BİOLOGİYA YEKUN IMT( AZ)

Benzer belgeler
BİOSFER

Azərbaycanın fiziki coğrafiyası İzahat vərəqəsi

BİOSFER. Talıblı Pərviz Qrup: 400

AZƏRBAYCAN HAVA YOLLARI QAPALI SƏHMDAR CƏMİYYƏTİ MİLLİ AVİASİYA AKADEMİYASI REFERAT İXTİSAS: QRUP: FƏNN:

Dərinlik, sm. Kəsimlərin qoyuluduğu düzənlik əraziləri. Humus Azot CO2 C/N

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

B) I - 2; II - 1; III - 3; IV - 4 C) I - 5; II - 4; III - 2; IV - 1 D) I - 3; II - 5; III - 4; IV - 1 E) I - 4; II - 3; III - 2; IV

KƏND TƏSƏRRÜFATI ÜZRƏ ELEKTRON QİYMƏT İNFORMASİYA PORTALININ STRUKTURUNA VƏ FƏALİYYƏTİNƏ DAİR TƏLİMAT. I. Ümumi bölmə

TİTUL VƏRƏQİ MƏKTƏBLİLƏRİN KİMYA FƏNNİ ÜZRƏ RESPUBLİKA OLİMPİADASI FİNAL MƏRHƏLƏSİ IX SİNİF. İştirakçı S.A.A. Şəhər, məktəb

11-ci sinif Coğrafiya. Respublika Fənn Olimpiadaları. Rayon (Şəhər) mərhələsi. Soyad. Məktəb

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

Mənbə- A V R O P A Ümumi icmal Qərbi Avropa Coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil

RESPUBLİKA FƏNN OLİMPİADALARI

Azərbaycan Dövlət İqtİsad Unİversİtetİ Qİda məhsullarının texnologiyası kafedrası Fənn: İaşə müəssisələrinin avadanlıqları

C OĞRAFİYA. (II ixtisas qrupu üçün) Coğrafiya

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ

ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ QƏBUL İMTAHANI

Mündəricat. Giriş...3

9-cu sinif Coğrafiya. Respublika Fənn Olimpiadaları. Rayon (Şəhər) mərhələsi. Soyad. Məktəb

Su duz mübadiləsinin endokrin tənzim mexanizmləri

Heyvanlar Aləmi Fənni Üzrə

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

9-cu sinif Biologiya. Respublika Fənn Olimpiadaları. Rayon (Şəhər) mərhələsi. Soyad. Məktəb

EFİOPİYA VƏ SOMALİNİN KƏND TƏSƏRRÜFATININ MÜQAYİSƏLİ SƏCİYYƏSİ

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

PE 100 BORULARI. su və qaz xətləri üçün POLİETİLEN BORU (PE 100) Keyfiyyətə üstünlük ver!!!

Mənbə- AFRİKA

Behruz Melikov. Hidrologiya.

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

Biologiya 7. Y.Seyidli, X.Əhmədbəyli, N.Əliyeva ISBN (1)

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

İllik maliyyə hesabatlarının tərtib olunması üzrə kommersiya təşkilatları üçün nümunəvi formalar. Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı)

RESPUBLİKA FƏNN OLİMPİADALARI

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

ELM VƏ TƏHSİL MƏRKƏZİ TƏFƏKKÜR UNİVERSTETİ MÖVZU: RELYEFİN İNKİŞAF TARİXİ TƏLƏBƏ: MƏMMƏDOVA ÜLKƏR KURS: I QRUP: 410 İB

Melikov Behruz. Mühazirə 1

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

2015-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında Biologiya fənni üzrə istifadə olunmuş test tapşırıqları

Movzu: Canlı orqanizmlərin sistematikaksının əsasları. Müasir sistematikanın vəzifələri.

Marketinq. Mehdiyev Əkbər

Biologiya tədrisi sisteminin formaları

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

Aqrokimyəvi əhəmiyyətinə görə gübrələr birbaşa və dolayı gübrələrdən ibarətdir.

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

G. Ə. Qurbanova ÜMUMİ.. Zn* 2 ~Zn +2

Milli Aviasiya Akademiyası. Kafedra:"Aviasiya meteorologiyası" Fakültə: "HN" İxtisas: "Hidrometeorologiya" Fənn: "İqlimşünaslıq"

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

1246_Az_Q18_Qiyabi_Yekun imtahan testinin sualları Fənn : 1246 Alternativ yanacaqlar və onların tətbiqinin ekoloji təhlükəsizliyi

MAGİSTR DİSSERTASİYASI AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ MAGİSTRATURA MƏRKƏZİ.

Mövzu 21:Bioqaz istehsalı və tullantısız (aztullantılı) texnologiyaların kənd təsərrüfatında tətbiqi

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ. Kafedra: Metrologiya, standartlaşdırma və keyfiyyətin idarəə olunması

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

MÜHAZIRƏ 13. YUMURTA VƏ YUMURTA MƏHSULLARININ MİKROBİOLOGİYASI

Ekologiyanın müasir problemləri fənnindən II kollokvium üçün suallar Esgerova Mehriban 258m

b) Kişi cinsi hormonlar. (C 19 steroidlər). R=CH 3 androgen; c) C 18 steroidinə malik hormonlar. R=H estran.

