Respublikanın tədris rus dilində olan ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Ebat: px
Şu sayfadan göstermeyi başlat:

Download "Respublikanın tədris rus dilində olan ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Azərbaycan dili dərsliyi"

Transkript

1

2 Respublikanın tədris rus dilində olan ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Azərbaycan dili dərsliyi Müəllif: Afad Qurbanov Bakı: XXI YNE, Dərslik ilə bağlı TQDK-ya daxil olmuş və açıq müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış YEKUN RƏY 2

3 Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 1. Məzmunun işlənməsi baxımından; 2. Dil və yazı üslubu baxımından; 3. Dizayn və bədii tərtibat baxımından; 4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından. 1. Məzmunun işlənməsi baxımından Dərslik hazırda respublikanın ümumtəhsil məktəblərində qüvvədə olan tədris proqramı əsasında hazırlanmışdır. Dərsliyin əvvəlində Azərbaycan dili haqqında məlumat, sonunda isə Yekunlaşdırıcı tapşırıqlar, Sinifdənxaric oxu materialları, 2 səhifəlik Terminlər lüğəti, 13 səhifəlik Azərbaycanca-rusca lüğət, Proqram və Mündəricat verilmişdir. Dərsliyə salınmış bədii mətnlər ixtisarla verilmişdir. Lakin seçilmiş parçalar uğursuz olduğundan, natamamlıq aydın şəkildə nəzərə çarpır. Bəzi mətnlərdən verilmiş hissələr isə ümumiyyətlə, bədii əsər haqqında, onun məqsədi və ideyası haqqında təsəvvür yaratmır. Məsələn, Qılınc və qələm (səh.8-10), Məktub yetişmədi (səh.11-13), Aydın (səh.16-18), Dilara (səh.18.20). Bioqrafik xarakterli mətnlərin sonunda verilmiş suallar birbaşa mətnə aid olan və cavabı üzdə olan suallar olub araşdırma tələb etmir. Məsələn, səhifə 8, 11, 16, 21, 25, 28, 64, 68. Bədii mətnlərə aid suallara yalnız Məmməd Rahimin Leninqrad göylərində əsərində rast gəlinir (səh.34-36). Bu cür suallar şagirdi əlavə məlumatlar öyrənməyə vadar edir. Dərslikdə hər mətnin sonunda xeyli sözün tərcüməsinin verilməsi, dərsliyin sonunda (səh ) kifayət qədər zəngin Azərbaycanca-rusca lüğət in verilməsi müsbət haldır. Lakin mətnlərə aid lüğətdə əksər halda şagirdə kiçik siniflərdən tanış olan, çox işlənən, sadə sözlərin yer alması, hətta eyni sözün dəfələrlə təkrarlanmasına rast gəlinir. Tabeli və tabesiz mürəkkəb cümlə, baş və budaq cümlə, budaq cümlənin növləri kimi mövzulara geniş yer verilməsinə ehtiyac yoxdur. Rus bölməsinin şagirdi üçün qrammatikada bu dərəcədə incəlik, dərinlik gərək deyil. Sinifdənxaric oxu materiallarına (səh.75-93) daxil edilmiş mətn və şeirlərin heç də hamısını uğurlu hesab etmək olmaz. Bədii mətnlərdən verilmiş parçalar ( 3, 9, 15, 18, 20) əsər haqqında şagirdə heç nə demir. Publisistik mətnlər də bir o qədər maraq doğurmur: 1, 5, 14, 17, 19 və s. 3

4 2. Dil və yazı üslubu baxımından Dərslik dil və üslub cəhətdən əsasən 11-ci sinif şagirdlərinin yaş səviyyəsinə uyğundur. Bununla yanaşı, müəyyən qüsurlara da rast gəlinir. Bunlar aşağıdakılardır: Səhifə 3-də 3-cü sətirdə Özbəkistan, Qazaxıstan və başqa yerlərdə əvəzinə Özbəkistan, Qazaxıstan və başqa ölkələrdə verilməsi məqsədəuyğundur. Yenə həmin səhifədə 3-cü abzasda başqa dillərin inkişaf etməsində əvəzinə başqa dillərin inkişafında verilməsi daha yaxşı olar. Səhifə 11-də Abdulla Şaiq mətninin 4-cü abzasında kiçik oxucu əvəzinə azyaşlı oxucu verilməsi məqsədəuyğundur. Səhifə 12-də Məktub yetişmədi hekayəsində Molla Fərzəli qələmi qələmdana qoydu... cümləsi abzasdan verilməlidir. Səhifə 15-də Cəfər Cabbarlı mətninin 1-ci abzasının son cümləsində kiçik Cəfər əvəzinə balaca Cəfər verilməsi məqsədəuyğundur. Həmin mətnin 2-ci abzasında politexnik məktəbə əvəzinə texniki məktəbinə olsa, düzgün olar. Səhifə 22-də Mehman mətninin 2-ci abzasında qarşısında sözündə r hərfi buraxılmışdır. Səhifə 24-də Əli Vəliyev mətnində 2-ci abzasda Ə.Vəliyevin son illərdə yaratdığı... cümləsinin Ə.Vəliyevin həyatının son illərində yaratdığı... kimi verilməsi məqsədəuyğundur. Səhifə 28-də belarus sözü belorus kimi verilmişdir. Yenə həmin səhifədə mətnin 6-cı abzasında S.Vurğun tərcümə sahəsində də böyük fəaliyyət göstərmişdir cümləsinin S.Vurğun yaradıcılığında tərcümə sahəsinə də geniş yer ayırmışdır kimi verilməsi məqsədəuyğundur. Səhifə 36-da 2-ci çalışmanın şərti Şeirin əvvəlindən 10 misranı əzbərləyin əvəzinə Şeirin ilk 10 misrasını əzbərləyin kimi verilsə, daha məqsədəuyğun olar. Səhifə 40-da Mikayıl Müşfiq mətninin 3-cü abzasında zəngin hafizə ifadəsinin güclü hafizə və ya güclü yaddaş kimi verilməsi məqsədəuyğundur. Səhifə 45-də Suallara cavab verin bölməsində 2-ci və 3-cü suallarda zərflik sözünün cəmdə verilməsinə ehtiyac yoxdur. Səhifə 46-da Rəsul Rza mətninin 1-ci cümləsinin Şair Rəsul İbrahim oğlu Rzayev... kimi başlanması qüsur sayıla bilər, çünki dərslikdəki bütün ədəbi xadimlər arasında təkcə R.Rza ilk cümlədəncə şair kimi təqdim olunur. 4

