Kommunal müəssisələr tərəfindən satınalma

Benzer belgeler
TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

Marketinq. Mehdiyev Əkbər

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

''Elektron ticarət haqqında'' Azərbaycan Respublikasının qanunu

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında. Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

SATINALMA ÜZRƏ TƏLIMATLAR

UniMiles 3 illik 100 AZN və ekvivalenti

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

[18] 1. Ümumi müddəalar

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

MƏSLƏHƏTÇILƏRIN İSTIFADƏSI

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında

BlackBerry ID Sazişi

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

SərniĢinlərin icbari fərdi qəza sığortası üzrə sığorta Ģəhadətnaməsinin forması, çap olunması və doldurulması QAYDALARI

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

Yaşıl Kart Sistemi. Maddə Yaşıl Kart Sistemi ilə bağlı ümumi müddəalar

Macarıstanda elektrik enerjisindən istifadə tariflərinin müəyyənləşdirilməsi metodoligiyasının təkmilləşdirilməsi

Dövlət satınalmalarında iqtisadi məsələlər

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

İllik maliyyə hesabatlarının tərtib olunması üzrə kommersiya təşkilatları üçün nümunəvi formalar. Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı)

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

DƏRMAN VASİTƏLƏRİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Aprel 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

CARİ MƏNFƏƏT VERGİSİ ÜZRƏ KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 3 li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTI

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Lisenziyalaşdırma fəaliyyəti: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

IZAHATII STATISTİKA. olmaqla, 60. qanun, 91. prezident sərəncamı,167. Demək olar. ki, ilin hər. edilən. izah ediləcək.

AVROPA PROKURORLARININ MƏŞVƏRƏTÇİ ŞURASI (CCPE) Avropa Prokurorlarının Məşvərətçi Şurasının. Cinayət təqibi vasitələrinin idarə edilməsi mövzusunda

Zeynalova Sevinc III kurs

Turizm haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

İdarəçiliyi. AQS ölkələri üzrə Çərçivə

Aprel 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

və nəzarətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

Türkiyədə mövcud tənzimləyici qaydalar

Gözəl anlarını Azercell 4G ilə paylaş! Instagram müsabiqəsinin qaydaları

Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat. 1. Ümumi müddəalar

Bu hesabatda biznesin həyat siklinin əsas istiqamətləri ətraflı şəkildə təhlil olunur.

BÖYÜK BRİTANİYANIN VERGİ SİSTEMİ

Azər-Türk Bank ASC üzrə

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar

Məlumatların Açıqlanmamasına dair Şərtlər

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

5 li KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN MİLLİ MÜHASİBAT UÇOTU STANDARTI PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT ÜZRƏ

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri Milli iqtisadiyyat

Vergi Məcəlləsinə ci il tarixinə edilmiş son dəyişikliklərin müzakirəsi

Protokolundan Çıxarış aprel 2016-cı il

Mobil cihazların qeydiyyatının aparılması Qaydası

Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar (ESG)

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

İSTİFADƏÇİ TƏLİMATI VƏ ŞƏRTLƏR

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

Antiinhisar fəaliyyəti haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

P L A N : GİRİŞ. 1. Beynəlxalq hərraclar. 2. Beynəlxalq hərraclarda bağlanılan müqavilələr.

YAPI KREDİ BANK AZƏRBAYCAN QSC-də. İstehlakçıların müraciətlərinə baxılmasına dair Qaydalar

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

Poçt rabitəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Biznesin təşkilati-hüquqi formaları

Kredit bürosu borcalanlar üçün əla imkanlar

YERLİ BANKLARIN ŞÖBƏLƏRİNİN VƏ YERLİ NÜMAYƏNDƏLİKLƏRİNİN AÇILMASI ÜÇÜN İCAZƏ ALINMASI VƏ İCAZƏNİN LƏĞV EDİLMƏSİ QAYDALARI

JOHN WOOD GROUP PLC Wood İşçinin Səhm Planının Qaydaları 1

Haqsız rəqabət haqqında Azərbaycan Respublikasının Qanunu

QEYRİ-QANUNİ YOLLA ƏLDƏ EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN VƏ YA DİGƏR ƏMLAKIN BANKLAR VASİTƏSİLƏ LEQALLAŞDIRILMASININ QARŞISININ ALINMASINA DAIR

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

Macarıstanda Qiymətlərin Tənzimlənməsinə dair Təcrübə

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

2017-Cİ İL ÜZRƏ İLLİK MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ HESABATI

AZƏRBAYCAN RESPUBLİKASI MÜVƏKKİL BANKLARININ AÇIQ VALYUTA MÖVQEYİ LİMİTLƏRİNİN MÜƏYYƏN EDİLMƏSİ VƏ TƏNZİMLƏNMƏSİ Q A Y D A L A R I

Sahibkarlıq fəaliyyətinin təşkilində biznes-planın rolu

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Korporativ idarəetmə. Ruslan Atakişiyev İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri. Məruzəçi:

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

Transkript:

