Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün İnformatika dərsliyi

Ebat: px
Şu sayfadan göstermeyi başlat:

Download "Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün İnformatika dərsliyi"

Transkript

1 Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün İnformatika dərsliyi Müəlliflər: Ramin Mahmudzadə İsmayıl Sadıqov Naidə İsayeva Bakı: Bakı Nəşr, Dərsliklə bağlı TQDK-ya daxil olan qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış YEKUN RƏY

2 Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 1. Məzmun baxımından; 2. Şagirdlərin yaş və fizioloji xüsusiyyətləri və elmi-pedaqoji baxımından; 3. Dizayn və bədii tərtibat baxımından. 1. Məzmun baxımından Dərslik komplektinin strukturu barədə müəllim üçün metodik vəsaitdə izahat verilmişdir. Bu komplektdə fənn üzrə təhsil proqramında olan bütün standartlar demək olar ki, öz əksini tapmışdır. Bununla belə, dərsliyin mövzuları üzrə strukturunda bəzi qüsurlar var. Belə ki, dərslikdə mövzular bölmələrdə, bölmələr isə tədris vahidlərində komplektləşib. Məntiq bölməsinin Hadisələr və hərəkətlər ardıcıllığı tədris vahidində verilməsi müəyyən çaşqınlıq yaradır. Birincisi, şagirdlər sadə məntiqi mühakimələri təkcə hərəkət və hadisələr ardıcıllığında yox, həm də əşyaların əlamətləri və onlar arasındakı münasibətlərdə də aparmağı bacarmalıdır. Necə ki, dərsliyin özündə 2.2 məzmun standartını formalaşdırmaq üçün hadisələr və hərəkətlər ardıcıllığından daha çox, əşyaların təsviri və müqayisəsinə aid nümunə və tapşırıqlar verilib. Ona görə də Məntiq i ayrıca tədris vahidi kimi vermək daha məqsədəuyğundur. Gələcəkdə məhz informatika fənni çərçivəsində məntiqi mühakimələrin aparılması və inkişaf etdirilməsi baxımından onun ayrıca verilməsi yaxşı olardı. Bu, həm də yarana biləcək çaşqınlığı aradan qaldırardı. Dərslikdəki mövzuların başlıqları məzmun standartlarına uyğundur. Amma dərslik komplektində həmin mövzular üzrə verilmiş şəkillər, tapşırıqlar, nümunələr, izahlar heç də bütünlüklə tələb olunan məzmun standartlarının formalaşmasını təmin etmir. Bu qüsurlar aşağıdakılardır: 8-ci səhifədə əşyaların rəngi və forması haqqında məzmun standartının formalaşdırılmasına yönəlmiş dairə, düzbucaqlı, üçbucaq və oval həndəsi fiqurları verilib. İlk dərsdən düzbucaqlı və ovaldan danışmaq elmi-pedaqoji baxımdan düzgün deyil. 1-ci sinifdə riyaziyyat dərsində bu sadə həndəsi fiqurlarla ilk dərslərdə yox, sonrakı dərslərdə tanış olurlar. Bu da öz növbəsində fənlərarası inteqrasiya baxımından qüsurdur. Bu qüsuru 9-cu səhifədəki 3-cü tapşırığa da aid etmək olar. 2

3 10-cu səhifədə 2-ci mövzunun başlığı elmi-pedaqoji cəhətdən qüsurludur. Azərbaycan dilinin izahlı lüğətində 1 əşya cansız varlıqlara şamil olunan söz kimi xarakterizə olunub. Yəni bu söz dilimizin lüğət fondunda cansız varlıqları ifadə edir. Bu mənada başlıqda verilən Əşyaların hissələri və hərəkəti ən azı mübahisəlidir. Hərəkətin cansıza yox, canlıya xas əlamət olduğu məlumdursa, əşyanın hərəkətindən danışmaq səhv hesab oluna bilər. Artıq neçə ildir ki, Həyat bilgisi fənninin tədrisində varlıq sözündən istifadə olunur. Burada əşya mübahisə yaradır. Eyni fikirləri metodik vəsait üçün də demək olar. 10-cu səhifədə verilmiş çalışmada tanqramın hissələrindən müxtəlif heyvan fiqurları düzəltmək 1-ci sinif şagirdləri üçün ilk dərslərdən çətinlik törədə bilər. Bundan başqa ikinci və dördüncü fiqurda hansı heyvanın təsvir olunması şagirdlər üçün aydın deyil. Bu şəkillərin yerinə daha aydın başa düşülən heyvan fiqurlarının verilməsi yaxşı olardı. 11-ci səhifədəki nümunədə eyni səhvlər təkrarlanıb. Gəmi və onun hissələri verilib. Şagirdlər sarı və qırmızı rəngdə olan trapesiya haqqında bilgiyə malik deyillər. Riyaziyyatla fənlərarası əlaqə gözlənilməyib. 11-ci səhifədə Hər bir canlı və cansıza xas olan hərəkətlər var cümləsinə uyğun pişiyin (canlının) və topun (cansızın) hərəkətinə (?) aid müxtəlif situasiyalı rəsmlər verilib. Hərəkət cansıza yox, canlıya xas əlamətdir. Topu doldurmaqla, yaxud onunla futbol və ya voleybol oynamaqla hərəkəti ona xas əlamət hesab etmək olarmı? Bu isə elmi-pedaqoji cəhətdən səhvdir. Bu səhifədəki tapşırıqda verilmiş Topla nə edirlər? sualına cavab olaraq yazılmış Topu doldururlar. cümləsinin əvəzinə Topu hava ilə doldururlar. yazılsa, daha anlaşıqlı olar. 16-cı səhifədəki tapşırıqda şagirdlərdən bir-birlərini müqayisə etmək tələb olunur. Burada verilmiş "Kim böyükdür? Kim kiçikdir?" suallarının cavabı tam anlaşılmır. Şagirdlər nəyi müqayisə edəcəklər? Boylarınımı, yaşlarınımı və s. Bu tapşırıq üzrə Azərbaycan və rus bölməsi üçün verilmiş dərslikdə uyğunsuzluq var. Belə ki rus bölməsində şagirdlərə 2 sual yox, dörd sual təklif olunur ki, bu da doğru hesab oluna bilməz. 20-ci səhifədə 3-cü tapşırıq dəqiq qoyulmayıb. Çünki şalvarlar arasında 1 yox, 2 fərq (rəng və cib) olduğu halda, onlar arasında fərqin (tək halda) tapılması tələb olunur. Əslində tapşırıq İki əşya arasındakı fərqləri tap şəklində ifadə olunmalı idi. 1 Azərbaycan dilinin izahlı lüğəti (II cild). Bakı, Şərq-Qərb nəşriyyatı,