5 Səhifə 50-də Yeni il mahnısı mətninin 2-ci abzasının 2-ci və 3-cü cümlələrində elə bil modal söz olduğu üçün ondan sonra vergül qoyulmalıdır. Səhifə 55-də Buz heykəl mətninin 3-cü abzasının 2-ci cümləsində hiss iləsə əvəzinə hiss ilə isə verilməsi məqsədəuyğundur. Səhifə 56-da 5-ci tapşırıqda yaşamalıyıq sözü səhvən yaşamayılıq kimi verilmişdir. Səhifə 60-da İsmayıl Şıxlı mətnində Belarus sözü Belorusiya kimi təqdim olunmuşdur. Həmin mətndə İsmayıl Şıxlının yazıçı kimi təqdimatı bəsit verilmişdir. Onun Xalq yazıçısı adı və eləcə də, Azərbaycan Yazıçılar Birliyinin sədri olması qeyd edilməyib. Səhifə 64-də Nəbi Xəzri mətnində onun Xalq şairi adı alması qeyd olunsa idi, daha yaxşı olar. Səhifə 67-də Bəxtiyar Vahabzadə mətninin 2-ci cümləsində Şair ibtidai təhsilini doğma vətəni Şəkidə almışdır cümləsində doğma vətən əvəzinə doğma yurd olması məqsədəuyğundur. Həmin mətndə filoloji fakültə əvəzinə filologiya fakültəsi olmalıdır. B, Vahabzadə məhsuldar şairdir cümləsinin keçmiş zamanda verilməsi məqsədəuyğun olar. Həmin cümlədə vergül əvəzinə nöqtə qoyulmalıdır. Səhifə 71-də 4-cü çalışmanın sonuncu cümləsində elə bil modal sözündən sonra vergül qoyulmalıdır. Səhifə 75-də Ovdan təbiət ziyan çəkmir mətnində Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi əvəzinə Dövlət Ekologiya və Təbii Sərvətlər Nazirliyi olmalıdır. Səhifə 88-də axırdan 2-ci abzasda Azərbaycan sözü səhvən Azxərbaycan kimi verilmişdir. 3. Dizayn və bədii tərtibat baxımından Dizayn və bədii tərtibat baxımından dərslik qənaətbəxşdir. Dərslikdə vahid dizayn prinsipi gözlənilmişdir. Dərsliyin üz qabığı məzmunu tamamlayır. Hər mövzuda çalışmaların sıralanması 1 rəqəmindən başlayaraq artan sıra ilə nömrələnsə idi, daha məqsədəuyğun olardı. 5

6 4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından Dərslikdə Suallara cavab verin, Sözləri cümlədə işlədin, Köçürün, Tərcümə edin şərtli müxtəlif tapşırıqlar verilmişdir. Mətnlərə dair verilmiş tapşırıqlar arasında...məzmununu nağıl etməyi öyrənin kimi çalışmalara da yer ayrılmışdır. Lakin belə çalışmaların şərtinin redaktəyə ehtiyacı var. Şeir parçalarına aid tapşırıqların şərti isə yalnız Şeiri ifadəli oxuyun, Şeiri ifadəli oxuyun və əzbərləyin kimi verilmişdir. Məsələn, səhifə 30, çalışma 1; səhifə 42, çalışma 1; səhifə 67, çalışma 4 və s. Dərslikdəki şeirlərə aid yaradıcı tapşırıqların verilməsi təklif edilir. Səhifə 4-7-də Morfologiyanın təkrarına dair çalışmalar başlığı altında tapşırıqlar verilmişdir. 1-6-cı tapşırıqlar isim mövzusuna aid olub, çox sadədir. İsimə dair bilikləri yoxlamaq üçün daha münasib nümunələr vermək və daha maraqlı tapşırıqlar qoymaq məqsədəuyğun olardı. Eyni zamanda, həmin başlıq altında fel kimi geniş mövzuya isə cəmi 2 və çox yüngül, elə də böyük əhəmiyyət kəsb etməyən tapşırıq salınmışdır. Qeyd etmək lazımdır ki, tapşırıqlar maraqsızdır, şagirdlərin yaş səviyyəsinə uyğun deyil, keçilən materialı təkrar etmək üçün kifayət etmir. Dərslikdə Verilmiş sözləri cümlə içərisində işlədin şərtli tapşırıqlara demək olar ki, hər dərsdə rast gəlinir. Verilmiş sözlər isə adi isimlərdən və digər əsas nitq hissələrinə məxsus söz və ifadələrdən ibarətdir. Bu tip çalışmalar çoxluq təşkil edir və yeknəsəqlik yaradır. Hər bədii mətndən, şeirdən sonra mətni və ya şeiri oxumaq, məzmununu öyrənmək tapşırılır və çalışma kimi nömrələnir, lakin bu, çalışma deyil, tapşırıqdır. Spesifik səslərin tələffüzünə dair verilmiş tapşırıqlar 11-ci sinif şagirdlərinin yaş səviyyəsinə uyğun deyil. Məsələn, səhifə 20, tapşırıq 6; səhifə 24, tapşırıq 5; səhifə 27, tapşırıq 5 və s. Səhifə 4-də Suallara cavab verin yarımbaşlığı altında verilmiş 1-ci sualın - Azərbaycan dili harada dövlət dili kimi istifadə olunur? çıxarılması məqsədəuyğundur. Yenə həmin səhifədə 1-ci çalışmada suallar 2-ci şəxsin təkinə müraciət formasında verilmişdir. Bu sualların 2-ci şəxsin cəminə müraciət formasında verilməsi daha yaxşı olardı. Həmin çalışmada verilmiş 5-ci sualın İstirahətdən hansı hadisələr yadda qalmışdır? əvəzinə İstirahət zamanı hansı unudulmaz hadisələrlə qarşılaşdınız? kimi verilməsi daha məqsədəuyğundur. 6

7 Səhifə 6-da 13-cü tapşırığın şərtində məsdərdən felin müxtəlif formalarının düzəldilməsi tələb olunur. Tapşırığın şərtində felin müxtəlif formaları əvəzinə felin müxtəlif şəkilləri verilməsi, daha məqsədəuyğundur. Səhifə 30-da 5-ci tapşırıq tərkibində [c] səsi olan sözlərin düzgün tələffüzünün öyrənilməsinə yönəlmişdir, lakin tapşırıqda verilən sözlərdə [c] səsi yalnız əvvəldə işlənmişdir. [c] səsinin sözün sonunda işlənməsinə aid nümunələrin də verilməsi tövsiyə edilir. Eyni təklif səhifə 37-də 5-ci tapşırığa da aiddir. Səhifə 32-də 3-cü tapşırığın şərtində işlənmiş rolunda sözünü vəzifəsində sözü ilə əvəz etmək daha məqsədəuyğun olar. Səhifə 40-da 7-ci və səhifə 42-də 3-cü çalışmalarda çox sadə və asan sözlərin antonimini tapmaq tələb olunur (aşağı, ağ, gecə, cavan, yeni, isti və s.). Qeyd olunan çalışmalar 11-ci sinfi şagirdinin yaş səviyyəsinə uyğun deyil. Səhifə 43-də 7-ci çalışmada Azərbaycan dilinə tərcümə etmək üçün 4 cümlə verilir. Lakin verilmiş cümlələr çox sadə və bəsitdir ( Я хочу стать ученым, Вчера был ливень və s.). Səhifə 46-da 2-5-ci tapşırıqlar zərfliyin məna növlərinə aiddir, lakin burada zərfliyin beş məna növü verilir. Tərzi-hərəkət zərfliyinə aid tapşırığın da verilməsi tövsiyə edilir. Səhifə 52-də 4-cü çalışmanın şərtində deyilir: Aşağıdakı terminləri cümlə içərisində işlədin. Amma tapşırıqda verilən sözlərin heç də hamısı termin deyil ( meyvə, tərəvəz, göyərti ). Səhifə 59-da 4-cü çalışmada sabit birləşmələr adı altında mürəkkəb fellər də verilmişdir ( kömək etmək, təhsil almaq ). Səhifə 70-də vasitəli və vasitəsiz nitqə dair çalışmaları fərqli şəkildə vermək daha münasibdir. Səhifə də Azərbaycan dilindən keçilmişlərin yekunlaşdırıcı təkrarına aid materiallar bölməsində fonetika və leksika bəhsinə dair tapşırıqlar çox bəsit və sadədir. Bu tapşırıqların çətinlik səviyyəsini artırmağa ehtiyac duyulur. Səhifə 74-də 22-ci çalışmanın şərtində verilir: Aşağıdakı cümlələri qrammatik təhlil edin, lakin təhlilin hansı növünün nəzərdə tutulduğu aydın olmur. 7

