HÜRUFİ POEZİYADAKI ƏNƏLHƏQ İDEYASININ QURANİ- KƏRİM Ə İSTİNADLARI. Akif MƏMMƏDOV, BSU-nun dosenti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru
|
|
|
- Kelebek Jamaković
- 7 yıl önce
- İzleme sayısı:
Transkript
1 HÜRUFİ POEZİYADAKI ƏNƏLHƏQ İDEYASININ QURANİ- KƏRİM Ə İSTİNADLARI Akif MƏMMƏDOV, BSU-nun dosenti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Açar sözlər: poeziya, Qurani-Kərim, kamil insan, surə, ayə, təriqət, ideya, Allah, hürufi, müqəddəs kitab İslam tarixində çoxlu təriqətlər mövcud olmuşdur. Bu təriqətləri birləşdirən ümumi cəhətlərdən biri onların hamısının öz ideyalarını, fikirlərini əsaslandırmaq üçün Qurani-Kərim ə istinad etmələridir. Lakin istinad zamanı Müqəddəs Kitabıntəfsirində, şərhində müxtəlif yanaşmalar mövcuddur. İkincisi, islami təriqətlər eyni zamanda Müəyyən еlmi konsеpsiyaya söykənən dini-fəlsəfi baxışlar sistеmi olmaqla bərabər, bədii düşüncəyə, ədəbi fikrə və bütövlükdə söz sənətinə də ciddi şəkildə təsir göstərmişdir [3,17]. Belə təriqətlərdən biri də hürufilikdir. Hürufiliyin əsasları Fəzlullah Nəimi Astrabadinin daha çox "Cavidannamə" və yaxud "Cavidane-Kəbir", "Vəsiyyətnamə" "Məhəbbətnamə", "Ərşnamə" adlı əsərlərində öz əksini tapmış, vətəni Azərbaycan olsa da, Şərq dünyasında qısa zamanda geniş yayılmışdır. Təriqətin daha çox coğrafi məkanı əhatə etməsində, özünə çoxlu tərəfdar qazanmasında, uzun müddət yaşamasında, sözsüz ki, İ. Nəsimi poeziyasının əvəzsiz rolu olmuşdur. Bu poeziyanı hürufi əsaslarının bədii inikası da adlandırmaq mümkündür. Fəzlullah Nəiminin hürufiliyin fəlsəfi əsaslarını əks etdirən şeirləri olsa da, onlar farsca yazıldığından o qədər də geniş yayıla bilməmişdir. İ. Nəsiminin lirikası orta əsr türkcəsində olduğu üçün daha çox populyarlıq qazanmışdır. Ona görə də biz tədqiqat obyekti kimi İmadəddin Nəsimi poeziyasından örnəklərə xüsusi diqqət yetirəcəyik. Məlumdur ki, hürifilik təriqətində, eyni zamanda hürufi poeziyada insana xüsusi qiymət verilir, kamil insan bütün mövcudatdan uca dəyərləndirilir, hətta 1
2 Allah hesab edilir (ərəbcə ənəlhəqq - mənəm Allah ), Müqəddəs Kitabda Allaha aid edilən sifətlər incana şamil edilir: Töhfəyəm, pakizə cövhər, laməkanın xasıyam, Aləmül-qeybəm, vücudam, həm anın dəryasıyam. Həm kəlamam, ayətəm, həm müshəfəm, səb ülməsan, Həm mənəm tövhidi-bürhan, pirimin mövlasıyam. [9,108] Beytlərdə: İnsan töhfə - Allahın hədiyyəsi, pakizə cövhər - müqəddəs cövhər, laməkanın xası - məkanı bilinməyən əsas ( laməkan Allaha aid edilən əlamətlərdən biridir), aləmül-qeyb - qeyb aləmi, vücud mövcud olan, həm də bu mövcudluğun dəryası, kəlam söz; ayət - əlamət, nişanə; müshəf hərfi mənada səhifələr, yazıya alınmış, kitab şəklinə salınmış Qurani-Kərim nəzərdə tutulur; səbülməsani yeddi qoşalar, Quranın Fatihə surəsi nəzərdə tutulur; tövhidibürhan Allahın birliyinin dəlili; pirimin mövlası burada mürşidimin havadarı hesab edilir. Və yaxud: Həm Məsihəm, həm Skəndər, həm mənəm abi-həyat, Həm həyati-xızr buldum, çeşmeyi-heyvan mənəm! Həm mühitü həm kənaram, həm sədəf, dürdanəyəm, Həm bu bəhrin gövhəri, həm gövhəri-ümman mənəm! [9,86] Bu, məlum məsələdir ki, Nəsiminin lirikasında MƏN sözü, ümumiyyətlə, İNSAN mənasında işlənmişdir. Nümunədə insan həm dünya mülkü, həm dünyanın özü, həm Allahın məkanı, həm məkanın özü, həm İsa Məsih, həm İsgəndər, həm dirilik suyu axtaran Xızır, həm dirilik suyu (abi-həyat, abi-heyvan), həm dəryadan çıxan sədəf, həm də sədəfin içindəki gövhər (dürdanə) və s.hesab edilir. Və yaxud: Zatına həyyü baqi demişlər bu cövhərin, 2
3 Şol kim, bizim-cahanımız olmuş bu canımız.[9,14] Həyyü baqi əbədi qalan, həmişə mövcud olan deməkdir. Quran- Kərim də bu, Allaha aid olan əlamət kimi deyilir: Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur (Bəqərə surəsi, 255-ci ayə). Nəsimi isə, göründüyü kimi, bunu insana şamil edir. Sənsən, ey surəti-allah ilə rəhman, məscud, Qılmayan səcdə sana, div ilə şeytan demişəm.[9,96] (Ey Allahın surəti, rəhman ( rəhman Allaha aid edilən əlamət rəhm edən), səcdə olunan (məscud), bu, sənsən, yəni insandır. Snə səcdə etməyənə div və şeytan demişəm. Sonuncu beytdə Nəsimi müqəddəs kitabda xəbər verilən İblisin insana səcdə etməməsi hadisəsinə işarə edir). Aşağıdakı beyt də təxminən eyni məzmundadır: Üzünə əhli-nəzər surəti-rəhman dedilər, Oxuyanlar bu kəlamüllahı Qur an dedilər [9,132] Hürufiliyə, hürufi poeziyaya görə, bəşər övladının belə ali məqamda tutulmasının Qurani-Kərim dən qaynaqlanan hansı əsasları, dəlilləri var? 1. İnsanın yaradılışı haqqında Müqəddəs Kitabdakı ayələrdə birbaşa buyurulmasa da, hədisi-şəriflərdən belə məlum olur ki, mütləq həqiqət olan Allah-təala lövhiməhfuzda ilk olaraq insanın adını qeyd etmişdir və digər mövcudatı isə bəşər övladına xatirən xəlq etmişdir. Aşağıdakı ayə dolayısı ilə buna işarədir: Yer üzündə olanların hamısını sizə görə xəlq edən, sonra göyə tərəf yönəlib onu yeddi qat göy edən Odur. O, hər şeyi bilir (Bəqərə surəsi, 29-cu ayə). Məhəmməd (s.) pеyğəmbərin dilindən dеyilən bu cür hədislər də məşhurdur: Biz ilk sonuncularıq» və yaxud: Adəm su ilə palçıq arasında ikən mən nəbi idim. Başqa bir hədisdə isə Allahın varlığı, mövcudatı islam pеyğəmbərinə xatir yaratdığı vurğulanır: Əgər sən olmasaydın, fələkləri yaratmazdıq [3, 23] 3
