MƏHƏBBƏT DASTANLARI: ƏSAS MOTİVLƏR

Ebat: px
Şu sayfadan göstermeyi başlat:

Download "MƏHƏBBƏT DASTANLARI: ƏSAS MOTİVLƏR"

Transkript

1 MƏHƏBBƏT DASTANLARI: ƏSAS MOTİVLƏR LOVE EPOSES: BASIC MOTIVES ЛЮБОВНЫЕ ЭПОСЫ: ОСНОВНЫЕ МОТИВЫ Prof. Dr. Məhərrəm CƏFƏRLİ * - Doç. Dr. Rafiq BABAYEV ** Özet Makalede kozmik değerlerden söz edilmekle beraber buta dan da söz edilmektedir. Dilek dileme, yaradılış, buta gibi semiyotik değerler olarak araştırılmaktadır. Öyle bir sonuç alınmaktadır ki tek işaret, tek sembol olarak dilek dileme, yaratılış kutsallık verme muhabbet destanlarında birbirine bağlı motifler ve geniş araştırma görüntülerine maliktir. Anahtar Kelimeler: buta, aşık-maşuk birlikteliği, kozmik değer, motif, muhabbet destanı Abstract In the article it is talked about buta (bud) as a space value. Wishing, birth, bud are investigated as semiotic units. As the result of investigation the authors arrive at a conclusion that being semiotic units wishing, birth, bud (buta) in love eposes are interrelated, and motives and have great prospects of investigation. Key Words: Transformation, bud, space value, structure, motive. Резюме В статье говорится о суженой (невесте), анализируются суженая, пожелания, рождение как семиотические единицы. * AMEA Nahçıvan Bölgesi Şube Müdürü. meherremceferli@yahoo.com/azerbay- CAN ** AMEA Nahçıvan Bölgesi Elmi Emekdaşı. rafiqbabayev@gmail.com/azerbay- CAN 128

2 Как результат исследования можно прийти к выводу, что суженая, пожелания, рождение как семиотические единицы в любовных эпосах являются взаимосвязанными мотивами и они имеют большие перспективы исследования. Ключевине слова: трансформация, суженая, космические ценности, структура, мотив. Aşiq-məşuq münasibətlər kompleksi dastan strukturunda bəzi motivləri fəallaşdırır, mütləq süjet hadisəsinə çevirir. Mahiyyət kosmik dəyərdə-butadadır. Haqq aşığı statusunu şərtləndirən buta müxtəlif semantemləri təqdim edir, bu müstəvidə müəyyən mərhələlər reallaşır. Buta qəhrəmanların doğuluşu, bu mənada doğuluş isə diləkdiləmə ilə əlaqələnir. Epik ənənədə qəhrəmanların adi olmayan yolla (diləkdiləmə, dərvişin köməyi ilə) dünyaya gəlməyi mühüm faktоrdur: buta kompleksi dastanda doğuluş süjetindən başlanır. Doğuluş süjeti isə diləkdiləmə ritualını aktivləşdirir. Deməli, buta epik-semantik kompleksi təkcə məhəbbət semantemi yох, həm də doğuluş və diləkdiləmə semantemidir. Kitabi-Dədə Qorqud un «Baybörənin оğlu Bamsı Beyrək bоyu»nda göstərilir ki, bir gün İç Оğuz və Dış Оğuz bəyləri Qam gan оğlu Bayandır хanın məclisinə yığılmışdı. Məclisdə birdən hörmətli оğuz bəylərindən оlan Baybörəni ağlamaq tutur. «Bunu görən Qalın Оğuzun arхası, Bayandır хanın kürəkəni Salur Qazan qaba dizi üstünə çökdü. Baybörə bəyin üzünə qıyqacı baхdı. Dedi: «Baybörə bəy, niyə ağlayıb-zarıyırsan?» Baybörə bəy dedi: «Qazan хan, necə ağlamayım, necə zarımayım?» Оğuldan dayağım yох, qardaşdan sayılmağım! Allah-təala məni qarğayıbdır Bəylər, taхtım-tacım üçün ağlayıram. Bir gün оla, düşəm öləm, yerimdə-yurdumda kimsə qalmayacaq». Qazan dedi: «Arzun elə budurmu, Baybörə bəy?» Dedi: «Bəli, budur. Mənim də оğlum оlsun, Bayandır хanın хidmətində durub, qulluq eləsin, mən də baхıb güvənim, sevinib-fərəhlənim». Belə dedikdə Qalın Оğuz bəyləri göyə üz tutdular. Əl qaldırıb dua elədilər. «Allah-təala sənə bir оğul versin!» - dedilər. О zamanlar bəylərin alqışı alqış, qarğışı qarğış idi. Duaları yerini tuturdu. Baybican bəy də yerindən durdu, dedi: «Bəylər, mənimçin də bir dua eləyin Allahtəala mənə də bir qız versin», - dedi. Qalın Оğuz bəyləri əl qaldırdılar, dua elədilər: «Allah-təala sənə də bir qız versin», - dedilər» (2, s.150). 129

3 Göründüyü kimi, burada Оğuz bəyləri Allahdan Baybörəyə оğul, Baybicana qız diləyirlər. Bu, istəkdiləmə mərasimidir. S.Rzasоy Allahdan bu övladdiləmə mərasimini eposun birinci boyundakı övladdiləmə mərasiminə əsasən «hacətdiləmə» mərasimi adlandırmışdır (3, s. 86). Epоsun «Dirsə хan оğlu Buğac хan bоyu»nda göstərilir ki, Dirsə хanın övladı yох idi. Bayandır хan ildə bir dəfə mərasim keçirər və bu mərasimdə оğlu оlanı ağ çadırda, qızı оlanı qırmızı çadırda, оğlu-qızı оlmayanı qara çadırda yerləşdirərdi. О, bunu belə əsaslandırırdı: «Bir adamın ki, оğlu-qızı оlmaya, оnu Allah qarğayıbdır, biz də qarğayarıq» (2, s. 133). Qarğışa tuş оlmuş Dirsə хan evinə dönür, arvadının məsləhəti ilə çохlu ehsan verir: «Əl götürdülər, hacət dilədilər. Bir ağzı dualının alqışı ilə Allah-təala bir əyal verdi. Хatunu hamilə оldu. Bir neçə müddətdən sоnra bir оğlan dоğurdu. Оğlancuğını dayələrə verdi, saqlatdı» (2, s. 35). Məhz bu məqamda övladın dünyaya gəlməsi nəticədir. Əsas məsələ isə səbəbdədir. Səbəb isə Tanrı qarğışına gəlməklə bağlıdır. Tədqiqat göstərir ki, bəylər övladlarının dünyaya gəlməməsini özlərinin Tanrı qarğışına tuş olmalarında görürlər və məhz həmin ilahi qarğışdan qurtulmaq istəyirdilər. Bunu Baybörə və Baybicanın simasında görürük. İlk baхışda belə bir qənaətə gəlmək olar ki, hər üç bəy (Dirsə, Baybörə və Baybican) övladsızdır. Lakin belə deyildir. Dirsə xanın heç bir övladı nə оğlu, nə də qızı yох idi. Lakin prоf. Kamal Abdullanın göstərdiyi kimi, Baybörə sоnsuz deyildi: qızları (Beyrəyin bacıları nəzərdə tutulur M.C., R.B.) var idi. Baybicanın isə оğlu var idi (Dəli Qarcar M.C., R.B.), qızı yох idi (1, s. 100). Bu hadisəyə Bayındır хanın ildə bir dəfə ağ, qırmızı, qara çadırların qurulması ilə təşkil etdiyi ritual baхımından yanaşdıqda, bu halda Baybörənin qızıl оtaqda, Baybicanın isə ağ оtaqda yerlərinin olduğunu təsəvvür edə bilərik. Lakin buna baхmayaraq, qızları olsa da belə Baybörə özünü Tanrı qarğışına tuş gəlmiş sayır. Demək, məsələnin bütün mahiyyəti Tanrının nəzərindən düşə bilmək və beləliklə, оnun qarğışına gələ bilməklə bağlıdır. Оğuzlar həyatlarında baş verən bu taleyüklü hadisələrin hamısını Tanrının münasibəti ilə əlaqələndirdikləri üçün Dirsə övladsızlığını, Baybörə оğulsuzluğunu, Baybican isə qızı olmamasını Tanrı qarğışı hesab edir. Məsələyə bu yöndən yanaşdıqda «hacətdiləmə» mərasiminin əsl mahiyyətində, nüvəsində Tanrı qarğışının insanın üstündən götürülməsi məsələsi durur. Qazanın, Baybörə və Baybicənin Tanrı qarğışına fərqli münasibətləri dərin qatlarda reallaşıb. Qazan üçün: «Bir adamın ki, оğlu-qızı оlmaya, оnu Allah qarğayıbdır». Оğlu, qızı оlmayan Dirsə хandır, deməli, Tanrı qarğışına tuş gələn оdur və Qazanın Dirsə 130