4 23-cü səhifə 1-ci tapşırıqda Əvvəl nə olub, sonra nə? sualı soruşulur. Şəkildə isə toyuq və yumurta verilib. Bu isə indiyə qədər mübahisə doğuran məsələdir. Əgər orada toyuq yox cücə şəkli nəzərdə tutulubsa onda, şəkildə dəqiqləşmə olmalıdır (rəngində, ölçüsündə). 27-ci səhifədə kağızdan romb kəsmək tələb olunur ki, şagirdlər hələ rombun nə olduğunu bilmirlər. 29-cu səhifədəki 4-cu çalışmada Uşaqlar volanı ağacdan necə götürə bilər? şəklində sual qoyulub ki, bu da pedaqoji cəhətdən doğru deyil. Belə çıxır ki, uşaqlar volanı götürmək üçün ağaca çıxmalıdırlar? Görünür, müəlliflər uşaqların ağacdan yıxılma riskini nəzərə almayıblar. 32-ci səhifədəki 4-cü çalışmada əşyanın yox, həndəsi fiqurun tapılmasından söhbət gedə bilər. Şərtin isə yumru və göy deyil şəklində olması dil-uslub və dəqiqlik baxımından daha məqbul olardı. Digər tərəfdən, yumru sözü müstəvi yox, fəza fiqurlarına aiddir. 38-ci səhifədə verilmiş İnformasiya deyərkən xəbər, məlumat və ya bilik başa düşülür cümləsində və ya bağlayıcısının yerinə və bağlayıcısı olmalıdır. Çünki cümlə bu şəkildə verilərkən mahiyyətini itirir. 40-cı səhifədəki 3-cü çalışma Hansı şəkil məktəb ləvazimatlarına aiddir? şəklində qoyulsa, daha dəqiq olardı. 52-ci səhifədə verilmiş şəkildəki əşyaların kompyuterin hansı hissələrinə oxşaması ilə bağlı tapşırıq kompyuterin əsas hissələri mövzusundan sonra verilsə yaxşı olardı. Çünki, şagird kompyuterin əsas hissələri ilə səhifə 54-də tanış olacaq. 60-cı səhifə Paint proqramını açmaq üçün verilmiş göstərişdə "siçanın sol düyməsini çıqqıldat və proqramı başlat" cümləsində siçanın sol düyməsinin qoşa çıqqıldatmaq lazım gəldiyi qeyd olunmalıdır. Çünki proqramı açmaq üçün siçanın sol düyməsini bir dəfə yox, qoşa (aramsız) çıqqıldatmaq lazımdır. Eyni irad 64-cü səhifədə olan 2-ci tapşırığa da aiddir. 68-ci səhifədəki tapşırıqda sinfin nömrəsi deyiləndə nə nəzərdə tutulduğu anlaşılan deyil. Bu tapşırıq 1-ci sinif şagirdləri üçün çətindir. 70-ci səhifə kalkulyatorun tanıdılması mövzusunda qüsur var. Belə ki, kalkulyatorun üzərində olan C düyməsi ekrandakı rəqəmi silir yazılıb. Halbuki, bu düymə ekranda olan bütün məlumatları silir. 4

5 2. Şagirdlərin yaş və fizioloji xüsusiyyətləri və elmi-pedaqoji baxımdan 16-cı səhifədə ikinci sualda kimin kök, kimin arıq olmasını soruşmaq şagirdlərin yaş psixologiyası baxımından düzgün hesab olunmur. Çünki, bu kiçik yaşlı uşaqlarda böyük kompleks yarada bilər ki, bunun da istənilməsi psixoloji cəhətdən düzgün deyil. 56-cı səhifədə verilmiş təhlükəsizlik və davranış qaydalarını ayırmaq daha məqsədəuyğundur. Davranış qaydalarına Kompyuter otağında qaçmamaq, kəskin hərəkətlər etməmək, kompyuter arxasında əyləşərkən su içməmək və yemək yeməmək, klaviatura və siçanla zərbələr endirməklə davranmamaq, yoldaşının işinə icazəsiz müdaxilə etməmək, Power və Reset düymələrinin iş zamanı sıxılmasına yol verməmək və s. kimi qaydaların əlavə edilməsi tövsiyə edilir. 3. Dizayn və bədii tərtibat baxımından 9-cu səhifədəki 4-cü çalışmada şəkillər arasında 4 fərqin tapılması tələb olunduğu halda, onlar arasında 5 fərqin olduğu üzə çıxır. 14-cü səhifədəki 2-ci çalışmada verilmiş limon, top və xoruz şəkillərinin hansı əlamətə görə günəşə uyğun olması soruşulur. Rəsmdə isə günəş sarı, limon narıncı rəngdə verilib ki, bu da ciddi dizayn xətasıdır. Yəni şəkildə limonun hansı əlamətinə görə günəşə uyğun olması bilinmir. 16-cı səhifədəki çalışma 1-də verilmiş oyuncaq qatarların rels üzərində verilməsi daha yaxşı olardı. 20-ci səhifədəki çalışma 1-də şəkildən sarı rəngli və düzbucaqlı formalı əşyanı tapmaq tələb olunur. Lakin şəkildə düzbucaqlı formalı əşya yoxdur. Əgər burada tapşırığın doğru cavabı kimi çanta nəzərə alınıbsa, bildirək ki, çanta düzbucaqlı formasında deyil. Bunun yerinə düzbucaqlı formasında olan başqa bir əşya verilsə daha məqsədəuyğun olar. 30-cu səhifədə qırmızı rəngli əşyaları torbaya yığmaq tələb olunur. Burada tapşırıq çaşdırıcıdır. Çünki əşyalar arasında topun, maşının, təyyarənin, həlqələrin, kuklanın (ayaqqabıları) qırmızı rəngindən əlavə mavi, qara, narıncı, sarı rəngləri də var ki, bu da uşaqlarda çaşqınlıq yarada bilər. 5