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

Tapşırıq 1. 1 xal. Nüvə reaksiyasında hansı hissəcik buraxılıb? Nəzərə alın: dörd ehtimal cavabdan yalnız biri düzdür.

xazarinshaat.az Ünvan: Nizami Rayonu, Özbəkistan küçəsi 23/34

Beləki bütün texnoloji proseslər müxtəlif üsullarla aparilsada, ümumi halda prosesi iki hissəyə ayirmaq olar :

AZƏRBAYCANIN FAYDALI QAZINTILARI

Ana kart (Motherboard)

Mühazirə 6: Kation və Anion polimerləşmənin xüsusiyyətləri

Qida fiziologiyası. müəl., b.ü.f.d. BABAŞLI A.Ə.

BAĞBANIN KONSPEKTİ ASİF MEHRALIYEV. Rəyçilər: Bayramov Arif Əli oğlu biologiya elmləri doktoru, professor

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

Created in Master PDF Editor - Demo Version. Created in Master PDF Editor - Demo Version

M Ü H A Z İ R Ə

Torpağın ağır metallarla çirklənməsi

BÖYÜK DƏCCAL Amerika

HƏR SUALA BİR CAVAB. Kainat nə boydadır?

AZƏRBAYCANDA İSTEHSAL OLUNAN VƏRƏMUMUN BAŞLICA KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ. Doc. Dr. ELSEVƏR ƏSƏDOV

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

2014-cü ilin üçüncü rübünün nəticələri

RG-6 və RG-8 kabelinin fərqi hansıdır? A)omeqa dəyəri B)uzunluğu C)Qalınlığı D)Rəngi E)Heç biri

Fəsil 14 Ümumi layihə qiymətləndirməsi

Toxuma inkişafı patologiyasının müasir cəhətləri (hipertrofiya,hiperplaziya,metaplaziya,regenerasiya,degen erasiya,atrofiya,apoptoz və şişlər).

ELBRUS ƏLİZADƏ, NƏRMİNƏ SEYFULLAYEVA İRKƏN AKTOPRAK, YELENA ŞABANOVA

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Analitik Kimya Fənni Üzrə İmtahan Suallarının Cavabları

10-cu sinif Coğrafiya. Respublika Fənn Olimpiadaları. Rayon (Şəhər) mərhələsi. Soyad. Məktəb

Vəli Əliyev. Qarabağ. (Qədim dövr)

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

Keyfiyyətə üstünlük ver!!! Suvarma Sistemləri

Serbest iş 5. Azerbaycan Hava Yolları Qapalı Sehimdar Cemiyyeti. Milli Aviasiya Akademiyası

ABŞERON AQROPARKI İNVESTİSİYA LAYİHƏSİ

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam

Xammal və enerji daşıyıcı problemlərinin həll edilməsi yolları Müasir beynəlxalq münasibətlərin ən aktual məsələləri sırasına qloballaşan dünyanın

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

Azərbaycanda Nəzərdə tutulan milli səviyyədə müəyyən edilmiş töhfələrin hazırlanası üzrə Milli Seminar/ İşçi Qrupunun 3-cü iclası

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

Alimlərin fermerlərlə əlaqəsinə yardım ictimai birliyi Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya institutu G.Ə.MUSTAFAYEVA, D. V.

Respublikanın ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün Ümumi biologiya dərsliyi

Kredit bürosu borcalanlar üçün əla imkanlar

Transkript:

