Milli Aviasiya Akademiyası. Kafedra:"Aviasiya meteorologiyası" Fakültə: "HN" İxtisas: "Hidrometeorologiya" Fənn: "İqlimşünaslıq"

Benzer belgeler
AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Azərbaycan Dövlət İqtİsad Unİversİtetİ Qİda məhsullarının texnologiyası kafedrası Fənn: İaşə müəssisələrinin avadanlıqları

Xammal və enerji daşıyıcı problemlərinin həll edilməsi yolları Müasir beynəlxalq münasibətlərin ən aktual məsələləri sırasına qloballaşan dünyanın

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

BİOSFER. Talıblı Pərviz Qrup: 400

Serbest iş 5. Azerbaycan Hava Yolları Qapalı Sehimdar Cemiyyeti. Milli Aviasiya Akademiyası

Mövzu 21:Bioqaz istehsalı və tullantısız (aztullantılı) texnologiyaların kənd təsərrüfatında tətbiqi

BİOSFER

PE 100 BORULARI. su və qaz xətləri üçün POLİETİLEN BORU (PE 100) Keyfiyyətə üstünlük ver!!!

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Beləki bütün texnoloji proseslər müxtəlif üsullarla aparilsada, ümumi halda prosesi iki hissəyə ayirmaq olar :

FƏSİL 11 İqlim dəyişmələri və insan inkişafı

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Fəsil 11 Kumulyati v və transsərhəd təsi rlər

TİTUL VƏRƏQİ MƏKTƏBLİLƏRİN KİMYA FƏNNİ ÜZRƏ RESPUBLİKA OLİMPİADASI FİNAL MƏRHƏLƏSİ IX SİNİF. İştirakçı S.A.A. Şəhər, məktəb

Marketinq. Mehdiyev Əkbər

KƏND TƏSƏRRÜFATI ÜZRƏ ELEKTRON QİYMƏT İNFORMASİYA PORTALININ STRUKTURUNA VƏ FƏALİYYƏTİNƏ DAİR TƏLİMAT. I. Ümumi bölmə

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ

ndüz Hava Proqnozu +11 C, Gecə +7 C Lənkəran Gündüz +11 C, Gecə +7 C Lerik Gündüz +5 C, Ge

Su duz mübadiləsinin endokrin tənzim mexanizmləri

Ekologiyanın müasir problemləri fənnindən II kollokvium üçün suallar Esgerova Mehriban 258m

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ. Kafedra: Metrologiya, standartlaşdırma və keyfiyyətin idarəə olunması

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

11-ci sinif Kimya. Respublika Fənn Olimpiadaları. Rayon (Şəhər) mərhələsi. Soyad. Məktəb

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

Torpağın ağır metallarla çirklənməsi

BİOLOGİYA YEKUN IMT( AZ)

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

Azərbaycanda gələcək qaz ehtiyatlarının kəşfiyyatı: Qlobal texnologiyalar və yerli əməkdaşlıq

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

RESPUBLİKA FƏNN OLİMPİADALARI

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

MAGİSTR DİSSERTASİYASI AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ MAGİSTRATURA MƏRKƏZİ.

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

Tapşırıq 1. 1 xal. Nüvə reaksiyasında hansı hissəcik buraxılıb? Nəzərə alın: dörd ehtimal cavabdan yalnız biri düzdür.

Biryerdə nəticələrə doğru: AİB-nın Asiya və Sakit Okean Regionunda əməkdaşlığı haqqında 50 məqalə

Aqrokimyəvi əhəmiyyətinə görə gübrələr birbaşa və dolayı gübrələrdən ibarətdir.

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

xazarinshaat.az Ünvan: Nizami Rayonu, Özbəkistan küçəsi 23/34

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

Azərbaycanda Nəzərdə tutulan milli səviyyədə müəyyən edilmiş töhfələrin hazırlanası üzrə Milli Seminar/ İşçi Qrupunun 3-cü iclası

BÖYÜK DƏCCAL Amerika

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Analoq siqnallar Rəqəmli siqnal Rəqəmli siqnal

Ana kart (Motherboard)

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

EFİOPİYA VƏ SOMALİNİN KƏND TƏSƏRRÜFATININ MÜQAYİSƏLİ SƏCİYYƏSİ

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

Su həyatın əsasıdır. Əsas fikir

Behruz Melikov. Hidrologiya.

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Ġstanbul METROBUS BRT. Ümumdünya Ehtiyatları Ġnstitutundan/EMBARQ Sibel Köylüoğlu və Dario Hidalgonun təqdimatlarından istifadə edilmiģdir

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

İllik maliyyə hesabatlarının tərtib olunması üzrə kommersiya təşkilatları üçün nümunəvi formalar. Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı)

Yaponiyanın Azərbaycan Respublikasına göstərdiyi Rəsmi İnkişaf Yardımı (RİY)

1246_Az_Q18_Qiyabi_Yekun imtahan testinin sualları Fənn : 1246 Alternativ yanacaqlar və onların tətbiqinin ekoloji təhlükəsizliyi

Macarıstanda elektrik enerjisindən istifadə tariflərinin müəyyənləşdirilməsi metodoligiyasının təkmilləşdirilməsi

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Qida fiziologiyası. müəl., b.ü.f.d. BABAŞLI A.Ə.

