İDEYA SİZDƏN, REALLAŞDIRILMASI BİZDƏN!

Benzer belgeler
AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

Marketinq. Mehdiyev Əkbər

Şirkətimiz SFV Group MMC, Azərbaycan bazarında 2010-cu il tarixdən isitmə,

PE 100 BORULARI. su və qaz xətləri üçün POLİETİLEN BORU (PE 100) Keyfiyyətə üstünlük ver!!!

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

Azərbaycan Dövlət İqtİsad Unİversİtetİ Qİda məhsullarının texnologiyası kafedrası Fənn: İaşə müəssisələrinin avadanlıqları

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

ABŞERON AQROPARKI İNVESTİSİYA LAYİHƏSİ

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

YAŞIL ŞƏHƏRİNİ YARAT Presentation

VRF KONDİSİONER SİSTEMLERİNƏDİR

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

SU BORULARI və FİTİNQLƏRİ

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI AZƏRBAYCAN TEXNIKI UNIVERSITETI. KREDİT SİSTEMİ İLƏ BaKALAVR HAZIRLIĞININ Tədris planı

Ana kart (Motherboard)

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

AÇIQLAMA: Cihaz kommutasiyası İsitmə tənzimlənməsi İşıq idarəetməsi

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

xazarinshaat.az Ünvan: Nizami Rayonu, Özbəkistan küçəsi 23/34

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

2014-cü ilin üçüncü rübünün nəticələri

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

Azərbaycan Texniki Universiteti. Maşınqayırma texnologiyası kafedrası

Gizli klips sistemi Sürüşməyən səth Çatlaq və digər deformasiyalara zəmanət

BÖYÜK DƏCCAL Amerika

ŞIRKƏTIN INKIŞAFıNıN RƏQABƏT STRATEGIYALARı VƏ ONLARıN TƏSNIFLƏŞDIRILMƏSI

TƏHSİL MÜƏSSİSƏLƏRİ ÜÇÜN MEBEL KATALOQU

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

Zeynalova Sevinc III kurs

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

Kommunal müəssisələr tərəfindən satınalma

AzərbAycAndA dizayn və İnnovAsİyA Mərkəzİnİn yaradılması

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ. Kafedra: Metrologiya, standartlaşdırma və keyfiyyətin idarəə olunması

1. Yaddaşın növləri 2. Yaddaşın idarə olunması Əməli yaddaş (RAM) haqqında

Biryerdə nəticələrə doğru: AİB-nın Asiya və Sakit Okean Regionunda əməkdaşlığı haqqında 50 məqalə

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

Məxfilik Siyasəti. Əhatə dairəsi. Məlumatın növü və Toplanma Metodları

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar

VALUE-SITE HEDEFİMİZE KOŞAR ADIM İLERLİYORUZ VALUE-SITE HƏDƏFİMİZƏ DOĞRU İRİ ADDIMLARLA İRƏLİLƏYİRİK

Yaponiyanın Azərbaycan Respublikasına göstərdiyi Rəsmi İnkişaf Yardımı (RİY)

BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

MÜŞTƏRİLƏRƏ GƏLƏCƏYİ GÖSTƏRİR, İRƏLİYƏ APARIRIQ

RG-6 və RG-8 kabelinin fərqi hansıdır? A)omeqa dəyəri B)uzunluğu C)Qalınlığı D)Rəngi E)Heç biri

Bakı Tədris proqramı. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Təhsil Problemləri İnstitutu

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Analoq siqnallar Rəqəmli siqnal Rəqəmli siqnal

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

Kommunal Müəssisələrin Maliyyə Məsələləri ilə Tanışlıq

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri Milli iqtisadiyyat

Şahdəniz Yatağının İşlənilməsində Yeni Texnologiyaların Tətbiqi. Şahdəniz Yatağının İşlənilməsində Yeni Texnologiyaların Tətbiqi Əl Kuk

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR. Bakı şəhəri, 25 aprel 2014-cü il

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında. Azərbaycan Respublikasının Qanunu

KƏND TƏSƏRRÜFATI ÜZRƏ ELEKTRON QİYMƏT İNFORMASİYA PORTALININ STRUKTURUNA VƏ FƏALİYYƏTİNƏ DAİR TƏLİMAT. I. Ümumi bölmə

Kredit bürosu borcalanlar üçün əla imkanlar

ENERJİ SƏMƏRƏLİYİ: DAVAMLI İNKİŞAF ÜÇÜN YENİ VASİTƏ. Azərbaycan şirkətlərin enerji səmərəyili ilə bağlı təçrübələrinin öyrənilməsi

Bizi Təcrübəmiz İdarə Edir

MDMİ-nun nümayəndə heyəti SOCAR Polymer zavodunu ziyarət etdi s.28. İş vaxtının itkisi olmadan adam/saat işlənmişdir

Turizimdə informasiya texnologiyaları fənni üzrə imtahan suallarının cavabları.

