Dünya səviyyəli layihələrin təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsi

Benzer belgeler
Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

2014-cü ilin üçüncü rübünün nəticələri

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

Dünya miqyaslı qaz dəyər zəncirinin yaradılması Avropaya uzanan Cənub Qaz Dəhlizinin təməlinin qoyulması

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Şahdəniz Yatağının İşlənilməsində Yeni Texnologiyaların Tətbiqi. Şahdəniz Yatağının İşlənilməsində Yeni Texnologiyaların Tətbiqi Əl Kuk

AZƏRBAYCANIN ENERJİ EHTİYATLARI VƏ ONLARDAN İSTİFADƏNİN MÖVCUD VƏZİYYƏTİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru.

Azərbaycanda gələcək qaz ehtiyatlarının kəşfiyyatı: Qlobal texnologiyalar və yerli əməkdaşlıq

AZƏRBAYCANIN ENERJİ EHTİYATLARI VƏ ONLARDAN İSTİFADƏNİN MÖVCUD VƏZİYYƏTİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru.

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Biryerdə nəticələrə doğru: AİB-nın Asiya və Sakit Okean Regionunda əməkdaşlığı haqqında 50 məqalə

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Ġstanbul METROBUS BRT. Ümumdünya Ehtiyatları Ġnstitutundan/EMBARQ Sibel Köylüoğlu və Dario Hidalgonun təqdimatlarından istifadə edilmiģdir

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti

xazarinshaat.az Ünvan: Nizami Rayonu, Özbəkistan küçəsi 23/34

Marketinq. Mehdiyev Əkbər

Yaponiyanın Azərbaycan Respublikasına göstərdiyi Rəsmi İnkişaf Yardımı (RİY)

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

Komissiyanın İkinci hesabatına cavab olaraq biz öz cavabımızı üç komponent ətrafında hazırlamışıq:

Oktyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

Şəffaflıq və bacarıqların yaradılması Şəffaflıq

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

TƏHSİL MÜƏSSİSƏLƏRİ ÜÇÜN MEBEL KATALOQU

EDİTÖR DEN. Aşk olsun böyle dostluğa ve kardeşliğe. Eşq olsun belə dostluğa. və qardaşlığa

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

SEKTORUN QİYMƏTLƏNDİRMƏSİ (İCMAL): ENERJİ 1

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri Milli iqtisadiyyat

PE 100 BORULARI. su və qaz xətləri üçün POLİETİLEN BORU (PE 100) Keyfiyyətə üstünlük ver!!!

Zeynalova Sevinc III kurs

Azərbaycan: Cənubi Qaz Dəhlizi

Fəsil 5 Layi həni n təsvi ri

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

İQLİM DƏYİŞMƏLƏRİNƏ TƏSİRİN YUMŞALDILMASI SAHƏSİNDƏ ARDNŞ-İN HAZIRKİ VƏ GƏLƏCƏK FƏALİYYƏTİ

Əlavə D Ətraf Mühitin və Sosial Sahənin İdarə Edilməsi və Monitorinqi Planı

Azərbaycanda Nəzərdə tutulan milli səviyyədə müəyyən edilmiş töhfələrin hazırlanası üzrə Milli Seminar/ İşçi Qrupunun 3-cü iclası

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

ENERJİ SƏMƏRƏLİYİ: DAVAMLI İNKİŞAF ÜÇÜN YENİ VASİTƏ. Azərbaycan şirkətlərin enerji səmərəyili ilə bağlı təçrübələrinin öyrənilməsi

Azərbaycan Ölkə Tərəfdaşlıq Çərçivəsi (ÖTÇ)

Məzun: Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM): İstehsalat təcrübəsi keçən tələbələr : Sağlamlıq, Əməyin Təhlükəsizliyi və...

AVROPA KOMİSSİYASI PRESS-RELİZ

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

1 Giriş. Mündəricat. Şəkillərin siyahısı. Cədvəllərin siyahısı

Finansist Təqdimat. Ramil Bağırov EY: Şirkətin ən dəyərli sərvəti onun əməkdaşlarıdır

Caspian Pipe Coatings MMC

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

AZƏRBAYCANDA KORPORATİV SOSİAL MƏSULİYYƏTİN

VALUE-SITE HEDEFİMİZE KOŞAR ADIM İLERLİYORUZ VALUE-SITE HƏDƏFİMİZƏ DOĞRU İRİ ADDIMLARLA İRƏLİLƏYİRİK

Fəsil 11 Kumulyati v və transsərhəd təsi rlər

Bizim qeyri-neft ixracımız, o cümlədən ərzaq məhsullarının ixracı sürətlə artır

Asiya və Sakit okeanı ölkələrində davamlı inkişafın miqyasının genişləndirilməsi: daha yaxşı, güclü, və çevik AİB

AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

Daha firavan gələcək naminə daha güclü BMT. BMT Baş katibinin nəzəri-baxışı. Page 1 of 32

Ana kart (Motherboard)

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

H E S A B A T Q E Y D Ə A L I N D I!