İQLİM DƏYİŞMƏLƏRİNƏ TƏSİRİN YUMŞALDILMASI SAHƏSİNDƏ ARDNŞ-İN HAZIRKİ VƏ GƏLƏCƏK FƏALİYYƏTİ

G. Ə. Qurbanova ÜMUMİ.. Zn* 2 ~Zn +2

Əlavə D Ətraf Mühitin və Sosial Sahənin İdarə Edilməsi və Monitorinqi Planı

Fənn Ətraf mühitin mühafizəsinin texniki və texnoloji əsasları

Mühazirə 6: Kation və Anion polimerləşmənin xüsusiyyətləri

2015-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında Biologiya fənni üzrə istifadə olunmuş test tapşırıqları

HƏR SUALA BİR CAVAB. Kainat nə boydadır?

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

B) Riyaziyyat C) ) Ekologiya D) Cografiya E) Fizika

MÜHAZİRƏ 13: YEYİNTİ HEYVANİ YAĞLARIN İSTEHSAL TEXNOLOGİYASI Dos. NATƏVAN SƏFƏR QIZI

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

III A yarımqrup elementlərinin ümumi xarakteristikası.

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

Fəsil 14 Ümumi layihə qiymətləndirməsi

"Birləşmiş Millətlər Təşkilatının "İqlim Dəyişmələri haqqında" Çərçivə Konvensiyasına dair" Kioto Protokoluna qoşulmaq barədə

AVRASİYA SOSİAL ELMLƏR FORUMU

2014-cü ilin üçüncü rübünün nəticələri

b) Kişi cinsi hormonlar. (C 19 steroidlər). R=CH 3 androgen; c) C 18 steroidinə malik hormonlar. R=H estran.

TƏŞKİLAT KOMİTƏSİ / TEŞKİLAT KOMİSYONU

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

ŞIRKƏTIN INKIŞAFıNıN RƏQABƏT STRATEGIYALARı VƏ ONLARıN TƏSNIFLƏŞDIRILMƏSI

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

BÖYÜK BRİTANİYANIN VERGİ SİSTEMİ

Azərbaycanın fiziki coğrafiyası İzahat vərəqəsi

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

3 Təsirin qiymətləndirilməsi üzrə metodologiya

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

DEMOQRAFİK VƏZİYYƏT VƏ DAVAMLI İNKİŞAF: TÜRKİYƏ NÜMUNƏSİ

BALANS HESABATI A-AKTİVLƏR

Vəli Əliyev. Qarabağ. (Qədim dövr)

Dərinlik, sm. Kəsimlərin qoyuluduğu düzənlik əraziləri. Humus Azot CO2 C/N

C OĞRAFİYA. (II ixtisas qrupu üçün) Coğrafiya

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTU

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

Transkript:

Milli Aviasiya Akademiyası Kafedra:"Aviasiya meteorologiyası" Fakültə: "HN" İxtisas: "Hidrometeorologiya" Fənn: "İqlimşünaslıq" Tələbə:Abdullayev Nemət Müəllim:Məmmədova Güllü Mövzu: "İqlim dəyişmələri ilə bağlı antopogen amillərin rolu" KURS İŞİ BAKI-2014 1

Mündəricat: Giriş... 3 Fəsil 1.Atmosferin antopogen çirklənməsi... 4 Fəsil 2.Radiasiya və istilik rejiminə təsiri... 10 Fəsil 3.Atmosferin tərkibinin dəyişməsi.aerozollar,karbon qazı və s... 12 Fəsil 4.Nüvə münaqişələrinin iqlimə təsirinin proqnozlaşdırılması... 15 Nəticə... 20 Ədəbiyyat... 22 2

Giriş: Müasir dövrdə atmosferin çirklənməsi bir çox amillərlə bağlıdır,onlardan biri də məhz Atropogen amillərdi. Atmosfer çirkləndiricilərini təbii və süni (antropogen) mənbələrinə görə iki qrupa ayırırlar. Atmosferin təbii çirklənməsi vulkanların püskürməsi, dağ süxurlarının aşınması, tozanağın, meşə yanğınlarının, ildırımın yaranması, dəniz duzlarının qaldırılması nəticəsində yaranır. Atmosferin süni çirklənməsi başlıca olaraq şəhər və sənaye rayonları üçün xarakterikdir. Şəhər və şəhər ətrafı rayonlarda çoxlu sənaye müəssisələri, avtonəqliyyat və qızdırıcı sistemlər vardır ki, onlar atmosferi çirkləndirib, iqlimə mənfi təsir göstərirlər. Antropofen amillərin bir neçəsi aşağıdakılardı: 1.Sənaye tullantılarla çirklənmə; 2.Zavod və fabriklərdən çıxan zəhərli qazlar üzündən çirklənmə; 3.Nüvə münaqişələri hesabına çirklənmə və s. Yuxarıda sadaladığımız çirkləmələr üzündən atmosferdəki Ozon qatı mənfi təsirlərə məruz qalır və bu da öz növbəsində bütün yer kürəsinin İqliminə təsirsiz ötüşmür.bunların bir neçesinə misal göstərək,məsələn:nüvə münaqişələri hesabına bir çox ərazilər əziyyət çəkir,həmin ərazilərdə uzun müddət bitgi digər canlı aləmin yayılmamasının nəticəsidir ki bu ərazilər Ölü zonalar adlandırılır.yəni həmin ərazilər üzərində müxtəlif zəhərli qazlar atmosferə doğru hərəkət edər bu da qlobal iqlim dəyişmələrini bilavasitə tezləşdirir. Belə münaqişə nəticəsində yerdəki yaşayış rayonları uzun müddət zülmətəbürünəcək,radioaktiv yağıntıya,qasırğaya məruz qalacaq,temperatur azalacaq,başqa sözlə desək, "nüvə qışı" yaranacaqdır. 3

