Fəsil 11 Kumulyati v və transsərhəd təsi rlər

Benzer belgeler
Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

Fəsil 14 Ümumi layihə qiymətləndirməsi

Fəsil 12 Təhlükələri n təhli li və ri ski n qi ymətləndi ri lməsi

Əlavə D Ətraf Mühitin və Sosial Sahənin İdarə Edilməsi və Monitorinqi Planı

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi Layihəsi, Azərbaycan Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsinin Əlavəsi

CQBK-nin Genişləndirilməsi Layihəsi, Azərbaycan Ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsi Son Variant

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Fəsil 5 Layi həni n təsvi ri

3 Təsirin qiymətləndirilməsi üzrə metodologiya

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

CQBK Genişləndirilməsi Layihəsi, Azərbaycan Ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsi Son Variant

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

2014-cü ilin üçüncü rübünün nəticələri

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Fəsil 9 Məsləhətləşmə prosesi

1 Giriş. Mündəricat. Şəkillərin siyahısı. Cədvəllərin siyahısı

8 Məsləhətləşmə və məlumatın açıqlanması

İllik maliyyə hesabatlarının tərtib olunması üzrə kommersiya təşkilatları üçün nümunəvi formalar. Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı)

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Marketinq. Mehdiyev Əkbər

Azərbaycan: Cənubi Qaz Dəhlizi

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

Biryerdə nəticələrə doğru: AİB-nın Asiya və Sakit Okean Regionunda əməkdaşlığı haqqında 50 məqalə

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

Yaponiyanın Azərbaycan Respublikasına göstərdiyi Rəsmi İnkişaf Yardımı (RİY)

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

CƏNUBİ QAFQAZ BORU KƏMƏRİ GENİŞLƏNDİRMƏ LAYİHƏSİ

PE 100 BORULARI. su və qaz xətləri üçün POLİETİLEN BORU (PE 100) Keyfiyyətə üstünlük ver!!!

İQLİM DƏYİŞMƏLƏRİNƏ TƏSİRİN YUMŞALDILMASI SAHƏSİNDƏ ARDNŞ-İN HAZIRKİ VƏ GƏLƏCƏK FƏALİYYƏTİ

Azərbaycanda Nəzərdə tutulan milli səviyyədə müəyyən edilmiş töhfələrin hazırlanası üzrə Milli Seminar/ İşçi Qrupunun 3-cü iclası

Şəffaflıq və bacarıqların yaradılması Şəffaflıq

Dünya səviyyəli layihələrin təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsi

Layihə Məlumat Hesabatı

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

xazarinshaat.az Ünvan: Nizami Rayonu, Özbəkistan küçəsi 23/34

Dünya Bankının Sənədi YALNIZ RƏSMI ISTIFADƏ ÜÇÜN

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

ABŞERON AQROPARKI İNVESTİSİYA LAYİHƏSİ

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri Milli iqtisadiyyat

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Protokolundan Çıxarış aprel 2016-cı il

Ġstanbul METROBUS BRT. Ümumdünya Ehtiyatları Ġnstitutundan/EMBARQ Sibel Köylüoğlu və Dario Hidalgonun təqdimatlarından istifadə edilmiģdir

CARİ MƏNFƏƏT VERGİSİ ÜZRƏ KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 3 li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTI

Azərbaycan Respublikası Prezidentinin

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

ENERJİ SƏMƏRƏLİYİ: DAVAMLI İNKİŞAF ÜÇÜN YENİ VASİTƏ. Azərbaycan şirkətlərin enerji səmərəyili ilə bağlı təçrübələrinin öyrənilməsi

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ

UniMiles 3 illik 100 AZN və ekvivalenti

Qısa Icmalın Əlavəsi. May 2003-cü il

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Azərbaycanda gələcək qaz ehtiyatlarının kəşfiyyatı: Qlobal texnologiyalar və yerli əməkdaşlıq

Dünya miqyaslı qaz dəyər zəncirinin yaradılması Avropaya uzanan Cənub Qaz Dəhlizinin təməlinin qoyulması

Kommunal müəssisələr tərəfindən satınalma

QARADAĞ SEMENT LAYİHƏSİ 6 SAYLI YENİ QURU ÜSULLA YANDIRMA SOBASI

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Kredit bürosu borcalanlar üçün əla imkanlar

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

BALANS HESABATI A-AKTİVLƏR

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

"Birləşmiş Millətlər Təşkilatının "İqlim Dəyişmələri haqqında" Çərçivə Konvensiyasına dair" Kioto Protokoluna qoşulmaq barədə

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Oktyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

ndüz Hava Proqnozu +11 C, Gecə +7 C Lənkəran Gündüz +11 C, Gecə +7 C Lerik Gündüz +5 C, Ge

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat. 1. Ümumi müddəalar

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

Nümunəvi. A müəssisəsinin taxıl məhsullarının emalı yönümlü. B i z n e s -p l a n ı. Xaçmaz rayonu 2002