8 Nəticə 1. Dərslikdə tədris proqramındakı mövzular, əsasən əhatə olunmuşdur. 2. Dərsliyə salınmış bədii mətnlər ixtisarla verilmişdir. Bəzi mətnlərdən verilmiş hissələr isə ümumiyyətlə bədii əsər haqqında, onun məqsədi və ideyası haqqında təsəvvür yaratmır. 3. Dərsliyin dizayn və bədii tərtibatı qənaətbəxşdir. 4. Dərslikdə yaradıcı tapşırıqların sayı azdır. 8

Respublikanın ümumtəhsil məktəblərinin 9-cu sinifləri üçün Fransız dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 9-cu sinifləri üçün Fransız dili dərsliyi Respublikanın ümumtəhsil məktəblərinin 9-cu sinifləri üçün Fransız dili dərsliyi Müəlliflər: Bilal İsmayılov Çəmən Babaxanova Rəfiqə İsayeva Bakı: Kövsər, 2011. Dərsliklə bağlı TQDK-ya daxil olan və açıq

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 8-ci sinifləri üçün İnformatika dərslik komplekti. Müəlliflər: Ramin Mahmudzadə İsmayıl Sadıqov Naidə İsayeva

Respublikanın ümumtəhsil məktəblərinin 8-ci sinifləri üçün İnformatika dərslik komplekti. Müəlliflər: Ramin Mahmudzadə İsmayıl Sadıqov Naidə İsayeva Respublikanın ümumtəhsil məktəblərinin 8-ci sinifləri üçün İnformatika dərslik komplekti Müəlliflər: Ramin Mahmudzadə İsmayıl Sadıqov Naidə İsayeva Bakı: YaгNəşr, 2015. Dərslik komplekti ilə bağlı TQDK-вa

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün İnformatika dərslik komplekti

Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün İnformatika dərslik komplekti Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün İnformatika dərslik komplekti Müəlliflər: Ramin Mahmudzadə İsmayıl Sadıqov Naidə İsayeva Bakı: YAZNƏŞR, 2014. Dərslik komplekti ilə bağlı TQDK-ya

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün İnformatika dərsliyi YEKUN RƏY

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün İnformatika dərsliyi YEKUN RƏY Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün İnformatika dərsliyi Müəlliflər: Ramin Mahmudzadə İsmayıl Sadıqov Naidə İsayeva Bakı: Bakı Nəşr, 2012. Dərsliklə bağlı TQDK-ya daxil olan qeydlər,

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün İnformatika dərslik komplekti

Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün İnformatika dərslik komplekti Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün İnformatika dərslik komplekti Müəlliflər: İsmayıl Sadıqov Naidə İsayeva Aygün Əzizova Bahar Kərimova Rahilə Əliyarzadə Mətanət Əhmədova Bakı:

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün Azərbaycan dili dərsliyi Respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün Azərbaycan dili dərsliyi Müəlliflər: Rafiq İsmayılov Solmaz Abdullayeva Dilrüba Cəfərova Xanım Qasımova Bakı: Altun Kitab, 2013. Dərsliklə bağlı

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün Azərbaycan dili dərsliyi Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün Azərbaycan dili dərsliyi Müəlliflər: Rafiq İsmayılov Gülşən Orucova Zahid Xəlilov Dilrubə Cəfərova Bakı: Altun Kitab, 2013. Dərsliklə bağlı TQDK-ya

Detaylı

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)? s 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 sual 1. A.M.Qorki mütəhərrik oyun haqqında hansı fikri söyləmişdir? 2. Mütəhərrik oyunların təhsil sisteminə daxil olmasında, habelə oyunların nəzəri və praktiki

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Təsviri incəsənət fənni üzrə müəllim üçün metodik vəsait

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Təsviri incəsənət fənni üzrə müəllim üçün metodik vəsait Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Təsviri incəsənət fənni üzrə müəllim üçün metodik vəsait Müəllif: Kəmalə Cəfərzadə Bakı: Bakı Nəşr, 2012. Müəllim üçün metodik vəsaitlə bağlı

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Azərbaycan dili dərsliyi Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Azərbaycan dili dərsliyi Müəlliflər: Rafiq İsmayılov Gülşən Orucova Dilrüba Cəfərova Zahid Xəlilov Bakı: Altun Kitab, 2012. Dərsliklə bağlı TQDK-ya

Detaylı

AZƏRBAYCAN DİLİ. 4-cü sinif. Müəlliflər: Rafiq İsmayılov Solmaz Abdullayeva Dilrüba Cəfərova Xanım Qasımova

AZƏRBAYCAN DİLİ. 4-cü sinif. Müəlliflər: Rafiq İsmayılov Solmaz Abdullayeva Dilrüba Cəfərova Xanım Qasımova AZƏRBAYCAN DİLİ. 4-cü sinif. Müəlliflər: Rafiq İsmayılov Solmaz Abdullayeva Dilrüba Cəfərova Xanım Qasımova 1 Yekun rəydə verilmiş qeydlər Cavablar 1. Məzmunun işlənməsi baxımından 1. Dərslik komplekti

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Azərbaycan dili dərsliyi Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Azərbaycan dili dərsliyi Müəlliflər: Rafiq İsmayılov Solmaz Abdullayeva Gülşən Orucovа Dilrüba Cəfərova Bakı: Altun Kitab, 2012. Dərsliklə bağlı

