Qazaxıstan böyük türk layihəsində: Azərbaycan nə qazanacaq

Benzer belgeler
BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

xazarinshaat.az Ünvan: Nizami Rayonu, Özbəkistan küçəsi 23/34

Azərbaycanda Nəzərdə tutulan milli səviyyədə müəyyən edilmiş töhfələrin hazırlanası üzrə Milli Seminar/ İşçi Qrupunun 3-cü iclası

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

Aktauda Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

Marketinq. Mehdiyev Əkbər

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi nin icra vəziyyəti

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ

Ġstanbul METROBUS BRT. Ümumdünya Ehtiyatları Ġnstitutundan/EMBARQ Sibel Köylüoğlu və Dario Hidalgonun təqdimatlarından istifadə edilmiģdir

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

BÖYÜK DƏCCAL Amerika

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

Oktyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

2014-cü ilin üçüncü rübünün nəticələri

2017-ci ilin 4 ayında qeyri-neft sektoru üzrə 5 əsas ixrac ölkəsi

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

Biryerdə nəticələrə doğru: AİB-nın Asiya və Sakit Okean Regionunda əməkdaşlığı haqqında 50 məqalə

Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti. İcrasına başlanılmışdır

Dünya miqyaslı qaz dəyər zəncirinin yaradılması Avropaya uzanan Cənub Qaz Dəhlizinin təməlinin qoyulması

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

çevrilməklə biz eyni zamanda regionların sosial-iqtisadi inkişafını çox sürətlə və effektiv şəkildə həyata keçirə bilərik. Bİr vətəndaş olaraq

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti Milli Aviasiya Akademiyası

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

Dünya səviyyəli layihələrin təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsi

AZƏRBAYCANIN ENERJİ EHTİYATLARI VƏ ONLARDAN İSTİFADƏNİN MÖVCUD VƏZİYYƏTİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru.

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

AZƏRBAYCANIN ENERJİ EHTİYATLARI VƏ ONLARDAN İSTİFADƏNİN MÖVCUD VƏZİYYƏTİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru.

1. Yaddaşın növləri 2. Yaddaşın idarə olunması Əməli yaddaş (RAM) haqqında

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

SərniĢinlərin icbari fərdi qəza sığortası üzrə sığorta Ģəhadətnaməsinin forması, çap olunması və doldurulması QAYDALARI

Smart Baby Watch Q50 -nin istifadə instruksiyası

ABB-də 1,400-ə yaxın insan çalışır. İngiltərənin

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

Azərbaycan Hava Yolları aviabiletlərin qiymətinin endirilməsi məsələsinə aydınlıq gətirib

Kredit bürosu borcalanlar üçün əla imkanlar

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Protokolundan Çıxarış aprel 2016-cı il

Şahdəniz Yatağının İşlənilməsində Yeni Texnologiyaların Tətbiqi. Şahdəniz Yatağının İşlənilməsində Yeni Texnologiyaların Tətbiqi Əl Kuk

İQLİM DƏYİŞMƏLƏRİNƏ TƏSİRİN YUMŞALDILMASI SAHƏSİNDƏ ARDNŞ-İN HAZIRKİ VƏ GƏLƏCƏK FƏALİYYƏTİ

BÖYÜK BRİTANİYANIN VERGİ SİSTEMİ

Fəsil 11 Kumulyati v və transsərhəd təsi rlər

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

PRÉSIDENCE DE LA RÉPUBLIQUE. Service de Presse AZƏRBAYCAN RESPUBLĐKASI PREZĐDENTĐ ZATI ALĐLƏRĐ CƏNAB ĐLHAM ƏLĐYEV VƏ XANIM MEHRĐBAN ƏLĐYEVANIN

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi Layihəsi, Azərbaycan Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsinin Əlavəsi

Azərbaycanda gələcək qaz ehtiyatlarının kəşfiyyatı: Qlobal texnologiyalar və yerli əməkdaşlıq

Yaşıl Kart Sistemi. Maddə Yaşıl Kart Sistemi ilə bağlı ümumi müddəalar

VALUE-SITE HEDEFİMİZE KOŞAR ADIM İLERLİYORUZ VALUE-SITE HƏDƏFİMİZƏ DOĞRU İRİ ADDIMLARLA İRƏLİLƏYİRİK

Fəsil 14 Ümumi layihə qiymətləndirməsi

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə

Sağlamlıq imkanları məhdud şəxslərin idarəetmə orqanlarında təmsil edilməsinin faydaları

AVRASİYA SOSİAL ELMLƏR FORUMU

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

TƏŞKİLAT KOMİTƏSİ / TEŞKİLAT KOMİSYONU

Mobil cihazların qeydiyyatının aparılması Qaydası

Bakı-2016 Yay Olimpiya Oyunları büdcəsi:

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

İSTİFADƏÇİ TƏLİMATI VƏ ŞƏRTLƏR

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

Dünya Bankının Sənədi YALNIZ RƏSMI ISTIFADƏ ÜÇÜN

Baltik dənizi hövzəsi.

