Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Memarlıq və İnşaat Universiteti

Benzer belgeler
AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Marketinq. Mehdiyev Əkbər

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Haqsız rəqabət haqqında Azərbaycan Respublikasının Qanunu

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ. Kafedra: Metrologiya, standartlaşdırma və keyfiyyətin idarəə olunması

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

ŞIRKƏTIN INKIŞAFıNıN RƏQABƏT STRATEGIYALARı VƏ ONLARıN TƏSNIFLƏŞDIRILMƏSI

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında. Azərbaycan Respublikasının Qanunu

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

Sahibkarlıq fəaliyyətinin təşkilində biznes-planın rolu

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri Milli iqtisadiyyat

Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİ. Bakalavr hazırlığı üçün TURİZM MARKETİNQİ. kursunun TƏDRİS PROQRAMI

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

Turizm haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

Biznesin təşkilati-hüquqi formaları

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Kommunal müəssisələr tərəfindən satınalma

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Aprel 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

''Elektron ticarət haqqında'' Azərbaycan Respublikasının qanunu

AZƏRBAYCANIN İQTİSADİ SİYASƏTİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

Zeynalova Sevinc III kurs

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

2016-cı il Azərbaycan tarixində dərin islahatlar ili kimi yadda qalacaq! Vusal Musayev

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Kredit bürosu borcalanlar üçün əla imkanlar

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Reklam haqqında Azərbaycan Respublikasının Qanunu

AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI YANINDA MALİYYƏ MONİTORİNQİ XİDMƏTİNİN HÜQUQ VƏ METODOLOGIYA ŞÖBƏSİ HAQQINDA ƏSASNAMƏ

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI


Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Qərar Q-14. Relizin Tarixi: Bakı şəhəri, 30 iyun 2014-cü il

Elmi tədqiqatların təsnifatı. Məqsədli təyinatı üzrə: Fundamental; Tətbiqi; Axtarış; Işləmə.

Rabitəbank ASC-də maliyyə xidmətləri istehlakçılarının şikayət xarakterli müraciətlərinə baxılması və cavablandırılmasına dair.

AZƏRBAYCANIN İQTİSADİ SİYASƏTİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

BÖYÜK BRİTANİYANIN VERGİ SİSTEMİ

QEYRİ-QANUNİ YOLLA ƏLDƏ EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN VƏ YA DİGƏR ƏMLAKIN BANKLAR VASİTƏSİLƏ LEQALLAŞDIRILMASININ QARŞISININ ALINMASINA DAIR

Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat. 1. Ümumi müddəalar

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Azərbaycan Ölkə Tərəfdaşlıq Çərçivəsi (ÖTÇ)

Aprel 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

YAPI KREDİ BANK AZƏRBAYCAN QSC-də. İstehlakçıların müraciətlərinə baxılmasına dair Qaydalar

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

[18] 1. Ümumi müddəalar

H E S A B A T Q E Y D Ə A L I N D I!

Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında. Metodoloji Rəhbərlik

Azərbaycan Hava Yolları QSC. Milli Aviasiya Akademiyası. Iqtisadiyyat və Hüquq. Kurs işi. Avidaşımaların satışında reklamın.

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

Kurs işi AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ. Kafedra: Bank işi

Azərbaycan Texniki Universiteti. Maşınqayırma texnologiyası kafedrası

2017-Cİ İL ÜZRƏ İLLİK MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ HESABATI

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

BlackBerry ID Sazişi

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

İllik maliyyə hesabatlarının tərtib olunması üzrə kommersiya təşkilatları üçün nümunəvi formalar. Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı)

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

Yeyinti məhsulları haqqında Azərbaycan Respublikasının Qanunu

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı nın təsdiq edilməsi haqqında