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

DƏRMAN VASİTƏLƏRİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

4.1 Giriş Layihə haqqında ümumi məlumat Seysmik tədqiqat metodlarının qısa xülasəsi Giriş...

BÖYÜK BRİTANİYANIN VERGİ SİSTEMİ

Azərbaycan: Dəmir Yolu Sektorunun İnkişafı Proqramı

Şirkətimiz SFV Group MMC, Azərbaycan bazarında 2010-cu il tarixdən isitmə,

Biz eyni dalğadayıq TİRAJLI STİMULLAŞDIRICI LOTEREYADA İŞTİRAK ŞƏRTLƏRİ

Komissiyanın İkinci hesabatına cavab olaraq biz öz cavabımızı üç komponent ətrafında hazırlamışıq:

YAPI KREDİ BANK AZƏRBAYCAN QSC-də. İstehlakçıların müraciətlərinə baxılmasına dair Qaydalar

Elmi tədqiqatların təsnifatı. Məqsədli təyinatı üzrə: Fundamental; Tətbiqi; Axtarış; Işləmə.

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Azərbaycan Texniki Universiteti. Maşınqayırma texnologiyası kafedrası

Ana kart (Motherboard)

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

Transkript:

Fəsil 11 Kumulyati v və transsərhəd təsi rlər

MÜNDƏRİCAT 11 KUMULYATİV VƏ TRANSSƏRHƏD TƏSİRLƏR... 11-1 11.1 Giriş... 11-1 11.2 Zaman və məkan sərhədləri... 11-1 11.2.1 Kumulyativ təsirlər... 11-1 11.2.2 Transsərhəd təsirlər... 11-2 11.3 Layihələrə ümumi baxış... 11-2 11.3.1 Boru kəmərinin əlavə hissəsinin və ərsinləmə stansiyasının yerləşdiyi sahələrdə digər inkişaf layihələri... 11-2 11.3.2 Mövcud neft və qaz layihələri... 11-3 11.4 Potensial əlavə təsirlərin qiymətləndirilməsi... 11-3 11.4.1 M2 magistral yolunun rekonsruksiyası, yol kəsişmələrinin inkişafı və kanalın genişləndirilməsi... 11-3 11.4.2 Mövcud neft və qaz boru kəmərləri... 11-5 11.4.3 Potensial əlavə təsirlərin sahəsinin ölçüsü... 11-5 11.5 Potensial birgə təsirlərin qiymətləndirilməsi... 11-5 11.6 Transsərhəd təsirlərin qiymətləndirilməsi... 11-6 11.6.1 Atmosfer... 11-6 11.6.2 İstixana qazı emissiyaları... 11-6 Cədvəllər Cədvəl 11-1: Əlavə təsirlərin sahəsinin sərhədləri... 11-5 Cədvəl 11-2: Tikinti fazasında əhəmiyyətli birgə təsirlərin xülasəsi... 11-6 Kumulyativ və transsərhəd təsirlər i

11 KUMULYATİV VƏ TRANSSƏRHƏD TƏSİRLƏR 11.1 Giriş Bu fəsildə Azərbaycanda CQBKG Layihəsi ilə əlaqədar boru kəmərinin əlavə hissələrinin nəticəsində yarana bilən potensial kumulyativ təsirin iki növünün qiymətləndirilməsi verilmişdir. Bu təsirlər ümumiyyətlə əlavə və birgə təsirlər kimi tanınır və CQBKG üzrə ƏMSSTQ sənədinin son variantındakı 11.1-ci bölmədə müəyyən edilmişdir. Fəsil 10-da mövcud ilkin ətraf mühitin tərkib hissələrini təşkil edən BTC/CQBK boru kəmərləri kimi mövcud obyektlərlə birlikdə CQBKG boru kəmərinin təklif olunmuş əlavə hissələrinin kumulyativ (və ya əlavə) təsirləri artıq nəzərdən keçirilmişdir. Potensial transsərhəd təsirlər Azərbaycanın sərhədlərindən kənara yayılan və digər ölkələrin həssas reseptorlarına təsir göstərən ekoloji və sosial təsirlərdən ibarətdir. CQBKGnin əlavə hissələri ilə əlaqədar olan transsərhəd təsirlər CQBKG üzrə ƏMSSTQ sənədinin son variantında (11-ci bölməyə baxın) nəzərdən keçirilən təsirlərlə eyni olacaqdır. Buna görə onlar hazırkı əlavədə əlavə nəzərdən keçirilməmişdir. 11.2 Zaman və məkan sərhədləri Boru kəmərinin əlavə hissəsinin kumulyativ təsirləri milli və yerli səviyyədə, Layihədəki dəyişikliklərin (bu Əlavədə bundan artıq müzakirə olunmayan) transsərhəd təsirləri isə beynəlxalq səviyyədə nəzərdən keçirilir. 11.2.1 Kumulyativ təsirlər 11.2.1.1 Milli səviyyə Təklif olunan digər layihələrin təsirləri Azərbaycandakı təklif olunan CQBKG Layihəsinin təsirinə məruz qala bilən eyni həssas reseptorlara müxtəlif yollarla çata bilər. Layihədəki dəyişikliklər boru kəmərinin yalnız azacıq uzadılması ilə nəticələnəcəyindən, CQBKG üzrə ƏMSSTQ sənədinin sob variantındakı 11-ci fəsildə artıq müzakirə edilmiş Layihənin milli səviyyədə kumulyativ təsirlərində dəyişikliyin olacağı gözlənilmir. 11.2.1.2 Yerli səviyyə Kumulyativ təsirlərin çox ehtimal ki, CQBKG-nin əlavə hissələrinin aşağıdakı ərazilərində baş verəcəyi hesab edilir: Kəmər sahəsinin (KS) bərpasının daha çətin olduğu dik yamaclı ərazilər və eroziyaya meylli qeyri-məhsuldar torpaqlar Bioloji bərpasının xeyli vaxt apara biləcəyi, kövrək təbii mühiti olan ərazilər Dağılmağa həssas, mühafizə olunan flora və faunaya malik ərazilər (məsələn KSdən kənar bir əraziyə köçürülməsi qabaqlayıcı tədbir kimi nəzərdə tutulan Iris acutiloba) Tikinti işləri üçün istifadə olunması nəzərdə tutulan, mədəni irsin pozula biləcəyi ərazilər: o CQBKG boru kəmərinin təklif olunmuş əlavə hissəsinin ərsinlə təmizləmə stansiyasından (CQBKG KG0) CQBKG KG34-ə kimi əsasən 36m enində KS o Giriş yolları o Ərsinlə təmizləmə stansiyası Torpaqdan istifadənin və yaşayış şəraitinin təsirə məruz qala biləcəyi yerlərdə Layihənin təsirinə məruz qalan insanlar (LTMQİn) Kumulyativ və transsərhəd təsirlər 11-1

