BƏRK CİSİMLƏR FİZİKASININ SEÇMƏ MƏSƏLƏLƏRİ

Benzer belgeler
AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI AZƏRBAYCAN TEXNIKI UNIVERSITETI. KREDİT SİSTEMİ İLƏ BaKALAVR HAZIRLIĞININ Tədris planı

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

TİTUL VƏRƏQİ MƏKTƏBLİLƏRİN KİMYA FƏNNİ ÜZRƏ RESPUBLİKA OLİMPİADASI FİNAL MƏRHƏLƏSİ IX SİNİF. İştirakçı S.A.A. Şəhər, məktəb

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Elmi tədqiqatların təsnifatı. Məqsədli təyinatı üzrə: Fundamental; Tətbiqi; Axtarış; Işləmə.

Bakı Tədris proqramı. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Təhsil Problemləri İnstitutu

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Təsviri incəsənət fənni üzrə müəllim üçün metodik vəsait

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Marketinq. Mehdiyev Əkbər

Klassik elektron nəzəriyyəsinin əsasları. Om və Coul-Lens qanunları.

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ FƏNN SİLLABUSU

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

Created in Master PDF Editor - Demo Version. Created in Master PDF Editor - Demo Version

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

G. Ə. Qurbanova ÜMUMİ.. Zn* 2 ~Zn +2

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

1. Standardizasyon ve Kalite. Orhan Küçük. Mart 2004 / 1. Baskı / 208 Səh.

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ FƏNN SİLLABUSU. Təsdiq edirəm (kafedra müdiri) İmza: Tarix: 2016-cı il

Sabancı Universiteti

Ana kart (Motherboard)

Bakalavr. Tədris semestri Payız Kəmalə Əliyeva. Telefon: N

Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat. 1. Ümumi müddəalar

ALİ TƏHSİL PİLLƏSİNİN DÖVLƏT STANDARTI T Ə H S İ L P R O Q R A M I AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

RG-6 və RG-8 kabelinin fərqi hansıdır? A)omeqa dəyəri B)uzunluğu C)Qalınlığı D)Rəngi E)Heç biri

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

Şəkil 2. Qrafendə karbon atomlarının düzülüşü

Biologiya tədrisi sisteminin formaları

H E S A B A T Q E Y D Ə A L I N D I!

İSTİFADƏ QAYDALARI. «Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi sistemi»

AZƏRBAYCAN RESPUBLİKASI MÜVƏKKİL BANKLARININ AÇIQ VALYUTA MÖVQEYİ LİMİTLƏRİNİN MÜƏYYƏN EDİLMƏSİ VƏ TƏNZİMLƏNMƏSİ Q A Y D A L A R I

KƏND TƏSƏRRÜFATI ÜZRƏ ELEKTRON QİYMƏT İNFORMASİYA PORTALININ STRUKTURUNA VƏ FƏALİYYƏTİNƏ DAİR TƏLİMAT. I. Ümumi bölmə

Tədris semestri Payız 2017

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

TƏLƏBƏNİN YADDAŞ KİTABÇASI

Azərbaycan Dövlət İqtİsad Unİversİtetİ Qİda məhsullarının texnologiyası kafedrası Fənn: İaşə müəssisələrinin avadanlıqları

Azərbaycan Dövlət Pedaqoji Universitetində imtahan sessiyasının təşkili və keçirilməsi Q A Y D A L A R I

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

ODLAR YURDU UNİVERSİTETİ PROFESSOR-MÜƏLLİM VƏ TƏLƏBƏLƏR ÜÇÜN YADDAŞ KİTABÇASI

Azərbaycan Texniki Universiteti. Maşınqayırma texnologiyası kafedrası

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

Səth Su Keyfiyyətinin Monitorinqi. Qərar Qəbul Edən Tərəflər üçün Rəhbər Sənəd

2015-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında Biologiya fənni üzrə istifadə olunmuş test tapşırıqları

ƏMƏK MÜQAVİLƏSİ BİLDİRİŞLƏRİNİN QEYDİYYATA ALINMASI VƏ BU BARƏDƏ İŞƏGÖTÜRƏNƏ MƏLUMATIN VERİLMƏSİ XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ METODİKİ GÖSTƏRİŞLƏR

Bakı Ali Neft Məktəbinin tələbələrinin HESABATLARIN YAZILMASI QAYDALARI ÜZRƏ TƏLİMAT KİTABÇASI