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

Azərbaycanda turizmin vəziyyəti

Azərbaycan Texniki Universiteti. Maşınqayırma texnologiyası kafedrası

cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı GİRİŞ

MÜŞTƏRİLƏRƏ GƏLƏCƏYİ GÖSTƏRİR, İRƏLİYƏ APARIRIQ

Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi Layihəsi, Azərbaycan Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsinin Əlavəsi

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

Azərbaycan Dövlət İqtİsad Unİversİtetİ Qİda məhsullarının texnologiyası kafedrası Fənn: İaşə müəssisələrinin avadanlıqları

BÖYÜK BRİTANİYANIN VERGİ SİSTEMİ

Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi nin icra vəziyyəti

BÖYÜK DƏCCAL Amerika

ABŞERON AQROPARKI İNVESTİSİYA LAYİHƏSİ

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

IV Zirvə Oyunlarının ƏSASNAMƏSİ

2011-Cİ İLİN YANVAR-SENTYABR AYLARI ƏRZİNDƏ AZƏRBAYCAN RESPUBLİKASININ RUSİYA FEDERASİYASI İLƏ TİCARƏT ƏLAQƏLƏRİ.

İyul 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

PRÉSIDENCE DE LA RÉPUBLIQUE. Service de Presse AZƏRBAYCAN RESPUBLĐKASI PREZĐDENTĐ ZATI ALĐLƏRĐ CƏNAB ĐLHAM ƏLĐYEV VƏ XANIM MEHRĐBAN ƏLĐYEVANIN

Kredit bürosu borcalanlar üçün əla imkanlar

CQBK-nin Genişləndirilməsi Layihəsi, Azərbaycan Ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsi Son Variant

Dünya Bankının Sənədi YALNIZ RƏSMI ISTIFADƏ ÜÇÜN

AZƏRBAYCAN. Iqtisadi Fəaliyyətin Nəticələri

Fəsil 12 Təhlükələri n təhli li və ri ski n qi ymətləndi ri lməsi

Layihə Məlumat Hesabatı

MÖVZU 5 Beynəlxalq iqtisadi münasibətlər sistemində kapitalın beynəlxalq hərəkəti

2017-ci ilin 4 ayında qeyri-neft sektoru üzrə 5 əsas ixrac ölkəsi

Sağlamlıq imkanları məhdud şəxslərin idarəetmə orqanlarında təmsil edilməsinin faydaları

Transkript:

Dünya səviyyəli layihələrin təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsi Slayd 1 - Giriş Cənab Sədr, Hörmətli qonaqlar, Xanımlar və cənablar! BP şirkətinin Xəzər regionunda Azərbaycan və tərəfdaşlarımız adından operatorluq etdiyi uğurlu layihələrdən danışmaq üçün bu gün burada olmaqdan məmnunluq duyuram. Təqdimatımı 20 ildən artıqdır ki davam etməkdə olan bu uğurlu tərəfdaşlığın möhtəşəm tarixçəsi ilə başlamaq istərdim. Page 1 of 21

Slayd 2 Möhtəşəm tərəfdaşlığın tarixçəsi Tərəfdaşlığımız Azərbaycanın müstəqillik qazanmasından üç il sonra başlayıb. 20 ildən artıq müddət ərzində biz Azərbaycan hökuməti, SOCAR və tərəfdaşlarımız ilə birlikdə dünyanın ən uğurlu biznes tərəfdaşlıqlarından birini qurmuşuq. Bu tərəfdaşlıq bir çox dünya səviyyəli əlamətdar hadisələrə və nailiyyətlərə şahidlik edib. Məsələn: 1994-cü ildə müqavilənin imzalanmasından üç il sonra AÇG-dən ilk neft hasil edilib; Qaz ehtiyatları aşkar edildikdən yeddi il sonra Şahdəniz yatağından ilk qaz hasil edilib; Ceyhan terminalında ilk tankerin yüklənməsi ilə neft sənayesindəki ən möhtəşəm mühəndis layihələrindən biri olan BTC boru kəməri işə düşüb. BTC yenicə olaraq 10 illiyini qeyd edib. Biz operator kimi və eləcə də Azərbaycan, SOCAR və BTC tərəfdaşları bu əlamətdar tarixlə qürur duymalıdır, belə ki, bu müddət ərzində BTC vasitəsilə təhlükəsiz və problemsiz şəkildə 2,2 milyard barel xam neft nəql olunub və Ceyhan terminalında 2900 tanker yüklənərək təhlükəsiz qaydada dünya bazarlarına göndərilib. Bu möhtəşəm tarix cəlb edilmiş bütün tərəflərin sıx əməkdaşlığı, tranzit ərazisinə malik ölkələrin hökumətlərinin dəstəyi və razılığı, əməliyyatların Page 2 of 21