Boru kəmərindən təxminən 300m məsafədə yerləşən ərazi və içərisinə tikinti işləri nəticəsində toz dola bilən tikililər Tikintinin səs-küyünün eşidilə biləcəyi ərazilər (KS-dən təxminən 400m məsafəyə qədər olan və obyektin tikinti meydançasının eyni məsafəsi daxilindəki ərazilər) Axın və eroziya/çöküntü rejiminin eroziyanın qarşısını almaq üçün sahilin möhkəmləndirilməsi tədbirlərinin görülməsi ilə əlaqədar dəyişdirilə biləcəyi boru kəmərinin çay keçidləri Yerli havanın keyfiyyətinin həm tikinti, həm də istismar müddəti ərzində pozula biləcəyi ərazilər (istismar zamanı bu pozulma minimal olacaq və ərsinlə təmizləmə stansiyasının istismarı ilə məhdudlaşacaq) İstismar zamanı səs-küyün eşidilə biləcəyi ərazilər (minimal olacağı və ərsinlə təmizləmə stansiyasının istismarı ilə məhdudlaşacağı gözlənilir) Layihənin təsirinə məruz qalan icmalar (LTMQİc) CQBKG ilə əlaqədar maddi-texniki təchizat şöbəsinin və tikinti nəqliyyatının istifadə edəcəyi yollar. 11.2.1.3 Zaman sərhədləri Zaman qiymətləndirmə hüdudu tikinti işinin həyata keçirilməsinin nəzərdə tutulduğu müddətin və sonra KS-nin bütün hissələrinin bioloji bərpasının yerinə yetiriləcəyi müddətin daxil edilməsi üçün müəyyən edilmişdir. Bunun, zəif yarım-səhra ərazilərdə və yamacların eroziyaya yüksək dərəcədə meylli olduğu yerlərdə təxminən 10+ illik müddəti əhatə edəcəyi nəzərdə tutulur. İstismar zamanı təsirlərin Layihənin hesablanmış 30 illik istismar müddəti ərzində davam edəcəyi hesab edilir. Azərbaycanda boru kəmərinin inşasının 2015-ci ildə başlanacağı nəzərdə tutulmaqla, tikintiöncəsi mobilizasiya və hazırlıq işlərinin 2014-cü ildə başlanması planlaşdırılır və həmin işlərin 2017-ci ilin sonuna qədər başa çatacağı ehtimal olunur. İstismara təslim işləri 2017-ci ilin sonuna, sistemin işə salınması və normal istismarı isə 2018-ci ilin əvvəllərinə planlaşdırılır. 11.2.2 Transsərhəd təsirlər 11.2.2.1 Beynəlxalq səviyyə Transsərhəd təsirlər çirkləndirici maddələrin Gürcüstan, Ermənistan və Xəzərdə (və bu səbəbdən Rusiya, Qazaxıstan, Türkmənistan və İran kimi Xəzəryanı ölkələrdə) yerləşən həssas reseptorlara ötürülə bilməsi yollarına aiddir. Əslində, boru kəmərinin təklif olunmuş əlavə hissəsi üçün bunun milli sərhədlər boyunca əsən küləklər nəticəsində atmosfer çirkləndiricilərinin ötürülməsi ilə məhdudlaşacağı ehtimal edilir. 11.3 Layihələrə ümumi baxış Bu bölmədə tikinti və ya istismar dövrü ərzində CQBKG Layihəsinə qarşılıqlı təsir göstərə bilən, yaxud göstərəcəyi ehtimal edilən tikintilərdən bəhs olunur. Gələcəkdə aparılacağı ehtimal olunan, lakin barəsində ictimaiyyətə heç bir dəqiq təkliflərin çatdırılmadığı layihələr daxil edilməmişdir. Elmi-tədqiqat zamanı müəyyənləşdirilmiş layihələr aşağıdakı bölmədə təsvir edilir və onlardan hansının təklif olunmuş CQBKG Layihəsi ilə kumulyativ qarşılıqlı təsirlərinin daha çox ehtimal edildiyi müzakirə olunur. 11.3.1 Boru kəmərinin əlavə hissəsinin və ərsinləmə stansiyasının yerləşdiyi sahələrdə digər inkişaf layihələri CQBKG boru kəmərinin təklif olunmuş əlavə hissəsi ilə kumulyativ qarşılıqlı təsirə malik ola bilən potensial gələcək layihələr barədə məlumat əldə etmək məqsədi ilə Azərbaycandakı təşkilatlarla və dövlət orqanları ilə tədqiqat (internet vasitəsilə) və məsləhətləşmə həyata keçirilmişdir. Nəqliyyat nazirliyindən və boru kəmərinin təklif olunmuş əlavə hissəsi boyu rayon icra orqanlarından cavablar əldə edilmişdir. Kumulyativ və transsərhəd təsirlər 11-2

