Naxçıvan : inkişafın yeni mərhələsi

Benzer belgeler
AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

Yaponiyanın Azərbaycan Respublikasına göstərdiyi Rəsmi İnkişaf Yardımı (RİY)

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri Milli iqtisadiyyat

H E S A B A T Q E Y D Ə A L I N D I!

KƏND TƏSƏRRÜFATI ÜZRƏ ELEKTRON QİYMƏT İNFORMASİYA PORTALININ STRUKTURUNA VƏ FƏALİYYƏTİNƏ DAİR TƏLİMAT. I. Ümumi bölmə

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı GİRİŞ

Avqust 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Marketinq. Mehdiyev Əkbər

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

Azərbaycan Ölkə Tərəfdaşlıq Çərçivəsi (ÖTÇ)

ABŞERON AQROPARKI İNVESTİSİYA LAYİHƏSİ

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat. 1. Ümumi müddəalar

Biryerdə nəticələrə doğru: AİB-nın Asiya və Sakit Okean Regionunda əməkdaşlığı haqqında 50 məqalə

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI AZƏRBAYCAN TEXNIKI UNIVERSITETI. KREDİT SİSTEMİ İLƏ BaKALAVR HAZIRLIĞININ Tədris planı

AZƏRBAYCAN RESPUBLİKASININ 2011-Cİ İL DÖVLƏT BÜDCƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

PE 100 BORULARI. su və qaz xətləri üçün POLİETİLEN BORU (PE 100) Keyfiyyətə üstünlük ver!!!

Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

2016-cı il Azərbaycan tarixində dərin islahatlar ili kimi yadda qalacaq! Vusal Musayev

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI


İllik maliyyə hesabatlarının tərtib olunması üzrə kommersiya təşkilatları üçün nümunəvi formalar. Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı)

AZƏRBAYCAN RESPUBLİKASININ 2009-CU İL DÖVLƏT BÜDCƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

2014-cü ilin üçüncü rübünün nəticələri

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycanda turizmin vəziyyəti

Q A N U N U. Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsi haqqında

Oktyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

AZƏRBAYCANIN İQTİSADİ SİYASƏTİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı nın təsdiq edilməsi haqqında

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Azərbaycanda sosial müdafiə və sosial inteqrasiya

2017-Cİ İL ÜZRƏ İLLİK MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ HESABATI

Nümunəvi. A müəssisəsinin taxıl məhsullarının emalı yönümlü. B i z n e s -p l a n ı. Xaçmaz rayonu 2002

ASK-nin iqtisadiyyatı və idarə edilməsi. 1. Bazar münasibətlərinin inkişafı ASK-da nəyin formalaşmasına şərait yaradır?

xazarinshaat.az Ünvan: Nizami Rayonu, Özbəkistan küçəsi 23/34

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

2006-cı ilin yekunları üzrə pul siyasətinin yerinə yetirilməsi vəziyyəti haqqında

AZERCELL TELEKOM MMC. 31 dekabr 2017-ci il tarixinə bitən il üzrə Konsolidə edilmiş maliyyə hesabatları

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

SEKTORUN QİYMƏTLƏNDİRMƏSİ (İCMAL): ENERJİ 1

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

Zeynalova Sevinc III kurs

Ġstanbul METROBUS BRT. Ümumdünya Ehtiyatları Ġnstitutundan/EMBARQ Sibel Köylüoğlu və Dario Hidalgonun təqdimatlarından istifadə edilmiģdir

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

Azərbaycan Respublikasının Nəqliyyat Sektorunun İnkişafı Strategiyası

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycanda Nəzərdə tutulan milli səviyyədə müəyyən edilmiş töhfələrin hazırlanası üzrə Milli Seminar/ İşçi Qrupunun 3-cü iclası

BÖYÜK BRİTANİYANIN VERGİ SİSTEMİ

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTU İNNOVASİYA FƏALİYYƏTİ HAQQINDA BİR SIRA STİMULLAŞDIRICI

AZƏRBAYCAN YEYİNTİ SƏNAYE MÜƏSSİSƏLƏRİNDƏ MARKETİNQ FƏALİYYƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ

Azərbaycan Texniki Universiteti. Maşınqayırma texnologiyası kafedrası

MÜASİR AZƏRBAYCAN İQTİSADİYYATININ FORMALAŞMASININ ƏSAS MƏRHƏLƏLƏRİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

ndüz Hava Proqnozu +11 C, Gecə +7 C Lənkəran Gündüz +11 C, Gecə +7 C Lerik Gündüz +5 C, Ge

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

UniMiles 3 illik 100 AZN və ekvivalenti

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ

AZƏRBAYCANIN İQTİSADİ ƏLAQƏLƏRİ VƏ DÜNYA TƏSƏRRÜFAT SİSTEMİNƏ İNTEQRASİYA PROSESLƏRİ

P U L S İ Y A S Ə T İ İ C M A L I. Yanvar Dekabr 2017 A Z Ə R B A Y C A N R E S P U B L İ K A S I M Ə R K Ə Z İ B A N K I

AZƏRBAYCANIN İQTİSADİ SİYASƏTİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Haqsız rəqabət haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi nin icra vəziyyəti

2016-CI İLDƏ ƏSAS MƏQSƏD VƏ FUNKSİYALARIN HƏYATA KEÇİRİLMƏSİ BARƏDƏ

Qərar Təhsil və tərbiyə müəssisələrində vətəndaşların qida normaları 1-3 saylı əlavələrə müvafiq olaraq təsdiq edilsin.

Məmməd MUSAYEV, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının prezidenti

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

İyul 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında. Azərbaycan Respublikasının Qanunu

ÖZƏL SEKTORUN QIYMƏTLƏNDIRILMƏSI (XÜLASƏ) 1

Transkript:

Naxçıvan : inkişafın yeni mərhələsi Đstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqli Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin. Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri Naxçıvanın uğurlu inkişafı Azərbaycanın uğurlu inkişafı deməkdir. Bizim müstəqilliyimizin möhkəmləndirilməsi deməkdir. Burada gedən işlər məni çox sevindirir. Mən əminəm ki, bu gözəl ənənələr gələcək illərdə də davam etdiriləcək və Naxçıvan Muxtar Respublikası həm iqtisadi inkişaf sürətinə görə, həm də infrastruktur layihələrinin səviyyəsinə görə nəinki bu regionda, hətta dünya miqyasında qabaqcıl yerlərdə olacaqdır. Đlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti Naxçıvan Muxtar Respublikasının yeni inkişaf mərhələsi öz başlanğıcını Ali Məclisin 1995-ci il dekabrın 16-da keçirilmiş sessiyasından götürür. Məhz həmin sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri seçilmiş cənab Vasif Talıbov 1969-cu ildən başlanan Heydər Əliyev quruculuq və inkişaf yolunun ağır blokada şəraitində yaşayan, istehsal və nəqliyyat əlaqələrinin maksimum məhdudluğu səbəbindən ciddi problemlərlə üzləşən muxtar respublikamızda davam etdiriləcəyini, öz fəailiyyətini bu proqram əsasında quracağını bəyan etmişdir. Ötən 16 il ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu yolu muxtar respublikamızda böyük əzmlə, yüksək dinamizmlə davam etdirmiş, həyata keçirilən məqsədyönlü siyasət sayəsində Naxçıvan Muxtar