6 31-ci səhifədəki 1-ci tapşırıqda əks əlamət kimi verilən gecə və gündüz rəsmlərindən gecənin təsvirində dizayn xətası var. Gecə vaxtı bulud ağ rəngdə yox, ən yaxşı halda boz rəngdə görünür. 38-ci səhifədə 1-ci şəkildən bayırda qış olduğu görünür. Divardan asılan saatın əqrəbləri isə 7-ni göstərir. Qış vaxtı saat 7-də havanın qaranlıq olmasını verilmiş şəkildə sezmək olmur. Bu da dizayn xətasıdır. 42-ci səhifə 4-cü çalışma şagirdlər üçün maraqlı olsa da dizayn baxımından qüsurlar var. Burada uçan quşların şəkli, sayının sözlə və rəqəmlə ifadəsi, cədvəldə göstərilməsi eyni rənglə, yəni göy rənglə verilmişdir. Bu təqdirəlayiq hal olsa da nədənsə bu qanunauyğunluq qalan quşlar üçün analoji olaraq gözlənilməmişdir. Komplektdə rəsmlərin bir çoxu estetik cəhətdən xoşagələn deyil. Eyni iradı dərsliyin texniki tərtibatı haqqında da demək olar. Nəticə 1. Dərsliyin forzas səhifəsində Dövlət Himni Azərbaycan Respublikasının Dövlət Himni haqqında 1992-ci il 27 may tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb. Himnin adı ( Azərbaycan marşı ) ixtisar olunub.. Himnin musiqisinin müəllifinin soyadı (Hacıbəyov) redaktə ilə (Hacıbəyli) verilib. Həmçinin forzas səhifəsində Dövlət Gerbinin rəngli təsviri Dövlət Gerbi haqqında Əsasnamənin təsdiq edilməsi barəsində Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb. 2. Ümumilikdə, ümumtəhsil məktəblərin ibtidai sinifləri üçün İnformatika 1 dərsliyi fənn üzrə məzmun standartlarını reallaşdırmağa imkan verir. 3. Məzmun baxımından dərsliyə 17 irad bildirilib və onlardan 11-i müəlliflər tərəfindən qəbul olunub. 4. Şagirdlərin yaş və fizioloji xüsusiyyətləri və elmi-pedaqoji baxımından dərsliyə 2 irad bildirilib və onlar müəlliflər tərəfindən qəbul olunub. 5. Dizayn və bədii tərtibat baxımından dərsliyə 9 irad bildirilib və onlardan 7-si müəlliflər tərəfindən qəbul olunub. 6

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün İnformatika dərsliyi YEKUN RƏY

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün İnformatika dərsliyi YEKUN RƏY Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün İnformatika dərsliyi Müəlliflər: Ramin Mahmudzadə İsmayıl Sadıqov Naidə İsayeva Bakı: Bakı Nəşr, 2012. Dərsliklə bağlı TQDK-ya daxil olan qeydlər,

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Təsviri incəsənət fənni üzrə müəllim üçün metodik vəsait

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Təsviri incəsənət fənni üzrə müəllim üçün metodik vəsait Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Təsviri incəsənət fənni üzrə müəllim üçün metodik vəsait Müəllif: Kəmalə Cəfərzadə Bakı: Bakı Nəşr, 2012. Müəllim üçün metodik vəsaitlə bağlı

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 9-cu sinifləri üçün Fransız dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 9-cu sinifləri üçün Fransız dili dərsliyi Respublikanın ümumtəhsil məktəblərinin 9-cu sinifləri üçün Fransız dili dərsliyi Müəlliflər: Bilal İsmayılov Çəmən Babaxanova Rəfiqə İsayeva Bakı: Kövsər, 2011. Dərsliklə bağlı TQDK-ya daxil olan və açıq

Detaylı

Respublikanın təlim rus dilində olan ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın təlim rus dilində olan ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Azərbaycan dili dərsliyi Respublikanın təlim rus dilində olan ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Azərbaycan dili dərsliyi Müəlliflər: Məcid İsmixanov Aynur Rüstəmova Ceyran Bayramova Bakı: XXI YNE, 2012. Dərsliklə bağlı

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün İnformatika dərslik komplekti

Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün İnformatika dərslik komplekti Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün İnformatika dərslik komplekti Müəlliflər: İsmayıl Sadıqov Naidə İsayeva Aygün Əzizova Bahar Kərimova Rahilə Əliyarzadə Mətanət Əhmədova Bakı:

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Texnologiya dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Texnologiya dərsliyi Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Texnologiya dərsliyi Müəlliflər: Natiq Axundov Hümeyir Əhmədov Svetlana Yahyayeva Xuraman Səlimova Bakı: Aspoliqraf, 2012. Dərsliklə bağlı TQDK-ya

Detaylı

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)? s 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 sual 1. A.M.Qorki mütəhərrik oyun haqqında hansı fikri söyləmişdir? 2. Mütəhərrik oyunların təhsil sisteminə daxil olmasında, habelə oyunların nəzəri və praktiki

Detaylı

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın. Corabların qarışdırılması Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın. 1 2 Neçə kvadrat görürsünüz? Neçə üçbucaq görürsünüz? 2 Batuminin gəmi dayanacağında

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün İnformatika dərslik komplekti

Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün İnformatika dərslik komplekti Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün İnformatika dərslik komplekti Müəlliflər: Ramin Mahmudzadə İsmayıl Sadıqov Naidə İsayeva Bakı: YAZNƏŞR, 2014. Dərslik komplekti ilə bağlı TQDK-ya

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Riyaziyyat dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Riyaziyyat dərsliyi Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Riyaziyyat dərsliyi Müəlliflər: Nayma Qəhrəmanova Cəmilə Əsgərova Leyla Qurbanova Bakı: Radius, 2012. Dərsliklə bağlı TQDK-ya daxil olan qeydlər,

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 8-ci sinifləri üçün İnformatika dərslik komplekti. Müəlliflər: Ramin Mahmudzadə İsmayıl Sadıqov Naidə İsayeva

Respublikanın ümumtəhsil məktəblərinin 8-ci sinifləri üçün İnformatika dərslik komplekti. Müəlliflər: Ramin Mahmudzadə İsmayıl Sadıqov Naidə İsayeva Respublikanın ümumtəhsil məktəblərinin 8-ci sinifləri üçün İnformatika dərslik komplekti Müəlliflər: Ramin Mahmudzadə İsmayıl Sadıqov Naidə İsayeva Bakı: YaгNəşr, 2015. Dərslik komplekti ilə bağlı TQDK-вa

Detaylı

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv bir ERKƏN İNKİŞAF SİSTEMİ hazırlamışlar. Bizim SERTIFIKATLAŞDIRILMIŞ

Detaylı

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri MÖVZU: Simsiz şəbəkələr Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri Hal-hazırda simsiz lokal şəbəkələrdən istifadəyə ildən-ilə daha çox üstünlük verilir. Simsiz

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Həyat bilgisi dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Həyat bilgisi dərsliyi Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Həyat bilgisi dərsliyi Müəlliflər: Aybəniz İbrahimova Saməddin İbrahimov Bakı: Şərq-Qərb, 2012. Dərsliklə bağlı TQDK-ya daxil olan qeydlər, iradlar

