2011-Cİ İLİN YANVAR-SENTYABR AYLARI ƏRZİNDƏ AZƏRBAYCAN RESPUBLİKASININ RUSİYA FEDERASİYASI İLƏ TİCARƏT ƏLAQƏLƏRİ.

Benzer belgeler
AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

2014-cü ilin üçüncü rübünün nəticələri

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

AZƏRBAYCANIN ENERJİ EHTİYATLARI VƏ ONLARDAN İSTİFADƏNİN MÖVCUD VƏZİYYƏTİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru.

AZƏRBAYCANIN ENERJİ EHTİYATLARI VƏ ONLARDAN İSTİFADƏNİN MÖVCUD VƏZİYYƏTİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru.

2017-ci ilin 4 ayında qeyri-neft sektoru üzrə 5 əsas ixrac ölkəsi

Bizim qeyri-neft ixracımız, o cümlədən ərzaq məhsullarının ixracı sürətlə artır

2018-ci ilin yanvar-fevral ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 241,7 milyon ABŞ dolları təşkil etmişdir cı ilin müvafiq dövrü ilə

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

Oktyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

Azərbaycanda gələcək qaz ehtiyatlarının kəşfiyyatı: Qlobal texnologiyalar və yerli əməkdaşlıq

Yaponiyanın Azərbaycan Respublikasına göstərdiyi Rəsmi İnkişaf Yardımı (RİY)

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

Rəssam: Xalidə Səfərova Xalça toxuyanlar

BÖYÜK BRİTANİYANIN VERGİ SİSTEMİ

Biryerdə nəticələrə doğru: AİB-nın Asiya və Sakit Okean Regionunda əməkdaşlığı haqqında 50 məqalə

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

AZƏRBAYCANIN İQTİSADİ SİYASƏTİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

2017-ci il/noyabr 8. Qeyri-neft sektorunda bu il çox ciddi islahatlar aparılıb və ixracımız da kəskin artıb, doqquz ayın nəticələri çox müsbətdir

Dünya miqyaslı qaz dəyər zəncirinin yaradılması Avropaya uzanan Cənub Qaz Dəhlizinin təməlinin qoyulması

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

2018-ci il sürətli inkişaf ili olacaq və ondan sonrakı bütün illərə çox güclü təkan verəcək

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

Dünya səviyyəli layihələrin təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsi

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Azərbaycan Respublikasının Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan

H E S A B A T Q E Y D Ə A L I N D I!

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

AZƏRBAYCANIN İQTİSADİ ƏLAQƏLƏRİ VƏ DÜNYA TƏSƏRRÜFAT SİSTEMİNƏ İNTEQRASİYA PROSESLƏRİ

2017-ci il/dekabr

AZƏRBAYCAN. Iqtisadi Fəaliyyətin Nəticələri

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

P U L S İ Y A S Ə T İ İ C M A L I. Yanvar Dekabr 2017 A Z Ə R B A Y C A N R E S P U B L İ K A S I M Ə R K Ə Z İ B A N K I

İllik maliyyə hesabatlarının tərtib olunması üzrə kommersiya təşkilatları üçün nümunəvi formalar. Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı)

İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİ XRAC CMALI. May AZEXPORT.AZ. iqtisadiislahat.org Made in Azerbaijan

EDİTÖR DEN. Aşk olsun böyle dostluğa ve kardeşliğe. Eşq olsun belə dostluğa. və qardaşlığa

ABŞERON AQROPARKI İNVESTİSİYA LAYİHƏSİ

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri Milli iqtisadiyyat

MÖVZU 5 Beynəlxalq iqtisadi münasibətlər sistemində kapitalın beynəlxalq hərəkəti

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

ENERJİ SƏMƏRƏLİYİ: DAVAMLI İNKİŞAF ÜÇÜN YENİ VASİTƏ. Azərbaycan şirkətlərin enerji səmərəyili ilə bağlı təçrübələrinin öyrənilməsi