Fəsil 1. Atmosferin antopogen çirklənməsi Atmosfer çirkləndiricilərini təbii və süni (antropogen) mənbələrinə görə iki qrupa ayırırlar. Atmosferin təbii çirklənməsi vulkanların püskürməsi, dağ süxurlarının aşınması, tozanağın, meşə yanğınlarının, ildırımın yaranması, dəniz duzlarının qaldırılması nəticəsində yaranır. Atmosferin süni çirklənməsi başlıca olaraq şəhər və sənaye rayonları üçün xarakterikdir. Şəhər və şəhər ətrafı rayonlarda çoxlu sənaye müəssisələri, avtonəqliyyat və qızdırıcı sistemlər vardır ki, onlar atmosferi çirkləndirib, iqlimə mənfi təsir göstərirlər. Uzun müddət şəhərlərdə havanın çirklənməsi qızdırıcı sistemlərdə karbonun yandırılması ilə əlaqələndirilirdi ki, bunun nəticəsində də atmosferə külli miqdarda tüstü, kül və kükürd qazı (SO 2 ) atılırdı. Hal-hazırda atmosferi çirkləndirən mənbələrdən sənaye müəssisələrini və avtomobil nəqliyyatını ön plana çəkirlər. Hətta bəzi ölkələrdə atmosferin çirklənməsində avtomobil nəqliyyatının rolu sənaye müəssisələrindən böyükdür. Məsələn, belə ölkələrdən biri ABŞ-dır. Burada avtomobil nəqliyyatı çox güclü inkişaf etmişdir. Sənaye, atmosferi zərərli qaz tullantıları və tozlarla çirkləndirir (şəkil 1.1). Atmosferi çirkləndirən əsas mənbələrdən istilik elektrik stansiyaları, metallurgiya, kimya, neft emalı, sement və başqa zavodları göstərmək olar. Yanacağın növündən, sənaye xammalının tərkibindən, istehsalın texnologiyasından və s. asılı olaraq atmosferə atılan tullantıların kimyəvi tərkibi müxtəlifdir. Məsələn, domna sobasından çıxan qazda zəhərli dəm qazı vardır. Alüminium zavodlarının tüstüsü atmosferi ftorlu birləşmələrlə zəhərləyir. Kağız istehsalında atmosferə his, kükürd anhidridi, hidrogen sulfiti və pis qoxu verən merkaptonlar atılır. Süni liflərin məsələn, neylon istehsalı zamanı toksiki karbon sulfiti və pis qoxulu hidrogen sulfit ayrılır. Toza gəldikdə isə, onun çox hissəsini atmosferə istilik 4

elektrik stansiyaları tullayır. Belə elektrik stansiyalar ən pis növlü kömürlə işləyib, yanma vaxtı çoxlu his və kükürd birləşmələri əmələ gətirir. Orta güclü elektrik stansiyalar gün ərzində 2000 ton aşağı növlü kömür yandırarsa, həmin gün ərzində,havaya 400 ton his və 120 ton kükürd qazı yayılır. Havanın bu cür çirklənməsi zərərli nəticələrə səbəb olur. Şəkil 1.1 Zavod və Fabriklərdən çıxan zəhərli qazlar. Toz ilə çirklənmənin ikinci əsas mənbəyi sement zavodlarıdır. Sementi düzəltmək üçün əsas xammal olaraq gil və ya şist ilə qarışmış əhəngdən istifadə olunur. Aparılan tədqiqatlara görə avtomobillərdən çıxan işlənmiş qazlar, tərkibində çoxlu komponent olan mürəkkəb qarışıqdan ibarətdir. Bunlar bir neçə qrupa ayrılırlar. Birinci qrupa toksikliyi olmayan maddələr aiddir. Bunlardan azotu, oksigeni, hidrogen və su buxarını göstərmək olar. Bu qrupa karbon qazını da əlavə etmək olar. İşlənmiş qazlarda onun miqdarı insan sağlamlığı üçün çox da qorxulu deyildir. 5