16-cı Xülasə Avqust 2011-ci il Dövlət satınalmaları Kommunal müəssisələr tərəfindən satınalma MÜNDƏRİCAT Kommunal müəssisələr tərəfindən satınalma Kommunal müəssisələrin satınalma prosedurları haqqında direktiv nə vaxt tətbiq edilir? Direktiv hansı müəssisələrə şamil edilir? "Müvafiq fəaliyyət" nə deməkdir? Hansı müqavilə növləri əhatə edilir? Direktivin tətbiq dairəsinə daxil olan müqavilələr üçün müəyyən edilmiş Aİ maliyyə hədləri nə qədərdir? Satınalma prosedurları və alətləri Kommunal müəssisələr üçün istisnalar 30-cu maddədə müəyyən edilən immunitet müddəası nədir? Hüquqi müdafiə vasitələri Bu sənəd Avropa İttifaqının maliyyə yardımı ilə hazırlanmışdır. Burada ifadə olunan fikirlər heç vəchlə Avropa İttifaqının rəsmi rəyi kimi qəbul edilə bilməz və İƏİT, yaxud ona üzv dövlətlərin və ya Sigma proqramında iştirak edən benefisiar ölkələrin fikirlərini əks etdirməyə bilər.

Kommunal müəssisələr satınalma kontekstində "Kommunal müəssisə" ifadəsi çox vaxt bütöv bir icmaya səciyyəvi olaraq stasionar şəbəkələr vasitəsi ilə su, qaz, elektrik enerjisi təchizatı və ya daşıma kimi xidmətlər göstərən təşkilatları bildirir. Əksər Aİ-yə üzv dövlətlərdə kommunal xidmət sektorunun fəaliyyətləri ictimai hüquq təşkilatı olan dövlət müəssisələrinə həvalə edilir. Lakin bəzi üzv dövlətlərdə kommunal xidmət sektorunda fəaliyyət göstərən təşkilatlar yalnız özəl müəssisələrdir (dövlət orqanları yox) və onlar dövlət satınalmaları haqqında direktivin (Direktiv 2004/18/EC) məqsədlərinə müvafiq olaraq satınalan təşkilat tərifinə uyğun gəlirlər. Digər üzv dövlətlərdə isə eyni kommunal xidmət bazarında həm özəl, həm də dövlət müəssisələri fəaliyyət göstərə bilər. Bu qarışıq mənzərə Avropanın səlahiyyətli orqanları kommunal xidmət bazarında satınalma fəaliyyətini tənzimləməyi götür-qoy edərkən problemlər yaratmışdır. Satınalan təşkilatların kommunal müəssisə kimi fəaliyyət göstərdiyi üzv dövlətlərdə prinsip etibarilə bu satınalmaların dövlət sektorunda satınalmalar direktivində müəyyən edilən dövlət satınalmaları sisteminə daxil edilməməsi üçün səbəb yox idi. Bununla belə, sistem özəl şirkətləri əhatə etmirdi və ilk mərhələdə bu şirkətlərin sistemə daxil edilməsinə müəyyən qədər könülsüz yanaşılırdı. Avropanın səlahiyyətli orqanları qaydaları sadəcə kommunal "dövlət" müəssisələr üçün təyin edə bilməzdilər, çünki bu qeyri-bərabərliyə səbəb ola bilərdi, bu halda yalnız kommunal xidmətlərin dövlətin əlində olduğu üzv dövlətləri əhatə ediləcəkdi, bu fəaliyyətin özəl müəssisələr tərəfindən yerinə yetirildiyi üzv dövlətlər isə kənarda qalacaqdı. Bu rəqabəti təhrif edə bilərdi və üzv dövlətlər bu yarımtədbirləri tətbiq etməyə hazır deyildilər. Bu sektorda fəaliyyət göstərən müəssisələrin tənzimlənməsi üçün daha bir səbəb bu idi ki, bəzi dövlətlərdə bu bazarın qapalı səciyyəli olması xüsusi, yaxud müstəsna hüquqların mövcudluğu və ya verilməsi monopoliya vəziyyəti yaradır, bununla da rəqabəti məhdudlaşdırırdı. Rəqabət həm də ona görə məhduddur ki, sabit şəbəkələrin yaradılması baha olsa da, texniki xidməti və istismarı nisbətən ucuzdur. Onlar həmçinin əldə edilməsi səciyyəvi olaraq bahalı və inzibati baxımdan mürəkkəb olan hüquqlar tələb edə bilər. Bu, belə bir şəbəkəni ilk dəfə hazırlamış operator üçün uzunmüddətli, irtica üstünlüyü yaradır. Bu halda kommunal xidmət operatorlarının (dövlət sektoruna və ya özəl sektora aid olmasından asılı olmayaraq) investisiyalarını və fəaliyyətlərini tənzimləyə biləcək digər normalarla yanaşı, satınalma prosesləri üçün xüsusi qaydalar təyin edilməklə ictimai maraq (bütün xidmət istifadəçilərinin marağı, xüsusən ödənilən pul qarşılığının alınması baxımından) qorunmalıdır. SIGMA Dövlət Satınalmaları 16-cı Xülasə 2