təhlükəsiz, məsuliyyətli və səmərəli şəkildə həyata keçirilməsi ilə nələrə nail oluna biləcəyini göstərir. Page 3 of 21

Slayd 3 Xəzərdə BP-nin iri dəniz əməliyyatları Bu slaydda mən sizə öz nəhəng dəniz əməliyyatlarımızın möhtəşəm tarixçəsindən danışacağam. Bu tarixçə 1997-ci ildə Səngəçalda yeni terminalın açılması və Çıraq platformasının işə düşməsi ilə başladı. Həmin vaxtdan etibarən, biz öz tərəfdaşlarımızla birlikdə Xəzərdə iri layihələrin həyata keçirilməsində unikal nailiyyətlərə imza atmışıq. İşlənmə fazaları ərzində biz orta hesabla Çıraq platformasından ilk neft hasil edildikdən etibarən hər 3 ildən bir böyük bir layihə həyata keçirmişik. (2005-ci ildə Mərkəzi Azəri, 2005- ci ildə həmçinin Qərbi Azəri, 2006-cı ildə Şərqi Azəri, 2006-cı ildə Şahdəniz 1, 2008-ci ildə Dərinsulu Günəşli və 2014-cü ildə Qərbi Çıraq) Hazırda bizim nəhəng dəniz əməliyyatları sisteminə ümumilikdə doqquz dəniz platforması daxildir. Və biz həm də SOCAR-a məxsus olan üç qazma qurğusundan, Dədə Qorqud, Heydər Əliyev və İstiqlal adına qazma qurğularından istifadə edirik. Başqa heç bir yerdə BP-nin əməliyyatlarında bu qədər çox platformalar və qazma qurğuları yan-yana düzülərək vahid komanda şəklində eyni əməliyyatları həyata keçirmir bu dəniz əməliyyatlarımızın nəhəng miqyasını göstərir və biz qürur duyuruq ki, bütün bunlar təhlükəsiz şəkildə və ətraf mühitin qeydinə qalmaqla yerinə yetirilir. Page 4 of 21

Slayd 4 Regionda BP-nin quruda həyata keçirdiyi iri əməliyyatlar Quruda biz Xəzər dənizindəki neft-qaz yataqlarını birbaşa dünya bazarlar ilə birləşdirən nəhəng ixrac sisteminə malikik. Ümumilikdə quruda biz ümumi uzunluğu 3300km təşkil edən üç boru kəməri sisteminə və Qara dənizdə və Aralıq dənizində iki dəniz ixrac sisteminə operatorluq edirik. Bizim qurudakı sistemimizə həmçinin dünyanın quruda yerləşən ən böyük neft və qaz terminallarından biri olan, Səngəçal terminalı da daxildir. Bizim bütün dəniz platformalarımız mürəkkəb sualtı boru kəməri infrastrukturu vasitəsilə bu terminala birləşir və terminal fəaliyyətə başladığı vaxtdan etibarən orada bir irimiqyaslı genişlənmə işləri həyata keçirilib və ikinci genişlənmə işləri isə hazırda davam edir. Dünyanın ən böyük iki sənaye infrastrukturu layihələri olan BTC və CQBK boru kəmərləri dünya standartlarına uyğun şəkildə fəaliyyət göstərir. BTC fəaliyyətə başladığı ilk gündən etibarən onun təhlükəsizlik və istismar etibarlılığı üzrə göstəriciləri mükəmməl olub və Azərbaycan üçün və operator kimi bizim üçün qürur mənbəyidir. Digər faydalarından əlavə, bu boru kəmərləri həm də öz marşrutu boyunca yerləşən yerli icmalar üçün bizim sponsorluq etdiyimiz yüzlərlə davamlı inkişaf layihələrindən faydalanmağa imkan yaradır. Və bütün bu işlər təbii landşafta minimal təsirlərlə həyata keçirilmişdir. Page 5 of 21