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

2006-cı ilin yekunları üzrə pul siyasətinin yerinə yetirilməsi vəziyyəti haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

İQTİSADİ. Finansist. Təqdimat. AZƏRBAYCAN Azərbaycan TANAP (Transanadolu qaz kəməri) layihəsinin reallaşmasına hazırdır

SEKTORUN QİYMƏTLƏNDİRMƏSİ (İCMAL): ENERJİ 1

Azərbaycanda sosial müdafiə və sosial inteqrasiya

UniMiles 3 illik 100 AZN və ekvivalenti

Marketinq. Mehdiyev Əkbər

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

P U L S İ Y A S Ə T İ İ C M A L I. Yanvar Sentyabr 2018 A Z Ə R B A Y C A N R E S P U B L İ K A S I M Ə R K Ə Z İ B A N K I

TƏHSİL MÜƏSSİSƏLƏRİ ÜÇÜN MEBEL KATALOQU

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNHASİLATI ÜZRƏ ŞƏFFAFLIQ TƏŞƏBBÜSÜ 2013-CÜ İL ÜZRƏ HESABAT


xazarinshaat.az Ünvan: Nizami Rayonu, Özbəkistan küçəsi 23/34

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

AZƏRBAYCANIN DÜNYA İQTİSADİYYATINA İNTEQRASİYA PROSESİ

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Qlobaliqtisadiböhran və dövlətbüdcəsi:

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Nümunəvi. A müəssisəsinin taxıl məhsullarının emalı yönümlü. B i z n e s -p l a n ı. Xaçmaz rayonu 2002

AZƏRBAYCAN RESPUBLİKASININ MİNERAL EHTİYATLARININ HASİLATI İLƏ MƏŞĞUL OLAN SƏNAYE SAHƏLƏRİNDƏ ŞƏFFAFLIQ TƏŞƏBBÜSÜ ÜZRƏ KOMİSSİYA 30 iyun 2007-ci il

Türkiyədə mövcud tənzimləyici qaydalar

İqtisadiyyat nazirinin 2017-ci il 15 mart tarixli F-44 nömrəli əmri ilə təsdiq edilmişdir

AZERCELL TELEKOM MMC. 31 dekabr 2017-ci il tarixinə bitən il üzrə Konsolidə edilmiş maliyyə hesabatları

Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat. 1. Ümumi müddəalar

AZƏRBAYCAN RESPUBLİKASININ 2011-Cİ İL DÖVLƏT BÜDCƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Mobil cihazların qeydiyyatının aparılması Qaydası

AZƏRBAYCANIN İQTİSADİ SİYASƏTİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

21-ci İllik Qlobal CEO Sorğusu/Azərbaycan İmkanları yenidən kəşf edin

Kredit bürosu borcalanlar üçün əla imkanlar

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

Finansist Təqdimat. Ramil Bağırov EY: Şirkətin ən dəyərli sərvəti onun əməkdaşlarıdır

[18] 1. Ümumi müddəalar

Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi nin icra vəziyyəti

CARİ MƏNFƏƏT VERGİSİ ÜZRƏ KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 3 li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTI

MÖVZU 9. TİCARƏT NƏZƏRİYYƏSİ VƏ PRAKTİKASI

PE 100 BORULARI. su və qaz xətləri üçün POLİETİLEN BORU (PE 100) Keyfiyyətə üstünlük ver!!!

Transkript:

2011-Cİ İLİN YANVAR-SENTYABR AYLARI ƏRZİNDƏ AZƏRBAYCAN RESPUBLİKASININ RUSİYA FEDERASİYASI İLƏ TİCARƏT ƏLAQƏLƏRİ. 2011-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə ümumi ticarət dövriyyəsinin həcmi 2.121 78 mln. ABŞ dolları o cümlədən idxalın həcmi 1.223 65 mln. ABŞ dolları ixracın həcmi isə 898.13 mln.. ABŞ dolları təşkil etmişdir. Bu dövrdə Rusiya Federasiyasının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 7 97 faiz o cümlədən idxalda 17 81 faiz ixracda isə 4 55 faiz təşkil etmişdir. 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 2011-ci ilin yanvar-sentyabr ayları ərzində Rusiya Federasiyası ilə xarici ticarət dövriyyəsi 62 78 faiz o cümlədən idxal 57 58 faiz ixrac isə 70 43 faiz artmışdır. Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