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Ədəbiyyat dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Ədəbiyyat dərsliyi Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Ədəbiyyat dərsliyi Müəlliflər: Nizami Cəfərov İsa Həbibbəyli Nurlana Əliyeva Afət Bakıxanova Bakı: Çaşıoğlu, 2012. Dərsliklə bağlı TQDK-ya daxil

Detaylı

Ümumtəhsil məktəblərində istifadədə olan 8-ci sinif Coğrafiya dərslik komplektinə dair İLKİN RƏY

Ümumtəhsil məktəblərində istifadədə olan 8-ci sinif Coğrafiya dərslik komplektinə dair İLKİN RƏY Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsi Ümumtəhsil məktəblərində

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Texnologiya dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Texnologiya dərsliyi Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Texnologiya dərsliyi Müəlliflər: Natiq Axundov Hümeyir Əhmədov Svetlana Yahyayeva Xuraman Səlimova Bakı: Aspoliqraf, 2012. Dərsliklə bağlı TQDK-ya

Detaylı

Respublikanın təlim rus dilində olan ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın təlim rus dilində olan ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Azərbaycan dili dərsliyi Respublikanın təlim rus dilində olan ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Azərbaycan dili dərsliyi Müəlliflər: Məcid İsmixanov Aynur Rüstəmova Ceyran Bayramova Bakı: XXI YNE, 2012. Dərsliklə bağlı

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün İnformatika dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün İnformatika dərsliyi Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün İnformatika dərsliyi Müəlliflər: Ramin Mahmudzadə İsmayıl Sadıqov Naidə İsayeva Bakı: Bakı Nəşr, 2012. Dərsliklə bağlı TQDK-ya daxil olan qeydlər,

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün Azərbaycan dili dərslik komplekti

Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün Azərbaycan dili dərslik komplekti Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün Azərbaycan dili dərslik komplekti Müəlliflər: Rafiq İsmayılov Dilrüba Cəfərova Sahibə Məmmədova Aynur Rüstəmova (MMV) Bakı: Altun Kitab, 2013.

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün Ədəbiyyat dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün Ədəbiyyat dərsliyi Respublikanın ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün Ədəbiyyat dərsliyi Müəlliflər: Nizami Cəfərov Teymur Kərimli Zaman Əsgərli Afət Bakıxanova Bakı: Çaşıoğlu, 2012. Dərsliklə bağlı TQDK-ya daxil

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün Azərbaycan dili dərsliyi Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün Azərbaycan dili dərsliyi Müəlliflər: Rafiq İsmayılov Dilrüba Cəfərova Gülarə Xudiyeva Xanım Qasımova Bakı: Altun Kitab, 2012. Dərsliklə bağlı

Detaylı

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv bir ERKƏN İNKİŞAF SİSTEMİ hazırlamışlar. Bizim SERTIFIKATLAŞDIRILMIŞ

Detaylı

X sinifdə fonetik bilik və bacarıqların tədrisi metodikası

X sinifdə fonetik bilik və bacarıqların tədrisi metodikası X sinifdə fonetik bilik və bacarıqların tədrisi metodikası Akif MƏMMƏDOV, BSU-nun Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının dosenti Orta ümumtəhcil məktəblərinin X-XI siniflərində yeni mövzularla

Detaylı

YENİ DƏRSLİKLƏR VƏ "YENİLİKLƏR"

YENİ DƏRSLİKLƏR VƏ YENİLİKLƏR YENİ DƏRSLİKLƏR VƏ "YENİLİKLƏR" Akif MƏMMƏDOV, pedaqoji elmlər nanıizədi 2003-2004-cü tədris ilində müəllimlərin istifadəsinə bir neçə yeni dərslik verildi. Onlardan biri də 8-9-cu siniflər üçiin professor

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Ən yeni tarix dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Ən yeni tarix dərsliyi Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Ən yeni tarix dərsliyi Müəlliflər: İsaq Məmmədov Seyfəddin Qəndilov Musa Qasımlı Tahir Qaffarov Sevda Süleymanova Əkbər Qocayev Murad Vəliyev

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün Təsviri incəsənət dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün Təsviri incəsənət dərsliyi Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün Təsviri incəsənət dərsliyi Müəlliflər: Məhsəti Məmmədova Bənövşə Mirzəyeva Nəzakət Əliyeva Bakı: Aspoliqraf, 2012. Dərsliklə bağlı TQDK-ya daxil

Detaylı

V SİNİFDƏ DİL QAYDALARI MƏZMUN XƏTTİNİN REALLAŞDIRILMASI İMKANLARI

V SİNİFDƏ DİL QAYDALARI MƏZMUN XƏTTİNİN REALLAŞDIRILMASI İMKANLARI V SİNİFDƏ DİL QAYDALARI MƏZMUN XƏTTİNİN REALLAŞDIRILMASI İMKANLARI Artıq yeddinci ildir ki, orta ümumtəhsil məktəblərində Kurikulum konseptual sənədi əsasında hazırlanmış dərsliklər və dərs vəsaitləri

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün Həyat bilgisi dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün Həyat bilgisi dərsliyi Respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün Həyat bilgisi dərsliyi Müəlliflər: Gülər Mehdiyeva Bahar Kərimova Bakı: Aspoliqraf, 2013. Dərsliklə bağlı TQDK-ya daxil olan qeydlər, iradlar

Detaylı

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Təcrübəçi və Yeni Məzunların işə qəbulu Təcrübəçi və Yeni Məzunların işə qəbulu 2013 Məzmun Nə etməli Texniki müsahibəyə dair məsləhətlər Seçim prosesinə ümumi baxış Gənc mütəxəssis (Challenge) proqramı Nə etməli Müsahibədə uğur qazanmaq üçün

Detaylı

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın. Corabların qarışdırılması Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın. 1 2 Neçə kvadrat görürsünüz? Neçə üçbucaq görürsünüz? 2 Batuminin gəmi dayanacağında

Detaylı

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR Mündəricat 1. Elektron xidmətdən istifadə üçün sisteminə daxil olmaq.... 2 Şəkil 1. Sisteminə giriş... 2 Şəkil 2. Elektron

Detaylı

Marketinq. Mehdiyev Əkbər

Marketinq. Mehdiyev Əkbər Marketinq Mehdiyev Əkbər 1313A Marketinqin mahiyyəti Marketinq, planlaşdirma prosesidir; Bu proses, məhsulun yaradilması, qiymətləndirilməsi, təbliğatının aparılması və yayılmasından ibarətdir; Marketinqin

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Riyaziyyat dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Riyaziyyat dərsliyi Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Riyaziyyat dərsliyi Müəlliflər: Nayma Qəhrəmanova Cəmilə Əsgərova Leyla Qurbanova Bakı: Radius, 2012. Dərsliklə bağlı TQDK-ya daxil olan qeydlər,

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Həyat bilgisi dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Həyat bilgisi dərsliyi Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Həyat bilgisi dərsliyi Müəlliflər: Gülər Mehdiyeva Firəngiz Bayramova Bakı: Aspoliqraf, 2012. Dərsliklə bağlı TQDK-ya daxil olan qeydlər, iradlar