Əldə edilmiş cavablar internet tədqiqatının nəticələri ilə birlikdə nəzərdən keçirilmişdir. M2 magistral yolunun rekonstruksiyası və Hacıqabul və Pirsaat yaxınlığında əlaqədar yol kəsişməsinin tikintisi və Muğan yaxınlığında kanalın genişləndirilməsi üçün inkişaf layihələri müəyyənləşdirilmişdir ki, boru kəmərinin təklif olunmuş əlavə hissəsinə yaxınlığına, miqyasına və vaxt cədvəlinə görə həmin layihələr boru kəmərinin təklif olunmuş əlavə hissəsi ilə birlikdə nəzərdən keçirildikdə, kumulyativ təsirlər yaratmaq potensialına malikdir. Nəzərdə tutulan tikinti (inkişaf) layihələrinin dəqiq qrafikləri və yerləşdiyi sahələr barədə məlumatlar üçün müvafiq orqanlara müraciət edilmişdir, lakin hazırkı ƏMSSTQ-yə Əlavənin hazırlandığı zaman həmin məlumatlar hələ alınmamışdır (yanvar 2014-cü il). Bu fəsildə müəyyənləşdirilmiş inkişaf təkliflərinə əlavə olaraq, təklif olunmuş CQBKG Layihəsi sahəsində həyata keçirilə bilən (hələ müəyyənləşdirilməmiş) bir sıra digər layihələrin də mövcud olma ehtimalı vardır. 11.3.2 Mövcud neft və qaz layihələri Boru kəmərinin təklif olunmuş əlavə hissəsi əsasən Azərbaycandan keçən mövcud BTC və QİBK neft boru kəmərləri və CQBK qaz boru kəməri üçün istifadə olunmuş eyni boru kəməri dəhlizində tikiləcəkdir. Bu səbəbdən, CQBKG boru kəməri marşrutunun çox hissəsi boyunca torpağın strukturu əvvəlki boru kəməri layihələri nəticəsində pozulmuşdur; bəzi ərazilərdə, xüsusən də, eroziyaya meylli olan qeyri-məhsuldar torpaq və dik yamaclı ərazilərdə (məsələn, palçıq vulkanı sırası olan ərazidə) mövcud boru kəmərlərinin olduğu KS-nin bərpası qeyri-bərabər və səpələnmiş yerlərdə aparılmışdır. Mövcud boru kəmərləri və nəzərdə tutulan CQBKG Layihəsi arasındakı qarşılıqlı əlaqələrlə bağlı ümumi (və ya əlavə) təsirlər artıq 10-cu Fəsildə müzakirə edilmişdir. Bir çox uzunmüddətli LTMQİc üzvlərinin mövcud boru kəməri işlərinin təsirinə məruz qalmaları ilə bağlı olaraq boru kəməri tikintisinin yaratdığı nəqliyyatın artan hərəkəti, səs-küy və toz kimi təsirlərdən çox yaxşı xəbərdar olduqları və mövcud təcrübəyə malik olduqları ehtimal edilir. Nəzərdə tutulan CQBKG Layihəsinə qarşılıqlı təsir göstərə bilən (və bu səbəbdən, bu fəsildə bəhs olunan) gələcək fəaliyyətlərə gəldikdə, mövcud BTC, CQBK və QİBK boru kəmərləri boyunca müxtəlif yerlərdəki texniki xidmət/təmir işləri kumulyativ təsirlər yarada bilər. Bu fəaliyyətlər əsasən KS-də eroziya ilə mübarizə, bioloji müxtəlifliyin bərpası, o cümlədən müntəzəm təkrar toxumsəpmə və əlavə çay keçidində eroziya ilə mübarizə/bərpa qurğularının quraşdırılması ilə məhdudlaşır. Lakin, mövcud boru kəmərləri ilə əlaqədar texniki xidmət/təmir işlərinin məhdud olacağı gözlənilir və Fəsil 10-da müəyyən edilmiş təsirlərə əlavə edilərsə, onların yalnız CQBKG Layihəsi üçün müəyyən edilmiş təsirlərin miqyasını artıracağı ehtimal edilmir. 11.4 Potensial əlavə təsirlərin qiymətləndirilməsi Aşağıdakı bölmələrdə potensial əlavə təsirlər hazırkı ƏMSSTQ-yə Əlavənin 7 və 8-ci fəsillərində açıqlanmış mövcud vəziyyətə əsaslanaraq qiymətləndirilir. Digər layihələr barədə kifayət qədər təfərrüatlı məlumatlar olması hesab edilən hallarda, Fəsil 3-də verilmiş potensial təsir səviyyələrinin tərifinə uyğun olaraq yalnız CQBKG Layihəsindən yaranan təsirin əhəmiyyətinin qiymətləndirilməsi üçün eyni təsirin əhəmiyyətlilik parametrlərindən və vaciblik dərəcəsindən istifadə olunmuşdur. Lakin, layihə barədə qeyri-qənaətbəxş açıqlama və məlumat mövcud olduğu hallarda bu əhəmiyyətlilik parametrlərinin tətbiqi münasib olmazdı və potensial qalıq təsirin faydalı, mənfi və ya neytral olub-olmaması (yəni kumulyativ təsirin olmaması) qiymətləndirildiyi zaman mütəxəssis rəyindən istifadə olunmuşdur. 11.4.1 M2 magistral yolunun rekonsruksiyası, yol kəsişmələrinin inkişafı və kanalın genişləndirilməsi Sözügedən inkişaf layihələrinin yerləşdiyi sahə, sərhədləri və qrafiki barədə məlumatın çatışmaması ilə əlaqədar olaraq, baş verə biləcək kumulyativ təsirlərin qiymətləndirilməsi Kumulyativ və transsərhəd təsirlər 11-3