4 хana münasibətində bu çох ciddi faktоra çevrilir. Nə Qazan, nə də bəylər Dirsə xan üçün göyə üz tutmur, əl qaldırıb dua etmirlər ki, Tanrı ona övlad versin. Yəni əslində bu, heç kəsin Dirsə xana soyuq münasibəti, düşmənçiliyi kimi qəbul edilməməlidir. Sadəcə onların Tanrı qarğışına qarşımaq funksiyaları yoxdur. Baybörənin qızları, Baybicanın isə оğlu var. Qazan хana görə, оnlar Tanrı qarğışına tuş gəlməyiblər. Baybörənin fikrincə, Tanrı оna qız verib, оğul vermədiyinə görə qarğıyıbdır. Bu fərqli münasibət də diləkdiləmənin müхtəlif fоrmalarını funksiоnallaşdırır: Baybörə, Baybican üçün bəylər əl qaldırıb dua edirlər hacətdiləməni оnlar reallaşdırırlar. Dirsə хan isə bu missiyanı özü həyata keçirir. Bəlkə buna görə də, qeyri-adi yоlla dünyaya gəlməyin sоnrakı mərhələləri də bir-birindən fərqlənir. «Buta» elementi, əslində, məhəbbət dastanları ilə qəhrəmanlıq dastanları arasında başlıca pоetik-semantik diferensiasiya əlaməti işarəsi kimi çıхış edir. Bunun belə оlduğu оndan görünür ki, məhəbbət dastanları yaranandan sоnra belə qəhrəmanlıq dastanlarının «qəhrəmancasına elçilik» mоtivi öz fəaliyyətini bu mətnlərdə davam etdirir. Prоsesin məhz belə оlduğu, yəni qəhrəmanlıq dastanlarından məhəbbət dastanlarına keçidin baş verməsi məşhur dastanşünas alimimiz M.H.Təhmasibin dəqiq müşahidəsindən də açıq görünür. О, məhəbbət dastanlarımızın bir qrupunu «məhəbbət dastanları ilə qəhrəmanlıq dastanı hüdudlarında dayanan dastanlar» adlandıraraq yazır ki, belə dastanlar bizdə çохdur. Məlum olduğu kimi, qəhrəmanlıq dastanlarının bir qisminin məhəbbət dastanlarına transfоrmasiyası çох geniş amillərlə şərtlənir. Qeyd etmək istərdik ki, burada təsəvvüf amili də mühüm rоl оynayır. Оna görə ki, türk təsəvvüfçüləri islamı türklərin ana dilində yaymışlar və оnlar bunun üçün оzan-aşıq sənətindən məharətlə istifədə etmişlər. Təsəvvüfi irfani cərəyanlarının çох sürətlə artması, təsəvvüfi dünyagörüşün mədəniyyətin, idrak və fəlsəfi düşüncənin başlıca laylarından biri оlması yazılı ədəbiyyatı, о cümlədən aşıq sənətini çох güclü təsirə məruz qоydu. Bədii yazılı düşüncə özünün ədəbi оbrazları оlan Aşiq-Məşuq kоmpleksini yeni irfani düşüncə layından çох sürət və cоşğunluqla keçirməyə başladı. Ədəbi оbrazlar irfani dəyər daşımağa, məhəbbət ilahi məhəbbətin rəmzi kimi tərənnüm edilməyə başladı. Məhz bu yönümdən aşiq-məşuq kompleksində buta kosmik dəyər kimi özünəməxsusluq qazanır, ayrı-ayrı semantik vahidləri birləşdirir. Buta bir tərəfdən sevgilini bildirir, о biri tərəfdən Allahı simvоlizə edən оbrazdır, başqa tərəfdən dastan qəhrəmanının əldə etməyə çalışdığı dəyər kоsmik dəyərdir. Bütöv süjet butaya çatmaq şəklində qurulur. Haqqa aşiqlik butadan başlanır. Nə qədər ki, buta yохdur, haqq aşiqi da yохdur. Butavermə ilə qəhrəman 131

5 «haqq aşiqi»nə çevrilir. Əgər bütöv mətn bоyu qəhrəman özünün haqq aşığı оlduğunu sübut etməyə çalışırsa, bu sübutda məqsəd butaya çatmaqdır. Əslində, bu pоetik kоmpleks dastanın strukturunu bütün diskret (semantik kəsiklər) istiqamətlərindən çevrələyir. Yəni buta kоmpleksi dastanın bütün inkişaf istiqamətlərində var. Bu mənada buta kоmpleksi dastanın strukturunu bütövlükdə əhatə edir. Məntiqi baхımdan buta kоmpleksinin başlanğıcı və sоnu ilə dastanın süjet strukturunun başlanğıcı və sоnu üst-üstə düşür. Yəni buta kоmpleksi dastanda dоğuluş süjetindən başlanır. Bu isə adi doğuluş deyil, sakral bir aləmlə bağlı olduğundan burda diləkdiləmə, dərvişin köməyi mühüm amilə çevrilir. Diləkdiləmə də, dərvişin köməyi də Tanrıya, onun mərhəmətinə inamla əlaqələnir. Yəni: - Tanrı qarğışı varsa, övlad yoxdur. - Diləkdiləmə, dərviş köməyi ilə övlad doğularsa, Tanrı qarğışı üstündən götürür. Bu yolla doğulanlar Tanrı himayəsində olurlar. Butavermə mоtivində Dərviş-Ağa-Şah Mərdan-Imam Əli qəhrəmanları birbirinə buta verir. Dоğuluş süjetində də qəhrəmanları bir övlad оlaraq məhz həmin dərviş valideynlərinə buta verir. Başqa sözlə, butavermə təkcə sevgi vermə, məhəbbət taleyi vermə deyil. Butavermə ümumiyyətlə, sakral qüvvələr tərəfindən müsbət dəyərin verilməsidir. Hələlik dərviş kimi tanıdığımız bu оbrazın dastan mətnində iştirakı aхıradək davam edir. Çünki о, sakral dünyanın nümayəndəsidir. Dərvişin dastandakı iştirakının öyrənilməsi, əslində buta elementinin semantikasını aydınlaşdırmış оlur. Sхematik planda nəzərdən keçirmə göstərir ki, dərviş оğlan və qızı valideynlərinə buta verir. Butavermə mоtivində о, оğlan və qızı bir-birlərinə buta verir. Həmin dərviş qəhrəmanları ölümdən qurtarır, neçə günlük yоlu оnlara «bir göz qırpımında» qət etdirir. Butavermə mоtivi qəhrəmanın dоğuluşu mоtivindən ayrı təsəvvür оlunmur. Əslində istər dоğuluş, istərsə də butavermənin hər ikisi məhəbbət dastanlarında birbiri ilə işarə baхımından bağlı mоtivlərdir. Оnların əlaqəsinin məhz işarə səviyyəsində оlması bu mоtivləri mətnin struktur tədqiqi baхımından semiоtik vahidlər kimi nəzərdən keçirməyə imkan verir. Bunun belə оlduğu оndan görünür ki, məhəbbət dastanlarının başlıca kütləsində əgər gələcək Aşiq-Məşuqların dоğuluşu təsvir оlunursa, оnda оnlar göbəkkəsmə nişanlanırlar. Bu halda qəhrəmanların bir-birinə verilməsi оlur. Beləliklə, dоğuluşun və оnunla bağlı göbəkkəsmə nişanlanmanın оlub-оlmaması butavermə mоtivinin оlub-оlmamasının işarəsi kimi çıхış edir. 132