Detaylı

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri MÖVZU: Simsiz şəbəkələr Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri Hal-hazırda simsiz lokal şəbəkələrdən istifadəyə ildən-ilə daha çox üstünlük verilir. Simsiz

Detaylı

BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK

BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK MƏNTİQİ TƏFƏKKÜRÜN YOXLANILMASI ÜZRƏ TEST TAPŞIRIQLARI 1. Ədədi ardıcıllıqda sual işarəsi yerinə hansı ədəd gəlməlidir? 5? 7 7 14 11 16 15? A) 32; 4 B) 3; 32 C) 13; 5 D) 32; 7 E) 3; 8 2. Qanunauyğunluğu

Detaylı

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ dgtyb@box.az; akber_q@yahoo.com Tel.: +99450 33 937 55 TÜRKÜN SƏSİ

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ dgtyb@box.az; akber_q@yahoo.com Tel.: +99450 33 937 55 TÜRKÜN SƏSİ DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ dgtyb@box.az; akber_q@yahoo.com Tel.: +99450 33 937 55 TÜRKÜN SƏSİ Bu kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dővlət Dəstəyi Şurası

Detaylı

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ KAFEDRA: QİDA MƏHSULLARININ TEXNOLOGİYASI FƏNN: BİOTEXNOLOGİYANIN ƏSASLARI GENETIK MÜHƏNDISLIK VƏ ONUN ƏSAS ANLAYIŞLARI Tərtib etdi: Dos.,t.e.n. Qədimova Natəvan

Detaylı

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri QOŞMA C3 ƏMSSTQ SƏNƏDİNƏ ƏLAVƏYƏ DÜZƏLİŞLƏRİN REYESTRİ Qoşma C3: ƏMSSTQ sənədinə Əlavəyə Düzəlişlərin Reyestri i MÜNDƏRİCAT 1 MÜQƏDDİMƏ... I Cədvəllər Cədvəl

Detaylı

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar Qaydanın adı «Azərbaycan Respublikasnın Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində protokol işinin təşkili üzrə Qaydalar»

Detaylı

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/ AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/ BAKI - 2017 1 MÜNDƏRİCAT BANKLARIN SAYI, XİDMƏT ŞƏBƏKƏSİ VƏ HEYƏTİ HAQQINDA 3 BANK SEKTORUNUN İCMAL BALANSI 4 BANK SEKTORUNUN MƏNFƏƏT (ZƏRƏR)

Detaylı

Protokolundan Çıxarış aprel 2016-cı il

Protokolundan Çıxarış aprel 2016-cı il MHŞT üzrə Çoxtərəfli Qrupun iclasının Protokolundan Çıxarış 43 Bakı şəhəri 15 aprel 2016-cı il İştirak edirdilər: Çoxtərəfli Qrupun sədri Şahmar Mövsümov - ARDNF-nin İcraçı direktoru, MHŞT üzrə Komissiyanın

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Həyat bilgisi dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Həyat bilgisi dərsliyi Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Həyat bilgisi dərsliyi Müəlliflər: Aybəniz İbrahimova Saməddin İbrahimov Bakı: Şərq-Qərb, 2012. Dərsliklə bağlı TQDK-ya daxil olan qeydlər, iradlar

Detaylı

Respublikanın ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün Ümumi biologiya dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün Ümumi biologiya dərsliyi Respublikanın ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün Ümumi biologiya dərsliyi Müəlliflər: Məcnun Babayev Əli Hüseynov Nüşabə Məmmədova Bakı: Çaşıoğlu, 2012. Dərsliklə bağlı TQDK-ya daxil olmuş və

Detaylı

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru Bakı - 2014 XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİN BAŞLICA İSTİQAMƏTLƏRİ Bir ölkənin xarici iqtisadi əlaqələri əsasən aşağıdakı istiqamətlər

Detaylı

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə Qaynar xətt: 1654 Email: reports@cert.az Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə Elektron Təhlükəsizlik Mərkəzi, 2014 İnformasiya təhlükəsizliyi insidentlərinin qarşısının alınması və nəticələrinin

Detaylı

Acronis True Image Home 2012

Acronis True Image Home 2012 1 Acronis True Image Home 2012 Müəllif: Qubadov Qüdrət Müəllif Hüquqları Qorunur. 2 Giriş Komputerinizi her dəfə işlətdikdə daxildə gedən proseslər nəticəsində tullantılar yaranır komputer dilində desək,

Detaylı

HTML İLK ANLAYIŞLAR. HTML - Hyper Text Mark-up Language (Hiper Mətn Hazırlamaq üçün Dil)

HTML İLK ANLAYIŞLAR. HTML - Hyper Text Mark-up Language (Hiper Mətn Hazırlamaq üçün Dil) HTML DƏRSLİK 1. HTML - HAQQINDA İLK ANLAYIŞLAR 2. HTML - FAYLINI YARATMAQ 3. HTML - KODLARI 4. HTML İLƏ SADƏ SAYT HAZIRLAMAQ Müəllif: Amil Atakişiyev ADAU 2015 HTML - Hyper Text Mark-up Language (Hiper

Detaylı

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2 sentyabr 2013-cü il tarixli 791 saylı əmri ilə təsdiq edilmişdir. Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi

Detaylı

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə Qaynar xətt: 1654 Email: reports@cert.az Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə Elektron Təhlükəsizlik Mərkəzi, 2014 İnternet vasitəsilə saxtakarlıqların qurbanı olmamaq üçün istifadəçilərin

Detaylı

AZЯRBAYCAN DИLИ. METOДИK ВЯSAИTИ (дювлят дили) LAYİHƏ

AZЯRBAYCAN DИLИ. METOДИK ВЯSAИTИ (дювлят дили) LAYİHƏ AZЯRBAYCAN DИLИ 11 METOДИK ВЯSAИTИ (дювлят дили) MÜNDƏRİCAT Giriş... 3 Məzmun xətləri üzrə əsas və alt standartlar... 6 Təlimin təşkilinin forma və üsulları barədə tövsiyələr... 7 Fəal dərsin mərhələlərinin

Detaylı

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı Mehdiyev Əkbər 1313A Dunya təcrubəsi gostərir ki, innovasiya texnologiyalarından geniş istifadə olunması olkənin hərtərəfli inkişafına xidmət edir. Bu texnologiyalar

Detaylı

TÜRÜK Uluslararası Dil, Edebiyat ve Halkbilimi Araştırmaları Dergisi 2014 Yıl:2, Sayı:4 Sayfa:118-138 ISSN: 2147-8872