Qeyd edək ki Rusiya və Azərbaycanın münasibətləri tarixində ilk dəfə iki ölkə arasında mal dövriyyəsi 2 milyard dolları ötüb və bu 2008-ci ildəki göstəricidən qat-qat çoxdur. Proqnozlara görə, 2011-ci ilin sonuna bu göstərici 2,7-2,8 mlrd. dollar səviyyəsinə çata bilər ki, bu da iki ölkənin xarici ticarətində nailiyyət olacaq. Qeyd edək ki, Azərbaycan hökumətinin son məlumatlarına görə, ölkə Rusiyanın 71 subyekti ilə ticarət əlaqələrinə malikdir. Onlardan 18-i ilə ticariiqtisadi, elmi-texniki və mədəni sahələrdə əməkdaşlıq haqqında saziş imzalanıb. Yaxın vaxtlarda Çeçen Respublikası və Tambov vilayəti ilə analoji sənədlərin imzalanması gözlənilir.

AZƏRBAYCANIN RUSİYA FEDERASİYASI İLƏ QARŞILIQLI XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ. Azərbaycan-Rusiya Federasiyası ölkələri arasındakı iqtisadi əlaqələrin çox dərin kökləri olmuşdur və 70 ildən artıq bir müddət ərzində bu ənənələr davam etməkdədir. Azərbaycan və Rusiyanın iqtisadi münasibətləri 2000-ci ildən başlayaraq bu günə qədər dinamik şəkildə yüksələn xətlə inkişaf edir. SSRİ dağıldığı zaman bütün yeni müstəqil dövlətlər, o cümlədən Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlərin həcminin kəskin şəkildə azalması ilə müşayiət edilən 90-cı illərin böhranı indi, əsasən, aradan qaldırılıb. Rusiya Federasiyasının (RF) MDB-dəki ticarət və iqtisadi tərəfdaşları arasında Azərbaycan Belarus, Ukrayna, Qazaxıstan və Türkmənistandan sonra aparıcı beşliyə daxildir. 2009-cu ilin göstəricilərinə görə, qarşılıqlı mal mübadiləsi ümumdünya iqtisadi maliyyə böhranı şəraitində belə, təxminən dörddə bir həcmdə azalsa da, 1.5 milyard dollardan artıq təşkil edir. Rusiya ilə əmtəə dövriyyəsi Azərbaycanın xarici ticarətində ən diversifikasiya olunmuş əmtəə nomenklaturalarına malikdir. 2010-cu ildə Rusiyanın Azərbaycana eksportu strukturunda mühüm hissəni ərzaq malları, maşınlar, avadanlıq nəqliyyat vasitələri, metal və metaldan hazırlanmış mallar, ağac və sellüloza-kağız məhsulları, kimya sənayesi məhsulları təşkil edirdi. 2010-cu ildə Rusiyanın Azərbaycandan importunu ərzaq malları, parça və parçadan məhsullar, mineral məhsullar, kimya sənayesi məhsulları, maşın və avadanlıq, metal və metaldan hazırlanmış mallar təşkil edirdi.