İkinci qrupa dəm qazını (CO) aid etmək olar ki, bu da çox zəhərli və miqdarca çox olur (12%-ə kimi). Üçüncü qrupu azot 2 oksid NO, azot 4 oksid NO 2 və daha zəhərli olan digər azot oksidləri əmələ gətirir. Dördüncü qrup karbohidrogenlərdən ibarətdir. Bu qrupa etilen, asetilen, metan, propan, toluol, benzopiren (kanserogen) və s. daxildir. edir. Beşinci qrupu aldehidlər, əsasən zəhərli formaldehid (formalin) və s. təşkil Nəhayət altıncı qrupda hisi göstərmək olar. İşlənmiş qazların miqdarı və tərkibi bir çox amillərdən asılıdır; mühərrikin növündən, onun işləmə rejimindən, yanacağın növündən və s. Ən az tullantı avtomobilin fasiləsiz işlədiyi zaman, ən çox tullantı isə onu işə salanda və əyləyəndə əmələ gəlir. Avtomobillərdən çıxan işlənmiş qazlar mürəkkəb tərkibə malikdir. Çirklənmənin əsas komponentləri dəm qazı, azot oksidləri, karbohidrogenlər, aldehidlər və qurğuşun birləşmələridir. Hesablamalar göstərir ki, bütün dünyadakı avtomobillərdən çıxan qurğuşunun ümumi tullantısı ildə 300 min tondur. Atmosfer çirkləndiricilərinin paylanması hava axınlarının üfiqi və şaquli hərəkət istiqamətləri ilə təyin olunur. Ümumiyyətlə, atmosferdəki çirkləndiricilərin miqdarı havanın temperaturundan, bulud, duman və yağıntıların olmasından asılıdır. Qeyd etmək lazımdır ki, atmosferin qazlarla antropogen çirklənməsi kükürd qazı, dəm qazı, kimyəvi sənaye, təyyarə və avtomobillərdən çıxan işlənmiş qazlarla bağlıdır. Xüsusi halda kömürün və neftin yandırıldığı zaman atmosferə ildə 10 8 ton kükürd qazı (SO 2 ) tullanır. 6

Kükürd qazı gündüz vaxtı oksigen ilə oksidləşərək kükürd anhidridini (SO 3 ) əmələ gətirir. O da öz növbəsində, su buxarı ilə birləşərək sulfat turşusunu yaradır (H 2 SO 4 ). Miqdarca və əhəmiyyətcə daha əsas olan çirkləndirici qazlardan dəm qazını göstərmək olar. Sənaye rayonlarından kənarda okeanlar üzərində dəm qazının miqdarı 0,04 0,10 mq/m 3 -dir. Materiklər üzərində bu qiymət bir qədər çoxdur. Güman edilir ki, okean da sənayenin verdiyi qədər CO yaradır. Lakin, onun əmələ gəlməsi məlum deyil. Mütəxəssislərin hesablamalarına görə dəm qazının ümumi orta miqdarı normal halda 0,12 sm-dir. Yuxarı troposferdə dəm qazının miqdarı xeyli azalır. Strotosferdə isə aşağıdakı CO+OH H+CO 2 reaksiya nəticəsində 1 sm 3 -də 1 saniyə ərzində 5*105CO molekulu parçalanır. Çirkləndirici qazlar arasında CO 2 da özünəməxsus yer tutur. Onun miqdarı 1958-ci ildən başlayaraq ildə 0,2 % artır. Yanacağın yandırıldığı zaman ayrılan karbon qazının kütləsi təbiətdəki CO 2 -nin cüzi hissəsini təşkil edir. Atmosfer ilə okean arasında CO 2 mübadiləsi gedir. Bəzi tədqiqatçılar göstərir ki, əgər karbon qazının indiki artım sürəti qalarsa onda 2050-ci ilə kimi yer səthinin temperaturu 1 o C artacaqdır. Özü də troposferin temperaturu artacaq, strotosferinki isə azalacaqdır. İlk baxışda adama elə gəlir ki, temperaturun bu qədər artması heç də təhlükəli deyil. Lakin temperaturun artması ilə buzlaqlar əriyəcək, qütb buzlaqlarının sərhəddi tərpənəcək və bununla da okean və dənizlərin səviyyəsi on metrlərə kimi qalxacaqdır. Rus alimi M.İ.Budıkonun hesablaşmasına görə karbon qazının miqdarının 0,042 %-ə qədər artması bütün qütb buzlaqlarını məhv edəcək, 0,015 %-ə qədər azalması isə bütün planetimizin buzlaşması ilə nəticələnəcəkdir. 7

Atmosferin təbii və antropogen çirklənməsində iştirak edən qazların öz aralarındakı nisbətə baxaq: Təbii qaz ton/ildə Sənaye qazı ton/ildə Karbon qazı (CO 2 ) 7*10 10 1,5*10 10 Dəm qazı (CO) 2,5*10 8 Kükürd qazı (SO 2 ) 1,4*10 8 7,3*10 7 Azot (N 2 ) 1,4*10 9 1,5*10 7 Ozon (O 3 ) 2,0*10 9 cüzi Cədvəl 1.1-də bəzi hava çirkləndiriciləri haqqında məlumat verilmişdir. Cədvəl 1.1 Daha çox yayılmış hava çirkləndiriciləri Çirkləndiricilər Mənbəyi Təsiri 1 2 3 1. Aldehidlər Qızma vaxtı piy və yağların parçalanması, avtomobillərdən çıxan işlənmiş qazlar, gübrə verərkən və partlayış zamanı yaranan kimyəvi proses Nəfəs yollarını qıcıqlandırırlar 8