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

Ülkər Bayramova

1. Didaktika anlayışına verilən şərhlər

TÜRÜK Uluslararası Dil, Edebiyat ve Halkbilimi Araştırmaları Dergisi 2014 Yıl:2, Sayı:4 Sayfa: ISSN:

Respublikanın ümumtəhsil məktəblərinin 9-cu sinifləri üçün Fransız dili dərsliyi

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

Təhsil müəssisələrinin akkreditasiyası qaydaları. 1. Ümumi müddəalar

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

SərniĢinlərin icbari fərdi qəza sığortası üzrə sığorta Ģəhadətnaməsinin forması, çap olunması və doldurulması QAYDALARI

Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı İdarəetmə və Texnologiya Kolleci. Restoran biznesinin təşkili və idarə edilməsi.

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

Vahid rüblük hesabat TƏLİMAT

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİ. Bakalavr hazırlığı üçün TURİZM MARKETİNQİ. kursunun TƏDRİS PROQRAMI

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi. İstifadəçi təlimatı

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

AzərbAycAndA dizayn və İnnovAsİyA Mərkəzİnİn yaradılması

KİTABXANAYA DAXİL OLAN KİTABLARIN ELMİ VƏ TEXNİKİ CƏHƏTDƏN İŞLƏNMƏSİ QAYDASI. Metodik vəsait


ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

PE 100 BORULARI. su və qaz xətləri üçün POLİETİLEN BORU (PE 100) Keyfiyyətə üstünlük ver!!!

REFERAT. Azərbaycan Respublikası Təhsil Naizrliyi Azərbaycan Dövlət Texniki Universiteti. Kompyuter təhlükəsizliyi. Kompyuter mühəndisliyi

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

Sağlamlıq imkanları məhdud şəxslərin idarəetmə orqanlarında təmsil edilməsinin faydaları

ADA Universitetində təhsil alan tələbələrin təhsil. haqqının maliyyələşdirilməsi üçün Təhsil krediti

Finansist Təqdimat. Ramil Bağırov EY: Şirkətin ən dəyərli sərvəti onun əməkdaşlarıdır

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ. Kafedra: Metrologiya, standartlaşdırma və keyfiyyətin idarəə olunması

Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı cü il. Sədr. Elman Rüstəmov

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

Acronis True Image Home 2012

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

DƏRMAN VASİTƏLƏRİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

e-hesabat proqramının (ehp) İstifadəçi Təlimati

Unibank Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətində fiziki şəxslərə göstərilən Plastik kart xidməti üzrə tariflər (Yeni redaksiyada)

Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında

Transkript:

M.M.MAHMUDOV BƏRK CİSİMLƏR FİZİKASININ SEÇMƏ MƏSƏLƏLƏRİ (həlli ilə) Ali məktəblər üçün dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin 09 fevral 2012-ci il tarixli 190 saylı əmri ilə təsdiq edilmişdir Bakı Universiteti nəşriyyatı BAKI - 2012