1990-cı il ərəfəsində Avropanın tənzimləyici orqanları satınalma qaydalarının kommunal sektora tətbiq edilməsi vasitələri ilə bağlı qənaətə gəldilər. Bu sahə kommunal müəssisələrin satınalma prosedurları haqqında direktivlə (Direktiv 2004/18/EC) tənzimləndi. Direktivdə açıq qeyd edilirdi ki, malların, məhsulların və xidmətlərin satın alınması ilə əlaqədar Aİ qaydalarına əməl etməli olan "dövlət müəssisələri" ilə yanaşı xüsusi və müstəsna hüquq əsasında fəaliyyət göstərən özəl müəssisələr də bu qaydalara tabe olmalıdırlar. Həm dövlət, həm də özəl sektorla bağlı nəzərə alınmalı olan vacib əhəmiyyətli məsələ satınalan təşkilatların nə dərəcədə dövlət təsiri altında olduqlarının müəyyən edilməsi ilə bağlıdır; bu təsir birbaşa, yoxsa dolayı yolla həyata keçirilir (məs: dövlətin özəl müəssisələrə xüsusi və müstəsna hüquqların verilməsinə nəzarət etmək gücü). Bu kontekstdə qeyd edilməlidir ki, əvvəllər telekommunikasiya sektoru də tənzimlənirdi, lakin 1990-cı və 2000-ci illərin sonunda bazar tam liberallaşdırıldıqdan sonra bu sektorun kommunal müəssisələrin satınalma prosedurları haqqında direktivin tətbiq dairəsindən çıxarılması qərarlaşdırıldı. Bu qaydalar ayrıca direktiv vasitəsi ilə qəbul edildi, çünki müddəalar dövlət sektorunda satınalmalar direktivinə nisbətən şərtlərə daha asanlıqla uyğunlaşdırıla bilirdi. Bu müəssisələrin daha çox kommersiya səciyyəli bazarda fəaliyyət göstərdiyi qəbul edilmişdi və dövlət satınalmaları qaydalarının əsas prinsiplərinə riayət mütləq olsa da, onların fəaliyyət mühiti üçün xas olan reallıqların nəzərə alınması məqsədilə müəyyən qədər sərbəstlik də təmin edilməli idi. Buna görə də kommunal müəssisələrin satınalma prosedurları haqqında direktiv dövlət sektorunda satınalmalar direktivi ilə müqayisədə satınalan təşkilatlar üçün daha mülayim qaydalar müəyyən edir; bura daha yüksək maliyyə hədləri, müqavilə fürsətləri ilə bağlı elanın necə və nə vaxt verilməsi ilə bağlı daha geniş seçim imkanı, seçim və qiymətləndirmə mərhələləri üzərində daha az nəzarət və daha asan uyğunlaşdırıla bilən satınalma alətlərindən istifadə daxildir. Bu bir çox üzv dövlətlərdə kommunal müəssisələrinin fəaliyyətlərinin daha kommersiya səciyyəli olmasını əks etdirir. Bərabər yanaşma və şəffaflıq daxil olmaqla, Saziş prinsiplərindən irəli gələn ümumi prinsiplər tətbiq olunur. Kommunal müəssisələrin satınalma prosedurları haqqında direktiv nə vaxt tətbiq edilir? Qeyd edilməlidir ki, kommunal müəssisələrin satınalma prosedurları haqqında direktiv dörd kommunal xidmət sektorunda, dəqiq müəyyən edilmiş fəaliyyətlərlə əlaqədar tətbiq edilir. SIGMA Dövlət Satınalmaları 16-cı Xülasə 3

Kommunal müəssisələrin satınalma prosedurları haqqında direktiv yalnız müəssisə direktivdə müəyyən edilən kommunal müəssisə tərifinə uyğun gəldikdə, direktivdə müəyyən edilmiş müvafiq fəaliyyəti yerinə yetirdikdə, müəyyən edilmiş müqavilə növünə münasibətdə tətbiq edilir. Bu tələblər ödəndikdə, Kommunal müəssisələrin satınalma prosedurları haqqında direktiv dəyəri müvafiq Aİ maliyyə həddini ötən, növü dəqiq müəyyən edilmiş müqavilələrə şamil edilir. Kommunal müəssisələrin satınalma prosedurları haqqında direktiv hansı müəssisələrə şamil edilir? Müəssisənin kommunal müəssisələrin satınalma prosedurları haqqında direkitvin tərifinə uyğun gəlib-gəlməməsi onun özəl və ya dövlət müəssisəsi olmasından asılı deyil. Bu, iki amildən asılıdır: müəssisə dəqiq dəqiq müəyyən edilmiş ixtisaslaşmış sahədə fəaliyyət ("müvafiq fəaliyyət") göstərirmi və hansı əsasda fəaliyyət göstərir. Üç müəssisə növü müəyyən edilmişdir: Satın alan təşkilatlar: "Satın alan təşkilat"ın tərifi dövlət sektorunda satınalmalar direktivi ilə eynidir. Satınalan təşkilatların iki əsas növü vardır, "dövlət orqanları" və "fəaliyyəti ictimai hüquqla tənzimlənən orqanlar və bu məsələ ilə bağlı presedent hüquq geniş tərifin ərsəyə gəlməsi ilə nəticələnmişdir. (Daha ətraflı məlumat üçün bax: Satınalmalar haqqında Xülasə - Satınalan təşkilat nədir?) Dövlət müəssisələri: Kommunal xidmətlərin satın alınması direktivinə əsasən, dövlət müəssisələri dövlət orqanlarının üzərində sahibkarlıq, maliyyə iştirakı və ya müəssisənin tənzimləndiyi qaydalar vasitəsi ilə birbaşa və ya dolayı qaydada həlledici təsirə malik olduğu müəssisələrdir. Xüsusi və müstəsna hüquqlar əsasında fəaliyyət göstərən müəssisələr: Kommunal müəssisələrin satınalma prosedurları haqqında direktiv həmçinin üçhissəli tərifə uyğun gələn müəssisələrə şamil edilir. Bunlar aşağıdakı müəssisələrdir: dövlət orqanı və ya dövlət müəssisəsi olmayan; yuxarıda qeyd edilən müvafiq fəaliyyətlərdən birini həyata keçirən; üzv dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş "xüsusi və ya müstəsna hüquq" əsasında fəaliyyət göstərən müəssisələr. SIGMA Dövlət Satınalmaları 16-cı Xülasə 4