BİOLOGİYA YEKUN IMT( AZ) 1. Biosferin quruluşu və sərhədləri. Biosfer Yer kürəsində canlıların yaşadığı mühitdir. Biosferin sərhədləri aşağıdakılardır. A) Bütün hidrosfer. Məlumdur ki, su olan yerdə həyat da mövcuddur. Bütün dəniz, göl, çay bataqlıq, yeraltı sularda canlılar yaşayır. Hətta dünyanın ən dərin yeri olan Sakit okeandakı Marian çökəkliyində də (11022 m) mikroorqanizmlər tapılmışdır. B) Litosferin üst qatı. Yer qabığının üst qatını torpaq təşkil edir. Torbaq üzvi çürüntülərlə zəngin olan bir qatdır. Burada bitkilərin kökləri, qurdlar, soxulcan, köstəbət və s. yaşayır. C) Atmosferin alt qatı. Atmosferin hündürlüyü 3000 km-dir. Ən hündürdə uçan quş olan qartal 10 km hündürədək qalxır. Bundan başqa, külək bitkilərin tozcuqlarını 22 km hündürədək qaldırır. 2.Zonallıq və azonallıq. Yer kürəsində bütün iqlim qurşaqlarının zonal şəkildə qütblərdən ekvatoradək bir-birini əvəz etməsi nəticəsində təbii zonalar yaranmışdır. Bu təbii zonalar birbirini qanunauyğun olaraq əvəz edir. Lakin materiklərdə təbii zonaların tam zolaq əmələ gətirməsi pozulur. Buna səbəb dağlardır. Belə ki, dağlarda hündürə qalxdıqca, havanın temperaturu aşağı düşdüyündən, burada şaquli qurşaqlar yaranır. 3. Ritmiklik və bütövlük. Ritmlər üç cür oluur. 1) Sutkalq rimlər. Bunlar Yeri öz oxu ətrafında 24 saata fırlanması nəticəsində gecə ilə gündüzün yaranmasından ibarətdir. 2) İllik ritmlər. Bunlar Yerin Günəş ətrafında dövr etməsi nəticəsində əmələ gələn 4 fəsildir, yəni, qış, yaz, yay, payız. 3) Çoxillik ritmlər. Məsələn, hər 60-70 ildən bir Xəpər dənizinin səviyəsi gah qalxır, gah da düşür. Bütövlük dedikdə, coğrafi təbəqənin ünsürləri, yəni iqlim, torpaq, bitki örtüyü, heyvanlar aləmi, landşaft bir-biri ilə bütöv bir system yaradır. Bunlardan biri dəyişdikdə, bu bütövlük pozulur, digərləri də ona uyğun olaraq dəyişir. 4.Yer kürəsinin təbii zonaları. Yer kürəsində aşağıdakı təbii zonalar vardır: Arktik və antarktik səhralar, tundra və meşə-tundra, iynəyarpaqlı tayqa meşələri, qarışıq meşələr, enliyarpaqlı meşələr, meşə-çöl və çöl, yarımsəhra, səhra, sərtyarpaqlı həmişəyaşıl meşə və kolluqlar, savanna və seyrək meşələr, dəyişən rütubətli musson meşələri, rütubətli ekvatorial meşələr. 5. Biosferdə maddələrin dövranı. Biosferdə bir-biri ilə qarşılıqlı əlaqədə olan 7 maddə dövran edir: canlı maddə, biogen maddə, radioaktiv maddə, kosmik mənşəli maddə, seyrək yayılmış atomlar, atil maddə, biokos maddələr. Təbiətdə 2 əsas maddələr dövranı vardır: böyük (geoloji) və kiçik (biogeokimyəvi) dövran.

6. Suyun böyük və kiçik dövranı. Təbiətdə suyun 2 dövranı var: böyük və kiçik. Kiçik dövranda su ocean səthindən buxarlanaraq atmosferə daxil olur və buludlar yaranır. Sonra bu buludlardan yağan yağış vasitəsilə yenidən okeana qayıdır. Böyük dövranda isə okeandan buxarlanan su atmosferə daxil olur və buluda çevrilir. Külək bu buludları materikə doğru qovur, burada yağan yağışdan düşən su çaylar və yeraltı sular vasitəsilə yenidən okeana daxil olur. 7. Bitkilərin su balansı. Bitkilərin ümumi kütləsinin çox böyük bir hissəsini su təşkil edir. Su olmadıqda bitkilər məhv olur. Bitki suyu torpaqdan kökü vasitəsilə alır. Su balansının pozulması bitkilərdə bir sıra xəstəliklərə və fəsdalara gətirib çıxara bilər. 8. Yer kürəsində oksigenin əsas mənbələri. Yer kürəsində oksigenin ən əsas mənbəyi bitkilər, daha doğrusu meşələrdir. Təsadüfi deyildir ki, Cənubi Amerikadakı 7 milyon kv. km. sahə tutan Amazoniya meşələrini Yer kürəsinin ağ ciyərləri adlandırırlar. Bundan başqa, mülayim qurşağın tayqa və enliyarpaqlı meşələri də oksigen əmələ gəkməsində böyük rol oynayırlar. 9. Atmosferin ümumi sirkulyasiyası və iqlim xüsusiyyətləri. Atmosferin ümumi sirkulyasiyasına qlobal miqyaslı küləklər, o cümlədən, rassatlar, mussonlar, qərb küləkləri, həmçinin, yerli küləklər aiddir. Yer kürəsində 13 iqlim qurşağı vardır: 1 ekvatorial, 2 subekvatorial, 2 tropik, 2 subtropik, 2 subtropik, 2 mülayim, 2 subqütb və 2 qütb. Bundan başqa, Yer kürəsində 13 iqlim tipi var. 10.Atmosferdə fiziki və kimyəvi amillər. Atmosferdə bir sıra fiziki hadisələr baş verir. O cümlədən, göy gurultusu, ildırım çaxması, göy qurşağı, qütb parıltısı, ilğım və s. 11. Bitkilərdəki enerji mübadiləsində atmosferin rolu. Bitkilərdə gedən fotosintez prosesində atmosferin çox böyük rolu var. Fotosintez zamanı bitkilər havadakı karbon qazını udaraq, əvəzində havaya oksigen qazını buraxırlar. Bitkilərin tənəffüsü zamanı isə oksigeni udub, karbon qazını havaya buraxırlar. 12. Litosferin quruluşu. Yer kürəsi dərinə doğru 3 qatdan ibarətdir: yer qabığı, mantiya, nüvə. Yerin daxilinə doğru hər 33 m-dən bir temperatur 1 dərəcə ataraq, nüvədə 3500 dərəcəyə çatır. Litosferə yer qabığı və mantiyanın üst qatı aiddir. Yer qabığı 3 qatdan ibarətdir: çökmə süxurlar, basalt, qranit. 13. Torpaq, onun quruluşu, humus qatı.