2. Amiak Gübrə verərkən və partlayış zamanı yaranan kimyəvi proseslər 3. Arsenlər Metal və turşuların istehsalı 4. Dəm qazı Avtomobillərdən çıxan işlənmiş qazlar, kömürün yandırılması Nəfəs yollarının iltihabı və sətəlcəmə səbəb olur Qırmızı qan zərrəciklərini dağıdır, böyrəkləri zədələyir Qandakı oksigenin miqdarına təsir edir Cədvəl 1.1-in ardı 1 2 3 5. Xlor Ağartma prosesləri Gözün qişalı təbəqəsini 6. Sianlı hidrogen Domna sobaları, metallurgiya 7. Florlu hidrogen Neft təmizləmə, 8. Kükürdlü hidrogen alüminium istehsalı Neft təmizləmə 9. Kükürd qazı Kömürün və neftin 10.His, tüstü və kül hissəcikləri yandırılması Bütün sənaye və nəfəs yollarını zədələyir Əsəb hüceyrələri ilə qarşılıqlı əlaqədə olur, görməyə təsir edir Həzm cihazını qıcıqlandırır Ürək bulanması, göz və boğazın qıcıqlanması Döş qəfəsinin sıxılması, baş ağrısı və ürək bulanması Ciyərləri zədələyir, göz və nəfəs yollarını qıcıqlandırır 9

Fəsil 2. Radiasiya və istilik rejiminə təsiri Şaxtalardan mühafizə bir neçə üsulla həyata keçirilə bilər. Lakin, ən ümumi halda radiasiya və istilik rejiminin dəyişməsinə və soyuq adveksiyadan qorunmağa ayrıla bilər. Şəkil 2.1 Temperaturun gün ərzində dövranı. Zəif küləklərdə daha yaxşı nəticələri, sahənin xüsusi qurğularda (isidici, manqal və s.) bilavasitə qızdırılması verir. Məsələn, geniş kəmərli isidicilərdə 10

neftin yandırılması küləyin 1 m/san qiymətində və 1 m hündürlükdə temperaturun 1, 3, 4 o C artması üçün 1 ha sahəyə uyğun olaraq 100, 300, 500 isidici yerləşdirmək lazımdır. 2 m hündürlükdə effekt bir neçə on dərəcə azalır. Belə ki, 1 ha sahədə 500 isidici olduqda sərf olunan neftin miqdarı saatda 700 300 kq olur. Ən ucuz mühafizə xam yanacaqdan, yeni quru otlardan və quru samandan istifadə etdikdə əldə olunur. Lakin, temperaturun və effektiv şüalanmanın dəyişməsi böyük olmur. Tüstü səhər saatlarında gələn Günəş şüalarını azaldır ki, bu da bitkilərin şaxtaların nəticələrini yüngül keçirməyə imkan verir. Effektiv şüalanmanı azaltmaq üçün xüsusi tüstülərin istifadəsi onun 15 60 % azalmasına, temperaturun isə 0,5 3,0 o C artmasına şərait yaradır. Lakin, effektin əsas hissəsi yanma istiliyinin az hissəsi kondensasiya istiliyinin, daha az hissəsi isə effektiv şüalanmanın azalması 11

ilə baş verir. Şəkil 2.2 Qlobal enerji balansı. Quru rayonlarda (Orta Asiya) soyuq gecələrdə intensiv suvarma yolu ilə temperaturu 2 o C artırmaq olar. Çünki bu, torpağın istilik keçirməsini yüksəldir. Aydındır ki, bu üsuldan istifadə etmək üçün torpaq lazımi qədər isti olmalıdır. Şaxtalarla mübarizədə müxtəlif örtüklərdən də istifadə etmək olar. Bunlara misal olaraq torpağı, samanı, polimer təbəqəni, kağızı və s. göstərmək olar. 12

Fəsil 3. Atmosferin tərkibinin dəyişməsi.aerozollar,karbon qazı və s. Atmosferin müasir və sonrakı dövrlər üçün tərkibinin dəyişməsi iqlimin qlobal dəyişməsinin ən güclü amillərindən biridir. Daha dolğun bu problem karbon qazı üçün öyrənilmişdir. Onun miqdarının iqlimə təsiri müasir iqlim dəyişmələrinin modelləri, paleoiqlim analoqları və hətta empirik məlumatlarla yoxlanılmışdır.. 13

Antropogen mənşəli aerozolun iqlimə təsiri məsələsi nisbətən mürəkkəbdir. Şəkil 3.1 Atmosfer tərkibinin diagramı. Karbon qazının temperatura olan təsiri əsasən onun aşağıdakı xüsusiyyətləri ilə təyin olunur: Yerdən qalxan uzundalğalı şüaları tutub saxlamaq və yer səthindəki effektiv şüalanmanı azaltmaq. Bu zaman temperaturlar artır, atmosferin 14

