MÖVZU 8. İQTİSADİYYATA DÖVLƏT TƏSMİRİ ALƏTLƏRİ 1. Bazar iqtisadiyyatında dövlətin rolu. 1. Bazar iqtisadiyyatında dövlətin rolu. 2. Dövlət xərcləri və vergi tutumu. 3. Monetar siyasət. Bazar, öz-özlüyünə yaranma xarakterinə baxmayaraq, cəmiyyət qarşısında duran iqtisadi məsələləri həll etmək qabiliyyətində olan yaxşı nizamlanmış mexanizmdir. Lakin o, dövlətin oynadığı rolu heç də inkar etmir. Cəmiyyətin iqtisadi quruluşunun ideal modeli müxtəlif problemlərin həlli üçün dövlət tənzimlənməsi mexanizmindən istifadəni nəzərdə tutur. Dövlətin üzərinə bazarda iştirak edən istehsalçıların və istehlakçıların hüquqlarının qorunması kimi çətin vəzifə qoyulur. Bazar münasibətlərinə əsaslanan və geniş seçim imkanı yaradan sənaye cəmiyyətini hüquqi sistemsiz və qanun hakimiyyəti olmadan təsəvvür etmək mümkün deyil. Normal iqtisadi fəaliyyət göstərmək üçün subyektlər qanunla müdafiə olunmalıdırlar. İlk növbədə sahibkarlıq hüququ təmin edilməlidir. Öz mülkiyyətinin toxunulmazlığına inanmayan, əmlakının alınacağından və ya onun üzərində hüquqlarının məhdudlaşdırılacağından ehtiyat edən sahibkar özünün yaradıcı və maddi potensialından tam gücü ilə istifadə edə bilməz. Buna görə də mülkiyyət hüququnu təmin edə biləcək qanunvericilik olmalıdır. Hüquqi tənzimləmədə inhisarın hədsiz hökmranlığına qarşı dövlət müqavimətinin vacib rolu vardır. İnkişaf etmiş ölkələrdə vicdansız rəqabət elementlərini məhdudlaşdıran antiinhisar qanunvericiliyi işlənmişdir. İstehlakçıların hüquqlarını müdafiə edən qanunlar da böyük əhəmiyyət kəsb edir. Keyfiyyətsiz mallar satışına, firmaların fəaliyyətinə dair yalan məlumat verməyə görə ciddi sanksiyalar tətbiq rolunur. İntellektual mülkiyyətin qorunmasına, bank fəaliyyətinə və digər sahələrə aid qanunlar qəbul olunmuşdur. Ayrı-ayrı hallarda bazar «ictimai əmtəə mal» deyilən məhsulları istehsal etmək qabiliyyətində olmur. Bunlara müdafiə məqsədli mallar, hüquq-mühafizə orqanlarının saxlanması, yollar və bir sıra analoji malların istehsalı aiddir. Büdcənin məxaric hissəsinin çoxunu sosial ehtiyacların ödənməsinə, dövlət aparatının saxlanmasına yönələn vəsaitlər təşkil edir. Özü də bu halda ödənilən verginin həcmi ilə istehlak prosesində göstərilən ictimai məhsulun iştirakı arasında bilavasitə əlaqə yoxdur. İqtisadiyyata dövlət müdaxiləsinin iki əsas forması seçilir: maddi resurslara dövlət mülkiyyətinin genişləndirilməsi, qanunvericilik və istehsal müəssisələrinin idarə olunması yolu ilə birbaşa müdaxilə və iqtisadi siyasətin müxtəlif təsirləri vasitəsilə dolayı müdaxilə. Birbaşa müdaxilə. İqtisadi cəhətdən inkişaf etmiş bütün ölkələrdə az-çox miqyasda olsa da iqtisadiyyatın dövlət sektoru mövcuddur. Onun həcmi dövlətin iqtisadi rolunun meyarı ola bilər. Dövlət müxtəlif formalarda kapitala malikdir, kreditlər verir, pay bölgüsündə iştirak edir, müəssisələrin sahibkarıdır. Bunlar dövlətin ictimai kapitalın sahibkarına çevirir. Bütün inkişaf etmiş ölkələrdə dövlət sektorunun yaranması və inkişafı praktiki olaraq eyni sahələrdə baş vermişdir (kömür sənayesi,