Strateji Planlaşdırma və Təşkilati Struktur Standartı

KƏND TƏSƏRRÜFATI ÜZRƏ ELEKTRON QİYMƏT İNFORMASİYA PORTALININ STRUKTURUNA VƏ FƏALİYYƏTİNƏ DAİR TƏLİMAT. I. Ümumi bölmə

Vergi Məcəlləsinə ci il tarixinə edilmiş son dəyişikliklərin müzakirəsi

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

İnformasiya məhsullarını Beynəlxalq bazarı

1. Bazar iqtisadiyyatında dövlətin rolu.

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

UniMiles 3 illik 100 AZN və ekvivalenti

DƏRMAN VASİTƏLƏRİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

KORPORATİV SOSİAL MƏSULİYYƏT ÜZRƏ BEYNƏLXALQ

Yaşıl Kart Sistemi. Maddə Yaşıl Kart Sistemi ilə bağlı ümumi müddəalar

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ. Maliyyə və maliyyə institutları kafedrası Bank işi fənnindən

2016-cı ildə Rioda keçiriləcək Olimpiya oyunlarının ən yaxşı anlarından zövq alın! TİRAJLI STİMULLAŞDIRICI LOTEREYA QAYDALARI VƏ ŞƏRTLƏRİ

ULTRA TECHNOLOGİES Şirkə nin Biznes Tərəfdaşları üzərində lazımı səylər barədə Prosedur

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Birləşmiş Millətlər Təşkilatının "İqlim Dəyişmələri haqqında" Çərçivə Konvensiyasına dair" Kioto Protokoluna qoşulmaq barədə

Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti Milli Aviasiya Akademiyası

Transkript:

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Memarlıq və İnşaat Universiteti Tikinti İqtisad fakültəsi Biznesin təşkili və idarə olunması kafedrası Fənnin adı: Biznesin təşkili və idarə edilməsi Mövzu : Biznesdə reklam işinin təşkili. MÜHAZİRƏNİN PLANI 1. Reklam fəaliyyətinin mahiyyəti və məzmunu. 2. Reklam vasitələri. 3. İstehlak bazarında reklam fəaliyyətinin təşkili. Bazar münasibətlərinin inkişafı reklamsız imkansızdır. Ölkəmizdə reklam müxtəlif formalı müəssisələrin fəaliyyətində vacib şərtə çevrilmişdir. O, milyonlarla insanların maraqlarına toxunur və onların həyatının ayrılmaz hissəsinə çevrilir. Azərbaycan biznesi bütün bazar alətləri arasından reklamı daha tez mənimsəyib və geniş istifadə edir. Bu onunla bağlıdır ki, reklam marketinq kommunikasiya sistemində satışın stimullaşdırılması metodlarından ən əlverişlisidir. Hər gün biz hamımız yerləşdiyimiz yerdən asılı olmayaraq reklam ilə üzləşirik; işdə, evdə, nəqliyyatda, küçədə. O, hər yerdədir. İnsanların bir qismi onu heç sevmir, nifrət edir. Bu ona görədir ki, reklam onların həyatına daxil olaraq öz dəyərlərini tətbiq edir. Bəzi insanlar reklama anlayışlı şəkildə və yaxud yumor hissi ilə yanaşır, digərləri isə ona qarşı neytraldır. Bu ondan irəli gəlir ki, reklamın müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləri də mövcuddur. Axı nəyə görə insanlar reklama bu cür münasibət göstərirlər. Çox vaxt bu hal insanların hər gün gördükləri və üzləşdikləri reklamın özünü təqdimetmə forma və keyfiyyətindən asılı olur.