4 Nəsimi liriksasında isə bu fikir belə ifadə olunur: Ümmühat ilən nə var abaya olmasa xələl, Aləmi təhqiqə baxsan, cümləsindən əqdəməm [9,85] Və ya: Simruğ quşuyuq iki cahanın, Olduq səbəbi yеrin, səmanın.... Sən ki o dеyilsən, əmr еdiblər: Səndən ötrü yarandı aləm... [9, 117] Lövhə qələm çalınmadan elmi-lüdəndə var idi, Elmini zahir etməyə zir ilə bu zəbər nədir? (9,147) Şair lövhə deyəndə lövhi-məhfuz u nəzərdə tutur. Lövhi-məhfuz mühafizə olunan, qorunan lövhə deməkdir və din alimlərinin şərhinə görə o, Allah tərəfindən qorunur və indiyə kimi olmuşları və bundan sonra olacaqları özündə əks etdirir. Elmi-lüdən və ya elmül-lədün isə Allah vasitəsilə vəhylə vеrilən еlm mənasındadır. Bu, məkasib, yəni kəsb еdilən yox, əta olunan, Allah lütfü ilə bağışlanılan еlmdir ki, tam və kamil ağıl-idrak sahibi olan pеyğəmbərlərə, vəlilərə və sеçilmiş iman sahiblərinə vеrilir. Onu oxumaq, öyrənmək və təcrübə ilə, kitablardan əldə еtmək mümkünsüzdür. Həqiqi irfan əhlinə еlmül-lədündən pay götürmək xoşbəxtliyi nəsib olmalıdır [3, 19] Nəsimi deyir ki, hələ lövhi-məhfuz yazılmazdan əvvəl insan elmi-lüdəndə var imiş və insanı ifadə etmək üçün bu qədər yazı-pozuya ehtiyac yoxdur. 2. Qurani-Kərim ə görə, Allahü təala insanı yaradılmışların hamısından üstün xəlq etmişdir: Həqiqətən, Biz ona yer üzündə hökmranlıq verdik və hər şeyin yolunu ona öyrətdik (Kəhf surəsi, 84-cü ayə); Sənin Rəbbin mələklərə: Mən yer üzündə bir canişin (birinin yerində oturan, hökmdarı əvəz edən) bərqərar edəcəyəm! dedikdə, onlar: Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən? söylədilər. O dedi: Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm! (Bəqərə surəsi, 30-cu ayə). Allah insanı özünə ən 4
5 yaxın və ən şərəfli xilqət kimi yaratmışdır. Quranın Qaf surəsindəki And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq! (16-cı ayə) ayəsi də bu fikri təsdiq edir. Hürufi poeziyada da, Müqəddəs kitabda deyildiyi kimi, nəfsinin vəsvəsəsi nə boyun əyməyən kamil insan vəsf olunur: Mərhəba, insani-kamil, canımın cananəsi, Aləmin cismi sədəfdir, sənmisən dürdanəsi? [9,49] 3. Qurani-Kərim ə görə, Xaliq insanın digər varlıqlardan üstünlüyünü sübut etmək üçün ona əşyaların adlarını öyrədir: (Allah) Adəmə bütün( şeylərin) adlarını öyrətdi. Sonra onları mələklərə göstərib dedi: Doğru danışanlarsınızsa, bunların adlarını Mənə deyin! Onlar dedilər: Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən! (Bəqərə surəsi, 31, 32-ci ayələr) (Allah) dedi: Ey Adəm, bunların adlarını onlara bildir! O, bunların adlarını onlara bildirdikdə (Allah) dedi: Mən sizə demədim ki, göylərdə və yerdə olan qeybi, aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm? (Bəqərə surəsi, 33). Yeri gəlmişkən, qeyd edək ki, bu ayələrdəki ad, isim, ümumiyyətlə, söz mənasında işlənir. (Hürufilərdə sözə yüksək dəyər verildiyindən Nəsimi yaradıcılığında onun vəsfi xüsusi önəm daşıyır) Aşağıdakı beytlərdəki əsma (isimlər, adlar) sözü məhz qeyd etdiyimiz ayələrə işarədir: Gər bəyan edəm sana əsmayi-ruhəfzamızı, Çün Məsiha seyr edərsən aləmi-balamızı [9, 33] (Əgər ruh yüksəldən adlarımızı, kəlamlarımızı sənə bəyan etsəm, İsa-Məsih kimi göyə qalxmağımızı seyr edərsən) Adəmi-xakidən əsma öyrənənlərdir mələk, Divin əsli od idi, öyrənmədi əsmamızı. [9,33] 5
6 (Mələklər torpaqdan yaranan Adəmin adlarını öyrənənlərdir, divin (İblisin) əsli od olduğundan (oddan yarandığından) kəlamlarımızı öyrənmədi) Andan əsma oxuduq, əsmayi-küll derlər bizə, Qəm degil div ər müsəlləm tutmasa də vamızı. [9,33] (Ondan (Allahdan) ismlər (əsma) öyrəndik (burada oxuduq öyrəndik mənasındadır), ona görə bizə əsmayi-küll, yəni sözlərin cəmi deyirlər. Burada Nəsimi kainatın, o cümlədən insanın söz vasitəsilə (kon - yaran) xəlq olunduğunu nəzərdə tutur) Gəl sən andan elmi-əsma öyrən, ey dil, lacərəm, Aləm içrə gör müqabil bu tamam ə zamızı [9, 33] (Xülasə, ey ürək, gəl sən ondan (Allahdan) adlar elmini (elmi-əsma) öyrən, bütün əzalarımızı (bədən üzvlərimizi) dünya üzrə sözə müqabil gör) Ə madır ol kim, əlləməl-əsmayı bilmədi, Bu ismi-ə zəmi oxu kim, şərhidir kəbir [9, 127] (O adam kordur ki, adların əlamətlərini bilmədi, ulu adları ( ismi-əzəm həm də Allahın adlarına deyilir) öyrən ki, onların şərhi böyükdür, mürəkkəbdir) 4. Müqəddəs kitabda byurulduğu kimi, Allah insanı yaratdıqdan sonra mələkləri ona səcdə etməyə dəvət edir. Mələklərin hamısı insanın ondan üstün yaradıldığını dərk edərək rəbbin əmrinə tabe olsalar da, İblis bundan imtina edir. Mələklərin səcdəyə dəvəti, bundan imtinaya görə İblisin cəzalandırılması (Allah dərgahından qovulması) da Xaliqin insana verdiyi ali məqama işarədir: Bir zaman Biz mələklərə: Adəmə səcdə edin! dedikdə, İblisdən başqa (hamısı) səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafir oldu (Bəqərə surəsi, 34). Sizi xəlq etdik, sonra sizə surət verdik, sonra da mələklərə: Adəmə səcdə edin! dedik. İblisdən başqa (hamısı) səcdə etdi. O, səcdə edənlərdən olmadı (Əraf surəsi, 11-ci ayə). (Allah) dedi: Mən sənə əmr etdikdə sənə səcdə etməyə nə mane oldu? (İblis) dedi: Mən ondan daha 6