Yer qabığının üst qatını torpaq təşkil edir. Torpaq özü humus qatından və xırdalanmış süxurlardan ibarətdir. Humus qatı torpağın üzvi çürüntülərələ zəngin olan qatıdır. Bu qat nə qədər qalın olsa, torpaq bir o qədər məhsuldar olur. Dünyada ən qalın humus qatı qara torpaqlardadır (1m). Bu qara torpaqlar mülayim qurşağın çöl və meşə-çöl zonasında yerləşir. Bundan başqa Yer kürəsində qırmızı, sarı, boz, qəhvəyi, qonur, şoran, podzol torpaq tipləri var. 14. Torpaqəmələgətirən proseslər. Yer kürəsində torpaq əmələgətirən amillərdən ən başlıcası bitki və heyvan qalıqlarının çürüntülərindən yaranan üzvi maddələrdir. Bundan başqa torpağın yaranmasında iqlim, relyef, ana süxurlar da müəyyən rol oynayır. 15. Bitkilərin enerji mübadiləsində litosferin rolu. Bitkilərin enerji mübadiləsində litosferin əsas rolu ondadır ki, bitkinin kökü torpaqdadır və bitki məhz bu kök vasitəsilə torpaqdan suyu və üzvi maddələri özünə çəkir. Bundan başqa, torpaq həm də bitkilərin qoruyucusu kimi də tanınır. (xüsusilə, quraqlıq zamanı). 16. Hidrosferin quruluşu və tərkibi. Hidrosferə okeanlar, dənizlər, göllər, çaylar, su anbarları, kanallar, bataqlıqlar, yeraltı sular, buzlaqlar aiddir. Bütün suyun 96%-I duzludur, yəni okeanların payına düşür. Şirin su cəmi 4%-dir, bunun da tən yarısl, yəni 2%-I Antarktida və Qrenlandiya buzlaqlarının payına düşür. Beləliklə, insanın istifadə etdiyi su cəmi 2% təşkil edir. 17.Bitkilərin enerji mübadiləsində hidrosferin rolu. Bitkilərin enerji mübadiləsində suyun böyük rolu var. Suda yaşayan yosunlar sudan müxtəlif duzlar, yod, brom, natrium və s. əldə edirlər. Bitkilər də öz növbəsində suyu oksigenlə zənginləşdirirlər. 18.Ekosistem, onun quruluşu. Müəyyən bir ərazidə bitki və heyvanların cəmi ekosistemin əsasını təşkil edir. Buraya həmçinin, onların yaşadığı mühit, torpaq və s. aiddir. Ekosistemdə baş verən hər hansı bir dəyişiklik onun bütün digər ünsürlərində özünü göstərir. 19. Abiotik amillər. Abiotik amillərə torpaq, su, iqlim, havanın temperaturu, relyef, landşaft, süxurlar, havanın rütubətliyi, təzyiq və s. aiddir. Bunlardan hər biri bitkilərə müəyyən təsir göstərir. 20. Biotik amillər. Biotik amillərə heyvanlar, bitkilər, göbələklər, mikroorqanizmlər, bakteriyalar aiddir.