Axı reklam nəyə görə lazımdır? Bəlkə, reklam verənlər ona nahaqdan heç nə artıq olmayan vəsaitlərini sərf edirlər? Əslində, reklam əlbəttə ki, gərəklidir. Hər şeydən öncə, reklam, təklif edilən mallara olan tələbatı tənzimləyir. Reklamın hərəkət mexanizmi çox sadədir potensial alıcı özündə olmayan hər hansı bir mala edilmiş reklamı eşidib və ya gördükdə onu almaq və ya əldə etmək istəyəcək, əlbəttə ki, buna imkanı çatarsa. Reklam o qədər güclü alətdir ki, o, tamamilə gərəksiz, lazımsız, rəqabətə dayanıqlı olmayan bir malın satılmasına kömək edə bilər. Təəssüf ki, biz bir istehlakçı kimi tez-tez yorucu və keyfiyyətsiz, yalnız qıcıqlandırıcı bir reklam ilə rastlaşırıq. Beləliklə, yadda saxlamaq lazımdır ki, reklam işi də - bir incəsənətdir. Malların istehsalçıdan alıcıya vaxtında çatdırılması, ayrı-ayrı istehlakçı qruplarının sosial-demoqrafik xüsusiyyətləri, eləcə də insanların rasional tələbatları reklamın istifadəsini tələb edir. Bazar iqtisadiyyatı şəraitində, rəqabət mühitində əmtəə çeşidlərinin mütəmadi olaraq yenilənməsi, mədəni-məişət və təsərrüfat yönümlü əmtəələrin və bir çox texniki baxımdan mürəkkəb olan məmulatların konstruksiya və quruluşunu çətinləşdirməsində reklamın rolu daha da artır. Əmtəənin istifadəsində istehlakçı üsulları və xüsusiyyətləri barədə əhalinin vaxtı-vaxtında və ətraflı məlumatlandırılması, reklamın başlıca məqsədidir. Reklamın başlıca məqsədlərini sxem şəklində göstərmək olar:

Reklamın başlıca məqsədləri Prestijli Kommersiyalı Qeyrikommersiyalı Əmtəə firmaları və onun məhsulunun prestijliyi obrazının formalaşması Satışın yüksəkliyini, gəlirin artımını, əmtəə dövriyyəsinin tənzimlənməsini, lazımi partnyorların axtarışı. Satışın stimullaşdırılması. Siyasi məqsədlərin, mənəvi dayaqlarının gücləndirilməsi, təbiətin qorunması, xəstələnmələrin azaldılması və s. həyata keçirilir. Latın dilindən tərcümədə reklam reklamare ucadan çığırmaq, qışqırmaq və ya məlumatlandırmaq deməkdir. Azərbaycan Respublikasının 03.10.1997-ci ildə qəbul olunmuş Reklam haqqında qanununda reklama bu cür tərif verilmişdir: Reklam fiziki və hüquqi şəxslərə, əmtəələrə, fikir və yeniliklərə (reklam informasiyası) marağın formalaşması məqsədilə yayılan və ya bu marağın saxlanılması və yaxud qorunması, əmtəənin satışdan köməklik, fikir və yeniliklərin tətbiq edilməsi barədə informasiyadır. Bu qanun əhalinin dürüst məlumatlandırılması hüququnu istehsal prosesində yaranan münasibətlərin tənzimlənməsini, bazarda əmtəələrin yayılması və yerləşdirilməsini Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin iş və xidmətlərini müəyyən edir. İmic reklamı (cəmiyyətdə müəssisənin prestijinin yaradılması məqsədilə istifadə olunan reklam) - əsasən alıcı və partnyorlarda firma və əmtəə barədə xoş təəssürat (imic) yaratmağa yönəldilir. Bu reklamı etibarlılıq, effektivlik, alıcıya xoş münasibət, stabillik səciyyələndirir. Stimullaşdırıcı reklam - əsasən, istehlakçılarda göstərilən (reklam olunan) firmanın məhsulunu əldə etmək tələbatının stimullaşdırılmasına yönəldilir. Burada konkret olaraq firmanın məhsullarının başlıca üstünlükləri, onların müsbət cəhətləri digər analoji əmtəə və xidmətlərlə müqayisədə göstərilir.