Kommunal müəssisə tərifinə uyğun gələn müəssisələrə nümunələr Kommunal müəssisə tərifinə uyğun gələn müəssisələrin hamısı olmasa da, bəziləri kommunal müəssisələrin satınalma prosedurları haqqında direktivin I-X Əlavələrində sıralanır. Sadalanan müəssisələrə, məsələn, aşağıdakılar daxildir: Pošta Slovenije, Gaz de France, Electricidade de Portugal, Finlandyanın su təchizatı orqanları, Deutsche Bahn, Trenitalia, Eurotunnel, Societatea Comercială Minieră Banat-Anina SA Rumıniya, Sofiya hava limanı Bolqarıstan. "Müvafiq fəaliyyət" nə deməkdir? Kommunal xidmətlərin satın alınması direktivində müəyyən edilən tərifə uyğun gələn müəssisələr yalnız kommunal xidmətlərin satın alınması direktivinə müəyyən edilən "müvafiq fəaliyyəti" həyata keçirdikdə və yalnız müəyyən edilmiş müqavilə növlərindən söhbət getdikdə direktivə tabe olurlar. Qısa şəkildə desək, müvafiq fəaliyyətlər aşağıdakı şəbəkələrin təmin edilməsi və idarə edilməsindən ibarətdir: Su: içməli su təchizatı ilə əlaqədar fəaliyyətlər. İçməli su təchizatı sahəsində fəaliyyət göstərən müəssisə tərəfindən təltif edildiyi halda, hidrotexnika, drenaj şəbəkələri, çirkab sularının təmizlənməsi ilə əlaqədar müqavilələr də əhatə oluna bilər. İçməli su təchizatı ilə əlaqədar fəaliyyətlər içməli suyun əldə edilməsi, daşınması və paylaşdırılması ilə bağlı əhaliyə xidmət göstərən sabit şəbəkələrin təmin edilməsini və idarə edilməsini, eləcə də bu şəbəkələrin içməli su ilə təchizatını əhatə edir. "Sabit şəbəkələr" şüşə qablarda su satışı kimi, kommunal müəssisələrin satınalma prosedurları haqqında direktivlə əhatə olunmayan təchizat metodlarından fərqləndirilə bilər. Enerji: əhalinin elektrik enerjisi, qaz və ya istilik xidməti ilə təmin edilməsi məqsədi ilə sabit şəbəkələrin yaradılması, idarə edilməsi, eləcə də belə şəbəkələrin elektrik enerjisi, qaz və istiliklə təchiz edilməsi daxil olmaqla. SIGMA Dövlət Satınalmaları 16-cı Xülasə 5