Detaylı

Respublikanın tədris rus dilində olan ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın tədris rus dilində olan ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Azərbaycan dili dərsliyi Respublikanın tədris rus dilində olan ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Azərbaycan dili dərsliyi Müəllif: Afad Qurbanov Bakı: XXI YNE, 2012. Dərslik ilə bağlı TQDK-ya daxil olmuş və açıq müzakirələrdə

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün Təsviri incəsənət dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün Təsviri incəsənət dərsliyi Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün Təsviri incəsənət dərsliyi Müəlliflər: Məhsəti Məmmədova Bənövşə Mirzəyeva Nəzakət Əliyeva Bakı: Aspoliqraf, 2012. Dərsliklə bağlı TQDK-ya daxil

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Həyat bilgisi dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Həyat bilgisi dərsliyi Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Həyat bilgisi dərsliyi Müəlliflər: Gülər Mehdiyeva Firəngiz Bayramova Bakı: Aspoliqraf, 2012. Dərsliklə bağlı TQDK-ya daxil olan qeydlər, iradlar

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Azərbaycan dili dərsliyi Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Azərbaycan dili dərsliyi Müəlliflər: Rafiq İsmayılov Solmaz Abdullayeva Gülşən Orucovа Dilrüba Cəfərova Bakı: Altun Kitab, 2012. Dərsliklə bağlı

Detaylı

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF 1 Mən hansı ədədəm? Mən hansı ədədəm? 1 Altından xətt çəkilmiş rəqəm hansı ədədi göstərir? 9802 Altından xətt çəkilmiş rəqəm hansı ədədi göstərir? 846513 2 3 Ədədin yazılışının mövqeli sistemi 93765 Yüzlük

Detaylı

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2 sentyabr 2013-cü il tarixli 791 saylı əmri ilə təsdiq edilmişdir. Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi

Detaylı

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR Mündəricat 1. Elektron xidmətdən istifadə üçün sisteminə daxil olmaq.... 2 Şəkil 1. Sisteminə giriş... 2 Şəkil 2. Elektron

Detaylı

Ümumtəhsil məktəblərində istifadədə olan 8-ci sinif Coğrafiya dərslik komplektinə dair İLKİN RƏY

Ümumtəhsil məktəblərində istifadədə olan 8-ci sinif Coğrafiya dərslik komplektinə dair İLKİN RƏY Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsi Ümumtəhsil məktəblərində

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün Həyat bilgisi dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün Həyat bilgisi dərsliyi Respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün Həyat bilgisi dərsliyi Müəlliflər: Gülər Mehdiyeva Bahar Kərimova Bakı: Aspoliqraf, 2013. Dərsliklə bağlı TQDK-ya daxil olan qeydlər, iradlar

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün Azərbaycan dili dərsliyi Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün Azərbaycan dili dərsliyi Müəlliflər: Rafiq İsmayılov Gülşən Orucova Zahid Xəlilov Dilrubə Cəfərova Bakı: Altun Kitab, 2013. Dərsliklə bağlı TQDK-ya

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün Azərbaycan dili dərsliyi Respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün Azərbaycan dili dərsliyi Müəlliflər: Rafiq İsmayılov Solmaz Abdullayeva Dilrüba Cəfərova Xanım Qasımova Bakı: Altun Kitab, 2013. Dərsliklə bağlı

Detaylı

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Təcrübəçi və Yeni Məzunların işə qəbulu Təcrübəçi və Yeni Məzunların işə qəbulu 2013 Məzmun Nə etməli Texniki müsahibəyə dair məsləhətlər Seçim prosesinə ümumi baxış Gənc mütəxəssis (Challenge) proqramı Nə etməli Müsahibədə uğur qazanmaq üçün

Detaylı

AZƏRBAYCAN DİLİ. 4-cü sinif. Müəlliflər: Rafiq İsmayılov Solmaz Abdullayeva Dilrüba Cəfərova Xanım Qasımova

AZƏRBAYCAN DİLİ. 4-cü sinif. Müəlliflər: Rafiq İsmayılov Solmaz Abdullayeva Dilrüba Cəfərova Xanım Qasımova AZƏRBAYCAN DİLİ. 4-cü sinif. Müəlliflər: Rafiq İsmayılov Solmaz Abdullayeva Dilrüba Cəfərova Xanım Qasımova 1 Yekun rəydə verilmiş qeydlər Cavablar 1. Məzmunun işlənməsi baxımından 1. Dərslik komplekti

Detaylı

Marketinq. Mehdiyev Əkbər

Marketinq. Mehdiyev Əkbər Marketinq Mehdiyev Əkbər 1313A Marketinqin mahiyyəti Marketinq, planlaşdirma prosesidir; Bu proses, məhsulun yaradilması, qiymətləndirilməsi, təbliğatının aparılması və yayılmasından ibarətdir; Marketinqin

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Azərbaycan dili dərsliyi Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Azərbaycan dili dərsliyi Müəlliflər: Rafiq İsmayılov Gülşən Orucova Dilrüba Cəfərova Zahid Xəlilov Bakı: Altun Kitab, 2012. Dərsliklə bağlı TQDK-ya

Detaylı

e-hesabat proqramının (ehp) İstifadəçi Təlimati

e-hesabat proqramının (ehp) İstifadəçi Təlimati e-hesabat proqramının (ehp) İstifadəçi Təlimati Bakı 2011 Mündəricat 1. GİRİŞ... 3 1.1. Məqsəd... 3 1.2. Proqramın istifadəçiləri... 3 2. ehp-nın strukturu və iş prinsipi... 3 2.1. Proqrama giriş... 3

Detaylı

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar Qaydanın adı «Azərbaycan Respublikasnın Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində protokol işinin təşkili üzrə Qaydalar»

Detaylı

V SİNİFDƏ DİL QAYDALARI MƏZMUN XƏTTİNİN REALLAŞDIRILMASI İMKANLARI

V SİNİFDƏ DİL QAYDALARI MƏZMUN XƏTTİNİN REALLAŞDIRILMASI İMKANLARI V SİNİFDƏ DİL QAYDALARI MƏZMUN XƏTTİNİN REALLAŞDIRILMASI İMKANLARI Artıq yeddinci ildir ki, orta ümumtəhsil məktəblərində Kurikulum konseptual sənədi əsasında hazırlanmış dərsliklər və dərs vəsaitləri

Detaylı

Acronis True Image Home 2012

Acronis True Image Home 2012 1 Acronis True Image Home 2012 Müəllif: Qubadov Qüdrət Müəllif Hüquqları Qorunur. 2 Giriş Komputerinizi her dəfə işlətdikdə daxildə gedən proseslər nəticəsində tullantılar yaranır komputer dilində desək,

Detaylı

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI DSMF 16.09.2015 Mündəricat Giriş...2 Məqsəd... 2 Məzmun... 2 Xidmətin istifadəçiləri...