Respublikası davamlı sosial-iqtisadi yüksəliş və ictimai həyatdakı nailiyyətləri fonunda keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu dövrdəki məqsədyönlü fəaliyyət nəticəsində, ilk növbədə muxtar respublikamızın hərtərəfli tərəqqisində mühüm amil olan ictimai-siyasi sabitlik qorunub saxlanılmışdır. Ötən dövr ərzində bütün iqtisadi fəaliyyət sahələrində sürətli inkişafa rəvac verən səmərəli iqtisadi siyasət muxtar respublikamızda tarazlı və davamlı inkişaf üçün başlıca amil olmuş, şəhər və rayonlarımızda canlanma yaranmış, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırılmış, yeni təsərrüfat subyektləri yaradılmış və işsizliyin səviyyəsi xeyli dərəcədə azalmışdır. Muxtar respublikamızın mərkəzində olduğu kimi, rayonlarımızda, hətta ən ucqar kəndlərimizdə belə nəqliyyat-kommunikasiya sisteminin bərpası, elektrik enerjisi, rabitə, qaz, su təminatı kimi sosial məsələlərin həlli, müasir informasiya texnologiyalarının tətbiqi mədəni-intellektual yüksəlişə əsaslı zəmin yaratmışdır. Muxtar respublikada mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, ixracyönümlü məhsul istehsalının stimullaşdırılmasına, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluq səviyyəsinin, xüsusilə gənclərin faydalı əmək məşğulluğunun artırılmasına və ümumilikdə muxtar respublika iqtisadiyyatının dinamik inkişafına nail olunmuşdur. Muxtar respublikada son illərdə həyata keçirilən iqtisadi və sosial təmayüllü islahatlar qısa tarixi dövr ərzində makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermiş və əhalinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olmuşdur. Geniş ictimai rəydə Naxçıvan möcüzəsi adlandırılan iqtisadi inkişafın Naxçıvan modeli haqda Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri belə xarakteristika verir: Yol düzgün seçiləndə, milli maraqlara və dövlətçiliyə sədaqət olanda, adamların qayğısı və ehtiyacları hədəfə alınanda istənilən möcüzəni yaratmaq olar. 2

Müqayisələr və nəticələr Ötən 16 il ərzində əldə olunmuş uğurlar və nailiyyətlər dəqiq düşünülmüş icra intizamının və Heydər Əliyev yoluna sədaqətin nəyə qadir olduğunun daha bir göstəricisinə çevrilmiş, muxtar respublikamızda iqtisadi və sosial sahədə makroiqtisadi göstəricilər hər il yüksələn xətlə davam etmişdir. Bütün makroiqtisadi göstəricilərin pozitiv meyilli yüksəlişi təmin edilmiş, 2011-ci ilin yanvar-noyabr aylarında ümumi daxili məhsulun həcmi 1995-ci ilə nisbətən 38 dəfə, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 31 dəfə, sənaye məhsulunun həcmi 69 dəfə, əsas kapitala yönəldilən investisiyalar 261 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 7 dəfə, nəqliyyat sektorunda yük daşınması 18 dəfə, informasiya və rabitə xidmətlərinin həcmi 90 dəfə, pərakəndə əmtəə dövriyyəsi 20 dəfə, əhaliyə göstərilən pullu xidmətlər 30 dəfə, ixracın həcmi 142 dəfə, dövlət büdcəsinin gəlirləri 26 dəfə, əhalinin gəlirləri 44 dəfə, hər bir nəfərə düşən gəlirlər 35 dəfə, orta aylıq əməkhaqqı isə 21 dəfə artmışdır. Bir sıra əsas göstəricilər baxımından son 16 il ərzində yaradılmış iqtisadi potensial və qazanılmış uğurlar muxtar respublikamızın yarandığı 1924-cü ildən 1995-ci ilədək - yəni 71 illik zaman məsafəsində əldə olunanları xeyli üstələyir. Mühüm bir fakt ondan ibarətdir ki, 1924-1995-ci illər ərzində muxtar respublikada fəaliyyət göstərən sənaye müəssisələrinin maksimum sayı 56-ya bərəbər olmuş, ötən 16 il ərzində isə sənaye sahəsində reallaşdırılan islahatların uğurlu nəticəsi kimi əlavə olaraq 373 yeni müəssisə işə başlamış və hazırda bu göstərici 429-a çatmışdır. Analoji qaydada sənaye məhsullarının sayı üzrə də müsbət meyillər özünü göstərməkdədir. Əgər 1924-1995-ci illərdə muxtar respublikada istehsal olunan sənaye məhsullarının sayı üzrə maksimum göstərici 28-ə bərabər idisə, ötən 16 il ərzində əlavə olaraq 215 yeni sənaye məhsulunun istehsalına başlanılmış və bu göstərici ümumilikdə 243-ə çatmışdır. Nəqliyyat kompleksinin müasirləşdirilməsi çərçivəsində avtomobil yollarının inşası üzrə dinamika inkişaf səviyyəsini səciyyələndirən mühüm göstəricilərdəndir. Ötən 16 il ərzində muxtar respublikanın inzibati ərazisində 3221 kilometr 3

uzunluğunda yeni avtomobil yolları inşa olunmuşdur ki, bu da 1924-1995-ci illər ərzində salınmış 1320 kilometr uzunluğunda avtomobil yollarını 2,4 dəfə üstələyir. Son 16 il üzrə iqtisadi inkişafın xarakterik xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, iqtisadiyyata investisiya qoyuluşlarının davamlılığı və proporsional bölgüsü təmin olunmuşdur. Keçmiş sovetlər birliyinin yüksək inkişaf mərhələlərindən hesab olunan 1989-cu ildə muxtar respublikada tikinti sektorunda 1 ay ərzində istifadə olunan 2535 ton beton qarışığı hazırda 1 gün ərzində inşaat işlərinə sərf olunmaqdadır. Təhsilə göstərilən yüksək qayğı hazırkı dövlət siyasətinin başlıca məqsədlərindəndir. Bu qayğını aydın ifadə etməyə imkan verən mühüm bir göstərici ondan ibarətdir ki, ötən 16 il ərzində muxtar respublikada 178 yeni məktəb tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Sovetlər birliyi dövründə isə bu sayda məktəbi inşa etmək üçün 43 il vaxt sərf olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, dövlətimizin ən qiymətli incisi onun vətəndaşlarıdır. Məhz bu prinsip üstün tutulmaqla əhalinin sağlamlığının qorunması, tibbi profilaktika işinin genişləndirilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması, müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocaqlarının inşası səhiyyə sahəsində reallaşdırılan mühüm islahatlardandır. Təkcə son 16 il ərzində muxtar respublikada 185 səhiyyə ocağı tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir ki, bu sayda tikilini təhvil vermək üçün keçmiş sovetlər birliyi vaxtında 50 ilə yaxın vaxt lazım gəlmişdir. Ümumi Daxili Məhsul istehsalının həcmi 2 milyard dollara çatdı Đqtisadi inkişafın əsas ölçüsü hesab olunan Ümumi Daxili Məhsul istehsalının həcmi cari ilin yanvar-noyabr aylarında 1 milyard 658 milyon 334 min 900 manata çatmaqla 1995-ci ildəki göstərisini 38 dəfə üstələmişdir. 2011-ci ilin noyabr ayının 21 də muxtar respublikanın tarixində ilk dəfə olaraq Ümumi Daxili Məhsul 4