21.Litosferin quruluşu. Yer kürəsi dərinə doğru 3 təbəqədən ibarətdir: yer qabığı, mantiya, nüvə. Yerin dərininə doğru getdikcə, temperatur hər 33 metrdən bir 1 dərəcə artaraq, nüvədə 3500 dərəcəyə çatır. Litosferə yer qabığı və mantiyanın üct təbəqəsi aiddir. Yer qabığı 3 lay süxurdan ibarətdir: çökmə süxurlar, qranit və bazalt. Materiklərdə bu 3 layın hamısı var, lakin okeanların altında yalnız bunlardan ikisi var: çökmə süxurlar və bazalt. Burada qranit yoxdur. 22. Torpaq, onun quruluşu, humus qatı. Litosferin yst qatını torpaq təşkil edir. Torpaq üstdə humus qatından, altda isə ana süxurlardan ibarətdir. Humus qatı torpağın üzvi çürüntülərlə zəngin olan qatıdır. Humus qatı nə qədər qalın larsa, torpaq da bir o qədər münbit olar. Yer kürəsində ən qalın humus qatı qara torpaqlardadır, burada onun qalınlığı 1 metrdir. Bu qara torpaqlar mülayim qurşağın cöl və meşə-çöl zonalarındadır. Yer kürəsində, bundan başqa, digər aşağıdakı torpaq tipləri vardır: tundrada qleyli və bataqlıq, tayqada podzol, qarışıq meşələrdə çimli podzol, enliyarpaqlı meşələrdə qonur və qəhvəyi, yarımsəhrada boz və şoran, səhrada qumlu, savannada qırmızı ferralit, ekvatorial meşələrdə qırmızı-sarı ferralit. 23.Bitkilərin enerji mübadiləsində litosferin rolu. Litosferin üst qatı olan torpaq bərk hissəcikləri hava və su ilə əhatələnənmürəkkəb üç fazalı sistemdir. Onun boşluqları qaz qarışığı və su məhsulları ilə dolduğu üçün orada bir şox mikro və makroorqanizmlərin həyatı üçün əlverişli olan olduqca müxtəlif şərait yaranmışdır. Torpaqda bitkilərin yerüstü, tərkibində isə kök sistemləri yerləşir. Torpağın tərkibində külli miqdarda göbələklər, göy-yaşıl və b. Yosunlar, eyni zamanda mikroorqanizmlər fəaliyyət göstərir.onlar torpağın həm üst, həm də alt təbəqəsində yaşayaraq, üzvi maddələr sintez edir, torpağı oksigenlə zənginləşdirir. 24. Hidrosferin quruluşu və tərkibi. Hidrosfer Yerin su təbəqəsidir. Hidrosferin yaranmasında 3 fərziyyə var. 1) vulkan püskürmələri zamanı lavadan ayrılan su. 2) meteoritlərdən ayrılan su. 3) kosmosdan gələn su. Yer kürəsindəki bütün suyun 96 %-ni duzlu su təşkil edir və bu su okeanlardadır. Şirin su cəmi 4 %-dir ki, bunun da 2 %-i Antarktida və Qrenlandiya buzlaqlarındadır. Beləliklə, insanın istifadə edə biləcəyi su cəmi 2 % təşkil edir ki, bu da çay, gıl bataqlıq və yeraltı sularda cəmlənmişdir. 25.Bitkilərin enerji mübadiləsində hidrosferin rolu. Su calıların fəaliyyətində ən mühüm əhəmiyyətə malikdir. O, biokimyəvi reaksiyalar üçün əsas mühit olan protoplazmanın tərkib hissəsidir. Qida maddələri bitkilərdə əsasən su məhsulu şəklində dövr edir, bu şəkildə də orqanizmlərdən dissimilyasiya məhsulu yüksək dərəcədə ixrac edilir.orqanizmə suyun daxil olması və onun ətraf mühitə verilməsi ali bitkilərdə kök vasitəsilə baş verir. Bitkilər kökləri vasitəsilə torpaqdan suyu və üzvi maddələri sorurlar.

26.. Ekosistem, onun quruluşu. Bitki və heyvanlar təbiətdə bir-biri ilə qarşılıqlı əlaqədə olan qruplar halında yaşayırlar. Belə qruplar müxtəlif populyasiyalardan ibarət olur. Növ populyasiyalarının oxşar mühit şəraitində yaratdığı bu cür qruplaşmalar biogeosenozları yaradırlar. Biogeosenoz yer səthinin canlılardan və onların yaşayış mühitindənibarət eyni tipli birgə yaşayış sahəsidir. Buna ekosistem deyilir. 27. Abiotik amillər. Abiotik amillərə işıq, temperatur, relyef, su, torpaq, radiasiya aiddir. İşıq amili butkilərin həyatında fotosintez prosesinin həyata keçməsi üçün həlledici rol oynayır. Məhz Günəşin işığı sayəsində bitkilərdə fotosintez prosesi baş verir. Su da bitkilərin həyatında mühüm rol oynayır. Belə ki, su olmadıqda bitkilər məhvə məhkumdur. Torpağın rolu odur ki, bitkilər qidalı üzvi maddələri kğk vasitəsilə məhz torpaqdan sorurlar. Relyef amilinin rolu odur ki, düzənlikdə bitən bitkilərlə dağ yamaclarında bitən bitkilər bir-birindən fərqlənirlər. Temperatura gəldikdə isə, nitkilər soyuq sevən və isti sevən olmaqla 2 qrupa bölünürlər. 28. Biotik amillər. Biotik amillərə canlı orqanizmlərin bir-birilə qarşılıqlı əlaqə və təsir formaları aiddir. Bunlar aşağıdakılardır: Neytralizm hər 2 növ müstəqildir və bir-birinə təsir göstərmir. Rəqabət növlərdən hər biri digərinə əlverişsiz təsir göstərir. Mutalizm növlər bir-birindən ayrılıqda yaşaya bilməz. Protokooperasiya (həmrəylik) hər 2 növ qruplaşma əmələ gətirir. Kommensalizm növün biri bir yerdə yaşadığı növdən fayda götürür, digəri isə götürmür. Amensalizm növün birinin böyüməsinə və inkişafına digər növ təsir göstərir. Parazitlik parazit növ öz sahibinin böyümə və çoxalmasını ləngidir və hətta onu məhv edir. Yırtıcılıq orqanizm öz ovuna hücum edir və onunla qidalanır. Antropogen amillər insanın bitkilərə göstərdiyi təsirdir. 29. Qida zənciri. Trofik səviyyələr. Qida zəncirində hər bir həlqənin yerini trofik səviyyə adlandırırlar.!-ci trofik səviyyə - produsentlər üzvi kütləni əmələ gətirirlər. Bunlara bütün bitkilər aiddir. Qalanları isə konsumentlərdir. 2-ci trofik səviyyəyə bitki yeyən heyvanlar, 3-cü trofik səviyyəyə isə ət yeyən heyvanlar aiddər. Redusentlər məhv olmuş bitki qalıqlarını minerallaşdıran göbələklər və bakteriyalar aiddir. 30.Canlılarda maddələr və enerji mübadiləsi. Bitkilər Günəş işığının təsiri altında fotosintez prosesinin keçirirlər. Bu zaman bitkilər karbon qazını udaraq, atmosferı oksigen buraxırlar. Bu proses bitkilərin yaşıl yarpaqlarındakı xlorofil adlanan orqanoidlərdə gedir. Bitkilər üzvi maddələr hazırlayırlar. Otyeyən heyvanlar bitkilərlə qidalanaraq, onları mənimsəyirlər. Ətyeyən heyvanlar isə otyeyənlərlə qidalanaraq, onları mənimsəyirlər. Beləliklə, enerji və maddələr mübadiləsi bu qayda ilə davam edir.