Slayd 5 AÇG 20-ildən artıq uğurlu tarixçə AÇG layihəsi 20 ildən artıq təhlükəsiz, etibarlı və səmərəli şəkildə həyata keçirilən əməliyyatları ilə möhtəşəm tarixçəyə malikdir. Dünya miqyasında AÇG öz təhlükəsizlik, etibarlılıq və səmərəlilik göstəricilərinə görə dünyanın ən yaxşı idarə edilən nəhəng yataqlarından biri kimi tanınır. AÇG üzrə hasilat və emal qurğuları BP-dəki ən böyük qurğular sırasındadır. Bu qurğular vasitəsilə bu vaxtadək 2,7 milyard barel neft hasil edilib. Bu qurğular həmçinin istismara yararlılıq vəziyyətinə görə son dərəcədə yüksək göstəriciyə nail olub. 2010-cu ildən etibarən qurğuların icra göstəricisi orta hesabla 97%- dən yüksək olub. AÇG əməliyyatlarının miqyasını və mürəkkəbliyini nəzərə alsaq, bu, sənayedə aparıcı bir göstəricidir. Və bu, yalnız BP-də deyil, ümumilikdə sənayedə bütün standartlar üzrə mükəmməl göstəricidir. Bütün bunlara necə nail olmuşuq? İlk növbədə, operator olaraq inanırıq ki, biz düzgün layihələndirmədən, düzgün avadanlıqlardan, düzgün texnologiyalardan, düzgün siyasətlərdən, standartlardan və mexanizmlərdən və ən əsası da düzgün işçi heyətindən istifadə etmişik. Məsələn, qumun idarə edilməsi sahəsini götürək. AÇG məhsuldar laylarındakı zəif qumdaşı qatları quyudan qumun çıxmasına səbəb olur ki, bu da hasilatı azalda və qurğulara ziyan vura bilir. BP-nin qum təzahürü ilə effektiv mübarizə texnologiyası yüksək debitli quyuların qazılması ilə yanaşı qurğuların Page 6 of 21

mühafizə olunmasında son dərəcədə əhəmiyyətli rol oynayıb. Biz hazırda cari hasilatımızın 50%-ni qumlu kollektorlarda həyata keçirməklə qumun idarə olunması sahəsində ekspertik. Və yaxud başqa bir misal kimi, qabaqcıl model əsaslı optimallaşdırma və vəziyyətə nəzarət sistemlərimizi göstərə bilərik. Bunlardan istifadə etməklə biz quyu göstəricilərimizi optimallaşdırırıq və avadanlığın texniki bütövlüyünə nəzarət edirik ki, bu da bizə problemləri erkən mərhələdə aşkar etməyə imkan verir. Page 7 of 21

Slayd 6 Xəzərin möhtəşəm qazma tarixçəsi AÇG və Şahdəniz yataqlarındakı qazma göstəriciləri bu sahədə dünyanın ən uğurlu nailiyyətlərindən biridir. Qeyd etmək istəyirəm ki, Xəzər hövzəsi sənayedə mövcud olan ən mürəkkəb çətinliklərdən bəzilərini özündə cəmləşdirir. Buna görə də, bu dünya səviyyəli layihələrin həyata keçirilməsi üçün sərt qazma şərtlərinin öhdəsindən gələ biləcək bacarıqlı işçi qüvvəsi və qabaqcıl texnologiyalar tələb olunub. Faktiki olaraq, dünyanın ən mürəkkəb quyularından bir çoxu AÇG yatağında qazılıb. Bu vaxtadək, BP şirkəti bu mürəkkəb qazma mühitində 150-dən artıq quyunu təhlükəsiz şəkildə qazaraq istifadəyə verib. AÇG yatağında bizim qazma işləri üzrə təcrübəmizin nəhəng miqyasını təsvir etmək üçün sadəcə bir rəqəmi diqqətinizə çatdırmaq istəyirəm: Biz 750 kilometrdən artıq qazma işi aparmışıq bu rəqəm Bakıdan Azərbaycanın ən gözəl rayonlarından biri olan Quba rayonundakı Şahdağ ərazisinədək olan məsafənin üç mislinə bərabərdir! Mən həm də Şahdəniz yatağındakı qazma işlərinin çətinliklərindən danışmaq istərdim. Bu çətinliklər həmin yatağın AÇG yatağına nisbətən daha dərin sularda yerləşməsi ilə bağlıdır belə ki, Şahdəniz yatağı 550 metrədək su dərinliyində yerləşir və kollektorda 14000 funt/kv. düymədək yüksək təzyiqlərə rast gəlinir. Page 8 of 21