TÜRÜK Uluslararası Dil, Edebiyat ve Halkbilimi Araştırmaları Dergisi 2014 Yıl:2, Sayı:4 Sayfa:118-138 ISSN: 2147-8872 TÜRÜK Uluslararası Dil, Edebiyat ve Halkbilimi Araştırmaları Dergisi 2014 Yıl:2, Sayı:4 Sayfa:118-138 ISSN: 2147-8872 AZƏRBAYCAN VƏ OSMANLI TƏZKİRƏLƏRİNİN MÜQAYİSƏSİ ÖZET Vüsale Musalı * Ortaçağ'dan bugüne

Detaylı

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər Fərdi ev və kottec qəsəbələri üçün IP həllər sayta keçid www.grandstream.az Rəsmi nümayəndə Pronet şirkəti Fərdi ev və kottec qəsəbələri üçün IP həllər Grandstream avadanlığının bazası əsasında fərdi ev

Detaylı

BÖYÜK DƏCCAL Amerika

BÖYÜK DƏCCAL Amerika BÖYÜK DƏCCAL Amerika 2 0 1 6 BÖYÜK DƏCCAL Amerika Müəllif: Seyyid Əhməd Əl Həsən (ə.s) Ansarullah Production 2016 Böyük Dəccal Kimdir? Rəhman və Rəhim olan Allahın adı ilə. Həmd olsun Aləmlərin Rəbbi olan

Detaylı

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 - ACCESSPAY XİDMƏTİ 7/23/2014 AccessBank Sales Training - 1 - ACCESSPAY XİDMƏTİ ƏSAS FUNKSİYALAR AccessBank-ın və ya digər Bankın plastik kartı vasitəsilə AccessBank-da olan cari, debit kart, əmanət hesablarına

Detaylı

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI T.C. DEVLET PERSONEL BAŞKANLIĞI Avrupa Birliği ve Dış İlişkiler Birimi Temmuz 2013 T.C. DEVLET PERSONEL BAŞKANLIĞI İçindekiler Azerbaycan Cumhuriyeti Hakkında Genel Bilgiler...5 Azerbaycan Cumhuriyeti

Detaylı

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin Fərmanı 1 Təhsil haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası

Detaylı

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI AZƏRBAYCAN TEXNIKI UNIVERSITETI. KREDİT SİSTEMİ İLƏ BaKALAVR HAZIRLIĞININ Tədris planı

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI AZƏRBAYCAN TEXNIKI UNIVERSITETI. KREDİT SİSTEMİ İLƏ BaKALAVR HAZIRLIĞININ Tədris planı AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI AZƏRBAYCAN TEXNIKI UNIVERSITETI 050627- Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi Təhsil müddəti 4 il (əyani) Sıra Fənlərin şifri Fənlərin adı

Detaylı

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri Dünyanı Dəyişdirən İnnovativ Texnologiyalar və Həllər ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri Məhsullar Həllər Xidmətlər Video Konfrans Xidmət içi Təhsil Qurumsal Kommunikasiya Sadəcə Software

Detaylı

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli respublika xüsusi internat məktəbinin müəllimi HƏSƏNOVA SVETA DADAŞ QIZI

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli respublika xüsusi internat məktəbinin müəllimi HƏSƏNOVA SVETA DADAŞ QIZI Redaktor: Professor KƏRİMOV YƏHYA ŞƏFİ OĞLU Rəyçilər: Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli respublika xüsusi internat məktəbinin müəllimi DALQILICOVA İRADƏ ARİF QIZI Sağlamlıq imkanları məhdud

Detaylı

Sİ A variantı 41. 42. 43. 44. Nəticəyönümlülük dedikdə kurikulumda nə 45. nəzərdə tutulur? A) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması. B) Fəaliyyətin təhsilalanın

Detaylı

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR 1.1 Kartın növü İllik (əsas kart) İllik (əlavə kart) 1. ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR Gold Virtual* Gold Gold İnfinite 1 il 10 AZN 5 AZN 5 AZN 8 AZN 20 AZN 40 AZN 3 AZN 10

Detaylı

Ə.RƏSULOV, R.RÜSTƏMOV TÜRK DİLİ DƏRSLİK. TəKmilləşdirilmiş üçüncü nəşr. Azərbaycan RespublİKası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir

Ə.RƏSULOV, R.RÜSTƏMOV TÜRK DİLİ DƏRSLİK. TəKmilləşdirilmiş üçüncü nəşr. Azərbaycan RespublİKası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir Ə.RƏSULOV, R.RÜSTƏMOV TÜRK DİLİ ı-f- DƏRSLİK TəKmilləşdirilmiş üçüncü nəşr Azərbaycan RespublİKası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir N B a K j n ^ H e K S İ t a t ^ ntınır, пэ$ у5«& i PREZİDENT

Detaylı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir Zəngin Adam, Kasıb Adam Müəllif: Edward Hughes İllüstrasiya edən: M. Maillot; Lazarus Uyğunlaşdıran: M. Maillot; Sarah S. Tərcümə edən: Günay Əsədova Təqdim edən:

Detaylı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir Allah İbrahimin sevgisini sınayır Müəllif: Edward Hughes İllüstrasiya edən: Byron Unger; Lazarus Uyğunlaşdıran: M. Maillot; Tammy S. Tərcümə edən: Günay Əsədova

Detaylı

Elmi tədqiqatların təsnifatı. Məqsədli təyinatı üzrə: Fundamental; Tətbiqi; Axtarış; Işləmə.

Elmi tədqiqatların təsnifatı. Məqsədli təyinatı üzrə: Fundamental; Tətbiqi; Axtarış; Işləmə. A.D.Hüseynova Elmi tədqiqatlar - yeni hadisələrin öyrənmə prosesi və praktiki istifadə üçün öyrənilən obyektin müxtəlif amillərin təsirindən asılı olaraq dəyişmə qanunauyğunluğunun açıqlanmasıdır. Elmi

Detaylı

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF 1 Mən hansı ədədəm? Mən hansı ədədəm? 1 Altından xətt çəkilmiş rəqəm hansı ədədi göstərir? 9802 Altından xətt çəkilmiş rəqəm hansı ədədi göstərir? 846513 2 3 Ədədin yazılışının mövqeli sistemi 93765 Yüzlük

Detaylı

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( ) TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK (49451-001) SORĞU: BENEFİSİAR SAHİBLİYİN TƏRİFİ LAYİHƏSİ AZƏRBAYCAN

Detaylı

DAŞINMA) ƏMLAK AGENTLİKLƏRİ ÜÇÜN ƏMLAK BAZASI. atışda, i a ədə olan əmlaklar barədə məlu atla ın dağı ı fo ada dəftərdə, kompyuterdə qovluqlarda və s.