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

DAŞINMA) ƏMLAK AGENTLİKLƏRİ ÜÇÜN ƏMLAK BAZASI. atışda, i a ədə olan əmlaklar barədə məlu atla ın dağı ı fo ada dəftərdə, kompyuterdə qovluqlarda və s.

BÖYÜK BRİTANİYANIN VERGİ SİSTEMİ

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

NOYABR ,1% 84,1% İş vaxtının itkisi olmadan. adam/saat işlənmişdir. işçi. YSPE zavodu noyabr ayına ümumi irəliləyiş

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

Türkiyədə mövcud tənzimləyici qaydalar

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

İQLİM DƏYİŞMƏLƏRİNƏ TƏSİRİN YUMŞALDILMASI SAHƏSİNDƏ ARDNŞ-İN HAZIRKİ VƏ GƏLƏCƏK FƏALİYYƏTİ

SENTYABR % İş vaxtının itkisi olmadan. işçi adam/saat işlənmişdir. YSPE zavodu sentyabr ayına ümumi irəliləyiş

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

Finansist Təqdimat. Ramil Bağırov EY: Şirkətin ən dəyərli sərvəti onun əməkdaşlarıdır

Məzun: Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM): İstehsalat təcrübəsi keçən tələbələr : Sağlamlıq, Əməyin Təhlükəsizliyi və...

E kommersiya nədir? E kommersiyanın yaranmasını doğuran hadisələr Elektron kommersiyanı asanlaşdıran amillər Müasir dünyada elektron kommersiyanın

APREL adam/saat işlənmişdir 99,5% 93,9% İş vaxtının itkisi olmadan. işçi. PP zavodu aprel ayına ümumi irəliləyiş

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

Transkript:

İDEYA SİZDƏN, REALLAŞDIRILMASI BİZDƏN!

Stolze şirkəti bağçılıq, istixana və kommunal təsərrüfatlar üçün avtomatlaşdırma, istilik, işıqlandırma, suvarma və yüksək təzyiqli nəmləndirmə (sisləmə) sistemlərinin istehsalı sahəsində ixtisaslaşır. Qurğuların hər biri xüsusi hazırlanır. Biz etibarlı və dəqiq həll yollarını tapmaq üçün sizin istəklərinizi nəzərə alaraq çalışırıq! İstər iqlim kontrol sistemləri olsun, istərsə də müxtəlif qurğuların bir birinə tam uyğunlaşması - bütün quraşdırma işləri layihələndirilmədən tutmuş reallaşdırma mərhələsinə qədər (sizin istək və arzularınızı, eləcə də yerli şəraiti nəzərə almaqla) yerində və bizim rəhbərliyimiz altında həyata keçirilir. Bütün komponentlər əsasən bizim montaj mühəndislərimiz və ixtisaslaşmış (yerli) podratçılar tərəfindən quraşdırılır, mühəndislərimiz isə bu prosesə əvvəldən axıra kimi nəzarət edirlər. Siz hətta quraşdırmadan sonra da təcrübəli servis mühəndislərindən ibarət komandamıza etibar edə bilərsiniz!