Həmçinin qaz, istilik daxil olmaqla enerji, neft, qaz, kömür və digər bərk yanacaqların çıxarılması, yataqların axtarışı məqsədilə coğrafi ərazilərin istismarı əhatə olunur. Daşıma xidmətləri: Bura bütün daşıma xidmətləri deyil, bəzi daşıma xidmətləri daxildir. Hava, dəniz və ya daxili su yolları ilə daşıma şirkətlərinin hava limanları ilə, dəniz və daxili limanlarla, yaxud digər terminal komplekslərlə təmin edilməsi üçün coğrafi ərazilərin istismarı əhatə olunur. Həmçinin əhaliyə xidmət göstərən xüsusi nəqliyyat şəbəkəsi növləri dəmiryolu, avtomatlaşdırılmış sistemlər, tramvay, trolleybus, avtobus və kanat şəbəkələri - tətbiq dairəsinə daxildir Poçt xidmətləri: poçt predmetlərinin gömrükdən keçirilməsi, təsnif edilməsi, istiqamətləndirilməsi və çatdırılması, eləcə də poçt xidməti müəssisələri tərəfindən təmin edilən daşıma texnikası xidmətləri və poçt yazışmalarının idarə edilməsi xidməti kimi digər müəyyən edilmiş xidmətlər. Kommunal müəssisələrin satınalma prosedurları haqqında Direktiv müqavilənin bir neçə müvafiq fəaliyyəti əhatə etdiyi halların, yaxud həm kommunal müəssisələrin satınalma prosedurları haqqında direktivə, həm də dövlət sektorunda satınalmalar direktivinə uyğun gələn fəaliyyətlərin, həmçinin kommunal müəssisələrin satınalma prosedurları haqqında direktivə uyğun gələn və gəlməyən fəaliyyətlərin fərqləndirilməsi üçün mexanizm təmin edir. Qeyd edilməlidir ki, kommunal müəssisə hesab olunan bir təşkilat "müvafiq fəaliyyət" tərifinə uyğun gəlməyən fəaliyyətlə məşğul olduqda, həmin kommunal müəssisə tərəfindən təltif edilən müqavilələr kommunal müəssisələrin satınalma prosedurları haqqında direktivə tabe olmur. Məsələn, hava limanında fəaliyyət göstərən bir müəssisə hava limanı ərazisində yerləşməyən bir mehmanxananın tikintisi və idarə edilməsi üzrə müqavilə bağlamaq istəyirsə, bu halda həmin müqavilə kommunal müəssisələrin satınalma prosedurları haqqında direktivin tətbiq dairəsinə daxil olmur. Belə ki, "müvafiq fəaliyyət"ə coğrafi məhdudiyyət tətbiq edilir. Eyni qaydada əhali üçün təmin edilməyən nəqliyyat şəbəkəsi - məsələn, iri kommersiya fabrikinin ərazisində yükdaşıma məqsədi ilə dəmiryolunun fəaliyyət göstərməsi tamamilə kommersiya səciyyəli olduğundan və əhalinin marağına xidmət etmədiyindən, kommunal müəssisələrin satınalma prosedurları haqqında direktivin tətbiq dairəsinə daxil deyil. Hər hansı müqavilənin konkret şərtlər daxilində kommunal müəssisələrin satınalma SIGMA Dövlət Satınalmaları 16-cı Xülasə 6

prosedurları haqqında direktivə daxil olub-olmadığı müəyyən edilərkən son dərəcə ehtiyatlı olmaq tələb olunur. Hansı müqavilə növləri əhatə edilir? Kommunal müəssisələrin satınalma prosedurları haqqında direktiv aşağıdakıların satın alınması məqsədini daşıyan üç əsas müqavilə növünü əhatə edir: İşlər Mallar Xidmətlər: kommunal müəssisələrin satınalma prosedurları haqqında direktiv bəzi xidmətləri yalnız qismən əhatə edir, bu zaman yalnız texniki spesifikasiyalar və şəffaflıqla bağlı tələblərə riayət olunmalıdır. Ayrıca konsultasiya xidmətləri kateqoriyası mövcud deyil. Konsultasiya xidmətlərinə digər xidmətlərlə eyni qaydalar tətbiq edilir İşlərin, xidmətlərin və malların satın alınması müqavilələrinin tərifləri, həm işlərin, həm malların və/və ya xidmətlərin satın alınmasını nəzərdə tutan müqavilələrin necə təsnif olunduğu haqqında daha ətraflı məlumat üçün bax: Satınalmalar haqqında 4-cü Xülasə - Satınalma direktivləri hansı müqavilələri əhatə edir? Direktivin tətbiq dairəsinə daxil olan müqavilələr üçün müəyyən edilmiş Aİ maliyyə hədləri nə qədərdir? Müvafiq Aİ maliyyə hədləri dövlət satınalmaları haqqında direktivin əhatə etdiyi müqavilələrə şamil edilən hədlərlə müqayisədə yüksəkdir. Maliyyə hədləri iki il müddətinə müəyyən edilir. 2010/11-cil üçün maliyyə hədləri aşağıdakı kimi idi: İşlərin satın alınması müqavilələri üçün 4 845 000 avro, malların və xidmətlərin satın alınması müqavilələri üçün 387 000 avro. Bu hədlər 1 yanvar 2012-ci il tarixindən etibarən dəyişməlidir. Hal-hazırkı maliyyə hədlərini öyrənmək üçün aşağıdakı ünvana daxil olun: http://ec.europa.eu/internal_market/publicprocurement/rules/current/index_en.htm SIGMA Dövlət Satınalmaları 16-cı Xülasə 7