7 üstünəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan! (Əraf surəsi, 12-ci ayə) İ. Nəsimidə bu ayələr özünün bədii inikasını aşağıdakı formada tapır: İblis əzəli lə nət olub lə nətə qaldı, Lə nət sözünü dünyada şeytan dəxi bilməz.[9, 10]; Kim ki, sücud eyləmədi hüsnünə, Divi-lə in olduvü şeytanımız. [9, 12]; Göydəki cümlə məlaik adəmə qıldı sücud, Həq-təaladan gör anın bunca izzü cahını [9, 44]; Sücuda gəlmədi şeytan, hidayət bulmadı nura, Sənə hər kim sücud etdi, ana həqdən səna gəldi [9, 36]; Səcdə edənlər mələkdir adəmə, ey adəmi, Səcdə qıl ixlas ilə, ta görəsən simamızı [9, 33] və s. 5. Allah insanı gözəl xəlq etmişdir. Qurani-Kərim in Tin surəsində göstərilir ki, xaliq insanı çox gözəl biçimdə yaratmışdır: Biz insanı ən gözəl surətdə yaratdıq! (Laqad khalaqna al-insana fee ahsani taqweem) (Tin surəsi, 4-cü ayə). Ən gözəl surət birləşməsinin ərəbcə qarşılığı olan əhsəni-təqvim ifadəsi Nəsimini lirikasında tez-tez işlədilir, çox vaxt İnsanın üzü əhsənitəqvim hesab edilir: Səcdə etməz isən əhsəni-təqvimə görücək, Həq fəzlivü həq surəti-rəhman olamazsan [9,37] (Əgər əhsəni-təqvimə, yəni insana, insanın üzünə səcdə etməsən,həqiqətin fəzli, ucalığı ola bilməzsən) Surəti çün əhsəni-təqvim imiş, Səndə zühur eylədi sübhanımız. [9, 12] (İnsanın surəti əhsəni-təqvim imiş, onda sübhanımız zahir oldu, göründü) Sürətin əhsəni-təqvimü üzün qiblə imiş, Bu sözə yox deyənin adını heyvan demişəm. [9, 96] Əhsənül-təqvimi inkar eylər imansız fəqih, 7
8 Şol əzazilin ki, adın həq dedi şeytan, budur! [9, 159] 6. Yuxarıdakı nümunələrdə İnsanın məxluqatın ən alisi hesab edilməsinin Müqəddəs kitabda öz ifadəsini necə tapdığını nəzərfdən keçirdik. Lakin hürufilər bir qədər də irəli gedərək Xaliqlə Məxluqu, Allahla İnsanı eyniləşdirir, ənəlhəq (mən Allaham) ideyasını irəli sürürdülər. İnsanı Allah hesab edən bu fikrin kökü VIII əsrdə yaranıb formalaşan sufiliyə gedib çıxır. Elə sufihürufilərin təqibinə - Həllac Mənsuru, Fəzlullah Nəimini və İmadəddin Nəsimini edama gətirən səbəb də daha çox bu ideya ilə bağlıdır. Hürufi poeziyada istənilən qədər ənəlhəq sözünə və ya insanın Allah olmasının müxtəlif formada ifadəsinə rast gəlmək mümkündür. Nəsimidən bir neçə örnək alaq: Sirri-ənəlhəq söylərəm aləmdə, pünhan gəlmişəm, Həm həq derəm, həq məndədir, həm xətmi-insan gəlmişəm [9, 23]; Əzəldən içmişəm cami-səqahüm, Anınçün söylərəm hər dəm ənəlhəq.[9, 103]; Eylədi çün bu Nəsimi faş ənəlhəq sirrini, Dönmədi, eşqin yolunda əhdü peyman göstərər [9, 145] Bəs bu fikrin, bəçər övladının Allahla eyniləşdirilməsinin Müqəddəs Kitaba istinad edən əsasları hansılardır? Əvvəla, Qurani-Kərim də tez-tez insanın Allaha dönüşü bildirilir. Buradan çıxış edərək panteistlər, o cümlədən hürufilər də belə hesab edirdilər ki, insan mütləq varlıq olan Allahdan qopmuş zərrələrdir və nəticə etbarilə son dönüş Ona olacaqdır: O kəslər ki, onlara bir müsibət üz verdikdə: Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq! deyirlər (Bəqərə surəsi, 156-cı ayə); Onlar dedilər: Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq (Əraf surəsi, 125-ci ayə); Onlar dedilər: Zərər yox, biz (onsuz da) öz Rəbbimizə qayıdacağıq (Şuəra surəsi, 50-ci ayə); Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq (Zuxruf surəsi, 14-cü ayə) 8
9 Şübhəsiz ki, Nəsimi də: Zilli-sanidir saçın, inna ileyhür-raciun, Qül kəfanın afitabı xoş məani göstərir [9, 145] - beytindəki birinci misrada inna ileyhür-raciun (həqiqətən, biz onun tərəfinə qayıdacağıq) deyəndə məhz yuxarıdakı ayələrdə ifadə olunan fikri əsas tuturdu. Ikincisi, Qurani-Kərim in insanın yaranışından bəhs edən ayələrində deyilir ki, Allah-təala insanı Adəmi palçıqdan yaratdı və öz nəfəsindən ona ruh verdi: Mən ona biçim verib Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin! (Hicr surəsi, 29); Sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz! (Səcdə surəsi, 29) Nəsiminin aşağıdakı beytləri bu ayələrdəki fikirlə həmahəngdir: Mən məndə həqqi buldum, həqqəl-yəqin həq oldum, Uyxuda qaldı münkir nəqşü xəyal içində [9, 66] Həm həqin sən məzhərisən la şərikü bigüman, Səndədir nuri-təcəlli ərşü kürsi həm nəsim. [9, 94] Deməli, əgər Allah insanı xəlq edərkən ona öz ruhundan üfürmüşdürsə, adəm övladının ruhu, canı elə Allahın nəfəsidir, Allahın özüdür: insanın cismani mövcudluğu (bədəni) yox olduqda ruh qalır ki, o da Allaha məxsusdur: Faili-mütləqəm, həqəm, həqilən, Kimsə bilməz, nə bəyyinatiləyəm [9, 119] Hürifilərin düşüncəsinə görə, təni (bədəni) tərk edən can (ruh) Allaha qovuşur: Əridi iliyim, sındı sümüyüm, Tənimdən can gedər, yarım, səninçün [9, 311] Orta əsrlərdə dini cəhalətin hökm sürdüyü, insanın alçaldılaraq hökmdarların köləsi hesab edildiyi bir dövrdə İnsana belə yüksək, ali qiymət vermək son dərəcə 9