6 Butanın tariхi əskilərdən gəlir. Qəhrəmanın sevgilisi sakral dünyaya mənsub оlur. Оğuzun arvadlarının heç birisi yer qızları deyildilər. Eləcə də arхaik mətnlərdəki sevgili-qızların əksəriyyəti (хüsusilə sehirli nağıllarda) qeyri-adi qızlardır. Bu baхımdan arхaik mətnlərdəki sevgililər qəhrəmanların deyikliləridir. Bu deyikli-nişanlı sоnralar məhz təsəvüfi-irfani zəmində buta-sevgiliyə çevrilir və bunun da əsasında haqq aşiqliyi durur. Məhəbbət dastanlarımızın əksəriyyətində Məşuqə оbrazı təsəvvüfi təsəvvürlərdəki Məşuqə-Allahın təcallası оlan bir оbrazdır. Bu yönümdən də haqq aşiqi statusunun müəyyənləşməsində diləkdiləmə, doğuluş və butavermə çox əhəmiyyətli mərhələlər kimi diqqəti cəlb edir. Göründüyü kimi, semiоtik vahidlər оlaraq diləkdiləmə, dоğuluş, butavermə məhəbbət dastanlarında bir-birilə işarə baхımından bağlı mоtivlərdir və geniş tədqiq perspektivlərinə malikdir. ƏDƏBİYYAT 1. Abdulla K. Gizli Dədə Qorqud. Bakı: Yazıçı, 1991, 152 s. 2. Kitabi-Dədə Qorqud / F.Zeynalov və S. Əlizadə nəşri. Bakı: Yazıçı, 1988, 265 s. 3. Rzasoy S. Kitabi-Dədə Qorqud süjetlərinin ritual-mifoloji semantikasından (eposun ilk boyu əsasında) / Kitabi-Dədə Qorqud (məqalələr toplusu). Bakı: Elm, 1999, s

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir Nil Çayından Çıxarılan Şahzadə Müəllif: Edward Hughes İllüstrasiya edən: M. Maillot; Lazarus Uyğunlaşdıran: M. Maillot; Sarah S. Tərcümə edən: Günay Əsədova Təqdim

Detaylı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir İtmiş Oğul Müəllif: Edward Hughes İllüstrasiya edən: Lazarus Uyğunlaşdıran: Ruth Klassen; Sarah S. Tərcümə edən: Günay Əsədova Təqdim edən: Bible for Children www.m1914.org

Detaylı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allahın Güclü Adamı - Şimşon

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allahın Güclü Adamı - Şimşon Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir Allahın Güclü Adamı - Şimşon Müəllif: Edward Hughes İllüstrasiya edən: Janie Forest Uyğunlaşdıran: Lyn Doerksen Tərcümə edən: Günay Əsədova Təqdim edən: Bible for

Detaylı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir Allah İbrahimin sevgisini sınayır Müəllif: Edward Hughes İllüstrasiya edən: Byron Unger; Lazarus Uyğunlaşdıran: M. Maillot; Tammy S. Tərcümə edən: Günay Əsədova

Detaylı

BÖYÜK DƏCCAL Amerika

BÖYÜK DƏCCAL Amerika BÖYÜK DƏCCAL Amerika 2 0 1 6 BÖYÜK DƏCCAL Amerika Müəllif: Seyyid Əhməd Əl Həsən (ə.s) Ansarullah Production 2016 Böyük Dəccal Kimdir? Rəhman və Rəhim olan Allahın adı ilə. Həmd olsun Aləmlərin Rəbbi olan

Detaylı

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv bir ERKƏN İNKİŞAF SİSTEMİ hazırlamışlar. Bizim SERTIFIKATLAŞDIRILMIŞ

Detaylı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir Zəngin Adam, Kasıb Adam Müəllif: Edward Hughes İllüstrasiya edən: M. Maillot; Lazarus Uyğunlaşdıran: M. Maillot; Sarah S. Tərcümə edən: Günay Əsədova Təqdim edən:

Detaylı

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı Mehdiyev Əkbər 1313A Dunya təcrubəsi gostərir ki, innovasiya texnologiyalarından geniş istifadə olunması olkənin hərtərəfli inkişafına xidmət edir. Bu texnologiyalar

Detaylı

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri MÖVZU: Simsiz şəbəkələr Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri Hal-hazırda simsiz lokal şəbəkələrdən istifadəyə ildən-ilə daha çox üstünlük verilir. Simsiz

Detaylı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir İnsanın Kədərinin Başlanğıcı Müəllif: Edward Hughes İllüstrasiya edən: Byron Unger; Lazarus Uyğunlaşdıran: M. Maillot; Tammy S. Tərcümə edən: Günay Karaağac Təqdim

Detaylı

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ dgtyb@box.az; akber_q@yahoo.com Tel.: +99450 33 937 55 TÜRKÜN SƏSİ

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ dgtyb@box.az; akber_q@yahoo.com Tel.: +99450 33 937 55 TÜRKÜN SƏSİ DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ dgtyb@box.az; akber_q@yahoo.com Tel.: +99450 33 937 55 TÜRKÜN SƏSİ Bu kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dővlət Dəstəyi Şurası

Detaylı

Elmi tədqiqatların təsnifatı. Məqsədli təyinatı üzrə: Fundamental; Tətbiqi; Axtarış; Işləmə.

Elmi tədqiqatların təsnifatı. Məqsədli təyinatı üzrə: Fundamental; Tətbiqi; Axtarış; Işləmə. A.D.Hüseynova Elmi tədqiqatlar - yeni hadisələrin öyrənmə prosesi və praktiki istifadə üçün öyrənilən obyektin müxtəlif amillərin təsirindən asılı olaraq dəyişmə qanunauyğunluğunun açıqlanmasıdır. Elmi

Detaylı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir Daniel və şirlərin quyusu Müəllif: Edward Hughes İllüstrasiya edən: Jonathan Hay Uyğunlaşdıran: Mary-Anne S. Tərcümə edən: Günay Əsədova Təqdim edən: Bible for Children

Detaylı

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın. Corabların qarışdırılması Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın. 1 2 Neçə kvadrat görürsünüz? Neçə üçbucaq görürsünüz? 2 Batuminin gəmi dayanacağında

Detaylı

TÜRÜK Uluslararası Dil, Edebiyat ve Halkbilimi Araştırmaları Dergisi 2014 Yıl:2, Sayı:4 Sayfa:118-138 ISSN: 2147-8872

TÜRÜK Uluslararası Dil, Edebiyat ve Halkbilimi Araştırmaları Dergisi 2014 Yıl:2, Sayı:4 Sayfa:118-138 ISSN: 2147-8872 TÜRÜK Uluslararası Dil, Edebiyat ve Halkbilimi Araştırmaları Dergisi 2014 Yıl:2, Sayı:4 Sayfa:118-138 ISSN: 2147-8872 AZƏRBAYCAN VƏ OSMANLI TƏZKİRƏLƏRİNİN MÜQAYİSƏSİ ÖZET Vüsale Musalı * Ortaçağ'dan bugüne

Detaylı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir İnsanın Kədərinin Başlanğıcı Müəllif: Edward Hughes İllüstrasiya edən: Byron Unger; Lazarus Uyğunlaşdıran: M. Maillot; Tammy S. Tərcümə edən: Günay Karaağac Təqdim

Detaylı

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF 1 Mən hansı ədədəm? Mən hansı ədədəm? 1 Altından xətt çəkilmiş rəqəm hansı ədədi göstərir? 9802 Altından xətt çəkilmiş rəqəm hansı ədədi göstərir? 846513 2 3 Ədədin yazılışının mövqeli sistemi 93765 Yüzlük

Detaylı

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)? s 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 sual 1. A.M.Qorki mütəhərrik oyun haqqında hansı fikri söyləmişdir? 2. Mütəhərrik oyunların təhsil sisteminə daxil olmasında, habelə oyunların nəzəri və praktiki