Hazırda mövcud olan texnologiyalar 15000 funt/kv. düym ilə məhdudlaşır və siz təsəvvür edin ki, biz Şahdəniz yatağında həyata keçirdiyimiz qazma əməliyyatlarında texnologiyaların məhdudiyyətlərinə meydan oxuyuruq. Biz 7300m dərinliyə malik olmaqla bu vaxtadək Xəzərdə qazılmış ən dərin kəşfiyyat quyusu da daxil olmaqla Şahdəniz yatağında 125 kilometr təhlükəsiz və səmərəli şəkildə qazma aparmışıq. Məmnuniyyətlə demək istəyirəm ki, bütün bu səylər öz bəhrəsini verib belə ki, BP-nin bütün dünya üzrə portfelindəki ən məhsuldar 10 quyudan beşi Şahdəniz yatağında yerləşir. Page 9 of 21

Slayd 7 Yatağın mürəkkəbliyi AÇG yatağında hasilatı optimallaşdırmaq və layın neft verimini maksimuma çatdırmaq üçün biz hər il mümkün qədər çox sayda quyu qazmalıyıq. Hazırda bizim AÇG-də qazma işi apardığımız altı hasilat platformamız var. Buna görə də, hər bir qazma qurğusunun faydalı iş əmsalını maksimuma çatdırmaq son dərəcədə mühüm əhəmiyyət kəsb edir. AÇG yatağı da mürəkkəbdir. Orada çoxsaylı süxur-kollektorlar və dinamik flüid kontaktları (dinamik fazalararası kontaktlar) mövcuddur. Hər bir quyunu düzgün vaxtda düzgün yerdə yerləşdirmək son dərəcədə mühüm əhəmiyyət kəsb edir. Və quyu qazıldıqdan sonra isə, onu mümkün qədər uzun müddətə işlək vəziyyətdə saxlamağımız vacib rol oynayır. Bu mürəkkəb geoloji mühitdə demək olar ki iyirmi illik qazma təcrübəsindən əldə etdiyimiz biliklər dünyada yataqların işlənməsi tarixində ən uğurlu layihələrdən birinin gerçəkləşməsində vacib amil olmuşdur. İlbəil biz öz təcrübələrimizdən Xəzərdə fəaliyyət göstərmək üçün tələb olunan yanaşmaları, metodları və prosedurları öyrənmişik. Şübhəsiz ki, bu təcrübə Azərbaycanın əvvəlki nəsil neftçilərinin qazandığı təcrübəyə əsaslanıb. Xüsusən də, mən Azərbaycanın ilk kəşfiyyatçı geoloqlarını və onların SOCARdakı müasir varislərini nəzərdə tuturam. Bütün bunların nəticəsində quyuların qazılması daha tez və daha səmərəli şəkildə həyata keçirilib. Sadəcə bir misal çəksək, son üç il ərzində bizim Page 10 of 21

10.000 futu qazmaq üçün sərf etdiyimiz vaxt azalaraq 78 gündən 50 günə enib. Bu müddət ərzində bizim qeyri-məhsuldar qazma vaxtımız da 24%-dən 13%-ə düşüb. Bunlar böyük nəticələrdir və qazma işini daha sürətli deyil, daha ağıllı aparmaqla əldə olunub. Həmin nailiyyətlər bu mürəkkəb formasiyalardakı örtücü laylar, gərginlik amilləri və geoloji xüsusiyyətlər haqqında mövcud olan dərin biliklərə əsaslanır! Bu nəticələri əldə edərkən biz mürəkkəb çətinliklərin öhdəsindən gəlməyə kömək edən texnologiyalardan geniş şəkildə istifadə etmişik. Və bundan əvvəlki slaydda qeyd etdiyim ki, dünyanın ən çətin və mürəkkəb quyularının bir çoxu AÇG-də qazılıb. Bu çətinliklərin öhdəsindən gəlmək üçün istifadə olunan texnologiyalara bariz nümunə kimi Böyük İnhiraflı Maili Qazma texnologiyasını göstərmək olar. Bu vaxtadək, biz təxminən 60 böyük inhiraflı maili quyu qazmışıq və bu metodla qazdığımız quyların konturxarici məsafəsi 3km-dən artıq olub. Bu quyulardan ən uzaq məsafəyə qazılan quyunun konturxarici məsafəsi Çıraq platformasından 6,4 km təşkil edir. BP əməkdaşının hazırladığı bu kreativ slayddan da göründüyü kimi, bu məsafə Bakıdakı Bayraq Meydanı ilə Heydər Əliyev Mərkəzi arasında olan məsafə qədərdir. Biz əminik ki, bu texnologiya qarşıdan gələn onilliklər ərzində bizə bu çox nəhəng yataqdan çıxarılan resursları maksimuma çatdırmağa imkan verəcək. Page 11 of 21