Stolze şirkəti haqqında MƏlumat Stolze şirkəti 1969-cu ildə təsis olunub və o vaxtdan bəri istixana bağçılığı sahəsində tanınmış brendə çevrilib. 100-dən çox işçisi olan Stolze şirkəti müasir bağçılıq təsərrüfatı üçün avtomatlaşdırma, istilik, işıqlandırma, suvarma və yüksək təzyiqli sisləmə sistemlərinin istehsalı sahəsində ixtisaslaşır. Şirkətimiz Niderland Krallığının Masdayk (Maasdijk) şəhərindəki müasir ofis binasında yerləşir. Son bir neçə onillikdə Stolze şirkəti istixana bağçılığı və digər müvafiq sənaye müəssisələri üçün bir çox milli və beynəlxalq layihələr həyata keçirmişdir. Biz öz məhsullarımızı ayrı-ayrılıqda da təchiz edə bilərik, lakin bizim ixtisas sahəmiz bir birinə tam uyğunlaşan sistemləri, avtomatlaşdırma, istilik, işıqlandırma, suvarma və yüksək təzyiqli sisləmə sistemləri, CO2 sistemləri məqsədyönlü şəkildə özündə birləşdirilmişdir. Biz inanırıq ki, ideal quraşdırma (montaj) müxtəlif ixtisas sahələri arasında mükəmməl koordinasiyadan irəli gəlir.

İDEYA SİZDƏN, REALLAŞDIRILMASI BİZDƏN! İqlim kontrol sistemi və ya müxtəlif sistemlərin bir birinə tam uyğunlaşması - istəkləriniz nə olursa olsun, biz sizinlə birlikdə düşünür və istəklərinizə uyğun olaraq hazırlanmış həll variantlarını sizə təklif edirik. Stolze şirkətinin heç bir qurğusu standart deyil, belə ki, biz təcrübəmizə əsasən bilirik ki, hər bir müəssisə özü-özlüyündə unikaldır. Ümumiyyətlə, bağçılıq müəssisəsində yetişdirilən məhsulları texniki qurğulara uyğunlaşdırmaq zəruridir. Sahibkarın konkret istəkləri isə bizim üçün daha önəmlidir. Biz müştərinin tələblərini Stolze şirkətinin təcrübəsi ilə bir araya gətirərək, biznesiniz üçün müvafiq istehsal və keyfiyyət standartlarına uyğun ideal quraşdırılmanı təmin edirik.

AVTOMATLAŞDIRMA Avtomatlaşdırma (elektrotexniki qurğular) istixananızın normal fəaliyyəti üçün əsas amildir. Bağçılıq və istixana sektorunda mühüm funksiyalara nəzarət olunması optimal məhsul artımı üçün çox vacibdir. İlk növbədə, bütün müasir qurğuların işləməsi üçün sadə elektrik enerjisi təchizatı lazımdır. Bu kompleks sistemin hazırlanması və quraşdırılması Stolze şirkəti tərəfindən həyata keçirilir. Bütün paylayıcı lövhələr, o cümlədən proqramlaşdırılan kontrollerlər (PLC) bizim zavodumuzda yığılır. Əmin ola bilərsiniz ki, biz müvafiq həll variantını təklif etməklə yanaşı, həm də etibarlı və yüksək keyfiyyətli quraşdırılma işlərini icra edirik. Stolze şirkəti Priva kompüter sistemlərinə üstünlük verir. İqlim kontrol sistemnin tənzimlənməsi, suvarma, (məhsulun böyüməsi üçün) işıqlandırma və enerjinin idarə olunması Priva kompüter sistemi vasitəsi ilə cəmi bir komputerdə həyata keçirilə bilər! Bazarda həqiqi lider hesab olunan Priva kompüter sistemlərinin və Stolze şirkətinin təcrübəsi sayəsində siz sistemlərin bir birinə tam uyğunlaşması ilə yanaşı, texniki xidmət və mümkün adaptasiyaların da həyata keçiriləcəyinə əmin ola bilərsiniz..

İSİTMƏ Hər bir istilik qurğusu istixanalarda temperaturun bərabər yayılmasını təmin etməlidir və bu, optimal məhsul yetişdirilməsi baxımından əsas şərtdir. Keyfiyyət, xərclər və enerji sərfiyyatı arasında tarazlıq hesablamalarımız zamanı bizim üçün üstünlük təşkil edən üç əsas məfhumdur. Müəssisənizdəki qurğularda enerji əsas amil olduğundan, yaxşı hazırlanmış və quraşdırılmış istilik sistemi maksimum üstünlüyü təmin edir. CO2 (karbon qazı) qurğuları məhsulunuzun böyüməsi üçün olduqca əhəmiyyətlidir. Stolze şirkəti istixananın içərisində karbon qazının (CO2) paylanmasını təmin etmək üçün özünün hazırladığı hesablama moduluna malikdir. Stolze şirkəti aşağıdakıları hazırlayır, montaj edir və quraşdırır: İstixanalarda istilik sistemlərinin quraşdırılması Qazanxananın quraşdırılması KİE (kombinə edilmiş istilik və enerji) qurğuları İstiliyin saxlanması üçün çən sistemləri İsitmə qazanları CO2 qurğuları Qaz və yanacaq odluqları İstilik mübadiləsi qurğuları Qaz xətləri Artırma sistemləri Kondensatorlar Torpaq isitmə İstilik izolyasiyası Əvvəlcədən izolyasiya edilmiş boru kəmərləri Hava tənzimləmə qutuları