Detaylı

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ KAFEDRA: QİDA MƏHSULLARININ TEXNOLOGİYASI FƏNN: BİOTEXNOLOGİYANIN ƏSASLARI GENETIK MÜHƏNDISLIK VƏ ONUN ƏSAS ANLAYIŞLARI Tərtib etdi: Dos.,t.e.n. Qədimova Natəvan

Detaylı

MÜASİR ƏDƏBİYYATŞÜNASLIQDA ŞƏRQ-QƏRB KONTEKSTİNİN TƏDQİQİ

MÜASİR ƏDƏBİYYATŞÜNASLIQDA ŞƏRQ-QƏRB KONTEKSTİNİN TƏDQİQİ MÜASİR ƏDƏBİYYATŞÜNASLIQDA ŞƏRQ-QƏRB KONTEKSTİNİN TƏDQİQİ Öz Günümüzde, küreselleşme koşullarında Doğu-Batı çatışması özel aciliyet arz etmektedir. Doğu ülkelerinin zengin kültürel geleneğe sahip edebiyatı

Detaylı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Gözəl Mələkə Ester

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Gözəl Mələkə Ester Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir Gözəl Mələkə Ester Müəllif: Edward Hughes İllüstrasiya edən: Janie Forest Uyğunlaşdıran: Ruth Klassen Tərcümə edən: Günay Əsədova Təqdim edən: Bible for Children

Detaylı

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI FOLKLOR İNSTİTUTU

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI FOLKLOR İNSTİTUTU AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI FOLKLOR İNSTİTUTU DƏDƏ QORQUD DADA GORGUD Elmi-ədəbi toplu İldə 4 sayı buraxılır II (55) BAKI - 2015 Dədə Qorqud 2015/I I 2 Toplu Azərbaycan Milli Elmlər Akademiyası

Detaylı

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI Brendlərin Uçuş Zolağı MÜNDƏRİCAT BİZ KİMİK? VİZYONUMUZ YENİ TERMİNALA BİR NƏZƏR NİYƏ BEYNƏLXALQ TERMİNALDA REKLAM? HƏDƏF KÜTLƏMİZ MƏHSULLARIMIZ BİZ

Detaylı

XIZIR ILYASIN TÜRK MIFOLOJI SISTEMINDƏKI ROLU. Xalidə BABAYEVA Azərbaycan Milli Elmlər Akademiyasi, Folklor İnstitutu Tel:

XIZIR ILYASIN TÜRK MIFOLOJI SISTEMINDƏKI ROLU. Xalidə BABAYEVA Azərbaycan Milli Elmlər Akademiyasi, Folklor İnstitutu Tel: AKADEMİK BAKIŞ, SAYI 15, EKİM, 2008 Uluslararası Hakemli Sosyal Bilimler E-Dergisi ISSN:1694-528X, İktisat ve Girişimcilik Üniversitesi, Türk Dünyası Kırgız- Türk Sosyal Bilimler Enstitüsü, Celalabat-

Detaylı

A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014, 341-347

A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014, 341-347 A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014, 341-347 CELIL MEMMEDGULUZADE NİN MÜSLÜMAN KADINININ HAYATINI ELE ALAN MİZAHİ ŞİİRLERİ Özet Makalede XX. yüzyıl Azerbaycan edebiyatının

Detaylı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Möcüzələr adamı, Elişa

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Möcüzələr adamı, Elişa Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir Möcüzələr adamı, Elişa Müəllif: Edward Hughes İllüstrasiya edən: Lazarus Uyğunlaşdıran: Ruth Klassen Tərcümə edən: Günay Əsədova Təqdim edən: Bible for Children

Detaylı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Yeşaya Gələcəyi Görür

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Yeşaya Gələcəyi Görür Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir Yeşaya Gələcəyi Görür Müəllif: Edward Hughes İllüstrasiya edən: Jonathan Hay Uyğunlaşdıran: Mary-Anne S. Tərcümə edən: Günay Əsədova Təqdim edən: Bible for Children

Detaylı

BİU ZAQATALA ŞÖBƏSİ NƏŞRİ 03 İSLAM DÜŞÜNCƏSİ

BİU ZAQATALA ŞÖBƏSİ NƏŞRİ 03 İSLAM DÜŞÜNCƏSİ Bakı 2007 BİU ZAQATALA ŞÖBƏSİ NƏŞRİ 03 İSLAM DÜŞÜNCƏSİ Dr. Rafiz Manafov Azərbaycan Respublikası Bakı İslam Universiteti Zaqatala Şöbəsi Kitabın adı İslam Düşüncəsi Müəllif Dr. Rafiz Manafov Məsləhətçi

Detaylı

BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK

BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK MƏNTİQİ TƏFƏKKÜRÜN YOXLANILMASI ÜZRƏ TEST TAPŞIRIQLARI 1. Ədədi ardıcıllıqda sual işarəsi yerinə hansı ədəd gəlməlidir? 5? 7 7 14 11 16 15? A) 32; 4 B) 3; 32 C) 13; 5 D) 32; 7 E) 3; 8 2. Qanunauyğunluğu

Detaylı

TƏŞKİLAT KOMİTƏSİ / TEŞKİLAT KOMİSYONU

TƏŞKİLAT KOMİTƏSİ / TEŞKİLAT KOMİSYONU Çağ Öğretim İşletmeleri Qafqaz Universiteti Türk İşbirliği ve Kalkınma İdaresi Başkanlığı (TİKA) MÜLKİ HÜQUQ BEYNƏLXALQ SİMPOZİUM M ATERİ ALLAR ÖZEL HUKUK ULUSLARARASI SEMPOZYUM TEBLİ ĞLER Bakı Azərbaycan

Detaylı

KREDIT MAHİYYƏTİ,FUNKSİYALARI,PRİNSİPLƏRİ VƏ FORMALARI

KREDIT MAHİYYƏTİ,FUNKSİYALARI,PRİNSİPLƏRİ VƏ FORMALARI KREDIT MAHİYYƏTİ,FUNKSİYALARI,PRİNSİPLƏRİ VƏ FORMALARI Kredit latın dilindən tərcümədə iki məna kəsb edir: - inanıram, etibar edirəm və borc. Kredit - iqtisadi kateqoriya olub, müvəqqəti sərbəst pul vəsaitlərinin

Detaylı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Peter və Duanın Gücü

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Peter və Duanın Gücü Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir Peter və Duanın Gücü Müəllif: Edward Hughes İllüstrasiya edən: Janie Forest Uyğunlaşdıran: Ruth Klassen Tərcümə edən: Günay Əsədova Təqdim edən: Bible for Children

Detaylı

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI FOLKLOR İNSTİTUTU DƏDƏ QORQUD

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI FOLKLOR İNSTİTUTU DƏDƏ QORQUD AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI FOLKLOR İNSTİTUTU DƏDƏ QORQUD DADA QORQUD Elmi-ədəbi toplu İldə 4 sayı buraxılır II (51) BAKI - 2014 Dədə Qorqud 2014/I I 2 Toplu Azərbaycan Milli Elmlər Akademiyası

Detaylı

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Təcrübəçi və Yeni Məzunların işə qəbulu Təcrübəçi və Yeni Məzunların işə qəbulu 2013 Məzmun Nə etməli Texniki müsahibəyə dair məsləhətlər Seçim prosesinə ümumi baxış Gənc mütəxəssis (Challenge) proqramı Nə etməli Müsahibədə uğur qazanmaq üçün

Detaylı

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru Bakı - 2014 XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİN BAŞLICA İSTİQAMƏTLƏRİ Bir ölkənin xarici iqtisadi əlaqələri əsasən aşağıdakı istiqamətlər

Detaylı

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ XƏYALLARINIZI İNŞA EDİRİK! 01 510 81 81 050 880 81 81 Ünvan: Bakı şəhəri, Hüseyn Cavid prospekti E-mail: office@kristalabsheron.az MERİDA PREMİUM BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ NİYƏ MERİDA

Detaylı

Analoq siqnallar Rəqəmli siqnal Rəqəmli siqnal

Analoq siqnallar Rəqəmli siqnal Rəqəmli siqnal Modemlər Rəqəmli siqnal 101001101 Analoq siqnallar Rəqəmli siqnal 101001101 modem modem Modem telefon xəttinin köməyi ilə 2 kompüterin arasında əlaqə yaradan qurgudur. Modem (modulyator/ demodulyator)

Detaylı

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR Mündəricat 1. Elektron xidmətdən istifadə üçün sisteminə daxil olmaq.... 2 Şəkil 1. Sisteminə giriş... 2 Şəkil 2. Elektron

Detaylı

Azərbaycan Respublikası Prezidenti yanında. Dövlət İdarəçilik Akademiyası. Fəlsəfə və sosial psixologiya kafedrası.