hazırda mümkün deyil. Sözügedən inkişaf layihələri boru kəmərinin təklif olunmuş əlavə hissəsində görülən işlərin yaxınlığında və ya onlara paralel olaraq aparılarsa, mümkün kumulyativ təsirlərə aşağıdakılar daxil ola bilər: Təbii ehtiyatlar: Tikinti zamanı yol təkmilləşdirmələri və kanalın genişləndirilməsi layihələri həmçinin, CQBKG üçün ərsinləmə stansiyası üçün iri miqdarda aqreqatların tələb ediləcəyi ehtimal olunur. Aqreqatların daş karxanalarından və torpaq karxanalarından tikinti sahələrinə daşınması və beton qarışdıran qurğuların işi zamanın nəzərəçarpacaq kumulyativ təsir baş verəcəkdir. Su resursları: Tikinti işləri ərzində həssas su ehtiyatlarının nəzərdə tutulan CQBKG Layihəsindəki eyni qaydada çirklənməsi mümkündür. Kumulyativ təsirin mənfi potensiala malik olacağı hesab edilir, lakin boru kəməri tikintisində olduğu kimi, tikinti ərzində böyük həcmdə yanacağın, yağın və ya kimyəvi preparatların istifadə olunacağı ehtimal edilmir. Ekologiya: Yol və kanalın genişləndirlməsi layihələrindən yaranan kumulyativ təsirlərə məskunlaşma ərazisinin daimi köçürülməsi daxildir. Bunun az əhəmiyyətə malik olacağı hesab edilir, belə ki, bu layihələr əsasən rekonstruksiya xarakterli layihələrdir və ümumilikdə, toxunulmamış məskunlaşma ərazilərində bütünlüklə yeni xidmət zonalarının yaradılmasından deyil, mövcud xidmət zonalarının genişləndirilməsindən ibarət olacaqdır. Havanın keyfiyyəti: Təklif olunmuş CQBKG Layihəsinin yaşayış binalarının yaxınlığında yerinə yetirildiyi yerlərdə tikinti işlərindən yaranan toz yerli sakinlər (LTMQİc daxilində) üçün narahatlığa səbəb ola bilər. Təklif olunmuş M2 magistral yol kəsişməsi və kanalın genişləndirilməsi layihələri boru kəmərinin təklif olunmuş əlavə hissəsinin yaxınlığında və CQBKG-nin tikintisi ilə eyni vaxtda həyata keçirilərsə, atmosferdə əlavə toz yarana bilər və ya artan toz konsentrasiyalarının mövcudluğu daha uzun müddət davam edə bilər. Səs-küy və vibrasiya: Boru kəmərinin təklif olunmuş əlavə hissəsinin tikintisinin yaşayış sahələrinin yaxınlığında həyata keçirildiyi sahələrdə (Bölmə 7.9.3-də təsvir edilmişdir) səs-küy yerli sakinlərin müvəqqəti narahatlığına səbəb ola və vibrasiya ən zəif əmlaklara zərər vura bilər. Yol kəsişməsinin tikintisi CQBKG üzrə fəaliyyətlərlə üst-üstə düşərsə, kumulyativ səs-küy və vibrasiya təsirləri potensialı mövcuddur. İcmanın sağlamlığı və təhlükəsizlik: Planlaşdırılmış yol kəsişməsinin tikintisi layihəsi boru kəmərinin təklif olunan əlavə hissəsinin tikintisi ilə eyni vaxtda həyata keçirilərsə, bu LTMQİc-ların səs-küy, toz və vibrasiya kimi maneələrə məruz qalma müddətinin və yol- nəqliyyat qəzaları riskinin uzanmasına səbəb olacaqdır. Nəqliyyat: Təklif olunmuş CQBKG Layihəsi ümumi istifadə üçün nəzərdə tutulmuş yollarda digər genişləndirmə işlərinə və tikinti layihələrinə də cəlb edilmiş, eləcə də ictimaiyyət tərəfindən istifadə olunan böyük sayda nəqliyyatın hərəkətinə səbəb olacaqdır. Bu nəqliyyatın hərəkətində müvəqqəti tıxacın yaranması və ya qəzaların baş verməsi riskinin artması baxımından kumulyativ təsirə malik ola bilər və bu təsirin potensial mənfi olacağı hesab edilir. Ümumi tikinti nəqliyyatının hərəkətlərindən, o cümlədən aqreqatların daş və torpaq karxanalarından sement qarışdırma qurğularına və tikinti sahələrinə daşınması nəticəsində nəzərəçarpacaq kumulyativ təsirlər yarana bilər. Planlaşdırılmamış hadisələr: Azərbaycan qanunvericiliyinə müvafiq olaraq, yeni genişləndirmə işlərinin təklif olunmuş CQBKG boru kəmərindən və ya obyektlərindən müəyyən edilmiş məsafədə həyata keçirilməsinə icazə verilməyəcək və 500m məsafədə planlaşdırılan hər hansı tikinti işi üçün riskin qiymətləndirilməsi həyata keçirilməlidir. Üçüncü tərəfə aid tikinti işlərinin CQBKG obyektlərindən təhlükəsiz məsafədə saxlanması üçüncü tərəfə aid hadisələrin təsirinin CQBKG layihəsinə qədər gəlib çıxması (və ya əksinə) ehtimalının çox az olması deməkdir. Bu təsir barədə əlavə məlumat almaq üçün CQBKG üzrə ƏMSSTQ sənədinin son variantının11.4.14 bölməsinə istinad edin. Kumulyativ və transsərhəd təsirlər 11-4