Detaylı

BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK

BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK MƏNTİQİ TƏFƏKKÜRÜN YOXLANILMASI ÜZRƏ TEST TAPŞIRIQLARI 1. Ədədi ardıcıllıqda sual işarəsi yerinə hansı ədəd gəlməlidir? 5? 7 7 14 11 16 15? A) 32; 4 B) 3; 32 C) 13; 5 D) 32; 7 E) 3; 8 2. Qanunauyğunluğu

Detaylı

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri QOŞMA C3 ƏMSSTQ SƏNƏDİNƏ ƏLAVƏYƏ DÜZƏLİŞLƏRİN REYESTRİ Qoşma C3: ƏMSSTQ sənədinə Əlavəyə Düzəlişlərin Reyestri i MÜNDƏRİCAT 1 MÜQƏDDİMƏ... I Cədvəllər Cədvəl

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün Azərbaycan dili dərslik komplekti

Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün Azərbaycan dili dərslik komplekti Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün Azərbaycan dili dərslik komplekti Müəlliflər: Rafiq İsmayılov Dilrüba Cəfərova Sahibə Məmmədova Aynur Rüstəmova (MMV) Bakı: Altun Kitab, 2013.

Detaylı

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu Qrant haqqında Azərbaycan Respublikasının Qanunu Bu Qanun Azərbaycan Respublikasında qrantların (o cümlədən sub-qrantın, qranta əlavənin, habelə ianələr istisna olmaqla, bu Qanunun 1-ci maddəsinin birinci

Detaylı

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 - ACCESSPAY XİDMƏTİ 7/23/2014 AccessBank Sales Training - 1 - ACCESSPAY XİDMƏTİ ƏSAS FUNKSİYALAR AccessBank-ın və ya digər Bankın plastik kartı vasitəsilə AccessBank-da olan cari, debit kart, əmanət hesablarına

Detaylı

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ KAFEDRA: QİDA MƏHSULLARININ TEXNOLOGİYASI FƏNN: BİOTEXNOLOGİYANIN ƏSASLARI GENETIK MÜHƏNDISLIK VƏ ONUN ƏSAS ANLAYIŞLARI Tərtib etdi: Dos.,t.e.n. Qədimova Natəvan

Detaylı

Smart Baby Watch Q50 -nin istifadə instruksiyası

Smart Baby Watch Q50 -nin istifadə instruksiyası Smart Baby Watch Q50 -nin istifadə instruksiyası Smart Baby Watch Q50 -nin istifadə instruksiyası. GPS-li Smart Baby Watch Q50 uşaq saatları üçün Se Tracker qeydiyyat və istifadə əlavəsi. ƏSAS TƏLƏBLƏR:

Detaylı

BÖYÜK DƏCCAL Amerika

BÖYÜK DƏCCAL Amerika BÖYÜK DƏCCAL Amerika 2 0 1 6 BÖYÜK DƏCCAL Amerika Müəllif: Seyyid Əhməd Əl Həsən (ə.s) Ansarullah Production 2016 Böyük Dəccal Kimdir? Rəhman və Rəhim olan Allahın adı ilə. Həmd olsun Aləmlərin Rəbbi olan

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün Azərbaycan dili dərsliyi Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün Azərbaycan dili dərsliyi Müəlliflər: Rafiq İsmayılov Dilrüba Cəfərova Gülarə Xudiyeva Xanım Qasımova Bakı: Altun Kitab, 2012. Dərsliklə bağlı

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Ədəbiyyat dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Ədəbiyyat dərsliyi Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Ədəbiyyat dərsliyi Müəlliflər: Nizami Cəfərov İsa Həbibbəyli Nurlana Əliyeva Afət Bakıxanova Bakı: Çaşıoğlu, 2012. Dərsliklə bağlı TQDK-ya daxil

Detaylı

YENİ DƏRSLİKLƏR VƏ "YENİLİKLƏR"

YENİ DƏRSLİKLƏR VƏ YENİLİKLƏR YENİ DƏRSLİKLƏR VƏ "YENİLİKLƏR" Akif MƏMMƏDOV, pedaqoji elmlər nanıizədi 2003-2004-cü tədris ilində müəllimlərin istifadəsinə bir neçə yeni dərslik verildi. Onlardan biri də 8-9-cu siniflər üçiin professor

Detaylı

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD) Əlavə 1 UNEC Universitet Daxili İki Diplom Proqramı (UDİD) Bakı - 2017 1. ÜMUMİ MÜDDƏALAR 1.1. Bu Qaydalar "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün Ədəbiyyat dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün Ədəbiyyat dərsliyi Respublikanın ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün Ədəbiyyat dərsliyi Müəlliflər: Nizami Cəfərov Teymur Kərimli Zaman Əsgərli Afət Bakıxanova Bakı: Çaşıoğlu, 2012. Dərsliklə bağlı TQDK-ya daxil

Detaylı

haqqında ətraflı məlumat

haqqında ətraflı məlumat Texniklərin işə qəbul proqramına sənəd vermək haqqında ətraflı məlumat Hörmətli namizəd, Bu təlimat sizə Texniklərin işə qəbul proqramı na elektron ərizə təqdim etməkdə köməklik göstərəcəkdir. Sənədi uğurla

Detaylı

Elektron müraciət formasının doldurulması qaydalarına dair TƏLİMAT. Əsas anlayışlar:

Elektron müraciət formasının doldurulması qaydalarına dair TƏLİMAT. Əsas anlayışlar: Elektron müraciət formasının doldurulması qaydalarına dair TƏLİMAT Əsas anlayışlar: 1. EMF (Elekron müraciət forması) ARDNŞ-yə işə qəbul olunmaq istəyən vətəndaşlar və Şirkətin işçiləri tərəfindən özləri

Detaylı

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 27 yanvar tarixli 1717050000005500 nömrəli Qərarı ilə təsdiq edilmişdir 6 nömrəli əlavə Fiziki şəxsin vergi uçotundan çıxarılması

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Ən yeni tarix dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Ən yeni tarix dərsliyi Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Ən yeni tarix dərsliyi Müəlliflər: İsaq Məmmədov Seyfəddin Qəndilov Musa Qasımlı Tahir Qaffarov Sevda Süleymanova Əkbər Qocayev Murad Vəliyev