elektroenergetika, dəniz, dəmir yolu və hava nəqliyyatı, aviasiya və kosmonavtika, atom energetikası və s.). Dövlətin birbaşa müdaxilə - həm də bazar sisteminin bütün elementləri arasında münasibətlərin tənzimlənməsinə və inkişafına yönəlmiş qanunvericilik aktlarının qəbul olunmasıdır. Dolayı müdaxilə. Müdaxilə məqsədindən asılı olaraq iqtisadi siyasət tədbirləri aşağıdakılara yönələ bilər: - kapital qoyuluşunun stimullaşdırılmasına və əmanətlərlə investisiyalar arasındakı tarazlığın bərpasına; - tam məşğulluğun təmin olunmasına; - malların, kapitalın və işçi qüvvəsinin ixrac və idxalının stimullaşdırılmasına; - qiymətlərin ümumi səviyyəsinin və bəzi spesifik məhsulların qiymətlərinin sabit qalmasına təsir göstərilməsinə; - sabit iqtisadi inkişafa yardım edilməsinə; - gəlirin bərabər bölünməsinə və bu kimi məqsədlərə. Lap yaxın vaxtlarda iqtisadçıların köməyi ilə hökumətin tənzimləmənin yeni «bazar stimulları» deyilən formasından istifadə etməyə inandırmaq mümkün olmuşdu. Bu və başqa növ bazar faktorlarından istifadə olunması, ola bilsin, tənzimlənmə məqsədlərinə nəzarətdən daha çox xidmət edə bilər. Tənzimlənmə-firmaların qəbul etdikləri qiymət, məişət və ya istehsal qərarlarınqa nəzarət məqsədilə dövlətin buraxdığı qaydalar və ya qanunlardır. Adətən tənzimləçməni iki formaya bölürlər. Buraya qiymətlər, bazara girişçıxış, müəyyən sahələrin istehsalı olan məhsulların keyfiyyəti üzərində qoyulan nəzarət aiddir. Tənzimlənmənin ikinci, daha yeni forması sosial tənzimləmədir. Sosial tənzimləmə ətraf mühitin qorunmasında, eləcə də fəhlə və istehlakçıların sağlamlığı və təhlükəsizliyi üçün istifadə olunur. Sosial tənzimləmənin qaydaları iqtisadi fəaliyyətin meydana gəlməsinə səbəb olan müxtəlif növ köməkçi effektlərin nizamlanması üçün tərtib edilib. 2. Dövlət xərcləri və vergi tutumu Tənzimlənmə ilə bağlı müxtəlif tədbirləri həyata keçirməklə yanaşı, dövlət başlıca olaraq fiksal və monetar siyasətə əl atır. Fiksal siyasət büdcə siyasətidir. Onu dövlətin gəlirlər (ilk növbədə vergilər) və məsariflərlə manipulyasiya yolu ilə həyata keçirdiyi siyasət kimi də təyin etmək olar. İşsizlik probleminin həlli zamanı dövlət xərclərinin və işsizliyə görə müavinətlərin və sosial ödənişlərin artımı mümkündür. Və yaxud vergiləri azaltmaq olar, bu halda əhalidə çoxlu pul qalır ki, onları mal və xidmətlərə sərf etmək mümkündür. Dövlət maliyyə sistemində mərkəzi yeri dövlət büdcəsi tutur. Büdcə sistemi çox mürəkkəb mexanizm olmaqla bu və ya digər ölkənin xüsusiyyətlərini, onun sosialiqtisadi qurumunu, eləcə də dövlət quruluşunu təmsil edir. Bu sistem hər hansı bir dövləti xarakterizə edən sosial-iqtisadi hüquqi və digər xüsusiyyətlərinin cəmi əsasında formalaşır. Ölkə büdcəsinin strukturu onun dövlət quruluşundan asılıdır. Dövlət büdcəsi özlüyündə hökumətin ixtiyarında olan və dövlət aparatını, silahlı qüvvələri saxlamaq, eləcə də lazımi sosial-iqtisadi funksiyaları yerinə yetirmək üçün istifadə edilən mərkəzləşdirilmiş pul resursları fondudur. Müasir şəraitdə büdcə iqtisadiyyatın tənzimlənməsi, təsərrüfat konyukturasına təsir göstəçirilməsi, eləcə də böhrana qarşı tədbirlərin həyata keçirilməsi üçün dövlətin əlində olan güclü vasitədir.