11.4.2 Mövcud neft və qaz boru kəmərləri Təklif olunmuş CQBKG marşrutunun əksər hissəsində olduğu kimi boru kəmərinin təklif olunmuş əlavə hissəsi CQBK/BTC və QİBK boru kəmərlərinin mövcud dəhlizləri daxilində yerləşəcəkdir. Mövcud boru kəmərlərinin CQBKG üzrə ƏMSSTQ sənədinin son variantının 11.4 bölməsində nəzərdən keçirilən potensial əlavə təsirlərinin qiymətləndirilməsi boru kəmərinin təklif olunmuş əlavə hissəsinə də tətbiq edilə bilər. 11.4.3 Potensial əlavə təsirlərin sahəsinin ölçüsü Ümumiyyətlə, CQBKG boru kəmərinin təklif edilmiş əlavə hissəsi ilə əlaqədar gələcək layihələrin birgə təsirlərinin öz təbiətinə görə lokallaşmış olacağı ehtimal edilir. Cədvəl 11-1- də proqnozlaşdırılan əlavə təsirlərin sahəsinin sərhədlərinin xülasəsini verir. Cədvəl 11-1: Əlavə təsirlərin sahəsinin sərhədləri Layihə Yerli Regional Milli Beynəlxalq Mövcud boru kəmərlərinə texniki xidmət + + - - M2 magistral yolunun + + - - rekonstruksiyası və yol kəsişməsinin tikintisi Muğan yaxınlığında + + - - kanalın genişləndirilməsi Şərti işarələr - Kumulyativ təsir yoxdur + Kumulyativ təsir mövcuddur 11.5 Potensial birgə təsirlərin qiymətləndirilməsi Layihənin layihələndirməsindəki dəyişikliklərin birgə təsirləri əlavə məlumat almaq üçün istinad edilə bilən CQBKG üzrə ƏMSSTQ sənədinin son variantının 11.5 bölməsində təsvir edilən eyni metodologiyadan istifadə edilərək qiymətləndirilmişdr. Əhəmiyyətli birgə təsirlərin əsasən tikinti mərhələsi ilə məhdudlaşacağı hesab edilir. Qiymətləndirmə əsasında müəyyən edilmişdir ki, boru kəmərinin təklif edilmiş əlavə hissəsinin KS-nin yaxınlığındakı əmlakın/icmaların həmin ərazidə tikinti işlərinin yerinə yetirilməsi zamanı nəqliyyatın sayına və nəqliyyatın hərəkətinin yaxınlığına görə artan səsküy, vibrasiya, tozun lokal yaranması, vizual görünüşün pozulması və havanın keyfiyyətinin zəifləməsi ilə əlaqədar müvəqqəti təsirlərin məcmusuna məruz qalacağı ehtimal edilir. Bu birgə təsirlərin potensial baxımdan vacib məsələ kimi müəyyən edildiyi, yaşayış evlərinin KS-nə çox yaxın olduğu ərazilər aşağıdakılardır: KS-dən və təklif olunmuş ərsinləmə stansiyasından təxminən 625m şimal-şərq istiqamətində və ərsinləmə stansiyasına təklif edilmiş giriş yolundan 230m məsafədə (ona ən yaxın nöqtədə) ən yaxın bina olan Qoltuq ferması, KS-dən 310m şimal-qərbdə CQBKG KG6-da, KS-dən 310m şimal-qərbdə yerləşən ferma, CQBKG KG19-da, KS-dən 80m şimalda mövsümi olaraq istifadə edilən ferma və CQBKG KG27-də, KS-dən 350m cənubda yerləşən ferma. Hələ müəyyənləşdirilməmiş digər giriş yollarının yaxınlığındakı icmalar birgə təsirlərə məruz qala bilər. Bu icmaların, marşrut boyunca yerləşən əmlakın/icmaların məruz qaldığı eyni müvəqqəti təsirlər məcmusuna məruz qalacağı ehtimal edilir. Layihənin tikinti mərhələsi ərzində, həmçinin yerli yollarda nəqliyyatın hərəkətinin artacağı da gözlənilir. Bu təsir Layihənin boru kəməri KS-nə giriş marşrutları kimi istifadə olunacaq yerli yolların bərpası niyyəti ilə müəyyən dərəcədə yaxşılaşdırıla bilər. Tikinti zamanı proqnozlaşdırılan əsas birgə təsirlərin xülasəsi Cədvəl 11-2-də göstərilmişdir. Kumulyativ və transsərhəd təsirlər 11-5