Detaylı

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə Qaynar xətt: 1654 Email: reports@cert.az Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə Elektron Təhlükəsizlik Mərkəzi, 2014 İnformasiya təhlükəsizliyi insidentlərinin qarşısının alınması və nəticələrinin

Detaylı

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( ) TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK (49451-001) SORĞU: BENEFİSİAR SAHİBLİYİN TƏRİFİ LAYİHƏSİ AZƏRBAYCAN

Detaylı

HTML İLK ANLAYIŞLAR. HTML - Hyper Text Mark-up Language (Hiper Mətn Hazırlamaq üçün Dil)

HTML İLK ANLAYIŞLAR. HTML - Hyper Text Mark-up Language (Hiper Mətn Hazırlamaq üçün Dil) HTML DƏRSLİK 1. HTML - HAQQINDA İLK ANLAYIŞLAR 2. HTML - FAYLINI YARATMAQ 3. HTML - KODLARI 4. HTML İLƏ SADƏ SAYT HAZIRLAMAQ Müəllif: Amil Atakişiyev ADAU 2015 HTML - Hyper Text Mark-up Language (Hiper

Detaylı

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı Mehdiyev Əkbər 1313A Dunya təcrubəsi gostərir ki, innovasiya texnologiyalarından geniş istifadə olunması olkənin hərtərəfli inkişafına xidmət edir. Bu texnologiyalar

Detaylı

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B. «Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının Protokol 11 -li «16» may 2016-cı il Sədr B.Əzizov (Azərbaycan Respublikasının Müşahidə Şurasının 24 oktyabr 2016-cı

Detaylı

1 xal. arasında yerləşən neçə ixtisara düşməyən kəsr vardır? Məxrəci 24-ə bərabər olan və 1 5 -lə 3 4 ა) 3 ბ) 4 გ) 5 დ) 6

1 xal. arasında yerləşən neçə ixtisara düşməyən kəsr vardır? Məxrəci 24-ə bərabər olan və 1 5 -lə 3 4 ა) 3 ბ) 4 გ) 5 დ) 6 Məsələ 1 Məxrəci 24-ə bərabər olan və 1 5 -lə 3 4 arasında yerləşən neçə ixtisara düşməyən kəsr vardır? ა) 3 ბ) 4 გ) 5 დ) 6 2 Məsələ 2 İki avtomobil sabit sürətlə hərəkət edirdi və eyni məsafəni qət etdi.

Detaylı

İBTIDAI SINIFLƏRDƏ RIYAZIYYAT TAPŞIRIĞI ÜZRƏ KARTOÇKALAR. İstifadə təlimatı

İBTIDAI SINIFLƏRDƏ RIYAZIYYAT TAPŞIRIĞI ÜZRƏ KARTOÇKALAR. İstifadə təlimatı İBTIDAI SINIFLƏRDƏ RIYAZIYYAT TAPŞIRIĞI ÜZRƏ KARTOÇKALAR İstifadə təlimatı Bu materialın hazırlanması Amerika xalqının xeyirxah arzusu və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə mümkün olmuşdur.

Detaylı

X sinifdə fonetik bilik və bacarıqların tədrisi metodikası

X sinifdə fonetik bilik və bacarıqların tədrisi metodikası X sinifdə fonetik bilik və bacarıqların tədrisi metodikası Akif MƏMMƏDOV, BSU-nun Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının dosenti Orta ümumtəhcil məktəblərinin X-XI siniflərində yeni mövzularla

Detaylı

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I Dövlət qeydiyyatına alınmışdır Təsdiq edilmişdir Azərbaycan Respublikasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Bankının İdarə Heyəti Qeydiyyat 3118 Protokol 05 18 mart 2005-ci il 03 mart

Detaylı

İSTİFADƏ QAYDALARI. «Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi sistemi»

İSTİFADƏ QAYDALARI. «Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi sistemi» AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ «Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi sistemi» İSTİFADƏ QAYDALARI Sistemin ümumi iş prinsipləri Bu təsvirdə tələbələrin

Detaylı

Bakı Tədris proqramı. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Təhsil Problemləri İnstitutu

Bakı Tədris proqramı. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Təhsil Problemləri İnstitutu Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutu Ilk peşə ixtisas təhsilli mütəxəssislərin hazırlığı üçün Kompüterlərin konstruksiyası və komponovkası fənninin Tədris proqramı Bakı

Detaylı

Bakı Ali Neft Məktəbinin tələbələrinin HESABATLARIN YAZILMASI QAYDALARI ÜZRƏ TƏLİMAT KİTABÇASI

Bakı Ali Neft Məktəbinin tələbələrinin HESABATLARIN YAZILMASI QAYDALARI ÜZRƏ TƏLİMAT KİTABÇASI Bakı Ali Neft Məktəbinin nömrəli 2016-cı il tarixli əmri ilə təsdiq edilmişdir. Bakı Ali Neft Məktəbinin tələbələrinin HESABATLARIN YAZILMASI QAYDALARI ÜZRƏ TƏLİMAT KİTABÇASI 1 S ə h i f ə Mündəricat 1.

Detaylı

Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı cü il. Sədr. Elman Rüstəmov

Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı cü il. Sədr. Elman Rüstəmov Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı Qərar 2014-cü il Sədr Elman Rüstəmov Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları

Detaylı

Güzəştli mənzil elektron sistemindən istifadəyə dair TƏLİMAT

Güzəştli mənzil elektron sistemindən istifadəyə dair TƏLİMAT AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA MƏNZİL İNŞAATI DÖVLƏT AGENTLİYİ Güzəştli mənzil elektron sistemindən istifadəyə dair TƏLİMAT Bakı şəhəri 2017 MÜNDƏRİCAT 1. Güzəştli mənzil sistemində elektron

Detaylı

Mobil cihazların qeydiyyatının aparılması Qaydası nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Mobil cihazların qeydiyyatının aparılması Qaydası nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI Mobil cihazların qeydiyyatının aparılması Qaydası nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 8 oktyabr tarixli

Detaylı

DAŞINMA) ƏMLAK AGENTLİKLƏRİ ÜÇÜN ƏMLAK BAZASI. atışda, i a ədə olan əmlaklar barədə məlu atla ın dağı ı fo ada dəftərdə, kompyuterdə qovluqlarda və s.