Büdcədə dövlətin gəlir və xərclərinin strukturu əksini tapır. Xərclər büdcə vəsait qoyuluşunun istiqamət və məqsədlərini göstərir. Öz strukturuna görə büdcənin məxaric hissəsi (maddələri) aşağıdakılara bölünür: dövlət idarəçiliyi üzrə xərclərə; hərbi xərclərə; sosial-iqtisadi məqsədli xərclərə; dövlətin təsərrüfat fəaliyyətinə yönəlmiş xərclərə; xarici iqtisadi əlaqələrin həyata keçirilməsi üçün xərclərə. Dövlət funksiyalarının genişlənməsi onunla müşaiyyət olunur ki, dövlət xərclərinin miqyası gəlir toplama tempini qat-qat üstələyir. Dövlət xərclərinin ən vacib maddələri sırasına iqtisadiyyatda istehsal sektorlarının normal fəaliyyəti üçün əlverişli şərait yaradılmasına yönəlmiş xərclər aiddir. Büdcədə sosial infrastrukturalı obyektlərin yaradılmasına, ilk növbədə təhsil və səhiyyənin inkişafına yönəlmiş xərclərin getdikcə artımı yerini tapır. Hərbi xərclərin xüsusi çəkisi əhəmiyyətli yer tutur: burada birbaşa xərclərlə yanaşı, hərbi borclar, müharibə əlillərinə və veteranlarına pensiya və müavinətlərin ayrılması kimi dolayı xərclər də nəzərdə tutulur. Dövlət büdcəsinin gəlir hissəsini başlıca olaraq vergilər, dövlət istiraz vərəqələri, eləcə də büdcədən kənar və ya məqsədli fondlar deyilən mənbələrdən daxil olan gəlirlər təşkil edir. Sənaye cəhətdən inkişaf etmiş ölkələrdə büdcə gəlirinin 90%-i vergilərin payına düşür. Vergi növlərindən ən vaciblərinə fiziki şəxslərdən toplanan gəlir vergisi, eləcə də korporasiyaların gəlirlərindən tutulan vergilər aiddir. Vergi qoyma normasını vergi stavkası təşkil edir, onun miqdarı bir vergi vahidi ilə ölçülür. Vergi tariflərinin müxtəlif növləri mövcuddur. O halda ki, vergi ödənişi üçün vahid faiz müəyyən edilir, bu zaman gəlirin həcmindən asılı olmayaraq biz proporsional vergi haqqında danışa bilərik. Əgər gəlirin artımı ilə vergi tarifi də artırsa, onda biz proqressiv vergi ilə rastlaşırıq. Vergi qoyma təcrübəsində, qiymətdən asılı olmayaraq, hər bir vahid obyektə qoyulmuş möhkəm tarifə rast gəlinir. Gəlir vergisi ilə yanaşı, müvafiq məhsullara və xidmətlərə qoyulan əlavə qiymətlərdən götürülən dolayı vergilər də vacib rol oynayır. Bazar iqtisadiyyatı xroniki işsizlikdən və inflyasiyadan əziyyət çəkir. Bəzən bu dövlətin müdaxiləsini vacib etmir, belə ki, bu məsələləri həll edərkən dövlət iqtisadiyyatın xroniki uğursuzluğunu düzəltmək üçün avtomatik stabilizatorlar yaratmışdır. Bunların bir neçə növü vardır: (1) dövlət xərclərinin artırılması; böyük sayda fəhlənin işə götürülməsi; işsizliyə görə müavinət verilməsi; sosial ödənişlər; vergi sistemi və bu kimi tədbirlər. Lakin elə dövrlər olur ki, iqtisadiyyat daha ciddi bəlalarla üzləşir. Onlar avtomatik stabilizatorlar vasitəsilə, yaxud dövlətin birbaşa və ya qabaqcadan düşünülmüş siyasi müdaxiləsi ilə rəf oluna bilərlər. Bu tədbirlərə (2) vergilərin azaldılması və s. aiddir. Vergilərin azaldılması əhalidə daha çox pul olmasına imkan yaradar ki, onu məhsul və xidmətlərə sərf etmək mümkün olsun. Fiskal vasitələr qender cəhətdən neytral deyildirlər. Məsələn, vergi