istehsalının həcmi 2 milyard Amerika Birləşmiş Ştatları dolları səviyyəsinə çatmış və rekord göstərici təmin olunmuşdur. Đqtisadi islahatların effektiv nəticəsidir ki, hazırda Naxçıvan Muxtar Respublikası iqtisadi fəallıq üzrə öz statusunu aqrar bölgədən sənaye regionuna dəyişmişdir. Artıq muxtar respublikada il ərzində istehsal olunan sənaye məhsulunun həcmi kənd təsərrüfatı məhsulunun həcmini orta hesabla 2 dəfədən çox üstələyir ki, bu da ümumilikdə inzibati ərazimizdə sənaye potensialının aparıcı mövqe qazandığını sübut etməkdədir. Hazırda istehsal olunan Ümumi Daxili Məhsulun sahə struklturunda ilk yeri sənaye sahəsi, ikinci yeri isə tikinti sektoru tutmaqdadır. Son 16 il ərzində 373 yeni sənaye müəssisəsi işə başlayıb Hazırda sənaye muxtar respublika iqtisadiyyatının lokomotivi rolunu oynamaqdadır. Ötən 16 il ərzində muxtar respublikanın sənayesində həyata keçirilən islahatların başlıca məqsədi mövcud sənaye müəssisələrinin fəaliyyətinin bərpası və yenidən qurulmasından, yeni müəssisələrin yaradılmasından, sənaye məhsullarının istehsalının təşkilindən, təbii sərvətlərin və əmək resurslarının səfərbər edilməsi tədbirlərini həyata keçirməklə sənayenin dayanıqlı və davamlı inkişafını təmin etməkdən ibarət olmuşdur. Bu dövr ərzində kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin yaradılmasına və bu əsasda da ixrac potensialının artırılmasına xüsusi diqqət yetirilmişdir. Sənaye sahəsində həyata keçirilən irimiqyaslı islahatların uğurlu nəticəsidir ki, son 16 il ərzində muxtar respublikada 373 yeni sənaye müəssisəsi işə başlamışdır. Bu hesaba hazırda muxtar respublikada 243 adda sənaye məhsulu istehsal olunmaqdadır. 5

Sənaye məhsulunun istehsalının dinamikası, min manatla 631591,9 9133,4 13765,4 41207,3 1995-ci il 2000-ci il 2005-ci il 2011-ci ilin yanvar-noyabr ayları Hazırda muxtar respublikanın sənaye müəssisələrində 14437 nəfər işçi çalışır ki, bu da 01 yanvar 1996-cı ildəki göstəricini 7 dəfə üstələyir. Sənayenin əsas sahələrindən biri elektroenergetikadır. Muxtar respublikada elektrik enerjisi təminatının yaxşılaşdırılması məqsədilə ötən dövr ərzində ümumi gücü 87 mvt olan Naxçıvan Modul Elektrik Stansiyası, ümumi gücü 22 mvt olan Biləv Su Elektrik Stansiyası, Heydər Əliyev Su Anbarı üzərində 4,5 mvt gücündə Su Elektrik Stansiyası tikilmiş, ümumi gücü 60 mvt olan Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası isə yenidən qurulmuşdur. Hazırda Şərur rayonunda Arpaçay və Ordubad rayonunda Ordubad su elektrik stansiyalarının tikintisi davam etdirilir. Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, 2011-ci ilin yanvar-noyabr ayları ərzində 658,3 milyon kvt saat elektrik enerjisi istehsal edilmişdir ki, bu da 1995-ci ildəki göstəricidən 6 dəfə çoxdur. Bu gün muxtar respublikamız elekrtik enerjisi idxal olunan regiondan elektrik enerjisi ixrac edən diyara çevrilmişdir. Uzunmüddətli fasilədən sonra muxtar respublikada istehlakçıların, ən əsası isə əhali təsərrüfatlarının təbii qazla təminatı həyata keçirilir. Artıq əhalinin və təsərrüfat subyektlərinin qazla təchizatı prosesi başa çatdırılmış, 01 dekabr 2011-ci il tarixə 78 min 888 əhali abonenti mavi yanacaqla təmin olunmuş, bütün mənzillərə pulsuz olaraq mətbəx sobaları və qaz sayğacları quraşdırılmışdır. 6

Göstəricilər Müqayisə dövrü Əhalinin qazla təminatı haqqında 01 dekabr 2011-ci il tarixə 01 yanvar 1991-ci il artım Abonentlərin sayı, nəfər 78888 33084 2,4 dəfə Yaşayış məntəqələrinin qazlaşma səviyyəsi (yekuna görə), faizlə 100 45,3 - Son 16 il ərzində əsas kapitala 2 milyard 785 milyon manat həcmində investisiya yönəldilmişdir Muxtar respublikanın şəhər və rayonlarında mövcud olan iqtisadi potensialdan tam və səmərəli istifadə olunması, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsi infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, təhsil, səhiyyə, idmansağlamlıq, mədəniyyət obyektlərinin istifadəyə verilməsinə səbəb olmuşdur. Təkcə onu demək kifayətdir ki, son 16 ildə 9683 obyekt inşa olunaraq istifadəyə verilmiş və bu quruculuq işlərinə də ümumilikdə 2 milyard 784 milyon 583 min manat investisiya sərf olunmuşdur. 2011-ci ilin yanvar-noyabr aylarında əsas kapitala yönəldilən investisiyaların həcmi 1995-ci ildəki göstəricini 261 dəfə üstələyərək 796 milyon 476 min manata çatmışdır. 1995-ci ildən 01 dekabr 2011-ci ilədək olan dövr ərzində muxtar respublikada 428 inzibati bina, mənzil-kommunal təsərrüfatı sahəsində 632 obyekt, 158 nasos stansiyası, 368 subartezian quyusu, 126 körpü, rabitə və informasiya texnologiyaları sahəsində 268 obyekt və qurğu, 2220 müxtəlif güclü transformator yarımstansiyası, 57 xidmət və ticarət mərkəzləri, 244 elm və təhsil müəssisəsi, 297 mədəniyyət müəssisəsi, 185 səhiyyə müəssisəsi, 34 idman obyekti, 375 halda su, kanalizasiya və drenaj xətləri, əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri, təbii fəlakətdən zərər 7