DAŞINMA) ƏMLAK AGENTLİKLƏRİ ÜÇÜN ƏMLAK BAZASI. atışda, i a ədə olan əmlaklar barədə məlu atla ın dağı ı fo ada dəftərdə, kompyuterdə qovluqlarda və s. Daşıaz Əlak Bazası haıda atışda, iaədə olan əmlaklar barədə məluatlaın dağıı foada dəftərdə, kompyuterdə qovluqlarda və s. saxlanası əmlak agentlikləii işii səmərəliii aşağı salı. Buu əzərə alaraq Əlak

Detaylı

Ana kart (Motherboard)

Ana kart (Motherboard) 1 Ana kart (Motherboard) 2 Ana lövhə və ya ana kart (ing. motherboard) mürəkkəb çoxqatlı çap lövhəsində fərdi kompüterin əsas komponentləri (mərkəzi prosessor, operativ yaddaşın kontrollerləri, operativ

Detaylı

haqqında ətraflı məlumat

haqqında ətraflı məlumat Texniklərin işə qəbul proqramına sənəd vermək haqqında ətraflı məlumat Hörmətli namizəd, Bu təlimat sizə Texniklərin işə qəbul proqramı na elektron ərizə təqdim etməkdə köməklik göstərəcəkdir. Sənədi uğurla

Detaylı

A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014, 341-347

A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014, 341-347 A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014, 341-347 CELIL MEMMEDGULUZADE NİN MÜSLÜMAN KADINININ HAYATINI ELE ALAN MİZAHİ ŞİİRLERİ Özet Makalede XX. yüzyıl Azerbaycan edebiyatının

Detaylı

TƏŞKİLAT KOMİTƏSİ / TEŞKİLAT KOMİSYONU

TƏŞKİLAT KOMİTƏSİ / TEŞKİLAT KOMİSYONU Çağ Öğretim İşletmeleri Qafqaz Universiteti Türk İşbirliği ve Kalkınma İdaresi Başkanlığı (TİKA) MÜLKİ HÜQUQ BEYNƏLXALQ SİMPOZİUM M ATERİ ALLAR ÖZEL HUKUK ULUSLARARASI SEMPOZYUM TEBLİ ĞLER Bakı Azərbaycan

Detaylı

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( ) AMEDIA 2016 Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:(+994 12) 4369846 / (+994 77) 4100004 E-mail: info@amedia.az www.amedia.az HAQQIMIZDA AMEDIA komandası olaraq biz böhranda şirkətlərin

Detaylı

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 27 yanvar tarixli 1717050000005500 nömrəli Qərarı ilə təsdiq edilmişdir 6 nömrəli əlavə Fiziki şəxsin vergi uçotundan çıxarılması

Detaylı

HӘDӘF KURSLARI IX-X SİNİF I QRUP

HӘDӘF KURSLARI IX-X SİNİF I QRUP 1. Nümunədə iltisaqiliyin pozulduğu neçə söz var? Olan olub, keçәn keçib, bәlkә dә, İndi daha kövrәlmәyin yeri yox. Ömrüm boyu belә gәlib mәnimki, Әvvәlindәn biri vardı, biri yox. (N. Kəsəmənli) A) 2 B)

Detaylı

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD) Əlavə 1 UNEC Universitet Daxili İki Diplom Proqramı (UDİD) Bakı - 2017 1. ÜMUMİ MÜDDƏALAR 1.1. Bu Qaydalar "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin

Detaylı

Cahid Ġsmayıloğlu. Gənc yazarın e-kitabı N 46 (18-2013) www.kitabxana.net. Milli Virtual Kitabxananın təqdimatında

Cahid Ġsmayıloğlu. Gənc yazarın e-kitabı N 46 (18-2013) www.kitabxana.net. Milli Virtual Kitabxananın təqdimatında www.kitabxana.net Rufət Milli Virtual Kitabxananın təqdimatında Gənc yazarın e-kitabı N 46 (18-2013) Cahid Ġsmayıloğlu MAHMUD KAġĞARLININ «DĠVANÜ LÜĞAT-ĠT-TÜRK» ƏSƏRĠNDƏ ONOMASTĠK LEKSĠKA və baģqa yazılar

Detaylı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir Nil Çayından Çıxarılan Şahzadə Müəllif: Edward Hughes İllüstrasiya edən: M. Maillot; Lazarus Uyğunlaşdıran: M. Maillot; Sarah S. Tərcümə edən: Günay Əsədova Təqdim

Detaylı

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Bu Qanun əhalinin tibbi sığortasının təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, tibbi sığortanın subyektləri arasındakı münasibətləri

Detaylı

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu Qrant haqqında Azərbaycan Respublikasının Qanunu Bu Qanun Azərbaycan Respublikasında qrantların (o cümlədən sub-qrantın, qranta əlavənin, habelə ianələr istisna olmaqla, bu Qanunun 1-ci maddəsinin birinci

Detaylı

TİTUL VƏRƏQİ MƏKTƏBLİLƏRİN KİMYA FƏNNİ ÜZRƏ RESPUBLİKA OLİMPİADASI FİNAL MƏRHƏLƏSİ IX SİNİF. İştirakçı S.A.A. Şəhər, məktəb

TİTUL VƏRƏQİ MƏKTƏBLİLƏRİN KİMYA FƏNNİ ÜZRƏ RESPUBLİKA OLİMPİADASI FİNAL MƏRHƏLƏSİ IX SİNİF. İştirakçı S.A.A. Şəhər, məktəb TİTUL VƏRƏQİ MƏKTƏBLİLƏRİN KİMYA FƏNNİ ÜZRƏ RESPUBLİKA OLİMPİADASI FİNAL MƏRHƏLƏSİ IX SİNİF İştirakçı S.A.A. Şəhər, məktəb Sinif Tapşırıq 1 2 3 4 5 Cəmi Ballar Münsiflər heyyəti tərəfindən doldurulur 1

Detaylı

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI DSMF 16.09.2015 Mündəricat Giriş...2 Məqsəd... 2 Məzmun... 2 Xidmətin istifadəçiləri...

Detaylı

11-ci sinif Azərbaycan dili və ədəbiyyat. Respublika Fənn Olimpiadaları. Rayon (Şəhər) mərhələsi. Soyad. Məktəb

11-ci sinif Azərbaycan dili və ədəbiyyat. Respublika Fənn Olimpiadaları. Rayon (Şəhər) mərhələsi. Soyad. Məktəb Respublika Fənn Olimpiadaları Rayon (Şəhər) mərhələsi Azərbaycan dili və ədəbiyyat Ad Soyad Məktəb 1. İmtahan müddəti 90 dəqiqədir. 2. 4 səhv cavab 1 düz cavabı aparır. 3. Hər sual 4 bal ilə qiymətləndirilir.

