cogens xüsusiyyətinə malik normaların hüquqi təbiəti onunla şərtlənir ki, onlar ayrı-ayrı dövlətlərin mənafeyinin deyil, bütövlüklə beynəlxalq birliyin mənafeyinin təmininə xidmət etməlidir. 22

BMT Baş məclisi tərəfindən 1970-ci ildə qəbul edilmiş bəyannamədə aşağıdakı prinsiplər öz əksini tapmışdır: 1. zor tətbiq etməmə və zor tətbiq etməklə hədələməmə 2. mübahisələrin sülh yolu ilə həlli 3. bərabərlik və xalqların öz müqəddəratını təyin etməsi 4. daxili işlərə qarışmama 5. əməkdaşlıq 6. dövlətlərin suveren bərabərliyi 7. beynəlxalq hüquqi öhdəliklərin vicdanla yerinə yetirilməsi ATƏT-in 1975-ci ildə qəbul edilmiş Helsinki Yekun Aktında bu prinsiplərə daha üçü əlavə edilmişdir. 1. sərhədlərin toxunulmazlığı 2. ərazi bütövlüyü 3. insan hüquqlarına hörmət. Müəllif əsərdə yuxarıda sadalanan prinsiplərin hər birinə toxunaraq onların hüquqi mahiyyətini və beynəlxalq hüquq çərçivəsində işlənmə mexanizmlərini aydınlaşdırır. Lakin burada biz əsas iki prinsipə Dövlətlərin ərazi toxunulmazlığı və bütövlüyü prinsipi və Xalqların öz müqəddəratını təyin etməsi hüququ toxunmaqistərdik.nəticə olaraq bir qədər də beynəlxalq aləmdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cərəyan edən proseslərə toxunmaq istərdik. 1994-cü ilin mayında Bişkek protokolunu imzalamaqla Azərbaycan atəşkəsə imza atdı. Tanış olduğum müəlliflərin əsərlərində atəşkəsin imzalanmasına münasibət birmənalı deyil. Lakin hadisələr soyuqqanlı yanaşsaq müəyyən mənada buna haqq qazandırmaq olar. Artıq atəşkəsdən 16 il zaman müddəti keçir. Danışıqlar isə əsasən ATƏT-in Minsk qrupunun rəhbərliyi altında və ayrı-ayrı dövlətlərin vasitəçiliyi ilə aparılıb. Beynəlxalq təşkilatlar, ayrı-ayrı iri dövlətlər Qarabağ məsələsinin danışıqlar yolu, dinc vasitələrlə nizama salınmasında maraqlı tərəf kimi görünürlər. Bu yanaşmanın özündə də Azərbaycandan başqa hamının, o cümlədən Ermənistanın maraqlı təmin olunur. Vasitəçilər Qarabağ məsələsini işğala məruz qalan tərəfin hüquqlarının bərpa olunmasının vacibliyi, beynəlxalq hüququn tələbləri mövqeyindən deyil, mövcud reallıqlar və qarşılıqlı güzəştlər prizmasından həll etməyə çalışırlar. Beynəlxalq təşkilatlar, regiona investisiya qoymuş xarici dövlətlər, öz məqsədinə nail olmuş Ermənistan müharibənin yenidən qızışmasını istəmirlər. Yenədə əksəriyyət Qarabağ məsələsinin sivil normalara, ümumbəşəri dəyərlər uyğun həll olunmasını tələb edir. Ermənistan Rusiya ilə birlikdə Qarabağa, İngiltərə Folklent adalarına, ABŞ İraqa öz milli maraqlarını qorumaq adı altında qoşn yeridərkən 23

bu dəyərlərəmi söykənirdilər? Əlbəttə ki, yox. Haqq verilmir, alınır. 2001-ci ildə ümummilli liderimiz H.Əliyevin başçılığı altında Milli Məclisdə Dağlıq Qarabağ problemi ilə bağlı keçirilən müzakirələrə nəzər saldıqda münaqişənin beynəlxalq müstəvidə həllinin nə qədər real olduğu bir daha görsənir. Digər tərəfdən Qarabağa dair Azərbaycan Milli Məclisində aparılan müzakirələrdə Ermənistandan həqiqətən konstruktiv nə isə gözləməyin çətin olduğunu bir daha cəmiyyət aşıladı. Beynəlxalq təşkilatlarda da işğala məruz qalanla işğalçı arasında günahın bölünməsində orta xətt prinsipi götürülür. Belə ki, biz bunu bir sıra mötəbər təşkilatların qəbul olunmuş qətnamə, qərar və bəyannamələrində görürük. Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı qəbl edilmiş bir sıra beynəlxalq sənədlərdə Azərbaycan ərazisinin işğal faktı qabardılmamış və xüsusi olaraq qeydə alınmamışdır. BMT TŞ-nın 4 qətnaməsində Ermənistan dövlətinin adı hallanmır, buarada baş verənlər erməni icması ilə əlaqələndirilir. O cümədən bu qərarların icra mexanizmləri və ya qərarlara tabe olmadıqda həyata keçiriləcək təzyiq vasitələri göstərilmirdi. Dağlıq Qarabağ probleminin həlli ətrafında oyunlar davam edir. Bu oyunların məqsədi Qafqazda yeni bir xristian dövlətinin yaradılması və əsrlər boyu formalaşmış təbii türk sərhədlərinin parçalanması istiqamətində növbəti addımın atılmasıdır. Ədəbiyyat 1. Azərbaycan Tarixi. 7 cilddə. VII cild. Bakı, 2003 2. XX əsr Azərbaycan Tarixi. Bakı, 2004 3. Azərbaycan beynəlxalq aləmdə. I cild. Bakı, 2002 4. Abdullayev E. Dağlıq Qarabağ problemi beynəlxalq hüquq müstəvisində. Bakı, 2004 5. Balayev A. Azərbaycanda milli hərəkat: Müsavatdan Xalq Cəbhəsinədək 1988-92. 6. Əziz B. Xocalı soyqırımı. Bakı, 2008 24

7. Həsənov Ə. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Bakı, 2005 8. Qasımlı M. Azərbaycan beynəlxalq münasibətlər sistemində. Bakı, 1996 9. Mahmudov Y, Şükürov K. Qarabağ: Real tarix, faktlar, sənədlər. Bakı, 2005 10. Məmmədova F. Albaniyanın siyasi tarixi və tarixi coğrafiyası. Bakı, 1993 Bakı 2012 25