10 mütərəqqi bir ideya idi. Hökmlərin, ideyaların Qurani-Kərim ə istinad etməsi isə onların inandırıcılığını təmin edir, təriqəti kütləviləşdirir, həm də hürufilərin təqibdən qurtarmasına kömək edirdi. Ədəbiyyat 1. Qurani-Kərim. Nəriman Qasımoğlunun qələmilə. Bakı, Azərbaycan nəşriyyatı, 1993, 364 səh. 2. Müqəddəs Quran. (Z. Bünyadov V. Məmmədəliyev və Əlixan Musayevin tərcümələri) 3. Babayev Yaqub. Təriqət ədəbiyyatı: sifizm, hürufizm. Bakı: Nurlan, 2007, 132 səhifə 4. Əlibəyzadə Elməddin Azərbaycan ədəbiyyatı tarixi (ən qədim dövrlər), Bakı: Qarabağ nəşriyyatı, 2009, 882 səhifə 5. Ərəb və fars sözləri lüğəti. Məsul redaktor Yusif Ziya Şirvani. Bakı Azərb.EA-nın nəşriyyatı, 1967, 1036 səh. 6. Fəxrəddin Salim (Baxşəliyev). Milli yaddaş sistemində ürafan və təsəvvüf. Bakı: Elm və təhsil, 2010, 462 səhifə Nəsimi İmadəddin. Seçilmiş əsərləri, iki cilddə, I cild, Lider nəşriyyat, Bakı 2004, 346 səhifə 9. Nəsimi İmadəddin. Seçilmiş əsərləri, iki cilddə, II cild, Lider nəşriyyat, Bakı 2004, 378 səhifə 10. Təsəvvüf tarixi. Bakl səhifə 11. Türkşe tefsir. Muhemmed Esed ( 10
Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır
Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir Allah İbrahimin sevgisini sınayır Müəllif: Edward Hughes İllüstrasiya edən: Byron Unger; Lazarus Uyğunlaşdıran: M. Maillot; Tammy S. Tərcümə edən: Günay Əsədova
BÖYÜK DƏCCAL Amerika
BÖYÜK DƏCCAL Amerika 2 0 1 6 BÖYÜK DƏCCAL Amerika Müəllif: Seyyid Əhməd Əl Həsən (ə.s) Ansarullah Production 2016 Böyük Dəccal Kimdir? Rəhman və Rəhim olan Allahın adı ilə. Həmd olsun Aləmlərin Rəbbi olan
Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul
Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir İtmiş Oğul Müəllif: Edward Hughes İllüstrasiya edən: Lazarus Uyğunlaşdıran: Ruth Klassen; Sarah S. Tərcümə edən: Günay Əsədova Təqdim edən: Bible for Children www.m1914.org
Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu
Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir Daniel və şirlərin quyusu Müəllif: Edward Hughes İllüstrasiya edən: Jonathan Hay Uyğunlaşdıran: Mary-Anne S. Tərcümə edən: Günay Əsədova Təqdim edən: Bible for Children
Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə
Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir Nil Çayından Çıxarılan Şahzadə Müəllif: Edward Hughes İllüstrasiya edən: M. Maillot; Lazarus Uyğunlaşdıran: M. Maillot; Sarah S. Tərcümə edən: Günay Əsədova Təqdim
Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı
Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir İnsanın Kədərinin Başlanğıcı Müəllif: Edward Hughes İllüstrasiya edən: Byron Unger; Lazarus Uyğunlaşdıran: M. Maillot; Tammy S. Tərcümə edən: Günay Karaağac Təqdim
Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam
Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir Zəngin Adam, Kasıb Adam Müəllif: Edward Hughes İllüstrasiya edən: M. Maillot; Lazarus Uyğunlaşdıran: M. Maillot; Sarah S. Tərcümə edən: Günay Əsədova Təqdim edən:
Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı
Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir İnsanın Kədərinin Başlanğıcı Müəllif: Edward Hughes İllüstrasiya edən: Byron Unger; Lazarus Uyğunlaşdıran: M. Maillot; Tammy S. Tərcümə edən: Günay Karaağac Təqdim
Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Gözəl Mələkə Ester
Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir Gözəl Mələkə Ester Müəllif: Edward Hughes İllüstrasiya edən: Janie Forest Uyğunlaşdıran: Ruth Klassen Tərcümə edən: Günay Əsədova Təqdim edən: Bible for Children
İBN ARABİ'DE HAKKIN AŞKINLIĞI
İBN ARABİ'DE HAKKIN AŞKINLIĞI OVERSTEPP NG OF THE TRUTH IN IBN ARABI ПРЕВЫШЕНИЕ ПРАВДЫ У ИБН АРАБИ Qadir Bilmanoğlu SEFEROV * Özet Bu makalede; İbn Arabi'ye yöneltilen Hulul, İttihat ve Panteizm gibi suçlamalara
DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ [email protected]; [email protected] Tel.: +99450 33 937 55 TÜRKÜN SƏSİ
DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ [email protected]; [email protected] Tel.: +99450 33 937 55 TÜRKÜN SƏSİ Bu kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dővlət Dəstəyi Şurası
3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?
s 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 sual 1. A.M.Qorki mütəhərrik oyun haqqında hansı fikri söyləmişdir? 2. Mütəhərrik oyunların təhsil sisteminə daxil olmasında, habelə oyunların nəzəri və praktiki
Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.
Corabların qarışdırılması Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın. 1 2 Neçə kvadrat görürsünüz? Neçə üçbucaq görürsünüz? 2 Batuminin gəmi dayanacağında
Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allahın Güclü Adamı - Şimşon
Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir Allahın Güclü Adamı - Şimşon Müəllif: Edward Hughes İllüstrasiya edən: Janie Forest Uyğunlaşdıran: Lyn Doerksen Tərcümə edən: Günay Əsədova Təqdim edən: Bible for
DAVETLİSİ
DAVETLİSİ -------------- O zaman ki, İsa sizin ürəyinin qapını ayaqları ve knocks. siz onun səsini eşitmək, onun ruh və Allahın Spirit gəlmək və sizin ruhu ilə əbədi və onlardan bir ilə olacaq ürəyin qədər
Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Yeşaya Gələcəyi Görür
Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir Yeşaya Gələcəyi Görür Müəllif: Edward Hughes İllüstrasiya edən: Jonathan Hay Uyğunlaşdıran: Mary-Anne S. Tərcümə edən: Günay Əsədova Təqdim edən: Bible for Children
شرح صورة الفاتحة. Fatihə surəsinin şərhi.