Konkret vəziyyətlərdə konkret müqavilə növlərinin dəyərinin hesablanması qaydalarını əhatə edən ətraflı müddəa mövcud deyil. Müqavilələrin dəyərinin hesablanması ilə əlaqədar müddəaların əsas məqsədləri aşağıdakılardır: təltif ediləcək müqavilənin şəffaf və həqiqi ilkin dəyərinin mövcud olması, satınalan təşkilatın, məsələn hər hansı tələbi və ya müqaviləni daha kiçik müəyyən edilmiş həddə çatmayan müqavilələrə və ya paketlərə bölməklə direktivin tətbiq dairəsindən yayınmaq cəhdinin qarşısının alınması. Həmçinin bax: Satınalmalar haqqında 5-ci Xülasə - Aİ maliyyə hədlərinin başa düşülməsi Satınalma prosedurları Kommunal müəssisələrin satınalma prosedurları haqqında direktivdə üç əsas satınalma proseduru nəzərdə tutulur: açıq prosedur: məhdud iştiraklı prosedur: əvvəlcədən tender dəvətinin verilməsi ilə məhdud iştiraklı prosedur Kommunal müəssisələr istədikləri müsabiqə prosedurunu seçməkdə sərbəstdirlər. Kommunal müəssisələr həmçinin qanunvericilikdə "tender elanı" kimi istinad edilən elanın verilməsi baxımından sərbəstliyə malikdirlər. Məhdud iştiraklı prosedur və ya fərdi dəvətlərin göndərilməsi ilə qapalı prosedur zamanı kommunal müəssisələr aşağıdakı variantlardan birini seçə bilərlər: müqavilə haqqında bildiriş; illik dövri xəbərdarlıq bildirişi və ya ixtisas uyğunluğu qiymətləndirilməsi haqqında bildiriş Açıq prosedurun tətbiqi zamanı kommunal müəssisələrin müqavilə haqında bildiriş verməkdən başqa seçimi olmur. Məcburi vaxt limitləri tətbiq edilir, hər bir halda müqavilə haqqında bildirişin standart formasından istifadə edilməli və bildiriş Avropa İttifaqının Rəsmi Jurnalında dərc edilməlidir. Satınalma prosesinin həyata keçirilməsi: Dövlət sektorunda satınalmalar direktivində müddəalar Kommmunal müəssisələrin satınalma prosedurları direktivinə SIGMA Dövlət Satınalmaları 16-cı Xülasə 8

nisbətən daha ətraflı, daha dəqiqdir. Məsələn, kommunal müəssisələrin satınalma prosedurları direktivində keyfiyyət seçimi meyarlarının tam siyahısı yoxdur və təkliflərin qəbul edilməsi üçün müəyyən edilmiş vaxt limitlərinin qarşılıqlı razılığa əsaslanmasına icazə verən müddəalar mövcuddur. Bununla belə, kommunal müəssisələr bərabər yanaşmaya, şəffaflığa və rəqabətin təhrif olunmamasına təminatın verilməsi məqsədi ilə ümumi prinsiplərə riayət etməlidirlər. Satınalma alətləri Kommunal müəssisələr bir sıra satınalma alətlərindən istifadə edə bilərlər. İxtisas uyğunluğu sistemi: Bu sistem yalnız kommunal müəssisələrin satınalma prosedurları haqda direktivə məxsus bənzərsiz sistemdir. İxtisas uyğunluğu sistemi haqqında AİRJ-də elan verilir, kommunal müəssisələrlə müqavilə bağlamaqda maraqlı olan təsərrüfat subyektləri potensial təchizatçı kimi bu sistemdə qeydiyyatdan keçirlər. Əvvəlcədən müəyyən edilmiş və nəşr edilmiş ixtisas uyğunluğu meyarlarından istifadə etməklə, kommunal müəssisə bu təsərrüfat subyektlərinin hamısını və ya bəzilərini qeydiyyatdan keçirir. Qeydiyyatdan keçmiş təsərrüfat subyektləri işlər, mallar və ya xidmətlər potensial təchizatçılarının hovuzunu formalaşdırırlar, daha sonra kommunal müəssisə təkliflərin verilməsi üçün dəvət etmək və ya müqavilə ilə bağlı danışıqların aparmaq üçün təsərrüfat subyektləri buradan cəlb edə bilər. Çərçivə müqavilələri: Çərçivə müqaviləsi AİRJ-də haqqında elan verilən razılaşmadır, seçim mərhələsinə aid məlumatlar və təkliflər təqdim edildikdən və qiymətləndirildikdən sonra bir və ya daha artıq təsərrüfat subyekti çərçivə müqaviləsinin iştirakçısı kimi müəyyən edilir. Çərçivə müqaviləsi müqavilənin təltif edilməsini tənzimləyən şərtləri, xüsusən qiymətlə və müvafiq olduqda miqdarla əlaqədar şərtləri müəyyən edir. Çərçivə müqaviləsi müəyyən edildikdən sonra, hər dəfə çərçivə müqaviləsinə əsasən təltif edilən müqavilə ilə bağlı elanın AİRJ-də verilməsinə ehtiyac qalmır. Bu proses dövlət sektoru ilə müqayisədə daha mülayim tənzimlənmə qaydalarına malikdir və çərçivə müqavilələrini necə hazırlanmalı və istifadə edilməli olduğuna dair ətraflı müddəalar yoxdur. Dövlət sektorunda çərçivə müqavilələri haqqında daha ətraflı məlumat üçün bax: Satınalmalar haqqında 19-cu Xülasə - Çərçivə Müqavilələri. Dinamik satınalma sistemləri: Dinamik satınalma sistemi geniş yayılmış satınalmaları üçün istifadə edilən tam elektron bir prosesdir. Sistem haqqında AİRJ-də elan verilir. Sistemin fəaliyyət müddəti bir qayda olaraq 4 ilə bərabər olur. İstənilən vaxt sistemə qoşulub ilkin təkliflərini verə biləcək təsərrüfat subyektlərinin təyin olunması üçün açıq SIGMA Dövlət Satınalmaları 16-cı Xülasə 9