qoymanın azaldılması və ya vergi kreditləşməsi işgüzarlığın aktivliyinə səbəb ola bilər, eyni zamanda onlar qadınların sosial-iqtisadi vəziyyətinə mənfi təsirdə göstərə bilər, çünki dövlət büdcəsinin gəlir hissəsinin ixtisarına səbəb ola bilərlər. Gəlir hissəsinin azalmasına cavab olaraq dövlət sektrorunda iş yerlərinin azaldılmasına, sosial təminat sisteminin ixtisarına gedə bilər. Əksər dövlətlərdə dövlət sektorunda çalışan işçilərin proporsional olaraq çoxunu qadınlar təşkil edir. Qadınlar həmçinin dövlətin səhiyyəyə, təhsilə və kommunal xidmətə çəkdiyi xərclərdən də asılıdırlar. Dövlət xərclərinin xarakteri və keyfiyyəti qadınların sosial-iqtisadi vəzityyətinə dövlət iqtisadi siyasətinin təsirini qiymətləndirmək üçün çox vacib dir. Əgər dövlət sadəcə olaraq hərbi xərcləri artırırsa, bu qadınların sosial parametrlərinə heç cür
müsbət təsir göstərə bilməz, çünki hərbi xərclərin artımı o demək olardı ki, digər formalarda dövlət xərcləri azalmalıdır. 3.Monetar siyasət İqtisadiyyata dövlət müdaxiləsinin digər vasitəsi monetar siyasətdir. Bu o deməkdir ki, faiz dərəcələrinin göstəriciləri və pulun təklifi inflyasiya probleminin həllində istifadə olunur. Faiz dərəcəsi iqtisadiyyatda hər şeyə təsir göstərir. Bu pulun dəyəridir. O pul ki, borc alan borc verənə ödəməli olur. Faiz dərəcəsinin düşməsi, beləliklə, müxtəlif qrup adamlara müxtəlif cür təsir göstərir. Məntiqi düşünsək, inflyasiya zamanı pulun dəyəri artır, yəni borcun qiyməti qalxır, bu isə xərcləri məhdudlaşdırır. Başlıca effekt ondadır ki, iqtisadiyyat «donur». Bu da faiz dərəcəsinin dəyişmə xarakterindən asılı olaraq işsizliyə səbəb ola bilər. Dövlət müdaxiləsində problem ondadır ki, hökumətin minimum əmək haqqı barədə qanunun yerinə yetirməsi, həmkarlar ittifaqlarının xeyrinə qanunvericilik fəaliyyəti, kənd təsərrüfatı məhsullarına qiymətlərin sabit saxlaması, biznes maraqlarına uyğun qanunvericiliyi inhisara alması və digər tədbirləri ona gətirib çıxarır ki, qiymətlər və əmək haqqı dərəcələri azalmağa doğru öz çevikliyini itirir. Sərbəst bazar sistemi makroiqtisadi sabitliyi kifayət qədər təmin etməyə qadirdir, lakin dövlətin müdaxiləsi bunun əsasını qırır. Monetar siyasət tərəfdarları hesab edirlər ki, dövlətin iqtisadi sabitliyi fiskal və kredit-əmtəə siyasəti vasitəsilə sabitləşdirmək cəhdləri sistemin qeyri-sabitliyi, daha doğrusu, dövri işi yaradır. Monetarçılar qarışmamaq prinsipinin qatı tərəfdarıdırlar. Onlar dövlət idarəçiliyini bürokratik, qeyri-effektiv şəxsi təşəbbüs üçünzərərli, siyasi səhvlərə əsaslanan və iqtisadi sabitliyin əsaslarını qıran hal kimi qiymətləndirirlər. Monetarizm pula böyük əhəmiyyət verir, monetarizmin əsas idarəçiliyi mübadilə idarəçiliyidir: MV = P Q, Burada M pulun təklifi, V pulun dövretmə sürəti, yəni il ərzində hazır mal və xidmətlərin əldə edilməsinə dolların orta istifadə dəfələrinin sayı; P qiymətlərin həddi, daha dəqiqi orta qiymətdir ki, istehsal olunan bir ədəd məhsul onqa uyğun olaraq satılır; Q istehsal olunmuş əmtəə malın