çəkənlər və digər bu kimi kateqoriyalardan olan şəxslər üçün 460 fərdi ev, 3448 istehsal, xidmət və digər infrastruktur obyektləri istifadəyə verilmişdir. Əhalinin maddi-rifah halının yaxşılaşması fərdi yaşayış evlərinin tikintisi üzrə müsbət meyilli dinamikanı daha da gücləndirmişdir. 2011-ci ilin yanvar-noyabr ayları ərzində muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına ümumilikdə 401 min 812 kvadratmetr yaşayış sahəsi tikilmişdir ki, bu da 1995-ci illə müqayisədə 24 dəfə çoxdur. Əhalinin rahatlığına və yaşayış səviyyəsinin yüksəlməsinə xidmət edən kommunal-məişət sistemlərinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin tərkib hissəsi kimi içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması muxtar respublikamızda irriqasiya sahəsində görülən əsas işlərdəndir. Ötən dövr ərzində muxtar respublikada mövcud olan kaptajlar, içməli su xətləri bərpa olunmuş, yeni kaptajlar tikilmiş və içməli su xətləri çəkilmişdir. Son illər bu istiqamətdə görülən tədbirlər xüsusilə diqqəti cəlb edir. Azərbaycan Hökuməti ilə Asiya Đnkişaf Bankı arasında bağlanmış kredit sazişinə uyğun olaraq Şəhər su təchizatı və kanalizasiya layihəsi çərçivəsində Naxçıvan şəhərinə su çəkilişinə başlanmışdır. Layihə başa çatdıqdan sonra Naxçıvan şəhərinin əhalisi fasiləsiz keyfiyyətli içməli su ilə təmin olunacaq, o cümlədən kanalizasiya sistemi şəhərin bütün məhəllələrini əhatə etməklə yenidən qurulacaqdır. Son 16 ildə hərbi quruculuq üzrə 160 obyekt inşa olunub Ötən 16 il ərzində muxtar respublikanın etibarlı müdafiə təminatı ilə bağlı ardıcıl olaraq sistemli tədbirlər müəyyənləşdirilib həyata keçirilmiş, 160 obyekt, o cümlədən 15 qərargah binası, hərbi komissarlıq, hərbi prokurorluq orqanları üçün inzibati bina və hərbi hissələrin bölük mərkəzləri üçün 13 bina, 27 zabit və əsgər yataqxanası, 20 yeməkxana, 19 yaşayış binası, 4 tədris binası, 1 orta məktəb, 2 uşaq bağçası, 4 xəstəxana, 6 tibb məntəqəsi, 3 klub və 46 müxtəlif təyinatlı obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. 8

Kənd təsərrüfatı məhsulları istehsalının ümumi həcmi son 16 ildə 7 dəfə artmışdır Naxçıvan Muxtar Respublikasında əhalinin zəruri ərzaq məhsulları ilə təmin edilməsi məqsədilə aqrar bölmədə ötən 16 il ərzində aparılan köklü islahatlar bu sahənin daha sürətli inkişafına əlverişli zəmin yaratmışdır. Kənd təsərrüfatında yüksək məhsuldarlığa nail olmaq və istehsalın rəqabət qabiliyyətliyini artırmaq məqsədilə toxum, yanacaq və sürtgü materialları, mineral gübrə və damazlıq mal-qara alışına subsidiyalar verilməkdədir. Muxtar respublikada ərzaq məhsulları istehsalını artırmaq, əhalini təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək, sahibkarlıq mühitini yaxşılaşdırmaq məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş 2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasında yeni istiqamətləri müəyyənləşdirmişdir. Yeni emal müəssisələrinin yaradılması, məhsul istehsalçılarına dövlət maliyyə yardımının göstərilməsi, güzəştli şərtlərlə gübrə satışının təşkili, məhsulun satışı üçün yarmarkaların keçirilməsi kənd təsərrüfatı sahəsində məhsul istehsalının həcminin ilbəil artmasına səbəb olmuşdur. Artıq muxtar respublikada əkinə yaralı torpaq sahələri tam şəkildə əkin dövriyyəsinə cəlb edilmişdir. 2011-ci ilin məhsulu üçün 60 min 19 hektar sahədə əkin işləri həyata keçirilmişdir ki, bu da 1995-ci ilin məhsulu üçün əkilmiş sahədən 2,4 dəfə çoxdur. Taxılçılığa strateji əhəmiyyətli sahə kimi yanaşılması nəticəsində bu sahədə yüksək artım meyillərinə nail olunmuşdur. Ən əsası isə odur ki, əsas təbii ehtiyat sayılan torpaqların məhdud olması nəzərə alınır və bitkiçilik ekstensiv üsulla deyil, müasir aqrokimyəvi və aqrotexniki tədbirlərə əsaslanan intensiv metodlarla, yəni məhsuldarlığın yüksəldilməsi yolu ilə inkişaf etdirilir. Bunun nəticəsində 1995-ci ilə nisbətən 2011-ci ildə taxıl istehsalı 4,3 dəfə artaraq 101 min tona çatmışdır. 9

Taxıl əkini və məhsul istehsalının dinamikası 93,2 101,0 20,6 23,5 12,4 44,3 24,2 34,8 1995-ci il 2000-ci il 2005-ci il 2011-ci il əkin sahəsi, min hektarla məhsul istehsalı, min tonla Taxılçılığın inkişafı prosesində mühüm mərhələ sayılan anbarların yaradılması işi xeyli intensivləşdirilmişdir. 2009-cu ildə tutumu 18 min ton taxılı uzunmüddətə, tutumu 20 min ton taxılı qısamüddətə saxlamağa imkan verən Naxçıvan Muxtar Respublikası Taxıl Ehtiyatı Anbarının istifadəyə verilməsi muxtar respublikada taxıl ehtiyatlarının yaradılmasında əsas rol oynamaqla istehsalçıların məhsul tədarükü zamanı rastlaşdıqları problemlərin aradan qaldırılmasında mühüm əhəmiyyətə malikdir. Son 3 il ərzində muxtar respublikada istehsal olunan buğdanın hər kiloqramının orta hesabla 30 qəpikdən mərkəzləşmiş qaydada satın alınması məhsul istehsalçılarının taxıl istehsalına və onun vaxtında itkisiz yığılmasına marağını daha da artırmışdır. Ərzaq təminatının yaxşılaşdırılmasında xüsusi əhəmiyyətə malik olan strateji məhsul kimi kartofun istehsalının artırılması davamlı olaraq dəstəklənməkdədir. Son illər muxtar respublikada kartof istehsalı üzrə müsbət dinamikaya nail olunmuş, 01 dekabr 2011-ci il tarixə 2764 hektar sahədən 38,3 min ton məhsul yığılmışdır ki, bu da 1995-ci ildə olan göstəricidən 96 dəfə çoxdur. Ümumilikdə 2011-ci ilin yanvar-noyabr ayları ərzində muxtar respublikada 101028 ton taxıl, 65247 ton tərəvəz, 40193 ton bostan məhsulları, 52394 ton meyvə və giləmeyvə istehsal olunmuşdur ki, bu da 1995-ci ildə olan göstəriciləri müvafiq olaraq 4 dəfə, 50 dəfə, 101 dəfə və 3 dəfə üstələmişdir. 10