Kitaba rəy verənlər: professor E.M.Qocayev professor H.S.Orucov Elmi redaktor: professor S.R.Fiqarova professor T.H.İsmayılov M.M.Mahmudov Bərk cisimlər fizikasının seçmə məsələləri (həlli ilə). Ali məktəblər üçün dərs vəsaiti. Bakı: Bakı Universiteti nəşriyyatı, 2012, 372 səh., şəkilli. Ali məktəb tələbələrinin diqqətinə təqdim olunan bu dərs vəsaitinin məqsədi bərk cisimlər fizikası sahəsində nəzəri bilikləri möhkəmləndirmək üçün predmetin müxtəlif bölmələrini əhatə edən xaraktertik məsələlərin həll metodlarını izah etməkdir. Bu baxımdan məşğələ dərsləri üçün nəzərdə tutulan bu vəsait bərk cisimlər fizikası fənninə aid məsələlərin şərhli həlli vasitəsilə mənimsənilməsində və bununla da həmin fənnin öyrənilməsinə tələbələrin marağının daha da artırılmasında yardımçı ola bilər. Kitab Universitetlərin fizika fakültələrinin yuxarı kurs bakalavr və magistrantları üçün nəzərdə tutulmuşdur. Eyni zamanda bu kitab doktorantlar və elmi işçilər üçün də faydalı ola bilər. 1604110000 68 M 2012 658(07) 0302 Mahmudov Mehdi Müqabil oğlu, 2012 Bakı Universiteti nəşriyyatı, 2012 ÖN SÖZ Universitetlərin bakalavr və magistr proqramına daxil edilmiş bərk cisimlər fizikasının, o cümlədən bərk cisimlər nəzəriyyəsinin müstəqil bir kurs kimi ali məktəblərdə tədris olunan fənlər içərisində xüsusi yeri var. Bu kursda qoyulan və həll edilən problemlər real həyati olan məsələlər - praktikada istifadə olunan makroskopik sistemlərin fiziki xassələrinin öyrənilməsi məsələləridir. Bərk cisimlər fizikasının inkişaf dövrü XX əsrin əvvəllərində rentgen şüalarının difraksiyasının kəşfindən başlamışdır. Sonralar kvant mexanikasının və statistik fizikanın formalaşması və yeni sinif maddələrin - yarımkeçiricilərin tapılması, onların fiziki xassələrinin öyrənilməsi, ifratkeçiriciliyin mikroskopik nəzəriyyəsinin qurulması XX əsrin ortalarında bərk cisimlərin nəzəri və eksperimental tədqiqini daha da intensivləşdirmişdir. XXI əsrdə isə elmi-texniki tərəqqinin nailiyyətlərini bərk cisimlər fizikası olmadan təssəvür etmək mümkün deyil. Bərk cisimlər fizikası metallar, yarımkeçiricilər, dielektriklər fizikasının, bundan başqa mikroelektronika, optoelektronika, nanoelektronika, nanomateriallar və s. kimi müasir fizikanın müxtəlif sahələrinin inkişafında müstəsna rol oynayır. Belə ki, bərk cisimlər, fiziki xassələrinin müxtəlifliyi və unikallığına görə qeyd olunan sahələrdə geniş tətbiq olunurlar. Digər tərəfdən ayrı-ayrı elm və sənaye sahələrinin inkişafı da bərk cisimlər fizikasında yeni nəzəri və praktiki nailiyyətlərin əldə olunmasına təkan verir. Buradan həmin kursun öyrənilməsinin nə dərəcədə vacib və əhəmiyyətli olması aydın olur. Lakin qeyd etmək lazımdır ki, bərk cisimlər fizikası kursu ilə bağlı mövcud olan ədəbiyyat əsasən fənnin nəzəri problemlərini əhatə edir. Ali məktəb tələbələrinin bu kursu öyrənərkən nəzəri biliklərini möhkəmləndirmək üçün səciyyəvi məsələlərin seçilməsi və onların həlli 3