Cədvəl 11-2: Tikinti fazasında əhəmiyyətli birgə təsirlərin xülasəsi Yerləşdiyi sahə Toz Səs-küy və vibrasiya Nəqliyyat Yaşayış Landşaft və vizual görünüş Qoltuq (CQBKG KG0) Ferma (CQBKG KG6) Ferma (CQBKG KG19) Ferma (CQBKG KG27) Boz xanalar orta əhəmiyyətə malik potensial təsirləri göstərir Yaşıl xanalar aşağı əhəmiyyətə malik potensial təsirləri göstərir İcmanın təhlükəsizliyi CQBKG Layihəsinin yerdə qalan hissəsinə oxşar olaraq, torpaq sahibləri və torpaq icarədarları öz mövcud kənd təsərrüfatı rejimlərinin lokallaşdırılmış şəkildə pozulması ilə bağlı təsirlər məcmusuna və tikinti işləri ilə əlaqədar yuxarıda açıqlanmış təsir növlərinə məruz qala bilərlər. Tikinti işlərinin müvəqqəti xarakter daşıdığını və boru kəməri KS boyunca işlərin xətti qaydada irəliləməsinin planlaşdırılmasını nəzərə alaraq, hər hansı belə təsirlərin qısamüddətli olacağı gözlənilir, onların əhəmiyyətlilik dərəcəsi isə yerinə yetirilən əməliyyatların vaxtının müəyyən edilməsindən, həcmindən və növündən və tətbiq olunan qabaqlayıcı tədbirlərin effektivliyindən asılı olaraq fərqlənəcəkdir. İstismar mərhələsi ərzində, birgə təsirlərin az əhəmiyyətə malik olacağı və vizual təsirlə (daimi mövcud olma və gecə vaxtı işıqlandırma), lokal hava keyfiyyətinin bir qədər zəifləməsi və ərsinlə təmizləmə stansiyasından səs-küyün yaranması ilə məhdudlaşacağı ehtimal edilir. 11.6 Transsərhəd təsirlərin qiymətləndirilməsi ƏMSSTQ-yə Əlavənin təklif olunmuş CQBKG Layihəsinin Azərbaycanda tikilməsi və istismarı nəzərdə tutulan hissəsinə yönəldilməsinə baxmayaraq, CQBKG həm də beynəlxalq səviyyəli layihədir. O, qazı istehsal olunduğu ölkədən, Azərbaycandan qazın istifadə olunacağı ölkələrə (Gürcüstan, Türkiyə və digər Avropa ölkələri) daşıyacaqdır. Boru kəmərinin təklif olunmuş əlavə hissəsi ilə əlaqədar transsərhəd təsirin potensial trayektoriyası Layihənin yayılma səviyyələrindən asılı olaraq, transsərhəd təsirlərə malik ola bilən atmosfer çirkləndiriciləri emissiyaları ilə bağlıdır. İstixana qazlarının emissiyaları da (cüzi olsa belə) baş verəcəkdir. 11.6.1 Atmosfer CQBKG boru kəmərinin təklif olunmuş əlavə hissəsinə böyük həcmdə atmosfer çirkləndiriciləri və istixana qazları emissiyaları yarada bilən kompressor stansiyaları və təzyiq azaltma stansiyaları kimi obyektlər daxil deyildir. CQBKG KG0-da təklif olunmuş ərsin təmizləmə stansiyası Azərbaycanda planlaşdırılmış əməliyyatlar ərzində atmosferə hər hansı çirkləndirici maddələri atacaq yeganə obyektdir və bu emissiyaların çox cüzi olacağı, enerji təchiz etmək üçün dizel generatorunun işləməsi və ərsinin buraxılması ərzində vaxtaşırı (iki ildə bir dəfə) atmosferə kiçik həcmdə metanın atılması ilə məhdudlaşacağı gözlənilir. Bu səbəbdən, dövlət sərhədlərindən (Gürcüstan, Ermənistan, İran və ya Rusiya ilə) əsən küləklər vasitəsilə yayılan atmosfer çirkləndiriciləri və istixana qazları nəticəsində transsərhəd təsirlərin cüzi olacağı hesab edilir. Tikinti ərzində ayrıca reseptorların normal fəaliyyətinin hər hansı pozulmasının (məsələn toz vasitəsilə) əslində lokal və müvəqqəti xarakter daşıyacağı gözlənilir və bu səbəbdən transsərhəd təsirlərin yaranmasına gətirib çıxarmayacaqdır. 11.6.2 İstixana qazı emissiyaları 11.6.2.1 Tikinti mərhələsi Azərbaycan Hazırkı ƏMSSTQ-yə Əlavənin predmeti olan Layihənin layihələndirməsindəki dəyişikliklər 56 diametrlik boru kəməri layihəsi ilə müqayisədə istixana qazı emissiyalarında çox azacıq azalma ilə nəticələnəcəkdir. CQBKG üzrə ƏMSSTQ sənədinin son variantının 5.10.7 Kumulyativ və transsərhəd təsirlər 11-6