Müqayisə dövrü Məhsulların adı Əsas növ ərzaq məhsulları istehsalı, min ton 2011-ci ilin yanvar-noyabr ayları üzrə 1995-ci il üzrə analoji nisbət Taxıl 101,0 23,6 4,3 dəfə Kartof 38,3 0,4 95,8 dəfə Tərəvəz 65,2 1,3 50,2 dəfə Bostan məhsulları 40,2 0,4 100,5 dəfə Meyvə və giləmeyvə 52,4 19,0 2,8 dəfə Yeni kənd təsərrüfatı texnikalarının, maşın və mexanizmlərinin intensiv qaydada iş prosesinə cəlb olunması iqtisadi aktivliyi sürətləndirməkdədir. Bu istiqamətdə həyata keçirilən tədbirlərə uyğun olaraq Naxçıvan Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 107 ədədi 2011-ci ilin yanvar-noyabr aylarında olmaqla cəmi 684 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmişdir. 2011-ci ilin yanvar-noyabr aylarında əvvəlki illərdə gətirilən texnikalarla birlikdə 157 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir. Kənd təsərrüfatı məhsullarının saxlanılması və satışı prosesləri üzrə reallaşdırılan tədbirlər çərçivəsində soyuducu anbarların yaradılması işi xeyli sürətləndirilmişdir. Ötən dövr ərzində ümumi tutumu 7 min 920 ton olan 12 soyuducu anbar istifadəyə verilmiş, ümumi tutumu 500 ton olan 1 soyuducu anbarın qurulması hazırda davam etdirilir. Muxtar respublikada kənd təsərrüfatının əsas sahələrindən biri də heyvandarlıqdır. Əhalinin heyvandarlıq məhsulları ilə etibarlı təminatı üçün bu sahəyə xüsusi diqqət yetirilmiş, heyvanların baş sayında və heyvandarlıq məhsullarının istehsalında artıma nail olunmuşdur. 01 oktyabr 2011-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 104 min 869 baş, qoyun və keçilərin sayı isə 11

637 min 133 baş olmuşdur ki, bu da 01 yanvar 1996-cı ilə olan göstəriciləri müvafiq olaraq 89 faiz və 2,3 dəfə üstələyir. Muxtar respublikamızda dövlət baytarlıq xidməti orqanları tərəfindən heyvan mənşəli xəstəliklərinin qarşısının alınması, insan sağlamlığı üçün yararlı və təhlükəsiz heyvandarlıq məhsullarının istehsalı, habelə əhalinin heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən mühafizəsi, heyvandarlıqda yüksək məhsuldarlıq göstəricilərinin təmin olunması üçün xüsusi əhəmiyyət kəsb edən süni mayalandırma işinin təşviqi üzrə elmi, praktiki və təşkilati tədbirlər reallaşdırılmaqdadır. Təkcə son 6 il ərzində baytarlıq xidməti üzrə 74 yeni infrastruktur obyektinin inşası bu sahəyə yüksək dövlət qayğısını xarakterizə etməkdədir. Reallaşdırılan irimiqyaslı tədbirlər və əhalidə xüsusi mülkiyyətə münasibətin köklü dəyişməsi, fərdi sahibkarlıq fəaliyyətinin üstün istiqamət alması öz növbəsində muxtar respublikada il ərzində istehsal olunan kənd təsərrüfatı məhsullarının həcminin artmasını şərtləndirən əsas amillərdəndir. Belə ki, 2011-ci ilin yanvarnoyabr ayları ərzində muxtar respublikada 258 milyon manata yaxın kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 1995-ci ildəki göstəricisindən 7 dəfə çoxdur. Son 16 ildə 10712 hektar sahədə yeni yaşıllıqlar salınmışdır Naxçıvan Muxtar Respublikası zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye potensialına malikdir. Məhz bu baxımdan həyata keçirilən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir. Son 16 ildə muxtar respublika ərazisində təkcə dövlət strukturlarının dəstəyi ilə 10712 hektar sahədə yaşıllıqlar - meşə massivləri, meyvə bağları, yaşıllıq zolaqları salınmışdır. Hazırda muxtar respublikanın ümumi ərazisinin 7-8 faizini yaşıllıqlar əhatə edir. 1990-cı ilin əvvəllərində isə bu göstərici 0,6 faiz həddində olmuşdur. 12

Yeni salınmış meşə massivləri və yaşıllıq zolaqları, hektarla 4754 3373 2585 1995-2000-ci illərdə 2001-2005-ci illərdə 2006-cı ildən 01 dekabr 2011-ci ilədək Muxtar respublikada avtomobillərin sayı 40 min ədədə çatıb 20 ildən artıqdır ki, muxtar respublika blokada şəraitindədir. Ötən dövrlər ərzində blokada vəziyyəti ilə bağlı çətinlikləri aradan qaldırmaq və nəqliyyat infrastrukturunu müasirləşdirmək sahəsində əsaslı tədbirlər görülmüş, Naxçıvan Beynəlxalq Hava Limanının, Sədərək, Culfa və Şahtaxtı sərhəd-keçid komplekslərinin, Culfa və Şahtaxtı Sərhəd Keçid Məntəqələrində yeni körpülərin istifadəyə verilməsi, Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus və yeni hava nəqliyyatı marşrutlarının açılması nəqliyyat əlaqələrinin genişlənməsində mühüm mərhələ olmuşdur. Son 16 ildə muxtar respublikada 3221 kilometr uzunluğunda yeni avtomobil yolları salınmış, 5 yeni avtovağzal kompleksi inşa olunmuş, 126 körpü tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Bu müddət ərzində şəhər nəqliyyatı işinin yaxşılaşdırılması istiqamətində tədbirlərə uyğun olaraq 156 ədəd yeni müasir tipli avtobus alınaraq muxtar respublikaya gətirilmiş və istismara cəlb olunmuşdur. Digər tərəfdən isə bu dövr ərzində dəmiryolu nəqliyyatının gələcək inkişaf perspektivləri 13