daha yüksək təbəqələrinin temperaturu isə azalır. Bu effekt iki səbəbdən asılı olaraq güclənir: 1) İstiləşmə nəticəsində atmosferdə su buxarının miqdarının artmasıdır ki, bu da uzundalğalı radiasiyanın qarşısını alır; 2) İstiləşmə nəticəsində qütb buzlarının əriməsidir ki, bu da nisbətən yüksək enliklərdə Yerin albedosunu azaldır. Karbon qazının gələcək iqlimə təsirini qiymətləndirmək üçün onun atmosferdəki mədaxili və məxaricini nəzərə alıb, miqdarın dəyişməsinə uyğun temperatur effektini hesablamaq lazımdır. Temperatur dəyişməsi en dairələrinə görə eyni olmadığından, atmosfer sirkulyasiyasına, bununla da yağıntılara təsir edir.(şəkil 3.2) Sənaye tullantılarının hesabına XXI əsrin ortaları ilə müqayisədə atmosferdə karbon qazının miqdarı təqribən 10 %-dən çox artmışdır. Karbon qazının yarı miqdarı Dünya okeanı tərəfindən udulur. Bitkilər tərəfindən karbon qazının udulması nisbətən çox deyil. Bitkilər məhv olduqda karbon qazı yenidən atmosferə qayıdır. Hal-hazırda meşələrin kəsilməsi (xüsusən tropik) onların bərpası ilə müqayisədə üstünlük təşkil etdiyindən, meşələrin kəsilməsi də həmçinin karbon qazının atmosferdə toplanmasına səbəb olur. Okeanla məsələ daha mürəkkəbdir. Okean orta hesabla karbon qazını udur və orada karbonat çöküntülərinin əmələ gəlməsinə səbəb olur. Hesablamalara görə okean sənaye tərəfindən tullanan karbon qazının yarısını udur. Eyni zamanda müəyyən şəraitdə, məsələn, su qızdıqda okean karbon qazını atmosferə qaytara bilər. Hal-hazırda atmosferə daxil olan və orada qalan karbon qazının miqdarı intensiv sürətdə artır (şək. 10.4). Bəşəriyyət digər enerji növlərindən istifadəyə keçmədikcə və sənaye inkişaf etməkdə davam edərsə, bu proses davam edəcəkdir. Günəş radiasiyası, külək enerjisi, dəniz qabarmaları və bu kimi digər enerji 15

növlərindən istifadə özünün tam effektinə görə bəşəriyyətin enerjiyə olan tələbatını dəfələrlə ödəmiş olardı. Lakin, Günəş radiasiyasının səpələnməsi, küləklərin qeyrimüntəzəmliyi və dəniz qabarmaları enerjisinin istifadəsinin lokal mümkünlüyü hələ də nəhəng güclü qurğuların yaradılmasına imkan vermir. Baxmayaraq ki, bu növ enerjilərin istifadəsi ikinci dərəcəli və köməkçi səviyyəsində olacaqdır. Gələcəkdə bərpa olunan enerji növləri, onun lazım olan miqdarının 10 %-ni təşkil edə bilər. Eyni zamanda karbohidrogen yanacağının bir çox növləri (neft, təbii qaz) getdikcə sürətlə azalacaq və onların qiyməti isə artacaqdır. Yaxın gələcəkdə onlardan kimyəvi xammal kimi istifadə olunacaqdır. Şəkil 3.2 Atmosferdə karbon dioksidin illər ərzində dəyişmə tendensiyası. Daş kömürün ehtiyatı daha çoxdur ki, bu da 1000 1500 ilə bəz edə bilər. Lakin, kömürün yandırılmasının sürətli artımı ətraf mühitin get-gedə daha çox çirklənməsinə gətirib çıxarır. Onun ekoloji cəhətdən daha səmərəli istifadəsi isə hələ də işlənib hazırlanmaq üzrədir. Bu səbəbdən karbohidrogen yanacağının ən ciddi rəqibi ancaq atom enerjisidir. Lakin, uranın və digər elementlərin atomlara 16

parçalanma prinsipinə əsaslanaraq işləyən qurğular üçün lazım olan atom xammalı ehtiyatları da məhduddur.praktiki olaraq qeyri-məhdud miqdarda enerjini termonüvə sintezi (hidrogenin heliuma çevrilməsi və s.) verə bilər.onun təsiri nəinki onun miqdarından, rəng çalarlarından, hündürlüyə görə paylanmasından, hətta onları təşkil edən hissəciklərin ölçülərindən də asılıdır. Bu aerozollar, hissəciklərin ölçüsü 0,05 1,3 mkm olduqda, yer səthində 0,6 o C qədər soyumaya səbəb olurlar, bu ölçülərdən kənar isə azca istiləşməyə (0,1 o C) səbəb olur. Fəsil 4. Nüvə münaqişələrinin iqlimə olan təsirinin proqnozlaşdırılması Uzun illər ərzində nüvə münaqişəsinin uzun müddət təsiri müzakirə edilir.bunlara misal olaraq radioaktiv yağıntıların dəyişməsini,atmosferin yuxarı təbəqəsində ozon qatının dağılmasını və iqlimin xoşa gəlməz dəyişməsini göstərmək olar. Şəkil 4.1 Nüvə silahın partlayış zamanı görünüşü. 17