شرح صورة الفاتحة الباكوي ا براهيم محمد عبد العزيز ƏBDÜL-ƏZİZ MƏHƏMMƏD, İBRAHİMİ ƏL-BƏKUVİYYU. [email protected] 1430 ھ - 2009 م. 1 Müəllifin ön sözü. Rəhman və Rəhim olan Allahın adı ilə! Həqiqətən həmd
MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri
MÖVZU: Simsiz şəbəkələr Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri Hal-hazırda simsiz lokal şəbəkələrdən istifadəyə ildən-ilə daha çox üstünlük verilir. Simsiz
İmadəddin Nəsimi həyatı və yaradıcılğı
İmadəddin Nəsimi həyatı və yaradıcılğı Seyid Əli Seyid Məhəmməd oğlu İmaməddin Nəsimi (1369, Şamaxı-1417, Hələb) - Azərbaycan şairi, mütəfəkkir. "İmadəddin Nəsimi" adı ilə məşhurdur. İlk təhsilini Şamaxıda
Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Peter və Duanın Gücü
Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir Peter və Duanın Gücü Müəllif: Edward Hughes İllüstrasiya edən: Janie Forest Uyğunlaşdıran: Ruth Klassen Tərcümə edən: Günay Əsədova Təqdim edən: Bible for Children
MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv
MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv bir ERKƏN İNKİŞAF SİSTEMİ hazırlamışlar. Bizim SERTIFIKATLAŞDIRILMIŞ
İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR
İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR Mündəricat 1. Elektron xidmətdən istifadə üçün sisteminə daxil olmaq.... 2 Şəkil 1. Sisteminə giriş... 2 Şəkil 2. Elektron
A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014, 341-347
A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014, 341-347 CELIL MEMMEDGULUZADE NİN MÜSLÜMAN KADINININ HAYATINI ELE ALAN MİZAHİ ŞİİRLERİ Özet Makalede XX. yüzyıl Azerbaycan edebiyatının
İSA MƏSİHİN HEKAYƏSİ. David C Cook. All Rights Reserved
HEKAYƏSİ İSA MƏSİHİN BU İSA MƏSİHİN HƏQİQİ HEKAYƏSİDİR. O İNSAN İDİ, AMMA O İNSANDAN QAT-QAT ARTIQ İDİ. O ALLAHİN VAHİD OĞLUDUR. O ƏLBƏTTƏ Kİ QÜDRƏTLİ İDİ. HƏTTA KÜLƏK VƏ DƏNİZ ONA İTAƏT EDİRDİ. AMMA DƏNİZİN
Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF
1 Mən hansı ədədəm? Mən hansı ədədəm? 1 Altından xətt çəkilmiş rəqəm hansı ədədi göstərir? 9802 Altından xətt çəkilmiş rəqəm hansı ədədi göstərir? 846513 2 3 Ədədin yazılışının mövqeli sistemi 93765 Yüzlük
MÜASİR ƏDƏBİYYATŞÜNASLIQDA ŞƏRQ-QƏRB KONTEKSTİNİN TƏDQİQİ
MÜASİR ƏDƏBİYYATŞÜNASLIQDA ŞƏRQ-QƏRB KONTEKSTİNİN TƏDQİQİ Öz Günümüzde, küreselleşme koşullarında Doğu-Batı çatışması özel aciliyet arz etmektedir. Doğu ülkelerinin zengin kültürel geleneğe sahip edebiyatı
UÇAN BOŞQABLAR SON ZAMANLARIN PEYĞƏMBƏRLİYİDİR
UÇAN BOŞQABLAR SON ZAMANLARIN PEYĞƏMBƏRLİYİDİR Toni Alamo Rəbb tərəfindən mənə verilən fövqəltəbii görümlər, əlamətlər və xariqələr haqqında artıq bir neçə məqalə yazmışam. 1 Haqqında yazmadığım hələ çoxlu
Azeri. Mu qəddəs Kitab və Qur an-ı Kərim Haqqında 200 Sual. Daniel Wickwire
Azeri Mu qəddəs Kitab və Qur an-ı Kərim Haqqında 200 Sual Daniel Wickwire Index Mu qəddəs Kitablar Haqqında...1-24 Tanrı və Allah Haqqında...25-50 Mu qəddəs Ruh, Şeytan, Cinlər və Mələklər Haqqında...51-65
Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri
Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri QOŞMA C3 ƏMSSTQ SƏNƏDİNƏ ƏLAVƏYƏ DÜZƏLİŞLƏRİN REYESTRİ Qoşma C3: ƏMSSTQ sənədinə Əlavəyə Düzəlişlərin Reyestri i MÜNDƏRİCAT 1 MÜQƏDDİMƏ... I Cədvəllər Cədvəl
Təcrübəçi və Yeni Məzunların işə qəbulu
Təcrübəçi və Yeni Məzunların işə qəbulu 2013 Məzmun Nə etməli Texniki müsahibəyə dair məsləhətlər Seçim prosesinə ümumi baxış Gənc mütəxəssis (Challenge) proqramı Nə etməli Müsahibədə uğur qazanmaq üçün
Aparıcı uşaqlara uyğun müraciətlə:
Aparıcı uşaqlara uyğun müraciətlə: Siz gecələr göyü seyr etməyi sevirsiniz uşaqlar? Heç seyr etmisiniz? Orada ayı və ulduzları görmüsünüz? O ayı və ulduzları Kim yaratdı bilirsinizmi? İndi isə diqqətlə
İmam Əhməd əl-həsənin (ə) Buyurduğu Şəkildə
NAMAZ İmam Əhməd əl-həsənin (ə) Buyurduğu Şəkildə NAMAZ Ansarullah Production 2017 1 Mündəricat AZAN... 3 İQAMƏ... 4 NAMAZIN VACİBATI... 5 NAMAZ... 6 NİYYƏT... 6 TƏKBİRATUL İHRAM... 6 BİRİNCİ RÜKƏT...
Marketinq. Mehdiyev Əkbər
Marketinq Mehdiyev Əkbər 1313A Marketinqin mahiyyəti Marketinq, planlaşdirma prosesidir; Bu proses, məhsulun yaradilması, qiymətləndirilməsi, təbliğatının aparılması və yayılmasından ibarətdir; Marketinqin
İLAHİYYAT FAKÜLTƏSİNİN ELMİ MƏCMUƏSİ
1 БАКЫ ДЮВЛЯТ УНИВЕРСИТЕТИ İLAHİYYAT FAKÜLTƏSİNİN ELMİ MƏCMUƏSİ 22 DEKABR (ARALIK) 2014 2 BAKI DÖVLƏT UNİVERSİTETİ İLAHİYYAT FAKÜLTƏSİNİN ELMİ MƏCMUƏSİ REDAKTOR / EDİTÖR i.f.d. Mübariz CAMALOV REDAKTOR
TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )
TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK (49451-001) SORĞU: BENEFİSİAR SAHİBLİYİN TƏRİFİ LAYİHƏSİ AZƏRBAYCAN
BİU ZAQATALA ŞÖBƏSİ NƏŞRİ 03 İSLAM DÜŞÜNCƏSİ
Bakı 2007 BİU ZAQATALA ŞÖBƏSİ NƏŞRİ 03 İSLAM DÜŞÜNCƏSİ Dr. Rafiz Manafov Azərbaycan Respublikası Bakı İslam Universiteti Zaqatala Şöbəsi Kitabın adı İslam Düşüncəsi Müəllif Dr. Rafiz Manafov Məsləhətçi
Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Möcüzələr adamı, Elişa
Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir Möcüzələr adamı, Elişa Müəllif: Edward Hughes İllüstrasiya edən: Lazarus Uyğunlaşdıran: Ruth Klassen Tərcümə edən: Günay Əsədova Təqdim edən: Bible for Children
AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )
AMEDIA 2016 Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:(+994 12) 4369846 / (+994 77) 4100004 E-mail: [email protected] www.amedia.az HAQQIMIZDA AMEDIA komandası olaraq biz böhranda şirkətlərin
İslamda Təqlidin Yeri
İslamda Təqlidin Yeri Həzrət İbrahim (əs) və onun əziz soyuna, Həzrət Muhəmməd (səas) və Həzrət Əli (əs) ın əziz soylarına, Və onlar kimi, bütləri qırmaq istəyənlərin xatirəsinə hədiyyə edilmişdir. Özlərini
Muhəmməd ibn Əhməd əz-zəhəbi. Böyük günahlar
Muhəmməd ibn Əhməd əz-zəhəbi Böyük günahlar Muhəmməd ibn Əhməd əz-zəhəbi. Müəllif: Muhəmməd ibn Əhməd əz-zəhəbi Təxric və təhqiq edənlər: Şeyx Abdul-Qadir əl-arnavut, Əmmar Əhməd Abdullah Tərcümə edən:
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ KAFEDRA: QİDA MƏHSULLARININ TEXNOLOGİYASI FƏNN: BİOTEXNOLOGİYANIN ƏSASLARI GENETIK MÜHƏNDISLIK VƏ ONUN ƏSAS ANLAYIŞLARI Tərtib etdi: Dos.,t.e.n. Qədimova Natəvan
TƏŞKİLAT KOMİTƏSİ / TEŞKİLAT KOMİSYONU
Çağ Öğretim İşletmeleri Qafqaz Universiteti Türk İşbirliği ve Kalkınma İdaresi Başkanlığı (TİKA) MÜLKİ HÜQUQ BEYNƏLXALQ SİMPOZİUM M ATERİ ALLAR ÖZEL HUKUK ULUSLARARASI SEMPOZYUM TEBLİ ĞLER Bakı Azərbaycan
Kredit bürosu borcalanlar üçün əla imkanlar
Kredit bürosu borcalanlar üçün əla imkanlar Bu məqalə Kredit Bürolarının yaradılması vasitəsilə kredit məlumatının mübadiləsinin əsas prinsiplərini təsvir edir. 15 dekabr 2009-cu il tarixdə Bakı şəhərində
Avesta. YYSQ Zərdüşt Peyğəmbər. Milli Virtual-Elektron Kitabxananın təqdimatında. Parçalar
YYSQ www.yysq.org www.kitabxana.net Milli Virtual-Elektron Kitabxananın təqdimatında e Klassik Azərbaycan dini-fəlsəfi düşüncəsi N 01 (83-2015) Zərdüşt Peyğəmbər Parçalar YYSQ - Milli Virtual-Elektron
1. ƏDƏDİ BƏRABƏRSIZLİKLƏR VƏ ONLAR ÜZƏRİNDƏ ƏMƏLLƏRİN YERİNƏ YETİRİLMƏSI METODİKASI
. ƏDƏDİ BƏRABƏRSIZLİKLƏR VƏ ONLAR ÜZƏRİNDƏ ƏMƏLLƏRİN YERİNƏ YETİRİLMƏSI METODİKASI Hal-hazırda ümumtəhsil məktəblərinin tədris proqramında bərabərsizliklərin təliminə geniş yer verilmişdir. Hələ ibtidai
ÖLÜMƏ QƏDƏR. Ramil Soltanov. Mərhəmətli, Rəhimli Allahın adı ilə. Bakı 2007
Ramil Soltanov ÖLÜMƏ QƏDƏR Mərhəmətli, Rəhimli Allahın adı ilə Həqiqətən şükür və tərif yalnız Allaha məxsusdur! Biz Ona həmd edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma və bizi doğru yola yönəltməyi
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI TÜRKOLOGİYA ci İLDƏN NƏŞR OLUNUR
ISSN 0131-677X 1 AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI N Ə S İ M İ a d ı n a D İ L Ç İ L İ K İ N S T İ T U T U TÜRKOLOGİYA B E Y N Ə L X A L Q E L M İ J U R N A L 1970-ci İLDƏN NƏŞR OLUNUR Azərbaycan Respublikası
BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ
XƏYALLARINIZI İNŞA EDİRİK! 01 510 81 81 050 880 81 81 Ünvan: Bakı şəhəri, Hüseyn Cavid prospekti E-mail: [email protected] MERİDA PREMİUM BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ NİYƏ MERİDA
ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -
ACCESSPAY XİDMƏTİ 7/23/2014 AccessBank Sales Training - 1 - ACCESSPAY XİDMƏTİ ƏSAS FUNKSİYALAR AccessBank-ın və ya digər Bankın plastik kartı vasitəsilə AccessBank-da olan cari, debit kart, əmanət hesablarına
AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A
AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı Mehdiyev Əkbər 1313A Dunya təcrubəsi gostərir ki, innovasiya texnologiyalarından geniş istifadə olunması olkənin hərtərəfli inkişafına xidmət edir. Bu texnologiyalar
Səid bin Əli bin Vahf əl-qahtani RƏSULULLAHIN ÜMMƏTİ ÜZƏRİNDƏKİ HAQLARI
Səid bin Əli bin Vahf əl-qahtani RƏSULULLAHIN ÜMMƏTİ ÜZƏRİNDƏKİ HAQLARI 0 Rəsulullahın (s.a.v.) öz ümməti üzərində çoxlu haqları vardır. Onlardan bir neçəsi aşağıdakılardır: Birinci, Ona tam şəkildə iman
«Ey Əhli-beyt! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər»(«əl-əhzab», 33).
ƏHLİ-BEYT KİMLƏRDİR? Ərəb dili mütəxəssisləri və islam alimləri Əhli-beyt məfhumunun mənasını geniş şəkildə şərh ediblər. Onlar yalnız dörd nəfərin Əli, Fatimə, Həsən və Hüseynin (Allah onlardan razı olsun!)
YENİ DƏRSLİKLƏR VƏ "YENİLİKLƏR"
YENİ DƏRSLİKLƏR VƏ "YENİLİKLƏR" Akif MƏMMƏDOV, pedaqoji elmlər nanıizədi 2003-2004-cü tədris ilində müəllimlərin istifadəsinə bir neçə yeni dərslik verildi. Onlardan biri də 8-9-cu siniflər üçiin professor
İslam fəlsəfəsi: tarix və müasirlik
YYSQ www.yysq.org www.elmler.net İntellektual-Elektron Kitabxananın təqdimatında Gənc elektron elm N 50 (10-2014) İslam fəlsəfəsi: tarix və müasirlik 1 Elmi-filoloji monoqrafiya 2014 www.kitabxana.net
Paketdə siz görəcəksiniz: Milad bayramı. Uşaqlar üçün dəvətnamələr. Müqəddəs Kitab dərsləri. Yadda saxlamaq üçün ayə. Əl işi. Mahnı.
Milad bayramı Paketdə siz görəcəksiniz: Uşaqlar üçün dəvətnamələr Müqəddəs Kitab dərsləri Yadda saxlamaq üçün ayə Əl işi Mahnı Oyunlar Əyani vəsait Xeyirli məsləhətlər Xahiş edirik, DİQQƏTLİ OLUN! Təklif
HTML İLK ANLAYIŞLAR. HTML - Hyper Text Mark-up Language (Hiper Mətn Hazırlamaq üçün Dil)
HTML DƏRSLİK 1. HTML - HAQQINDA İLK ANLAYIŞLAR 2. HTML - FAYLINI YARATMAQ 3. HTML - KODLARI 4. HTML İLƏ SADƏ SAYT HAZIRLAMAQ Müəllif: Amil Atakişiyev ADAU 2015 HTML - Hyper Text Mark-up Language (Hiper
ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri
Dünyanı Dəyişdirən İnnovativ Texnologiyalar və Həllər ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri Məhsullar Həllər Xidmətlər Video Konfrans Xidmət içi Təhsil Qurumsal Kommunikasiya Sadəcə Software
Kitabın müəllif hüquqları qorunur.
