Azərbaycanda arı ailələrinin məhvinə səbəb olan təhlükəli xəstəliklər Qədimov V.Ə. Sumqayit Dövlət Universiteti

Benzer belgeler
MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

TİTUL VƏRƏQİ MƏKTƏBLİLƏRİN KİMYA FƏNNİ ÜZRƏ RESPUBLİKA OLİMPİADASI FİNAL MƏRHƏLƏSİ IX SİNİF. İştirakçı S.A.A. Şəhər, məktəb

Aritmiyalar Simptomlar Normal ürək döyünməsi nədir? Səbəblər

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam

Xəstəlik bəzən simptomsuz keçir, bəzən də kəskin baş ağrıları, burundan qanaxmalar, başgicəllənmələr ilə keçir.

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Su duz mübadiləsinin endokrin tənzim mexanizmləri

BÖYÜK DƏCCAL Amerika

Sərbəst iş 2 Ağciyər xərçəngi, periferik ağciyər xərçəngi

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

Azərbaycan Dövlət İqtİsad Unİversİtetİ Qİda məhsullarının texnologiyası kafedrası Fənn: İaşə müəssisələrinin avadanlıqları

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

Addison xəstəliyi. Böyrəküstü vəzin hormonal funksiyası hipofizin AKTH adrenokortikotrop hormonu tərəfindən kontrol olunur.

PERİTONUN CƏRRAHİ XƏSTƏLİKLƏRİ. I cərrahi xəstəluklər kafedrası

TƏŞKİLAT KOMİTƏSİ / TEŞKİLAT KOMİSYONU

xazarinshaat.az Ünvan: Nizami Rayonu, Özbəkistan küçəsi 23/34

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Marketinq. Mehdiyev Əkbər

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Kredit bürosu borcalanlar üçün əla imkanlar

Naxçıvan Dövlət Universiteti. III Naxçıvan Beynəlxalq arıçılıq konfransı. Qeyrət nəşriyyatı, 2017, 106 səh. Elmi işlər üzrə prorektor,

Qidaya həssaslıq ya allergiya? Food test nədir?

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

PE 100 BORULARI. su və qaz xətləri üçün POLİETİLEN BORU (PE 100) Keyfiyyətə üstünlük ver!!!

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

MAGİSTR DİSSERTASİYASI AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ MAGİSTRATURA MƏRKƏZİ.

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

MÜHAZIRƏ 13. YUMURTA VƏ YUMURTA MƏHSULLARININ MİKROBİOLOGİYASI

2017-ci ilin 4 ayında qeyri-neft sektoru üzrə 5 əsas ixrac ölkəsi

11-ci sinif Kimya. Respublika Fənn Olimpiadaları. Rayon (Şəhər) mərhələsi. Soyad. Məktəb

M Ü H A Z İ R Ə

A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014,

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə

Torpağın ağır metallarla çirklənməsi

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

2016-cı ildə Rioda keçiriləcək Olimpiya oyunlarının ən yaxşı anlarından zövq alın! TİRAJLI STİMULLAŞDIRICI LOTEREYA QAYDALARI VƏ ŞƏRTLƏRİ

Arıçılıq haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

2015-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında Biologiya fənni üzrə istifadə olunmuş test tapşırıqları

NƏTİCƏ ƏDƏBİYYAT SİYAHISI

DƏRMAN VASİTƏLƏRİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycanda qeyri-infeksion xəstəliklərə dair vəziyyətin təhlili

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allahın Güclü Adamı - Şimşon

H E S A B A T Q E Y D Ə A L I N D I!

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır

maddələr mübadiləsinin vəziyyəti, endokrin sisteminin funksiyası və nəhayət, əsəb sisteminin fəaliyyəti ilə əlaqəli olur. Baş beyin yalnız bütün bu

Mobil cihazların qeydiyyatının aparılması Qaydası

Qida fiziologiyası. müəl., b.ü.f.d. BABAŞLI A.Ə.