Son zamanlar aparılan tədqiqatların nəticəsinə görə nüvə münaqişəsinin iqlimə təsiri əvvəl düşünüləndən daha artıq ola bilər.belə münaqişə nəticəsində yerdəki yaşayış rayonları uzun müddət zülmətə bürünəcək,radioaktiv yağıntıya,qasırğaya məruz qalacaq,temperatur azalacaq,başqa sözlə desək, "nüvə qışı" yaranacaqdır.nüvə münaqişənin fiziki nəticələri nəqliyyata,enerji təminatına,kənd təsərrüfata,səhiyyəyə,kommunal təsərrüfata və həmçinin yerli və mərkəzi idarə orqanlara böyük təsir göstərəcəkdir.hətta nüvə münaqişəsindən xeyli uzaq olan rayonlarda sağ qalan aclığa,soyuğa,epidemiyaya və digər ağır nəticələrə məruz qalacaqdır.bəzi bioloqlar və ekoloqlar bele hesab edirlər ki,müəyyən şəraitdə bir çox bioloji növlərin,o cümlədən insanın məhv olunması üçün real ehtimallar meydana gələcəkdir. Şəkil 4.2 Nüvə münaqişələri hesabına qlobal anomaliya (1902-1988). Nüvə münaqişəsinin iqlimə göstərdiyi təsiri qiymətləndirmək üçün diqqəti ilk növbədə yanğın vaxtı əmələ his zərrəciklərinə yönəltmək lazımdır. 18

Ümumiyyətlə,yaşadığımız əsrin əsas problemlərdən biri nüvə münaqişəsinin qarşısını almaq,ona qarşı hərtərəfli və hamılıqla mübarizə aparmaqdır.çünkü,nüvə münaqişəsi bizim planetdə və yer üzərindəki həyata çox ağır ziyan vura bilər. Nüvə münaqişəsi nəticəsində yer atmosferin aşağı qatda daha çox təsirə məruz qalır.ona ğörə də burada baş verə biləcək dəyişikliklərin elmi baxımdan öyrənilməsi vacibdir.bu məqsədlə beynəlxalq konfranslar,simpoziumlar keçirilir.nüvə münaqişəsi tıhlükəsinin bəşəriyyət qarşısında qoyduğu mühüm problemlərdən başlıcası güclü nüvə partlayışlarının ətraf mühitə təsirini öyrənməkdi.bu təsir insanın istehsal fəaliyyəti (atmosfer və dınizlərin çirklənməsi) və təbii hadisələrdən yaranan (iri meteoritlərin düşməsi,vulkan püsgürmələri) təsirlərdən qat-qat güclüdür. Məlumdur ki,ozon ( O 3 ) qatı əsasən 20-25 km hündürlükdə yerləşir və günəşdən gələn 280-320 nm dalğa uzunluğunda öldürücü ultrabənövşəyi şüaların qarşısını alır.spektrin bu sahəsində şüanın müəyyən miqdarda artması insan orqanizmi üçün faydalıdır.bu zaman insanın dərisi yüngülcə qaralır ki,buna sağlam günəş qaralması deyilir.onun çoxluğu isə xərçəng xəstəliklərinin daha da sürətlənməsinə və günəş korluğuna səbəb ola bilər.əgər ozonun 90 %-i dağılıb məhv olsa,spektrin ultrabənövşəyi sərhədi "açıla" bilər.burada ən təhlükəli zona 240-280 nm-dir ki,bunun da həyat üçün qorxulu miqdarı 1 C/ m 2 -dən 1000 C/ m 2 -ə kimidir.bu miqdarda ultrabənövşəyi şüalar yerdə qalan 10 % ozon qatından asanlıqla keçə bilər. Məsələn,Tunqus meteoritinin düşməsi nəticəsində ozon qatının təqribən 45 %-i dağılmışdır. 19

Şəkil 4.3 Tunqus vilayətində düşən meteorit Hesablamalar göstərir ki,gücü 1 meqaton (Mt) olan nüvə partlayışı nəticəsində atmosferdə 10 32 molekul azot oksidi (NO) əmələ gəlir.azot oksidinin katalizator rolunu oynadığı zəncirvari reaksiyada ozon dağılıb məhv ola bilər.nonun bir molekulu 10 minlərlə ozon molekulunu dağıdır və onun bu cür intensiv dağılması bir neçə ay davam edir. Bu vaxt ərzində 5000 ton azot oksidi 5-10 milyon tona yaxın ozunu məhv edir.nüvə partlayışları zamanı stratosferə külli miqdarda aerozollar atılır.torpaqdan çıxan hissəciklər,yanma məhsulları və s. hissəciklər də ozonun dağılmasında müəyyən rol oynayır.müəyyən edilmişdir ki,iri vulkan püskürmələrindən sonra,stratosferə daxil olan aerozollar atmosferdə ozonun miqdarını kəskin azaldır. Bir faktı da nəzərə almaq lazımdır ki,atmosferdə toplanan aerozollar ozonun bərpası üçün vacib olan günəş şüalarını dəfələrlə zəiflədə bilir.bütövlükdə,atmosferdə olan ozonun miqdarı təqribən 4 milyard tondur. 20