Ömər ibn Muhəmməd əs-subeyl DİLİ HARAMDAN QORUMAQ www.islamevi.az Bu kitab, DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN 27/09/2006 tarixli DK 377d saylı razılığı ilə nəşr edilmişdir. Kitabın müəllif hüquqları
Ana kart (Motherboard)
1 Ana kart (Motherboard) 2 Ana lövhə və ya ana kart (ing. motherboard) mürəkkəb çoxqatlı çap lövhəsində fərdi kompüterin əsas komponentləri (mərkəzi prosessor, operativ yaddaşın kontrollerləri, operativ
TÜRÜK Uluslararası Dil, Edebiyat ve Halkbilimi Araştırmaları Dergisi 2014 Yıl:2, Sayı:4 Sayfa:118-138 ISSN: 2147-8872
TÜRÜK Uluslararası Dil, Edebiyat ve Halkbilimi Araştırmaları Dergisi 2014 Yıl:2, Sayı:4 Sayfa:118-138 ISSN: 2147-8872 AZƏRBAYCAN VƏ OSMANLI TƏZKİRƏLƏRİNİN MÜQAYİSƏSİ ÖZET Vüsale Musalı * Ortaçağ'dan bugüne
Əlixan Musayev ÜÇ SUAL
Əlixan Musayev ÜÇ SUAL Bakı - 2016 1 Tərcümə və tərtib: İxtisasçı redaktor: Əlixan Musayev Mübariz Qarayev Bu kitabçada hər kəsi dünyadan köçdükdən sonra gözləyəcək bəzi hadisələrə toxunulur və ilkin olaraq
RG-6 və RG-8 kabelinin fərqi hansıdır? A)omeqa dəyəri B)uzunluğu C)Qalınlığı D)Rəngi E)Heç biri
1 Kabelin neçə tipi var? A)1 B)2 C)3 D)0 E) yoxdur 2 Təyinatına görə kabel məmulatlarına aid etmək olar? A)radiotezlik kabellər B)sarğı naqilləri C)hamısı D)rabitə kabelləri E)alçaq gərginlikli kabellər
ƏBƏDİ ATA TƏRƏFİNDƏN YER DÜNYASINA GÖNDƏRİLƏN TELEPATİK MESAJ SƏMAVİ ELM ALFA VƏ OMEQA
ƏBƏDİ ATA TƏRƏFİNDƏN YER DÜNYASINA GÖNDƏRİLƏN TELEPATİK MESAJ SƏMAVİ ELM ALFA VƏ OMEQA Ey bütün dünya, cuşa gəlib Rəbbə nida edin. İlahi Vəhy haqqında Tumar və Quzu (5-ci Fəsil) kimi Vəhy kitabında qabaqcadan
ZƏRDÜŞTİLİK, TENQRİÇİLİK (TANRIÇILIQ) VƏ ŞAMANİZM
ZƏRDÜŞTİLİK, TENQRİÇİLİK (TANRIÇILIQ) VƏ ŞAMANİZM Bəxtiyar Tuncay Bu gün ölkəmizdə bir çoxlarında belə bir yanlış təsəvvür var ki, guya ulu babalarımız atəşpərəst olmuşlar. Zərdüştü azərbaycanlı sayanlar
İngilis dilindən tərcümə: Anna Sedova Orijinal kitabın adı: Five Kings of Judah Müəllif: Cennifer Haayer
Yəhudanın şahları İngilis dilindən tərcümə: Anna Sedova Orijinal kitabın adı: Five Kings of Judah Müəllif: Cennifer Haayer Xahiş edirik, DİQQƏTLİ OLUN! Təklif etdiyimiz dərslərin əyani vəsaitlərini BUM-in
T.C. DEVLET PERSONEL BAŞKANLIĞI
T.C. DEVLET PERSONEL BAŞKANLIĞI Avrupa Birliği ve Dış İlişkiler Birimi Temmuz 2013 T.C. DEVLET PERSONEL BAŞKANLIĞI İçindekiler Azerbaycan Cumhuriyeti Hakkında Genel Bilgiler...5 Azerbaycan Cumhuriyeti
PLAN
PLAN 1. Antik fəlsəfənin meydana gəlməsi və mərhələləri 2. Klassik dövrün filosofları (Georgi, Protaqor, Sokrat,Pifaqor,Aristotel) 3. Sokratın fəlsəfi düşüncələri 4. Aristotel fəlsəfəsinin ən böyük xidmətləri.
ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı
ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI Brendlərin Uçuş Zolağı MÜNDƏRİCAT BİZ KİMİK? VİZYONUMUZ YENİ TERMİNALA BİR NƏZƏR NİYƏ BEYNƏLXALQ TERMİNALDA REKLAM? HƏDƏF KÜTLƏMİZ MƏHSULLARIMIZ BİZ
TİTUL VƏRƏQİ MƏKTƏBLİLƏRİN KİMYA FƏNNİ ÜZRƏ RESPUBLİKA OLİMPİADASI FİNAL MƏRHƏLƏSİ IX SİNİF. İştirakçı S.A.A. Şəhər, məktəb
TİTUL VƏRƏQİ MƏKTƏBLİLƏRİN KİMYA FƏNNİ ÜZRƏ RESPUBLİKA OLİMPİADASI FİNAL MƏRHƏLƏSİ IX SİNİF İştirakçı S.A.A. Şəhər, məktəb Sinif Tapşırıq 1 2 3 4 5 Cəmi Ballar Münsiflər heyyəti tərəfindən doldurulur 1
BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ
BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ VACIB XƏBƏRDARLIQ: Daxil olmaq / və ya bu Cloud xidmətindən istifadə (aşağıda müəyyən edildiyi
«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.
«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının Protokol 11 -li «16» may 2016-cı il Sədr B.Əzizov (Azərbaycan Respublikasının Müşahidə Şurasının 24 oktyabr 2016-cı
KÜLTÜR EVRENİ - ВСЕМИРНАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE KÜLTÜR EVRENİ
KÜLTÜR EVRENİ ВСЕМИРНАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE Bahar/Весна/Spring 2009 Yıl / Год / Year 1 Sayı / Число / Number 2 ÜÇ AYDA BİR YAYIMLANAN ULUSLARARASI SOSYAL BİLİMLER DERGİSİ ЕЖЕКВАРТАЛЬНЫЙ МЕЖДУНАРОДНЫЙ
X sinifdə fonetik bilik və bacarıqların tədrisi metodikası
X sinifdə fonetik bilik və bacarıqların tədrisi metodikası Akif MƏMMƏDOV, BSU-nun Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının dosenti Orta ümumtəhcil məktəblərinin X-XI siniflərində yeni mövzularla
IV Zirvə Oyunlarının ƏSASNAMƏSİ
IV Zirvə Oyunlarının ƏSASNAMƏSİ Xırdalan-2016 Təsdiq edirəm Zirvə İnternational Sport Clubs MMC-nin Direktoru R.Rəsulov 01 aprel 2016-cı il Zirvə İnternational Sport Clubs MMC-nin IV Zirvə Oyunlarının
ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR
ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR 1.1 Kartın növü İllik (əsas kart) İllik (əlavə kart) 1. ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR Gold Virtual* Gold Gold İnfinite 1 il 10 AZN 5 AZN 5 AZN 8 AZN 20 AZN 40 AZN 3 AZN 10
TƏHSİL MÜƏSSİSƏLƏRİ ÜÇÜN MEBEL KATALOQU
Məktəb mebeli Partalar Oturacaqlar Toplantı yerləri Laboratoriya İxtisaslaşmiş siniflər Metal mebellər Bağça mebeli Akt zalı Yumşaq mebel TƏHSİL MÜƏSSİSƏLƏRİ ÜÇÜN MEBEL KATALOQU TƏHSİL MÜƏSSİSƏLƏRİ ÜÇÜN
AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ
AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru Bakı - 2014 XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİN BAŞLICA İSTİQAMƏTLƏRİ Bir ölkənin xarici iqtisadi əlaqələri əsasən aşağıdakı istiqamətlər
Namaz. Dəstəmaz Dəstəmaz namazın müqəddiməsidir. Namaza başlamazdan əvvəl mütləq dəstəmaz alınmalıdır. Dəstəmazsız namaz düzgün deyildir və batildir.
Namaz Hər bir müsəlmаnа gündə 17 ruкət nаmаz qılmаq vаcibdir. Sübh 2 ruкət, zöhr 4 ruкət,əsr 4 ruкət,şаm 3 ruкət və хiftən 4 ruкət.аllаh-təаlа Qurаni-Кərimdə buyurur:həqiqətən nаmаz insаnı çirкin işlərdən
Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı cü il. Sədr. Elman Rüstəmov
Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı Qərar 2014-cü il Sədr Elman Rüstəmov Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları
MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması
MobilBank Mobil telefon vasitəsilə kart hesabının idarə olunması Xidmət siyahısı Kommunal xidmətlərin ödənişi Mobil operator xidmətlərinin ödənişi İnternet provayderlər xidmətlərinin ödənişi Card-to-card
Azərbaycan Respublikası Prezidenti yanında. Dövlət İdarəçilik Akademiyası. Fəlsəfə və sosial psixologiya kafedrası.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası. Fəlsəfə və sosial psixologiya kafedrası. Fənn:Məntiq.Arqumentasiya nəzəriyyəsi. Müəllim:Dos.Şəfaət Abdullayeva. Tələbə:Ləman Xəlilova.