İŞIQLANDIRMA Müasir bağçılıq (istixanalar) üçün işıqlandırma sistemi əvəzolunmazdır. Sadəcə şitil və dekorativ bitkiləri becərənlər deyil, tərəvəz əkinçiləri də günün işıqlı vaxtını süni şəkildə uzatmaq üçün bütün imkanlardan yararlanmağa çalışırlar. İşıq və işıq qaynağının bərabər paylanması yüksək məhsuldarlıq üçün çox əhəmiyyətlidir. Ən yüksək məhsuldarlıq yalnız yaxşı planlaşdırılmış işıqlandırma sayəsində əldə oluna bilər. LED işıqlandırma İşıq-diod (LED) işıqlandırma yüksək məhsuldarlıq, erkən çiçəklənmə, daha sürətli kökatma / cücərmə və bitki böyüməsinə daha yaxşı nəzarət kimi bir çox üstünlüyə malikdir. Bundan başqa, LED lampaları daha uzunömürlüdür və enerji sərfiyyatını azaldır. Assimilyasiya işıqlandırması Stolze şirkəti bağçılıq (istixanalar) üçün işıqlandırma sistemlərinin quraşdırılması sahəsində geniş təcrübəyə malikdir və bu sahədə yenilikləri yaxından təqib edir. Biz müxtəlif nüfuzlu tədarükçülərlə birlikdə çalışaraq, ən səmərəli həll variantlarını layihələndiririk. Stolze şirkəti bütün assimilyasiya işıqlandırma sistemlərini istehsal edir. Emalatxanamızda paylanma panelləri və xüsusi kabellər montaj olunur. Bundan sonra isə müştərinin obyektində həyata keçirilən quraşdırılma işləri daha sürətlə yerinə yetirilir. Stolze şirkəti Phillips LED Horti şirkəti ilə əməkdaşlıq edir. Phillips şirkətinin nüfuzlu dileri kimi, biz LED-işıqlandırmanın hazırlanmasında yaxından iştirak edirik. Phillips öz ortaqlarını layihə və sahə testlərində dəstəkləyir. Bunun

yollarından biri kimi, Phillips şirkətinin bitki fizioloqları işıqlandırma haqqında biliklərini layihələrin dizaynı və yoxlanılmasında tətbiq edirlər. Həmçinin mütəxəssislər işıqlandırma sistemlərinin planlaşdırılması və quraşdırılmasında da öz bilik və təcrübələrini paylaşırlar. Nəticədə, biz uğurlu və enerji sərfiyyatı baxımından səmərəli məhsul istehsalı üçün müxtəlif həll variantları təklif edə bilirik.

SUVARMA Düzgün suvarma sisteminin quraşdırılması müasir bağçılıq üçün əvəzedilməzdir. Bitkinin yaxşı böyüməsini təmin etmək üçün hər bitkiyə fərqli komponentlər və müxtəlif həcmli su tələb olunur. Stolze şirkəti hər cür əkinçilik üçün su texnologiyasını hazırlayır, layihələndirir və montaj edir. Eyni zamanda, həm etibarlı, həm də səmərəli olan bu suvarma sistemləri diqqətlə planlaşdırılır. Stolze şirkəti xüsusi vahid konstruksiyaların hazırlaması, layihələndirilməsi və quraşdırılması üçün cavabdehdir. Modul tam nasos dövrəsini, avtomatlaşdırma və PLC-lərin yerləşdirilə biləcəyi paylayıcı lövhələrlə birlikdə təchiz edilir. Biz paylayıcı lövhələr, nasoslar, filtrlər və klapanlar kimi bütün lazımı komponentləri paslanmayan polad çərçivələrdə (öncədən hazırlanmış) sxemə əsasən yerləşdiririk. Modulların standart quruluşuna görə, Stolze şirkəti emalatxanada montaj işinin böyük qismini həyata keçirə bilər və beləliklə, ərazidə modulların inşasını daha da sürətləndirmək mümkündür.