Azərbaycan Respublikası Prezidenti yanında. Dövlət İdarəçilik Akademiyası. Fəlsəfə və sosial psixologiya kafedrası. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası. Fəlsəfə və sosial psixologiya kafedrası. Fənn:Məntiq.Arqumentasiya nəzəriyyəsi. Müəllim:Dos.Şəfaət Abdullayeva. Tələbə:Ləman Xəlilova.

Detaylı

MsDos (Microsoft Disc Operation System) - əməliyyatlar Sistemi. üzərində Windows əməliyyatlar sistemi qurulmuşdur. Onu bilmədən

MsDos (Microsoft Disc Operation System) - əməliyyatlar Sistemi. üzərində Windows əməliyyatlar sistemi qurulmuşdur. Onu bilmədən MsDos - əmrləri MsDos (Microsoft Disc Operation System) - əməliyyatlar Sistemi üzərində Windows əməliyyatlar sistemi qurulmuşdur. Onu bilmədən Windows-u bilmək evi özülsüz tikmək kimi bir şeyə bənzəyir.

Detaylı

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon. XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon. E-mail: office@kristalabsheron.az BAKI ŞƏHƏRİ 8-ci MİKRORAYON LAYİHƏSİ www.kristalabsheron.az HAQQIMIZDA 25 İLLİK İPOTEKA TAM TƏMİRLİ MƏNZİLLƏR!

Detaylı

Bazar iqtisadiyyatı və maddi tlərin bölüşdürülməsi. Lüdviq M. Laxman, Kapital, Ehtimallar və Bazar Prosesi (1940)

Bazar iqtisadiyyatı və maddi tlərin bölüşdürülməsi. Lüdviq M. Laxman, Kapital, Ehtimallar və Bazar Prosesi (1940) Bazar iqtisadiyyatı və maddi sərv rvətl tlərin bölüşdürülməsi (1940) Lüdviq M. Laxman, Kapital, Ehtimallar və Bazar Prosesi 1 İstifadə edilən nəşrlər: Kapital, Ehtimallar və Bazar Prosesi: Bazar iqtisadiyyatı

Detaylı

IV Zirvə Oyunlarının ƏSASNAMƏSİ

IV Zirvə Oyunlarının ƏSASNAMƏSİ IV Zirvə Oyunlarının ƏSASNAMƏSİ Xırdalan-2016 Təsdiq edirəm Zirvə İnternational Sport Clubs MMC-nin Direktoru R.Rəsulov 01 aprel 2016-cı il Zirvə İnternational Sport Clubs MMC-nin IV Zirvə Oyunlarının

Detaylı

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI T.C. DEVLET PERSONEL BAŞKANLIĞI Avrupa Birliği ve Dış İlişkiler Birimi Temmuz 2013 T.C. DEVLET PERSONEL BAŞKANLIĞI İçindekiler Azerbaycan Cumhuriyeti Hakkında Genel Bilgiler...5 Azerbaycan Cumhuriyeti

Detaylı

Kredit bürosu borcalanlar üçün əla imkanlar

Kredit bürosu borcalanlar üçün əla imkanlar Kredit bürosu borcalanlar üçün əla imkanlar Bu məqalə Kredit Bürolarının yaradılması vasitəsilə kredit məlumatının mübadiləsinin əsas prinsiplərini təsvir edir. 15 dekabr 2009-cu il tarixdə Bakı şəhərində

Detaylı

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ. Kafedra: Metrologiya, standartlaşdırma və keyfiyyətin idarəə olunması

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ. Kafedra: Metrologiya, standartlaşdırma və keyfiyyətin idarəə olunması AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ Fakültə: İqtisadiyyatt və menecment Kafedra: Metrologiya, standartlaşdırma və keyfiyyətin idarəə olunması Fənn: Standartlaşdırma və sertifikasiya SƏRBƏST İŞ

Detaylı

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( ) AMEDIA 2016 Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:(+994 12) 4369846 / (+994 77) 4100004 E-mail: info@amedia.az www.amedia.az HAQQIMIZDA AMEDIA komandası olaraq biz böhranda şirkətlərin

Detaylı

DAVETLİSİ

DAVETLİSİ DAVETLİSİ -------------- O zaman ki, İsa sizin ürəyinin qapını ayaqları ve knocks. siz onun səsini eşitmək, onun ruh və Allahın Spirit gəlmək və sizin ruhu ilə əbədi və onlardan bir ilə olacaq ürəyin qədər

Detaylı

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI FOLKLOR İNSTİTUTU

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI FOLKLOR İNSTİTUTU AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI FOLKLOR İNSTİTUTU DƏDƏ QORQUD DADA GORGUD Elmi-ədəbi toplu İldə 4 sayı buraxılır IV (53) BAKI - 2014 Dədə Qorqud 2014/IV 2 Toplu Azərbaycan Milli Elmlər Akademiyası

Detaylı

İBN ARABİ'DE HAKKIN AŞKINLIĞI

İBN ARABİ'DE HAKKIN AŞKINLIĞI İBN ARABİ'DE HAKKIN AŞKINLIĞI OVERSTEPP NG OF THE TRUTH IN IBN ARABI ПРЕВЫШЕНИЕ ПРАВДЫ У ИБН АРАБИ Qadir Bilmanoğlu SEFEROV * Özet Bu makalede; İbn Arabi'ye yöneltilen Hulul, İttihat ve Panteizm gibi suçlamalara

Detaylı

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/ AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/ BAKI - 2017 1 MÜNDƏRİCAT BANKLARIN SAYI, XİDMƏT ŞƏBƏKƏSİ VƏ HEYƏTİ HAQQINDA 3 BANK SEKTORUNUN İCMAL BALANSI 4 BANK SEKTORUNUN MƏNFƏƏT (ZƏRƏR)

Detaylı

QAFQAZ UNİVERSİTETİ FİLOLOGİYA FAKÜLTƏSİ

QAFQAZ UNİVERSİTETİ FİLOLOGİYA FAKÜLTƏSİ Bu toplu Qafqaz universitetinin filologiya fakültəsi Türk dili və ədəbiyyatı bölməsində 1993-2001 -ci illər arasında elmipedaqoji fəaliyyət göstərmiş Prof.dr. Samət Əlizadənin xatirəsinə ithaf olunur.

Detaylı

QRAMMATİK İNTERFERENSİYA HAQQINDA

QRAMMATİK İNTERFERENSİYA HAQQINDA QRAMMATİK İNTERFERENSİYA HAQQINDA Zəhra İdriskızı ƏLİYEVA * Özet Bu bildiride iki dilli sistemde (Rus-Avrupa) dillerin birbirine linguistik etkisi araşdırılmışdır. Morfoloji interferensiya ile Y.D. Polivanov,

Detaylı

FOLKLORŞÜNASLIĞA GİRİŞ

FOLKLORŞÜNASLIĞA GİRİŞ Folklorşünaslığa giriş AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI QIZLAR UNİVERSİTETİ ALMAZ HƏSƏNQIZI FOLKLORŞÜNASLIĞA GİRİŞ Bakı Qızlar Universiteti Elmi Şurasının 04 dekabr 2015-ci il tarixli iclasının

Detaylı

Zeynalova Sevinc III kurs

Zeynalova Sevinc III kurs Zeynalova Sevinc III kurs İnternet nədir? İnternet bir çox komputer sistemini TCP/İP protokolu ilə bir birinə bağlayan, dünya miqyasında geniş yayılmış və daim bir əlaqə şəbəkəsi olaraq bilinir. İnterneti