Qeyri narkotik analgetiklər Salisilatlar Kardiyovasküler sistem üzərinə təsirləri: Gastrointestinal sistem üzərinə təsirləri: Qan üzərinə təsirləri:

Həyatı deyil qocalmağı gecikdirin

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ. Kafedra: Metrologiya, standartlaşdırma və keyfiyyətin idarəə olunması

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

AVRASİYA SOSİAL ELMLƏR FORUMU

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTU

ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı nın təsdiq edilməsi haqqında

Analitik Kimya Fənni Üzrə İmtahan Suallarının Cavabları

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Analoq siqnallar Rəqəmli siqnal Rəqəmli siqnal

Rabitəbank ASC-də maliyyə xidmətləri istehlakçılarının şikayət xarakterli müraciətlərinə baxılması və cavablandırılmasına dair.

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

Qərar Q-14. Relizin Tarixi: Bakı şəhəri, 30 iyun 2014-cü il

Bazar iqtisadiyyatı və maddi tlərin bölüşdürülməsi. Lüdviq M. Laxman, Kapital, Ehtimallar və Bazar Prosesi (1940)

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

Azərbaycanda sosial müdafiə və sosial inteqrasiya

KƏND TƏSƏRRÜFATI ÜZRƏ ELEKTRON QİYMƏT İNFORMASİYA PORTALININ STRUKTURUNA VƏ FƏALİYYƏTİNƏ DAİR TƏLİMAT. I. Ümumi bölmə

İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları

Aorta dəliyinin daralması, üçtaylı qapağın çatışmazlığı

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

Bakı Dövlət Universiteti. Mühazirəçi: dosent Lalə İslam qızı Vəliyeva

VRF KONDİSİONER SİSTEMLERİNƏDİR

Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı nın təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

Visa ilə futbol üzrə 2018-ci ilin dünya çempionatına hazır ol TİRAJLI STİMULLAŞDIRICI LOTEREYASININ KEÇİRİLMƏ QAYDALARI VƏ İŞTİRAK ŞƏRTLƏRİ

İnformasiya məhsullarını Beynəlxalq bazarı

NOVRUZ GƏLİR, YAZ GƏLİR

MƏTBUAT ÜÇÜN HESABAT

Fidan Hacıyeva Məni gözəl saxlayan səmimi münasibətimdir

TÜRÜK Uluslararası Dil, Edebiyat ve Halkbilimi Araştırmaları Dergisi 2014 Yıl:2, Sayı:4 Sayfa: ISSN:

ŞIRKƏTIN INKIŞAFıNıN RƏQABƏT STRATEGIYALARı VƏ ONLARıN TƏSNIFLƏŞDIRILMƏSI

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

BÜLLETEN-2 DEKABR 2014 HƏMRƏYLİK GÜNÜ VƏ YENİ İLİNİZ MÜBARƏK!

Transkript:

Azərbaycanda arı ailələrinin məhvinə səbəb olan təhlükəli xəstəliklər Qədimov V.Ə. Sumqayit Dövlət Universiteti Valeh_qedimov@mail.ru Dünyada arıçılıqla məşğul olan bütün coğrafi bölgələrdə bir çox bal arısı xəstəlikləri və zərərvericiləri bu təsərrüfata ziyan verməkdədir. Respublikamızda bir çox arıçılar, yazda və payızda arı ailələrində ishal xəstəliyi törədən Nosema apis xəstəliyinin əlamətlərini görən kimi dərhal ona qarşı mübarizə apara bilirlər. Son illərdə ölkəmizdə ishal əlamətləri olmayan, lakin arının bağırsağının içini dolduran yeni bir Nosema cerenae xəstəliyi yayılmaqdadır. Nosema cerenae bir çox illər bundan əvvəl Asiya bal arılarının daxili paraziti kimi yayılmış və çox ciddi ziyan vermişdir. 2005-ci ildə Avropa arı ailələrində müşahidə edilmişdir. 2005-2006-cı illərdə İspaniyada bu xəstəlik arı ailələrinin böyük itkisinə səbəb olmuşdur. Bu xəstəlik Fransa, Almaniya, İsveçrə, İtaliya, Yunanıstan və digər Avropa ölkələrində və Amerikada yayılmışdır. Hətta Danimarkanın təcrid kimi qəbul edilmiş adalarında da Nosema cerenae-nin görünməsi onu göstərir ki, xəstəlik sürətlə yayılma imkanına malikdir. Ədəbiyyat məlumatlarına əsasən, N.cerenae 2007-ci ildən Türkiyənin ayrı-ayrı bölgələrində arı ailələrinə yoluxmuş və ciddi ziyan vermişdir. Nosema cerenae xəstəliyi N.apis-dən daha çox patogen xüsusiyyətə malikdir. Bu xəstəlik bal arısının bağırsaq paraziti Nosema cerenae tərəfindən törədilir. Nosema cerenae birhüceyrəlilərin Mikrosporidilər tipinin Mikrosporidia dəstəsinin Sporlular sinfinə daxil olan bağırsaqdaxili (endoparazit) parazit növüdür. Bu parazitin sporları oval silindrik formada olub, 4,7 x 2,7 nm böyüklüyündədir. Bu xəstəlik zamanı Nosema apis-dən fərqli olaraq pətəyin içi, ön divarı və çərçivələr nəcis ləkələri ilə örtülmür. Nosema cerenae-nin sporları əsasən işçi arıların orta bağırsağında olurlar. Xəstəlik ən çox güclü ailələrdə baş verir. Çünki güclü ailələrdə arıların bir-biri ilə təması daha çoxdur. Qışlamaya gedən arı ailələrində xəstəlik güclü olarsa, onda həmin ailələrin arıları dolmuş bağırsağını boşaltmaq üçün pətəkdən bayıra uçuş edirlər. Uçuş edən işçi arılar pətəyin qarşısına, ətrafına, qapağın üstünə və qarın üzərinə tökülərək məhv olurlar. Eyni zamanda pətəyin önündə və yerdə uçabilməyən, yerdə sürünən arılara rast gəlinir. Pətəyin içərisində xeyli miqdarda ölmüş arılar da ola bilər. Hətta pətəkləri tərk edən tək-tək ailələrə də rast gəlmək mümkündür. Erkən yazda havaların uzun müddət soyuq və yağışlı keçməsi zamanı, xəstə arılar qarıncığını pətəyin içərisinə boşaltmağa məcbur olurlar. Bu zaman xəstəliyin sağlam arılara və onların bağırsağına yoluxması daha tez baş verir. Yaşlı arılar pətəyin dibini təmizləyərkən xəstə arıların çirkləndirdikləri nəcislə bulaşması yolu ilə yoluxurlar. Məlum olduğu kimi, arı ailələrində Nosema apis yazda və payızda, soyuq və nəmli havalarda müşahidə olunur. Lakin bundan fərqli olaraq Nosema cerenae bütün ilboyu hər mövsümdə baş verir.