DAŞINMA) ƏMLAK AGENTLİKLƏRİ ÜÇÜN ƏMLAK BAZASI. atışda, i a ədə olan əmlaklar barədə məlu atla ın dağı ı fo ada dəftərdə, kompyuterdə qovluqlarda və s. Daşıaz Əlak Bazası haıda atışda, iaədə olan əmlaklar barədə məluatlaın dağıı foada dəftərdə, kompyuterdə qovluqlarda və s. saxlanası əmlak agentlikləii işii səmərəliii aşağı salı. Buu əzərə alaraq Əlak

Detaylı

1. Təhsil qanunvericiliyi, ümumi təhsilin məqsəd və vəzifələri Ümumi təhsilin hüquqi əsasları

1. Təhsil qanunvericiliyi, ümumi təhsilin məqsəd və vəzifələri Ümumi təhsilin hüquqi əsasları Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə proqramına uyğun suallar sistemi 1. Təhsil qanunvericiliyi,

Detaylı

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Maddə 1. Qanunun təyinatı Fəsil I ÜMUMİ MÜDDƏALAR 1.1. Bu qanun mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası

Detaylı

2015-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında Biologiya fənni üzrə istifadə olunmuş test tapşırıqları

2015-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında Biologiya fənni üzrə istifadə olunmuş test tapşırıqları 2015-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında Biologiya fənni üzrə istifadə olunmuş test tapşırıqları İXTİSAS QRUPU IV TEST TAPŞIRIĞI 25 QAPALI 21 AÇIQ HESABLAMA 1 SEÇİM 2 UYĞUNLUĞU MÜƏYYƏN

Detaylı

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti 18 yanvar 2003-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. Protokol N 01 Reyestr N 32 İdarə Heyətinin Sədri Elman Rüstəmov Azərbaycan Respublikasının

Detaylı

A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014, 341-347

A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014, 341-347 A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014, 341-347 CELIL MEMMEDGULUZADE NİN MÜSLÜMAN KADINININ HAYATINI ELE ALAN MİZAHİ ŞİİRLERİ Özet Makalede XX. yüzyıl Azerbaycan edebiyatının

Detaylı

MsDos (Microsoft Disc Operation System) - əməliyyatlar Sistemi. üzərində Windows əməliyyatlar sistemi qurulmuşdur. Onu bilmədən

MsDos (Microsoft Disc Operation System) - əməliyyatlar Sistemi. üzərində Windows əməliyyatlar sistemi qurulmuşdur. Onu bilmədən MsDos - əmrləri MsDos (Microsoft Disc Operation System) - əməliyyatlar Sistemi üzərində Windows əməliyyatlar sistemi qurulmuşdur. Onu bilmədən Windows-u bilmək evi özülsüz tikmək kimi bir şeyə bənzəyir.

Detaylı

Milli tədris planı. Giriş

Milli tədris planı. Giriş Əlavə Milli tədris planı Giriş Təhsilin əsas əhəmiyyəti onun konkret vərdiş və yaxud konkret məzmun şəklində verdiyi bilik məhsulunda deyil, müəyyən olunmuş istiqamətlə şagirdin qüvvələrinin inkişafındadır.

Detaylı

Bakalavr. Tədris semestri Payız Kəmalə Əliyeva. Telefon: N

Bakalavr. Tədris semestri Payız Kəmalə Əliyeva. Telefon: N Ümumi məlumat Fənnin adı, kodu və kreditlərin sayı Departament Uşaq Psixologiyası,PSYC310, 3kredit Psixologiya Proqram (bakalavr, magistr) Bakalavr Tədris semestri Payız 2016 Fənni tədris edən müəllim

Detaylı

Sİ A variantı 41. 42. 43. 44. Nəticəyönümlülük dedikdə kurikulumda nə 45. nəzərdə tutulur? A) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması. B) Fəaliyyətin təhsilalanın

Detaylı

Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında

Detaylı

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının 07 aprel 2016-cı il tarixli 160116500013 nömrəli Qərarı ilə təsdiq edilmişdir. 1 nömrəli əlavə Uyğunluğu

Detaylı

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR 1.1 Kartın növü İllik (əsas kart) İllik (əlavə kart) 1. ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR Gold Virtual* Gold Gold İnfinite 1 il 10 AZN 5 AZN 5 AZN 8 AZN 20 AZN 40 AZN 3 AZN 10

Detaylı

Kredit bürosu borcalanlar üçün əla imkanlar

Kredit bürosu borcalanlar üçün əla imkanlar Kredit bürosu borcalanlar üçün əla imkanlar Bu məqalə Kredit Bürolarının yaradılması vasitəsilə kredit məlumatının mübadiləsinin əsas prinsiplərini təsvir edir. 15 dekabr 2009-cu il tarixdə Bakı şəhərində

Detaylı

Mobil cihazların qeydiyyatının aparılması Qaydası

Mobil cihazların qeydiyyatının aparılması Qaydası 1. Ümumi müddəalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli, 212 nömrəli qərarı ilə təsdiq edilmişdir Mobil cihazların qeydiyyatının aparılması Qaydası 1.1. Bu Qayda Azərbaycan

Detaylı

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI T.C. DEVLET PERSONEL BAŞKANLIĞI Avrupa Birliği ve Dış İlişkiler Birimi Temmuz 2013 T.C. DEVLET PERSONEL BAŞKANLIĞI İçindekiler Azerbaycan Cumhuriyeti Hakkında Genel Bilgiler...5 Azerbaycan Cumhuriyeti

Detaylı

Nüşabə Məmmədova Könül Mahmudova Sevil Bəhrəmova. Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün Həyat bilgisi fənni üzrə dərsliyin METODİK VƏSAİTİ

Nüşabə Məmmədova Könül Mahmudova Sevil Bəhrəmova. Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün Həyat bilgisi fənni üzrə dərsliyin METODİK VƏSAİTİ Nüşabə Məmmədova Könül Mahmudova Sevil Bəhrəmova HЯЙАТ BИLGИSИ 7 Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün Həyat bilgisi fənni üzrə dərsliyin METODİK VƏSAİTİ Bu nəşrlə bağlı irad və təkliflərinizi info@eastwest.az

Detaylı

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017 FEVRAL 2017 1 Baş redaktor Dr. Vüsal Musayev İqtisad Elmləri Doktoru London Universiteti www.vusalmusayev.com dr.vusal.musayev@ereforms.org AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI 2 TİCARƏT FESTİVALLARI

Detaylı

Biologiya tədrisi sisteminin formaları

Biologiya tədrisi sisteminin formaları Biologiya tədrisi sisteminin formaları Bütün fənlərin tədrisi yalnız sistem halında keçildikdə faydalı olur. Sistem yunan sözü olub, mənası fənlərin, hadisələrin və anlayışların məntiqi ardıcıllıqla birləşməsini

Detaylı

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli respublika xüsusi internat məktəbinin müəllimi HƏSƏNOVA SVETA DADAŞ QIZI