Slayd 8 Şahdəniz 2 Və indi mən Xəzərdəki növbəti böyük bir işlənmə layihəsinə keçmək istəyirəm yəni, Şahdəniz yatağının işlənməsinin ikinci mərhələsindən danışacağam. Yatağın özünü 1999-cu ildə aşkar etdikdən və 2006-cı ildə isə həmin yataqdan ilk qaz hasil etdikdən sonra BP şirkəti indi artıq diqqəti Şahdəniz Mərhələ 2 çərçivəsində qaz ehtiyatlarının növbəti hissəsinin işlənməsinə yönəldib. Şahdəniz Mərhələ 2 çərçivəsində Xəzərdə sualtı hasilat texnologiyası tətbiq ediləcək və dünyanın bir sıra ən yüksək debitli quyularını ərsəyə gətirmək üçün qabaqcıl qazma həllərindən istifadə olunacaq. Xüsusən də, Şahdəniz Mərhələ 2 çərçivəsində 6000 metrdən artıq dərinliklərdə 26 hasilat quyusunun qazılması nəzərdə tutulub. Bu quyulardan səkkizi artıq qazılıb. Bu quyular ildə 16 milyard kubmetr qaz hasil edəcək ki, bu da Azərbaycan, Gürcüstan, Türkiyə və Cənubi Şərqi Avropadakı bazarlara nəql ediləcək. Bundan əlavə, Şahdəniz Mərhələ 2 layihəsi Xəzərdəki ehtiyatları ilk dəfə olaraq Avropanın qaz bazarı ilə birbaşa birləşdirəcək Cənub Qaz Dəhlizinin təməl daşı olacaq. Page 12 of 21

Page 13 of 21

Slayd 9 Cənub Qaz Dəhlizi Cənub Qaz Dəhlizi altı ölkənin ərazisindən keçən dörd nəhəng layihədən ibarət olmaqla, 11 səhmdarı və çoxsaylı qaz alıcılarını özündə birləşdirən, 45 milyard dollar dəyərində investisiya layihəsidir. Bu layihə ölçüsünə, əhatə dairəsinə və miqyasına görə dünyanın ən böyük enerji layihələrindən biridir və hazırda dünyada ən böyük tikinti layihəsidir. BP şirkəti SOCAR ilə yanaşı bu böyük, uzunmüddətli, genişlənən qaz dəyəri zəncirinin bütün hissələrinə sərmayə yatırır. Cənub Qaz Dəhlizi Xəzərdə çəkilən 500 kilometr uzunluğundakı sualtı boru xəttindən əlavə 3500km məsafəni qət edəcək bir sıra birləşdirilmiş boru kəmərlərindən ibarətdir. Səngəçal terminalı yeni emal və kompressiya qurğuları inşa edilməklə genişləndirirlir. Marşrut boyunca qazı nəql etmək üçün altı kompressor stansiyasına ehtiyac olacaq. Boru kəməri Türkiyədə dağlıq ərazilərdən keçməklə dəniz səviyyəsindən 2700 metr yüksəyə qalxacaq və Adriatik dənizini keçərkən dəniz səviyyəsindən 800m aşağıda suyun altı ilə uzanacaq. Bu layihəyə Şahdəniz Mərhələ 2, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) daxildir. Bu layihələr 2020-ci ilə qədər Xəzərdəki yeni qaz mənbəyinin Avropaya çatdırılmasını nəzərdə tutur. Page 14 of 21

2013-cü ildə yekun investisiya qərarı verildikdən etibarən əhəmiyyətli irəliləyiş əldə edilmişdir istehsal-montaj, tikinti və torpaqların ayrılması işləri qrafik üzrə davam edir. Layihə çərçivəsində quyular qazılıb və quraşdırılıb və qazla bağlı öhdəliklərin yerinə yetirilməsi istiqamətində görülən işlər qrafik üzrə davam edir. Page 15 of 21