31.Ekoloji amillər. Ekoloji amillərə işıq, temperatur, su, torpaq,atmosfer hadisələri, külək, relyef, və antropogen amillər aiddər. Hər bir ekoloji amil intensivliyinə görə 3 cür ola bilər: minimum, maksimum və optimum. Əgər ekoloji amil kifayət deyilsə, minimum, həddən artıqdırsa, maksimum, normaya uyğundursa, optimum adlanır. Ekoloji valentlik (və ya ekoloji amplituda) növün hər hansı bir ekoloji amilin geniş diapozonunda yaşaya bilməsi qabiliyyətidir. 32. İşıq amili. Işıq amilinə görə bitkilər 3 qrupa bölünür: 1) işıqsevən bitkilər (heliofitlər) məsələn, tundra, susuz səhra və çöl bitkiləri. 2) kölgəyədavamlı bitkilər (fakultativ heliofitlər) - əksər çəmən bitkiləri. 3) kölgəsevən bitkilər (sumofitlər) - əksər meşə bitkiləri. Fotoperiodizm müxtəlif bitkilərin sutkanın uzunluğuna və işıqlanmanın çoxluğuna olan münasibətidir. Fotoperiodizmə görə bitkilər 2 qrupa bölünür: 1) uzun günün bitkiləri buraya yüksək enliklərin və hündür dağların bitkiləri aiddir. 2) qısa günün bitkiləri buraya tropik və subtropik bitkilər aiddir. 33. Antropogen amil. İnsanın qlobal antropogen və texnogen fəaliyyətinin təsirindən biosfer əsaslı surətdə dəyişir.antropogen təsirlər praktiki olaraq, biosferin təbii tarazlığına təsir edir, onu dəyişdirir. Həmin dəyişmələr innsan və təbiətin özü üçün həm xeyirli, həm də zərərli ola bilər. Sivilizasiyanın artması ilə əlaqədar, antropogen fəlakətlərin və qəzaların artması xüsusilə təhlükəlidir. 34. Torpaq və relyef amili. Torpaq amilinə edafik amil də deyilir. Edafik amillər bitkilərin böyümə və inkişaf şəraitini təmin edir. Torpaq amili 2 yerə bölünür: kimyəvi və fiziki. Kimyəvi amillərə torpağın reaksiyası, duzluluq rejimi, udma qabiliyyəti, torpağın kimyəvi tərkibi və udulmuş kationların tərkibi, fiziki amillərə isə torpağın su və hava rejimi, torpağın sıxlığı,, qalınlığı, tərkkibi və s. aiddir. Relyef amilinə gəldikdə isə burada bitkilərin dağ döşündə və ya düzənlik ərazidə bitməsi aiddir. 35.Fitosenozun quruluşu. Fitosenoz çoxnövlü davamlı bitki qrupudur. Aqrosenoz insan tərəfindən süni yaradılmış bitki qruplarıdır. Rütubətli ekvatorial meşələrdə bitkilər 5 yarus (mərtəbə) təşkil edir: hündür ağaclar, orta ağaclar, kiçik ağaclar, qıjılar, və bunlara sarmaşaraq yaşayan lianalar. 36.Ətraf mühit dəyişkənliyinə bitkilərin reaksiyası. Ətraf mühitdə hər hansı bir dəyişiklik baş verdikdə, bitkilər ona reaksiya verir. Məsələn, bu ilk növbədə havanın temperaturuna aiddir. İqlim dəyişiklikləirinə bitkilərin münasibəti daha tez olur. Havanın temperaturu aşağı düşdükdə, bitkilərdə payız hadisələri baş verir. Yazda havalar istiləşərkən isə bitkilərdə oyanma baş verir. Quraqlıq olduqda, bitkilər də buna uyğun münasibət göstərir.