YÜKSƏK TƏZYİQLİ SİSLƏMƏ ( S-FOG ) Yüksək təzyiqli sisləmə sistemləri havanın rütubətini yaxşılaşdırmaqla yanaşı, istixanadakı temperaturu da aşağı salır (bu sistem sayəsində temperaturu 4-7 Co dərəcə aşağı salmaq mümkündür). S-FOG yüksək təzyiqli sisləmə sisteminin analoqu yoxdur. Sistem elə layihələndirilmişdir ki, onu yüksək su təzyiqi altında əl ilə sıxmaq kifayətdir. Müştərilər bu sistemi istixanada özləri də quraşdıra bilərlər. Quraşdırma zamanı səssiz fırlanan nasoslar və geriyə osmos sistemləri aşağı texniki qulluq xərclərini və daha az səs-küyün yaranmasını təmin edir. S-FOG sisteminin əsas üstünlükləri: Havada optimal rütubətin təmin edilməsi Ətraf mühit temperaturunun azaldılması Vahid iqlimin yaradılması Enerji və su xərclərinin azaldılması Asan quraşdırma Yüksək keyfiyyətli səssiz fırlanan nasoslar Az baxım tələb edən sisləmə sistemi Daha az CO2 itkisi Bitki aktivliyinin artırılması Məhsuldarlığın və keyfiyyətin artırılması Mövcud mikro-iqlim kompüterinizə asan inteqrasiya və ya avtonom iş rejimi

FUNKSİONALLIQ Stolze şirkəti əsasən istixana, bağçılıq sahəsində mühəndis-texniki (montaj) xidmətlərin göstərilməsi ilə məşğuldur. Lakin bağçılıqda istifadə olunan texnologiyalar digər sahələrdə də tətbiq oluna bilər və buna görə də Stolze şirkəti bağ mərkəzlərində də istilik, avtomatlaşdırma və işıqlandırma sistemlərinin quraşdırılmasını həyata keçirir. Bu layihələri həm Niderland Krallığında, həm də bütün Avropada (xüsusən də Skandinaviya ölkələrində və İngiltərədə), eləcə də Rusiya və Asiyada reallaşdıran xüsusi şöbəmiz var. Stolze şirkəti istənilən bağ mərkəzi və ya digər obyektlər üçün individual həll variantları təklif edir. Biz qurğuları müştərinin tələb və istəklərinə uyğun layihələndiririk. Biz SAIA PLC texnologiyası vasitəsi ilə iqlim kontrol sistemlərini və işıqlandırmanı layihələndirir və proqramlaşdırırıq. Bu sistem bütün sahəni sensor ekran, fərdi kompüter və ya smartfon vasitəsi ilə idarə etmək üçün nəzərdə tutulub.

NİYƏ MƏHZ STOLZE? Bağçılıq və kommunal təsərrüfatlar üçün avtomatlaşdırma, istilik, işıqlandırma, suvarma və yüksək təzyiqli sisyaratma sistemlərinin istehsalı sahəsində ixtisaslaşan Stolze şirkəti həm ölkə daxilində, həm də xaricdə geniş təcrübəyə malikdir. Bütün işlər əvvəldən axıra kimi şirkət daxilində həyata keçirilir. Biz (istənilən vəziyyətdən asılı olaraq) istəklərinizə uyğun həll variantını təklif edirik Biz kompleks sistemlər sahəsində mütəxəssisik Biz gələcək üçün istehsal edilmiş keyfiyyətli material və qurğularla işləyirik Sizin qurğunuz bir montajçı tərəfindən quraşdırılacaq və texniki xidmətlə təmin olunacaq. Buna görə də siz daim bir xidmət təchizatçısı ilə əlaqə saxlayacaqsınız Biz əsasən öz montaj mühəndislərimiz və ixtisaslaşdırılmış subpodratçılarla işləyirik

Stolze Group Stolze Caspian Azerbaijan Tel.: +994(50) 268 49 75 E-poçt: info@stolzecaspian.com Veb-sayt: www.stolzecaspian.az www.stolzecaspian.com