nəzərə alınaraq infrastrukturu davamlı olaraq təkmilləşdirilmiş və muxtar respublika daxilində ahəngdar işi təmin edilmişdir. Muxtar respublikada 400 mindən artıq mobil telefon aktiv istifadədədir 1995-ci ildən ötən dövr ərzində muxtar respublika ərazisində 4 mobil rabitə operatorunun fəaliyyətinin təşkil edilməsi, internet xidməti sahəsinin yaradılması, mövcud koordinat tipli avtomat telefon stansiyalarının hamısının elektron tipli avtomat telefon stansiyaları ilə əvəz edilməsi, Đran və Türkiyə ərazilərindən keçməklə fiber optik kabelin çəkilişi, Naxtel simsiz telefon xidmətinin və Yeni Nəsil Telekommunikasiya şəbəkəsinin istifadəyə verilməsi, Kanal-35 televiziyasının və Naxçıvanın səsi radiosunun fəaliyyətə başlaması, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin maddi-texniki bazasının gücləndirilməsi və efir vaxtının artırılması, Naxçıvan Dövlət Universitetində Universitet televiziyasının, Nuhçıxan radiosu üçün yeni studiyaların yaradılması, Naxçıvan Muxtar Respublikası Đnternet Mərkəzinin, Naxçıvan Muxtar Respublikası Kompyuter Təlim-Tədris və Đnternet Mərkəzinin və onun rayon filiallarının səmərəli fəaliyyətinin təşkili, iqtisadiyyatın bütün sahələrində informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin uğurla davam etdirilməsi, bu sahə ilə əlaqədar çoxsaylı beynəlxalq simpoziumların və konfransların keçirilməsi muxtar respublikada informasiya və kommunikasiya texnologiyalarının ictimai həyatımıza sürətli inteqrasiyasını təmin etmişdir. 2011-ci ilin yanvar-noyabr aylarında informasiya və rabitə xidmətlərinin həcmi 1995-ci ildəki göstəricini 90 dəfə üstələyərək 37 milyon 879 min manat həcmində olmuşdur ki, bunun da 32 milyon 801 min manatı mobil rabitənin payına düşür. Hazırda muxtar respublikada aktiv istifadə olan mobil telefonların sayı 421 min 569 ədəddir. Əhalinin hər 100 nəfərinə düşən aktiv mobil telefonların sayı 102 ədəd olmuşdur. 14

Đnformasiya və rabitə sahəsində göstərilmiş xidmətlərin həcmi, min manatla 37879,2 9014,2 420,3 2448,4 1995-ci il 2000-ci il 2005-ci il 2011-ci ilin yanvar-noyabr ayları Muxtar respublikada informasiya-kommunikasiya texnolojgiyalarının tətbiq olunduğu mühüm fəaliyyət istiqamətlərindən biri təhsil sahəsidir. Muxtar respublikanın ümumtəhsil məktəblərində 01 dekabr 2011-ci il tarixə 2896 dəst kompyuter quraşdırılmış, beləliklə hər 17 şagird bir kompyuter dəsti ilə təmin olunmuşdur. Hazırda ümumtəhsil məktəblərində istifadədə olan 2896 dəst kompyuterin 2365-i və ya 81,7 faizi internetə qoşulmuşdur. Son 16 ildə sahibkarlıq subyektlərinə 150 milyon manata yaxın kreditlər verilmişdir Özəl sektora dövlət dəstəyinin gücləndirilməsi nəticəsində ciddi nailiyyətlər əldə edilmiş, fəaliyyət istiqamətləri və güzəştli kreditlərə çıxış imkanları genişlənmişdir. 2011-ci ilin ötən dövrü ərzində muxtar respublikanın bank strukturları və kredit təşkilatları tərəfindən sahibkarlara verilmiş kreditlərin həcmi 1995-ci illə müqayisədə 179 dəfə artaraq 44 milyon 864 min 200 manat təşkil etmişdir. Bunun 26 milyon 844 min 200 manatı qısamüddətli, 18 milyon 20 min 600 manatı isə uzunmüddətli kreditlərdir. 15

2000-ci ildən ötən müddət ərzində Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondu tərəfindən 1012 layihənin maliyyələşdirilməsinə ümumilikdə 73 milyon 756 min manatdan çox kredit verilmişdir. Daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında, idxaldan asılılığın azaldılmasında, əhalinin tələbatının daha dolğun ödənilməsində yerli istehsalın rolu əhəmiyyətli dərəcədə artırılmışdır. Həyata keçirilmiş tədbirlər nəticəsində bu gün 113 növdə, 331 çeşiddə ərzaq, 195 növdə, 479 çeşiddə qeyri-ərzaq olmaqla, cəmi 308 növdə, 810 çeşiddə məhsul istehsal olunur. Đstehsal olunan 93 növdə ərzaq, 166 növdə qeyri-ərzaq olmaqla, cəmi 259 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Özəl sektorun inkişafı üçün yaradılmış münbit şəraitin nəticəsi olaraq 2011-ci ilin yanvar-noyabr aylarında muxtar respublikada Ümumi Daxili Məhsul istehsalında özəl bölmənin payı 86 faiz təşkil etmişdir. Özəl sektor inkişaf etdikcə, ümumi daxili məhsulda bu sektorun xüsusi çəkisi artdıqca və sahibkarlıq fəaliyyəti genişləndikcə məşğulluq problemi də öz həllini tapır. Son 16 ildə muxtar respublikada 68477 yeni iş yeri yaradılmışdır 1995-ci ildən 01 dekabr 2011-ci il tarixədək muxtar respublika üzrə 68477 yeni iş yeri yaradılmışdır. Yeni iş yerlərinin 22513-ü və ya 32,9 faizi dövlət sektorunda, 45964-ü və ya 67,1 faizi qeyri-dövlət sektorunda yaradılmışdır. Yeni yaradılmış iş yerlərinin 42431-i və ya 62 faizi daimi iş yeridir. Son 16 il ərzində muxtar respublikanın məşğulluq xidməti orqanları 21647 nəfərin işlə təminatında köməklik və vasitəçilik etmişdir. Reallaşdırılan səmərəli iqtisadi siyasətin nəticəsi olaraq əhalinin gəlirləri, gəlirlərdən son istehlak xərcləri çıxıldıqdan sonra onun yığıma yönəldilən hissəsi davamlı şəkildə yüksəlməkdədir. Muxtar respublikada əhalinin gəlirləri 2011-ci ilin yanvar-noyabr aylarında 1 milyard 372 milyon 174 min manat təşkil etmişdir ki, bu 16