37.Zonal, azonal və intrazonal bitkilər. Zonal bitkilər o bitkilərdir ki, onlar coğrafi enliyə və ya yüksəklik qurşağına uyğun olaraq zonal olaraq dəyişir. Azonallıq dedikdə, burada zonallığın pozulması nəzərdə tutulur. Məsələn, Qafqazda meşədən yuxarıda subalp və alp çəmənləri başlayır. Lakin, Talışda bu qanunauyğunluq pozulur. Orada meşədən yuxarıda kserofit kolluqlar bitir. Bunun əsas səbəbi Talış dağlarında yuxarıya qalxdıqca yağıntıların miqdarının azalmasıdır. Bunun da səbəbi cənubdan gələn isti tropik hava kütlələrinin təsiridir. 38.Təbii floranın mühafizəsi. Yer kürəsində bir çox ölkələrdə bitki örtüyünü qoromaq məqsədilə Milli parklar, qoruqlar, yasaqlıqlar yaradılır, səhralaşma prosesinin qarşısını almaq üçün ağaclar əklir, bəzi yerlərdə süni meşələr salınır. Azərbaycan Respublikasında yaradılmış Hirkan qoruğunda 3-cü dövrün relikt bitkiləri, Bəsitçay qoruğunda təbii Şərq çinarı meşəsi, Eldar şamı qoruğunda Eldar şamı, Qəbələ qoruğunda isə relikt şabalıd meşəsi qorunur. 39.Tropik işıqlanma qurşağınan bitkiləri. Yer kürəsində 5 işıqlanma qurşağı vardır: 1 tropik, 2 mülayim və 2 qütb qurşaqları. Bu işıqlanma qurşaqları arasında sərhəd şimal və cənub tropik xətləri üzrə (23,5 dərəcə şm.e. və 23,5 dərəcə c.e.), həmçinin, şimal və cənub qütb dairələri üzrə keçir (66,5 dərəcə şm.e. və 66,5 dərəcə c.e.). Tropik işıqlanma qurşağına rütubətli ekvatorial meşələr, dəyişən rütubətli musson meşələri, savannalar və tropik səhraların bitkiləri aiddir. 40. Dəyişənrütubətli musson meşələri. Bu meşələr ən çox Şərqi Asiyada yayılmışdır (Çin,Yaponiya,Koreya). Buranın ən səciyyəvi bitkisi bambukdur ki, onun da çoxlu sayda növləri vardır. Bundan başqa, burada kameliya, yapon qozu, bir çox səciyyəvi bitkilər də bitir. 41. Mülayim işıqlanma qurşağının bitkiləri. Buraya yarımsəhra və səhra bitkiləri, çöl bitkiləri, enliyarpaqlı,qarışıq və tayqa meşələri aiddir. Bu qurşaq bütün qurşaqlar arasında sahəcə ən böyüyü olub, bitkilərin növ tərkibinə görə tropik işıqlanma qurşağından sonra ikinci yeri tutur. 42.Enliyarpaqlı və qarışıq meşələr. Bu meşələr Şimali Amerikada və Avrasiyada bitir. Ən səciyyəvi ağaclar palıd, cökə, vələs, ağcaqayın, göyrüş, şabalıd, fıstıq və s.-dir. Bunların ən çox sahə tutduğu ölkələr Rusiya, Ukrayna və Kanadadır. Təsadüfi deyildir ki, Kanadanın dövlət bayrağında məhz cökə ağacının yarpağı həkk olunmuşdur. 43.Dağların bitki örtüyü. Dağlarda bitkilərin şaquli zonallığı vardır. Aşağıdan yuxarıyadək getdikdə bitki örtüyü bu cür dəyişir: alçaq boylu kollar (0-800 m), dağ meşələri (800-2200 m), subalp çəmənləri (2200-2600 m), alp çəmənləri (2600-3000 m), subnival və nival