Slayd 10 SD2 building the future, offshore Şahdəniz Mərhələ 2 çərçivəsində dəniz qurğuları ilə bağlı işlərə uğurla başlamışıq. Biz hər iki tikinti sahəsində, yəni Amek-Tekfen-Azfen (ATA) və Bakı Dərin Özüllər Zavodu ərazisindəki istehsalat sahələrində mobilizasiya işlərini təhlükəsiz şəkildə başa çatdırmışıq. Bu vaxtadək biz hər iki sahədə işlərə 9,5 milyon adam-saat sərf etmişik və çox yaxşı təhlükəsizlik göstəricisinə nail olmuşuq. BDÖZ sahəsində iki böyük dayaq blokundan birincisinin tikintisi qrafik üzrə davam edir və biz sualtı qurğuların tikintisinə qrafikdən öncə başlamışıq. ATA sahəsində hər iki göyərtənin tikintisi davam edir və biz planı qabaqlayırıq. Bu göyərtələrin hazırlanması üçün mühəndis işləri ilk dəfə olaraq ölkə daxilində ATA konsorsiumu tərəfindən yerinə yetirilib və çox uğurlu olub. Page 16 of 21

Slayd 11 SD2 building the future, onshore Qurudakı qurğularda həyata keçirilən işlər xeyli irəliləyişlə davam edir. Qurudakı qurğuların tikintisi işləri uğurla başlayıb və görülən ilkin işlər xoş təəssürat yaradır. İlkin tikinti mərhələsində biz tikinti sahəsində yeni istehsalat obyektləri inşa etmişik. Bu, bizə imkan verəcək ki, növbəti on səkkiz ay ərzində təxminən 15000 ton polad konstruksiya və 16000 ton boru hazırlayaq. Biz həmçinin işləri dəstəkləmək və 5000 nəfər insanın sahədə işləməsinə imkan yaratmaq üçün ofis obyektlərinin, yeməkxanaların, paltar-dəyişmə obyektlərinin və 600 nəfərlik düşərgənin tikinti-quraşdırma işlərini başa çatdırmışıq. Yeraltı boru xətlərinin və beton özüllərin quraşdırılması işləri davam edir və yer üstündə ilk polad konstruksiyalı stellajların və saxlama çənlərinin tikinti-quraşdırma işləri davam edir. Bu, heç bir qeydə alınmalı hadisə baş vermədən təxminən 7 milyon adamsaat işin yerinə yetirilməsi ilə möhtəşəm başlanğıc olmuşdur. Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) Layihəsi çərçivəsində əlavə olaraq ildə 16 milyard kubmetr qazı nəql edə bilmək üçün mövcud CQBK-yə paralel şəkildə 489km uzunluğunda yeni 48 düymlük boru kəməri dövrəsi inşa edilməklə mövcud CQBK sistemi genişləndiriləcək. CQBKG layihəsinə həmçinin bir sıra qurğuların tikintisi daxildir. Bunlar Gürcüstanda yerləşən və hər birinin quraşdırılmış gücü 129 MVt olan iki yeni kompressor Page 17 of 21

stansiyasından, iki aralıq ərsinləmə stansiyasından (biri Azərbaycanda və biri Gürcüstanda olmaqla), altı 48 düymlük bağlayıcı siyirtmə stansiyasından (biri Gürcüstanda və beşi Azərbaycanda olmaqla), beynəlxalq sərhədlərdə yerləşən təzyiq azaltma və ölçmə stansiyalarından, Gürcüstan-Türkiyə sərhədində yerləşən TANAP-a birləşmə qovşağından ibarətdir. CQBKG layihəsinin icrası ümumilikdə təhlükəsiz layihələndirmə və keyfiyyətli inşaat prinsiplərinə əsaslanır. 2015-ci ilin may ayında ilk qaz üzrə BP-nin operatorluq etdiyi layihələr çərçivəsində (Şahdəniz Mərhələ 2 və CQBKG) layihə işləri üzrə təxminən 40% irəliləyiş əldə olunub, bütün əsas müqavilələr üzrə 12500 nəfərdən artıq insan işlərə cəlb olunub və onların 85%-dən çoxu Azərbaycan vətəndaşlarıdır. Page 18 of 21