Azərbaycan Hava Yollarının (AZAL) ABŞ istiqamətində / ABŞ-dan yerinə yetirilən reyslərində sərnişinlərə xidmət planı

Azərbaycan: Cənubi Qaz Dəhlizi

Visa ilə futbol üzrə 2018-ci ilin dünya çempionatına hazır ol TİRAJLI STİMULLAŞDIRICI LOTEREYASININ KEÇİRİLMƏ QAYDALARI VƏ İŞTİRAK ŞƏRTLƏRİ

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

MÖVZU 5 Beynəlxalq iqtisadi münasibətlər sistemində kapitalın beynəlxalq hərəkəti

Fəsil 5 Layi həni n təsvi ri

Azərbaycan Respublikasının Nəqliyyat Sektorunun İnkişafı Strategiyası

Azərbaycanda turizmin vəziyyəti

Azərbaycan: Dəmir Yolu Sektorunun İnkişafı Proqramı

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

POS-terminal vasitəsilə ödənişlərin qəbul edilməsi ("retail əməliyyatı ) QAYDALARI. 1. Ümumi qaydalar

UniMiles 3 illik 100 AZN və ekvivalenti

MÖVZU 9. TİCARƏT NƏZƏRİYYƏSİ VƏ PRAKTİKASI

Diqqət: Test imtahanları zamanı təqdim ediləcək test tapşırıqları orta məktəblərin müvafiq fənn proqramlarını RİYAZİYYAT

Ana kart (Motherboard)

İQTİSADİ. Finansist. Təqdimat. AZƏRBAYCAN Azərbaycan TANAP (Transanadolu qaz kəməri) layihəsinin reallaşmasına hazırdır

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

İnformasiya məhsullarını Beynəlxalq bazarı

Transkript:

Qazaxıstan böyük türk layihəsində: Azərbaycan nə qazanacaq Tarix: 23-07-2017 http://www.cebhe.info/qazaxistan-boyuk-turk-layihesinde- azerbaycan-ne-qazanacaq- Akif Mustafayev: Bu məsələdə siyasi təsirlər də var Bu günlərdə dəmiryolu layihəsi çərçivəsində ilk sərnişin sınağı reallaşıb. Nazirlər Bakı-Tbilisi-Qars dəmiryolundakı istifadə edərək Qarsdan Gürcüstana səyahət ediblər. BTQ-nin ilk sərnişinləri Türkiyə Nəqliyyat, Dənizçilik və Kommunikasiya naziri Əhməd Arslan, Azərbaycan Dəmir Yolları İdarəsinin rəhbəri Cavid Qurbanov, Gürcüstan Dəmir Yolları sədri Mamuka Bakhtadze, Qazaxıstan Dəmir Yolları rəhbəri Kanat Alpispayevi olub. Türkiyəli nazir BTQ-ni üç ölkənin dünyanın xidmətinə təqdim etdiyi layihə olacağını vurğulayıb. Layihə dünyanın bir çox ölkələri üçün əhəmiyyətli olacaq. Qeyd edək ki, Qazaxıstan da bu prosesə qoşulub. Qazaxıstandan daşınan yüklərin Bakının Ələt limanına və Azərbaycan üzərindən Bakı-Tiflis-Axalkalaki-Qars Dəmiryolu ilə Türkiyəyə daşınması baş 1

verəcək. Sonrakı mərhələdə isə həmin dəmiryolu xətti Sarıqamışa, oradan isə Ərzurum və Ərzincan dəmiryol xəttinə qoşulması nəzərdə tutulur. Yəni Türkiyənin ümumdəmiryol şəbəkəsinə qoşulması və Ədirnəyə qədər uzadılması planlaşdırılıb. Azərbaycandan daşınan yüklərin, yəni Bakı-Tbilisi- Qars Dəmiryolu xəttinin Türkiyənin dəmiryolu şəbəkəsinə qoşulması imkan verəcək ki, yüklər Türkiyə ərazisindən Ədirnə stansiyasına çıxmaqla, oradan birbaşa Avropaya daşınmasını təmin etsin. İkinci istiqamət isə imkan verir ki, Samsunq və Zonquldağ istiqamətindən daşımalar Qara dənizə çıxarılsın. Üçüncü istiqamət imkan verir ki, Türkiyənin İsgəndərun və Nersin limanları vasitəsilə Egey dənizinə çıxarılmasını təmin etsin. Eyni zamanda həmin dəmiryol şəbəkəsi yükdaşımaların Aralıq dənizinə çıxarılmasına da şərait yaradır. Cümhuriyət qəzetinə layihənin əhəmiyyətindən danışan TRASEKA nəqliyyat dəhlizi layihəsinin hökumətlərarası komissiyasının Azərbaycan üzrə Milli katibi Akif Mustafayev deyib ki, ilk daşınma sadəcə bir sınaq idi: Bu sınaq qatarıdır. Sınağı ona görə həyata keçirilir ki, qatar o yolu gedə bilirmi? Çünki qatar gedən zaman müəyyən qüsurlar, problemlər aşkarlana bilər. Dəmiryolunun təntənəli, rəsmi açılışına qədər bu qüsurlar aradan götürülməlidir. Uzun müddətdir ki, bu layihənin əhəmiyyətliliyindən danışırıq. Tarixə nəzər salsaq, 2