Stabillik reklamı - əsasən tərəfdaşları və istehlakçıları firmanın işinin nəticələrindəki stabillik, onun bazarda möhkəm yer tutduğu barədə məlumatlandırmağa yönəlir. Firmadaxili reklam işçilərdə öz müəssisələrinə inamı gücləndirməyə, onların işinin və şəxsi həyatının sıx əlaqədə olmaları hissini formalaşdırmağa yönəldilir. Belə hesab edilir ki, əgər müəssisənin hər bir işçisi öz fəaliyyətinə dair lazımi qərarları qəbul edə və onların məsuliyyətini daşıya bilərsə, onda işçilər firmadakı işlərdən razı qalaraq cəmiyyətdə bu firmanın reklam daşıyıcılarına çevriləcəklər. İstehsalın satışının genişləndirilməsi məqsədilə reklam reklam fəaliyyətinin başlıca sahəsidir. Nəsihətverici reklam reklamın ən aqressiv növüdür, onun başlıca məqsədi istehlakçını rəqib firmanın əmtəə və xidmətini deyil, məhz bu əmtəə və xidməti almağa inandırmaqdır. Müqayisəli reklam o, nəsihətverici reklamın bir növüdür. O, əsasən reklam olunan əmtəə və xidmətin, rəqib firmanın əmtəə və xidmətinin müqayisə olunmasına yönəldilir. Belə ki, bir çox sivil dövlətlərin qanunvericiliyi ilə rəqib əmtəəsini və ya istehlakçısını tənqid etməyə icazə verilmir, bu cür reklam düşünülmüş və yumor hissinə malik olmalıdır, çox zaman elə belə də olur. Xatırladıcı reklam potensial alıcıya müəyyən bir əmtəənin bazarda mövcudluğu və onun xarakteristikası barədə xatırlatmaq üçün nəzərdə tutulur. Əsaslandırıcı reklam xatırladıcı reklamın bir növüdür. Onun rolu artıq əmtəəni əldə etmiş istehlakçılara yardım göstərmək, onların etdiyi seçimin düzgün alınmasına inandırmaqdır. Bu ona yönəldilir ki, konkret alıcını daimi alıcı qismində təsbit etsin. Məlumatlandırıcı reklam firma və onun buraxdığı məhsulun xarakteristikaları, üstünlükləri və yenilikləri barədə zəruri məlumatları təqdim etməyə yönəldilir. Preventiv (qoruyucu) reklam bu reklama nümayişkaranə, lazım olduğundan da çox vəsait sərf olunur. Bu cür reklamın məqsədi rəqiblərin mövqelərini nüfuzdan salmaqdır, hansı ki, reklam fəaliyyətinə çoxlu vəsait sərf etmək iqtidarında deyildirlər. Aydındır ki, bu və ya digər reklam, eyni zamanda reklamın bir neçə növlərini özündə cəmləşdirməyə qadirdir. Amansız reklam təkidli, inadlı reklam müraciətinin təqdim edilməsi üsuludur.