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli respublika xüsusi internat məktəbinin müəllimi HƏSƏNOVA SVETA DADAŞ QIZI Redaktor: Professor KƏRİMOV YƏHYA ŞƏFİ OĞLU Rəyçilər: Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli respublika xüsusi internat məktəbinin müəllimi DALQILICOVA İRADƏ ARİF QIZI Sağlamlıq imkanları məhdud

Detaylı

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər Fərdi ev və kottec qəsəbələri üçün IP həllər sayta keçid www.grandstream.az Rəsmi nümayəndə Pronet şirkəti Fərdi ev və kottec qəsəbələri üçün IP həllər Grandstream avadanlığının bazası əsasında fərdi ev

Detaylı

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

Banklarda stress testlərin aparılması haqqında Qaydalar Dövlət qeydiyyatına alınmışdır Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat 2010-cu il Təsdiq edilmişdir Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti Protokol 2010-cu il Nazir müavini

Detaylı

Sistem inzibatçıları üçün təlimat

Sistem inzibatçıları üçün təlimat Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin istismarı üzrə istifadəçilər üçün Təlimat a Əlavə 2 Bank təhlükəsizlik inzibatçısının Avtomatlaşdırılmış İş Yeri Sistem inzibatçıları üçün

Detaylı

[18] 1. Ümumi müddəalar

[18] 1. Ümumi müddəalar İqtisadiyyat Nazirliyinin kollegiyasının 14 iyun tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmişdir. 3 nömrəli əlavə Kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin (qərarlarının)

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün Ümumi biologiya dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün Ümumi biologiya dərsliyi Respublikanın ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün Ümumi biologiya dərsliyi Müəlliflər: Məcnun Babayev Əli Hüseynov Nüşabə Məmmədova Bakı: Çaşıoğlu, 2012. Dərsliklə bağlı TQDK-ya daxil olmuş və

Detaylı

IV Zirvə Oyunlarının ƏSASNAMƏSİ

IV Zirvə Oyunlarının ƏSASNAMƏSİ IV Zirvə Oyunlarının ƏSASNAMƏSİ Xırdalan-2016 Təsdiq edirəm Zirvə İnternational Sport Clubs MMC-nin Direktoru R.Rəsulov 01 aprel 2016-cı il Zirvə İnternational Sport Clubs MMC-nin IV Zirvə Oyunlarının

Detaylı

1. Yaddaşın növləri 2. Yaddaşın idarə olunması Əməli yaddaş (RAM) haqqında

1. Yaddaşın növləri 2. Yaddaşın idarə olunması Əməli yaddaş (RAM) haqqında 1. Yaddaşın növləri 2. Yaddaşın idarə olunması Əməli yaddaş (RAM) haqqında Yaddaş növləri: Yaddaş növü Verilənlərin saxlanılması Açıqlama RAM Müvəqqəti yaddaş Random Access Memory CMOS Müvəqqəti yaddaş

Detaylı

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ dgtyb@box.az; akber_q@yahoo.com Tel.: +99450 33 937 55 TÜRKÜN SƏSİ

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ dgtyb@box.az; akber_q@yahoo.com Tel.: +99450 33 937 55 TÜRKÜN SƏSİ DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ dgtyb@box.az; akber_q@yahoo.com Tel.: +99450 33 937 55 TÜRKÜN SƏSİ Bu kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dővlət Dəstəyi Şurası

Detaylı

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə Qaynar xətt: 1654 Email: reports@cert.az Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə Elektron Təhlükəsizlik Mərkəzi, 2014 İnternet vasitəsilə saxtakarlıqların qurbanı olmamaq üçün istifadəçilərin

Detaylı

POS-terminal vasitəsilə ödənişlərin qəbul edilməsi ("retail əməliyyatı ) QAYDALARI. 1. Ümumi qaydalar

POS-terminal vasitəsilə ödənişlərin qəbul edilməsi (retail əməliyyatı ) QAYDALARI. 1. Ümumi qaydalar POS-terminal vasitəsilə ödənişlərin qəbul edilməsi ("retail əməliyyatı ) QAYDALARI 1. Ümumi qaydalar 1.1. POS-terminal elektrik və telefon xətlərinə daima qoşulmuş şəkildə quraşdırılmalıdır. 1.2. POS-terminal

Detaylı

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması MobilBank Mobil telefon vasitəsilə kart hesabının idarə olunması Xidmət siyahısı Kommunal xidmətlərin ödənişi Mobil operator xidmətlərinin ödənişi İnternet provayderlər xidmətlərinin ödənişi Card-to-card

Detaylı

KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ FƏNN SİNİF TARİX VARİANT ŞAGİRD

KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ FƏNN SİNİF TARİX VARİANT ŞAGİRD BAKI MODERN MƏKTƏBİ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ FƏNN SİNİF TARİX VARİANT ŞAGİRD Qiymət ÜMUMİ TARIXI 6A1 01.2016 A 1. Finikiyalıların əkib-becərdikləri bitkilərin sırasını tamamlayın: : Zeytun Xurma?

Detaylı

TİTUL VƏRƏQİ MƏKTƏBLİLƏRİN KİMYA FƏNNİ ÜZRƏ RESPUBLİKA OLİMPİADASI FİNAL MƏRHƏLƏSİ IX SİNİF. İştirakçı S.A.A. Şəhər, məktəb

TİTUL VƏRƏQİ MƏKTƏBLİLƏRİN KİMYA FƏNNİ ÜZRƏ RESPUBLİKA OLİMPİADASI FİNAL MƏRHƏLƏSİ IX SİNİF. İştirakçı S.A.A. Şəhər, məktəb TİTUL VƏRƏQİ MƏKTƏBLİLƏRİN KİMYA FƏNNİ ÜZRƏ RESPUBLİKA OLİMPİADASI FİNAL MƏRHƏLƏSİ IX SİNİF İştirakçı S.A.A. Şəhər, məktəb Sinif Tapşırıq 1 2 3 4 5 Cəmi Ballar Münsiflər heyyəti tərəfindən doldurulur 1

Detaylı

Rabitəbank ASC-də maliyyə xidmətləri istehlakçılarının şikayət xarakterli müraciətlərinə baxılması və cavablandırılmasına dair.

Rabitəbank ASC-də maliyyə xidmətləri istehlakçılarının şikayət xarakterli müraciətlərinə baxılması və cavablandırılmasına dair. «Təsdiq edilmişdir» Rabitəbank Açıq Səhmdar Cəmiyyəti Müşahidə Şurasının iclasının qərarı ilə saylı.2014-cü il tarixli protokolu Müşahidə Şurasının sədri Zakir Nuriyev (imza) Rabitəbank ASC-də maliyyə

Detaylı