Rusiya Azərbaycanın idxal əməliyyatlarında birinci yeri tutur (15%-dən çox) və bizim ölkənin idxal etdiyindən iki dəfə artıq mal ixrac edir. Bununla bərabər, Rusiyanın Azərbaycana ixracının strukturunda təkcə enerji ehtiyatları və xammal deyil, teplovozlar, avtomobillər, digər maşınqayırma və yeyinti məhsulları da üstünlük təşkil edir. Digər ölkələrlə müqayisədə Azərbaycanın liderliyini saxlamaq üçün Rusiya Azərbaycana idxalın payını 17 4% artırıb.qeyd etdiyimiz kimi Azərbaycanın ümumi idxalında Rusiya birinci yeri tutur və ötən illərlə müqayisədə Rusiyanın burada payı 18 8% təşkil edir.azərbaycanın ümumi ixracında Rusiya 5-ci yeri tutur və digər illərlə müqayisədə burada Rusiyanın 4 8% təşkil edir.bu ilin sonuna kimi Rusiya ilə ticarət dövriyyəsinin həcminin 2.8-3 milyard dollara çatdırılması gözlənilir. QEYD: 2011-ci ildə Azərbaycanın ticarət saldosu 253 1 mln.dollar təşkil etmişdir. indeksi 2011-2012-ci illər üzrə Azərbaycanın rəqabət dərəcəsi 4.31-ə bərabər olmuşdur ki bununla da 142 ölkə içərisində 55-ci

yerdə qərarlaşmışdır. Azərbaycanda bir neçə yüzdən artıq Rusiya kapitallı müəssisə qeydiyyatdan keçsə də, bunlar daha çox kiçik və orta müəssisələrdir. İri müəssisələr arasında yalnız Lukoyl un və 2008-ci ildə Fransanın Kastel firmasından Xırdalan pivə zavodunu satın almış Baltika nın adlarını çəkmək olar. Rusiya-Azərbaycan iqtisadi münasibətlərinin zəif yeri müəssisələr arasında sovet dövründə mövcud olan kooperasiya əlaqələrinin itməsidir. Bu, nəinki SSRİnin dağılmasının, eləcə də Moskvanın Birinci Çeçen müharibəsi dövründə Azərbaycanla sərhədi bağlamaqla verdiyi səhv qərarın nəticəsidir ki, bununla neft, maşınqayırma, kimya və s. müəssisələrin ticarət əlaqələri qırıldı. Təəssüf ki, itmiş əlaqələri sərhədlər açıldıqdan sonra da bərpa etmək mümkün olmadı. O zaman Rusiyada analoji avadanlıqların və komplektləşdirici məmulatların yerli istehsalını təşkil etdilər, Azərbaycanın tədarükçü müəssisələri isə bağlandı və yaxud digər bazarlara tərəf üzlərini çevirdilər. Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın müasir bazar formaları zəif inkişaf edir. Bizim böyük şirkətlərimiz və banklarımız qarşılıqlı şəkildə bir-birinin aktivlərinə daxil olaraq, hələ də iş aparmırlar. Rusiya energetika şirkətləri Avropa və ABŞ-da bahalı, iqtisadi baxımdan şübhəli görünən sərmayələr qoydu və eyni zamanda, Azərbaycan ərazisində perspektivli layihələrdə iştirak etməkdən boyun qaçırdılar. Nümunə kimi Lukoyl un Azəri-Çıraq-Günəşli (AÇG) konsorsiumunda onun üçün ayrılan 10 faizlik payı yapon şirkətinə satması faktını xatırlamaq kifayətdir. Neftin qiymətinin sonralar kəskin şəkildə qalxması və