Detaylı

RƏNG BİLDİRƏN SÖZLƏRİN ETNOQRAFİK SƏCİYYƏSİ

RƏNG BİLDİRƏN SÖZLƏRİN ETNOQRAFİK SƏCİYYƏSİ RƏNG BİLDİRƏN SÖZLƏRİN ETNOQRAFİK SƏCİYYƏSİ ETHNOGRAPHIC DESCRIPTION OF COLOR TERMS ЭТНОГРАФИЧЕСКАЯ ХАРАКТЕРИСТИКА СЛОВ,ОБОЗНАЧАЮЩИХ ЦВЕТА Nailə Əliqızı MİRZƏYEVA * Özet Yazıda; Türk etnonimlerinden (etnik

Detaylı

Azərbaycan dili və ədəbiyyat Proqram (bakalavr, Bakalavr

Azərbaycan dili və ədəbiyyat Proqram (bakalavr, Bakalavr 1 Ümumi məlumat Prerekvizitlər Tədris dili Fənnin növü (məcburi, seçmə) Dərsliklər və əlavə ədəbiyyat Fənnin adı, kodu və Nitq mədəniyyəti və üslubiyyat kreditlərin sayı: Departament: Azərbaycan dili və

Detaylı

İBTIDAI SINIFLƏRDƏ RIYAZIYYAT TAPŞIRIĞI ÜZRƏ KARTOÇKALAR. İstifadə təlimatı

İBTIDAI SINIFLƏRDƏ RIYAZIYYAT TAPŞIRIĞI ÜZRƏ KARTOÇKALAR. İstifadə təlimatı İBTIDAI SINIFLƏRDƏ RIYAZIYYAT TAPŞIRIĞI ÜZRƏ KARTOÇKALAR İstifadə təlimatı Bu materialın hazırlanması Amerika xalqının xeyirxah arzusu və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə mümkün olmuşdur.

Detaylı

[18] 1. Ümumi müddəalar

[18] 1. Ümumi müddəalar İqtisadiyyat Nazirliyinin kollegiyasının 14 iyun tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmişdir. 3 nömrəli əlavə Kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin (qərarlarının)

Detaylı

Biologiya tədrisi sisteminin formaları

Biologiya tədrisi sisteminin formaları Biologiya tədrisi sisteminin formaları Bütün fənlərin tədrisi yalnız sistem halında keçildikdə faydalı olur. Sistem yunan sözü olub, mənası fənlərin, hadisələrin və anlayışların məntiqi ardıcıllıqla birləşməsini

Detaylı

RG-6 və RG-8 kabelinin fərqi hansıdır? A)omeqa dəyəri B)uzunluğu C)Qalınlığı D)Rəngi E)Heç biri

RG-6 və RG-8 kabelinin fərqi hansıdır? A)omeqa dəyəri B)uzunluğu C)Qalınlığı D)Rəngi E)Heç biri 1 Kabelin neçə tipi var? A)1 B)2 C)3 D)0 E) yoxdur 2 Təyinatına görə kabel məmulatlarına aid etmək olar? A)radiotezlik kabellər B)sarğı naqilləri C)hamısı D)rabitə kabelləri E)alçaq gərginlikli kabellər

Detaylı

İbtidai icma quruluşunun bölündüyü dövrlər. Bilet 1. Azığ mağarasında insanlar necə yaşayırdılar? İbtidai icma quruluşu dövründə cədvəlini doldurun.

İbtidai icma quruluşunun bölündüyü dövrlər. Bilet 1. Azığ mağarasında insanlar necə yaşayırdılar? İbtidai icma quruluşu dövründə cədvəlini doldurun. İbtidai icma quruluşunun bölündüyü dövrlər Bilet 1 Azığ mağarasında insanlar necə yaşayırdılar? İbtidai icma quruluşu dövründə cədvəlini doldurun. Azıx mağarası bu şəhərin ərazisində yerləşir. Qan qohumu

Detaylı

Bakı Ali Neft Məktəbinin tələbələrinin HESABATLARIN YAZILMASI QAYDALARI ÜZRƏ TƏLİMAT KİTABÇASI

Bakı Ali Neft Məktəbinin tələbələrinin HESABATLARIN YAZILMASI QAYDALARI ÜZRƏ TƏLİMAT KİTABÇASI Bakı Ali Neft Məktəbinin nömrəli 2016-cı il tarixli əmri ilə təsdiq edilmişdir. Bakı Ali Neft Məktəbinin tələbələrinin HESABATLARIN YAZILMASI QAYDALARI ÜZRƏ TƏLİMAT KİTABÇASI 1 S ə h i f ə Mündəricat 1.

Detaylı

QRAMMATİK İNTERFERENSİYA HAQQINDA

QRAMMATİK İNTERFERENSİYA HAQQINDA QRAMMATİK İNTERFERENSİYA HAQQINDA Zəhra İdriskızı ƏLİYEVA * Özet Bu bildiride iki dilli sistemde (Rus-Avrupa) dillerin birbirine linguistik etkisi araşdırılmışdır. Morfoloji interferensiya ile Y.D. Polivanov,

Detaylı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir Daniel və şirlərin quyusu Müəllif: Edward Hughes İllüstrasiya edən: Jonathan Hay Uyğunlaşdıran: Mary-Anne S. Tərcümə edən: Günay Əsədova Təqdim edən: Bible for Children

Detaylı

UniMiles 3 illik 100 AZN və ekvivalenti

UniMiles 3 illik 100 AZN və ekvivalenti Unibank Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətində fiziki şəxslərə göstərilən Plastik kart xidməti üzrə tariflər (Yeni redaksiyada) PLASTİK KARTLAR ÜZRƏ TARİFLƏR 1. Plastik kartın verilməsi (illik xidmət

Detaylı

1616 az-s Düz cavab a) variantı. 1. #1616#01#01#01 Müasir hesablama və informasiya hesablama sistemlərinin

1616 az-s Düz cavab a) variantı. 1. #1616#01#01#01 Müasir hesablama və informasiya hesablama sistemlərinin 1616 az-s Düz cavab a) variantı 1. #1616#01#01#01 Müasir hesablama və informasiya hesablama sistemlərinin tərkib hissələri: a) hesablama texnikası vasitələri kompleksi və proqram təminatı; b) sistem PT

Detaylı

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B. «Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının Protokol 11 -li «16» may 2016-cı il Sədr B.Əzizov (Azərbaycan Respublikasının Müşahidə Şurasının 24 oktyabr 2016-cı

Detaylı

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Şair başdan başa yanan ürəkdir.

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Şair başdan başa yanan ürəkdir. F.Köçərli adına Respublika Uşaq Kitabxanası Şair başdan başa yanan ürəkdir. Vahid Əzizin anadan olmasının 70 illik yubileyi münasibətilə respublika uşaq kitabxanaları üçün hazırlanmış metodik vəsait Bakı

Detaylı

AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ, QADIN VƏ Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ, QADIN VƏ Aktın növü AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ, QADIN VƏ Aktın növü UŞAQ PROBLEMLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ KOLLEGİYASININ QƏRARI Qəbul edildiyi tarix 15.04.2013

Detaylı

Milli tədris planı. Giriş

Milli tədris planı. Giriş Əlavə Milli tədris planı Giriş Təhsilin əsas əhəmiyyəti onun konkret vərdiş və yaxud konkret məzmun şəklində verdiyi bilik məhsulunda deyil, müəyyən olunmuş istiqamətlə şagirdin qüvvələrinin inkişafındadır.

Detaylı