Beləliklə, N.cerenae xəstəliyinə yoluxmuş ailələrdə bir qədər sonra yavaş-yavaş arılar məhv olurlar və ailələr çox az miqdarda bal toplayırlar. Xəstəliyin ən çox gözdən qaçan əlaməti ondan ibarətdir ki, qışlamaya gedəcək ailələrdə ana arının payızın son günlərinə qədər çoxlu sayda yumurta qoymasıdır. Bu zaman arıçı bundan şübhələnmir və elə zənn edir ki, arı ailələri güclü olduğuna görə ana arılar gec olaraq payızın son günlərinə qədər yumurta qoyurlar və bundan hətta çox razı qalırlar. Erkən yazda pətəklərin dibində minlərlə ölmüş arı cəsədlərinə rast gəlinir ki, bu da normal hal deyildir. Hətta bu zaman arıçılar müxtəlif xəstəliklərdən və səbəblərdən şübhələnirlər. Əslində isə bunu dəqiqləşdirmək üçün ölmüş arı cəsədlərini arı xəstəliklərini analiz edən laboratoriyaya göndərmək lazımdır ki, xəstəliyin dəqiq diaqnozu qoyulsun. Lakin əfsuslar olsun ki, hal-hazırda bizim respublikamızda bu xəstəliyi təyin edəcək heç bir laboratoriya, şərait və bu sahədə mütəxəssisimiz yoxdur. Onu da qeyd etmək lazımdır ki, hal-hazıra qədər Nosema cerenae-nin biologiyası tam öyrənilməmişdir. Hətta bəzi müəlliflər göstərirlər ki, bir arı bağırsağında hər iki nozemanın sporları ola bilər. N.cerenae xəstəliyi ilə yoluxmuş arı ailələri olan pətəkdən şanlı çərçivələr kənarlaşdırılır, pətəklər isə dezinfeksiya edilməlidir. Bir sıra müəlliflər bu xəstəliyə qarşı mübarizədə müxtəlif preparatlardan istifadə etsələr də xəstəliyin tam müalicəsinə nail olmamışlar. Məsələn, İspaniya tədqiqatçıları Fumidil B (fumaqilin) preparatından istifadə edərək qismən müsbət nəticələr əldə etmişlər. Thrasyvoulou A., Tananaki G. Və başqaları (1) N.cerenae-nin müalicəsində Fumidil B-nin, Vita Feed Gold, Protofil, Nosestat və sarımsaqdan ibarət qarışığın daha effektli olmasını göstərirlər. Türkiyədə isə Arı Frma Nosetet (suda əriyən narın toz) arıların xəstəliklərə qarşı fizioloji müqavimətini artıran, bağırsaq florasını düzəldən və bitki tərkibli preparatdan istifadə edilir. Tərkibində antibiotik yoxdur. Şəkər məhlulu və arı kökəsi (kandi) ilə qarışdırılaraq arı ailələrinə verilir. Biositimulyant olan Nosest xəstəliklə yoluxmuş arı ailələrinə bir gündən bir (gün aşırı) 3 və ya 4 dəfə şərbətlə verilərsə Nosema sporları müəyyən miqdarda azalır və xəstəlik zəifləyir. Yuxarıda qeyd etdiyimiz kimi indiyə qədər xəstəliyin qarşısını tamamilə alan və onu müalicə edən preparat tapılmamışdır. Akarapidoz xəstəliyi Akarapidoz yaşlı arıların (ana, erkək və işçi arıları) traxeya sistemində (tənəffüs yolunda) parazitlik edən Akarapis woodi (Rennie,1921) gənəsinin törətdiyi invazion xəstəlikdir. Bu xəstəlik zamanı işçi, ana və erkək arıların tənəffüs sistemi zədələnərək sıradan çıxır. Arının yumurtası, süfrə və pupu bu gənələrlə yoluxmur. Akarapidoz ən təhlükəli karantin xəstəliyi olub Azərbaycanda arıçılığıa çox böyük iqtisadi ziyan verir. Xəstəlik nəticəsində arı ailələri tamamilə zəifləyir və hətta bütün arıxana məhv ola bilir. Akarapidoz xəstəliyi ilk dəfə olaraq 1904-cü ildə İngiltərənin Uayt adasında qeydə alınmışdır. 1922-ci ildən isə Avropa qitəsinin hər tərəfinə yayılmağa başlamışdır. ABŞ və Kanada kimi ölkələrdə bu xəstəlik qeydə alınmamışdır. Çünki buraya başqa ölkələrdə arı ailəsinin gətirilməsi qadağandır və bu haqda qəti qanun vardır. Keçmiş SSRİ-nin ərazisində isə 1926-cı ildə bu xəstəlik müşahidə edilməmişdir. Beləliklə, bu xəstəlik müxtəlif yollarla bütün respublikalara yayılmışdır.