AÇG konsorsiumunun fəaliyyətinin davamlılığı fonunda bu qərar Lukoyl a bir milyard dollarlıq gəlir gətirsə belə, hazırda açıq-aşkar tələsik addım təsiri bağışlayır. Rusiya şirkətləri pessimist proqnozlara inanaraq, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri layihəsində iştirak etməkdən imtina etdilər. Halbuki, onun yüksək gəlirliliyi indi heç kəsdə şübhə doğurmur. Bu cür tələsik və düzgün işlənməmiş qərar qəbulunun nəticəsidir ki Rusiya Cənubi Qafqazda ən böyük enerji layihəsindən kənarda qalmışdır. Hazırda vəziyyətin müsbətə doğru irəliləyişi sanki hiss edilsə də, ancaq xüsusən Xəzər dənizinin enerji ehtiyatlarının kəşfiyyatı, hasilatı və tədarükü sahəsində əməkdaşlığın potensialından cüzi həcmdə istifadə edilir. Ölkələrimizdə bu sahədə üst-üstə düşən və uzlaşan maraqlar kifayət qədər çoxdur. Ən azından ona görə ki biz enerji daşıyıcılarının istehsalçılarıyıq və üçüncü bazarlarda qiymətlərin aşağı düşməməsində də həmçinin maraqlıyıq. Azərbaycan və RF-nin əməkdaşlığı Xəzər dənizində həyata keçirilən enerji layihələrində bu əlaqələrin rolunu nəzərə çarpacaq dərəcədə artıra bilər. Bakı dənizdə neft və qazın hasilatında əsaslı elmi və texniki potensiala malikdir. Demək olar ki, Sovet dövrünün yarım əsrlik təcrübəsi AÇG və Şahdəniz kimi böyük dəniz layihələrinin həyata keçirilməsi prosesində Azərbaycan mütəxəssislərinin qabaqcıl Qərb şirkətlərindən əldə etdikləri təcrübə ilə zənginləşmişdir. Azərbaycanın bütün ixtisaslaşmış donanması (geodeziya gəmiləri, dəniz kranları, borudüzən gəmilər, hərəkət edən qazma platformaları) qabaqcıl Qərb

texnologiyası əsasında modernləşdirilmişdir. Nəhayət, bizim ölkələrimiz tərəfindən Qərb banklarına yatırılan kapitalda ( Neft Fondu və Möhkəmləndirici Fond ) kəsir yoxdur və cüzi də olsa gəlir gətirir. İngilis-amerikan enerji nəhəngi olan BP və Norveçin Statoyl şirkəti ilə əməkdaşlıq edir, paralel olaraq Lukoyl və Qazprom ilə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) arasında belə bir strateji əməkdaşlıq səmərəli ola bilər. Qeyd edək ki, 2010-cu il 3 sentyabr tarixində Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə Bakıda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Qazprom arasında 2011-2012-ci illər ərzində qaz təchizatının həcminin artırılması barədə təbii qazın alqı-satqısı üzrə müqaviləyə əlavə olaraq razılaşma imzalanmışdır. Bu sənədə əsasən, Rusiya 2011-ci ildən başlayaraq il ərzində qaz idxalının həcmini 2 milyard kubmetrədək ikiqat artıracaq, 2012-ci ildən isə bu rəqəm 2 milyard kubmetrdən çox olacaqdır.bu müqavilə hələ də sual altında qalan Nabukko qaz kəməri layihəsinin müəllifi Rusiya olan Knyaz İqor qaz kəməri layihəsi ilə əvəz olunmasına da stimul verir. Maraqlıdır! Nabukko Cüzeppe Verdinin Knyaz İqor isə Aleksandr Borodininin müəllifi olduqları operaların adından götürülmüşdür. Qeyd: Hazırda Qazprom Azərbaycan qazının hər min kubmetrinə görə 240-245 ABŞ dolları ödəyir. Bu, Qazprom un MDB məkanında

ödədiyi ən yüksək satınalma qiymətidir. Bununla bərabər, Rusiya Azərbaycan qazının hər min kubmetrini Ukraynaya öz zərəri bahasına, 230 ABŞ dollarına satır. Azərbaycanın ixracyönümlü neft və qaz boru kəmərləri Rusiya ərazisinə daxil olmadan qısa marşrutla Gürcüstan və Türkiyədən keçir. Ancaq bu halda da biz Bakı-Novorossiysk boru kəmərini işlək vəziyyətində saxlayırıq və ildə onunla 2 milyon ton həcmində neft ötürürük. Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında 18 yanvar 1996-cı il tarixli Rusiya Federasiyası ərazisindən neft tranziti haqqında Müqavilənin şərtlərinə uyğun olaraq, Azərbaycan tərəfi Bakı-Novorossiysk marşrutu ilə neft daşımalarını həyata keçirir. 2010-cu ildə bu marşrutla 2,25 mln.t. neft ötürülmüşdür. Bakı üçün neft və qazın daşınması ilə bağlı müxtəlif marşrutların üstünlüyü aydındır. Rusiyanın Ukrayna və Belarus kimi ona yaxın, qardaş sayılan ölkələrlə də neftin və qazın tranziti məsələlərində çətinliklərlə üzləşdiyini müşahidə edirik. Qazaxıstan və Türkmənistanın da öz növbələrində Rusiya ilə analoji mübahisələri mövcuddur. Boru kəməri məsələsində Azərbaycan da artıq Türkiyədən və Gürcüstandan ifrat asılılığın gətirdiyi məsrəfləri hiss edir. Belə ki, həm Azərbaycan, həm də Rusiya üçün enerji ehtiyatlarının istehlakçılara çatdırılmasının bütün variantlarını nəzərdən keçirmək sərfəlidir, çünki bu, bir-birinin boru kəməri imkanlarından yararlanmasını sığortalamaqda çox sərfəlidir. Bununla əlaqədar, Rusiyanın Bakı-Tbilisi-Ceyhan neft kəmərinə münasibətini