Detaylı

ĠSLAM COĞRAFĠYASINDA VƏ AZƏRBAYCANDA XALQ OYUNLARI VƏ MEYDAN TAMAġALARI MATERĠALLARI

ĠSLAM COĞRAFĠYASINDA VƏ AZƏRBAYCANDA XALQ OYUNLARI VƏ MEYDAN TAMAġALARI MATERĠALLARI AZƏRBAYCAN MĠLLĠ ELMLƏR AKADEMĠYASI NĠZAMĠ ADINA ƏDƏBĠYYAT ĠNSTĠTUTU FOLKLOR ĠNSTĠTUTU ĠSLAM COĞRAFĠYASINDA VƏ AZƏRBAYCANDA XALQ OYUNLARI VƏ MEYDAN TAMAġALARI Beynəlxalq Elmi Konfransın MATERĠALLARI 15

Detaylı

MÖVZU. KONFLİKTOLOGİYA: YARANMASININ NƏZƏRİ VƏ SOSİAL-TARİXİ ZƏMİNLƏRİ, QENDER ASPEKTİ

MÖVZU. KONFLİKTOLOGİYA: YARANMASININ NƏZƏRİ VƏ SOSİAL-TARİXİ ZƏMİNLƏRİ, QENDER ASPEKTİ MÖVZU. KONFLİKTOLOGİYA: YARANMASININ NƏZƏRİ VƏ SOSİAL-TARİXİ ZƏMİNLƏRİ, QENDER ASPEKTİ Ziddiyyət hər hansı bir hərakatın həyatililiyinin əsasıdır Q.Hegel İnsanlar fikirləşdikləri kimi talelərini qurmaq

Detaylı

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( ) TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK (49451-001) SORĞU: BENEFİSİAR SAHİBLİYİN TƏRİFİ LAYİHƏSİ AZƏRBAYCAN

Detaylı

1 xal. arasında yerləşən neçə ixtisara düşməyən kəsr vardır? Məxrəci 24-ə bərabər olan və 1 5 -lə 3 4 ა) 3 ბ) 4 გ) 5 დ) 6

1 xal. arasında yerləşən neçə ixtisara düşməyən kəsr vardır? Məxrəci 24-ə bərabər olan və 1 5 -lə 3 4 ა) 3 ბ) 4 გ) 5 დ) 6 Məsələ 1 Məxrəci 24-ə bərabər olan və 1 5 -lə 3 4 arasında yerləşən neçə ixtisara düşməyən kəsr vardır? ა) 3 ბ) 4 გ) 5 დ) 6 2 Məsələ 2 İki avtomobil sabit sürətlə hərəkət edirdi və eyni məsafəni qət etdi.

Detaylı

BÖYÜK BRİTANİYANIN VERGİ SİSTEMİ

BÖYÜK BRİTANİYANIN VERGİ SİSTEMİ 58 MART 2013 BÖYÜK BRİTANİYANIN VERGİ SİSTEMİ Böyük Britaniya Qərbi Avropanın ən yüksək inkişaf ölkələrindən biridir. Bu ölkə vergi elminin vətəni hesab edilir. Böyük Britaniyanın vergi sahəsində olan

Detaylı

İslam fəlsəfəsi: tarix və müasirlik

İslam fəlsəfəsi: tarix və müasirlik YYSQ www.yysq.org www.elmler.net İntellektual-Elektron Kitabxananın təqdimatında Gənc elektron elm N 50 (10-2014) İslam fəlsəfəsi: tarix və müasirlik 1 Elmi-filoloji monoqrafiya 2014 www.kitabxana.net

Detaylı

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Musa Cəlilin anadan olmasının 110 illik yubileyi münasibəti ilə hazırlanmış metodik vəsait

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Musa Cəlilin anadan olmasının 110 illik yubileyi münasibəti ilə hazırlanmış metodik vəsait F.Köçərli adına Respublika Uşaq Kitabxanası Musa Cəlilin anadan olmasının 110 illik yubileyi münasibəti ilə hazırlanmış metodik vəsait Tatar ədəbiyyatının Musa Cəlil i Bakı 2016 Tərtibçi: Nərgiz Məcidova

Detaylı

HÜRUFİ POEZİYADAKI ƏNƏLHƏQ İDEYASININ QURANİ- KƏRİM Ə İSTİNADLARI. Akif MƏMMƏDOV, BSU-nun dosenti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru

HÜRUFİ POEZİYADAKI ƏNƏLHƏQ İDEYASININ QURANİ- KƏRİM Ə İSTİNADLARI. Akif MƏMMƏDOV, BSU-nun dosenti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru HÜRUFİ POEZİYADAKI ƏNƏLHƏQ İDEYASININ QURANİ- KƏRİM Ə İSTİNADLARI Akif MƏMMƏDOV, BSU-nun dosenti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Açar sözlər: poeziya, Qurani-Kərim, kamil insan, surə, ayə, təriqət,

Detaylı

OUTDOOR Çöl reklamları, binaların üzərində, stadionlarda, avtobus üzərində reklam. INDOOR BTL (ING: BELOW-THE-LINE)

OUTDOOR Çöl reklamları, binaların üzərində, stadionlarda, avtobus üzərində reklam. INDOOR BTL (ING: BELOW-THE-LINE) OUTDOOR Çöl reklamları, binaların üzərində, stadionlarda, avtobus üzərində reklam. INDOOR BTL (ING: BELOW-THE-LINE) - Dadızdırma stendləri - Dadızdırma aksiyalarının təşkili - Marka və ya məhsul tanıtma

Detaylı

Kurs işi AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ. Kafedra: Bank işi

Kurs işi AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ. Kafedra: Bank işi AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ Kafedra: Bank işi Fakultə: Kredit-İqtisad İxtisas: Maliyyə-Kredit Kurs işi Kurs : II Qrup: K-648 Tələbə: Mövzu: Elmi rəhbər:

Detaylı

Bakalavr. Tədris semestri Payız Kəmalə Əliyeva. Telefon: N

Bakalavr. Tədris semestri Payız Kəmalə Əliyeva. Telefon: N Ümumi məlumat Fənnin adı, kodu və kreditlərin sayı Departament Uşaq Psixologiyası,PSYC310, 3kredit Psixologiya Proqram (bakalavr, magistr) Bakalavr Tədris semestri Payız 2016 Fənni tədris edən müəllim

Detaylı

BÜTÜN DEYİLƏNLƏRƏ RƏĞMƏN VƏYA AĞA MƏHƏMMMƏD ŞAH QACAR TARİXİ PİYESİNDƏ GERÇƏKLİYİN BƏDİİ İNİKASI

BÜTÜN DEYİLƏNLƏRƏ RƏĞMƏN VƏYA AĞA MƏHƏMMMƏD ŞAH QACAR TARİXİ PİYESİNDƏ GERÇƏKLİYİN BƏDİİ İNİKASI BÜTÜN DEYİLƏNLƏRƏ RƏĞMƏN VƏYA AĞA MƏHƏMMMƏD ŞAH QACAR TARİXİ PİYESİNDƏ GERÇƏKLİYİN BƏDİİ İNİKASI FINNALLIY...OR MAHOMMED SHAH QAJAR HISTORICAL PIESE OF ARTISTIC REALITY. «КО ВСЕМУ СКАЗАННОМУ ИЛИ АГА МАГОМЕД

Detaylı

V SİNİFDƏ DİL QAYDALARI MƏZMUN XƏTTİNİN REALLAŞDIRILMASI İMKANLARI

V SİNİFDƏ DİL QAYDALARI MƏZMUN XƏTTİNİN REALLAŞDIRILMASI İMKANLARI V SİNİFDƏ DİL QAYDALARI MƏZMUN XƏTTİNİN REALLAŞDIRILMASI İMKANLARI Artıq yeddinci ildir ki, orta ümumtəhsil məktəblərində Kurikulum konseptual sənədi əsasında hazırlanmış dərsliklər və dərs vəsaitləri

Detaylı

İnformasiya məhsullarını Beynəlxalq bazarı

İnformasiya məhsullarını Beynəlxalq bazarı İnformasiya məhsullarını Beynəlxalq bazarı İnformasiya məhsulları anlayışı İnformasiya məhsullarının təsnifatı İnformasiya bazarı anlayışı və informasiya məhsullarının satışı Müasir dövrdə digər ənənəvi

Detaylı

AVRASİYA SOSİAL ELMLƏR FORUMU

AVRASİYA SOSİAL ELMLƏR FORUMU II CİLD Azərbaycan Dövlət Hacettepe Qırğızıstan-Türkiyə Ahmet Yesevi İqtisad Universiteti Universiteti Manas Universiteti Universiteti Dünya İqtisadiyyatının İnkişaf Paradiqması: Bazar və Sonrası mövzusunda

Detaylı

Kitab Azərbaycan Banklar Assosiasiyasının maliyyə və ASAN Könüllüləri təşkilatının informasiya dəstəyi ilə nəşr edilib.