Bizim respublikamızda isə Akarapidoz xəstəliyi 2000-2001-ci illərdən müşahidə edilmiş və arı ailələrini kütləvi surətdə məhv etmişdir. 2001-ci ilin qışında Quba və Şamaxı rayonlarından gətirilmiş bal arılarının traxeyasından bizim tərəfimizdən preparat düzəldilmiş və akarapidoz xəstəliyinin olması müəyyən edilmişdir. Bu xəstəliyin bizim ölkədə arı ailələrində kəskin surətdə yayılmasının əsas səbəblərindən biri də ondan ibarətdir ki, son zamanlar Varroa gənəsinə qarşı çox arıçılar maye preparatlarla mübarizəyə üstünlük verdilər. Bu preparatlarda Varroa gənəsinə müsbət təsir etdi, lakin arının traxeyasındakı akarapidoz gənəsinə isə təsir etmədi. Nəticədə arı ailələrində bir sıra göbələk xəstəlikləri əmələ gəldi və akarapidoz xəstəliyi üstünlük əldə edərək arı ailələrini məhv etməyə başladı. Arıçı akarapidoz xəstəliyinə qarşı arıxanada düzgün mübarizə aparmaq üçün xəstəliyi törədən gənənin biologiyasını, yayılma yollarını, mənbəyini, onun diaqnozunu, sanitar-gigiyenik qaydaları, müalicə üsullarını və vaxtını yaxşı bilməlidir. Akarapis woodi gənəsi çox kiçik ölçüyə malikdir. Gənənin bel-qarıncıq nahiyəsi sitiqamətində güclü yastılaşmış bədəni oral formada olub ağımtıl rəngdədir. Dişilər (100-200) x (70-100) mkm, erkəklər isə (100-170) x (60-100) mkm ölçüyə malikdir. Gənələr 40 günə qədər yaşayırlar. Gənə arının birinci cüt döş traxeyasında yaşayır. Parazit gənə buraya birinci cüt döş dəliyindən (siqmadan) daxil olur. Mayalanmış dişi gənə traxeyadan xaricə çıxır və bir arıdan digərinə keçir. Dişi gənələr mayalandıqdan 3-6 gün sonra yumurta qoymağa başlayır. Bir dişi gənə 7-10 yumurta qoya bilir. Bir arının traxeyasında 1-dən 150-yə qədər parazit gənə ola bilər. Arının orqanizmindən kənarda gənə tez məhv olur. Şanda, pətəyin dibində və içərisində gənə bir sutka yaşaya bilir. Xəstəlik əksərən xroniki olaraq gizli gedir və arıların yoluxması 3-5 ildən sonra müşahidə edilir. Xəstəlik müşahidə edildikdə isə artıq ailədə arıların 30-50 faizi parazit gənələrlə yoluxmuş olur. Bu gənələr bal arısının lemolimfası ilə qidalanır. Divarları deşilmiş traxeya öz elastikliyini itirir və arının tənəffüs sistemi korlanır. Eyni zamanda arının traxeyasındakı gənələr qidalandıqları və çoxaldıqları zaman arının bədəninin daxilinə bir çox zərərli və toksiki maddələr ifraz edirlər. Nəticədə tamamilə zəifləmiş arılar asanlıqla müxtəlif infeksion xəstəliklərə tutulurlar. Qışda və yazda akarapidoz xəstəliyinə tutulmuş arı ailələrində amebioz, nozematoz, toksikoz, göbələk xəstəlikləri, yayda isə Amerika və Avropa çürüməsi və digər xəstəliklər baş verir. Ona görə də belə bir vəziyyətdə akarapidoz xəstəliyinin diaqnozunu qoymaq çətinləşir. Xəstəliyin əlamətləri aşağıdakılardan ibarətdir: Xəstəliyin ilk vaxtlarında ailədə baş verən dəyişikliyi müəyyən etmək mümkün deyildir. Yoluxmuş arılarda əvvəlcə oksigen tələbatı artır, ölümqabağı isə bu tələbat normadan çox aşağı olur. Arılar çox narahat olurlar, qışlama zamanı normal yumaq (klubok) əmələ gətirə bilmirlər və yuvadan bayıra ayrı-ayrı fərdlər çıxaraq məhv olurlar. Xəstəliyə tutulmuş arıxanalarda arı ailələrinin ölümü əsasən qışda və yazda baş verir. Xəstə ailələrdə gündən günə ölən arıların miqdarı artır. Qışlamadan çıxan xəstə arıların qarıncığı böyüyür. Pətəyin xaricində və içərisində nəcis ləkələri olur. Hətta belə ailələrin yuvadakı çərçivələri tamamilə nəcis ləkələri ilə örtülür. Belə olan halda bir sıra arıçılar səhv olaraq zənn edirlər ki, arı ailələri nozematoz xəstəliyinə tutulmuşdur.