bir daha dəyərləndirmək olar. Məlum olduğu kimi, Novorossiysk terminalları bu gün təxminən 40 milyon ton Rusiya, 15 milyon ton Qazaxıstan və 2 milyon ton Azərbaycan neftini qəbul edib tankerlərə yükləyir.artıq bu həcmlər adı çəkilən liman üçün yüksək ekoloji problem yaradır. Gələcəkdə, Xəzər boru konsorsiumunun (KTK) ikinci xətti inşa edildikdən sonra 30 milyon Qazaxıstan / neftini də bu mövcud həcmə əlavə etməyə lüzum yaranacaqdır. Artəq mətbuatda belə bir məlumat verilmişdir ki, Lukoyl Xəzər dənizinin şimalında təxminən 1 milyard barel həcmində yeni yatağın kəşfiyyatını aparır. İndi isə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qeyri neftqaz sektoru sahələrində olna qarşılıqlı əməkdaşlığına nəzər salaq. Azərbaycanla xarici iqtisadi əlaqələrə Rusiyanın 500-dən artıq müəssisəsi və təşkilatı cəlb olunub. Son iki il ərzində Rusiya biznesi Azərbaycanda qeyri energetika sahəsində bir sıra investisiyalar həyata keçirmişdir. 2009-cu ildə Rusiya Xarici Ticarət Bankı (XTB) AF Bank ASC 51% aksiyasını əldə edərək onun rebrendinqini keçirib, XTB Bank ASC (Azərbaycan) adlandırmışdır. Hal-hazırda 100 mln. ABŞ dolları həcmində kredit təqdim olunan 5 layihə müzakirədədir. 2010-cu ilin iyun ayında Bakıda nümayəndəliyinin açılması ilə əlaqədar Azərbaycan bank sektorunda Rosselxozbank ın fəaliyyətinin genişlənməsi üzrə imkanlar yaranıb. Azərbaycanda Rusiya tərəfindən 3 mln. ABŞ dollarından artıq sərmayə qoyulmuş betonit gilinin istehsalı üzrə Rusiya-Azərbaycan müştərək müəssisəsi işləyir. Xırdalan qəsəbəsində 20 mln. ABŞ dolları qiymətində olan pivə zavodunun modernizasiyası həyata keçirilib (2009-cu ildə Baltika şirkəti Sankt-Peterburq şəhəri tərəfindən alınıb), şəxsi