Nizami Gencevi nin Rahmet Evi Kavramı Dr. Siracəddin HACI *
C.Ü. İlahiyat Fakültesi Dergisi XIII/1-2009, 215-230 Nizami Gencevi nin Rahmet Evi Kavramı Dr. Siracəddin HACI * Özet Azerbaycan Türk edebiyatının XII. yüzyılda yaşamış büyük şairi Nizami Gencevi tüm eserlerinde
40 Hədis. Müəllif: Yəhya ibn ġərəf ən-nəvəvi
40 Hədis Ġmam Nəvəvi Müəllif: Yəhya ibn ġərəf ən-nəvəvi Tərcüməçi: Ramil Həsənov Tərtib edən: Zeyd Sələfi "Hər bir elm tələbəsi Qırx hədis kitabını əzbərləməli, mənasını baģa düģməli və tələblərinə uyğun
Əsrimizin mühəddisi. Məhəmməd Nasiruddin əl- Əlbani (Allah ona rəhmət etsin)
Əsrimizin mühəddisi Məhəmməd Nasiruddin əl- Əlbani (Allah ona rəhmət etsin) 2 MƏHƏMMƏD NASĐRUDDIN ƏL-ƏLBANI Ön söz əmd və sənalar Allaha məxsusdur. Sonuncu peyğəmbər Məhəmmədə, onun ailəsinə və bütün əshabələrinə
BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK
MƏNTİQİ TƏFƏKKÜRÜN YOXLANILMASI ÜZRƏ TEST TAPŞIRIQLARI 1. Ədədi ardıcıllıqda sual işarəsi yerinə hansı ədəd gəlməlidir? 5? 7 7 14 11 16 15? A) 32; 4 B) 3; 32 C) 13; 5 D) 32; 7 E) 3; 8 2. Qanunauyğunluğu
MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması
MobilBank Mobil telefon vasitəsilə kart hesabının idarə olunması Xidmət siyahısı Kommunal xidmətlərin ödənişi Mobil operator xidmətlərinin ödənişi İnternet provayderlər xidmətlərinin ödənişi Pulun kartdan
AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/
AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/ BAKI - 2017 1 MÜNDƏRİCAT BANKLARIN SAYI, XİDMƏT ŞƏBƏKƏSİ VƏ HEYƏTİ HAQQINDA 3 BANK SEKTORUNUN İCMAL BALANSI 4 BANK SEKTORUNUN MƏNFƏƏT (ZƏRƏR)
XIZIR ILYASIN TÜRK MIFOLOJI SISTEMINDƏKI ROLU. Xalidə BABAYEVA Azərbaycan Milli Elmlər Akademiyasi, Folklor İnstitutu Tel:
AKADEMİK BAKIŞ, SAYI 15, EKİM, 2008 Uluslararası Hakemli Sosyal Bilimler E-Dergisi ISSN:1694-528X, İktisat ve Girişimcilik Üniversitesi, Türk Dünyası Kırgız- Türk Sosyal Bilimler Enstitüsü, Celalabat-
Milli Virtual-Elektron Kitabxananın təqdimatında
YYSQ www.yysq.org www.kitabxana.net Milli Virtual-Elektron Kitabxananın təqdimatında e "Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği". Elektron kitab N 03 (48-2016)
Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar
Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar Qaydanın adı «Azərbaycan Respublikasnın Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində protokol işinin təşkili üzrə Qaydalar»
Elmi tədqiqatların təsnifatı. Məqsədli təyinatı üzrə: Fundamental; Tətbiqi; Axtarış; Işləmə.
A.D.Hüseynova Elmi tədqiqatlar - yeni hadisələrin öyrənmə prosesi və praktiki istifadə üçün öyrənilən obyektin müxtəlif amillərin təsirindən asılı olaraq dəyişmə qanunauyğunluğunun açıqlanmasıdır. Elmi
Analoq siqnallar Rəqəmli siqnal Rəqəmli siqnal
Modemlər Rəqəmli siqnal 101001101 Analoq siqnallar Rəqəmli siqnal 101001101 modem modem Modem telefon xəttinin köməyi ilə 2 kompüterin arasında əlaqə yaradan qurgudur. Modem (modulyator/ demodulyator)
haqqında ətraflı məlumat
Texniklərin işə qəbul proqramına sənəd vermək haqqında ətraflı məlumat Hörmətli namizəd, Bu təlimat sizə Texniklərin işə qəbul proqramı na elektron ərizə təqdim etməkdə köməklik göstərəcəkdir. Sənədi uğurla
3. Tarix hesabı və ya müxtəlif təqvimlər
1 Bu məqalələr uşaqlar üçün olan Şəkər villası qəzetində 2001-ci ildə çap olunmuşdu. Buna baxmayaraq, onlar indi də həm şagirdlər, həm də müəllimlər üçün əlavə oxu materialı kimi maraq dogura bilər. Qəzet
Himayə altında böyüyən uşaq və gənclər
Himayə altında böyüyən uşaq və gənclər AVROPANI UŞAQLAR ÜÇÜN VƏ UŞAQLARLA BIRGƏ QURAQ Öz hüquqlarını tanı! Himayə altında böyüyən uşaq və gənclər Öz hüquqlarını tanı! Avropanı uşaqlar üçün və uşaqlarla
1 xal. arasında yerləşən neçə ixtisara düşməyən kəsr vardır? Məxrəci 24-ə bərabər olan və 1 5 -lə 3 4 ა) 3 ბ) 4 გ) 5 დ) 6
Məsələ 1 Məxrəci 24-ə bərabər olan və 1 5 -lə 3 4 arasında yerləşən neçə ixtisara düşməyən kəsr vardır? ა) 3 ბ) 4 გ) 5 დ) 6 2 Məsələ 2 İki avtomobil sabit sürətlə hərəkət edirdi və eyni məsafəni qət etdi.
AVRASİYA SOSİAL ELMLƏR FORUMU
II CİLD Azərbaycan Dövlət Hacettepe Qırğızıstan-Türkiyə Ahmet Yesevi İqtisad Universiteti Universiteti Manas Universiteti Universiteti Dünya İqtisadiyyatının İnkişaf Paradiqması: Bazar və Sonrası mövzusunda
1- Forex bazarı nədir?
2 1- Forex bazarı nədir? Forex: İngilis dilində məzənnə dəyişikliyi mənasından gələn FOReign EXchangə kəlmələrinin birləşməsidir və Forex bazarı beynəlxalq bazarlarda əməliyyat etmək imkanı verərək, ölkələrin
İbtidai icma quruluşunun bölündüyü dövrlər. Bilet 1. Azığ mağarasında insanlar necə yaşayırdılar? İbtidai icma quruluşu dövründə cədvəlini doldurun.
İbtidai icma quruluşunun bölündüyü dövrlər Bilet 1 Azığ mağarasında insanlar necə yaşayırdılar? İbtidai icma quruluşu dövründə cədvəlini doldurun. Azıx mağarası bu şəhərin ərazisində yerləşir. Qan qohumu