Azərbaycanın birbaşa dəmiryolu ilə Avropaya çıxışı olmayıb. Biz Avropaya ancaq o yolla çıxmışıq ki, Orta Asiyadan yüklər Qazaxıstan ərazisindən keçərək, Xəzər dənizi vasitəsilə Azərbaycana gəlib, Azərbaycandan dəmiryolu vasitəsilə Gürcüstana, oradan isə Qara dəniz limanlarına, Qara dəniz vasitəsilə isə Avropaya gedib. Yəni qarışıq, dəniz yolu və dəmiryolu vasitəsilə olub. Ya da illərlə avtomobil yolu ilə gedilib. Birbaşa dəmiryolu bağlantısı Azərbaycanla Avropa arasında olmayıb. İlk dəfə belə dəmiryol bağlantısı yaranır. Əgər Çin ərazisindən başlansa, Orta Asiya ölkələrinin hamısında olan dəmiryol yükləri, xüsusən də konteynerlər birbaşa Qərbi Avropaya qədər gedə bilir. Konteynerlər, ya da yüklərlə olan qatarlar, səbəkədə olan sərnişinlər bərə gəmilərinə mindirilir. Bərə gəmisi odur ki, onun içərisinə bir neçə qatar yerləşdirmək olar. Qatar yenə də gəlib Bakıda quru dəmiryoluna çıxır. Oradan isə Azərbaycan və Gürcüstan bağlantısı ilə gedib Bakı-Tbilisi-Qars vasitəsilə Türkiyəyə, Türkiyədən isə Avropaya çıxır. Bu mümkün qədər qısa və əhəmiyyətli yoldur. Asiya və Avropanı birləşdirən mövcud marşrutlarla müqayisə edəndə bu daha əhəmiyyətli layihədir. Bu yolda daha yükləmə və yükləri aşırmaya ehtiyac qalmır. Eyni vaqonlara yüklənən yük birbaşa Avropaya gedib çıxır. Bu da sözsüz ki, təkcə Azərbaycan üçün deyil, həmin layihədə iştirak edən şirkətlərə, dəhliz boyu gəlir və mənfəət gətirir. Akif Mustafayevin sözlərinə görə, sözügedən layihənin tətbiqi bir qədər zaman alan məsələdir: Bu prosesdir və işlənməlidir. Təsəvvür edin ki, layihə hələ 10 ildir ki, tikilməkdədir. Təbii ki, bunun tətbiqi də bir günün işi deyil. Dəmiryolu xəttində relsarası ölçü məsələsi də var. Məsələn, Azərbaycanda olan relslərarası məsafə Sovet dövründən qalma kriteriyalara görə daha enlidir. Amma Türkiyədə və Çində o daha dardı. Yəni burada özünü tənzimləyən qatarlar alınmalıdır ki, onların təkərləri sərhəddən keçəndə avtomatik dəyişir. Azərbaycanla yanaşı Gürcüstan və Qazaxıstanda relslərarası məsafə 1620 mm-dır. Amma Türkiyədə onun məsafəsi 1570 mm-dir. Mənə verilən informasiyalara görə bu kriteriyaları özündə cəmləşdirən qatarlar artıq mövcuddur və alınmaqdadır. Yəni 3