qurşaq (3000 m-dən hündürdə). Dağ meşələrində ən çox bitən ağaclar palıd, vələs və fıstıqdır. 44. Tundranın bitkiləri. Tundra zonası şimal yarımkürəsinin subarktik iqlim qurşağında, Şimali Amerika və Avrasiya materiklərində yerləşir. Cənub yarımkürəsində tundra yoxdur, buna səbəb həmin hissədə okeanın olmasıdır. Şimali Amerika materikində tundra qərbdən şərqə doğru tam zolaq təşkil etmir. Buna Kordilyer dağlarının olması mane olur. Tundrada qış soyuq, yay isə sərin olur. Tundranın əsas bitki örtüyü mamır və şibyədən ibarətdir. Bu bitkilərlə əsasən şimal maralları qidalanır. 45.Azərbaycanın yarımsəhra bitkiləri. Azərbaycanda yarımsəhra zonası əsasən Kür-Araz ovalığı, Samur-Dəvəçi ovalığı, Naxçıvanda Arazboyu düzənlik, Abşeron yarımadası, Ceyrançıl, Acınohur və Qobustan öndağlıqlarındadır. Buranın iqlimi Aralıq dənizi tipində olub, yayı isti və quru, qışı mülayim və rütubətlidir. İllik yağıntıların miqdarı cəmi 200 mm-dir. Yarımsəhranın əsas bitkiləri yulğun kolları, qaratikan, dəvətikanı və s.-dir. 46. Azərbaycanın meşələri. Azərbaycanda meşələrin 90%-ni dağ meşələri, 10%-ni isə aran meşələri təşkil edir. Dağ meşələri Böyük Qafqz, Kiçik Qafqaz və Talış dağlarında 800-2200 m hündürlükdə bitir. Bu meşələrdəki ağacların 90%-ni cəmi 3 növ ağac təşkil edir: palıd, fıstıq, vələs. Bundan başqa dağ meşələrində yemişan, böyürtkan, qoz, şabalıd, fındıq, zoğal, alma, armud, alça, gavalı, bir çox dərman bitkiləri bitir. 47.Azərbayacanda bitkilərin geobotaniki qruplaşması. Azərbaycanda bitkilər aşağıdakı geobotaniki ərazilər üzrə qruplaşır: Böyük Qafqaz üzrə - Abşeron-Qobustan, Samur-Dəvəçi ovalığı, Zaqatala-Lahıc, Dağlıq Şirvan, Qonaqkənd, Acınohur-Ceyrançöl. Kiçik Qafqaz üzrə - Gəncə-Qazax düzənliyi, Qarabağ dağları, Qarabağ vulkanik yaylası, Həkəri. Kür-Araz ovalığı üzrə - Qazax-Qarabağ, Küdrü Şirvan, Mərkəzi Aran, Arazboyu. Talış üzrə - Talış-Burovar-Peştəsər dağları, Lənkəran ovalığı. Naxçıvan üzrə - Günnüt-Qapıcıq, Şərur-Ordubad. 48. Azərbaycan Respublikasında bitkilərin mühafizəsi. Respublikamızda bitkilərin mühafizəsi məqsədilə bir sıra qoruqlar təşkil edilmişdir. Lənkərandakı Hirkan qoruğunda 3-cü dövrün relikt bitkiləri qızılağac, dəmirağac, Lənkəran akasiyası, azat, şabalıdyarpaq palıd, Zəngilandakı Bəsitçay qoruğunda Şərq çinarı meşəsi, Ceyrançöldəki Ellər qoruğunda Eldar şamı, Qəbələdəki qoruqda isə relikt şabalıd meşəsi qorunur. Azərbaycanın Qırmızı Kitabı yaradılmış və buraya nadir bitkilərin adı salınmışdır.

49.Endemik və relikt bitkilər. Endemik növ dedikdə, bir yerdə bitən də daha heç bir başqa yerdə rast gəlməyən bitki növləri başa düşülür. Məsələn, Azərbaycanda Ellər oyuğunda, Ceyrançöldə bitən Eldar şamı, Şuşada bitən xarı bülbül dünyanın başqa heç bir yerində bitmir. Relikt növ dedikdə isə, qədim geoloji dövrlərdən bizim dövrümüzədək gəlib çıxmış bitki növləri nəzərdə tutulur. Məsələn, Lənkərandakı Hirkan qoruğunda bitən dəmirağacı, qızılağacı, Lənkəran akasiyasını, azat ağacını, şabalıdyarpaq palıdı buna misal göstərmək olar. 50. Bitkilərə antropogen təsirlər. Müasir insanın qlobal antropogen və texnogen fəaliyyətinin təsirindən bitki örtüyü əsaslı surətdə dəyişir. Antropogen təsir praktiki olaraq, onun bütün hallarındabiosferdə təbii tarazlığa təsir edir, onu dəyişdirir.elmi-texniki tərəqqi nəinki istehsalatda səmərəliliyin artmasına, həyat şəraitinin yaxşılaşmasına səbəb olur, o həm də özündə çoxlu təhlükələr gizlədir. Çox böyük miqyaslı olan meşə yanğınları planetin ekoloji tarazlığını pozmaqla ciddi təzadlar yaradır. Meşələr karbonun və suyun dövr etməsində mühüm rol oynayır, meşə yanğınları isə bu həyati prosesləri pozur.