prosedurdan istifadə olunur. Müqaviləni dinamik satınalma sistemindən istifadə etməklə təltif etmək istəyən satınalan təşkilat, AİRJ-də bildiriş dərc etdirir və iddiaçıları ilkin təklifləri təqdim etməyə dəvət edir. Dinamik satınalma sistemlərinin istifadəsi geniş yayılmamışdır. Elektron hərraclar: Elektron hərrac təkliflərin ilkin qiymətləndirilməsi tam həyata keçirildikdən sonra yeni qiymətlərin (daha aşağı qiymətlər nəzərdə tutulmaqla) və/və ya təklif elementlərinin təqdim edilməsinə imkan verən elektron prosesdir. Elektron hərracdan kommunal müəssisələrin satınalma prosedurları haqqında direktivdə müəyyən edilən standart satınalma prosedurlarından birinə əsasən keçirilmiş tender prosesinin yekun mərhələsində istifadə edilir. Həmçinin bax: Satınalmalar haqqında 11- ci Xülasə - Satınalma alətlər və Satınalmalar haqqında 17-ci Xülasə- Elektron satınalma. Layihələndirmə müsabiqələri: Layihələndirmə müsabiqələrinin keçirilməsinə dair ayrıca müddəalar mövcuddur, kommunal müəssisələr üçün bu yalnız xidmətlərin satın alınması müqavilələri bağlanan zaman keçərlidir. Müsabiqənin keçirilmə qaydaları dövlət sektorunda tətbiq edilən qaydalara oxşardır. Kommunal müəssisələr üçün istisnalar Kommunal müəssisələrin satınalma prosedurları haqqında direktiv bir sıra kommunal xidmət bazarlarındakı rəqabət dərəcəsini və təchizatı nəzərə almaqla bu sektorlar üçün məxsusi istisnalar müəyyən edir. Bu istisnalar enerji hasilatı məqsədi ilə enerji və yanacağın satın alınmasına; su təchizatı məqsədi ilə suyun satın alınmasına, müəyyən avtobus nəqliyyatı xidmətlərinə; qaz və neft yataqlarının axtarışına və istismarına yönəlmiş geoloji kəşfiyyat işlərinə şamil edilir. Kommunal müəssisələrin satınalma prosedurları haqqında direktivə bütöv kommunal xidmət sektorunda tətbiq edilən bir sıra istisna edilmə şərtləri daxildir. Avropa İttifaqının sərhədləri xaricində fəaliyyət: Kommunal müəssisələrin satınalma prosedurları haqqında direktiv Avropa İttifaqının coğrafi ərazisinin və ya ittifaqın sərhədləri daxilindəki şəbəkənin istifadə edilməməsi şərti ilə, satınalan təşkilatların müvafiq fəaliyyətlərin həyata keçirilməsi məqsədi ilə təltif etmədiyi müqavilələrə, yaxud üçüncü ölkələrdə həyata keçirilməsi üçün təltif etdiyi müqavilələrə şamil edilmir. SIGMA Dövlət Satınalmaları 16-cı Xülasə 10

Tabe müəssisələrə şamil edilən istisnalar: Müəssisələr birgə mülkiyyət altında olduqda və ya qarşılıqlı asılı müəssisələrdən təşkil olunduqda, kommunal müəssisələrin satınalma prosedurları haqqında direktiv müəyyən şərtlər daxilində satınalmalarla bağlı xüsusi istisnalara yol verir. Bunlar korporativ daxili sövdələşmələr adı ilə də tanınan "müəssisə daxili" müqavilələr hesab olunur. Təkrar satış və ya icarə məqsədli satınalmalar: Direktivin tətbiq dairəsi üçüncü tərəflərlə təkrar satış və ya icarə məqsədilə bağlanan müqavilələri istisna edir. Bu, satınalan təşkilatın avadanlıqları sərbəst bazarda satmaq və ya icarəyə vermək üçün nəzərdə tutduğu malların təchizatı müqavilələrinə şamil edilir. Bu müqavilələr yalnız satınalan təşkilat belə müqavilələrin predmetlərinin satılması və icarəyə verilməsi üçün xüsusi və ya müstəsna hüquqa malik olmadıqda, habelə başqa müəssisələr bu malları eyni şərtlər daxilində satınalan təşkilat kimi satmaqda və ya icarəyə verməkdə azad olduğu halda istisna təşkil edir. 30-cu maddədə müəyyən edilən immunitet müddəası nədir? 30-cu maddəyə əsasən, Avropa Komissiyası hər hansı üzv dövlətə məxsus, birbaşa rəqabətin mövcud olduğu və girişin məhdudlaşdırılmadığı bazarda müvafiq fəaliyyəti həyata keçirən satınalan təşkilatlar üçün kommunal müəssisələrin satınalma prosedurları haqqında direktivin müddəalarına qarşı immunitet təmin edə bilər. Bazarın sərbəst rəqabət prinsipinə əsaslanıb-əsaslanmadığının təhlili zamanı sözügedən üzv dövlətdəki hüquqi və faktiki vəziyyət nəzərə alınır və mütləq hər bir konkret hal ayrıca təhlil edilməlidir. Ayrı-ayrı üzv dövlətlərdə fəaliyyətlərlə əlaqədar yol verilən ümumi istisnalara elektrik enerjisi hasilatı və təchizatı, neft və qaz hasilatı, ekspress poçt və kuryer xidmətlərinin təmin edilməsi daxildir. İmmunitet Avropa Komissiyasının Aİ-yə üzv dövlət, satınalan təşkilatın və ya Komissiyanın öz təşəbbüsünə əsaslanan qərarı ilə verilir. 30-cu maddədə müəyyən edilən prosedur elanın verilməsi tələbləri, müddətin uzadılması, qərarın yönləndirilməsi kimi digər məsələləri də əhatə edən 2005/15 saylı qətnamə ilə tamamlanmışdır. Yol verilən istisnaların siyahısı ilə aşağıdakı ünvanda tanış olmaq olar: http://ec.europa.eu/internal_market/publicprocurement/rules/exempt_markets/index_en.htm Hüquqi müdafiə vasitələri SIGMA Dövlət Satınalmaları 16-cı Xülasə 11