bölməsində qeyd edildiyi kimi CQBKG üzrə ƏMSSTQ üzrə atmosferə atılacaq CO 2 -nin ümumi həcminin 317,587 ton təşkil edəcəyi hesablanmışdır. Boru kəmərinin diametrinin 56 -dən 48 -ə azaldılması yük avtomobili ilə boru kəməri hissələrinin daşınmasına imkan yaradacaq, beləliklə, ehtiyac duyulan çatdırılma səfərlərinin sayını azaldacaqdır. Bununla belə, boru kəmərinə əlavə 34 km-in əlavə edilməsi ilə əlaqədar olaraq, avtomobil yolları üçün nəzərdə tutulmamış avadanlıqların və istifadə ediləcək digər yol nəqliyyat vasitələrinin müddətləri də artacaq və nəticədə, hesablamalara görə ümumi emissiyaların həcmi də artacaqdır. Nəticədə, CQBKG boru kəmərinin Azərbaycan hissəsində bütövlükdə CO 2 -nin ümumi həcminin 354,021 tona qədər artacağı proqnozlaşdırılır. 11.6.2.2 İstismar mərhələsi Azərbaycan Boru kəmərinin uzunluğunun artması ilə əlaqədar olaraq, boru kəmərindən CO 2eq nəzarətsiz emissiyaların 63 tondan 70 tona qədər artacağı hesablanmışdır. Bu təsirin təsviri üçün CQBKG üzrə ƏMSSTQ sənədinin son variantının 11.6.3 bölməsinə istinad etməyiniz xahiş olunur. 11.1.1.1 Layihə üzrə ümumi İXQ emissiyaları Hazırkı ƏMSSTQ-yə Əlavənin predmeti olan Layihənin layihələndirməsindəki dəyişikliklər 56 diametrlik boru kəmərinin layihələndirilməsi ilə müqayisədə istixana qazı emissiyalarında çox azacıq artım ilə nəticələnəcəkdir. CQBKG üzrə ƏMSSTQ sənədinin son variantına görə emissiyaların ümumi həcminin ildə 599,500 ton birbaşa CO 2eq emissiyalarından, üstəgəl (elektrik təchizatı şəbəkəsindən) ildə 4000 ton dolayı CO 2eq emissiyalarından, ildə cəmi 603,500 ton CO 2eq emissiyalarından ibarət olacağı hesablanmışdır. Layihənin layihələndirməsindəki cari dəyişikliklər o deməkdir ki, hesablamalara görə boru kəmərinin və qurğuların istismarı nəticəsində ildə 600,000 ton birbaşa CO 2eq emissiyası və (elektrik təchizatı şəbəkəsindən) ildə 4000 ton dolayı CO 2eq emissiyaları, ildə cəmi 604,000 ton CO 2 eq emissiyaları hasil ediləcəkdir. Bu Layihənin Gürcüstan hissəsində emissiyaların həcmindəki dəyişikliklər ilə əlaqədardır. Kumulyativ və transsərhəd təsirlər 11-7