Slayd 12 Yerli neft sənayesinin irsi Bizim bu layihə üçün gördüyümüz işlər Azərbaycanın enerji sənayesi üçün uzunmüddətli irs miras qoyacaq. Biz ATA və BDÖZ tikinti sahələrində infrastrukturun modernləşdirilməsi işlərinə 180 milyon dollardan artıq investisiya qoymuşuq ki, bu da tikintiquraşdırma sahələrinin məhsuldarlığını artırır. Biz həmçinin işçi qüvvəsinin təliminə və səriştələrinin inkişaf etdirilməsinə ciddi şəkildə sərmayə yatırırıq, yeni təlim obyektləri inşa edirik və ilk dəfə olaraq sualtı konstruksiyaların tikintisinin bütövlüklə Azərbaycan daxilində həyata keçirilməsinə imkan yaratmaq üçün qaynaq, müayinə və örtükləmə sistemləri üzrə ən müasir texnologiyalara investisiya qoyuruq. Yerli şirkətlər də bu layihələrdən əhəmiyyətli dərəcədə faydalanmışdır Azərbaycan şirkətləri ilə dəyəri 5,5 milyard dollardan artıq olan yeni müqavilələr imzalanıb. Page 19 of 21

Slayd 13 Yüksək vətəndaş məsuliyyətli şirkət olmaqdan qürur duyuruq Azərbaycandakı 20 illik fəaliyyətimiz ərzində öz başlıca vəzifələrimizdən əlavə biz həm də ölkənin potensialların yaradılması istiqamətindəki səylərinə dəstək olmaq üçün çox saylı işlər görmüşük. Bu sahədə gördüyümüz işlər icmaları, müəssisələri, dövlət təşkilatlarını, universitetləri, məktəbləri, mədəniyyət və idman təşkilatlarını əhatə edib. Biz ölkədəki fəaliyyətimizlə və Azərbaycanda çoxsaylı inkişaf sahələrinin dəstəklənməsində gördüyümüz işlərlə qürur duyuruq. Bu vaxtadək biz öz tərəfdaşlarımızla Azərbaycanda təkcə bacarıqların inkişaf etdirilməsi və potensialların yaradılmasına dəstək olmaq üçün təxminən 70 milyon dollar sərmayə yatırmışıq. Bizim inkişaf proqramlarımız əsasən təhsil və təlim, mədəniyyət və idman, ətraf mühitin mühafizəsi, yerli icmalar və müəssisələr üçün iqtisadi imkanların yaradılması və qonşuluğumuzdakı yerli infrastrukturun yaxşılaşdırılması kimi sahələrə dəstək göstərilməsinə yönəlib. Bundan əlavə, biz öz investisiyalarımızda yerli resurslardan istifadəni maksimuma çatdırmaq istiqamətində də əhəmiyyətli işlər görmüşük. Təxminən 3000 nəfər ixtisaslaşmış yerli kadr BP şirkətində işləyir və on minlərlə insan dolayı şəkildə bizim layihələrdə işə cəlb olunub. Page 20 of 21

Biz bunları təkbaşına həyata keçirməmişik. Bütün bu işlər həyata keçirilərkən biz Azərbaycan hökumətindən, SOCAR-dan, tərəfdaşlarımızdan, podratçılarımızdan, təchizatçılarımızdan və yerli icmalardan əhəmiyyətli dəstək almışıq. 10 gündən də az bir müddətdə biz ilk Avropa Oyunlarına ev sahibliyi edəcək Azərbaycan ilə bu həyəcanı birgə yaşayacağıq. Biz Bakı Oyunlarının Rəsmi Neft və Qaz Tərəfdaşıyıq. Bu, bizim 2012-ci ildə Londonda keçirilmiş Olimpiya və Paralimpiya Oyunları ilə tərəfdaşlıq təcrübəmizə əsaslanır. Bundan əlavə, biz ən qabaqcıl Azərbaycan Olimpiyaçıları və Paralimpiyaçılarına sponsorluq edərək onlara və onların məşqçilərinə elit təlimlər təşkil edirik. Və biz ölkənin dünya səviyyəli tədbirləri keçirmək potensialını artırmaq üçün Oyunlar Akademiyasını dəstəkləyirik. Biz Oyunlara cəlb olunmaqdan qürur duyuruq və Azərbaycan idmançılarını doğma meydanlarda alqışlamağı səbirsizliklə gözləyirik. Yekun olaraq qeyd etmək istəyirəm ki, neft-qaz sənayesində heç vaxt bir yerdə dayanmaq olmaz. Biz inanırıq ki, fəaliyyətimizi əməkdaşlıq və tərəfdaşlıq ruhunda davam etdirəcəyik və biz bunu birlikdə gerçəkləşdirəcəyik. İndi isə, dünyanın ən böyük layihələrindən biri olan və Xəzər regionundan Avropaya qaz nəql edəcək ŞD2/CQBKG çərçivəsində əldə edilmiş irəliləyişləri əyani şəkildə görmək üçün sizi qısa video-çarxa baxmağa dəvət edirəm. Page 21 of 21