Yaz uçuşu zamanı ilk günlər xəstə və sağlam arılar pətəkdən uçarkən xəstələr havaya qalxa bilmirlər və yerə düşərək sürünürlər. Xəstə arıların qanadları düzgün vəziyyətdə olmur, yəni deformasiyaya uğrayırlar. Bir çox arıların qanadları qabağa, aşağı və ya yan tərəfə qatlanır. Yazda və yayda qeyri əölverişli havalarda pətəyin ətrafında sürünən və uça bilməyən arılara rast gəlinir. Arının gənə ilə yoluxmasının müddətindən asılı olaraq onun traxeyasında sarı, yaşıltəhər və yaxud qara ləkələr əmələ gəlir. Belə arının traxeyası qaralaraq tamamilə sıradan çıxır. Yuxarıda qeyd etdiyimiz kimi, xəstə arıların orqanizmi çoxlu miqdarda mikroorqanizmlərdə zəngin olur. Beləliklə bir neçə xəstəliyin birlikdə baş verməsi nəticəsində arı ailəsi tezliklə məhv olur. Xəstəliyin diaqnozunu qoymaq üçün laboratoriyada xəstə arıların traxeyasından preparat düzəltmək lazımdır. Diaqnoz üçün laboratoriyaya göndərilən arılar diri və yaxud da təzə ölmüş olmalıdır. Əvvəlcədən ölmüş arılardan preparat düzəltmək çətinlik törədir və dəqiq diaqnoz qoymaq olmur. Eyni zamanda arı öldükdən sonra qısa müddət ərzində gənələr arının traxeyasını tərk edərək bayıra çıxırlar və tezliklə məhv olurlar. Hazırlanmış preparatlara ən azı 30-50 dəfə obyekti böyütmək gücünə malik olan mikroskop altında baxılır. Xəstəliyin profilaktikası üçün aşağıdakılara ciddi riayət edilməlidir: Akarapidoz xəstəliyi müəyyən edilən kimi arıxanada və onun ətrafında karantin elan etmək lazımdır. Arıxanadan arı ailəsinin, beçənin və avadanlıqların kənara çıxarılması qadağan edilməlidir. Xəstə və ölmüş ailələrin pətəyi diqqətlə yoxlanılamlı və yaxşı təmizlənməlidir. Sonra təmizlənmiş pətəyi, altlığını, çərçivələri, pətəyin qapağını alovda qonurlaşana qədər saxlamaq və onları müxtəlif reaktivlərlə dezinfeksiya etmək lazımdır. Arıçılar və baytar işçiləri bilməlidirlər ki, bu xəstəliyə qarşı həmişə kompleks müalicə və baytar-sanitariya tədbirləri aparmaq lazımdır. Akarapidoza qarşı mübarizə məqsədi ilə akarasan, polisan, amitraz, qarışqa və quzuqulağı turşularının buxarı, teda və digər preparatlardan istifadə olunur. Aparılmış təcrübələrin nəticəsi göstərmişdir ki, akarapidoza qarşı mübarizədə istifadə olunan bu dərman preparatlarından ən əhəmiyyətlisi akarasan və polisandır. Akarasan və Polisanın effektivliyi 97-98 faiz təşkil edir. Lakin son zamanlar istehsal keyfiyyətindən asılı olaraq Polisan daha çox əlverişlidir. Akarasan və Polisan preparatları ilə müalicə olunan arı ailələri 9-10 yaxud 7-8 yuvacığa malik olmalıdır. 3 yuvacıqdan az gücə malik olan arı ailələrinin bu preparatlarla müalicə edilməsi məsləhət görülmür. Zəif ailələrin işçi arıları ananı və özlərini mühafizə edə bilmirlər. Əksərən belə zəif ailələrin anası müalicə zamanı məhv olur. Ona görə də orta və zəif gücə malik olan arı ailələrinə tam dozanı vermək məsləhət deyil. Eyni zamanda akarapidozla yoluxmuş ailəni akarasan və polisanla müalicə etdikdə də ehtiyatlı olmaq lazımdır. Çünki bu xəstəliyə yoluxmuş ana və işçi arıların traxeyası zədəli olduğuna görə onlar çətinliklə tənəffüs edirlər. Pətəyin içərisində bu preparatların tam dozası yandırılan zaman belə xəstə ana və işçi arılar tezliklə boğularaq məhv olurlar. Yuxarıda göstərilən səbəblərə görə yaxşı olar ki, hər bir zəif və xəstə arı ailəsi üçün karton lövhənin yarısı götürülsün və pətəyin içərisində yandırılsın.