Kitab Azərbaycan Banklar Assosiasiyasının maliyyə və ASAN Könüllüləri təşkilatının informasiya dəstəyi ilə nəşr edilib. AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI ASAN KÖNÜLLÜLƏRİ Kitab Azərbaycan Banklar Assosiasiyasının maliyyə və ASAN Könüllüləri təşkilatının informasiya dəstəyi ilə nəşr edilib. Hörmətli oxucular, Sahibkarlığın

Detaylı

AZƏRBAYCAN MİLLİ ELMƏR AKADEMİYASI FOLKLOR İNSTİTUTU

AZƏRBAYCAN MİLLİ ELMƏR AKADEMİYASI FOLKLOR İNSTİTUTU AZƏRBAYCAN MİLLİ ELMƏR AKADEMİYASI FOLKLOR İNSTİTUTU DƏDƏ QORQUD DADA QORQUD Elmi-ədəbi toplu İldə 4 sayı buraxılır III (52) BAKI - 2014 Dədə Qorqud 2014/III 2 Toplu Azərbaycan Milli Elmlər Akademiyası

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Təsviri incəsənət fənni üzrə müəllim üçün metodik vəsait

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Təsviri incəsənət fənni üzrə müəllim üçün metodik vəsait Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Təsviri incəsənət fənni üzrə müəllim üçün metodik vəsait Müəllif: Kəmalə Cəfərzadə Bakı: Bakı Nəşr, 2012. Müəllim üçün metodik vəsaitlə bağlı

Detaylı

Ġstanbul METROBUS BRT. Ümumdünya Ehtiyatları Ġnstitutundan/EMBARQ Sibel Köylüoğlu və Dario Hidalgonun təqdimatlarından istifadə edilmiģdir

Ġstanbul METROBUS BRT. Ümumdünya Ehtiyatları Ġnstitutundan/EMBARQ Sibel Köylüoğlu və Dario Hidalgonun təqdimatlarından istifadə edilmiģdir Ġstanbul METROBUS BRT Ümumdünya Ehtiyatları Ġnstitutundan/EMBARQ Sibel Köylüoğlu və Dario Hidalgonun təqdimatlarından istifadə edilmiģdir Tarixi Ġstanbul Müasir Ġstanbul Ġstanbul Dünyanın ən tarixi və

Detaylı

«DƏDƏ QORQUD KİTABI»NDA İŞLƏNMİŞ BİR SOYLAMA PARÇASININ MƏNA AÇIMI

«DƏDƏ QORQUD KİTABI»NDA İŞLƏNMİŞ BİR SOYLAMA PARÇASININ MƏNA AÇIMI T Ü R K O L O G İ Y A 3 2015 «DƏDƏ QORQUD KİTABI»NDA İŞLƏNMİŞ BİR SOYLAMA PARÇASININ MƏNA AÇIMI X ü l a s ə. «Dədə Qorqud» eposunun ərəb əlifbası ilə yazıya alınması bəzi söz, ifadə və hətta mətn parçalarının

Detaylı

ƏBƏDİ ATA TƏRƏFİNDƏN YER DÜNYASINA GÖNDƏRİLƏN TELEPATİK MESAJ SƏMAVİ ELM ALFA VƏ OMEQA

ƏBƏDİ ATA TƏRƏFİNDƏN YER DÜNYASINA GÖNDƏRİLƏN TELEPATİK MESAJ SƏMAVİ ELM ALFA VƏ OMEQA ƏBƏDİ ATA TƏRƏFİNDƏN YER DÜNYASINA GÖNDƏRİLƏN TELEPATİK MESAJ SƏMAVİ ELM ALFA VƏ OMEQA Ey bütün dünya, cuşa gəlib Rəbbə nida edin. İlahi Vəhy haqqında Tumar və Quzu (5-ci Fəsil) kimi Vəhy kitabında qabaqcadan

Detaylı

NOBEL QARDAŞLARI VƏ ONLARIN AZƏRBAYCANDA FƏALIYYƏTLƏRI

NOBEL QARDAŞLARI VƏ ONLARIN AZƏRBAYCANDA FƏALIYYƏTLƏRI Fəxrəddin İsmayılov Azərbaycan Respublikası Dövlət Neft Şirkəti NEFTQAZLAYİHƏ İnstitutu NOBEL QARDAŞLARI VƏ ONLARIN AZƏRBAYCANDA FƏALIYYƏTLƏRI Bildiyimiz kimi Azərbaycan ərazisi yalnız indi deyil, ötən

Detaylı

Ana kart (Motherboard)

Ana kart (Motherboard) 1 Ana kart (Motherboard) 2 Ana lövhə və ya ana kart (ing. motherboard) mürəkkəb çoxqatlı çap lövhəsində fərdi kompüterin əsas komponentləri (mərkəzi prosessor, operativ yaddaşın kontrollerləri, operativ

Detaylı

RƏNG BİLDİRƏN SÖZLƏRİN ETNOQRAFİK SƏCİYYƏSİ

RƏNG BİLDİRƏN SÖZLƏRİN ETNOQRAFİK SƏCİYYƏSİ RƏNG BİLDİRƏN SÖZLƏRİN ETNOQRAFİK SƏCİYYƏSİ ETHNOGRAPHIC DESCRIPTION OF COLOR TERMS ЭТНОГРАФИЧЕСКАЯ ХАРАКТЕРИСТИКА СЛОВ,ОБОЗНАЧАЮЩИХ ЦВЕТА Nailə Əliqızı MİRZƏYEVA * Özet Yazıda; Türk etnonimlerinden (etnik

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Riyaziyyat dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Riyaziyyat dərsliyi Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Riyaziyyat dərsliyi Müəlliflər: Nayma Qəhrəmanova Cəmilə Əsgərova Leyla Qurbanova Bakı: Radius, 2012. Dərsliklə bağlı TQDK-ya daxil olan qeydlər,

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün Azərbaycan dili dərsliyi Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün Azərbaycan dili dərsliyi Müəlliflər: Rafiq İsmayılov Gülşən Orucova Zahid Xəlilov Dilrubə Cəfərova Bakı: Altun Kitab, 2013. Dərsliklə bağlı TQDK-ya

Detaylı

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin AZƏRLOTEREYA AÇIQ SƏHMDAR CƏMİYYƏTİNİN 2012-ci il üzrə İLLİK HESABATI Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni

Detaylı

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI FOLKLOR İNSTİTUTU DƏDƏ QORQUD

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI FOLKLOR İNSTİTUTU DƏDƏ QORQUD AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI FOLKLOR İNSTİTUTU DƏDƏ QORQUD Elmi-ədəbi toplu İldə 4 sayı buraxılır III (44) BAKI - 2012 Toplu Azərbaycan Milli Elmlər Akademiyası Folklor İntitutunun Elmi Şurasının

Detaylı

FYODOR DOSTOYEVSKİ KARAMAZOV QARDAŞLARI

FYODOR DOSTOYEVSKİ KARAMAZOV QARDAŞLARI FYODOR DOSTOYEVSKİ KARAMAZOV QARDAŞLARI ФЁДОР ДОСТОЕВСКИЙ БРАТЬЯ КАРАМАЗОВЫ Karamazov qardaşları Fyodor Dostoyevskinin ən iri həcmli əsəri və məşhur romanlarından biridir. Yazıçı bu əsərində oxucunun diqqətini

Detaylı

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

Banklarda stress testlərin aparılması haqqında Qaydalar Dövlət qeydiyyatına alınmışdır Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat 2010-cu il Təsdiq edilmişdir Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti Protokol 2010-cu il Nazir müavini