4 ÖN SÖZ metodlarının izah edilməsi isə vacib meyarlardan biridir. Bu baxımdan məşğələ dərsləri üçün nəzərdə tutulan bu dərs vəsaitinin məqsədi bərk cisimlər fizikası fənninin məhz müxtəlif sahələrini əhatə edən məsələlərin həlli vasitəsilə mənimsənilməsində və bununla da həmin fənnin öyrənilməsinə tələbələrin marağının daha da artırılmasında yardımçı olmaqdır. Belə bir dərs vəsaitinin Azərbaycan dilində olması həm bakalavr, həm də magistr təhsil pilləsində oxuyan tələbələr üçün vacibdir. Dərs vəsaitinə daxil edilmiş praktiki məsələlər bərk cisimlər fizikası kursunun tədris olunduğu ali məktəblərin bakalavr və maqistr proqramlarına uyğun seçilərək tərtib edilmiş və həmin proqramlarda öyrənilməsi nəzərdə tutulan nəzəri materiallara uyğun məsələləri, demək olar ki, tam əhatə edir. Burada bərk cisimlər fizikasının bir cox vacib bölmələrini əhatə edən keyfiyyət və kəmiyyət xarakterli məsələlər ciddi riyazi metodlardan istifadə edilməklə şərhli həll edilmişdir. Kitab on bölmə və doqquz əlavədən ibarətdir. Kristalloqrafiyanın əsaslarını əhatə edən məsələlər və onların həllinə dərs vəsaitinin birinci bölməsi həsr edilmişdir. Belə ki, bu bölmədə həll edilmiş məsələlər kristallik bərk cisimlərin həndəsi quruluşu, kristalların simmetriya elementləri, kristal qəfəs, kristallik quruluş, sadə və mürəkkəb qəfəslər, elementar özək, Brave qəfəsləri, sinqoniyalar, düz və tərs qəfəslər, tərs qəfəs haqqında teoremlər, kristallik bərk cisimlərdə simmetriya müstəvilərinin vəziyyəti və oxların istiqaməti, Miller indeksləri kimi mövzuları əhatə edir. Kitabın ikinci bölməsindəki məsələlər kristallik bərk cisimlərin quruluşunun öyrənilməsində əvəzsiz rol oynayan rentgen şüalarının difraksiyası mövzusuna aiddir. Burada əsasən, Breqq-Vulf qanunu, Laue tənliyi, rentgen şüalarının səpilməsinin atom və struktur faktoruna aid məsələlər həll edilmişdir. Kristallik bərk cisimlərdə atomlar və ionlar arasındakı kimyəvi rabitənin növləri və qarşılıqlı təsir qüvvələrinin təbiəti mövzusunu əhatə edən məsələlər üçüncü bölmədə verilmişdir. Həlli verilmış məsələlər, kristal qəfəsindəki zərrəciklər arasında qarşılıqlı təsir qüvvələrinin xarakteri, ion rabitəsi, ion kristalları üçün Evyen metodu və Madelunq sabitinin hesablanması, Qryuneyzen-Mi qanunu, ionların ÖN SÖZ radiusu, Van-der-Vaals rabitəsi, metallik rabitə, kristal qəfəsin rabitə enerjisinin hesablanması ilə bağlı məsələlərdir. Kristal qəfəsin dinamikası və bərk cisimlərin istilik xassələrinə həsr olunmuş məsələlərə dördüncü bölmədə baxılmışdır. Burada birölçülü sadə və mürəkkəb qəfəsdə rəqslər və dalğalar, akustik və optik rəqslər, qəfəsdə yayılan elastiki dalğaların faza və qrup sürətlərinin təyini, rəqs saylarının sıxlığı, normal rəqslər, kristal qəfəsin rəqslərinin kvantlanması, fononların statistikası, birölçülü, ikiölçülü və üçölçülü kristal qəfəsin tam enerjisi və istilik tutumu, istilik tutumunun klassik və kvant nəzəriyyəsi, bərk cismlərin termodinamik əmsalları və onlar arasında olan əlaqələr mövzusunda məsələlərin şərhli həlli verilmişdir. Bərk cisimlərin zona nəzəriyyəsi, Fermi səthi, Brillüen zonası, Blox dalğa funksiyası və Blox vuruğu, metalların elektron nəzəriyyəsi, kristallik bərk cisimlərin elektrik xassələri, sərbəst elektronların klassik və kvant nəzəriyyəsi, elektronların hərəkətinin dinamikası, effektiv kütlə və hal sıxlığı funksiyası, elektron qazının statistikası, termoelektron emissiya hadisəsi və Riçardson - Deşman düsturunun tətbiqi, elektronların dreyf sürəti və dreyf yürüklüyünün, elektrikkeçirmə və istilikkeçirmə əmsallarının hesablanması, Videman-Frans qanunu, releksasiya müddətinin təyini, Holl hadisəsi, ifratkeçiricilik və onun tətbiqləri kimi mövzuları əhatə edən məsələlərin həllinə dərs vəsaitinin beşinci, altıncı və yeddinci bölmələrində baxılmışdır. Yarımkeçirici bərk cisimlər və onların fiziki xassələrinə həsr olunmuş səkkizinci bölmədə, məxsusi və aşqar keçiriciliyə malik yarımkeçiricilər, qadağan olunmuş zonanın eni, yükdaşıyıcıların konsentrasiyası, yarımkeçiricilərdə kinetik hadisələr mövzusuna aid məsələlərin həlli öz əksini tapmışdır. Vəsaitin doqquzuncu bölməsində kristallik bərk cisimlərin dielektrik xassələrini əhatə edən məsələlərə yer verilmişdir. Bu bölmədə əsasən bərk cisimlərin dielektrik nüfuzluğu və müxtəlif polyarizasiya mexanizmləri, dielektrik tənlikləri, piroelektrik effekti, dielektriklərin elektroelastiki və termodinamik xassələri, polyarlaşmış dielektriklərdə relaksasiya kimi mövzulara həsr olunmuş məsələlərin izahlı həlli göstərilmişdir. 5