Akarapidozla yoluxmuş ailələr yaz-payız dövründə 7 gün fasilə ilə 6 dəfə dərmanlanır. Profilaktika məqsədi ilə 7 gündən bir 2 dəfə dərmanlanır. Müalicə üsulu hər bir dərman preparatının təlimatında dəqiqliklə verilmişdir. Beləliklə, əlamətlərindən göründüyü kimi Nosema cerenae, akarapidoz, xronuiki və kəskin paralic və digər xəstəliklərin müəyyən əlamətlərinin bir-birinə oxşarlığı olduğuna görə arıçılar, baytarlar və başqaları diaqnoz qoymaqda çətinlik çəkirlər. Ona görə də respublikada arı xəstəliklərini dəqiq analiz edən laboratoriya və mütəxəssislər olmalıdır. Arıxanada mövsümlə əlaqədar olaraq aparılan baytar-sanitariya tədbirləri qısa şəkildə aşağıdakılardan ibarətdir: Yaz-yay işləri: Nozematozun profilaktikası üçün yaz uçuşuna qədər arı ailələrinə Nozematlı kandi verilir; yaz uçuşundan sonra Nozematlı şəkər şirəsi (siropu) ilə qidalandırılır. Varroa gənəsi ilə mübarizə üçün arıların kütləvi uçuşundan sonra pətəyin arxa divarına yaxın Fumisan yaxud Varrosan qoyulur. Mart-apreldə akarapidozun profilaktikası və müalicəsi üçün Polisanla arı ailələrinin dərmanlanması aparılır. Aprel-mayda çürümə xəstəlikləri olarsa Oksivitlə xəstə ailələrin müalicəsi aparılır. May-iyunda arı Askosferozu zamanı arı ailələrinin müalicəsi üçün Unisan, Askosan yaxud Apiask tətbiq olunur. Yay-payız işləri: Bal süzümündən sonra iyulun axırları avqustda Varroa gənəsindən azad, yəni cavan arı nəslinin formalaşması üçün arı ailələrini Fumisan yaxud Varrosanla müalicə etmək lazımdır. Avqustda arı ailələrinə hər hansı bir həvəsləndirici vitaminli şəkər şirəsi verilir. Sentyabrda qış yemləməsindən sonra Nosema apis və Nosema cerenae xəstəliklərinə qarşı profilaktik müalicə aparmaq üçün Nozemat, Nozemasit və başqa ishal preparatlarından istifadə etmək olar. Sentyabr-oktyabrda balasız dövrdə arı ailələrində Akarapidoz və Varroatoz xəstəliklərinə qarşı mübarizə tədbirləri aparmaq lazımdır. ƏDƏBİYYAT 1. Thrasyvoulou A., Tananaki G. Və başqaları. Nosema cerenae in Greek and some attemts to controe it. 1. Uluslararası Muğla Arıəçılık və Çambalı Kongresi. 25-27 Kasım 2008. 77-81 p. Muğla Üniv. Arıçılık Araştırma ve Uygulama Merkezi, Muğla. 2. Ütük A.E., Pişkin F.Ç., Kurt M. 2010. Türkiyede Nosema cerenae-nin ilk moleküler tanısı. Ankara Üniv. Veteriner Fak.Dergisi 57: 275-278, Ankara. 3. Watkins M., 2014. Your guide to healthy beekeeping (2nd edition). Vita (Europe) Limited. Vita House, London Street, Basigtoke, Hampshire, 7 RG, UK.