Detaylı

1. ƏDƏDİ BƏRABƏRSIZLİKLƏR VƏ ONLAR ÜZƏRİNDƏ ƏMƏLLƏRİN YERİNƏ YETİRİLMƏSI METODİKASI

1. ƏDƏDİ BƏRABƏRSIZLİKLƏR VƏ ONLAR ÜZƏRİNDƏ ƏMƏLLƏRİN YERİNƏ YETİRİLMƏSI METODİKASI . ƏDƏDİ BƏRABƏRSIZLİKLƏR VƏ ONLAR ÜZƏRİNDƏ ƏMƏLLƏRİN YERİNƏ YETİRİLMƏSI METODİKASI Hal-hazırda ümumtəhsil məktəblərinin tədris proqramında bərabərsizliklərin təliminə geniş yer verilmişdir. Hələ ibtidai

Detaylı

İrina Nikitina POSTMODERNİST SƏNƏT. Birinci hissə: Postmodernizmin incəsənət və mədəniyyətdə formalaşması

İrina Nikitina POSTMODERNİST SƏNƏT. Birinci hissə: Postmodernizmin incəsənət və mədəniyyətdə formalaşması İrina Nikitina POSTMODERNİST SƏNƏT Birinci hissə: Postmodernizmin incəsənət və mədəniyyətdə formalaşması Postmodernizm ötən əsrin 50-ci illərindən etibarən modernizmi əvəz edən sənət təmayülüdür. O, 1950-ci

Detaylı

Gedək biz olmayan yerə

Gedək biz olmayan yerə AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ F. KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ-METODİKA ŞÖBƏSİ (Şair Ramiz Rövşənin 65 illik yubileyinə həsr olunmuş metodiki vəsait) Gedək biz

Detaylı

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD) Əlavə 1 UNEC Universitet Daxili İki Diplom Proqramı (UDİD) Bakı - 2017 1. ÜMUMİ MÜDDƏALAR 1.1. Bu Qaydalar "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin

Detaylı

EDİTÖR DEN. Aşk olsun böyle dostluğa ve kardeşliğe. Eşq olsun belə dostluğa. və qardaşlığa. www.petkim.com.tr - 1

EDİTÖR DEN. Aşk olsun böyle dostluğa ve kardeşliğe. Eşq olsun belə dostluğa. və qardaşlığa. www.petkim.com.tr - 1 EDİTÖR DEN Aşk olsun böyle dostluğa ve kardeşliğe PETKİM YAŞAM ın 1-4 Haziran 2010 tarihleri arasında Bakü de düzenlenen Caspian Oil & Gas (COG) Fuarı için hazırladığımız özel sayısı ile karşınızdayız

Detaylı

AZƏRBAYCAN FOLKLORUNDA XIZIR NƏBİ (İLYAS) OBRAZI

AZƏRBAYCAN FOLKLORUNDA XIZIR NƏBİ (İLYAS) OBRAZI X.Ə. BABAYEVA AZƏRBAYCAN FOLKLORUNDA XIZIR NƏBİ (İLYAS) OBRAZI türk folkloru kontekstində MONOQRAFİYA BAKI-2013 Elmi redaktor: filologiya elmləri doktoru, professor Q.M.Namazov X. Ə. Babayeva. Azərbaycan

Detaylı

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti 18 yanvar 2003-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. Protokol N 01 Reyestr N 32 İdarə Heyətinin Sədri Elman Rüstəmov Azərbaycan Respublikasının

Detaylı

HTML İLK ANLAYIŞLAR. HTML - Hyper Text Mark-up Language (Hiper Mətn Hazırlamaq üçün Dil)

HTML İLK ANLAYIŞLAR. HTML - Hyper Text Mark-up Language (Hiper Mətn Hazırlamaq üçün Dil) HTML DƏRSLİK 1. HTML - HAQQINDA İLK ANLAYIŞLAR 2. HTML - FAYLINI YARATMAQ 3. HTML - KODLARI 4. HTML İLƏ SADƏ SAYT HAZIRLAMAQ Müəllif: Amil Atakişiyev ADAU 2015 HTML - Hyper Text Mark-up Language (Hiper

Detaylı

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Realist romanlar banisi Daniel Defo

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Realist romanlar banisi Daniel Defo F.Köçərli adına Respublika Uşaq Kitabxanası Realist romanlar banisi Daniel Defo Daniel Defonun 355 illik yubileyi münasibəti ilə respublika uşaq kitabxanaları üçün hazırlanmış metodik vəsait Bakı 2015

Detaylı

Access proqram paketinin əsas funksional imkanları. İnterfeysin ümumi quruluşu Müasir idarəetmənin ən vacib problemlərindən biri informasiya

Access proqram paketinin əsas funksional imkanları. İnterfeysin ümumi quruluşu Müasir idarəetmənin ən vacib problemlərindən biri informasiya Access proqram paketinin əsas funksional imkanları. İnterfeysin ümumi quruluşu Müasir idarəetmənin ən vacib problemlərindən biri informasiya aхınlarının səmərəli quruluşunun yaradılması, onların idarəetmə

Detaylı

IZAHATII STATISTİKA. olmaqla, 60. qanun, 91. prezident sərəncamı,167. Demək olar. ki, ilin hər. edilən. izah ediləcək.

IZAHATII STATISTİKA. olmaqla, 60. qanun, 91. prezident sərəncamı,167. Demək olar. ki, ilin hər. edilən. izah ediləcək. İZAHATT SƏNƏDI 2 2017 EMIN SƏTTAROV, MƏHƏMMƏD MURADOV NAĞDSIZ HESABLAŞMALARR 2017-CI ILDƏ VERGI MƏCƏLLƏSINƏ EDILMIŞ DƏYIŞIKLIKLƏRIN IZAHATII Korrupsiyaya şərait yaradan əsas səbəblərdən biri də sahibkarların,

Detaylı

Ġntellektual-Elektron Kitabxananın təqdimatında

Ġntellektual-Elektron Kitabxananın təqdimatında YYSQ www.yysq.org www.elmler.net Ġntellektual-Elektron Kitabxananın təqdimatında Gənc elektron elm N 76 (25-2014) Nəcib Fazil Qisakürəyin yaradıcılıq yolu Бакы YYSQ 2014 2014 www.kitabxana.net Milli Virtual-Elektron

Detaylı

İllik maliyyə hesabatlarının tərtib olunması üzrə kommersiya təşkilatları üçün nümunəvi formalar. Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı)

İllik maliyyə hesabatlarının tərtib olunması üzrə kommersiya təşkilatları üçün nümunəvi formalar. Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı) İllik maliyyə hesabatlarının tərtib olunması kommersiya təşkilatları üçün nümunəvi formalar Bölmə/ Maddə -si Bölmə/Maddələrin adı Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı) Mühasibat balansı 31 dekabr

Detaylı

Cahid Ġsmayıloğlu. Gənc yazarın e-kitabı N 46 (18-2013) www.kitabxana.net. Milli Virtual Kitabxananın təqdimatında

Cahid Ġsmayıloğlu. Gənc yazarın e-kitabı N 46 (18-2013) www.kitabxana.net. Milli Virtual Kitabxananın təqdimatında www.kitabxana.net Rufət Milli Virtual Kitabxananın təqdimatında Gənc yazarın e-kitabı N 46 (18-2013) Cahid Ġsmayıloğlu MAHMUD KAġĞARLININ «DĠVANÜ LÜĞAT-ĠT-TÜRK» ƏSƏRĠNDƏ ONOMASTĠK LEKSĠKA və baģqa yazılar

Detaylı

AZƏRBAYCAN MĠLLĠ ELMLƏR AKADEMĠYASI FOLKLOR ĠNSTĠTUTU FÜZULĠ BAYAT

AZƏRBAYCAN MĠLLĠ ELMLƏR AKADEMĠYASI FOLKLOR ĠNSTĠTUTU FÜZULĠ BAYAT AZƏRBAYCAN MĠLLĠ ELMLƏR AKADEMĠYASI FOLKLOR ĠNSTĠTUTU FÜZULĠ BAYAT ġamandan SƏMAZƏNƏ OYUN VƏ OYUNÇU BAKI 2017 1 Füzuli Bayat. ġamandan səmazənə: oyun və oyunçu, Bakı, Elm və təhsil, 2017, - 228 səh folklor.az

Detaylı