Mütəxəssislərin hesablamalarına görə nüvə münaqişəsində (bu əsasən şimal yarımkürəsində,30-60 0 şimal en dairəsində baş verə bilər) ümumi gücü 10 min Mt olan partlayış ozonun 80-90 % dağıtmalıdır. Şübhəsiz ki,nüvə münaqişəsi zamanı iri sahələrdə meşə yanğınları baş verəcəkdir.dəhşətli yanğınlardan ayrılan istilik enerjisi nəticəsində hadisə baş vermiş sahələrdə atmosferdə hərarıt 1 0 C və daha çox arta bilər.partlayış zamanı əmələ gələn güclü küləklərin (Xirosima və Naqasakidəki atom bombalarının partlayışı zamanı sürəti 50 m/san olan küləklər qeydı alınmışdır) ümumi atmosferin sirkulyasiyasını hiss olunacaq dərəcədə dəyişə biləcəyini gözləmək olar. Yağıntılar nəticəsində atmosferə çoxlu miqdarda his,karbon qazı və bu kimi başqa yanacaq məhsulları atılmalıdır.bunlar isə öz növbəsində yerə gələn Günəş şüalarının kəskin sürətdə zəiflədərək,fotosintez prosesinin sürətini azaldır və havanın soyuması ilə nəticələnə bilər. Nüvə partlayışı zamanı okeanın temperaturu az dəyişəcək,lakin atmosferin əsas kütləsinin temperaturu artdığına görə okenalar üzərində buludlar əmələ gələcək və güclü yağıntı başlayacaqdır.quruda yağıntıların sayı azlacaqdır ki,bu da atmosferdə olan zəhərli radioaktiv hissəciklərin yuyulub aparılması prosesinin ləngiməsinə səbəb ola bilər.belə halda,atmosferin tutqun vəziyyəti uzun müddət davam etməlidi.orta en dairələrində atmosferin qızması temperaturu ekvator ilə orta enliklər arasında dəyişməsinə gətirib çıxarda bilər.belə halda,atmosferin tutqun vəziyyəti uzun müddət davam etməlidir. 60 0 şimal en dairəsindən şimalda yerləşən qütb sahələrində zona küləkləri güclənəcəkdir.arktikaya çoxlu toz və his daxil olacaq,bunun nəticəsində qütb buzlaqlarının şüaları əksetmə qabiliyyəti azalacaq və onlar əriməyə başlayacaqdır. Nüvə münaqişəsinin atmosfer üçün zərərli olan nəticələrini səciyyələndirən qiymətlər burada xeyli azaldılmışdır.gələcək tədqiqatlar atmosfer proseslərinin bəzi parametrlərini dəqiqləşdirməli və hesablama modellərini inkişaf etdirməlidir. 21

Nəticə: Bu kurs işində aşağıdakı nəticələrə gəlməy olar ki, Atmosferin çirklənməsi əsasən insanların təsərrüfat fəaliyyəti ilə yeni antropogen amillərlə əlaqədardır, lakin atmosfer müstəsna hallarda təbii proseslərin təsirindən də çirklənə bilər. Yer kürəsində atmosfer çirklənməsi regional və qlobal miqyasda olur. Сянайе атмосфери зярярли газ туллантылары вя тозларла чиркляндирир. Атмосфери чиркляндирян ясас мянбялярдян истилик електрик стансийалары, металурэийа, кимйа, нефт емалы, семент вя башга заводлары эюстярмяк олар. Aşağıda atmosferin təbii və antropogen çirklənməsində iştirak edən qazların miqdarı verilmişdi. Təbii qaz ton/ildə Sənaye qazı ton/ildə Karbon qazı (CO 2 ) 7*10 10 1,5*10 10 Dəm qazı (CO) 2,5*10 8 Kükürd qazı (SO 2 ) 1,4*10 8 7,3*10 7 Azot (N 2 ) 1,4*10 9 1,5*10 7 Ozon (O 3 ) 2,0*10 9 cüzi Шящяр вя шящяр ятрафы районларда чохлу сянайе мцяссисяляри, автоняглиййат вя гыздырыъы системляр вардыр ки, онлар атмосфери чиркляндириб иглимя мянфи тясир эюстярирляр. Узун мцддят шящярлярдя щаванын 22

чирклянмяси гыздырыъы системлярдя карбонун йандырылмасы иля ялагяляндирилирди ки, бунун нятиъясиндя дя атмосферя кцлли мигдарда тцстц, кцл вя кцкцрд газы (СО2) атылырды. Щал-щазырда атмосфери чиркляндирян мянбялярдян сянайе мцяссисялярини вя автомобил няглиййатыны юн плана чякирляр. Щятта бязи юлкялярдя атмосферин чирклянмясиндя автомобил няглиййатынын ролу сянайе мцяссисяляриндян бюйцкдцр.bir sözlə atmosferi çirklənmədən qorumaqla qlobal iqlim dəyişmələri də nizama salmaq olar.bunun üçün Nüvə münaqişələrə son qoymaq,atmosferə buraxılan zəhərli qazları minimuma endirmək,yaşıllıqları qorumaq və və tullantısız texnologiyadan geniş istifadə etmək lazımdır. 23

Ədəbiyyat 1. Mehdiyev A.Ş.,Əhmədov Ş.Ə.Meteorologiya və iqlimşünaslığın əsasları.bakı 2008 2. Хромов С.П.Метеорология и климатология.издательство «Наука»,М.2006 3. Дроздов О.А.,Кобышева Н.В.Климатология.М,1989 г. 4. İnternet saytları. 24