da 1995-ci ildəki göstəricini 44 dəfə üstələyir. Bu dövr ərzində hər bir nəfərə düşən gəlirlər 35 dəfə artmışdır. Aparılan məqsədyönlü iqtisadi siyasət muxtar respublikada əhali rifahının davamlı yüksəlişinə əsaslı zəmin yaratmışdır. 2011-ci ilin yanvar-noyabr aylarında muxtar respublikada bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 340,3 manat təşkil etmişdirsə, 1995-ci ildə bu göstərici 15,9 manat səviyyəsində idi. Orta aylıq əməkhaqqı Müqayisə dövrü Müqayisə predmeti 2011-ci ilin yanvar-noyabr ayları üzrə 1995-ci il üzrə artım Orta aylıq əməkhaqqı, manat 340,3 15,9 21,4 dəfə Orta aylıq əməkhaqqının artımı, digər tərəfdən isə sahibkarlığın geniş vüsət alması məcburi dövlət sosial sığorta haqlarının yığılmasına öz müsbət təsirini göstərmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2011-ci ilin yanvar-noyabr aylarında yığılmış vəsait 1995-ci ildəki göstəriciyə nisbətən 58 dəfə artaraq 36 milyon 871 min manatdan çox olmuşdur. Məcburi dövlət sosial sığorta haqlarının yığımında artım tempi ümumilikdə muxtar respublikamızda sahibkarlıq fəaliyyətinin genişlənməsindən, gəlirlərin dinamik artımından, ən əsası isə yaradılmış münbit şəraitdən səmərəli yararlanaraq inkişaf edən özəl sektordakı iqtisadi fəallıqdan xəbər verir. Bu proses isə öz növbəsində milli gəlirin təkrar bölgüsü zamanı sosial xarakterli ödənişlərin, pensiyaların məbləğini artırmağa imkan yaratmaqdadır. 2011-ci ilin yanvar-noyabr ayları ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya və müavinətlərin ödənilməsinə 76 milyon 979 min manatdan çox vəsait yönəldilmişdir ki, bu da 1995-ci ildəki göstəricidən 29 dəfə çoxdur. Hazırda pensiya və müavinətlərin ödənişi üçün tələb olunan vəsaitin 48 faizi məcburi dövlət sosial sığorta haqqı kimi muxtar respublikada toplanılır. 17

Xarici ticarət dövriyyəsinin illik həcmi 400 milyon dollara çatacaqdır Muxtar respublikada iqtisadi təhlükəsizliyin təmin edilməsi və daxili bazarın qorunması fonunda ixracın stimullaşdırılması işi də intensivləşdirilməkdədir. Son 16 il ərzində muxtar respublikada sahibkarlıq fəaliyyəti və ticarət əməliyyatları üçün yaradılmış münbit şəraitin nəticəsi olaraq xarici ticarət əlaqələrinin coğrafiyası daha da genişlənmiş və ilk dəfə olaraq 2009-cu ildə xarici ticarətdə müsbət saldo yaranmışdır. Bu proses 2011-ci ilin yanvar-noyabr ayları ərzində də davam etdirilmiş, bu dövr ərzində xarici ticarət dövriyyəsinin həcmi 347433,6 min ABŞ dollarına çatmışdır ki, bunun da 274686,7 min ABŞ dollarını ixrac, 72746,9 min ABŞ dollarını isə idxal təşkil etmişdir. Đlin əvvəlindən xarici ticarət dövriyyəsi üzrə 202 milyon dollarlıq müsbət saldo yaranmışdır. Yerli istehsal potensialının davamlı olaraq gücləndirilməsi qarşılığında kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatın ödənilməsində idxaldan asılılıq əsas etibarı ilə aradan qaldırılmışdır. Bir faktı da qeyd etmək olar ki, əgər 1995-ci ildə muxtar respublikaya xarici ölkələrdən idxal olunan məhsulların 90 faizini ərzaq və kənd təsərrüfatı məhsulları təşkil edirdisə, ötən il bu göstərici azalaraq 28 faizə düşmüşdür. Onun isə əsas hissəsi muxtar respublikada yetişdirilməsi mümkün olmayan bitkilərdən ibarətdir. Müqayisə predmeti Xarici ticarət dövriyyəsi 2011-ci ilin yanvar-noyabr aylarında 1995-ci ildə min ABŞ dolları ilə analoji nisbət Xarici ticarət dövriyyəsi 347433,6 19024,0 18,3 dəfə o cümlədən ixracın ümumi həcmi 274686,7 1937,0 141,9 dəfə 18

Sosial qayğının əhatəliliyi təmin olunmuşdur Ötən 16 il ərzində muxtar respublikada sosial müdafiəyə ehtiyacı olan əhali qrupuna yönəldilmiş xüsusi dövlət qayğısı prioritet istiqamət kimi saxlanılmış, Azərbaycan Vətən Müharibəsi, 1941-1945-ci illər müharibəsi əlillərinə və Çernobıl Atom Elektrik Stansiyasındakı qəzanın ləğvi zamanı əlil olanlara 259 ədəd avtomobil verilmiş, 178 əlil və şəhid ailəsi mənzil və fərdi yaşayış evləri ilə təmin olunmuşdur. 2011-ci ilin yanvar-noyabr ayları ərzində muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 3 milyon 251 min manatdan çox ünvanlı dövlət sosial yardımı ödənilmişdir. Son 16 il ərzində ehtiyacı olan 3270 nəfər əlil müxtəlif texniki reabilitasiya vasitələri ilə təmin olunmuşlar. Protez-ortopedik məmulatlara ehtiyacı olan 1680 nəfərə xidmət göstərilmiş, respublikamızın müxtəlif sanatoriyalarında müalicə olunmaq üçün 1730 nəfər göndərişlərlə təmin olunmuşdur. Bundan əlavə, 1700 nəfər əlilin Naxçıvan Əlilərin Bərpa Mərkəzində, 770 nəfər 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqların Naxçıvan Uşaq Bərpa Mərkəzində müalicələri təşkil olunmuş, 1197 nəfərin respublika daxilində müalicəsinə köməklik göstərilmiş, onurğa sütunundan əziyyət çəkən 116 nəfərin Ukrayna Respublikasında müalicəyə göndərilməsi təmin edilmişdir. Đqtisadi yüksəliş dövrünü yaşayan muxtar respublikamızda həyata keçirilən uğurlu sosial siyasət bütövlükdə cəmiyyət üzvlərinin maddi və mənəvi tələblərinin ödənilməsinə, həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilmişdir. Bu mənada muxtar respublikada ahıllar dövlətin daimi diqqət və qayğısı ilə əhatə olunmuşlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 30 may tarixli Sərəncamı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasında ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı bu diqqət və qayğının daha bir ifadəsidir. Dövlət Proqramının qəbulundan ötən dövr ərzində ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində uğurlu nəticələr əldə edilmiş, tənha yaşayan, hərəkət qabiliyyəti məhdudlaşmış ahıllara evdə xidmət işinin keyfiyyəti xeyli yüksəldilmiş, ahıl və tənha vətəndaşlara göstərilən sosial xidmət daha da 19