Hüquqi müdafiə vasitələri müqavilənin təltif edilməsi prosedurunda iştirak edən satınalan təşkilatların bilərək və ya bilməyərək qanuna riayət etmədiyi hallarda təsərrüfat subyektlərinə dövlət satınalmaları qaydalarının və bu qaydalara əsaslanan hüquqlarının icra edilməsini tələb etməsinə imkan verən qanuni iddia fəaliyyətləridir. 2007/66/EC saylı Direktivlə (hüquqi müdafiə vasitələri haqqında direktiv) düzəliş edən 92/13/EEC direktivi kommunal sektorda müqavilələrin təltif edilməsi prosedurları ilə əlaqədar hüquq müdafiə vasitələrini tənzimləyir. Hüquqi müdafiə vasitələri direktivlərinin məqsədi müqavilələrin təltif edilməsi prosedurlarında meydana gələn qayda pozuntaularına qarşı etirazın edilməsinə və mümkün qədər tezliklə aradan qaldırılmasına imkan yaratmaqdır. Bu, belə proseurların qanuniliyinin və şəffaflığının artması ilə nəticələnməli, biznes mühitində etimad yaratmalı, yerli dövlət sifarişi bazarının xarici rəqabət üçün açıq vəziyyətə gətirilməsi ilə nəticələnməlidir. Əsas prinsiplər və tələblər bütün üzv dövlətlərdə tətbiq olunsa da, müxtəlif üzv dövlətlər müxtəlif hüquqi və məhkəmə rejiminə malikdirlər, yəni hüquqi medafiə vasitələri haqqında direktivlərin dəqiq icrası konkret şəraitdən asılı olaraq dəyişir. Bütün hüquqi müdafiə vasitələri: aydın və birmənalı olmalıdır, başqa sözlə təsərrüfat subyektləri tərəfindən asanlıqla başa düşülməli və istifadə edilə bilməlidir; xüsusən milli mənsubiyyət zəminində ayrı-seçkiliyə yol verməməli, konkret müqavilə təltifi prosedurunda iştirak etmək arzusunda olan bütün təsərrüfat subyektləri üçün əlçatan olmalıdır; təsərrüfat subyektləri və/və ya satınalan təşkilatlar tərəfindən yol verilmiş qayda pozuntusu hallarının qarşısının alınmasında və ya aradan qaldırılmasında effektiv olmalıdır. Hüquqi müdafiə vasitələri haqqında direktivlər müəyyən şəraitin meydana gəldiyi hallarda üzv dövlətlərdən satınalma prosesində iştirak edən təsərrüfat subyektlərinə müqavilənin təltif edilməsi qərarı haqqında bildirişin verildiyi müqavilələrin təltif edilməsi mərhələsində moratorium müddəti təmin etməyi tələb edir. Bu, satınalma müqaviləsinin icrası daha da çətinləşdirmədən əvvəl təltif edilməyə etiraz hüququnun təmin edilməsi məqsədini daşıyır. Digər müddəalar mövcuddur və birbaşa təltif edilən müqavilələr haqqında bildirişin verilməsi öhdəliliyini, eləcə də bağlanmış müqavilələrin etibarsız olması halında müəyyən sanksiyaların mümkünlüyünü ehtiva edir. SIGMA Dövlət Satınalmaları 16-cı Xülasə 12

Həmçinin bax: Satınalmalar haqqında 12-ci Xülasə - Hüquqi müdafiə vasitələri. Əlavə ədəbiyyat siyahısı: Bax: Avropa Komissiyasının həm dövlət sektorunu, həm də kommunal müəssisələri əhatə edən internet saytı: http://ec.europa.eu/internal_market/publicprocurement/index_en.htm SIGMA Dövlət Satınalmaları 16-cı Xülasə 13