avtomatik onların təkərləri dəyişir. O qatarlar varsa, daha yaxşı olar, əgər sərhəddə dəyişirsə, bu xeyli vaxt itkisi olar. Bundan əlavə qatar bir neçə sərhəd gömrük komitələrinin yanından keçir. Qazaxıstan Sərhəd Gömrük Komitəsi, Qazaxıstan- Azərbaycan Gömrük Buraxılış Məntəqəsi, Azərbaycan- Gürcüstan Gömrük Buraxılış Məntəqəsi, Gürcüstan-Türkiyə Gömrük Buraxılış Məntəqəsi, Türkiyə, Avropa və digər gömrük məntəqələrində bütün dəhliz üzrə gərək sadələşmə aparılsın. Bu Azərbaycanda müəyyən qədər olub. Lazımdır ki, digər dəhlizlərdə də həyata keçirilsin. Mümkün qədər qatarların işinə maneə olmamalıdır. Həm layihə ilə bağlı sürətlə işlənilməli, həm də cəlbedici rol oynamalıdır. Burada alternativ yollar da mövcuddur. Hazırda Çindən qatarlar, konteynerlər birbaşa Rusiya ərazisindən Avropaya girirlər. Çünki Qazaxıstan, Rusiya və Belarus eyni gömrük ittifaqındadırlar. O biri tərəfdən Çindən Qazaxıstan, Türkmənistan vasitəsilə həmin o qatarlar İrana gedə bilirlər. İrandan isə Türkiyə vasitəsilə Avropaya çıxa bilirlər. TRASEKA rəsmisi əlavə edib ki, dəhlizin cəlbediciliyi üçün əsas 4 şərt vacibdir: İlk növbədə tariflər münasib olmalıdır. Dünyada hər bir şeydə qiymətlər böyük rol oynayır. Ona görə də dəmiryol daşımalarında qiymətlər sərfəli olmalıdır. Gediş zamanı mümkün qədər az vaxt itirilməlidir. Xidmət yüksək səviyyədə olmalıdır. Gömrük Sərhəd Mənqələrində servis müsbət və sadələşmiş formada olmalıdır. Daha əsas şərt isə təhlükəsizlik məsələsidir. Bu şərtlər yerinə yetirilsə, dəhliz cəlbedici olacaq. 10 ildir ki, Azərbaycan bu məqsədə çatmaq üçün çalışır. Bərələr alınır, infrastrukturlar qurulur, milyonlarla vəsaitlər xərclənir. Azərbaycanda deyil, Qazaxıstanda, Türkiyədə və digər dövlətlərdə bu işlər görülür. Ümid edirəm ki, layihə müsbət nəticəsini verəcək və yaxın illərdə bu dəmiryolu işləməyə başlayacaq. Öz gəlirini verəcək. Burdan həm dövlətlər qazanacaq, həm dövlətlərarası münasibətlər yüksələcək, həm də sərnişinlər üçün rahatlıq yaranacaq. Bir çox sərnişinlər var ki, onlar hava nəqliyyatı ilə uçmağa ehtiyat edirlər. Düzdür, vaxtı çox səmərəlidi, amma qiyməti bahadır. İnsanlar var ki, uçağa minməyə qorxurlar. Bu mənada dəmiryolu daha məqbuldur. 4

Dövlətləri gəzə-gəzə bu dəmiryolundan istifadə etmək olar. Bu turizm üçün də əhəmiyyətlidir. Qazaxıstanın prosesə qoşulmasının əhəmiyyətinə gəlincə, Akif Mustafayev qeyd edib ki, Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstan TRASEKA Proqramının iştirakçılarıdırlar. Bu çoxtərəfli saziş nəticəsində də təsdiqlənib. Hələ mərhum prezident Heydər Əliyevin vaxtında TRASEKA-nın bərpası ilə bağlı böyük bir sənəd imzalandı. Qazaxıstan da bu prosesə nəzarət edəcək və baxacaq ki, hansı tərəfdən bu layihə ilə işləsin. Əslində Qazaxıstan çoxşaxəli siyasət yürüdür. Yəni, bu ölkə həm Rusiya ərazisindən işləyəcək. Hazırda da işləyir. Həm Azərbaycan ərazisindən TRASEKA, həm də İran dəhlizi ilə işləyəcək. Bir sözlə, hara əlverişli olacaqsa, ora ilə çalışacaq. Bu məsələdə siyasi təsirlər də var. Əsas odur ki, həmin siyasi təsirlər bu məsələyə toxunmasın Siyasi təsir deyəndə Rusiya ilə Qazaxıstan münasibətlərindən söhbət gedir. Yəni, bu iki ölkə arasında münasibətlər daha yaxşı qurulub. Qazaxıstan Azərbaycana da yaxın dövlətdir. Xəzərin o başında Qazaxıstan, bu başında isə bizik. Əlbəttə ki, həm Qazaxıstan, həm də Türkmənistan çalışacaqlar ki, Çindən gələn yüklər Azərbaycan tərəfindən göndərilsin. Ona görə də biz elə cəlbedici olmalıyıq ki, digər dövlətlər düşünsün ki, Azərbaycan ərazisindən yüklər göndərmək daha əlverişlidir. Bunun üçün isə çalışmalıyıq. Alçina Amilqızı Cebhe.info 5