təkmilləşdirilmiş, ahılların sağlamlığı səmərəli qorunmuş, onların muxtar respublikanın sosial-iqtisadi və mədəni həyatında fəal iştirakı təmin edilmişdir. Son 16 ildə 119 min körpə doğulmuşdur 01 dekabr 2011-ci il tarixə muxtar respublikada əhalinin sayı 01 yanvar 1996-cı il tarixə olan göstəriciyə nisbətən 79,9 min nəfər artaraq 417,7 min nəfərə çatmışdır. Əgər 1995-ci ilin sonuna muxtar respublikada bir kvadratkilometrə düşən əhalinin sayı 63 nəfər olmuşdursa, hazırda bu göstərici 78 nəfər təşkil edir. Əhalinin sayı, min nəfərlə 417,7 337,8 01 yanvar 1996-cı il 01 dekabr 2011-ci il Son 16 il ərzində muxtar respublikada 119 min nəfər uşaq doğulmuşdur ki, bu da hər gün orta hesabla 20-21 körpənin dünyaya gəlişi deməkdir. Muxtar respublikamızda əhali sağlamlığının və rifahının davamlı yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması öz növbəsində 1 yaşa qədər ölən uşaqların sayı üzrə göstəricini kəskin şəkildə aşağı salmışdır. Belə ki, hər 1000 nəfər doğulana hesabı ilə 1 yaşa qədər ölən uşaqların sayı 1995-ci ildə 20,6 nəfər olmuşdursa, 2011-ci ilin yanvar-noyabr ayları ərzində bu göstərici sıfıra yaxınlaşmışdır. 20

1 yaşa qədər uşaq ölümü (hər 1000 nəfər doğulana hesabı ilə) 20,6 11,2 0,7 1995-ci il 2000-ci il 2011-ci ilin yanvarnoyabr ayları Son 16 ildə muxtar respublikaya 2 milyon 620 min turist gəlib Turizm müasir cəmiyyətdə siyasi, iqtisadi və mədəni əlaqələrin əsas vasitəsinə çevrilmiş fəaliyyət növü kimi özünü göstərməkdədir. Məhz bu baxımdan muxtar dövlətimiz cəmiyyətin digər əsas tələbatları və fəaliyyət növləri ilə bərabər turizmin ahəngdar inkişafını təmin etməkdədir. Ötən 16 il ərzində muxtar respublikamıza xarici ölkələrdən və respublikamızın digər bölgələrindən ümumilikdə 2 milyon 620 min nəfər, o cümlədən cari ilin yanvarnoyabr aylarında isə 305 min 498 nəfər turist gəlmişdir. Cinayət hadisələrinin sayı sıfır səviyyəsinə yaxınlaşır 2011-ci ilin yanvar-noyabr aylarında muxtar respublikanın ərazisində 17 cinayət hadisəsi qeydə alınmışdır ki, bu da 1995-ci illə müqayisədə 32 dəfə azalma deməkdir. Əhalinin hər 100 min nəfərinə hesabı ilə 4,1 cinayət hadisəsi (1995-ci ildə 161 hadisə) qeydə alınmışdır. Qeydə alınmış cinayət hadisələri Müqayisə dövrü 2011-ci ilin yanvar-noyabr 1995-ci il üzrə fərq Göstəricilər ayları üzrə Cinayət hadisələri 17 541-524 Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayət hadisələri - 25-21

Struktur islahatları ümumi inkişafla paralel aparılmaqdadır Đnstitusional islahatların mühüm istiqamətlərindən biri idarəetmənin çevikliyini və səmərəliliyini təmin etmək məqsədilə yeni dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının və digər strukturların yaradılmasından, ştat vahidlərinin tələbata uyğun olaraq səmərəli sistemləşdirilməsindən ibarətdir. Ötən dövr ərzində muxtar respublikada bu istiqamətdə mühüm tədbirlər reallaşdırılmış, yeni idarəetmə strukturları təsis olunmuş, səlahiyyətləri təkrarlanan və paralel funksiyalara malik orqanlar birləşdirilmiş, bütün bunlar isə öz növbəsində muxtar respublikada dayanıqlı və professional kadr potensialının formalaşdırılmasına əsaslı zəmin yaratmışdır. Bu müddət ərzində Əliabad və Qıvraq kəndlərinə qəsəbə, Şahbuz qəsəbəsinə şəhər statusu verilmiş, Heydərabad qəsəbəsi və bir yeni inzibati rayon Kəngərli rayonu, 96 inzibati ərazi dairəsi və 300-dən artıq dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanı, dövlət mülkiyyətində olan digər idarə, müəssisə və təşkilat yaradılmışdır ki, bu da idarəetmənin əhatəli və səmərəli təşkili üçün mühüm islahatlardandır. Hazırki sosial-iqtisadi inkişaf modeli üzrə əldə olunmuş nailiyyətlər muxtar respublikamızın perspektivdə də daha böyük uğurlara imza atacağına əminlik yaradır. Bu gün həyata keçirilən məqsədyönlü modernləşmə strategiyası, düzgün və səmərəli islahatlar kursu inkişafın uzun müddətliliyini təmin edən əsas faktorlardandır. Ötən 16 ilin ümumiləşdirilmiş xarakteristikası ondan ibarətdir ki, Naxçıvan Muxtar Respublikasında bütün sahələr üzrə əsaslı nailiyyətlər qazanılmış, hərtərəfli yüksəliş təmin olunmuşdur. Düzgün təməl üzərində müəyyənləşən bu inkişaf meylləri gələcəkdə daha geniş miqyas almaqla intibahın əsas amili olacaqdır. Bu gün muxtar respublikamızda təmin olunmuş hərtərəfli tərəqqi heç şübhəsiz ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının davamlı icrası istiqamətində muxtar respublika rəhbəri tərəfindən reallaşdırılan ardıcıl və yorulmaz fəaliyyətin, məqsədyönlü və qətiyyətli mövqeyin, fədakar işin 22

məntiqi nəticəsidir. Bu misilsiz əzmkarlığa və zəhmətə, göstərilən xidmətə ən böyük qiymət də məhz dahi öndərimiz tərəfindən belə verilmişdir: Mən ümumiyyətlə demək istəyirəm ki, Naxçıvanda işlər lazımi səviyyədə gedir. Vasif Talıbovu bu vəzifəyə seçəndə mən onun çox xüsusiyyətlərini bilirdim. Amma o, çox gənc idi. Daxilən bir az fikirləşdim ki, gəncliyinə görə, bəlkə də, ağır, çətin olar. Ancaq o, sübut etdi ki, vətəninə, millətinə, xalqına sədaqətli olan adam yaşından asılı olmayaraq böyük işlər görə bilər. 23