ÖN SÖZ Kristallik bərk cisimlərin maqnit xassələrinə aid olan məsələlər vəsaitin onuncu bölməsində geniş əhatə olunur. Bölmədə bərk cisimlərin diamaqnit, paramaqnit və ferromaqnit xassələri, diamaqnetiklər və paramaqnetiklər üçün Lanjeven düsturu, Küri qanunu, paramaqnetizmin kvant nəzəriyyəsi, ferromaqnetizm, maqnit rezonansları kimi mövzuları əhatə edən məsələlər nəzəri cəhətdən şərh edilərək həll olunmuşlar. Məsələlərin həlli prosesində tələbələrin istifadə edə biləcəyi bir sıra fiziki məlumatlar kitabın sonunda olan əlavələrdə göstərilmişdir. Burada bəzi universal fiziki sabitlər və cevirmə əmsalları, elementar kubik quruluşlar haqqında müəyyən məlumatlar, ion kristallarının və metalların bəzi xassələri, ifratkeçiricilər üçün böhran temperaturları və böhran maqnit sahələrinin qiymətləri, bəzi yarımkeçiricilərin fiziki xarakteristikaları, təsirsiz qazlardakı atomların və qələvi-halloid birləşmələrindəki ionların maqnit qavrayıcılığı, bərk cisimlər fizikasında rast gəlinən müəyyən inteqrallar, Yakobian və onun xassələri verilmişdir. Kitabın yazılması və nəşrə hazırlanması zamanı öz qeydləri və dəyərli məsləhətləri ilə onun səviyyəsinin yüksəlməsinə kömək etmiş AMEA-nın akademiki B.M.Əsgərova dərin minnətdarlığımı bildirirəm. Dərs vəsaitinin tərtibi və redaktəsi prosesində bir çox məsələlərin müzakirəsində yaxından iştirakına görə prof. T.H.İsmayılova, o cümlədən kitabın rəyçiləri prof. S.R.Fiqarova, prof. E.M.Qocayev və prof. H.S.Orucova təşəkkür edirəm. Eyni zamanda, kitabın işıq üzü görməsində əməyi olan Bakı Dövlət Universitetinin Bərk cisimlər fizikası kafedrasının hər bir əməkdaşına öz təşəkkürümü bildirirəm. Bütün kitab nəşrlərində olduğu kimi, yəqin ki, bu dərs vəsaiti də nöqsansız deyil. Müəllif oxucular tərəfindən kitabı təkmilləşdirmək istiqamətində göstərilən iradları və edilən təklifləri böyük razılıq və minnətdarlıqla mmm@bsu.az ünvanında qəbul etməyə hazırdır. MÜNDƏRİCAT Ön söz... 3 I BÖLMƏ Kristalloqrafiyanın əsasları...... 7 II BÖLMƏ Kristal qəfəsdə rentgen şüalarının difraksiyası... 59 III BÖLMƏ Kristal qəfəsin rabitə enerjisi...... 71 IV BÖLMƏ Kristal qəfəsin dinamikası. Bərk cisimlərin istilik xassələri...... 115 V BÖLMƏ Bərk cisimlərin zona nəzəriyyəsi....... 163 VI BÖLMƏ Metalların elektron nəzəriyyəsi...... 173 VII BÖLMƏ Bərk cisimlərin elektrik xassələri........ 207 VIII BÖLMƏ Yarımkeçiricilərin fiziki xassələri......... 247 IX BÖLMƏ Bərk cisimlərin dielektrik xassələri........ 288 X BÖLMƏ Bərk cisimlərin maqnit xassələri..... 312 Əlavələr... 353 Ədəbiyyat......... 369 M.M.Mahmudov 6 371

Nəşriyyat redaktoru: M.Q ədimova Kompüter tərtibatı: A.İmanova Mahmudov Mehdi Müqabil oğlu BƏRK CİSİMLƏR FİZİKASININ SEÇMƏ MƏSƏLƏLƏRİ (həlli ilə) Ali məktəblər üçün dərs vəsaiti Çapa imzalanıb 21.02.2012. Format 60x84 1 / 16. Həcmi 23,25 ç.v. Sifariş 77. Tiraj 500 nüsxə. Bakı Universiteti nəşriyyatı AZ1148, Bakı, Z.Xəlilov küç. 23.