Rəqabətli reklam rəqabət aparan firmalar tərəfindən buraxılan, reklam olunan malları analoji malların kütləsindən fərqləndirən, onların üstünlüyünü göstərən və alıcını məhz bu malı almağa inandıra bilən reklamdır. Kontreklam yararsız reklamın və onun nəticələrinin təkzibi üçün yayılan reklamdır. Kooperativ reklam topdansatış və yaxud pərakəndə satışı ilə məşğul olanların istehsalçı ilə bərabər xərcini çəkdiyi reklamdır, həm də istehsalçı reklam üzrə tərəfdaşının reklam xərclərinin 100 %-ni kompensasiya edə bilər. Korporativ reklam şirkətin xüsusi imicini yaratmaq və ya yaxşılaşdırmaq məqsədi güdən reklamdır. Haqsız reklam qeyri-dəqiq, həqiqətə uyğun olmayan, ikimənalı, şişirdilmə, susma və ya reklama göstərilən tələblərin pozulması nəticəsində reklam məlumatının alıcısı çaşdıran və ya çaşdıra bilən reklamdır. Qeyri-dəqiq reklam həqiqətə uyğun gəlməyən məlumatlardan ibarət olan reklamdır. Malın istehsal üsuluna və ya tarixinə, onun təyinatına və yaxud istehlak xüsusiyyətlərinə, malın bazarda mövcudluğuna, malın qiymətinə, əlavə ödəniş şərtlərinə, təminat öhdəliklərinə; reklam olunan maldan istifadə etmədiyinə görə vətəndaşları və firmaları gözdən saxlamaqdır. Qeyri məqbul reklam haqsız, qeyri-dəqiq, qeyri-etik, qəsdən yalan yayan və s. reklamdır. Kommersiya reklamı son məqsədi gəlir əldə etməkdən ibarət olan malların, xidmətlərin və yaxud ideyaların reklamıdır. Qeyri kommersiya reklamı qeyri-kommersiya institutları və yaxud onların maraqları dairəsində sponsorluq edilən reklam və ianəçiliyi stimullaşdırmaq məqsədi güdən, kiminsə lehinə səs verməyə çağıran və yaxud diqqəti cəmiyyətin işlərinə cəlb etməyə yönəldilən reklamdır. Qeyri etik reklam - əxlaqi prinsiplərə, cəmiyyətin mənəvi əsaslarına uyğun gəlməyən reklamdır. Fiziki şəxslərin irqinə, milliliyinə, peşəsinə, sosial kateqoriyasına, yaş qrupuna, cinsinə, dilinə, dininə, fəlsəfi və digər əqidəsinə münasibətdə təhqiredici sözlər, müqayisələr, obrazlar yolu ilə istifadə oluna bilir, habelə dövlət rəmzlərinə

(bayraqlar, gerblər, himnlər, dini rəmzlər və s.) ləkə vuran reklamlar şəklində təzahür edə bilər. Vadaredici reklam istehlakçını dərhal hərəkətə və öz məqsədlərinə çatmağa yönəlmiş müəyyən sosial qrupun maraqlarını əks etdirən reklamdır. Təsdiqedici reklam malın həyat tsiklinin yüksəliş və kamillik mərhələlərində həyata keçirilən reklamdır. Reklam zəncirində ikinci mərhələsidir. Təsdiqedici reklam istehlakçıda məlumatlığı və bilikləri artırır. Gizli reklam istehlakçını müəyyən hərəkətə sövq edir. Həm də istehlakçı tərəfindən bu reklam kimi dərk olunmur. Bəzi hallarda isə reklam materialları oxucuların reklam yazılardan çox inanılan jurnalist məqalələrində də təqdim oluna bilər. İstehlakçının dərk etmədən məruz qaldığı digər manipulyasiyalar (xüsusi video əlavələr, qoşa səsyazısı) kimi belə təsirlər gizli reklama aiddir. Sosial reklam keçirilən tədbirlərin və islahatların açıqlanması və geniş xalq kütlələrinə çatdırılması məqsədilə istənilən reklam daşıyıcısı vasitəsi ilə yayılan və dövlət orqanları və ictimai institutlar tərəfindən saziş edilən, qeyri-kommersiya xarakteri daşıyan informasiyadır. Reklamın əsas funksiyalarını sxem şəklində göstərmək olar. Reklamın əsas funksiyaları Məlumatlandırıcı Psixoloji Stimullaşdırıcı Firma əmtəə barəsində biliklərin formalaşması, mövcudluğu, onların, əsas kəmiyyət və keyfiyyət parametrləri və xüsusiyyətləri barədə məlumatlar. Hər-hansı bir hərəkətdə tələbatların sövqedilməsi və inkişafı (misal üçün satınalmada) bilavasitə hisslərə, öz özünə qiymət vermədə, istehlakçıların niyyətində və s. Tələbat artıq dərk olunan vaxtı xatırlatma hərəkətə sövqedilmə həyata keçirilir: əldə olunmada (satınalmada), əlaqələrin qurulmasında