və xidmətlərin fiziki həcmidir. Monetaristlər əmindirlər ki, pul-kredit siyasəti iqtisadi aktivlik səviyyəsini müəyyən edir. Onlar pulun təklifində istehsal səviyyəsini, məşğulluğu və qiymətləri təyin edən yeganə vacib faktor görürlər. Pul kütləsi artımının istiqraz alınmasına təsirini, və deməli ki, faiz dərəcələrinin enməsini məhdudlaşdırmayaraq, monetaristlər hesab edirlər ki, pul təklifinin genişləndirilməsi bütün növ aktivlərə real olan ya maliyyəyə, eləcə də istehsal olunmuş məhsula tələbat artır. Tam məşğulluq şəraitində bütün bunlara qiymətlər artır. Bundanq əlavə, monetaristlər belə hesab edirlər ki, pul dövriyyəsinin sürəti sabit qalır, o mənada ki, onun dəyişkənliyi cüzidir və o, pul təklifinə cavab olaraq dəyişmir. Monetaristlərin fikrincə, özəl sahibkarlıq fəaliyyətinə daxili sabitlik və tam məşğulluq səviyyəsi xasdır. İstehsalın bu konkret səviyyəsi tam məşğulluqla yanaşı, real faktorlar olan əməyin kəmiyyət və keyfiyyətindən, kapitaldan, torpaq və texnologiyalardan asılıdır. Yuxarıda verilən bərabərliyi əsas götürsək, burada əgər Q istehsal imkanlarının sabitliyidirsə, onda M dəyişikliyi P dəyişikliyində gətirməlidir. Monetaristlər belə hesab edirlər ki, pul təklifinin dəyişməsi təkcə investisiyalara deyil, tələbatın yekun komponentlərinə təsir göstərir. Bundan əlavə, monetarist modelində yekun tələbatın dəyişməsi nominal ÜDM-a uzunmüddətli təsir
göstərir, özü də istehsal həcminin real artımı vasitəsilə deyil, əsasən qiymətlərin dəyişdirilməsi yolu ilə. Maliyyə vasitələri kimi, pul-kredit vasitələri də qender baxımından neytral deyildirlər. İnflyasiya ilə mübarizə zamanı faiz dərəcələrinin artırılması haqqında qərar qəbul edilərsə, bu zaman işsizlik riski yüksək olur. Bu qadınlara da toxuna bilər, özü də bu təsir kişilərə nisbətən daha sürətli, daha uzunmüddətlli olar. Kredit verməyə qoyulan sərt şərtlər qadınların öz bizneslərinə zəmanət vermək və ipotek ssudalar almaq qabiliyyətinə də mənfi təsir göstərə bilər. Bundan əlavə, yüksək faiz dərəcəsi dövlətin öz dövlət borclarının ödəməsində məsariflərinin artırılmasına yardım göstərir. Borc yükünün artması daha yüksək vergilərə və ya dövlətin başqa sahələrə, ilk növbədə sosial proqramlara xərcləri azaltmağa vadar edə bilər. Dövlət makrosiyasət vasitəsilə iqtisadiyyata yönəlmiş müxtəlif axarlı xərclərə (istehlakçı xərclərinə, investisiya xərclərinə, dövlət xərclərinə) təsir göstərə bilər. Bununla o, məşğulluğa, tənəzzülə və inflyasiyaya təsir göstərir. Dövlət həmçinin konkret problemləri həll etmək üçün məqsədli siyasət inkişaf etdirib həyata keçirə bilər: gəlirlərin qeyri-bərabərliyi, yoxsulluq, qender bərabərsizliyi, iqtisadi və sosial hüquqların pozulması sahələri buraya aiddir. Adətən dövlət bu siyasəti sosial siyasət, məşğulluq, bərabər imkanlar siyasəti vasitəsilə həyata keçirir. Lakin bu sahələr üzrə siyasi qərarların məzmununa və formasına təsir göstərən, maliyyə axınlarının bölgüsünü və müvafiq proqramların parametrlərini təyin edən makrosiyasətin həlledici rolu vardır.