malın emalına başlanmışdır. Azərbaycan şirkəti Azərsun xoldinq 2 sentyabr 2010-cu il tarixdə Beloreçensk şəhərində (Krasnodar vilayəti) 2,25 mln. ABŞ dolları qiymətində olan çayın qablaşdırması fabrikini istismara vermişdir. Əlavə olaraq çay plantasiyalarının bərpası üçün 6 mln. ABŞ dollar vəsait qoymağı planlaşdırır. Həmin şirkət gücü 50 mln. şərti banka təşkil edən meyvə-tərəvəz emalı üzrə zavodun inşası layihəsinin icrasına başlayıb ki, ilkin mərhələsində 8 mln. ABŞ dolları sərmayənin xərclənməsi nəzərdə tutulub. Rusiya-Azərbaycan ticari-iqtisadi əlaqələrin inkişafında və əmtəə dövriyyəsində bölgələrarası əməkdaşlıq mühüm rol oynayır. Hal-hazırda Rusiya Federasiyasının 71 subyektinin müəssisəsi Azərbaycanla birbaşa əməkdaşlıq edir. Rusiyanın 15 bölgəsi Azərbaycanla müvafiq ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında müqavilələr imzalamışdır. İndi Azərbaycan ilə Rusiya arasındakı iqtisadi əməkdaşlığın inkişaf dinamikasının necə dəyişdiyini görə bilmək üçün ötən illərin göstəricilərinə və onların müqayisəsinə nəzər salaq. Ticari-iqtisadi fəaliyyətdə ikitərəfli əməkdaşlığın inkişafına göstərilən qarşılıqlı maraq qarşılıqlı ticarətin müsbət artım dinamikasını - əsrin birinci onilliyi üçün səciyyəvi olan tendensiyanı şərtləndirdi. Beləliklə, 2007-ci illə müqayisədə 2008-ci ildə ölkələr arasında xarici ticarət dövriyyəsi 39,3% yüksəlmiş və 2,403 milyard ABŞ dolları təşkil etmiş, Rusiyadan Azərbaycana ixrac 42,6% yüksələrək

1991,1 milyon ABŞ dolları, Azərbaycandan Rusiyaya idxal isə 25,4% yüksələrək 411,4 milyon ABŞ dolları təşkil etmişdir. Bununla qarşılıqlı ticarətdə qeyrixammalın həcminin artmasını qeyd etmək vacibdir. 2007-ci il yanvar ayının 1-dən Azərbaycana Rusiya qazının verilməsinin dayandırılmasına baxmayaraq, əmtəə dövriyyəsində müsbət dinamika qorunub saxlanılmışdır. Bununla onun strukturunda qeyri-xammal məhsullarının artımına doğru dəyişiklik olmuşdur. Dünya maliyyə böhranı nəticəsində iki ölkə arasında ticarət səviyyəsinin enməsi də nəzərdən qaçırılmayacaq və önəmli məsələlərdəndir. 2008-ci illə müqayisədə 2009-cu ildə ikitərəfli əmtəə dövriyyəsi 25,2% azalaraq 1779,5 milyon ABŞ dolları, Rusiyadan Azərbaycana ixrac 25,3% azalaraq 1468,3 milyon ABŞ dolları, Azərbaycandan Rusiyaya idxal isə 24,5% azalaraq 311,2 milyon ABŞ dolları təşkil etmişdir. Bu mənfi tendensiya 2010-cu ildə də davam etməkdədir. 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 2010-cu ilin yanvar-iyun aylarında ikitərəfli əmtəə dövriyyəsi 6,3% azalaraq - 752,4 milyon ABŞ dolları, Rusiyadan Azərbaycana ixrac 12% azalaraq 604,8 milyon ABŞ dolları, bununla yanaşı Azərbaycandan Rusiyaya idxal 27,7% artaraq 127,7 milyon ABŞ dolları təşkil etmişdir. Eyni zamanda, şübhəsiz ki, ölkələr arasında ikitərəfli əməkdaşlığın inkişafında müsbət dəyişikliklər olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 2010-cu ilin yanvar-iyun aylarına dair yekun göstəricilərinə müvafiq olaraq, Rusiya Federasiyası Azərbaycan iqtisadiyyatına 1,9 milyon manat (2,9 milyon ABŞ dolları) (0,4%) məbləğındə investisiya qoyaraq, 18 əsas investor

ölkə arasında 7-ci yeri tutmuşdur. Bununla bərabər qeyd etmək vacibdir ki, Rusiyanın investisiyaları, əsasən, qeyri-neft sektoruna yönəlmişdir.