Reklam fəaliyyətinin səmərəliliyinin ilkin şərti reklam məlumatlarının metodiki və planlı şəkildə hazırlanması və reklam proseslərinin hər bir mərhələsində ondan düzgün istifadə etməkdir. Reklam agentliklərinin yaradılması reklam fəaliyyətinin effektivliyinin artırılmasına imkan yaradır. Reklam agentlikləri reklamı yüksək səviyyədə həyata keçirir, maliyyə vəsaitlərindən daha səmərəli istifadə edirlər. Reklam agentlikləri konyukturanın dəyərləndirilməsini, bazarı kompleks tədqiq edilməsini həyata keçirirlər, onlar alınan məlumatın tez və dəqiq hazırlanmasına imkan yaradan hesablayıcı texnika ilə təchiz olunurlar. Reklam agentliklərinin xalq təsərrüfatındakı yeri və rolu onların ixtisaslaşdırılması səviyyəsi ilə müəyyən olunur. Reklam agentlikləri ixtisaslandırılmış koordinatorçu olaraq istehlakçıların və bütöv cəmiyyətin maraqları çərçivəsində istehsal və ticarət arasında müsbət rol oynayır, səmərəli təklifə yardım edir və əksinə, qeyri-səmərəli, yaxud vaxtından əvvəl olunmuş təkliflərin həcmini məhdudlaşdırırlar. Reklam prosesinin həyata keçirilməsində növbəti obyektlər iştirak edirlər: 1. Reklam verən reklamın istehsalında, yerləşdiriliməsində və yayılmasında informasiya mənbəyi olan hüquqi və fiziki şəxsdir. Sifarişə uyğun olaraq reklam verən rolunda reklamın dəyərini istənilən ticarət və istehsalat forması, bank, investisiya kompaniyaları aşağıdakılardır: Reklamın başlıca funksiyaları aşağıdakılardır: Reklam obyektinin müəyyən edilməsi; Reklam üçün seçilmiş obyektin xüsusiyyətlərinin müəyyənləşdirilməsi (yaradılan reklamın materiallarının reklam növləri, reklam təqdimatının lazımı səviyyəsi); Reklama sərf olunacaq xərclərin planlaşdırılması; Çıxış materiallarının reklam agentliklərinə hazırlanıb verilməsi: məqsədli istehlakçı qruplarını hesaba alaraq reklamın məqsədlərinin formalaşdırılması, reklam olunan obyektin başlıca üstünlükləri və xüsusiyyətlərinə xüsusi diqqət yetirmək, çıxış mətnlərinin hazırlanması, imkan daxilində əmtəənin nümunəsinin nümayiş etdirilməsi;

Kütləvi informasiya vasitələrində reklam materiallarının yaradılması və yerləşdirilməsi, həmçinin müxtəlif reklam tədbirlərinin keçirilməsi barədə müqavilənin reklam agentliyi tərəfindən hazırlanması; Reklam materiallarının yaradılması zamanı reklam icraçısına köməklik göstərilməsi; Eskizlərin, mətnlərin, yaradılmış reklam vasitələrinin ssenarilərinin və reklam məhsulunun orijinal olmasının təsdiqlənməsi; Görülmüş işlərinin haqqının ödənilməsi. 2. Reklam istehsalçısı yayılmağa hazır formada olan reklam informasiyanın bütöv və ya hissə-hissə gətirilməsini həyata keçirən fiziki və ya hüquqi şəxsdir. 3. Reklam yayıcısı - əmlakın, o cümlədən radio və televiziya yayımının texniki vasitələrindən, eləcə də əlaqə kanallarından istifadə etməklə reklam informasiyasının yerləşdirilməsi və yayılmasını həyata keçirən hüquqi və ya fiziki şəxsdir. Reklam agentlikləri bazarda əsas reklam istehsalçısı və reklam yayıcısı qismində çıxış edirlər. Onları şərti olaraq bütün növ xidmətləri olan reklam agentliklərinə və yalnız ayrı-ayrı xidmət növləri göstərən ixtisaslaşdırılmış agentliklərə bölmək olar.